Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-23/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər – Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1989-cu ildə Gürcüstanın Saqareco rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstanın Saqareco rayonunda qeydiyyatında olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, xx.xx.1980-cı ildə Ermənistan SSR-nin Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə 04 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və şəxiyyəti istintaqa məlum olmayan Afiq adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi evin qarşısına gəlmiş, əvvəlcədən razlaşdıqları kimi Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) ev sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaq üçün bir qədər kənarda dayanıb müşahidə aparmış, Təqsirləndirilən şəxs1 və Afiq adlı şəxs evin daş hasarından aşaraq həyətinə qanunsuz daxil olub, evin həyətindən özgənin Zərərçəkmiş şəxs məxsus qiyməti 350 manat olan bir ədəd “Maqru” markalı qaynaq aparatını, qiyməti 540 manat olan 4x4 diametrli, TTR tipli, 120 metr uzunluğunda kabeli, qiyməti 420 manat olan 1x10 diametrli, NYAF tipli, 120 metr uzunluğunda kabeli, qiyməti 750 manat olan 1x70 diametrli, MM201N2 tipli, 30 metr uzunluğunda qaynaq aparatının kabelini, qiyməti 420 manat olan 2x6 diametrli, TTR tipli, 120 metr uzunluğunda kabeli, qiyməti 1800 manat olan 3x6 diametrli, TTR tipli, 360 metr uzunluğunda kabeli, qiyməti 90 manat olan 30 metr uzunluğunda uzadıcını, qiyməti 60 manat olan 20 metr uzunluğunda uzadıcını, qiyməti 115 manat olan bir ədəd “Philips Led” markalı projektoru gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4545 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən 08 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və şəxiyyəti istintaqa məlum olmayan Afiq adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi evin daş hasarından aşaraq həyətə düşmüş və həyətdəki **-ZC-*** dövlət qeydiyyat nişanlı, “QKB-817” markalı qoşqunun taxta qapısının qıfılını dəmir parçası ilə sındıraraq saxlanc yeri sayılan qoşquya qanunsuz daxil olub, oradan özgənin Zərərçəkmiş şəxs məxsus qiyməti 250 manat olan “Славмаш” markalı, “MMA-320A” modelli qaynaq aparatını, hər birinin qiyməti 185 manat olan, 370 manat dəyərində iki ədəd “Зенит” markalı, “ЗУШМ 230-2450” modelli laqondanı, qiyməti 75 manat olan bir ədəd “Dastool” markalı, “HJ- 1102” modelli dreli, qiyməti 140 manat olan bir ədəd “Atec” markalı, “AT7221” modelli preforatoru, qiyməti 40 manat olan bir ədəd “Atec” markalı dreli, qiyməti 35 manat olan bir ədəd isidici aparatını, hər birinin qiyməti 55 manat olan, 110 manat dəyərində iki ədəd isidici aparatını, hər birinin qiyməti 250 manat olan, 500 manat dəyərində iki ədəd iki çıxışlı Drusseli, hər birinin qiyməti 150 manat olan, 300 manat dəyərində iki ədəd “ŞPN300” markalı kameraları, qiyməti 6700 manat olan VPP16 tipli, 1000 metr uzunluğunda kabeli, qiyməti 160 manat olan bir ədəd “Foton” markalı, 6-ST-100 tipli akkumulyatoru, hər birinin qiyməti 360 manat olan, 720 manat dəyərində iki ədəd “Faton” markalı, 6-ST-200 tipli akkumulyatoru, qiyməti 200 manat olan bir ədəd “Joi” markalı, 380 V-luq qidalandırıcı qurğunu, qiyməti 30 manat olan bir ədəd “Candan” markalı, “CM-03” modelli boru ütüsünü, 45 manat dəyərində 15 kiloqram çəkidə olan qozu və qiyməti 60 manat olan bir ədəd “Panasonic” markalı, videomüşahidə kamersının cihazını üzərindəki 32 GB yaddaş kartı ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 9735 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 14 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində ünvan 2ndə yerləşən nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,438 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 14 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşadığı evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları tərəfindən saxlanılıb, polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi- 0,438 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, nömrəsiz fərdi evdə yaşamışdır.Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) onun tanışıdır. 04 oktyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində tanışı Rövlan və Afıqlə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində görüşmüş, Rövlana və Afıqə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yaşayış olmayan evin həyətində xeyli sayda kabel olduğunu bildirərək həmin kabelləri oğurlayaraq satmağı təklif etmişdir. Rövlan və Afıq onun təklifı ilə razlaşmış, həmin gün, yəni, 04 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində onlar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu öyrəndikləri fərdi yaşayış evinin qarşısına gəlmiş, o və Afiq evin daş hasarından aşaraq həyətə daxil olmuş, evə gələn olacağı təqdirdə onlara məlumat vermək üçün Rövlan kənarda dayanaraq müşahidə aparmışdır. Afiqlə birlikdə həyətdə olan kabelləri sökərək Rövlanı səsləmiş, kabelləri hasardan küçəyə atmışlar. Daha sonra həyətdən bir ədəd qaynaq aparatı və bir ədəd projektor götürüb daxil olduğuqları qaydada həyətdən çıxmış, oğurladıqları kabelləri təxminən 300 metr aralıda yandıraraq mis halına çevirib, əldə etdikləri misi yoldan taksi saxladaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində, 4 yol deyilən ərazidə yerləşən əlvan metal qəbulu məntəqəsinə apararaq “Səməd” adlı şəxsə 107 manata satmış, əldə etdikləri pulu aralarında bölmüşlər. O, oğurladıqları bir ədəd qaynaq aparatını özü ilə aparmış, projektoru isə kimə verdiyini xatırlamır. Bundan başqa, o, 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində Rövlan və Afıqlə görüşmüş, bir qədər söhbət etdikdən sonra yenidən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz evdən yenidən oğurluq etməyi qərara almışlar. Həmin gün, saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış evinin qarşısına gəlmiş, evin həyətində işıqlar yandığı üçün əvvəlcə evin işıqlarını sayğacdan söndürmüş, daha sonra hər üçü hasardan aşaraq həyətə daxil olaraq evin həyətində olan məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş qoşqunun taxta qapısının qıfılını dəmir parçası ilə sındıraraq qoşquya daxil olaraq, oradan bir ədəd qaynaq aparatı, iki ədəd laqonda, bir ədəd drel, bir ədəd preforator, üç ədəd isidici aparatı, iki ədəd iki çıxışlı Drussel, iki ədəd kamera, dəqiq metrəsi yadında qalmayan kabellər, bir və ya iki ədəd köhnə yararsız akkumulyator, bir ədəd qidalandırıcı qurğu, bir ədəd boru ütüsü, bir ədəd “Panasonic” markalı videomüşahidə kamerasını qırmızı rəngli kisədə 10-15 kiloqram çəkidə olan qozu götürüb daxil olduqları qaydada küçəyə çıxmışlar. Bundan sonra, oğurladıqları əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən yaşadığı evə apararaq evin həyətində gizlətmişdir. 09 oktyabr 2021-ci il tarixdə oğurladıqları əşyalardan bir ədəd qaynaq aparatını, bir ədəd qidalandırıcı qurğunu, bir ədəd laqondanı və bir ədəd dreli 220 manat qarşılığında qohumu Şahid5, bir ədəd preforatoru, bir ədəd qaynaq ütüsünü, kamera cihazını isə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yaşayan Vəfadar adlı şəxsə ümumilikdə 50 manata satmış, lakin, Vəfadar DVD aparatının ona lazım olmadığını bildirərək geri qaytarmış, o, həmin aparatı Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində dəqiq xatırlamadığı yerdə tullamışdır. Bundan başqa, o, 17 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində ünvan 2ndə yerləşən nömrəsiz fərdi evin qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12ci PŞ-yə getmişdir. Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Narkotik vasitə istifadəçisi olmasına baxmayaraq, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində psixotrop maddə olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Gürcüstanda qeydiyyatında olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs1 onun tanışıdır. 04 oktyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində tanışı Təvəkkül və Afıqlə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində görüşmüş Təvəkkül, ona və Afıqə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yaşayış olmayan evin həyətində xeyli sayda kabel olduğunu bildirərək həmin kabelləri oğurlayaraq satmağı təklif etmişdir. Onlar Təvəkkülün təklifı ilə razlaşmış, həmin gün, yəni, 04 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində onlar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu öyrəndikləri fərdi yaşayış evinin qarşısına gəlmiş, Təvəkkül və Afiq evin daş hasarından aşaraq həyətə daxil olmuş, evə gələn olacağı təqdirdə onlara məlumat vermək üçün o, kənarda dayanaraq müşahidə aparmışdır. Təvəkkül ilə Afiq birlikdə həyətdə olan kabelləri sökərək onu səsləmiş, kabelləri hasardan küçəyə atmışlar. Daha sonra həyətdən bir ədəd qaynaq aparatı və bir ədəd projektor götürüb daxil olduğuqları qaydada həyətdən çıxmış, oğurladıqları kabelləri təxminən 300 metr aralıda yandıraraq mis halına çevirib, əldə etdikləri misi yoldan taksi saxladaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində, 4 yol deyilən ərazidə yerləşən əlvan metal qəbulu məntəqəsinə apararaq “Səməd” adlı şəxsə 107 manata satmış, əldə etdikləri pulu aralarında bölmüşlər. Təvəkkül oğurladıqları bir ədəd qaynaq aparatını özü ilə aparmış, projektoru isə kimə verdiyini xatırlamır. Bundan başqa, o, 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində Təvəkkül və Afıqlə görüşmüş, bir qədər söhbət etdikdən sonra yenidən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz evdən yenidən oğurluq etməyi qərara almışlar. Həmin gün, saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış evinin qarşısına gəlmiş, evin həyətində işıqlar yandığı üçün əvvəlcə evin işıqlarını sayğacdan söndürmüş, daha sonra hər üçü hasardan aşaraq həyətə daxil olaraq evin həyətində olan məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş qoşqunun taxta qapısının qıfılını dəmir parçası ilə sındıraraq qoşquya daxil olaraq, oradan bir ədəd qaynaq aparatı, iki ədəd laqonda, bir ədəd drel, bir ədəd preforator, üç ədəd isidici aparatı, iki ədəd iki çıxışlı Drussel, iki ədəd kamera, dəqiq metrəsi yadında qalmayan kabellər, bir və ya iki ədəd köhnə yararsız akkumulyator, bir ədəd qidalandırıcı qurğu, bir ədəd boru ütüsü, bir ədəd “Panasonic” markalı videomüşahidə kamerasını qırmızı rəngli kisədə 10-15 kiloqram çəkidə olan qozu götürüb daxil olduqları qaydada küçəyə çıxmışlar. Bundan sonra, oğurladıqları əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən yaşadığı evə apararaq evin həyətində gizlətmişdir. 09 oktyabr 2021-ci il tarixdə oğurladıqları əşyalardan bir ədəd qaynaq aparatını, bir ədəd qidalandırıcı qurğunu, bir ədəd laqondanı və bir ədəd dreli 220 manat qarşılığında qohumu Şahid5, bir ədəd preforatoru, bir ədəd qaynaq ütüsünü, kamera cihazını isə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yaşayan Vəfadar adlı şəxsə ümumilikdə 50 manata satmış, lakin, Vəfadar DVD aparatının ona lazım olmadığını bildirərək geri qaytarmışdır. Bundan başqa, o, 14 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşadığı evin qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getmişdir. Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Narkotik vasitə istifadəçisi olmasına baxmayaraq, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində psixotrop maddə olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 4 otaq və sanitar qovşaqdan ibarət, kürsülü bir mərtəbəli fərdi yaşayış evi var. O, həmin evdə təmir işləri getdiyi üçün orada yaşamır. Ona məxsus evin həyətində **- ZC-*** dövlət qeydiyyat nişanlı, “QKB-817” markalı qoşqu vardır. Həmin qoşquda evinin təmir işləri üçün aldığı avadanlıqları saxlamış, həmçinin evində təmir işləri ilə məşğul olan usta X2 müvəqqəti olaraq qoşquda yaşamışdır. 04 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrində evində usta işləyən X2 ilə birlikdə şəxsi işləri ilə əlaqədar Şamaxı rayonuna getmiş, həmin gün, saat 21 radələrində evə geri qayıtdığı zaman işıqların sönülü vəziyyətdə olduğunu görmüşdür. O, sayğacdakı işıq limitinin bitdiyini düşünmüş, lakin, sayğaca yaxınlaşaraq baxdığı zaman sayğacın söndürüldüyünü görmüşdür. O, sayğacı işə salmış, lakin, evin işıqları yanmamış, həyətə daxil olaraq işıq sisteminə baxdıqda işıq sisteminin tamamilə oğurlandığını öyrənmişdir. Onlar evin işıq sistemini müvəqqəti bərpa edərək həyətə baxış keçirmiş, baxış zamanı, evin həyətyanı sahəsində quraşdırılmış dəyəri 350 manat olan bir ədəd “Maqru” markalı qaynaq aparatının, ümumi dəyəri 540 manat olan 4x4 diametrli, TTR tipli, 120 metr uzunluğunda kabelin, ümumi dəyəri 420 manat olan 1x10 diametrli, NYAF tipli, 120 metr uzunluğunda kabelin, ümumi dəyəri 750 manat olan 1x70 diametrli, MM201N2 tipli, 30 metr uzunluğunda qaynaq aparatının kabelinin, ümumi dəyəri 420 manat olan 2x6 diametrli, TTR tipli, 120 metr uzunluğunda kabelin, ümumi dəyəri 1800 manat olan 3x6 diametrli, TTR tipli, 360 metr uzunluğunda kabelin, dəyəri 90 manat olan 30 metr uzunluğunda uzadıcının, dəyəri 60 manat olan 20 metr uzunluğunda uzadıcının, dəyəri 115 manat olan bir ədəd “Philips Led” markalı projektorun oğurlandığını müəyyən etmişdir. O, hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermiş, Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, izahatı alınmışdır. 08 oktyabr 2021-ci il tarixdə, evində usta işləyən X2 ilə birlikdə şəxsi işləri ilə əlaqədar Gəncə şəhərinə getmiş, həmin gün, saat 22 radələrində evə geri qayıtdığı zaman işıqların sönülü vəziyyətdə olduğunu görmüşdür. O, sayğacı işə salmış, lakin, evin işıqları yanmamış, həyətə daxil olaraq işıq sisteminə baxdıqda işıq sisteminin tamamilə oğurlandığını öyrənmişdir. Bundan sonra evin həyətində olan “QKR- 817” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı qoşquya yaxınlaşdıqda, qoşqunun taxta qapısının qıfılının sındırıldığını görmüşdür. O, qoşquya baxış keçirdiyi zaman, qoşqudan, 250 manat olan bir ədəd “Slavmaş” markalı qaynaq aparatının, hər birinin qiyməti 185 manat olan, 370 manat dəyərində iki ədəd “Zenit” markalı laqondanın, dəyəri 75 manat olan bir ədəd “Dastool” markalı laqondanın, dəyəri 140 manat olan bir ədəd “Atec” markalı preferatorun, dəyəri 40 manat olan bir ədəd “Atec” markalı drelin, dəyəri 35 manat olan, markasını bilmədiyi bir ədəd isidici aparatının, hər birinin qiyməti 55 manat olan, 110 manat dəyərində markasını bilmədiyi iki ədəd isidici aparatının, hər birinin qiyməti 250 manat olan, 500 manat dəyərində iki ədəd iki çıxışlı Drusselin, hər birinin qiyməti 150 manat olan, 300 manat dəyərində iki ədəd “ŞPN300” markalı kameraların, ümumi dəyəri 6700 manat olan VPP16 tipli, 1000 metr uzunluğunda kabeli, dəyəri 160 manat olan bir ədəd “Foton” markalı, 6-ST-100 tipli akkumulyatorun, hər birinin qiyməti 360 manat olan, 720 manat dəyərində iki ədəd “Foton” markalı, 6-ST-200 tipli akkumulyatorun, dəyəri 200 manat olan bir ədəd “Joi” markalı qidalandırıcı qurğunun, dəyəri 30 manat olan bir ədəd “Candan” markalı boru ütüsünün, 45 manat dəyərində 15 kiloqram çəkidə olan qozun və dəyəri 60 manat olan bir ədəd “Panasonic” markalı, videomüşahidə kamera cihazının içərisindəki 32 GB yaddaş kartı ilə birlikdə oğurlandığını aşkar etmişdir. O, hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermiş, Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində çalışır, polis leytenantı rütbəsi daşıyır. 14 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 12-ci PŞ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) əynində olanqara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin maddənin nə olduğu soruşulduqda, o, təqdim etdiyi bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 12 oktyabr 2021-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 14 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ilə ünvan 2ndə xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 12-ci PŞ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin maddənin nə olduğu soruşulduqda, o, təqdim etdiyi bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 12 oktyabr 2021-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində olarkən tanışı Təqsirləndirilən şəxs1 görmüş, Təvəkkül ona uşağının xəstə olduğunu, dərman almağa pulunun olmadığını, özünə məxsus olan bir ədəd preforatoru və bir ədəd qaynaq ütüsünü ucuz qiymətə satmaq istədiyini bildirmişdir. O, həmin əşyaların ona lazım olmadığını Təvəkkülə bildirmiş, lakin, Təvəkkül uşağına dərman almağa pulunun olmadığını bildirərək həmin əşyaları ondan almasını xahiş etmişdir. Təvəkkülə yazığı gəldiyi üçün onunla razılaşmış, Təvəkkül yaşadığı evə gedərək bir müddət sonra geri qayıtmış, sellofan torbada bir ədəd preforator, bir ədəd qaynaq ütüsü və DVD aparatı gətirmişdir. O, Təvəkkülün gətirdiyi dreli və qaynaq ütüsünü götürərək ona 50 manat vermiş, DVD aparatının ona lazım olmadığını bildirmişdir. Bir müddət sonra qəsəbə ərazisində olarkən tanışları Təvəkkülün narkoman olduğunu ona bildirərək, ondan hansısa əşyanı almaqla düzgün hərəkət etmədiyini demişlər. O, Təvəkküllə görüşərək aldığı əşyaları geri qaytararaq ona verdiyini 50 manatı geri almaq istəsə də, Təvəkkülü tapa bilməmişdir. 14 oktyabr 2021-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət olunmuş, aldığı əşyaların oğurluq olması bildirilmişdir. Bundan sonra, o, bir ədəd preforatoru və qaynaq ütüsünü polis əməkdaşlarına təqdim etmiş, həmin əşyaların oğurluq olması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, 4 yol deyilən ərazidə metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Məntəqədə əsasən dəmir, aliminium, plastik və mis qəbul edir. 2021-ci ilin oktyabr ayında dəqiq tarixini bilmədiyi vaxtda, Bakı şəhəri, Ramana qəsəbəsi, Südçülük Sovxozunda yaşayan Təvəkkül və qonşuluqda yaşayan Afıq məntəqəyə gələrək, özləri ilə yanmış vəziyyətdə kabel gətirərək həmin kabeli küçədən yığdıqlarını və yandıraraq mis halına çevirdiklərini, satmaq istədiklərini bildirmişlər. O, onların gətirdiyi kabeli tərəzidə çəkdikdən sonra onlara ümumilikdə 107 manat verərərk gətirdikləri yanmış vəziyyətdə olan kabeli almışdır. Zərərçəkmiş şəxs məhkəmə notarial qaydada təsdiqlənmiş ərizə müraciət edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqəsində olan 14 oktyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) 14 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 103-104-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 114-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 115-117-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 6/4575 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. X4 üzərindən aşkar edilərək götürülmüş maddə” yazı olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0,438 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.388 qramdır. Cinayət işinin 1-ci cildinin 151-153-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-813/2021 saylı, 16 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) barəsində həbs etmənin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi 1-ci cildinin 154-cü vərəqəsində olan 18 oktyabr 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 (X7) aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.388 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 172-175-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-1053/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 176-177-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 06 dekabr 2021-ci il tarixli, 4905 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) opioidlərin və psoxotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 206-cı vərəqəsində olan 14 oktyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 14 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 236-237-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 239-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 240-242-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 6/4576 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş maddə” yazı olan zərfdəki 0l (bir) ədəd bükümdə təmiz çəkisi 0,434 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.384 qramdır. Cinayət işinin 2-ci cildinin 17-19-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-811/2021 saylı, 16 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi 2-ci cildinin 36-cı vərəqəsində olan 01 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.384 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 41-42-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının08 dekabr 2021ci il tarixli, 4954 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psoxotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 133-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 134-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli 9/621 saylı ekspert rəyindən görünür ki, 1 ədəd “3eнит” markalı, “3УШM 230-2450” model, göy rəngli laqonda ümumi qiyməti - 50 manat, 1 ədəd “Dastool” markalı, “HJ-1102” model, göy rəngli drel ümumi qiyməti - 25 manat, 1 ədəd “Atec” markalı, “AT7221” model, boz rəngli preforator, ümumi qiyməti - 80 manat, 1 ədəd “Candan” markalı, “CM-03” model boru ütüsü- ümumi qiyməti – 25 manat, 1 ədəd “Joi” markalı, 380 V-luq qidalandırıcı qurğu- ümumi qiyməti – 100 manat, 1 ədəd “CnaBMam” markalı, “MMA-320A” model qaynaq aparatı - ümumi qiyməti - 120 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymət ilə ümumi dəyəri təxminən 400,0 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 156-cı vərəqəsində olan AA seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir az yaşlı övladı var. Cinayət işinin 2-ci cildinin 157-179-cu vərəqəsində olan 28 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “3eнит” markalı, “3УШM 230-2450” model laqonda, 01 ədəd “Dastool” markalı, “HJ-1102” model drel, 01 ədəd “Atec” markalı, “AT7221” model preforator, 01 ədəd “Candan” markalı, “CM-03” model boru ütüsü, 01 ədəd “Joi” markalı qidalandırıcı qurğu, 01 ədəd “Cлавмащ” markalı, “MMA-320A” model qaynaq aparatı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 3-cü cildinin 170-172-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-353/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərarı ilə Tagıevi Rovlan (Tağıyev Rövlan) barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 164-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 noyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 (X7) əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Sabunçu RPİ-nin 12-ci PŞ-nin 08 dekabr 2022-ci il dekabr məktubundan görünür ki, Tagıevi Rovlan (Tağıyev Rövlan) 08 dekabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-yə yerləşdirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməlləri ilə 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və Təqsirləndirilən şəxs1 “…Polis Şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir və onların islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 14 oktyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) azadlığının 08 dekabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 14 oktyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) cəza çəkmə müddətinin əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) azadlığının 14 oktyabr 2021-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 28 (iyirmi səkkiz) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) və Təqsirləndirilən şəxs1 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Ekspertiza xərci və maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.772 qram psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “3eнит” markalı, “3УШM 230-2450” model laqonda, 01 ədəd “Dastool” markalı, “HJ-1102” model drel, 01 ədəd “Atec” markalı, “AT7221” model preforator, 01 ədəd “Candan” markalı, “CM-03” model boru ütüsü, 01 ədəd “Joi” markalı qidalandırıcı qurğu, 01 ədəd “Cлавмащ” markalı, “MMA-320A” model qaynaq aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1, 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan), məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) il 28 (iyirmi səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0.772 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “3eнит” markalı, “3УШM 230-2450” model laqonda, 01 ədəd “Dastool” markalı, “HJ-1102” model drel, 01 ədəd “Atec” markalı, “AT7221” model preforator, 01 ədəd “Candan” markalı, “CM-03” model boru ütüsü, 01 ədəd “Joi” markalı qidalandırıcı qurğu, 01 ədəd “Cлавмащ” markalı, “MMA-320A” model qaynaq aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1, 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan), məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (Tağıyev Rövlan)ndan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-23/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-23/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver