Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-229/2020 29.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbayjan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il saat 01:20 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 259 saylı orta məktəbin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirildikdən sonra orada üzərinə keçirilmiş baxış zamanı iki ədəd gümüşü siqaret kağızı bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.220 qram və 0.016 qram, ümumi təmiz çəkisi 0.236 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 0.774 qram olan narkotik vasitə-heroin, həmçinin bir ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarında, yəni ümumi təmiz çəkisi 0.430 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir-neçə aydır narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir və tək qəbul edir. xx.xx.2002-ci il saat 01 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsində olan 259 saylı məktəbin qarşısında olarkən 2 nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq özlərini Sabunçu RPİ-nin PPXB-nin əməkdaşı kimi təqdim etmişlər. Şəxsiyyətini təsdiq edən sənədi soruşduqda sənədinin olmadığını bildirmişdir. Bundan sonra polislər onu 12-ci PŞ-nə dəvət etmişlər və bölmənin inzibati otaqlarının birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, o, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 06 ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərdən birinin içərisindən narkorik vasitə olan heroin, birinin içərisindən marixuana, ikisinin içərisindən psixotrop maddə olan metamfetamin, digər birindən isə limon duzu aşkar edilmişdir. Sonra həmin maddələr polislər tərəfindən qablaşdırılmışdır. Daha sonra üzərindən narkotik vasitənin aşkar edilməsi ilə əlaqədar protokol tərtib olunmuş, ucadan oxuduqdan sonra doğruluğunu imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, saxlanılmamışdan bir qədər əvvəl taksi kimi idarə etdiyi avtomobilə bir nəfər tanımadığı şəxs əyləşmişdir. Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə çatdıqda polislər olmasını gördükdə həmin şəxs avtomobili saxladıb düşmüş və cəld oradan uzaqlaşmışdır. O, sonradan həmin bükümləri avtomobilin ön oturacağında aşkar edərək içərisinə baxmış və içərisində heroinə, marixuanaya və şüşə kimi tanıdığı metamfetaminə oxşadıb istifadəsi üçün cibinə qoymuşdur. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində xidmətdə olarkən bir nəfər şəxsin özünün şübhəli aparması diqqətini çəkmiş, buna görə də, ona yaxınlaşaraq şəxsiyyətini dəqiqləşdirmək üçün şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. Həmin şəxsin heç bir sənəd təqdim edə bilməməsi ondan şübhələnməyinə səbəb olmuş və onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər, daha sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar və maddələr varsa onları könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bundan sonra əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində kristal formalı maddə olan büküm, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində ağ rəngli maddə olan büküm, 01 ədəd göy rəngli sellofana bükülmüş içərisində spesifik iyə malik olan qəhvəyi rəngli tozşəkilli maddə olan bükümü, 01 ədəd gümüşü folqaya bükülmüş içərisində ağ rəngli maddə olan büküm, 01 ədəd ağ sellofana bükülmüş içərisində spesifik iyə malik tozşəkilli maddə olan büküm, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd yaşıl rəngdə ot kütləsi olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə və psixotrop maddələr olmasını bildirmiş, bundan sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri idarə etdiyi avtomobildə sərnişin kimi əyləşmiş şəxs qoyaraq getmiş, içərisinə baxdıqda narkotik vasitələr və psixotrop maddələr olmasını gördükdən sonra öz istifadəsi üçün götürüb üzərində saxlamışdır. Daha sonra, şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, şəxsi axtarışın keçirilməsində iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərtib edilmiş protokolla tanış olduqdan sonra protokolun düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin əməkdaşı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 23-24-cü vərəqəsində olan “şəxsi axtarış keçirilməsi” barədə xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanılmazdan əvvəl hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, könüllü olaraq, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ümumilikdə 06 ədəd büküm çıxararaq masanın üzərinə qoymuş, onlardan 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində kristal formalı maddə olan büküm, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində ağ rəngdə maddə olan büküm, 01 ədəd göy rəngli sellofana bükülmüş içərisində spesifik iyə malik olan qəhvəyi rəngdə toz şəkilli maddə olan büküm, bir ədəd gümüşü folqaya bükülmüş içərisində ağ rəngdə maddə olan büküm, bir ədəd ağ sellofana bükülmüş içərisində spesifik iyə malik toz şəkilində maddə olan büküm və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində tünd yaşıl rəngdə ot kütləsi olan bükümü təqdim etmişdir. Cinayət işinin 37-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 37-38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4795 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.220 qram və 0.016 qram, ümumi təmiz çəkisi 0.236 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, bir ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 0.774 qram olan narkotik vasitə-heroindir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0,176 qram, heroinin təmiz çəkisi 0,724 qramdır. Cinayət işinin 42-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 66 (altmış altı) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4790 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd gümüş rəngli kağız bükümdə təmiz çəkisi 0.430 qram bitki mənşəli kütlə, markotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,410 qramdır. Cinayət işinin 71-74-cü vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-92/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surtindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,236 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,774 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,430 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,176 qram metamfetamin, 0,724 qram heroin, 0,410 qram marixuana maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 89-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxışın videogörüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut hesab olunaraq jinayət işinə əlavə edilmişdir. Cinayət işinin Cinayət işinin 92-93-cü vərəqəsində olanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-cu il tarixli, 1245 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 80-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZE 11584652 və AZE 11584668 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıması tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 06 (altı) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,176 qram metamfetamin, 0,724 qram heroin, 0,410 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 06 (altı) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 10 (on) ay 12 (on iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,176 qram metamfetamin, 0,724 qram heroin, 0,410 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(008)-229/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-229/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver