Məhkəmə qərarları › İş №1(008)-230/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-230/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-230/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 dekabr 2024-cü il tarixdə saat 05 radələrində ünvan 2 ünvanında yerləşən “Al markefə gəlib, özü ilə gətirdiyi dəmir parçası vasitəsi ilə marketin qapısını açaraq həmin marketə qanunsuz daxil olmuş, daha sonra marketin içərisində saxlanc yeri hesab edilən anbarın da qapısını əlində olan dəmir parçası vasitəsilə açaraq qanunsuz daxil olub oradan dəyəri 112 manat olan 28 qutu “WİNSTON XS SİLVER”, dəyəri 93 manat 60 qəpik olan 26 qutu “LD CLUB PLATİNUM LSS”, dəyəri 8 manat 70 qəpik olan 03 qutu “WEST SİLVER”, dəyəri 45 manat olan 10 qutu “SOBRANİE”, dəyəri 25 manat 20 qəpik olan 06 qutu “KENT NANOTEK İNFN 0 1”, dəyəri 109 manat 20 qəpik olan 26 qutu “KENT NANOTEK NEO 0 4”, dəyəri 8 manat olan 02 qutu “WİNSTON XS STYLE SİLVER”, dəyəri 135 manat olan 30 qutu “SOBRANİE SLİM WHİTES”, dəyəri 148 manat 50 qəpik olan 33 qutu “SOBRANİE SLİM BLUES”, dəyəri 7 manat 80 qəpik olan 03 qutu “VİCEROY NANO BLUE”, dəyəri 25 manat 20 qəpik olan 09 qutu “İMPERİAL CLSC SL BLUE”, dəyəri 37 manat 40 qəpik olan 11 qutu “LD CLUB EXTRA WHİTE”, dəyəri 36 manat 40 qəpik olan 14 qutu “PRİMA DELUXE BLUE”, dəvən 40 manat 30 qəpik olan 13 qutu “ROTHMANS DEMİ BLUE”, “WİNCHESTER COMP SİLVER”, dəyəri 7 manat 20 qəpik olan 03 qutu “BAKİ BLUE SİQARET”, dəyəri 46 manat 50 qəpik olan 15 qutu “WİNCHESTER KSSS SİLVER”, dəyəri 89 manat 90 qəpik olan 29 qutu “PALL MALL NANO SİLVER”, dəyəri 76 manat 50 qəpik olan 17 qutu “DUNHİLL GOLDEN AROMA”, dəyəri 30 manat 80 qəpik olan 11 qutu “WANT NANO SİLVER SİQARET”, dəyəri 5 manat 60 qəpik olan 02 qutu “WANT NANO BLACK SİQARET”, dəyəri 77 manat 50 qəpik olan 25 qutu “PALL MALL AMERİCAN NİGHTS”, dəyəri 4 manat 80 qəpik olan 02 qutu “ARGO KS BLUE”, dəyəri 7 manat 80 qəpik olan 03 qutu “MAGNA CARBON SİLVER”, dəyəri 5 manat 20 qəpik olan 02 qutu “MAGNA CARBON BLACK”, dəyəri 23 manat 40 qəpik olan 09 qutu “VEGAS SLİMS SLİVER”, dəyəri 2 manat 60 qəpik olan 01 qutu “MAGNA CARBON WHİTE SİQARET”, dəyəri 23 manat 40 qəpik olan 09 qutu “MAGNA COMPACT BLUE SİQARET”, dəyəri 21 manat 70 qəpik olan 07 qutu “ROTHMANS CLİCK AMBER”, dəyəri 148 manat 50 qəpik olan 33 qutu “SOBRANİE COMPACT CASTER”, dəyəri 18 manat 20 qəpik olan 07 qutu “ARGO NANO SWEET”, dəyəri 8 manat olan 02 qutu “WİNSTON XSTYLE CASTER”, dəyəri 27 manat olan 06 qutu “SOBRANİE KSSS CASTER”, dəyəri 23 manat 20 qəpik olan 08 qutu “SENATE NANO RİCH GOLD”, dəyəri 24 manat 80 qəpik olan 08 qutu “X7 NANO BLACK 4”, dəyəri 18 manat 60 qəpik olan 06 qutu “X7 COMPACT SİLVER”, dəyəri 31 manat olan 10 qutu “X7 COMPACT BLUE”, dəyəri 58 manat 90 qəpik olan 19 qutu “X7 COMPACT AROMA MİX”, dəyəri 71 manat 30 qəpik olan 23 qutu “X7 NANO AROMA MİX", dəyəri 40 manat olan 10 qutu “PREMİER COMPACT AROMA”, dəyəri 58 manat 80 qəpik olan 14 qutu “KENT CRANBERRY AROMA” və dəyəri 84 manat olan 20 qutu “KENT GOLDEN AROMA” firmalarına aid siqaretləri və dolabdan 166 (yüz altımış altı) manat kağız pul əskinasının, 170 (yüz yetmiş) manat 61 (altımış bir) qəpik məbləğində qəpik pulu gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 2309 (iki min üç yüz doqquz) manat 51 (əlli bir) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 dekabr 2024 cü il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən “Al marketin yaxınlığından yerdən tapdığı dəmir parçasını götürərək marketə yaxınlaşmış və marketin çöl qapısının dəmir parçası vasitəsilə açaraq içəri daxil olmuş, daha sonra marketdə anbar otağının qapısını əlində olan dəmir parçası vasitəsilə açaraq oraya daxil olmuş, dolabdakı siqaret bloklarını əlində olan sellofanlara doldurmuş, sonra xatırlamadığı miqdarda kağız pul və qəpik pulları götürərək cibinə yığmış, daha sonra götürdüyü sellofanlarla birlikdə mağazadan çıxaraq getmişdir. Həmin siqaretləri ilk olaraq xatırlamadığı mağazalara satmağa cəhd etmiş, lakin həmin marketlər həmin siqaretlərin oğurluq ola biləcəklərindən şübhələndikləri üçün almamış, daha sonra həmin siqaretlərin içərisindən “Kent”, “Sobraine”, “Winston” və s kimi firmalara aid siqaretləri özü çəkmək üçün götürmüş, digər siqaretləri isə Əmircan qəsəbəsində xatırlamadığı yerə tullamış, həmin vaxtdan sonra həmin siqaretlərdən hər gün 3-4 paçka çəkib istifadə etmiş, götürdüyü pulların hamısın online qumar oyunlarında oynayaraq uduzmuş, mobil telefonunuda sındırmışdır. Marketin çöl qapısını açdığı dəmir parçasını və anbardakı dolabın qapısını açdığı burğacı haraya tulladığını xatırlamır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən "xxxx" mağazasının müdürü vəzifəsində işləyir. 19 dekabr 2024-cü il tarixdə saat 08 radələrində həmin marketə gəldikdə mağazanın çöl qapısının açıq olduğunu görmüş, içəri daxil olduqda içəridə saxlanc yeri hesab edilən anbarın plastik qapısının sındırıldığını görmüş, içəri daxil olub baxış keçirdikdə tütün məhsullarının əskik olduğunu və dolabdakı kağız və qəpik pulların olmadığını müəyyən etmiş, bundan sonra kamera görüntülərinə baxdıqda bir nəfər naməlum şəxsin mağazaya qanunsuz daxil olaraq oğurluq etdiyini müşahidə etmiş, daha sonra bu barədə DİN-in 102 Xidmətinə məlumat vermiş, daha sonra oğurlanmış malların siyahısını çıxardıqda həmin anbardakı dəyəri 112 manat olan 28 qutu “WİNSTON XS SİLVER”, dəyəri 93 manat 60 qəpik olan 26 qutu “LD CLUB PLATİNUM LSS”, dəyəri 8 manat 70 qəpik olan 03 qutu “WEST SİLVER”, dəyəri 45 manat olan 10 qutu “SOBRANİE”, dəyəri 25 manat 20 qəpik olan 06 qutu “KENT NANOTEK İNFN 0 1”, dəyəri 109 manat 20 qəpik olan 26 qutu “KENT NANOTEK NEO 0 4”, dəyəri 8 manat olan 02 qutu “WİNSTON XS STYLE SİLVER”, dəyəri 135 manat olan 30 qutu “SOBRANİE SLİM WHİTES”, dəyəri 148 manat 50 qəpik olan 33 qutu “SOBRANİE SLİM BLUES”, dəyəri 7 manat 80 qəpik olan 03 qutu “VİCEROY NANO BLUE”, dəyəri 25 manat 20 qəpik olan 09 qutu “İMPERİAL CLSC SL BLUE”, dəyəri 37 manat 40 qəpik olan 11 qutu “LD CLUB EXTRA WHİTE”, dəyəri 36 manat 40 qəpik olan 14 qutu “PRİMA DELUXE BLUE”, dəyəri 40 manat 30 qəpik olan 13 qutu “ROTHMANS DEMİ BLUE”, dəyəri 24 manat 80 qəpik olan 08 qutu “ROTHMANS DEMİ SİLVER”, dəyəri 43 manat 40 qəpik olan 14 qutu “WİNCHESTER COMP BLUE”, dəyəri 37 manat 20 qəpik olan 12 qutu “WİNCHESTER COMP SİLVER”, dəyəri 7 manat 20 qəpik olan 03 qutu “BAKİ BLUE SİQARET”, dəyəri 46 manat 50 qəpik olan 15 qutu “WİNCHESTER KSSS SİLVER”, dəyəri 89 manat 90 qəpik olan 29 qutu “PALL MALL NANO SİLVER”, dəyəri 76 manat 50 qəpik olan 17 qutu “DUNHİLL GOLDEN AROMA”, dəyəri 30 manat 80 qəpik olan 11 qutu “WANT NANO SİLVER SİQARET”, dəyəri 5 manat 60 qəpik olan 02 qutu “WANT NANO BLACK SİQARET”, dəyəri 77 manat 50 qəpik olan 25 qutu “PALL MALL AMERİCAN NİGHTS”, dəyəri 4 manat 80 qəpik olan 02 qutu “ARGO KS BLUE”, dəyəri 7 manat 80 qəpik olan 03 qutu “MAGNA CARBON SİLVER”, dəyəri 5 manat 20 qəpik olan 02 qutu “MAGNA CARBON BLACK”, dəyəri 23 manat 40 qəpik olan 09 qutu “VEGAS SLİMS SLİVER”, dəyəri 2 manat 60 qəpik olan 01 qutu “MAGNA CARBON WHİTE SİQARET”, dəyəri 23 manat 40 qəpik olan 09 qutu “MAGNA COMPACT BLUE SİQARET”, dəyəri 21 manat 70 qəpik olan 07 qutu “SOBRANİE KSSS CASTER”, dəyəri 23 manat 20 qəpik olan 08 qutu “SENATE NANO RİCH GOLD”, dəyəri 24 manat 80 qəpik olan 08 qutu “X7 NANO BLACK 4”, dəyəri 18 manat 60 qəpik olan 06 qutu “X7 COMPACT SİLVER”, dəyəri 31 manat olan 10 qutu “X7 COMPACT BLUE”, dəyəri 58 manat 90 qəpik olan 19 qutu “X7 COMPACT AROMA MİX”, dəyəri 71 manat 30 qəpik olan 23 qutu “X7 NANO AROMA MİX”, dəyəri 40 manat olan 10 qutu “PREMİER COMPACT AROMA”, dəyəri 58 manat 80 qəpik olan 14 qutu “KENT CRANBERRY AROMA” və dəyəri 84 manat olan 20 qutu “KENT GOLDEN AROMA” firmalarına aid siqaretlərin və dolabdan 166 (yüz altımış altı) manat kağız pul əskinasının, 170 (yüz yetmiş) manat 61 (altımış bir) qəpik məbləğində qəpik pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, həmin mağazadan ümumilikdə 1972 manat 90 qəpik məbləğində tütün məhsulları və 336 manat 61 qəpik məbləğində isə kağız və qəpik pullar oğurlanmış, nümayəndəsi qismində çıxış etdiyi "xxxx" MMC-yə 2309 manat 51 qəpik maddi ziyan dəymişdir. Vurulmuş ziyan hal hazırda tam olaraq ödənilmişdir, "xxxx" MMC-nin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. ın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən "xxxx" mağazasına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.6-8); tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.40); götürmə və baxış keçirilmə haqqında 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən "xxxx" mağazasında olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 6 ədəd videoyazı vardır. Videoyazılarda qara rəngli papağı, qara rəngli uzunqol gödəkçəsi, qara rəngli şalvarı və qara rəngli ayaqqabısı olan bir nəfər şəxs qanunsuz mağazaya daxil olaraq mağazadan oğurluq etməsi aşkar edilmişdir(i.v.67); DVD-R diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqdim etdiyi 01 ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə videogörüntülərdəki qara rəngli papağı, qara rəngli uzunqol gödəkçəsi, qara rəngli şalvarı və qara rəngli ayaqqabısı olan şəxsin özü olduğunu, həmin oğurluqları özü törətdiyini və törətdiyi əməldən peşman olduğunu bildirmişdir(i.v.83-84); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-9/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır(i.v.92-98); Qətimkan tədbirinin seçilməsi haqqında 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.99-101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bəhmənov X1 rayon məhkəməsinin xx.xx.2007-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidi 3000 misli miqdarda 3300 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələrinə əsaəsn 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti cəzadan azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1, 69.3 67.1-ci maddələrinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə cəzalandırılmışdır, xx.xx.2021-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə AR MM-in 05.11.21-ci il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmış və Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.112- 113); Bakı Apellyasiya məhkəməsinin 4(103)-44/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmışdır(i.v.116-122); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü bir azyaşlı övladı vardır(i.v.126); Sübutların qiymətləndirilməsi haqqında 16 fevral 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqdim etdiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq saxlanması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.127-133); Məhkəmə istintaqı zamanı iş materiallarında olan dvd diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmi görüntünün xx.xx.2025-ci il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, DVD diskdə olan videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışmasını(CM-59.1.12- 59.1.13), həm məhkəməyədək icraat zamanı həm məhkəmə icraatı zamanı əməlini səmimi etiraf edərək peşman olmasını(CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Əzizbəyov rayon məhkəməsinin xx.xx.2007-cı il tarixli hökmü üzrə, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə məhkumluqları CM-nin 83.3.3-cü və 83.4-cü maddələrinə ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs sözügedən hökmlər üzrə olan məhkumluqları ödənildiyindən CMnin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 17 yanvar 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 18 gün müddət, ümumilkdə 01 ay 20 gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında azad olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- 01 ədəd “DVD” diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır(CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 17 yanvar 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 1(bir) ay 18(on səkkiz) gün müddət, ümumilikdə 1 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 3 (üç) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında azad edilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 1 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar