Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-227/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş, Şəki rayonu, Şorsu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azırbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanusuz və əvəzsiz ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək, aldatma yolu ilə sonuncunu 3.000 manat müqabilində metronun “Nərimanov” stansiyasının yaxınlığında fəaliyyət göstərən klinikada işə düzəldə biləcəyi barədə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:48-də yaşadığı ünvan 2 üvnanında olarkən mobil telefonuna yüklənmiş müvafiq proqram vasitəsi ilə özünə məxsus “Leobank”a aid bank hesabından Təqsirləndirilən şəxs məxsus “X6”a aid olan 5213 6751 4743 5391 nömrəli bank hesabına 3.000 manat pulun göndərilməsinə nail olaraq həmin pulu ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 3.000 manat məbləğində ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını dələduzluq yolu ilə qanusuz və əvəzsiz ələ keçirilmək məqsədi ilə, guya xırdabuynuzlu heyvanların alqı- satqısı ilə məşğul olduğunu bildirib və 2.000 manat pul verəcəyi təqdirdə onu da həmin alverə qoşub pul qazana biləcəyi barədə yalan vədlər verib inandırmağa nail olaraq Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək, aldatma yolu ilə 16 avqust 2023-cü il tarixdə, saat 15:43-də sonuncunun yaşadığı ünvan 2 üvnanında olarkən olarkən mobil telefonuna yüklənmiş müvafiq proqram vasitəsi ilə özünə məxsus “Leobank”a aid bank hesabından Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid olan 4169 7388 1756 2113 nömrəli bank kartına 1.000 manat, xx.xx.2023-cü il tarixdə cinayətdən xəbəri olmayan tanışlarının vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 manat və ünvan 1 ünvanında fəaliyyət göstərən “Bazar Store” marketdə olan “Milliön” ödəmə sistemi vasitəsi ilə göstərilən bank hesabına əlavə 500 manat məbləğində pulun göndərilməsinə nail olaraq həmin pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs cəmi 2.000 məbləğində pulunu ələ keçirməklə ona ümumilikdə 2.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən “Tik-Tok” sosial şəbəkəsində təsadüfən, əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu ilə internet üzərindən bir qədər mesajlaşdıqdan sonra bir-birilərinə qarşılıqlı mobil telefon nömrələrini vermişlər. Mobil telefon danışıqları zamanı Zərərçəkmiş şəxs ondan hansı işlə məşğul olduğunu soruşmuş, o isə yaşadığı Şəki rayonunda meyvə-tərəvəz, xırda və iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxsdan alver işini genişləndirmək məqsədi ilə borc pul istəmiş, Xalidə faizlə pul verən tanışının olduğunu və həmin şəxsdən 3.000 manat pul götürə biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs həmin şəxsdən 5.000 manat götürməyini xahiş etmiş və Xalidə onunla razılaşmışdır. Həmin tarixdə, yəni 14 avqust 2023-cü il tarixdə özünə məxsus “AzərtürkBank” və "xxxx"a aid bank kartlarının şəklini “Watsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefonuna göndərmiş, xx.xx.2023-cü il tarixdə, saat 12:48-də ilk olaraq Zərərçəkmiş şəxs ona məxsus “AzərtürkBank”’a aid bank hesabına 3000 manat nəğd pul köçürmuş, həmin gün qeyd edilən məbləği Şəki rayonu, Aşağı Göynük kəndində fəaliyyət göstərən “AL” marketdə olan "xxxx"a aid elektron ödəmə sistemində nəğdləşdirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə etdiyi söhbət zamanı şəxsi işləri ilə bağlı ona əlavə 1.000 manat pul lazım olduğunu bildirmiş, Xalidə xx.xx.2023-cü il tarixdə, saat 15:43-də ona məxsus "xxxx"a aid bank hesabına əlavə 990 manat nağd pul köçürmüş, həmin gün qeyd edilən məbləği Şəki rayonu, Aşağı Göynük kəndində fəaliyyət göstərən “AL” marketdə olan "xxxx"a aid elektron ödəmə sistemində nəğdləşdirmişdir. Bundan sonra mobil telefon və internet üzərindən danışıqları zamanı Zərərçəkmiş şəxs bir daha şəxsi işləri ilə bağlı ona daha 1.000 manat pul lazım olduğunu bildirmiş, Xalidə xx.xx.2023-cü il tarixdə 13:22-də ona məxsus "xxxx"a aid bank hesabına 500 manat nəğd pul köçürmüş, sonra Zərərçəkmiş şəxs həmin tarixdə, saat 13:32-də "xxxx"a aid bank hesabına təkrar 500 manat nəğd pul köçürmüş, həmin tarixdə qeyd edilən məbləği Şəki rayonu, Aşağı Göynük kəndində fəaliyyət göstərən “AL” marketdə olan "xxxx"a aid elektron ödəmə sistemində nəğdləşdirmişdir. Beləliklə, Zərərçəkmiş şəxs onun bank hesablarına ümumilikdə 5000 manat nəğd pul köçürmüş, Zərərçəkmiş şəxs ona verdiyi ümumi məbləği 10 gün ərzində qaytaracağına söz verməsinə baxmayaraq işlərinin alınmaması səbəbindən vədinə əməl edə bilməmişdir. O, zərərçəkmiş şəxsdən iş qurmaq və ya onu işə düzəltmək adı ilə pul almamışdır. O, zərərçəkmiş şəxsdən borc almış, sadəcə borcu qaytara bilməmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində təsadüfən sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ilə internet üzərindən bir qədər mesajlaşdıqdan sonra həmin şəxs ondan istifadəsində olan mobil telefon nömrəsini verməyini xahiş etmiş, onun xahişini nəzərə alaraq istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermişdir. Təqsirləndirilən şəxs isə istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona vermiş, həmin mobil nömrələr vasitəsi ilə telefon danışıqları zamanı Təqsirləndirilən şəxs onun ali təhsilli olduğunu və hazırda işləmədiyini öyrənmişdir. O, geniş əlaqələrinin olduğunu bildirib onu metronun “Nərimanov” stansiyasının yaxınlığında fəaliyyət göstərən klinikada işə düzəldə biləcəyi barədə vədlər vermiş və Elnur onu həmin klinikaya işə düzəldəcəyi müqabilində ondan 3.000 manat pul tələb etmişdir. Elnurun bu sözlərinə inandığı üçün onunla razılaşmış, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə, saat 10:54-də “Watsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə özünə məxsus “X6”a aid olan 5213 6751 4743 5391 nömrəli bank kartının şəklini onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna göndərmiş, həmin tarixdə, saat 12:48-də yaşadığı ünvan 2 üvnanında olarkən özünə məxsus “Leobank”a aid 4098 5844 7812 6236 nömrəli bank hesabından Təqsirləndirilən şəxs ona göndərdiyi qeyd edilən bank hesabına 3.000 manat nəğd pul göndərmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə mobil telefon danışıqları zamanı Təqsirləndirilən şəxs ona xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu və yaxşı gəlir əldə etdiyini bildirmiş, 2.000 manat pul verəcəyi təqdirdə onu da həmin alverə qoşa biləcəyini və onun da xırdabuynuzlu heyvanların alqı-satqısından pul qazana biləcəyi barədə vədlər vermişdir. Təqsirləndirilən şəxs bu sözlərinə inandığı üçün onunla razılaşmış, xx.xx.2023-cü il tarixdə, saat 15:34-də “Watsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə özünə məxsus "xxxx"a aid olan 4169 7388 1756 2113 nömrəli bank kartının şəklini onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna göndərmiş, həmin tarixdə, saat 15:43-də yaşadığı ünvan 2 ünvanında olarkən özünə məxsus “Leobank”a aid bank hesabından Təqsirləndirilən şəxs qeyd edilən bank hesabına 1.000 manat nəğd pul köçürmüş, lakin pulu bitdiyi üçün növbəti 1.000 manatı göndərə bilməmiş və zəng edib bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Tanışlıqlarının ilk günlərində mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs ilə danışarkən tanışı Şahid təxminən 4-5 il əvvəl ondan 4.500 manat borc pul aldığını, eləcə də sonuncunun həmin məbləğin 2.000 manatını hissə-hissə qaytarmasına baxmayaraq qalan 2.500 manat hissəsini bu günədək qaytarmadığını bildirmişdir. Həmin ərəfədə tanışı Şahid isə qeyd edilən məbləğdə pulu tanışından götürüb ona verdiyini dediyini, bu səbəbdən pulunun bitdiyinə görə növbəti dəfə 1.000 manatı göndərə bilməyəcəyini Təqsirləndirilən şəxs bildirəndə Elnur Şahid zəng edib özünü pul sahibi kimi təqdim edərək 2.500 manat pulu qaytarmasını xahiş edəcəyini və pulu alıb ona qaytara biləcəyini bildirmişdir. Həmçinin 2.500 manat pulu Şahid bu adla alıb 1.000 manatını xırdabuynuzlu heyvanların alqı-satqısına, qalan 1.500 manat hissəsini isə ona verəcəyinə söz vermişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs ondan Şahid istifadəsində olan mobil telefon nömrəsini almış, sonradan Təqsirləndirilən şəxs zəng edib Şahid ilə danışmasını və 2.500 manat pulun ona məxsus olduğunu bildirib qaytarmasını xahiş etdiyini öyrənmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs özünə məxsus "xxxx"a aid 4169 7388 1756 2113 nömrəli bank kartının şəklini “Watsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə Şahid göndərmiş, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Şahid zəng edib ona olan borcundan 1.000 manat pulu Təqsirləndirilən şəxs bank hesabına göndərməsini xahiş etmişdir. Buna görə Şahid tanımadığı və eşitidiyinə görə hazırda Türkmənistan Respublikasında yaşayan qohumundan Təqsirləndirilən şəxs həmin bank hesabına 500 manat pul köçürməsini xahiş etmiş, həmin şəxs xx.xx.2023-cü il tarixdə 13:22-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 manat nəğd pulu Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7388 1756 2113 nömrəli bank hesabına köçürmüş bundan sonra Şahid ünvan 1 ünvanında fəaliyyət göstərən “Milliön” ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs həmin bank hesabına əlavə 500 manat nəğd pul köçürmüşdür. Lakin sonradan Təqsirləndirilən şəxs müxtəlif bəhanələr göstərərək onun zənglərinə cavab verməkdən yayınmağa başlamış və Elnurun yalan vədlər verməklə onun etibarından suiistifadə edərək ümumilikdə 5.000 manat nəğd pulunu ələ keçirdiyini başa düşmüşdür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 5-6 il əvvəl övladının vasitəsi ilə tanış olmuşlar. Aralarında səmimi ailəvi dostluq münasibətləri yaranmış, təxminən 4 il əvvəl şəxsi problemləri ilə bağlı Zərərçəkmiş şəxs 4.500 manat borc pul almışdır. Xalidə qeyd edilən məbləğdə pulu tanımadığı şəxsdən götürüb ona vermiş, həmin məbləğin 2.000 manatını hissə-hissə qaytarmağına baxmayaraq qalan 2.500 manat hissəsini qaytara bilməmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə ona zəng edib pulu götürdüyü şəxsin pulunu istədiyini bildirmiş, lakin maddi imkanı pis olduğundan borcunu qaytara bilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs onun mobil nömrəsini həmin şəxsə verəcəyini bildirdiyini, bundan bir müddət sonra ***-***-**-** mobil nömrəsindən özünü Elnur adı ilə təqdim etmiş şəxs ona zəng edib Zərərçəkmiş şəxs tanışı olduğunu, sonuncunun borc verdiyi pulun ona məxsus olduğunu, eləcə də hazırda ona təcili pul lazım olduğunu bildirib pulunu qaytarmağını xahiş etmişdir. Bu məqsədlə Elnur adlı şəxs özünə məxsus "xxxx"a aid 4169 7388 1756 2113 nömrəli bank kartının şəklini “Watsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə ona göndərmiş, həmin vaxt Zərərçəkmiş şəxs zəng edib ona olan 2.500 manat borcundan Elnur adlı şəxsin göndərdiyi bank hesabına 1.000 manatını göndərməyini xahiş etmişdir. Bu zaman üzərində cəmi 500 manat nəğd pul olmuş, buna görə məcbur olub Elnurun göndərdiyi 4169 7388 1756 2113 nömrəli bank kartının şəklini “Watsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə Türkmənistan Respublikasında yaşayan, lakin həmin ərəfədə Bakı şəhərində olan qohumuna göndərib ondan göstərilən hesaba 500 manat köçürməyini xahiş etmişdir. Qohumu xx.xx.2023-cü il tarixdə 13:22-də Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 manat nəğd pulu Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid bank hesabına köçürmüş, bundan təxminən 10 dəqiqə sonra isə özü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində fəaliyyət göstərən “Bazar Store”də olan “Milliön” ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs 4169 7388 1756 2113 nömrəli bank hesabına əlavə 500 manat nəğd pul köçürmüşdür. Təqsirləndirilən şəxs heç vaxt görməmiş, onunla yalnız mobil telefon vasitəsi ilə ünsiyyətdə olmuşdur. Tanışı Zərərçəkmiş şəxs hansı məqsədlə Təqsirləndirilən şəxs 4169 7388 1756 2113 nömrəli bank hesabına 1.000 manat köçürməyini xahiş etməsinin səbəblərini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırılan hadisə ilə bağlı sonuncu köçürülən məbləğ Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov 28 ünvanında yerləşən “Bazar Store” mağazasında olan "xxxx" ödəniş aparat vasitəsi ilə köçürülmüşdür (i.v.10- 12). “Maddi sübut kimi tanıma haqqında” 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə 17 avqust 2023-cü il tarixdən 24 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində yazılı mesajlaşmalar köçürülmüş 16 ədəd A4 vərəqi cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.71). "xxxx" MMC və "xxxx" QSC vaistəsi ilə həyata keçirilmiş ödənişi özündə əks etdirən ödəniş qəbzlərindən görünür ki, 18 avqust 2023-cü il tarixdə, saat 13:22 radələrində Təqsirləndirilən şəxs kartına 500 manat, həmin tarixdə, saat 13:33 radələrində yenidən 500 manat pul vəsaiti köçürülmüşdür (i.v.150-151). “Maddi sübut kimi tanıma haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “Leobank”a aid 4098 5844 7812 6236 nömrəli hesabından 01 avqust 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək olan müddəti əhatə edən çıxarışı, “MilliÖn” və "xxxx" elektron ödəmə sistemindən qəbzləri, eləcə də Təqsirləndirilən şəxs məxsus “X6”a aid 5213 6751 4743 5391 və "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcısı olan 4169 7388 1756 2113 nömrəli plastik bank kartlarının A4 formatlı kağızda əks olunmuş şəkilləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.154). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tərəflər arasında aparılmış “whatsapp” yazışmaları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək zərərçəkmiş şəxsdən ittihamda göstərilən məbləğdə pulu borca aldığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin istinad etdiyi həmin xüsusatı onun məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirir. Belə ki, tərəflərin ifadələrindən aydın olur ki, tərəflər sosial şəbəkədə tanış olduqları gündən 03 gün sonra zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs kart hesabına ilkin olaraq 3000 manat, ondan 02 gün sonra 1000 manat, 02 gün sonrakı tarixdə isə 1000 manat pul göndərmişdir. Məhkəmə qeyd edir ki, şəxsin sosial şəbəkələrdə yeni tanış olduğu, hələ bir dəfə də olsun real həyatda görmədiyi və tanımadığı şəxsdən 3 gün içərisində borc istəməsi və qarşı tərəfin isə sorğu-sualsız tanımadığı şəxsə qısa müddət ərzində borc verməsi real deyildir. Məhkəmə hadisələrin gedişatını, zərərçəkmiş şəxsin istintaqın ilk günündən verdiyi eyni məzmunlu ifadələri nəzərə alaraq zərərçəkmiş şəxsin ifadələrini işin həqiqi hallarına uyğun ifadələr kimi qiymətləndirir. Belə ki, işin hallarından görünür ki, zərərçəkmiş şəxs özü maddi imkanı zəif olmaqla işsiz olan şəxsdir və onun Təqsirləndirilən şəxs verdiyi 5000 manat pulun 4000 manat hissəsini lombarda zinət əşyalarının qoyulması müqabilində götürmüşdür. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin təcili olaraq qısa zaman kəsiyində heç tanımadığı şəxsə faiz ödəmək şərti ilə borca pul götürərək verməsi onun öz xeyrinə hər hansı işin düzələcəyinə inanmasına və işə düzələcəyi ilə ümidi ilə təqsirləndirilən şəxsə pul verməsinə dair dəlillərin inandırıcı və real olması qənaətindədir. Belə ki, zərərçəkmiş şəxsin tanımadığı və sadəcə 3 gün ərzində sosial şəbəkədə danışdığı şəxsə başqasından faiz ödəmək şərti ilə borc götürərək borca pul verməsi məntiqli deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq naminə düşünülmüş şəkildə zərərçəkmiş şəxsdən aldığı pulu borc kimi almasını göstərərək məhkəmənin diqqətini zərərçəkmiş şəxslə aralarında olan münasibətin mülki xarakterli münasibətlər olmasına yönəltmək istəsə də, işin həqiqi halları ilə onun dəlilləri öz təsdiqini tapmamaqla təkzib edilmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, tərəflər arasında aparılmış “whatsapp” yazışmaları və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 09 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, 07 dekabr 2018-ci il arixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, Şəki Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.1-ci bəndinə əsasən cəzadan azad edilmiş, Şəki Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2., 177.2.3-1 və 178.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 01 ay 18 gün müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, 22 avqust 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 10 ay 06 gün hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 09 iyun 2023-cü il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.76-78). “Axtarışda olan şəxsin tutulması haqqında” 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 21 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşlarına təqdim olunmaqla Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.87). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(008)-861/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 noyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.126-129). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 4(008)-27/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə uzadılmışdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də AR CM-də nəzərdə tutulmuş cinayət törətməsini (talama cinayətləri), həmin cinayətə görə ona məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinə, sonradan cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək həmin cəzanın çəkilməmiş hissəsindən də vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən yenidən cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 7–ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə 17 avqust 2023-cü il tarixdən 24 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində yazılı mesajlaşmalar köçürülmüş 16 ədəd A4 vərəqi və Zərərçəkmiş şəxs özünə məxsus “Leobank”a aid 4098 5844 7812 6236 nömrəli hesabından 01 avqust 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək olan müddəti əhatə edən çıxarışı, “MilliÖn” və "xxxx" elektron ödəmə sistemindən qəbzləri, eləcə də Təqsirləndirilən şəxs məxsus “X6”a aid 5213 6751 4743 5391 və "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcısı olan 4169 7388 1756 2113 nömrəli plastik bank kartlarının A4 formatlı kağızda əks olunmuş şəkilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi verib Təqsirləndirilən şəxs verdiyi 5000 manatın 4000 manatını lombarddan götürdüyünü, hər ay 200 manat, cəmi 1000 manat məbləğində faiz ödədiyini qeyd edərək ümumilikdə 6000 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 14 avqust 2023-cü il tarixdə 4000 manat məbləğində pul vəsaiti borc olaraq Zərərçəkmiş şəxs verilmiş, o isə həmin məbləğ müqabilində əsas borc və faiz daxil olmaqla 15 noyabr 2023-cü il tarixdə 600 manat, 15 yanvar 2024-cü il tarixdə 4400 manat, cəmi 5000 manat pulu lombard sahibi X1 ödəmişdir. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək zərərçəkmiş şəxsin borc alaraq Təqsirləndirilən şəxs verdiyi 4000 manat pula görə əlavə 1000 manat məbləğində faiz ödəməsinin təsdiq olunduğunu, bununla da təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 6000 manat (5000 manat təqsirləndirilən şəxsə verdiyi pul, 1000 manat faizlərə görə ödənilmiş pul) məbləğində maddi ziyan dəyməsinin öz təsdiqini taparaq sübuta yetirildiyini nəzərə alaraq verilmiş mülki iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə AR CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 6000 manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə 17 avqust 2023-cü il tarixdən 24 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində yazılı mesajlaşmalar köçürülmüş 16 ədəd A4 vərəqi və Zərərçəkmiş şəxs özünə məxsus “Leobank”a aid 4098 5844 7812 6236 nömrəli hesabından 01 avqust 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək olan müddəti əhatə edən çıxarışı, “MilliÖn” və "xxxx" elektron ödəmə sistemindən qəbzləri, eləcə də Təqsirləndirilən şəxs məxsus “X6”a aid 5213 6751 4743 5391 və "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcısı olan 4169 7388 1756 2113 nömrəli plastik bank kartlarının A4 formatlı kağızda əks olunmuş şəkilləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərə görə 6000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-227/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-227/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver