Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-222/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,016 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,016 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspertizalarının rəyləri, eləcə də işin birbirini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, psixotrop maddə ona məxsus olmamışdır. Polis bölməsində ona bildirilmişdir ki, əgər təqsirini etiraf etməsə narkotik maddələrin satışı ilə ittiham olunacaq, tutularkən fiziki təzyiqə məruz qalmamışdır. Tutularkən o, təzyiq altında psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Tutulan zaman narkotik vasitələr üzərində olmamışdır. Ona verilən suallara cavabında isə təzyiq altında olması ilə bağlı heç bir yerə müraciət etmədiyini, xəsarətlərin olmadığını qeyd etmişdir. Yekunda isə məhkəmədən xəstəliyini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2024-cü il tarixdə narkotik vasitəyə olan tələbatını ödəmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manat müqabilində 01 ədəd bükümdə metamfetamin almışdır. Həmin gün saat 20:30-da yaşadığım evin yaxınlığında piyada hərəkət edərkən iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim edib Sabunçu Rayon 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etmişlər. Üzərimdə “patı” olduğu üçün polis əməkdaşlarının suallarına dağınıq cavablar verərək tələsdiyini bildirərək getməyə çalışmış, həmin zaman polis əməkdaşları ondan şübhələnib getməyinin qarşısını alaraq Sabunçu RPl-nin 12-ci PŞ-nə getməyini təklif etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getmişdir. Polis şöbəsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuş, bu səbəbdən üzərində psixotrop maddəni hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Həmçinin bildirir ki, aldığı psixotrop madddədən istifadə edə bilməmişdir. Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati otaqların birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Üzərində patı olduğundan istəmirmiş ki, müdafiəçisi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. O, müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsini xahiş etmiş və bu barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirilmiş, nəticədə bükümün içərisindən isə ağ rəngli kristallşəkilli kütlə aşkar edilmişdir. Polis əməkdaşları bükümlərdə olan maddələrin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, bükümdə olan maddənin “patı” olduğunu, onu bu gün, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş büküm içərisi boş olan zərfdə qablaşdırılmış, qablaşmanm üzəri onun və polis əməkdaşları tərəfindən imzalanmış, ona izah olunmuşdur ki, həmin maddə ekspertiza mərkəzinə göndəriləcəkdir. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2009cu ildən DİO-da, 2024-cü ildən isə Sabunçu RPİ-nin 12-ci PŞ-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəm polis mayorudur. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 20:30-da Sabunçu RPİ-nin 12-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığından keçərkən hərəkətdə olan bir nəfər kişi cinsli şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirib onlardan uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etmişlər. Lakin Təqsirləndirilən şəxs onların suallarına dağınıq cavablar verərək tələsdiyini bildirərək getməyə çalışmış, həmin zaman onlar həmin şəxsin üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanı saxlamasından şübhələnib onun getməyinin qarşısını alaraq ona bildirmişlər ki, qanunla qadağan olunmuş hər hansı bir əşyanı üzərində gəzdirməsində şübhəlidir və onu Sabunçu RPİ- nin 12-ci PŞnə dəvət etmişlər. Polis şöbəsinə aparılan müddət ərzində Təqsirləndirilən şəxs onların müşahidəsi altında olmuşdur. 12-ci PŞ-nin inzibati binasında müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Sabunçu RPİ-nin 12-ci PŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edib bildirmişdir ki, vəkliııin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini istəyir. Beləliklə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasının xidməti otaqlarının birində onun və Şahid2 iştirakı videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu halda həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, bükümün içərisindən ağ rəngli kristallşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata almışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm içərisi boş olan zərfdə qablaşdırılmış, qablaşmanın üzəri Təqsirləndirilən şəxs və onların tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir, həmin protokol da Təqsirləndirilən şəxs və onların tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümün içərisindəki maddə 1,016 qram psixotrop maddə metamfetamin olmuşdur. Onlar Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin təhqiqatçısı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin apanıdığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə etmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə "Patı" olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. əlavə suallara cavab olaraq 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir(i.v. 32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 3-16-16/1-6/4841 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,016 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v.40-44). “DVD diskə baxış keçirilməsi barədə” 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, diskdə 01 ədəd video fayl vardır. Video fayl 04 dəqiqə 46 saniyə davam edir. Video görüntüdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X3 RPİ-nin 12ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Sabunçu RPİ-nin 12-ci PŞnin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs sorğu-sual edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilir, bükümün içərisindən ağ rəngli kristallşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümdə olan maddə metamfetamindir, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata almışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı əşya və predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm içərisi boş olan zərfdə qablaşdırılır(i.v.55). Maddi sübut kimi tanınma haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli protokola Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1.016 qram təşkil edən kustar üsulla hazırlanmış miqdarda həmin psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,966 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir(i.v.80). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 dekabr 2024-cü il tarixli 7676 nömrəli rəyindən görünür ki, müayinə zamam Təqsirləndirilən şəxs psixostimuliyatorlarm qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxsnıın İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.108-109). “Sübutların qiymətləndirilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Cinayət işi üzrə məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4841 nömrəli rəyi, məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7676 nömrəli rəyi işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,016 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalnp çəkisi 0,966 qram psixotrop maddə metamfetaminin məhkəmə hökmünə qədər saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi xüsusat nəzərə alınmış, ********** saylı cinayət işinin istintaqı zamanı Sabunçu RPİ-nin 12-ci PŞ-nə əməliyyat tapşırığı göndərilməsi, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilərək istintaqa təqdim edilməsinin mümkün olmaması, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatın əldə edilməməsi barədə əməliyyat tapşırığına cavab alınması xüsusatı nəzərə alınmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış aparılacağını gördükdən sonra psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmadığından ağırlaşdırıcı halların olmaması xüsusatı nəzərə alınmış, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS mesajlarının siyahısı, yazılı mətni, həmçinin anten məlumatları barədə məlumatlar olan bir ədəd disk "xxxx" MMC-dən götürülmüş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı bir istintaq əhəmiyyəti kəsb edən məlumat aşkarlanmamışdır. Odur ki, "xxxx" MMC-dən götürülmüş bir ədəd disk sübut növü kimi tanınmamış, cinayət işinin materiallarına əlavə edilməsi xüsusatı nəzərə alınmışdır, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti videogörüntüyə alınmış və DVD diskə köçürülmüşdür. Odur ki, 01 ədəd DVD disk sübut növü kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, istintaqı tamamlanmış ********* nömrəli cinayət işindən psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə material ayrılmış və istintaqı tamamlanan ********* saylı cinayət işində olan sənədlərin ksero surəti çıxarılıb əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə göndərilmişdir (i.v.185-194). İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v.1). “Şübhəli şəxsin tutulması haqqında” 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə, saat 20:30-dan tutulmuş hesab edilmişdir (i.v.20). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.56-57). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azad edilmişdir(i.v.73-76). “Qətimkan tədbiri seçilməsi barədə” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.76-78). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR-sı Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 315.2, 317.3 və 220.1-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası almış, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddəsi ilə 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası almış, xx.xx.2018-ci ildə Nizami Rayon Məhkəməsinin Qərarı ilə AR-sı CM-nin 76-cı maddəsinə əsasən 06 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası almış, xx.xx.2021 –ci ildə Binəqədi Rayon Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 4-cü bəndinə əsasən cəsası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i.v.104-106). Təqsirləndirilən şəxsin qətimkan tədbirlərini pozduğu üçün axtarış elan edilməsi haqqında və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.99-100). “Axtarışda olan şəxsin tutulması barəsində” 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2025-ci il tarixdə saat 15:00-da tutulmuşdur (i.v.111). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir(i.v. 112-113). “Qətimkan tədbiri seçilməsi barədə” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.117- 118). Respublika Psixiatriya Xəstəxanası PHŞ-in xx.xx.2024-cü il tarixli 13997 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixədək müalicədə olmuşdur(i.v. 107). “DVD diskə baxış keçirilməsi barədə” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 04 ədəd fayl vardır. 1-ci faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə daxil olan və çıxan SMS məlumatları qeyd edilib. SMS məlumatlarında hər hansı bir istintaq əhəmiyyəti kəsb edən məlumat aşkar edilmədi. 2-ci faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinin anten məlumatları qeyd edilmişdir. 3-cü faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** GSM nömrəsinə daxil olan və çıxan Azercell MMC abunəçiləri olan şəxslərin məxsusluluq tarixçələri qeyd edilmişdir.4-cü faylda ***-***-**-** GSM nömrəsinin Təqsirləndirilən şəxs adma olması qeyd edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS mesajlarının siyahısı, yazılı mətni, həmçinin anten məlumatları barədə məlumatlar olan bir ədəd disk "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD diskə baxış zamanı istintaq əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi (i.v.122). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-86/2021 saylı, 15 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.179-183). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15-2-dək qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İİ) əsasən 0,15-2-dək qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi dəyişdirilmiş ifadəsinə qiymət verərək hesab edir ki, o, psixotrop maddə ona məxsus olmadığını, təzyiq altında olduğu üçün belə ifadə verdiyini bildirsə də, məhkəmə baxışınadək dedikləri ilə bağlı bir dəfə də olsun hüquq mühafizə orqanlarına müraciət etməmiş, buna dair etirazını bildirməmişdir. Verilən suallara cavabında təqsirləndirilən şəxs bədənində xəsarətlərin olmadığını, ona qarşı təzyiq və döymə faktının olması ilə bağlı nə özü, nə də ki müdafiəçisi tərəfindən hər hansı orqana müraciət etmədiyini bildirmişdir. Yekunda son söz olaraq təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə bir neçə dəfə davamlı olaraq(şübhəli şəxs kimi(i.v 45-48), təqsirləndirilən şəxs kimi(i.v.64-66), şəxsi axtarış və götürmə aparılması haqqında protokolda(i.v 32-33), video çəkilişdə) eyni ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi məhkəməyədək icraat zamanı ifadələrin doğruluğuna əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsi özünü müdafiə xarakterli qiymətləndirilməli və məhkəməyədək icraat dövründə verdiyi ifadələri tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə təsdiq edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. Yekunda təqsirləndirilən şəxsin məhkəmədən son söz olaraq ona yüngül cəza verilməsini xahiş etməsi, onun məhkəmə dövründə verdiyi ifadəsi ilə uyğunluq təşkil etməmiş, özünü müdafiə xarakterli olması qənaətinə gəlməyə əsas vermişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən Cinayət Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçü--ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Avropa Məhkəməsinin "Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, "...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə "əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin "Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Binəqədi Rayon Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Aministiya Qərarının 4-cü bəndinə əsasən cəsası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırk cinayət əməlini isə xx.xx.2024-cü il tarixdə törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə maddənin sanksiyasında nəzərədə tutulmuş cəzanın növü ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni maddə ilə məhkumluğun olmasını, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə cəzanın həddi ilə bağlı hissədə hesab edir ki, aşkar edilmiş psixotrop maddənin miqdarı(1,016 qram metamfetamin) nəzərə alınmalıdır. “Axtarışda olan şəxsin tutulması barəsində” 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2025-ci il tarixdə saat 15:00-da tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında 05 dekabr 2024-cü il tarixdə tutulub istintaqa təhvil verilməsini və 4-5 saat saxlanıldığını qeyd etmişdir. Belə olan halda şəxsin tutularaq faktiki azadlığının məhdudlaşdırılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 dekabr 2024cü il tarixli 7676 nömrəli rəyi ilə müəyyən edilmiş hal-hazırda Təqsirləndirilən şəxsnıın İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallların müəyyən edilməməsi, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdiriməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 05 dekabr 2024-cü il tarixdə tutulduğu 01 gün, cəmi 03 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut–ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,966 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-222/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-222/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver