Məhkəmə qərarları › İş №1(008)-229/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-229/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-229/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və X4, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X10 küçəsi, döngə 2, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırkı iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri maddələri ilə, 05 avqust 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-29/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3-də yaşayan, hazırkı iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 240.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə 30 may 2022-ci il tarixdə, gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi 654 saylı bağ evinə hasardan aşmaqla daxil olaraq, saxlanc yeri sayılan qarajdan 01 ədəd 30 manat dəyərində təkərli əl arabasını, ümumi dəyəri 60 manat olan 02 ədəd işıqsaçanı, 15 manat dəyərində 01 ədəd əl fonarını, 50 manat dəyərində 01 ədəd binokulu, 25 manat dəyərində 50 metr uzunluğunda elektrik kabelini, ümumi dəyəri 80 manat olan «Qaz-2101» markalı avtomobilə məxsus 04 ədəd disk-təkəri, ümumi dəyəri 35 manat olan «Qaz-2101» markalı avtomobilə məxsus 07 ədəd təkər kameralarını, ümumi dəyəri 15 manat olan 03 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus qapının iç qolunu, 02 ədəd 10 manat dəyərində «Qaz-2101» markalı avtomobilə məxsus faraların nikel materialdan olan halqalarını, ümumi dəyəri 6 manat olan 02 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus əyləcini, ümumi dəyəri 4 manat olan 02 ədəd avtomobil qapısının şüşə qaldıranını, ümumi dəyəri 20 manat olan 02 ədəd avtomobil qapı petləsini, ümumi dəyəri 8 manat olan 02 ədəd əyləcin üst hissəsini, ümumi dəyəri 50 manat olan avtomobilin digər ehtiyyat hissələrini, 01 ədəd 3 manat dəyərində çəkic başlığı, 01 ədəd 5 manat dəyərində zubili, 01 ədəd 8 manat dəyərində su kranını, 01 ədəd 10 manat dəyərində sanitar qovşaq kranını, 01 ədəd 15 manat dəyərində sink materialdan olan zibil qabını, ümumi dəyəri 8 manat olan 04 ədəd düral materialdan olan sərinkeşin pərlərini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 457 (dörd yüz əlli yeddi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakı gizli olaraq talama məqsədi ilə 02 iyun 2022-ci il tarixdə, gecə saat 02:30-da Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi 654 saylı bağ evinə pəncərə şüşəsini çıxarmaqla qanunsuz mənzilə daxil olaraq, oradan 40 manat dəyərində 01 ədəd qaz sobasını, 25 manat dəyərində 01 ədəd yanacaqla işləyən qızdırıcını, 30 manat dəyərində 01 ədəd «Qaz 2101» markalı avtomobilə məxsus benzin çənini, dəyəri 90 manat olan «Qaz-2101» markalı avtomobilə məxsus 02 ədəd ön işıqları, 50 manat dəyərində 01 ədəd «Pioner» və 50 manat dəyərində 01 ədəd «Sony» markalı avtomaqnitolanı, 01 ədəd 55 manat dəyərində avtomobil hidravlik qaldırıcısını, ümumi dəyəri 200 manat olan 03 ədəd yivli avtomobil qaldırıcısını, 01 ədəd 40 manat dəyərində primusu,120 manat dəyərində 01 ədəd qəlyanı, ümumi dəyəri 100 manat olan 02 ədəd köhnə dəmir ütünü, ümumi dəyəri 600 manat olan 02 ədəd tikiş maşınını, ümumi dəyəri 100 manat təşkil edən «Qaz-2101» markalı avtomobilə aid müxtəlif avtomobil hissələrini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1.500 (bir min beş yüz ) manat maddi ziyan vurmuş və bağ evindən ümumi təmiz çəkisi 4833,1 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddə gümüşü rəngli, metal parıltılı metallik civəni satıb qazanc əldə etmək məqsədilə gizli yolla talayaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 1-də yerləşən 1 saylı evə daşıyıb saxlamış, 07 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş və həmin gün saat 18:00-da yaşadığı bağ evinə baxış keçirilərkən otaqların birindən 01 ədəd kolba formalı şüşə qabda təmiz çəkisi 4824,3 qram (qabla birlikdə çəkisi 5424,3qram), 01 ədəd palstik qabda təmiz çəkisi 8,8 qram (qabla birlikdə çəkisi 31,1 qram) ümumi təmiz çəkisi 4833,1 qram (qablarla birlikdə ümumi çəkisi 5455,4 qram) gümüşü rəngli, metal parıltılı narkotik vasitə və psixotrop maddələrə aid olmayan zəhərli maddə olan metallik civə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3-də yaşamışdır. 30 may 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə küçədə gəzərkən pula ehtiyacları olduğu üçün yaşayış olmayan evlərdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində əvvəlcədən tanımadığı, sonradan adını bildiyi, Rəhman adlı şəxsin bağ evində işıq yanmadığını görüb həmin evdə heç kəs olmadığını müəyyən edərək, həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra gecə saat 03 radələrində həmin bağ evinin həyətinə daş hasardan aşmaqla daxil olmuş, sonra evin həyətində qaraj kimi istifadə olunan saxlanc yerinin dəmir qapısını açıb hər ikisi içəri girmiş, oradan 02 ədəd işıqsaçanı, 01 ədəd əl fonarını, 01 ədəd binokulu, 50 metr uzunluğunda elektrik kabelini, «Qaz-2101» markalı avtomobilə məxsus 04 ədəd disk-təkəri, «Qaz-2101» markalı avtomobilə məxsus 07 ədəd təkər kameralarını, 03 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus qapının iç qolunu, 02 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus faraların nikel halqalarını, 02 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus əyləci, 02 ədəd avtomobil qapısının şüşə qaldıranını, 02 ədəd avtomobil qapı petləsini, 02 ədəd əyləcin üst hissəsini, avtomobilin digər ehtiyyat hissələrini, 01 ədəd çəkic başlığını, 01 ədəd zubili, 01 ədəd su kranını, 01 ədəd sanitar qovşaq kranını, 01 ədəd sink materialdan olan zibil qabını, 04 ədəd düral materialdan olan sərinkeşin pərlərini götürüb həyətə çıxarmış, sonra oğurladıqları əşyaları qarajın qarşısında olan təkərli əl arabasına yığıb həyətin giriş qapısını açaraq küçəyə çıxarmışlar. Daha sonra həyətin qapısını bağlamış və oğurladıqları əşyaları yaxınlıqdakı boş sahəyə aparıb gizlətmişlər. Ertəsi gün Əbdüləli həmin əşyalardan çəkic başlığını, zubili, sərinkeşin pərlərini, nikel halqaları, metal binokulu və su kranlarını götürüb Seyidlər qəbristanlığının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparıb tanımadığı şəxsə 35 manata satlb şəxsi ehtiyacları üçün xərcləmişlər. Əbdüləli digər oğurladıqları əşyaları az-az satacağını, disk və təkəri özü üçün saxlamaq istədiyini bildirmiş, lakin, 02 iyun 2022-ci il tarixdə polis əməkdaşları onu tutduğuna görə qalan əşyaları sata bilməmişlər. Həmin oğurluğu edən zaman gecə olduğundan və küçədə heç kəs olmadığından onları görən olmamış, cəmi bir dəfə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd etdiyi həyət evindən oğurluq etmişdir. Bundan əlavə, 02 iyun 2022-ci il tarixdə, saat 02.30-da yenidən pula ehtiyacı olduğuna görə Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən Rəhman adlı şəxsin bağ evindən oğurluq etmək qərarına gəlmiş və bu dəfə tanışı Təqsirləndirilən şəxs2 bildirmədən təklikdə həmin evin qarşısına gələrək hasardan aşmaqla həyətə daxil olmuş, sonra həyətdə olan qarajın kilidinin və evin pəncərə şüşəsini sındırıb evə girmişdir. Sonra oradan 01 ədəd qaz sobasını, 01 ədəd yanacaqla işləyən qızdırıcını, 01 ədəd «Qaz 2101» markalı avtomobilə məxsus benzin çənini, «Qaz-2101» markalı avtomobilə məxsus 02 ədəd ön işıqları, 01 ədəd «Pioner» və 01 ədəd «Sony» markalı avtomaqnitolanı, 01 ədəd avtomobil hidravlik qaldırıcını, 03 ədəd yivli avtomobil qaldırıcını, 01 ədəd primusu, 01 ədəd qəlyanı, 02 ədəd köhnə dəmir ütünü, 02 ədəd tikiş maşınını, «Qaz-2101» markalı avtomobilə aid müxtəlif avtomobil hissələrini oğurlamışdır. Daha sonra evdə tikiş maşınının altında parçaya bükülmüş bir şüşə qab görmüş, əlinə götürdükdə çox ağır olduğunu hiss etmiş, qapağını açıb alışqanın fanarı ilə içərisinə baxmış, içərisində qurğuşuna oxşar maddə olmasını görmüş, həmin maddəni satıb pul əldə etmək məqsədilə götürmüş və həmin əşyaları pəncərədən çölə çıxarıb həyətə qoymuş, bundan sonra pəncərə şüşəsini yerinə bərkitmiş, sonra həmin əşyaları darvazadan çölə çıxardıb boş bir həyətə yığmışdır. Orada dayanıb səhərin açılmasını gözləmiş, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Bolt şirkətinə zəng vurub taksi çağırmış və oğurladığı əşyaları taksiyə yükləyib Maştağa qəsəbəsinə metal qəbulu məntəqəsinə aparmış, orada əşyaları maşından düşürüb taksiyə 8 manat verib yola salmışdır. Həmin taksinin sürücüsünü tanımamış və ona əşyaların oğurluq olmasını bildirməmiş, əşyaları satmaq istəyərkən uzaqdan polislərin gəlməsini görmüş və əşyaları orada qoyub qaçmış, lakin qaçarkən sellofan torbada olan civəni özü ilə götürüb yaşadığı ünvana aparmış və həyətində olan köməkçi tikilidə gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:30-da yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib oğurluqda şübhəli olduğunu bildirmiş və Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 42-ci PB- yə getmiş, orada qeyd olunan bağ evindən oğurluq etdiyini və əlavə olaraq oradan 01 ədəd şüşə qabda civəni satmaq məqsədi ilə oğurlayaraq yaşadığı evdə saxladığını etiraf etmişdir. Daha sonra razılığı ilə polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirilmiş və evində otaqların birində saxladığı 01 ədəd şüşə qabda olan civəni polislərə təqdim etmişdir. Daha sonra o, göstərmişdir ki, oğurladığı civə barədə heç kəsə bildirməmiş, Rəhmana məxsus 654 saylı bağ evindən cəmi iki dəfə oğuluq etmiş, həmin oğurluğun birini təklikdə, digərini isə tanışı Əbdüləli ilə birlikdə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X10 küçəsi, döngə 2, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayır. 29 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixə keçən gecə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə küçədə gəzərkən pula ehtiyacları olduğu üçün yaşayış olmayan evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Rəhman adlı şəxsin bağ evində işıq yanmadığını görüb həmin evdə heç kəs olmadığını başa düşmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra gecə saat 03 radələrində İbrahimlə birlikdə həmin bağ evinin həyətinə daş hasardan aşmaqla daxil olmuş, sonra evin həyətində qaraj kimi istifadə olunan saxlanc yerinin dəmir qapısını açıb hər ikisi içəri girmiş, oradan 02 ədəd işıqsaçanı,01 ədəd əl fonarını, 01 ədəd binokulu, 50 metr uzunluğunda elektrik kabelini, «Qaz-2101» markalı avtomobilə məxsus 04 ədəd disk-təkəri, «Qaz-2101» markalı avtomobilə məxsus 07 ədəd təkər kameralarını, 03 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus qapının iç qolunu, 02 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus faraların nikel materialdan olan halqalarını, 02 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus əyləci, 02 ədəd avtomobil qapısının şüşə qaldıranını, 02 ədəd avtomobil qapı petləsini, 02 ədəd əyləcin üst hissəsini, avtomobilin digər ehtiyyat hissələrini, 01 ədəd çəkic başlığını, 01 ədəd zubili, 01 ədəd su kranını, 01 ədəd sanitar qovşaq kranını, 01 ədəd sink materialdan olan zibil qabını, 04 ədəd düral materialdan olan sərinkeşin pərlərini götürüb həyətə çıxarmışlar. Daha sonra oğurladıqları əşyaları qarajın qarşısında olan təkərli əl arabasına yığıb həyətin giriş qapısını açaraq küçəyə çıxarıb həyətin qapısını bağlamış, oğurladıqları əşyaları yaxınlıqdakı boş sahəyə aparıb gizlətmişlər. Ertəsi gün həmin əşyalardan çəkic başlığını, zubili, sərinkeşin pərlərini, nikel halqaları, metal binokulu və su kranlarını götürüb Seyidlər qəbristanlığının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq tanımadığı şəxsə özünə məxsus olduğunu bildirməklə 35 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişlər. Oğurladıqları digər əşyaları isə az-az satmağı fikirləşmiş, avtomobil disk və təkərini isə özü üçün saxlamaq istəmiş, ancaq 02 iyun 2022-ci il tarixdə polis əməkdaşları onu polis bölməsinə dəvət etdiklərinə görə qalan əşyaları sata bilməmiş və polis əməkdaşlarına təqdim etmişdir. Həmin oğurluğu edən zaman gecə olduğundan və küçədə heç kəs olmadığından onları görən olmamış, cəmi bir dəfə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd etdiyi həyət evindən oğurluq etmiş, onunla və ya təklikdə başqa oğurluğu olmamış, sonradan İbrahimin ondan sonra təklikdə həmin evdən yenə də oğurluq etməsini eşitmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi 654 saylı bağ evindən civə oğurlamasından xəbəri olmamış, İbrahim civəni ondan ayrı təklikdə oğurlamış, bu barədə sonradan polisdə eşidib-bilmiş, İbrahim civə oğurlaması barədə ona bir söz deməmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ibtidai istintaqa vermiş olduğu ifadəsini təsdiq etdiyini məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 35-də qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 68-də yaşayır, ailəlidir, üç övladı var, dərzi işləyir və avtomobil oturacaqlarının üzlənməsi ilə məşğul olur, əvvəllər məhkum olunmamışdır. Bundan başqa o, göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yaşasa da rəhmətlik atası Rüstəm Hüseynov və anası X1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 654 saylı bağ evində yaşamış, atası Rüstəm Hüseynov 2021-ci ilin mart ayının 30-da uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyindən anasını yaşadığı ünvana gətirmişdir. Hazırda anası onunla birlikdə yaşayır, Nardarandakı bağ evi rəhmətlik atasının adına olmuş, sonradan isə anasının adına keçirmişdir. Həmin bağ evi bir mərtəbəli və kürsülü olmaqla 3 otaqlı olmuş, bağın 8 sot həyəti vardır, bağda atası yaşadığından ora özü qulluq etmiş, vaxtı olmadığına görə orada daimi yaşaya bilməmiş, həftədə bir dəfə gedib valideynlərinə baş çəkərək gəlmiş, ümumiyyətlə həmin bağ evində yaşamamışdır. Rəhmətlik atası Rüstəm Hüseynov maşın ustası olduğundan «QAZ-21» markalı avtomobillərin təmiri və oturacaqlarının üzlənməsi ilə məşğul olmuş, anası isə heç bir yerdə işləməmişdir. Atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi 654 saylı bağ evindən 2022-ci ildə bir neçə dəfə oğurluq olmuş və bu barədə Sabunçu RPİ-nin 42-ci PB-yə ərizə ilə müraciət etmişdir. Eləcə də o, göstərmişdir ki, 30 may 2022-ci il tarixdə saat 16:30-da bağa baş çəkmək üçün getdikdə həyətdə olan maşın qarajının qıfılının sındırıldığını aşkar etmiş və qarajın qarət olunduğunu başa düşərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra Sabunçu RPİ-nin 42-ci PB-nə gedib ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları bağı müayinə etdikdən sonra qarajda olan rəhmətlik atasına məxsus qarajdan 01 ədəd 30 manat dəyərində təkərli əl arabası, ümumi dəyəri 60 manat olan 02 ədəd işıqsaçan, 15 manat dəyərində 01 ədəd əl fonarı, 50 manat dəyərində 01 ədəd binokul, 50 manat dəyərində 50 metr uzunluğunda elektrik kabeli, ümumi dəyəri 80 manat olan «Qaz- 2101» markalı avtomobilə məxsus 04 ədəd disk-təkər, ümumi dəyəri 35 manat olan «Qaz- 2101» markalı avtomobilə məxsus 07 ədəd təkər kameraları, ümumi dəyəri 15 manat olan 03 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus qapı qolu, 02 ədəd 10 manat dəyərində «Qaz-2101» markalı avtomobilə məxsus faraların nikel halqaları, ümumi dəyəri 10 manat olan 02 ədəd «Qaz-2101» markalı avtomobilə məxsus əyləc, ümumi dəyəri 10 manat olan 02 ədəd avtomobil qapısının şüşə qaldıranı, ümumi dəyəri 20 manat olan 02 ədəd avtomobil qapı petləsi, ümumi dəyəri 10 manat olan 02 ədəd əyləcin üst hissəsi, ümumi dəyəri 50 manat olan avtomobilin digər ehtiyyat hissələri, 01 ədəd 3 manat dəyərində çəkic başlığı, 01 ədəd 5 manat dəyərində zubili, 01 ədəd 8 manat dəyərində su kranı, 01 ədəd 10 manat dəyərində sanitar qovşaq kranı, 01 ədəd 15 manat dəyərində sink materialdan olan zibil qabı, ümumi dəyəri 8 manat olan 04 ədəd düral materialdan olan sərinkeşin pərlərinin oğurlanmasını aşkar etmişdir. Sonuncu dəfə bağda 29 may 2022-ci il tarixdə olmuş, ilkin olaraq 102 xidmətinə zəng vurduqda dəymiş maddi ziyanın təxmini olaraq 545 manat olmasını göstərmişdir. Həmçinin o, göstərmişdir ki, sonuncu dəfə 03 iyun 2022-ci il tarixdə saat 21:20-da bağa baş çəkmək üçün getdikdə bağ evinin pəncərə şüşəsinin sındırıldığını və həyətdə olan qarajın qapısının qıfılının sındırıldığını aşkar etmiş, yenə də bağ evinin qarət olunduğunu başa düşərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra Sabunçu RPİ-nin 42-ci PB-yə gedib ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları evi və qarajı müayinə edib getdikdən sonra evindən və rəhmətlik atasına məxsus qarajdan 40 manat dəyərində 01 ədəd qaz sobası, 25 manat dəyərində 01 ədəd yanacaqla işləyən qızdırıcı, 30 manat dəyərində 01 ədəd «Qaz 2101» markalı avtomobilə məxsus benzin çəni, dəyəri 90 manat olan «Qaz-2101» markalı avtomobilə məxsus 02 ədəd ön işıqları, 50 manat dəyərində 01 ədəd «Pioner» və 50 manat dəyərində 01 ədəd «Sony» markalı avtomaqnitola, 01 ədəd 55 manat dəyərində avtomobil hidravlik qaldırıcı, ümumi dəyəri 200 manat olan 03 ədəd yivli avtomobil qaldırıcı, 01 ədəd 40 manat dəyərində primus, 120 manat dəyərində 01 ədəd qəlyan, ümumi dəyəri 100 manat olan 02 ədəd köhnə dəmir ütü, ümumi dəyəri 600 manat olan 02 ədəd tikiş maşını, ümumi dəyəri 100 manat təşkil edən «Qaz-2101» markalı avtomobilə aid müxtəlif avtomobil hissələrinin oğurlanmasını aşkar etmişdir. Daha sonra o, göstərmişdir ki, sonuncu dəfə bağda 01 iyun 2022-ci il tarixdə olmuş, evə və qaraja baxmamış ilkin olaraq 102 xidmətinə zəng vurduqda dəymiş maddi ziyanın təxmini 2.000-2.500 manat olmasını göstərmiş, ancaq sonradan ona dəymiş maddi ziyanın 1.500 manat təşkil etməsini müəyyən etmiş, Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət olunduqda isə bağ evinə girib oğurluq edən şəxsin Nardaran qəsəbə sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını, həmin oğurluq zamanı İbrahimin tikiş maşının yanında şüşə qabda olan metallik civəni də oğurlamasını eşitmiş, ancaq həmin civədən məlumatı olmamış, evdəki əşyaların hamısı rəhmətlik atasına məxsus olmuş, atasının həmin civəni nə vaxt, haradan və kimdən əldə etməsindən xəbərsiz olmuş, ümumiyyətlə atası ona civə barədə bildirməmiş, baş vermiş oğurluq zamanı mənzilindən başqa qiymətli əşya, qızıl və ya pul oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Hüseynova X6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 35-də qeydiyyatda olsa da hazırda oğlu Rəhmanla birlikdə Yasamal rayonu, Şərifzadə küçəsi, ev 68-də yaşayır, ailəli və üç oğlu vardır. Bundan başqa o, göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yaşamış, özü isə vəfat etmiş həyat yoldaşı Rüstəm Hüseynovla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 654 saylı bağ evində yaşamış, həyat yoldaşı Rüstəm Hüseynov 2021-ci ilin mart ayının 30-da uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdikdən sonra oğlu Rəhman onu öz yanına aparmışdır. Xəstə olduğundan oğlunun himayəsində yaşamış, Nardaran qəsəbəsindəki bağ evi vəfat etmiş həyat yoldaşı Rüstəm Hüseynovun adına olmuş, sonradan öz adına keçirmişdir. Həmin bağ evi 8 sot həyətin içərisində bir mərtəbəli və kürsülü olmaqla üç otaqlı olmuş, bağda həyat yoldaşı ilə birlikdə yaşamış və bağa rəhmətlik Rüstəm özü qulluq etmişdir. Rəhman isə vaxtı olmadığına görə bağda daimi yaşaya bilməmiş, həftədə bir dəfə gəlib onlara baş çəkib getmişdir. Rəhman ümumiyyətlə bağ evində yaşamamış, rəhmətlik həyat yoldaşı Rüstəm Hüseynov maşın ustası olmaqla «QAZ-21» markalı avtomobillərin təmiri və oturacaqlarının üzlənməsi ilə məşğul olmuşdur. Rəhman hazırda həyat yoldaşı kimi maşın ustası olmaqla Yasamal rayonunda işləmişdir. Eləcə də o, göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi 654 saylı bağ evindən 2022-ci ildə bir neçə dəfə oğurluq olmuş və oğlu Rəhman bu barədə Sabunçu RPİ-nin 42-ci PB-yə ərizə ilə müraciət etmiş, sonuncu dəfə 03 iyun 2022-ci il tarixdə saat 21.20-də oğlu Rəhman bağa baş çəkmək üçün getdikdə həyətdə olan maşın qarajının qıfılının, evin taxta giriş qapısının daxili qıfılının və pəncərə şüşəsinin sındırıldığını aşkar etmişdir. Daha sonra Rəhman Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, hadisə zamanı bağ evindən ümumi dəyəri 1.000 (bir min) manat təşkil edən «Qaz 2101» markalı avtomobilə aid ehtiyyat hissələri-ön işıqları (fara), həmin avtomobilin əyləci, benzin çəni, bir ədəd «Pioner» və bir ədəd «Sony» markalı avtomaqnitola, mənzildən isə ümumi dəyəri 500 (beş yüz) manat təşkil edən bir ədəd qəlyan, iki ədəd köhnə dəmir ütü, bir ədəd çuqun materialdan qaz sobası və iki ədəd tikiş maşını oğurlanmışdır. Daha sonra o, göstərmişdir ki, oğlu Rəhman sonuncu dəfə bağ evində xx.xx.2022-ci il tarixdə olmuş, Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət olunduqda isə bağ evinə girib oğurluq edən şəxsin Nardaran qəsəbə sakini Təqsirləndirilən şəxs1 olmasını bilmişdir. Həmin oğurluq zamanı İbrahimin tikiş maşınının yanında şüşə qabda olan civə də oğurlamasını eşidib-bilmişdir. Ancaq həmin civədən onun və oğlunun məlumatı olmamış, evdəki əşyaların hamısı vəfat etmiş həyat yoldaşı Rüstəmə məxsus olmuş, oğlu Rəhmana aid bağda əşya olmamışdır. Vəfat etmiş həyat yoldaşının həmin civəni nə vaxt, haradan və kimdən əldə etməsindən xəbərsiz olmuşdur. Ümumiyyətlə rəhmətlik ona və oğlu Rəhmana bu barədə bildirməmiş, baş vermiş oğurluq zamanı onlara cəmi 1500 (min beş yüz) manat maddi ziyan dəymiş, bağ evindən göstərdiyi əşyalardan başqa bir qiymətli əşya, qızıl və ya pul oğurlanmamış, yaşlı və xəstə olduğu üçün oğlu Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb dindirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1999-cu ildən DİO-da, 2020-ci ildən isə tutduğu vəzifədə xidmət göstərir, hazırda polis mayoru rütbəsindədir. Belə ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi 654 saylı bağ evindən oğurluq etməkdə şübhəli bilinərək 07 iyun 2022-ci il tarixdə xidmət etdiyi bölməyə gətirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ilə tərəflərindən aparılmış kəşfiyyat xarakterli söhbətlər zamanı o, Zərərçəkmiş şəxs məxsus bağ evindən oğurluq etməsini səmimi etiraf etmiş və həmin bağ evindən oğurladığı 01 ədəd şüşə qabda olan civəni satmaq məqsədilə yaşadığı fərdi yaşayış evinə aparmasını və həyətdə olan yardımçı otaqda gizlətməsini bildirmişdir. Daha sonra isə həmin yeri göstərərək civəni təqdim edə biləcəyini demiş, bundan sonra bölmənin təhqiqatçısı, polis mayoru Yasəmən Fətəliyeva tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət olunmuş və şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərinə və yaşadığı ünvanda videoçəkilişlə axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək üzərinə və yaşadığı ünvana baxış keçirilməsində müdafiəçisinin iştirak etməsini istəmədiyini və müdafiəçinin gələcəkdə onu yaxşı müdafiə edə bilməsi üçün yaşadığı ünvandan civənin aşkar olunmasını görməsini istəmədiyini xahiş etmiş, bundan sonra bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı X2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə bölmədə şəxsi axtarış keçirilmiş və həmin vaxt təhqiqatçı tərəfindən ona üzərində olan qanunsuz əşyaları könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs1 üzərində heç bir qanunsuz əşya və ya maddə olmadığını bildirmiş, daha sonra onun üzərinə baxış keçirilsə də heç bir qanunsuz əşya aşkar edilməmişdir. Eləcə də bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və bölmənin polis nəfəri, polis serjantı Şahid4 iştirakları ilə təhqiqatçı, polis mayoru Yasəmən Fətəliyeva ilə birlikdə əldə olunmuş məlumatın yoxlanılması məqsədilə növbətçi hissənin xidməti avtomobilinə əyləşib şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanına getmiş, orada bölmənin təhqiqatçısı, polis mayoru Yasəmən Fətəliyeva tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş və yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanında saxladığı civənin yerini göstərməsi və təqdim etməsi təklif edilmişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanında yerləşən həyət evinin sağ yan tərəfində yerləşən yardımçı otaqda saxladığı 01 ədəd şüşə qabın içərisində olmaqla yapışqanla bağlanmış civəyə oxşar maddəni təqdim etmiş və həmin civəni Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi 654 saylı bağ evindən oğurlamasını bildirmişdir. Daha sonra o, göstərmişdir ki, şübhəli şəxs Mirzə İbrahimovun yaşadığı ünvanda yerləşən yardımçı otağa baxış keçirilsə də oradan başqa bir qanunsuz əşya və ya maddə aşkar olunmamış, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin yardımçı otağından aşkar olunaraq götürülmüş civə təhqiqatçı Yasəmən Fətəliyeva tərəfindən zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş, prosesin video çəkilişinin qeydə alındığı disk isə protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Şərur rayonu, Qarahəsənli kəndində qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır, 2022ci ilin yayında əlvan metal qəbulu məntəqəsində işləmiş, hazırda isə taksi fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmamışdır. Bundan başqa o, göstərmişdir ki, 2022-ci ilin yayında Sabunçu rayonu, Maştağa-Nardaran yolunun üstündə yerləşən avtomobil təmiri sexləri olan cərgədə əlvan metal qəbulu obyektində işləmiş, 03 iyun 2022-ci il tarixdə saat 10:30-da işdə olan zaman dövlət nömrə nişanını xatırlamadığı, ağ rəngli, «VAZ-2107» markalı avtomobil gələrək obyektin qarşısında saxlamış və sürücünün yanında olan tanımadığı şəxs ona «dəmir əşyalar» gətirdiyini bildirmiş, sonra taksiyə 4 manat verib onu yola salmasını və alqı-satqıda bunu nəzərə alacağını demiş, ona görə taksinin 4 manatını vermiş və həmin şəxslə maşında olan dəmir əşyaları köməkləşib boşaltmış və taksini yola salmış, həmin əşyaları tərəziyə yığıb çəkmək istəyirkən yoldan keçən polis əməkdaşları dəmir əşyaları satmaq istəyən şəxs görmüş və obyektə yaxınlaşaraq ondan həmin dəmir əşyaları haradan aldığını soruşmuş, bu zaman həmin şəxs dəmirin özünə məxsus olmasını bildirmiş, sonra polis əməkdaşları maşından düşdükdə həmin şəxs qaçaraq getmiş, lakin dəmir əşyaları obyektdə qalmışdır. Eləcə də o, göstərmişdir ki, sonradan həmin şəxsin adının İbrahim olduğunu və onun narkoman olmasını polis əməkdaşlarından eşitmiş, İbrahim adlı şəxslə alqı-satqı etmədiyinə görə ondan şəxsiyyətini təsdiq edən sənədini götürməmiş, sonra polis əməkdaşları İbrahim adlı şəxsin satmaq istədiyi dəmir əşyalarına baxıb kimə məxsus olduğunu bilmədiklərinə görə çıxıb getmiş, 04 iyun 2022-ci il tarixdə səhər saatlarında obyektdə olan zaman Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları gəlmiş və xx.xx.2022-ci il tarixdə ona «dəmir ceyran peçi, avtomobil benzin çəni və s.» əşyalar satılıb-satılmadığını soruşmuş, həmin vaxt İbrahim adlı şəxs barədə qeyd etdiyi hadisəni və onun polisləri görüb qaçdığını, əşyaları isə obyektdə qoyduğunu bildirmiş, sonra 42-ci PB-nin əməkdaşları İbrahim adlı şəxsin obyektə gətirib satmaq istədiyi dəmir əşyaları protokollaşdıraraq götürərək getmişdir. Daha sonra o, göstərmişdir ki, İbrahim adlı şəxsi əvvəllər tanımamış, onunla ilk dəfə görüşmüş, yəni İbrahim adlı şəxs əvvəllər işlədiyi obyektə əlvan və dəmir metal gətirib satmamış, bu səbəbdən onun soyadını və ünvanını dəqiq bilməmiş, adının İbrahim olduğunu isə polis əməkdaşlarından eşitmiş, onunla alqı-satqı etməmiş, İbrahimlə köməkləşib dəmir əşyaları tərəziyə təzəcə qoyarkən o, polis əməkdaşlarını görüb qaçıb getmiş, İbrahim adlı şəxsin gəldiyi taksinin sürücüsünü tanımamış və həmin maşının dövlət nömrə nişanı yadında qalmamış, İbrahim adlı şəxs işlədiyi obyektə dəmir satmaq üçün gəldikdə tək olmuşdur. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsində olan 07 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 26-27-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 və X3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı otaqların birindən 01 ədəd şüşə qabda civəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manatmüəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 51-52-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 6/3216 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş üzərlərində AR DİN “zərflər üçün № 241” möhür əksi olan bağlamalardan birindəki 01 ədəd kolba formalı şüşə qabda təmiz çəkisi 4824,3 qram (qabla birlikdə çəkisi 5424,3 qram), digər bağlamadakı 01 ədəd plastik qabda təmiz çəkisi 8,8 qram (qabla birlikdə çəkisi 31,1 qram), ümumi təmiz çəkiləri 4833,1 qram (qablarla birlikdə ümumi çəkiləri 5455,4 qram) gümüşü rəngli, metal parıltılı maddə metallik civədir. İki bağlamada olan civə maddələri fiziki-kimyəvi əlamətlərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata sərf edildikdən sonra civənin qalıq çəkisi 5453.4 qramdır. Cinayət işinin 1-ci cildinin 134-137-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-482/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 138-141-ci vərəqəsində olan 09 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 210-cu vərəqəsində olan 02 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 02 iyun 2022-ci il tarixdə saat 20:00da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 236-238-ci vərəqələrində olan 03 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Arif Qarayevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 239-240-cı vərəqələrində olan 03 iyun 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 46-cı vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 47-48-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 6/6289 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ehtiyyat hissələrinin və digər malların istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 326.00 manat müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cildinin 52-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 avqust 2022-ci il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin İŞ-yə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 58-77-ci vərəqəsində olan 22 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5453.4 qram olan civə məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs məxsus bağ evindən oğurlanmış 01 ədəd qaz sobası, 01 ədəd yanacaqla işləyən qızdırıcı, «Qaz 2101» markalı avtomobilə məxsus benzin çəni, 07 ədəd təkər kameraları, 04 ədəd disk-təkər, faranın nikel materialdan olan halqaları, avtomobil əyləci, şüşə qaldıran, qapının iç qolu, qapı petləsi, əyləcin üst hissəsi və avtomobilin digər ehtiyyat hissələri, 02 ədəd elektrik ütüsü və qəlyan aparatı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 157-159-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4cü bəndinə əsasən cəza müddəti 06 ay azadılmış, cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 1-ci cildinin 160-162 vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 03 il 06 ay müddətinə endirilmiş və xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-29/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablanılaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 247/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində həbs etmənin əvvəli «28» mart 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 240.1-1-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 240.1- 1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 29/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-29/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-29/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 07 iyun 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-29/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrində maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 02 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək və 24 avqust 2022-ci il tarixdə tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı ünvana keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 5453.4 qram olan civə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs1, 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, 01 ədəd qaz sobası, 01 ədəd yanacaqla işləyən qızdırıcı, «Qaz 2101» markalı avtomobilə məxsus benzin çəni, 07 ədəd təkər kameraları, 04 ədəd disk-təkər, faranın nikel materialdan olan halqaları, avtomobil əyləci, şüşə qaldıran, qapının iç qolu, qapı petləsi, əyləcin üst hissəsi və avtomobilin digər ehtiyyat hissələri, 02 ədəd elektrik ütüsü və qəlyanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 240.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2 və 177.2.3 maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-29/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-29/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gün gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5453.4 qram olan civə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın və 01 ədəd qaz sobası, 01 ədəd yanacaqla işləyən qızdırıcı, «Qaz 2101» markalı avtomobilə məxsus benzin çəni, 07 ədəd təkər kameraları, 04 ədəd disk-təkər, faranın nikel materialdan olan halqaları, avtomobil əyləci, şüşə qaldıran, qapının iç qolu, qapı petləsi, əyləcin üst hissəsi və avtomobilin digər ehtiyyat hissələri, 02 ədəd elektrik ütüsü və qəlyanın Zərərçəkmiş şəxs təhvil nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi 110 (yüz on) manat Təqsirləndirilən şəxs1, 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar