Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-22/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən nömrəsiz həyət evinə plastik pəncərəni açaraq mənzilə qanunsuz daxil olub, oradan 1.000 (bir min) manat dəyərində 01 ədəd «Lexon» markalı kombi aparatını gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə və şəxsiyyəti istintaqa məlum olmayan «Pənah» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 aprel 2022-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ Massivində yerləşən nömrəsiz həyət evinə eyni üsulla, yəni plastik pəncərəni açaraq mənzilə qanunsuz daxil olub, oradan ümumi dəyəri 50 manat olan 05 ədəd elektrik işığını (spotları), ümumi dəyəri 500 manat olan 02 ədəd istilik sisteminin qızdırıcılarını (radiatoru), 60 manat dəyərində hamam otağında yerləşən istilik sisteminin quruducusunu və 300 manat dəyərində müxtəlif ölçülü alüminium qazan və tavaları gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 910 (doqquz yüz on) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayıb. 09 aprel 2022-ci il və 11 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ Massivində yerləşən nömrəsiz həyət evindən edilmiş oğurluqlarla bağlı ittiham olunsa da, qeyd olunan oğurluq hadisələri onun tərəfindən törədilməmişdir. Həmin oğurluq hadisələri qohumu Şahid və onun tanışları tərəfindən törədilmişdir. Şahid hadisə yerindən uzaqlaşarkən onun qardaşı və qonşular tərəfindən saxlanılaraq döyülmüşdür. O, edilmiş oğurluq faktı ilə bağlı polis bölməsinə dəvət edilmiş, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində olarkən oğurluq etməməsinə baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərəçəkmiş şəxsin ifadəsi, təqsirləndirlən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə və iş materiallarında olan digər dəlillər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində ona məxsus fərdi yaşayış evi var. Özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən fərdi yaşayış evində daimi yaşamamasına baxmayaraq, mütəmadi olaraq həmin ünvana gedərək nəzarət etmişdir. O, 11 aprel 2022-ci il tarixdə qızının evində olduğu zaman evdə işləyən usta ona zəng edərək oğurluq edildiyini bildirmişdir. O, özünə məxsus yaşayış evinə getdiyi zaman evin qonaq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evdən oğurluq edildiyini düşündüyü üçün otaqlara baxış keçirmiş, baxış zamanı qonaq otağının tavanına vurulmuş 10 ədəd işıq spotunun, evin qonaq və yataq otağında olan bir neçə radiatorun, həyətdə saxlanc yerində olan «Lenox» markalı kombi aparatının, müxtəlif növ qazan, tava dəstinin, hamam otağında olan quruducunun, elektrik naqillərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. O, baş vermiş hadisə ilə bağlı polisə müraciət edərək məlumat vermişdir. Ona məxsus fərdi yaşayış evindən edilmiş oğurluq nəticəsində ona ümumilikdə 15000 manat maddi ziyan dəymişdir. Cinayət işinin 1-ci cildinin 69-70-ci vərəqəsində olan 18 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 241-244-cü vərəqəsində olan 20 may 2022-ci il tarixli üzləşmə protokolundan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxslər Şahid ilə Təqsirləndirilən şəxs arasında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən üzləşdirmə aparılmış, Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisələrini Şahid ilə birlikdə törətdiyini etiraf etmişdir. Cinayət işinin 2-ci cildinin 21-25-ci vərəqəsində olan 20 may 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X1 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 25-29-cu vərəqəsində olan 20 may 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-cildinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 558/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-7120/2023 nömrəli, 18 oktyabr 2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 17 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-586/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29.177.2.2, 177.2.3, 29.177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Eləcə də həmin hökmdən görünür ki, Şahid tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əmisi oğlu Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 aprel 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalıq bağ Massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs əmlakını talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1910 (min doqquz yüz on) manat məbləgində ziyan vurmaqla oğurluq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Polis bölməsində olarkən oğurluq etməməsinə baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-586/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, üzləşdirmə protokolları və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 may 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək, 16 oktyabr 2023-cü il tarixdən 08 fevral 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 03 (üç) ay 25 (iyirmi beş) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 20 (iyirmi) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu cəmi 03 (üç) ay 25 (iyirmi beş) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 07 (yeddi) ay 20 (iyirmi) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-22/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-22/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver