Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-23/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, X6 vəkili X13, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, X2 iştirakı ilə 02 sentyabr 1962-ci il tarixdə Tacikistan SSR-in Leninabad (indiki Xudcand) şəhərində doğulmuş, vətəndaşlığı olmayan, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Neftçilər küç., ev 63-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə 04 avqust 2020-ci il tarixdə, saat 09:00 radələrində 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa sərnişin qismində daxil olub Bakı şəh., Nizami rayonu, Q.Qarayev prospekti 104 ünvanda avtobusda sərnişin olmuş Zərərçəkmiş şəxs1 əynində olan şalvarın sağ yan cibindən 500 manat pulu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə 06 mart 2021-ci il tarixdə, saat 17:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanda yerləşən «Cehizlik» mağazasına müştəri qismində daxil olarkən mağazanın qarşısında gözləmiş, Təqsirləndirilən şəxs1 mağazada müştəri olan Zərərçəkmiş şəxs6 əynində olmuş şalvarın arxa sağ cibindən daxilində 20 manat dəyərində «***-***-**-**» və 20 manat dəyərində «***-***-**-**» nömrələr olan «**********74749» İMEİ kodlu, 850 manat dəyərində bir ədəd «Samsung A71» markalı mobil telefon aparatını çıxarıb götürdükdən sonra mağazanı tərk edib telefon aparatını Təqsirləndirilən şəxs2 vermiş, telefon aparatını əynində olmuş köynəyin altında gizlətməklə birlikdə oradan uzaqlaşaraq özgənin əmlaını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 890 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə 03 fevral 2021-ci il tarixdə, saat 20:00 radələrində ünvan 3 ünvanda yerləşən «Fədək» təndir evinə müştəri qismində daxil olub, həmin mağazada müştəri qismində olmuş Zərərçəkmiş şəxs2 əynində olan gödəkçənin sağ cibindən daxilində 15 manat dəyərində «***-***-**-**» nömrəsi olan, «**********11256» və «**********11264» İMEİ kodlu, 800 manat dəyərində bir ədəd «Redmi Note 9 Pro» markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 815 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə 09 fevral 2021-ci il tarixdə, saat 13:00 radələrində 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa sərnişin qismində daxil olub, ünvan 4 ünvanda yerləşən «İrşad Electronics» mağazasının yaxınlığında avtobusda sərnişin olmuş Zərərçəkmiş şəxs3 əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən, daxilində 20 manat dəyərində «***-***-**-**» nömrəsi olan, «**********83427» və «**********83422» İMEİ kodlu 669 manat dəyərində bir ədəd «Samsung A51» markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 689 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə 02 mart 2021-ci il tarixdə, 19:00 radələrində 44 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa sərnişin qismində daxil olub, ünvan 5 ünvanda avtobusda sərnişin olmuş Zərərçəkmiş şəxs4 çiynindən asılı vəziyyətdə olmuş dəri materialdan hazırlanmış əl çantasından daxilində 300 manat nağd pul, Zərərçəkmiş şəxs4 şəxsiyyət vəsiqəsi və hesabında 700 ABŞ dollar olmuş «Beynəlxalq Bank»n plastik kartı olan 30 manat dəyərində dəri materialdan hazırlanmış qəhvəyi rəngli pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə 03 mart 2021-ci il tarixdə, saat 16:20 radələrində müştəri qismində ünvan 6 ünvanda yerləşən «LC Vaikiki» mağazasına daxil olub, müştəri qismində olmuş Zərərçəkmiş şəxs5 əynində olmuş tünd göy rəngli paltonun sol yan cibindən daxilində 100 manat dəyərində «***-***-**-**» və 15 manat dəyərində «***-***-**-**» nömrələr olmuş «**********36248» və «**********36244» İMEİ kodlu, 2.100 manat dəyərində bir ədəd «Samsung Note 20» markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 2.215 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 mart 2021-ci il tarixdə, saat 17:00 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanda yerləşən «Cehizlik» mağazasına müştəri kimi daxil olmuş, Təqsirləndirilən şəxs2 mağazanın qarşısında onu gözləmiş, mağazada müştəri olan Zərərçəkmiş şəxs6 əynində olmuş şalvarın arxa sağ cibindən daxilində 20 manat dəyərində «***-***-**-**» və 20 manat dəyərində «***-***-**-**» nömrələr olan «**********74749» İMEİ kodlu, 850 manat dəyərində bir ədəd «Samsung A71» markalı mobil telefon aparatını çıxarmaqla götürüb mağazanı tərk edərək telefon aparatını Təqsirləndirilən şəxs2 vermiş, sonuncu telefon aparatını əynində olmuş köynəyin altında gizlədib birlikdə oradan uzaqlaşmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxs A.P. Mahmudovaya 890 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə 07 mart 2021-ci il tarixdə, saat 13:20 radələrində ünvan 7 ünvanda yerləşən «Maştağa Mail» Ticarət Mərkəzinə daxil olub, müştəri qismində olan Zərərçəkmiş şəxs7 əynində olan plaşın sol cibindən içərisində 174 manat nağd pul olan 40 manat dəyərində açıq qəhvəyi rəngli pul kisəsini çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 214 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, 10 mart 2021-ci il tarixdə, saat 14:00 radələrində Sabunçu RPİ-in 14-cü PB-in əməkdaşları tərəfindən 07 mart 2021-ci il tarixdə, saat 13:20 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Maştağa Mall» ticarət mərkəzində oğurluq cinayət hadisəsini törətməkdə şübhəli şəxs kimi saxlanılıb, Sabunçu RPİ-in 14-cü PB-nə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli əl çantasının içərisindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş, təmiz çəkisi 1.023 qram ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Amma edilən oğurluqlardan onun xəbəri yoxdur. Ammanarkotik vasitənin istifadəçisi olsada, onun üzərində narkotik vasitə olmamışdır. Onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunmuş özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. O heç bir oğurluq etməmişdir. Bunların hamısı şər və böhtandır. Onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 04 avqust 2020-ci il tarixdə yaşadığı ünvandan çıxıb «Komsomol» darisə adlanan yol qovşağına gəlib, dayanacaqda 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa daxil olub, arxa hissədəki oturacaqda əyləşmişdir. ünvan 8 ünvanda avtobusdan düşmək istəyərkən qapı önündə bir nəfər 35 yaşlarında kişinin dayandığını və onun avtobusdan düşməsinə mane olmasını görüb iradını bildirdikdə həmin şəxs əsəbi halda ona yol vermişdir. Gediş haqqını ödəyib avtobusdan düşüb 8-ci km bazarına gəlmişdir. Bazarda əlini əynində olmuş şalvarının sağ cibinə saldıqda 3 ədəd 100 manatlıq, 1 ədəd 200 manatlıq əskinazları, yəni cəmi 500 manatı cibində aşkar etməmişdir. Başa düşmüşdür ki, pul avtobusda cibindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 500 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 03 fevral 2021-ci il tarixdə, saat 20:00 radələrində anası Elnarə ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «LC Vaikiki» mağazasına gedib bir qədər mağazada olduqdan sonra «Rahat» marketin yanında yerləşən «Fədək» təndir evindən alış-veriş etmək üçün təndirin qarşısına yaxınlaşmış, alış-veriş edib ödəniş etmək üçün əlini əynində olmuş gödəkçənin sağ cibinə saldıqda daxilində 15 manat dəyərində «070-855-52- 62» nömrəsi olan, «**********11256» və «**********11264» İMEİ kodlu, bir ədəd 800 manat dəyərində «Redmi Note 9 Pro» markalı mobil telefon aparatının olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, telefonu oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 815 manat ziyan dəymişdir. ***-***-**-** nömrədə hadisə baş verən tarixdə kontur olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 02 mart 2021-ci il tarixdə, saat 19:00 radələrində ünvan 9 ünvanda 44 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa daxil olmuşdur. Avtobusda olarkən arxa tərəfdə iki nəfərin süni sıxlıq yaratmağa çalışdıqlarını hiss edib, bundan şübhələnərək çiyninə asdığı dəri materialdan hazırlanmış çantasına nəzər yetirdikdə çantanın açıq olduğunu aşkar etmişdir. Çantanın içərisinə baxdıqda daxilində 300 manat pul, şəxsiyyət vəsiqəsi və hesabında 700 ABŞ dollar olmuş «Beynəlxalq Bank»ın plastik kartı olan dəri materialdan hazırlanmış qəhvəyi rəngli pul kisəsinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi barədə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra «Beynəlxalq Bank»a zəng edib hesabın bağlanmasını xahiş etmişdir. Pul kisəsinin dəyəri 30 manat olmuşdur. Oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 330 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 06 mart 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanda yerləşən «Cehizlik» mağazada bəyəndiyi qabların şəklini çəkdikdən sonra, daxilində «***- ***-**-**», «***-***-**-**» nömrələr olan, «**********74749» İMEİ kodlu «Samsung A71» markalı mobil telefonu əynində olmuş şalvarın arxa sağ cibinə qoymuşdur. Daha sonra digər qab-qacaqlara baxmış və geri qayıtdıqda arxa sağ cibində olan 850 manat dəyərində mobil telefon aparatının oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 890 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 09 fevral 2021-ci il tarixdə, saat 01:15 radələrində Bakı şəh., Nizami rayonu, Qara Qarayev prospekti 102 C ünvanda yerləşən «İrşad Elektroniks» mağazasının qarşısındakı dayanacaqda 49 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusa daxil olmuşdur. Avtobusda olmuş 40 yaşlarında, orta bədən quluşlu, qısa qara saçlı, əynində qara dama-dama gödəkçə, klasik şalvar olmuş şəxs qarşısında dayanıb oturmaq istədiyi oturacağın qarşısını kəsdiyi üçün həmin şəxsə iradını bildirib, daha sonra ilk oturacaqda əyləşmişdir. Əynində olmuş boz rəngli gödəkçənin cibinə qoyduğu özünə məxsus, daxilində 20 manat dəyərində «***-***- **-**»nömrəsi olan,bir ədəd «**********83427» və «**********83422» İMEİ kodlu bir ədəd 669 manat dəyərində «Samsung A51» markalı mobil telefon aparatını çıxarıb çantasına qoymaq istədikdə telefonunun oğurlandığını aşkar etmişdir. Telefon aparatının oğurlandığını aşkar etdikdən sonra avtobusda onun qarşısını kəsmiş şəxsi görməmişdir. Telefonunu oğurlamaqda məhz həmin şəxsdən şübhələnir. Lakin, xeyli müddət keçdiyindən şübhələndiyi şəxsin sifət cizgilərini, xarici əlamətlərini unutmuş, bu səbəbdən də həmin şəxsi görsə belə, tanıya bilməz. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 689 manat ziyan dəymişdir. Ola bilsin ki, izahatında səhvən telefonu 658 manata aldığını qeyd etmişdir. Hadisə baş verən vaxtı «***-***-**-**» nömrədə kontur olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərər çəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstəmişdir ki, 03 mart 2021-ci il tarixdə, saat 16:20 radələrində anası Aybəniz Qurbanova ilə birlikdə Bakımetropolitenin «Neftçilər» stansiyasının yaxınlığında yerləşən «LC Vaikiki» paltar mağazasına alış-veriş etmək üçün daxil olmuşdur. Ticarət mərkəzində qadın geyimlərinə baxan zaman tanımadığı arıq bədən quruluşlu, ağ saçlı qadın onun arxa hissəsində dayanaraq özünü şübhəli aparmışdır. Bu zaman əynində olmuş tünd göy rəngli paltosunun cibində olmuş, «**********36248» və «**********36244» İMEİ kodlu, 2.100 manat dəyərində «Samsung Note20» markalı mobil telefon aparatını cibindən çıxarıb saata baxıb, yenidən cibinə qoymuşdur. Daha sonra paltar əlindən düşdüyü üçün əyilib paltarı yerdən götürüb piştaxtanın üzərinə qoymuşdur. Arxasında dayanmış qadın ona və anasına qəsdən sərt şəkildə toxunaraq onlardan uzaqlaşmışdır. Bir qədər mağazada olduqdan sonra mağazanı tərk etmiş və əlini cibinə saldıqda telefonunun cibində olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, mobil telefonu oğurlanmışdır. Mobil telefonun daxilində 100 manat dəyərində «***-***-**-**», 15 manat dəyərində «***-***-**-**» nömrələri olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona 2.215 manat ziyan dəymişdir. Telefonun daxilində olmuş mobil nömrələrdə kontur olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 07 mart 2021-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Maştağa Mall» Ticarət Mərkəzinə gedib, uşaq paltarlarına baxarkən özünə məxsus açıq qəhvəyi rəngli pul kisəsini əynində olmuş plaşın sol cibinə qoymuşdur. Təxminən 30 dəqiqə ərzində mağazada paltarlara baxdıqdan sonra, saat 13:40 radələrində mağazadan uşaq paltarı götürüb ödəniş etmək üçün xəzinəyə yaxınlaşdıqda, içərisində 174 manat nağd pul, onun və qızı X10 şəxsiyyət vəsiqələri, sürücülük vəsiqəsi, dövlət sosial sığorta şəhadətnaməsi, bir ədəd «Bakuelektroniks» bonus kartı, «Paşa Bank» və «Kapitalbank»-n plastik kartları olmuş pul kisəsinin plaşının cibində olmadığını aşkar etmiş və başa düşmüşdür ki, pul kisəsi oğurlanmışdır. Oğurlanmış pul kisəsinin dəyəri 40 manat olmuşdur. Hadisədən dərhal sonra bank kartlarını bağlatdırmış və məlum olmuşdur ki, kartın hesabından hər hansı bir məbləğdə pul çıxarılmamışdır. Hadisə baş verən gün axşam saatlarında ərinə zəng etmiş Şəhla adlı qadın sənədlərini Bakı şəh., Xətai rayonu, M.Hadi küçəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutunun içərisindən tapdığını bildirib, bir ədəd «Bakuelektroniks» bonus kartını, Dövlət sığorta kartını, sürücülük vəsiqəsini və ona məxsus şəxsiyyət vəsiqəsini onlara təqdim etmişdir. Qızı Simayın şəxsiyyət vəsiqəsi isə tapılmamışdır. Oğurluq hadisəsi nəticəsində ona 214 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 mart 2021-ci il tarixdə, saat 13:20 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Maştağa Mall» ticarət mərkəzində Zərərçəkmiş şəxs7 məxsus, içərisində pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartları olan pul kisəsinin cibindən çıxarılmaqla oğurlanması faktı ilə bağlı cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Sabunçu RPİ-in 14-cü PB-in təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərov tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında əməliyyat tədbirləri keçirilmişdir. Əməliyyat yolu ilə qeyd olunan cinayət əməli Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi və 10 mart 2021-ci il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs1 Maşatağa qəsəbəsi, «Maştağa Mall» ticarət mərkəzinin yaxınlığında olması müəyyən edilmişdir. 14-cü PB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid4la birlikdə Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etdikdən sonra, birlikdə 14-cü PB-nə getmək təklif edilmiş və polis bölməsinə aparılmasının səbəbləri izah olunmuşdur. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və onlarla birlikdə 14-cü PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs1 üzərinə Polis Bölməsində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan öncə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş, daha sonra təhqiqatçı tərəfindən üzərində qanunla gəzdirilməsi, saxlanılması qadağan olan hər hansı bir əşya və ya sənədlərin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli əl çantasının içərisində olan bir ədəd qara rəngli siqaret kağızına bükülünü təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 09 mart 2021-ci il tarixdə Bakı şəh., Nəsimi rayonu ərazisində «Papanin» adlanan ərazidən adını, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata alıb çantasında saxlayıb gəzdirdiyi bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülü açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 əlində olmuş qara rəngli əl çantasının içərisinə baxış keçirildikdə çantada bir ədəd boz rəngli plastik darağ, bir ədəd saç zakolkası, 3 ədəd makiyaj şetkası, bir neçə kağız parçası aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin əşyaların ona məxsus olduğunu bildirdi. Əhəmiyyət kəsb etmədiyindən bir ədəd boz rəngli plastik darağ, bir ədəd saç zakolkası, 3 ədəd makiyaj şetkası, bir neçə kağız parçası Zitaya geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla gəzdirilməsi, saxlanılması qadağan olan başqa hər hansı bir əşya və ya sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkilişlə keçirilmişdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs1 tərəfindən hər hansı bir əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin səmimi olaraq 07 mart 2021ci il tarixdə, saat 13:20 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Maştağa Mall» mağazasında Zərərçəkmiş şəxs7 məxsus, içərisində pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartları olan pul kisəsinin cibindən çıxarmaqla oğurladığını da etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus boz rəngli «Mercedes-Benz» markalı, «az ** SN ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 04 avqust 2020-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəh., Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanında yerləşən «İrşad Telecom» mağazasının qarşısında olan dayanacaqda müştəri gözləyərkən, bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti olmadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 avtomobilinə yaxınlaşıb, arxa sağ qapını açıb əyləşmişdir. Təqsirləndirilən şəxs2 ona Sabunçu rayon ərazisində yerləşən Balaxanı-Zabrat yolu kəsişməsinə aparmağı sifariş vermişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan ünvana aparıb düşürmüş və ona gediş haqqı 5 manat ödəmişdir. Bundan sonra o, qeyd olunan ünvandan geri, yəni Bakı şəh., Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvana qayıtmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 mart 2021-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı evin yaxınlığında olan məişət tullantıları üçün nəzərdə tutulmuş qutudan təsadüfən Zərərçəkmiş şəxs7 adına şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, dövlət sosial sığorta şəhadətnaməsini və bir ədəd «Baku Elektroniks»in bonus kartını aşkar etmişdir. Sonradan Zərərçəkmiş şəxs7 ərinin telefonunu tapıb onunla əlaqə saxlamış və Zərərçəkmiş şəxs7 məxsus sənədləri ona təhvil vermişdir. Zərərçəkmiş şəxs7 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, qeyd olunan şəxslərə heç bir münasibəti olmamış və yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/993 saylı, 11 mart 2021-ci il tarixli məhkəmə narktok vasitələrin, psixotrop maddələrin və onların prekusorların, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrin tədqiqi ekspertizasının rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikasının D.İ.N-in Zərflər üçün №100» dairəvi möhür əksi olan, üzərində vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş maddi sübüt..... 10 mart 2021» yazılan zərfdə təmiz çəkisi 1.023 qram ağ rəngli kristal şəkilli maddə psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi-1.023 qram, tədqiqata sərf edilən miqdar-0.05 qram, qalıq-0.973 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X18 Ambulator X3 2562 saylı, 30 iyul 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X4 İdarəsi tərəfindən 22 aprel 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X11 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləəsinin 177.2.2, 234.1 və 326.2-ci maddəsi ilə təqsirli bilinib 05 il, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 01 mart 2018-ci il tarixli Bakı şəh., Xətai Rayon Məhkəməsinin qərarı ilə cəza 05 il, 03 aya endirilmişdir. Bakı şəh., Xətai Rayon Məhkəməsinin 01 dekabr 2019-cu il tarixli qərarı ilə çəkilməmiş 04 ay, 17 gün cəzasından vaxtından əvvəl şərti azad dilmiş, 21 aprel 2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X4 İdarəsi tərəfindən 22 aprel 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 22 avqust 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5 və 234.1ci maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi özünü təqsirli bilməməsi barədə ifadə məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi özünü təqsirli bilməməsi barədə ifadə məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib olunur. Onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, 04 mart 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar,zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 10 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1. səh., 24). Cinayət işinin materiallarında olan 12 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.5-ci və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 1. səh., 71). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)163/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından azad edilmişdir (cild 1. səh., 90). Cinayət işinin materiallarında olan 12 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 1. səh., 94). Cinayət işinin materiallarında olan 16 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 1. səh., 265). Cinayət işinin materiallarında olan 12 aprel 2021-ci il tarixli ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri yenidən ittiham elan edilməsi üçün qərar qəbul edilmişdir (cild 2. səh.,04). Cinayət işinin materiallarında olan 13 aprel 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 , 177.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir (cild 2. səh.,09). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)250/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 12 aprel 2021-ci il tarixdən hesablanmaqla 01 ay, 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2 səh., 42). Cinayət işinin materiallarında olan 15 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1 səh., 160). Cinayət işinin materiallarında olan 17 mart 2021-ci təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 1 səh.,177). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)175/2021 saylı, 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 15 mart 2021-ci il tarixdən hesablanmaqla 02 ay, 24 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1 səh., 196). Cinayət işinin materiallarında olan 16 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 1. səh., 265). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmasını, dəymiş ziyanın ödənilməməsini, onun əməlində cinayətin residivinin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «12» aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmasını, dəymiş ziyanın ödənilməməsini, onun əməlində cinayətin residivinin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «15» mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış psixotrop maddə-0.973 qram metamfetamin məhv edilməli, 5 ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 88 manat 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖİN **********, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələrinə əsasən 02 (iki) il, 08 (səkkiz) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 (bir) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs1 üzərində 03 (üç) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 03 (üç) il, 07 (yeddi) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «12» aprel 2021-ci il tarixdən hesablanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış psixotrop maddə-0,973 qram metamfetamin məhv edilsin, beş ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 88 manat, 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖİN **********, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri nə əsasən 02 (iki) il, 08 (səkkiz) ay müddətinə, azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «15» mart 2021-ci il tarixdən hesablanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-23/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-23/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver