Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-230/2020 24.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokurorları x5 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 2, ev 2-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri “20 yanvar” metro stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq bir ədəd şəffaf rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi xalis çəkisi 0,407 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib üstündə saxlamış və Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı xx xxxx 2020-ci il saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən mədəniyyət və istirahət parkında saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış və orada Təqsirləndirilən şəxs üstünə keçirilən baxış zamanı onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş ümumi xalis çəkisi 0,407 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüş və sənədləşdirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir ilə yaxındır narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. Təxminən xx.xx.2020-cu ildə axşam saatlarında Bakı şəhərində “20 yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə yaxınlaşaraq onda narkotik maddə heroin olubolmadığını soruşmuş, həmin şəxs ona bildirmişdir ki, onda narkotik maddə heroin vardır və bir büküm heroini 25 manata satır. O, həmin şəxsdən öz istifadəsi üçün 25 manata bir ədəd şəffaf rəngli sellofan bükümündə heroin almışdır. xx.xx.2020-ci il saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkında gəzən zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb onu 14-cü PB-nə dəvət etmiş, onlarla birlikdə 14-cü polis bölməsinə getmiş və orada polis əməkdaşları onun üstünə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları video çəkiliş ilə onun üstünə baxış keçirmiş, baxış zamanı polis əməkdaşları ondan üzərində hər hansı qanunla qadağan olunmuş maddə və ya əşyanın olub olmadığını soruşmuş, o, həmin vaxt aldığı bir büküm heroini əynində olan tün göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmin vaxt bildirmişdir ki, həmin bükümün içərisində heroin var və şəxsi istifadəsi üçün “20 yavar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 25 manata almışdır. Sonra onun üstündən aşkar edilmiş bir büküm heroin və bıçaq zərfə qoyulmuş və möhürlənmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan “Vüsal” adlı şəxsin mütəmadi olaraq narkotik maddə qəbul etməsi barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin günü saat təxminən 14:30 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən mədəniyyət və istirahət parkında onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini soruşduqda, özünün Təqsirləndirilən şəxs bildirməsinə görə həmin şəxsi şübhəli şəxs qismində Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getmiş və üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən video çəkilişdən də istifadə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində narkotik maddə heroin vardır və həmin heroini iki gün qabaq “20 yanvar” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata almışdır. Həmin bir ədəd büküm açıldıqda içərisində narkotik maddə olan heroinə bənzər maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan maddə zərfə qoyularaq, protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərf polis əməkdaşları, saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddə sayılan heroinə bənzər toz şəklində maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut iş üçün əhəmiyyət kəsb edəcəyindən qablaşdırılaraq DİN-in 100 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 37-38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/152 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut... ” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,407 qram maddə, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,357 qramdır. Cinayət işinin 59-60-cı vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-139/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf rəngli sellofana bükülmüş xalis çəkisi 0,407 qram olan narkotik vasitə heroin cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq 0,357 narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 78-79-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci Mərkəzi Ambulator x1 ekspert komissiyasının xx xxx 2020-ci il tarixli, 1226 saylı rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 69-71-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və x2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Jinayətlərə dair İşlər üzrə Azərbayjan Respublikasının Məhkəməsi tərəfindən xx.xx.2003-jü ildə Azərba yjan Respublikası JM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.2.1, 181.2.3, 181.2.5, 234.1-ji maddələri təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə jəzasına məhkum edilmiş və xx.xx.2016-jı ildə jəzanın sonu ilə azad edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 1(003)-238/2017 saylı, xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx xxxxx 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını olmasını cəzanı yüngülləşdirən, cinayətlərin təhlükəli resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ji maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə. 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. Göründüyü kimi Təqsirləndirilən şəxs nə Ağır Jinayətlərə dair İşlər üzrə Azərbayjan Respublikasının Məhkəməsinin xx.xx.2003-jü il tarixli hökmü, nə də Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2-ji maddəsinə əsasən jinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ji maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0,357 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsindəçəkməklə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalan 0,357 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut - 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-230/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-230/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver