Məhkəmə qərarları › İş №1(008)-223/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-223/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-223/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunnmamış, Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küç., ev 29 B-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Rəcəb oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0.114 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin və 0.353 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, heroinin 0.315 qram hissəsini yaşadığı Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küç., ev 29B-də, 0.114 qram psixotrop maddə metamfetamini və 0.038 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 03:30 radələrində Bakı şəh., Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0.114 qram çəkidə psixotrop maddə olan metamfetamin və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0.038 qram narkotik vasitə olan heroin, həmçinin yaşadığı Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D. Vasif küç., ev 29B-yə baxış keçirilən zaman isə yataq otağındakı paltar dolabının alt siyirtməsindən dörd ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.085 qram, 0.078 qram, 0.090 qram və 0.062 qram, ümumi təmiz çəkisi 0.315 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Ehtiyacı üçün narkotik və psixotrop maddələri Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Adəm adlı tanışından almışdır. xx xxxx 2020-ci il tarixdə, günorta saatlarında yenidən Adəm adlı tanışı ilə görüşmüş və ondan beş büküm narkotik vasitə olan heroin, bir büküm psixotrop maddə hesab edilən metamfetamin almışdır. Narkotik vasitələri alaraq yaşadığı evə getmişdir. Aldığı büküm narkotik vasitələrdən dörd bükümünü yataq otağında olan paltar dolabının alt siyirtməsində gizlətmişdir. Bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini isə üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 03:30 radələrində yaşadığı evin qarşısında dayandığı zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək 15-ci PB-in əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu bölməyə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə bölməyə gəlmişdir. Polis Bölməsində video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini, bir büküm psixotrop maddə olan metamfetamini, sol yan cibindən isə bir ədəd «VVANT» markalı siqareti və bir ədəd alışqanı çıxardaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ondan iki bükümdə olan maddələrin nə olduğunu, haradan əldə etdiyini soruşmuşlar. O, təqdim etdiyi bükülülərdən bir ədədinin heroin olduğunu, bir ədədinin isə metamfetamin olduğunu, öz istifadəsi üçün Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Adəm adlı şəxsdən aldığını demişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə evinə baxış keçirmişlər və Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küç., ev 29Bun yataq otağında paltar dolabının axırıncı siyirtməsində gizlətdiyi dörd büküm narkotik vasitə heroin götürmüşlər. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan «Nazir» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 15-ci PB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Məlumatla bağlı aparılmış ilkin araşdırma zamanı «Nazir» adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Saat 03:25 radələrində Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küç., ev 29B-in yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında 03:30 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəh., Kürdəxanı qəsəbəsi, D.Vasif küç., ev 29B-in yaxınlığına gəlmişlər. Ünvana çatdıqları zaman Təqsirləndirilən şəxs dayandığını görüb ona yaxınlaşıb saxlamışlar və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib onu 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs oğlu onlara etiraz etməyərək bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli, bir büküm gümüşü rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli, toz şəkilli maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükülülərdən birinin içərisində heroin, digərinin içərisində isə «şüşə» kimi tanıdığı maddələr olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin maddələri xx xxxx 2020-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Adəm adlı şəxsdən 60 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs evdə də narkotik vasitə saxladığını demişdir. Həmin günü saat 09:30 radələrində Təqsirləndirilən şəxs, əməliyyat qrupunun üzvləri və təhqiqatçı ilə birlikdə onun yaşadığı evə getmişlər. Evdə olduqları zaman təhqiqatçı ona evdə saxladığı narkotik vasitəni təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küç., ev 29B-in yataq otağındakı paltar dolabının alt siyirtməsindən dörd ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli, toz şəkilli maddəni könüllü şəkildə təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni də öz istifadəsi üçün Adəm adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu Şahid1 Əli oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/313 saylı, 27 mart 2020-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata iki ədəd zərfdə təqdim edilmiş: üzərində «...vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə...» və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.114 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, tərkibinə görə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə-metamfetamindir. Həmin zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0.038 qram olan qəhvəyi rəngli maddə isə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Müxtəlif növ maddələrə aid olduqları üçün müqayisəli tədqiqatı aparılmadı. -Üzərində: «vət. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik vasitə...» və s. qeydlər olan zərfdəki dörd ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.085 qr., 0.078 qr., 0.090 qr., 0.062 qram, ümumi təmiz çəkisi 0.315 qram olan qəhvəyi rəngli maddələr, tərkibinə görə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. -Təqsirləndirilən şəxs üzərindən götürülməsi qeyd edilən zərfdəki bir ədəd büküm heroinlə yaşadığı mənzildən götürülməsi qeyd edilən dörd ədəd bükümdəki heroinlər tərkiblərinə görə eynidirlər. Heroinin təmiz çəkisi 0.353 qram, sərf edildi 0.60 qram, qalıq 0.293 qramdır. Metamfetaminin təmiz çəkisi 0.114 qram, tədqiqata sərf edildi 0.050 qram, qalıq, 0.064 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 902 saylı, 08 aprel 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Rəcəb oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyalan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Xəlilov Nazir Rəcəb oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Xəlilov Nazir Rəcəb oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Xəlilov Nazir Rəcəb oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, xx xxxx 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Xəlilov Nazir Rəcəb oğlu xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,11). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 54). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)176/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh.,69). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 72). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılmasıcəzası məhkumun cəmiyyətdən tamtəcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52- 1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə vəya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işləkvəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqan iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı işvə ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. XəlilovNazir Rəcəb oğlunun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01 gün müddətnəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam»qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.293 qram heroin, 0.064 qram metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 108.46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Rəcəb oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Rəcəb oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 (iki) il, 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xəlilov Nazir Rəcəb oğlunun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün hesablansın, hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Bakı şəh., Sabunçu rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.293 qram heroin, 0.064 qram metamfetamin məhv edilsin. İş üzrə 108.46 manat ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs Rəcəb oğlunun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar