Məhkəmə qərarları › İş №1(008)-23/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-23/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-23/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Fərhad oğlunun, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi – Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin Tədris Mərkəzində kafedra müdirinin müavini kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin Maştağa İdarəsində baş mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin rəisi işlədiyi dövrdə texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunması, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasının təmin edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın tələblərinə əsasən fəaliyyətdə olan qurğularda, şəbəkə və avadanlıqlarda işlərin yalnız yazılı naryad-buraxılışlar və sərəncamlar ilə icra olunmalı olmasına və elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün texniki tədbirlərin yerinə yetirilməli olmasına cavabdeh şəxs olmasına baxmayaraq, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.2-ci bəndinin tələblərini pozmaqla naryad-buraxılış tərtib olunmadan, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.1.1.1-ci bəndinin tələblərini pozmaqla elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün yerinə yetirilməli olan texniki tədbirlər (zəruri açılmalar aparılmalısı, torpaqlanmaların qoyulmalısı və s.) həyata keçirilmədən "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin baş növbətçisi işləyən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttində təmir işlərini aparmasına göstəriş verdiyinə görə, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttini təmir edən zaman naqilin qırılaraq onu elektrik cərəyanı vurması nəticəsində sol əlin İİ, İİİ, İV və V barmaqlarının amputasiyası ilə nəticələnən sol əlin, sol mil-bilək oynağının və sol diz oynağı nahiyəsinin İV dərəcəli elektrik yanıq yaraları, yəni ümumi əmək qabiliyyətinin 1/3dən çox (50%) hissəsinin daimi itirilməsi ilə nəticələnən, ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid olan xəsarət almış, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. X5 verilmiş ittihama əsasən, o, xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin baş mühəndisi işlədiyi dövrdə tabeçiliyindəki idarələr arasındakı fəaliyyəti və bu şöbələrin xidmətinin koordinasiyasının vaxtında və məhsuldar səviyyədə təmin edilməsi, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək edilməsi, hava xəttinə baxış keçirilməsini təşkil edilməsi, hava, kabel xətlərinin normal vəziyyətdə olmasının təmin edilməsi, güc avadanlıqlarının yüklərinin tənzimlənməsinin təşkil edilməsi, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlərin görülməsi, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasının təmin edilməsi, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət edilməsi, vaxtında nasazlıq aktlarının tərtib edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın tələblərinə əsasən hava xətlərinə dövri və növbədənkənar baxışlar keçirilməsinə, hava xəttinin və cərəyan naqillərinin yoxlanılması zamanı yoxlanılmalı olan vəziyyətlərə cavabdeh şəxs olmasına baxmayaraq, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3.8-ci bəndinin tələblərini pozmaqla hava xətlərinə dövri və növbədənkənar baxışlar keçirmədiyinə, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3.11-ci bəndinin tələblərini pozmaqla hava xəttinin və cərəyan naqillərinin yoxlanılması zamanı yoxlanılmalı olan vəziyyətləri yoxlamadığına görə (izolyatorların vəziyyəti) xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin baş növbətçisi işləyən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttini təmir edən zaman naqilin qırılaraq onu elektrik cərəyanı vurması nəticəsində sol əlin İİ, İİİ, İV və V barmaqlarının amputasiyası ilə nəticələnən sol əlin, sol mil-bilək oynağının və sol diz oynağı nahiyəsinin İV dərəcəli elektrik yanıq yaraları, yəni ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) hissəsinin daimi itirilməsi ilə nəticələnən, ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid olan xəsarət almış, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1972-ci il tarixdən müəyən fasilələrlə "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. Hazırda "xxxx" ASC-nin Tədris Mərkəzində kafedra müdirinin müavini vəzifəsində işləyir, elmlər namizədidir. Hadisə baş verən dövrdə o, "xxxx" ASC-nin X13 və Satış İdarəsində İstismar şöbəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə qədər məzuniyyətdə olmuşdur. Hadisə günü hava şəraiti pis olduğundan rəhbərliyin şifahi göstərişi ilə işə gəlmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Sabunçu rayonu Zabrat yarımstansıyasından qidalanan 571/10 kv-luq hava xəttində qəza olması barədə abonentlərdən idarəyə məlumat daxil olmuşdur. O, bu barədə növbədə olan səyyar əməliyyat briqadasının 1-ci şəxsi Zərərçəkmiş şəxsla əlaqə saxlamışdır. İntiqam da ona başqa yerdə qəza olduğundan orada işlədiyini bildirərək nahardan sonra o dediyi yerə gedib baxış keçirəcəyini demişdir. Saat 14 radələrində o, məzuniyyətdə olduğundan evə getmişdir. Həmin gün axşam saat 17 radələrində işçilər ona zəng edib İntiqamın gərginliyə düşüb xəsarət aldığını demişlər. Sonradan o, bilmişdir ki, Zərərçəkmiş şəxs vəzifə təlimatlarını kobud səkildə pozaraq işlədiyi xəttin 10 kv-luq dəmiryolu xəttinin üstündən keçdiyini bilərək öz işlədiyi elektrik xəttinin gərginlikdən ayrılması barədə dispetçerə məlumat versə də, dəmiryol xəttini tam gərginlikdən ayırmadan və heç kəsə məlumat vermədən özbaşına qəza olan yer çox hündürlükdə olduğuna və qaldırıcı səbət ora çatmadığı halda həmin yüksəkliyə qalxmağa çalışmış, yenə vəzifə təlimatının tələbini pozaraq əsassız olaraq yalnız belinə kəmər bağlamaqla səbətdən dayağa keçmiş və qəzalı xətti mühafizə vasitələri (rezin əlcək, rezin ayaqqabı) olmadan elektrik naqilini bağlamağa cəhd etmiş və nəticədə naqili dartdığından digər tərəfdəki dayaqdan naqil qırılaraq əvvəldən elektrik xəttindən ayırmalı olduğu dəmiryol xəttinə düşmüş və yaranmış gərginlikdən Zərərçəkmiş şəxs ağır xəsarətlər almışdır. Hadisə İntiqamın öz ehtiyatsızlığından baş vermişdir. Əgər o, vəzifə təlimatına düzgün əməl etsə və vaxtından digər xətti gərginlikdən azad etmiş olsaydı, hadisə baş verməzdi. Bütün xətlər plan-qrafik üzrə ildə bir dəfə təmir olunur və 3 aydan bir baxış keçirilir. Hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10 kv-luq Zabrat 571 nömrəli hava elektrik xəttinin olduğu ərazidə fəsildən asılı olmayaraq, qurunt suları olduğundan hadisə baş verən xəttin alt hissəsində və ona yaxın ərazidə qamışlıqlar bitir və bu qamışlıqlar qeyd olunan hava xəttinin istismarına heç bir mane törətmir. Buna görə də, onun tərəfindən kiməsə qamışlıqların təmizlənməsi ilə bağlı göstəriş verilməmişdir. O, həmin rəyin ona aid hissəsi ilə tam razı deyil. Belə ki, birincisi, Zərərçəkmiş şəxs həmin gün saat 08:00-da növbəni vəzifə təlimatına əsasən özü qəbul etmişdir. İntiqam növbəsi zamanı baş vermiş qəzaları aradan qaldırmaq üçün lazım olan tədbirləri mərkəzi dispetçerlə tam sıx əlaqəli olaraq yerinə yetirib. İntiqam tərəfindən görülən işlərin heç birində nə onun göstərişi, nə də müdaxiləsi olmamışdır. Saat 14 radələrində o, İntiqamla telefon əlaqəsi saxlayanda İntiqam ona baş vermiş qəzaların böyük əksəriyyətini aradan qaldırdığını bildirərək, yalnız Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10 kv-luq Zabrat 571 nömrəli hava elektrik xəttinə baxış keçirmədiyini demişdir. İntiqam ona nahar etmədiklərini bildirdikdə, o nahar etmələrini, nahardan sonra çalışıb həmin xəttə də baxış keçirmələrini bildirmişdir. Bundan sonra onun İntiqamla hər hansı əlaqəsi olmamışdır. O, İntiqama məlumat xarakterli qəza barədə məlumat vermişdir, ona hər hansı göstəriş verməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər məzuniyyətdə olmuşdur. Həmin gün hava şəraiti pis olduğuna görə, fasilələr yaranmasın deyə, məzuniyyətdə olsa da işə gəlmişdir. Rəhbərliyin şifahi göstərişinə əsasən bazar günü olsa da və məzuniyyətdə olsa da işə gəlmişdir. Xəttin zədələnməsi barədə ona məlumat daxil olmuş, xəttin nə vəziyyətdə olduğundan məlumatı olmamışdır, İntiqama bu barədə məlumat vermişdir ki, xəttə baxış keçirsinlər. Ona zəng olunmuşdur ki, ola bilsin qaldırıcı səbət lazım olsun. O da bu barədə Avtonəqliyyat idarəsi ilə əlaqə saxlamış və İntiqam ilə əlaqə saxlamalarını demişdir. O, idarənin rəisi Paşa Əliyev, müavinlə və Rasim müəllimlə danışmışdır. Yazılı naryad buraxılışları mütləq olmalıdır, qeyri iş günü olduğu üçün 1-ci şəxsin(yəni Zərərçəkmiş şəxs) mərkəzi dispetçer ilə əlaqə saxlayıb naryadı yazmağa ixtiyarı vardır. İntiqam bütün əməliyyatlarını, hamı işdə olsa belə birbaşa mərkəzi dispetçer ilə əlaqə saxlayıb həyata keçirməlidir, bu 1-ci şəxsin vəzifə təlimatlarında öz əksini tapır. İntiqam birinci olaraq zədə yerini tapmalı idi və məruzə etməli idi. Baş mühəndis və ya başqa adamda desə idi İntiqam ora çıxmamalı idi. Hadisəyə qədər qaldırıcı səbət üçün onunla danışmışlarki, lazım olsa kömək etsinlər.O, xəttin açılması və orada işləmələri üçün heç kimə göstəriş verməmişdir. İntiqam hadisə yerinə sadəcə baxmalı idi və gözlə baxış keçirib rəhbərliyə və mərkəzi dispetçerə məruzə etməli idi. Ondan sonra mərkəzi idarə labarotoriya ayırır və onlar gəlib xətti açırlar və torpaqlayırlar sonra xəttin zədə yerini tapırlar. Bütün bu qeyd etdiklərini əvvəldən axıra qədər 1-ci şəxs İntiqam həyata keçirməli idi. O, məzuniyyətdə olduğu dövrdə bütün səlahiyyətləri müavini Elçin Qubadova həvalə olunmuşdur. Rayon üzrə 24 saat növbətçi olur. Xətdə qəza olduğu barədə telefon vasitəsi ilə məlumat vermişdilər, o da İntiqamın nəzərinə çatdırmışdır ki, həmin yerdə qəza olub. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X10 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2002-ci il tarixdən "xxxx" ASC-də işləməyə başlamışdır. Əvvəllər Maştağa şəbəkəsində rəis vəzifəsində işləmiş, sonradan Xəzər rayonu ilə Maştağa arasında ərazilər bölündükdən sonra "xxxx" ASC-nin X13 və Satış İdarəsində baş mühəndis vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində yuxarı rəhbərlik tərəfindən nöqsansız xidmətinə görə dəfələrlə təltif edilmişdir. Onun vəzifə səlahiyyəti şəbəkədə mövcud olan avadanlıqların saz vəziyyətdə olması və baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi, habelə istehlakçılara keyfiyyətli elektrik enerjisinin verilməsini təmin etməkdən ibarətdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin 1-ci şəxs səyyar elektrik briqadasının 1-ci şəxs səyyar briqada elektrik mantyoru, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Zabrat yarımstansiyasından qidalanan 571/10 kvluq hava xəttində iş görən zaman ağır xəsarətlər alması barədə ona saat 17 radələrində istismar şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 məlumat verdi. Həmin gün bazar günü olduğundan o işə getməmişdir. O, dərhal İntiqamla birlikdə həmin gün naryadda olan elektrik hava xətti mantyoru Şahid1 zəng etmişdir. O, Rəhimdən nə baş verdiyini soruşduqda o da növbətçi maşınla X2 aparmaq üçün yolda olduqlarını demişdir. Dərhal həmin xəstəxanaya getmiş və onlarla eyni vaxtda ora çatmışdır. İntiqama ilkin tibbi yardım etdikdən sonra onu təcili yardım maşını ilə 5 nömrəli şəhər xəstəxanasının yanıq şöbəsinə aparmışlar. Orada İntiqam 1 gün qalandan sonra Maştağa elektrik şəbəkəsinin "xxxx" ASC-nin X13 və Satış İdarəsinin rəisi Paşa müəllim gələndən sonra o işə qayıtmışdır. Sonradan İntiqamı "xxxx" ASC-nin rəhbərliyinin göstərişi ilə “Ege Hospital”a aparmışlar. O, Həsəndən hadisənin necə baş verdiyini soruşanda Həsən ona bildirmişdir ki, hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bilgəhdə qəzanı aradan qaldırdıqdan sonra həmin gün İstismar şöbəsinin rəisi olan Təqsirləndirilən şəxs2 ona zəng edib başqa bir yerdə, daha dəqiqi Zabrat qəsəbəsində Zabrat yarımstansiyasından qidalanan 571 10 kvluq hava xəttində qəza olduğunu bildirdikdə, o da bu barədə İntiqama məlumat verdikdən sonra növbətçi maşını ilə həmin yerə getmişlər. Orada qəza olan yer çox yüksəklikdə olduğuna görə İntiqam qaldırıcı səbətin sürücüsü Şahid2 zəng edib məlumat vermiş, sonra isə bu barədə Təqsirləndirilən şəxs2 xəbər vermişdir. Təxminən 40-50 dəqiqə Sahib gəlmiş, qaldırıcı səbətin köməkliyi ilə təxminən 8-10 metr qalxmış, ondan sonra İntiqam özü dirəklərdə olan pilləkənlə qalxıb qəzanı aradan qaldıracağını demiş, təxminən 15 dəqiqə sonra İntiqamın işlədiyi xəttdən naqil küləyin təsiri ilə qırılaraq aşağıda olan 630 voltluq elektrik naqilinin üzərinə düşmüşdür. Bu zaman sol barmaqları ilə xətdən tutulu vəziyyətdə olan İntiqam əlini çəkə bilmədiyinə görə onu elektrik cərəyanı vurmuş və onun əynində olan təhlükəsizlik kəməri hündürlükdən yerə düşməsinin qarşısını almışdır. Tez sürücü Sahib Həsəni də elektrik cərəyanının vurmaması üçün səbəti dayaqdan ayırmışdır. Həsən sonradan gərginliyə səbəb olan elektrik xəttinin artıq ayrıldığını və dayaqda təhlükə olmadığını görüb yuxarıda huşsuz vəziyyətdə olan İntiqama kömək etmək üçün onun yanına getmişdir. Sonra qaldırıcı səbətin köməkliyi onu aşağı düşürdüb xəstəxanaya aparmışlar. Baş verən hadisənin bədbəxt hadisə olduğunu düşünür. Çünki hadisə zamanı oradan olan işçilər və İntiqamın özünün də dediyi kimi təhlükəsiz iş şəraiti yaradılmış və qəza olan elektrik xətti cərəyandan ayrılmışdır. Ancaq güclü külək səbəbindən həmin xətdən qırılmış elektrik naqili aşağıdan keçən 630 v-luq elektrik xəttinə və izolyasiya olunmamış elektrik xəttinə toxunmuş, nəticədə hadisə baş vermişdir. Dəmir yol xəttini qidalandıran elektrik xətti cərəyandan ayrılmalı idi. Dəmir yol xəttini qidalandıran elektrik xətti cərəyandan ayrılması ilk olaraq təlimata əsasən İntiqamın özünün vəzifəsinə aiddir. Ancaq İntiqam bu barədə məlumat vermədiyinə görə özü məsuliyyət daşıyır. Çünki dispetçer heç bir zaman konkret olaraq qəzanın harada olduğunu bilə bilməz. Həmin adı çəkilən elektrik xətti böyük bir ərazini, təxminən 3 km məsafəni əhatə edir. Ancaq hadisə olan yerdən dəmir yolu xətti keçir. Onlar sonradan oranı təmir edən zaman dəmir yolunun xəttinin də elektrik enerjisi tamam dayandırılmış və iş görülmüşdür. Bütün xətlər plan-qrafik üzrə ildə bir dəfə təmir olunur və 3 aydan bir baxış keçirilir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2024-cü il tarixli 3-16-16/2- 10/3517 nömrəli rəyində gəlinmiş – “Maştağa ETSİ-nin balansında olan 10 kV-luq “Zabrat- 571” hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün hava xəttinə dövri baxış keçirilməklə xəttə olan mövcud uyğunsuzluqların (izolyatorların vəziyyəti) aşkar edilərək aradan qaldırılmasını təşkil etmədiyinə görə, vəzifə təlimatının 3.1, 2.9, 2.11, 2.12, 2.14, 2.18 bəndlərinin və «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin tələbləri "xxxx" ASC Maştağa ETSİ-nin İstismar Şöbəsinin baş mühəndisi X10 tərəfindən pozulmuşdur” nəticəsi ilə bağlı bildirir ki, onların 5 ildən bir həyata keçirilən əsaslı təmirlə bağlı plan qrafikləri var. Həmin qrafik üzrə əvvəlki təmir işləri 2019-cu ildə həyata keçirilmişdir. Növbəti təmir işləri isə 2024-cü ilin iyun ayında keçirilməli idi. Buna görə də, onun tərəfindən aprel ayında hər hansı əsaslı təmir işləri həyata keçirilməmişdir. 3 aydan bir hava xəttinə xəttə olan mövcud uyğunsuzluqların aşkar edilərək aradan qaldırılması üçün baxış keçirilməlidir. Əgər baxış nəticəsində hər hansı nasazlıq aşkar olunarsa, bu zaman təmir həyata keçirilir. Sonuncu dəfə belə təmir 2021-ci ilin sentyabr ayının 9-da aparılmışdır. Hava xəttinə sonuncu dəfə 2024-cü ilin yanvar ayında baxış həyata keçirilmişdir. Növbəti baxış aprel ayında keçirilməli olsa da, o, işlərin çoxluğundan buna fürsət tapa bilmədiyindən tərəfindən baxış aparılmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, baş mühəndis vəzifəsində işləyir, hadisə bazar günü olduğundan onun məlumatı olmamışdır. Hadisə baş verəndən sonra Təqsirləndirilən şəxs2 ona məlumat vermişdir. Sabunçu xəstəxanasında ilkin yardım göstərildikdən sonra 5 saylı xəstəxanaya aparmışlar.Zərərçəkmiş şəxs əməliyyatı mərkəzi dispeçer ilə aparır, onlar müdaxilə etmir. İş günü olsa naryadı onlar yazmalı idi, amma həmin gün bazar günü olduğundan 1-ci şəxs yəni zərərçəkmiş İntiqam özü cavabdeh idi. Dəmir yolu xəttini açdırmaq birbaşa 1-ci şəxs, yəni Zərərçəkmiş şəxs özü etməli idi. Dövrü yoxlanış xəttlərin yoxlanılmasır, zədəli xəttlərin düzəldilməsidir. Dövrü yoxlanışın aparılması hadisə ilə əlaqəsi yoxdur, yoxlanışın aparılmaması hadisəyə səbəb olmayıb. Baxış 3 aydan bir, yoxlanış 5 ildə bir keçirilir. Hadisə günü hava şəraiti pis olduğundan elektirik xətti qırılmışdır. Hadisə baş verən vaxtı o, evdə olmuşdur. Zərərçəkmiş şəxs və digərləri növbətçi olduqlarından işdə olmuşlar. Qəza baş verəndə mərkəzi dispeçerə məlumat verməli idi. Hadisə ilə bağlı ona heç nə danışılmayıb. Hadisədən sonra Səxavət müəllim ona məlumat vermişdir. Hər hansı qəza olduqda naryad yazılaraq briqada göndərilir. Briqadanın tərkibində mantyor, sürücü, 1-ci şəxs olur. Bazar günü olanda həmin naryadı 1-ci şəxs, yəni zərərçəkmiş şəxs yazmalı idi. Naryadda nə işlər görüləcəyi və kimlər işləyəcəyi yazılır. Şənbə bazar günləri naryad dispetçer ilə yazılır. İş günləri naryadı o, yazır və cavabdehdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 35 ilə yaxındır ki, "xxxx" ASC-nin Maştağa İstismar şöbəsində baş növbətçi vəzifəsində işləyir. Vəzifəsi 6 v 10kv-luq həmçinin 0,4 kv-luq elektrik xətlərində yaranan problemlərin aradan qaldırılması və s-dən ibarətdir. Hadisə olan gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bilgəh yarımstansiyasında dəmiryolu № 1, 10 kv-luq hava xəttində Həsən adlı mantyorla işləyən zaman istismar şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 Həsənə zəng edib telefon nömrəsi vermişdir. O, işi qurtarandan sonra həmin nömrəyə zəng etdikdə Zabrat yarımstansiyasın 571,10 kv-luq hava xəttində bir faza olmadığını öyrənib bu barədə Səxavət müəllimə məlumat vermişdir. Daha sonra hava xəttinin açılması üçün dispetçerə məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra dispetçer hava xəttinin açıldığını bildirərək işləyə biləcəyini demişdir. Bundan sonra qaldırıcı kran gəlmiş və o, kran vasitəsilə 15 metr hündürlüyə qalxmışdır. Lakin dirək 18 metrlik olmuş və qəza da 18-ci mərtəbədə olmuşdur. Buna görə də o, qaldırıcı kranın qaldırdığı hündürlükdə belinə təhlükəsizlik kəməri bağlayaraq dirəyin üzərində olan dəmir ayaqlıqlarla qəza olan yerə çatıb xətti düzəltməyə başlamışdır. İşini bitirən zaman arxa dirəkdən naqil qırılıb 10 metr yüksəklikdən keçən başqa bir 10 kv-luq elektrik xəttinin üzərinə düşmüşdür. Həmin 10 kv-luq elektrik xətti dəmir yol xətti olmuşdur. Naqil qırılan kimi elektrik cərəyanı onu vurmuşdur və o huşunu itirmişdir. Az sonra özünə gəlib çox çətinliklə Həsənin köməkliyi ilə aşağı düşmüşdür. O, əvvəlcə X16, gecə oradan 5 nömrəli xəstəxanın yanıq şöbəsinə aparılmışdır. 1 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə isə “Ege Hospital”a keçirilmişdir. 3 ay 20 gün orada stasionar şəraitdə müalicə aldıqdan sonra evə buraxılmışdır. Hadisə baş verməmişdən əvvəl daimi olaraq ayda 1 dəfə mühəndis tərəfindən təhlükəsizlik qaydaları ilə tanış edilib jurnala imza çəkir.Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə baxandan sonra Səxavət müəllim ilə əlaqə saxlamış, nə baş verdiyini, dispetçer ilə danışdığını və qaldırıcı kranın lazım olduğunu demişdir. Qaldırıcı kran gəlmiş, 15 metr qaldırmış, 3 metri onun özü çıxmışdır. O, baş növbətçi vəzifəsində işləyir. Dispetçerə hadisə barədə məlumat vermiş, öz xəttinin açılmasını onlara demiş, amma dəmir yolu xəttinin açılması onun ixtiyarında olmamışdır. Dispetçerin əlində sxema var və oradan dəmir yolu keçdiyini bilir. Səxavət müəllimin məzuniyyətdə olduğunu bilmişdir. Xətt qırılmış və onu tok vurmuşdur, burada heçkimin günahı yoxdur, heçkimdən şikayətçi deyil. Təqsirləndirilən şəxs2 onların rəisi olduğu üçün məlumat xarakterli ona məlumat vermiş, hadisə yerinə gedib baxmasını bildirmişdir, başqa hər hansı göstəriş verməmişdir. Səxavət müəllim Həsənə nömrə vermişdir. Həmin nömrəyə o yığmışdır. Beton zavodun işığı yanmırdı, ora getmişlər. Onlara texniki təhlükəsizlik qaydalarını başqa bir şəxs izah edir. Hadisə yerində onların xətti yuxarıdan keçir dəmir yolu xətti isə aşağıdan keçir. Dəmir yolu xəttinin açılması onun səlahiyyətində deyildir. Onu tok vuranda əli ilə xətti tutmuş və əlində nazik sarı əlcək olmuşdur. Dispetçerin qabağında xəritə var və oradan dəmir yolu xəttinin keçdiyini bilmişlər.O, dirəkdə işləyəndə arxa dirəkdən xətt qırılıb düşmüşdür və tok vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin səyyar elektrik briqadasının 1-ci şəxs səyyar briqada elektrik mantyoru, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Zabrat yarımstansıyasından qidalanan 571 10 kv-luq hava xəttində iş görən zaman ağır xəsarətlər alması ilə bağlı baş verən hadisə yerində o da olmuşdur. O, sürücü işləyir. Zərərçəkmiş şəxsı qəza baş verən yerə kimi qaldırmaq istədikdə qaldırıcı səbət oraya çatmadığından qalan hissəni İntiqam özü qalxmışdır. Onlar ona hava şəraitinin pis olduğunu və ora çıxmamağını demişlər. Daha sonra onu tok vurmuşdur. Sonra müəyyən yerə qədər düşmüş, qalan hissədə qaldırıcı kranın köməkliyi ilə aşağı düşürmüşlər və xəstəxanaya aparmışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, hava küləkli və yağışlı olduğundan İntiqama ora çıxmamağını demişlər. Hadisə yerinin hündürlüyü təxmini 22 metr olmuşdur. Onun idarə etdiyi qaldırıcı səbət 16 metrlikdir. O, sürücü vəzifəsində işləyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2015-ci il tarixdən "xxxx" ASC-nin X13 və Satış İdarəsində hava xətti elektrik montyoru işləmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin 1-ci şəxs səyyar elektrik briqadasının 1-ci şəxs səyyar briqada elektrik mantyoru Zərərçəkmiş şəxs Sabunçu rayonu Zabrat yarımstansıtasından qidalanan 571 10 kv-luq hava xəttində iş görən zaman ağır xəsarətlər alması ilə bağlı baş verən hadisə yerində o da olmuşdur. Belə ki, həmin gün saat 15 radələrində Bilgəhdə qəzanı aradan qaldırdıqdan sonra İstismar şöbəsinin rəisi olan Təqsirləndirilən şəxs2 ona zəng edib başqa bir yerdə, daha dəqiqi Zabrat qəsəbəsində Zabrat yarımstansiyasından qidalanan 571 10 kv-luq hava xəttində qəza olduğunu bildirmişdir. O, bu barədə İntiqama məlumat verdikdən sonra növbətçi maşını ilə həmin yerə getmişlər. Orada qəza olan yer çox yüksəklikdə olduğuna görə o, qaldırıcı səbətin sürücüsü Şahid2 zəng edib məlumat vermişdir. Sonra isə bu barədə Təqsirləndirilən şəxs2 İntiqam xəbər vermişdir. Təxminən 40-50 dəqiqə sonra Sahib gəlmişdir. Qaldırıcı səbətin köməkliyi ilə təxminən 8-10 metr qalxmış, ondan sonra İntiqam özü dirəklərdə olan pilləkənlə qalxıb qəzanı aradan qaldıracağını demişdir. Təxminən 15 dəqiqə sonra İntiqamın işlədiyi xətdən naqil qırılaraq aşağıda olan 630 voltluq elektrik naqilinin üzərinə düşmüşdür. Bu zaman sol barmaqları ilə xətdən tutulu vəziyyətdə olan İntiqam əlini çəkə bilmədiyinə görə onu elektrik cərəyanı vurmuş və onun əynində təhlükəsizlik kəməri hündürlükdən yerə düşməsinin qarşısını almışdır. Tez sürücü Sahib onu da elektrik cərəyanı vurmaması üçün səbəti dayaqdan ayırmış. O, sonradan gərginliyə səbəb olan elektrik xəttinin artıq ayrıldığını və dayaqda təhlükə olmadığını görüb yuxarıda huşsuz vəziyyətdə olan İntiqama kömək etmək üçün onun yanına getmişdir. Sonra qaldırıcı səbətin köməkliyi ilə onu aşağı düşürdüb xəstəxanaya aparmışlar. Baş verən hadisənin bədbəxt hadisə olduğunu düşünür. Çünki hadisə zamanı oradan olan işçilər və İntiqamın özünün də dediyi kimi təhlükəsiz iş şəraiti yaradılmış və qəza olan elektrik xətti cərəyandan ayrılmışdır. Ancaq güclü külək səbəbindən həmin xətdən qırılmış elektrik naqili aşağıdan keçən 630 v-luq elektrik xəttinə və izolyasiya olunmamış elektrik xəttinə toxunmuş, nəticədə hadisə baş vermişdir. Dəmir yol xəttini qidalandıran elektrik xətti cərəyandan ayrılmalı idi. Dəmir yol xəttini qidalandıran elektrik xətti cərəyandan ayrılması ilk olaraq təlimata əsasən İntiqamın özünün vəzifəsinə aiddir. Ancaq İntiqam bu barədə məlumat vermədiyinə görə özü məsuliyyət daşıyır. İntiqam özünə çox güvəndiyinə və dəmir yolu xəttini elektrik cərəyanından ayırarsa insanların hərəkətinə mane olacağını düşünüb səhlənkarlıq etmişdir və qəzanı aradan qaldıran zamanı belə bir hadisə baş vermişdir. Bütün xətlər plan-qrafik üzrə ildə bir dəfə təmir olunur və 3 aydan bir baxış keçirilir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 1-ci şəxs zərərçəkmiş İntiqamdır. Xəttin ayrılmasını İntiqam özü birbaşa dispetçer ilə əlaqə saxlayıb etməli idi. Dəmir yolu xəttini görmüşlər, amma o, xəttin qırılacağına inanmamışlar. Hadisə yerinə mantyor çıxır amma o işi o bacarmayacağı üçün İntiqam çıxmışdır. O, həmin gün Nadiri əvəz etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş "xxxx" ASC-nin SƏTƏMM şöbəsinin aparıcı mühəndisi X14 verilmiş suallara cavab olaraq göstərmişdir ki,qaydalara əsasən naryad buraxılışı ancaq yazılı qaydada tərtib olunur. Naryad buraxılışı 2 nüsxədən ibarət olur, onun müddəti 15 günlük yazılır 15 günlük uzadılır. Əgər həmin naryad zamanı bədbəxt hadisə baş verərsə həmin sənəd 45 il ərzində arxivdə saxlanılır. Naryad buraxılışı ancaq yazılı ola bilər, şifahi qaydada yalnız sərəncam verilə bilər. Naryad sərəncamı vermək, təqdim etdiyi sənəddə adı göstərilən şəxslərin səlahiyyətindədir. Bu göstəriş hər ilin əvvəlində yenilənir. Naryad buraxılışı ancaq göstərilən şəxslərə aiddir. Əmək Məcəlləsinə əsasən məzuniyyətdə olan şəxs naryad yaza bilməz. Xəttlərin açılması işlərin təhlükəsiz görülməsi üçün dispetçer xidmətinə məlumat verilir. İşlərin təhlükəsiz görülməsi üçün 5 əsas qayda var. Birinci qayda lazımı açılmaların həyata keçirilməsidir. Lazımı açılmalar kimə həvalə olunubsa o həyata keçirir. Zərərçəkmiş şəxs həmin qaydaları bilməli və qaydalara riayət etməlidir. Əgər kəsişmə xətt varsa bu barədə məlumat verməli idi. Son zamanlar inşaat işlərinin çoxluğu səbəbi ilə bəzi xəttlər haqqında məlumatlar dispetçerin sxemində mövcud olmaya bilər, buna görə də zərərçəkmiş şəxs özü dispetçerə məlumat verməli idi kəsişmə xətt barəsində.İş yerini hazırlayan şəxslər 1-ci şəxs operativ personal, 2-ci şəxs operativ personaldır. 1-ci şəxs və 2-ci şəxslərin məsuliyyətləri fərqlidir. Bu qaydalar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nda öz əksini tapır. İz formalı akt X9 təhqiqat aktı nəticəsində tərtib olunur. Birbaşa olaraq təhqiqatın aparılması nəticəsində 6-cı bənddə hadisədə kimin günahkar olması öz əksini tapır. Əsas qaydalardan biri torpaqlamanın aparılmasıdır və İntiqam torpaqlamanın aparılmasını təmin etməyib. Torpaqlamanı 1-ci şəxs etməli idi. Briqada 2 nəfərdən az ola bilməz və əməliyyata gedəcəklərsə birbaşa naryad əsasında getməlidirlər. Hətta açılma aparılacaqsa naryadsız hadisə yerinə getmək qəti qadağandır. Qəza baş verərsə əməkdaş ora baxış keçirə bilər və məlumat toplaya bilər. Həmin məlumatı sözsüz ki, rəhbərliyə ötürür.Təmir eləməyə başlayanda rəhbərliyə yəni, şəbəkə rəhbərliyi, baş mühəndis, sahə rəisi məlumat verməlidir. Naryad buraxılışı qabaqcadan yazılmalıdır. Xəttə baxış naryadsız aparıla bilər. Amma naryad birbaşa müdaxilə etmək üçündür və hətta açılma aparılırsa mütləq şəkildə naryad yazılmalıdır.Torpaqlama işlərini, açılmaları birbaşa iş yerinin hazırlayan şəxslər yəni briqada üzvləri təmin eləməlidirlər.1-ci şəxs operativ personal iş yerini hazırlayan şəxsdir, 2-ci şəxs operativ personalda iş yerini hazırlayan şəxsdir. Naryadı vermək üçün şəxsin adı mütləq təqdim etdiyim sərəncamda olmalıdır. Zərərçəkmiş şəxs əmək təhlükəsizlik qaydalarına tamamilə riayət etməyib. O, qaydalara riayət etməmiş və əsas qaydalardan biri olan torpaqlamanı həyata keçirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanmışdır(i.v.1); Baxış keçirilməsi haqqında 21 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirərkən müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10 kv-luq Zabrat 571 nömrəli hava elektirik xəttinin dirəyidir. Baxışda iştirak edən "xxxx" ASC X13 və Satış İdarəsinin İstismar şöbəsinin baş mühəndisi X10 hadisənin baş verdiyi yeri göstərərək bildirdi ki, hadisə zamanı Zərərçəkmiş şəxs həmin yerdə iş görən zaman xəsarət almışdır. Həmin dirək 21 metr uzunluğundadır, yuxarı hissəsində, yəni yerdən 18 metr hündürlükdən traves ilə təmin edilmişdir. Dirəyin bütün konstruksiyası metal materialdandır. Elektrik xətti gərginlik altındadır, xəttin aşağı hissəsində dəmiryol xətti xətti üzərindən dəmiryoluna məxsus digər xətt keçir. Həmin xətt 630 V gərginlikdədir. Baxışda iştirak edən "xxxx" ASC-nin Maştağa ETSİ-nin hava xətti üzrə elektrik mantyoru işləyən Şahid1 göstərdi ki, hadisə zamanı Zərərçəkmiş şəxs travesin üzərində dayanaraq gərginlikdən açılmış xətdə təmir işi aparmış, lakin işin aparılması zamanı ani olaraq iş aparılan xətt digər dirəkdə birləşmə yerindən, yəni izolyatordan qırılmışdır. Qırılma nəticəsində həmin xətt hadisə zamanı gərginlik altında olan dəmiryoluna məxsus xəttin üzərinə düşərək gərginlik altında qalmışdır. O həmçinin bildirmişdir ki, həmin işin aparılması zamanı yalnız xətt gərginlik açılmış, digər hər hansı texniki tərkibli tədbirlər, o cümlədən torpaqlama aparılmamışdır. Baxış zamanı müəyyən olundu ki, elektrik dirəyinin aşağı hissəsi qamışlıqlarla örtülmüş və uzun zamandır həmin hissə təmizlənməmişdir(i.v.31-35); Azərişıq ASC-nin xx.xx.2021-ci il tarixli, k/21-00503 saylı əmrindən görünür ki, Əliyev X8 RETSİ-nin 10/6/0.4 kv-luq İstismar Şöbəsinin rəisi xx.xx.2021-ci il tarixindən Maştağa ETSİ-nin 10/6/0.4 kv-luq İstismar Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir(i.v.38); Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli, k/22-01113 saylı əmrindən görünür ki, Xəzər RETSİ-nin İstismar Şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixindən Maştağa ETSİ-nin İstismar Şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir(i.v.39); Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli, k/23-05803 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək məzuniyyəti verilmişdir. Maştağa ETSİ-nin İstismar şöbəsinin rəis müavininə Təqsirləndirilən şəxs2 məzuniyyət müddətinə Maştağa ETSİ-nin İstismar şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmişdir(i.v.41); “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı”nın tələblərindən görünür ki, 3.Vəzifələr bölməsində aşağıdakı bəndlər mövcuddur:-bənd 3.1. «Tabeçiliyindəki idarələr arasındakı fəaliyyəti və bu şöbələrin xidmətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etmək»;-bənd 2.9. «İllik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək etmək»;-bənd 2.11. «Hava xətlərində baxış keçirilməsini təşkil etmək»;-bənd 2.12. «Hava, kabel xətlərin normal vəziyyətdə olmasını təmin etmək»;-bənd 2.14. «... elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək»;-bənd 2.18. « Məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək»(i.v.53); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X11” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 961 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol əlin İİ, İİİ, İV və V barmaqlarının amputasiyası ilə nəticələnən sol əlin, sol mil-bilək oynağının və sol diz oynağı nahiyəsinin İV dərəcəli elektrik yanıq yaraları müəyyən edilmişdir. Xəsarətlər yüksək gərginlikli elektrik cərəyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü tarixdə və şəraitdə, yəni yüksək gərginlikli elektrik cərəyanın təsiri nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) hissəsinin daimi itirilməsi ilə nəticələndiyindən sağlamlığa ağır zərərvurmaya aiddir(i.v.79-81); Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3517 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1.2, 3.1.1.1 bəndlərinin, “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin rəisinin vəzifə təlimatı’nın 2.10 bəndinin və “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı’nın 3.1, 2.9, 2.11,2.12, 2.14, 2.18 bəndlərinin tələbləri pozulmuşdur. Müvafiq təşkilati (naryad-buraxılış tərtib olunması) və texniki (zəruri açılmaların aparılması, torpaqlama qoyulması və s.) tərkibli tədbirlər həyata keçirilmədən işçilərə, o cümlədən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10 kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttində təmir işlərini aparmalarına göstəriş verdiyinə görə, vəzifə təlimatının 2.10 bəndinin və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1.2, 3.1.1.1 bəndlərinin tələbləri hadisə ərəfəsində "xxxx" ASC-nin X13 və Satış İdarəsində İstismar şöbəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Maştağa ETSİ-nin balansında olan 10 kVluq “Zabrat-571” hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün hava xəttinə dövri baxış keçirilməklə xəttə olan mövcud uyğunsuzluqların (izolyatorların vəziyyəti) aşkar edilərək aradan qaldırılmasını təşkil etmədiyinə görə, vəzifə təlimatının 3.1, 2.9, 2.11, 2.12, 2.14, 2.18 bəndlərinin və «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin tələbləri "xxxx" ASC Maştağa ETSİ-nin İstismar Şöbəsinin baş mühəndisi X10 tərəfindən pozulmuşdur. Hadisənin müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməməsi nəticəsində baş verdiyini nəzərə aldıqda, Zərərçəkmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydaları və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir(i.v.83-87); Sabunçu RİHB-nın Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X10 barəsində yaşadığı yer üzrə qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır(i.v.108); Sabunçu RİHB-nın Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vermiş olduğu arayışdan görünür ki, X3 himayəsində 2006-cı il və 2010-cu il təvəllüdlü iki övladı vardır(i.v.109); Tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunması barədə DİN-nin BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur(i.v.111); Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə DİN-nin BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur(i.v.112); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir(i.v.152-153); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, X3 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir(i.v.180-181); 72 Saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur(i.v.193); Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/3-1-058/2023 saylı “Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına cavabdeh şəxslərin təyin edilməsi haqqında” əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 və X10 əməyin mühafizəsi və təhlükəsizlik texnikasına cavabdeh şəxs kimi təyin edilmişlər. “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” xx/xx-2024 nömrəli aktdan görünür ki, bədbəxt hadisənin səbəbi kimi aşağıdakılar göstərilmişdir: 1.“Azərişıq" ASC-nin Texniki direktoru tərəfindən təsdiq edilmiş 2018-cı il tarixli "xxxx" ASC-nin X12 və X7 Şəbəkələrinin əməkdaşlarının vəzifə təlimatı. Vəzifə Təlimatı: Elektrik Şəbəkəsinin operativ qrupunun İ şəxs elektrik montyorunun operativ əməliyyat qrupunun İ şəxs elektrik montyorunun vəzifələri bölməsinin 6-cı bəndinin (naryad əsasında işə başlamaq), 20-ci bəndinin təhlükəsizlik texnikası qaydalarına aid bütün tələbləri verinə yetirməlidir) tələblərinə riayət edilməməsi. 2."xxxx" ASC-nin Texniki direktoru tərəfindən təsdiq edilmiş 2018-cı il tarixli "xxxx" ASC-nin X12 və X7 Şəbəkələrinin əməkdaşlarının vəzifə təlimatı. Vəzifə Təlimatı. Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar X4 bölməsinin 9-cu bəndinin (Əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etmək), 12ci bəndinin (Elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün və dəqiq aparmaq, tabeliyində olan işçi heyyətinin təhlükəsizliyini təmin etmək, mal-material texnika ilə təchiz etmək) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası"nın 2. İşlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlər hissəsinin 2.1.1 bəndinin elektrik və istilk qurğularında, şəbəkələrdə və avadanlıqlarda islərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlər olaraq aşağıdakılar qəbul olunur) tələblərinə riayət edilməməsi. Yekun olaraq həmin aktda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər olduğu göstərilmişdir. Məhkəmə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” xx/xx-2024 nömrəli aktla ekspertiza rəyi arasında ziddiyət olduğundan əlavə təkrar komisyon məhkəmətəhlükəsizlik texnikası ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli 10/9898 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1.2, 3.1.1.1 bəndlərinin, “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin rəisinin vəzifə təlimatı’nın 2.10 bəndinin və “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı’nın 3.1, 2.9, 2.11,2.12, 2.14, 2.18 bəndlərinin tələbləri pozulmuşdur. Müvafiq təşkilati (naryad-buraxılış tərtib olunması) və texniki (zəruri açılmaların aparılması, torpaqlama qoyulması və s.) tərkibli tədbirlər həyata keçirilmədən işçilərə, o cümlədən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10 kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttində təmir işlərini aparmalarına göstəriş verdiyinə görə, vəzifə təlimatının 2.10 bəndinin və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1.2, 3.1.1.1 bəndlərinin tələbləri hadisə ərəfəsində "xxxx" ASC-nin X13 və Satış İdarəsində İstismar şöbəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Maştağa ETSİ-nin balansında olan 10 kV-luq “Zabrat-571" hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün hava xəttinə dövri baxış keçirilməklə xəttə olan mövcud uyğunsuzluq larin (izolyatorların vəziyyəti) aşkar edilərək aradan qaldırılmasını təşkil etmədiyinə görə, vəzifə təlimatının 3.1, 2.9, 2.11, 2.12, 2.14, 2.18 bəndlərinin və «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin tələbləri "xxxx" ASC Maştağa ETSİ-nin İstismar Şöbəsinin baş mühəndisi X10 tərəfindən pozulmuşdur.Hadisənin müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməməsi nəticəsində baş verdiyini nəzərə aldıqda, Zərərçəkmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydaları və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olubolmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin rəisi işlədiyi dövrdə texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunması, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasının təmin edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın tələblərinə əsasən fəaliyyətdə olan qurğularda, şəbəkə və avadanlıqlarda işlərin yalnız yazılı naryadburaxılışlar və sərəncamlar ilə icra olunmalı olmasına və elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün texniki tədbirlərin yerinə yetirilməli olmasına cavabdeh şəxs olmasına baxmayaraq, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.2-ci bəndinin tələblərini pozmaqla naryad-buraxılış tərtib olunmadan, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.1.1.1-ci bəndinin tələblərini pozmaqla elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün yerinə yetirilməli olan texniki tədbirlər (zəruri açılmalar aparılmalısı, torpaqlanmaların qoyulmalısı və s.) həyata keçirilmədən "xxxx" ASC-nin Maştağa ETSİ-nin İstismar şöbəsinin baş növbətçisi işləyən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttində təmir işlərini aparmasına göstəriş verdiyinə görə, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttini təmir edən zaman naqilin qırılaraq onu elektrik cərəyanı vurması nəticəsində sol əlin İİ, İİİ, İV və V barmaqlarının amputasiyası ilə nəticələnən sol əlin, sol mil-bilək oynağının və sol diz oynağı nahiyəsinin İV dərəcəli elektrik yanıq yaraları, yəni ümumi əmək qabiliyyətinin 1/3-dən çox (50%) hissəsinin daimi itirilməsi ilə nəticələnən, ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid olan xəsarət almış, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Azərbaycan Respublikasının CM-nin 162.1-ci madddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa, iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi – texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulduqda yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti yalnız texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs çıxış edə bilər. Bu vəzifə həmin şəxslərə qanun, xüsusi sərəncam əsasında və ya onların xidməti(qulluq) vəziyyətinin xarakterinə görə həvalə oluna bilər. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 vəzifə təlimatlarına və Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli “əməyin mühafizəsi və təhlükəsizlik texnikasına cavabdeh şəxslərin təyin edilməsi haqqında” əmrinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmuşdur. Lakin, Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli, k/23-05803 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək məzuniyyəti verilmişdir. Maştağa ETSİ-nin İstismar şöbəsinin rəis müavininə Təqsirləndirilən şəxs2 məzuniyyət müddətinə Maştağa ETSİ-nin İstismar şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmişdir(i.v.41); Göründüyü kimi, hazırki hadisənin baş verdiyi 17 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 əmək məzuniyyətində olmuş və onun səlahiyyətləri əmrlə başqa şəxsə həvalə edilmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs2 hazırda ittiham edildiyi cinayət əməlinin subyekti hesab edilə bilməz. Belə ki, hadisənin baş verdiyi vaxt əmək məzuniyyətində olan və əmrlə səlahiyyətləri başqa şəxsə həvalə edilmiş Təqsirləndirilən şəxs2 ona verilmiş ittihamda qeyd edilən yazılı naryad-buraxılış yazmaq, zəruri açılmalar aparmaq, torpaqlanmalar qoyma kimi vəzifələrinin yerinə yetirilməsinə səlahiyyətli olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 verilmiş ittihamda Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttində təmir işlərini aparmasına göstəriş verməsi göstərilmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 ifadəsində bu xüsusatla bağlı göstərmişdir ki, “... İntiqam tərəfindən görülən işlərin heç birində nə onun göstərişi, nə də müdaxiləsi olmamışdır. Saat 14 radələrində o, İntiqamla telefon əlaqəsi saxlayanda İntiqam ona baş vermiş qəzaların böyük əksəriyyətini aradan qaldırdığını bildirərək, yalnız Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10 kv-luq Zabrat 571 nömrəli hava elektrik xəttinə baxış keçirmədiyini demişdir. İntiqam ona nahar etmədiklərini bildirdikdə, o nahar etmələrini, nahardan sonra çalışıb həmin xəttə də baxış keçirmələrini bildirmişdir. Bundan sonra onun İntiqamla hər hansı əlaqəsi olmamışdır. O, İntiqama məlumat xarakterli qəza barədə məlumat vermişdir, ona hər hansı göstəriş verməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, xəttin açılması və orada işləmələri üçün heç kimə göstəriş verməmişdir. İntiqam hadisə yerinə sadəcə baxmalı idi və gözlə baxış keçirib rəhbərliyə və mərkəzi dispetçerə məruzə etməli idi. Ondan sonra mərkəzi idarə labarotoriya ayırır və onlar gəlib xətti açırlar və torpaqlayırlar sonra xəttin zədə yerini tapırlar. Bütün bu qeyd etdiklərini əvvəldən axıra qədər 1-ci şəxs İntiqam həyata keçirməli idi. O, məzuniyyətdə olduğu dövrdə bütün səlahiyyətləri müavini Elçin Qubadova həvalə olunmuşdur. Rayon üzrə 24 saat növbətçi olur. Xətdə qəza olduğu barədə telefon vasitəsi ilə məlumat vermişdilər, o da İntiqamın nəzərinə çatdırmışdır ki, həmin yerdə qəza olub. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki,” ..Təqsirləndirilən şəxs2 məzuniyyətdə olduğunu bilmişdir.. Təqsirləndirilən şəxs2 onların rəisi olduğu üçün məlumat xarakterli ona hadisə barədə məlumat vermiş, hadisə yerinə gedib baxmasını bildirmiş, başqa hər hansı göstəriş verməmişdir.” Göründüyü kimi, Təqsirləndirilən şəxs2 müvafiq yazılı naryad-buraxılış olmadan, zəruri açılmalar aparılmadan, torpaqlanmalar qoyulmadan hava elektrik xəttində təmir işlərini aparmasına göstəriş verməməsi onun öz ifadəsi iə yanaşı Zərərçəkmiş şəxs ifadəsi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayətin subyekti olmadığından onun əməli Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığından təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X3 hadisənin zərərçəkmiş şəxsin təqsiri üzündən baş verməsi barədə vermiş olduğu ifadəsini iş üzə sübutlarla müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3517 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1.2, 3.1.1.1 bəndlərinin, “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin rəisinin vəzifə təlimatı’nın 2.10 bəndinin və “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı’nın 3.1, 2.9, 2.11,2.12, 2.14, 2.18 bəndlərinin tələbləri pozulmuşdur. Müvafiq təşkilati (naryad-buraxılış tərtib olunması) və texniki (zəruri açılmaların aparılması, torpaqlama qoyulması və s.) tərkibli tədbirlər həyata keçirilmədən işçilərə, o cümlədən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10 kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttində təmir işlərini aparmalarına göstəriş verdiyinə görə, vəzifə təlimatının 2.10 bəndinin və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1.2, 3.1.1.1 bəndlərinin tələbləri hadisə ərəfəsində "xxxx" ASC-nin X13 və Satış İdarəsində İstismar şöbəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Maştağa ETSİ-nin balansında olan 10 kV-luq “Zabrat-571” hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün hava xəttinə dövri baxış keçirilməklə xəttə olan mövcud uyğunsuzluqların (izolyatorların vəziyyəti) aşkar edilərək aradan qaldırılmasını təşkil etmədiyinə görə, vəzifə təlimatının 3.1, 2.9, 2.11, 2.12, 2.14, 2.18 bəndlərinin və «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin tələbləri "xxxx" ASC Maştağa ETSİ-nin İstismar Şöbəsinin baş mühəndisi X10 tərəfindən pozulmuşdur. Hadisənin müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməməsi nəticəsində baş verdiyini nəzərə aldıqda, Zərərçəkmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydaları və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir(i.v.83-87); Cinayət işinin materiallarında olan “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı”nın tələblərindən görünür ki, 3.Vəzifələr bölməsində aşağıdakı bəndlər mövcuddur:-bənd 3.1. «Tabeçiliyindəki idarələr arasındakı fəaliyyəti və bu şöbələrin xidmətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etmək»;bənd 2.9. «İllik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək etmək»;-bənd 2.11. «Hava xətlərində baxış keçirilməsini təşkil etmək»;-bənd 2.12. «Hava, kabel xətlərin normal vəziyyətdə olmasını təmin etmək»;-bənd 2.14. «... elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək»;-bənd 2.18. « Məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək»(i.v.53); Bundan başqa təqsirləndirilən şəxs X10 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “...onların 5 ildən bir həyata keçirilən əsaslı təmirlə bağlı plan qrafikləri var. Həmin qrafik üzrə əvvəlki təmir işləri 2019-cu ildə həyata keçirilmişdir. Növbəti təmir işləri isə 2024-cü ilin iyun ayında keçirilməli idi. Buna görə də, onun tərəfindən aprel ayında hər hansı əsaslı təmir işləri həyata keçirilməmişdir. 3 aydan bir hava xəttinə xəttə olan mövcud uyğunsuzluqların aşkar edilərək aradan qaldırılması üçün baxış keçirilməlidir. Əgər baxış nəticəsində hər hansı nasazlıq aşkar olunarsa, bu zaman təmir həyata keçirilir. Sonuncu dəfə belə təmir 2021-ci ilin sentyabr ayının 9-da aparılmışdır. Hava xəttinə sonuncu dəfə 2024-cü ilin yanvar ayında baxış həyata keçirilmişdir. Növbəti baxış aprel ayında keçirilməli olsa da, o, işlərin çoxluğundan buna fürsət tapa bilmədiyindən tərəfindən baxış aparılmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq materialları və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar əsasında təkrar məhkəmə təhlükəsizlik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli 10/9898 nömrəli rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1.2, 3.1.1.1 bəndlərinin, “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin rəisinin vəzifə təlimatı’nın 2.10 bəndinin və “Rayon Enerji Təchizatı və X6 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı’nın 3.1, 2.9, 2.11,2.12, 2.14, 2.18 bəndlərinin tələbləri pozulmuşdur. Müvafiq təşkilati (naryad-buraxılış tərtib olunması) və texniki (zəruri açılmaların aparılması, torpaqlama qoyulması və s.) tərkibli tədbirlər həyata keçirilmədən işçilərə, o cümlədən Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən keçən 10 kV-luq Zabrat-571 nömrəli hava elektrik xəttində təmir işlərini aparmalarına göstəriş verdiyinə görə, vəzifə təlimatının 2.10 bəndinin və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası»nın 2.1.2, 3.1.1.1 bəndlərinin tələbləri hadisə ərəfəsində "xxxx" ASC-nin X13 və Satış İdarəsində İstismar şöbəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Maştağa ETSİ-nin balansında olan 10 kV-luq “Zabrat-571" hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün hava xəttinə dövri baxış keçirilməklə xəttə olan mövcud uyğunsuzluq larin (izolyatorların vəziyyəti) aşkar edilərək aradan qaldırılmasını təşkil etmədiyinə görə, vəzifə təlimatının 3.1, 2.9, 2.11, 2.12, 2.14, 2.18 bəndlərinin və «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin tələbləri "xxxx" ASC Maştağa ETSİ-nin İstismar Şöbəsinin baş mühəndisi X10 tərəfindən pozulmuşdur. Hadisənin müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməməsi nəticəsində baş verdiyini nəzərə aldıqda, Zərərçəkmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydaları və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Göründüyü kimi, X10 hadisənin zərərçəkmiş şəxsin səhlənkarlığı üzündən baş verməsini göstərsə də, xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3517 nömrəli və xx.xx.2025-cü il tarixli 10/9898 nömrəli ekspertiza rəyləri ilə Zərərçəkmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydaları və təlimatların tələblərinin pozulması halı istisna edilmiş və hadisənin müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməməsi səbəbindən, yəni təqsirləndirilən şəxs X5 münasibətdə vəzifə təlimatında göstərilmiş 3.1. «Tabeçiliyindəki idarələr arasındakı fəaliyyəti və bu şöbələrin xidmətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etmək»;-bənd 2.9. «İllik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək etmək»;-bənd 2.11. «Hava xətlərində baxış keçirilməsini təşkil etmək»;-bənd 2.12. «Hava, kabel xətlərin normal vəziyyətdə olmasını təmin etmək»;-bənd 2.14. «... elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək»;-bənd 2.18. « Məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək” kimi vəzifələrinin həyata keçirilməməsi səbəbindən baş verdiyi bir daha təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspetiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə hesab edir ki, təqsirləndirilən şəxsin X3 əməli Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə təqsirləndirilən şəxs X3 hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini(CM-59.1.1), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını(CM-59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X5 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, dövlət ittihamçısı tərəfindən X5 CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi təklif edilsə də, məhkəmə həmin cəzanın ona təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 162.2 və 162.3-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, həmin maddənin birinci hissəsində(CM-162.1) sözügedən cəzanın əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi əmək mühafizəsi qaydalarını pozmanın ağırlaşdırıcı tərkib əlamətlərinin törədilməsi zamanı qanunvericilik müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi ilə əsas cəza təyin edilməsini nəzərdə tutsa da, CM-nin 162.1-ci hissəsində həmin cəzanın əlavə cəza qismində təyin edilib edilməməsi məsələsinin məhkəmə tərəfindən müzakirə edilməsini zəruri hesab etməmiş, bu cəza olmadan da cəzanın məqsədlərinə nail olmanı mümkün hesab etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, X10 uzun illərdir "xxxx" ASC-də mühəndis işləmiş, bugünədək vəzifəsinin icrası zamanı hər hansı cinayət və ya inzibati xəta əməllərinə yol verməmiş, hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməlinə yol vermişdir, ailədə yeganə qazanc gətirən şəxs olmaqla, himayəsində iki övladı vardır. Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Halbuki, ona əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədinə uyğun deyildir. Belə ki, bu cəza nəinki məhkumun, həmçinin onun himayəsində olan yetkinlik yaşına çatmamış uşaqlarının, arvadınında maddi vəziyyətinin ağırlaşmasına səbəb olur. Məhkəmə istintaqı zamanı X3 müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasının qeyri-mümkün olmasına əsas olan hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 200(iki yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2000(iki min) manat cərimə cəzası təyin edilsin. X10 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 200 (yüz) manat X1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. X3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar