Məhkəmə qərarları › İş №1(008)-232/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-232/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-232/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Cəfərli Cəfər Südeyib oğlunun iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikasında doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Südçülük sovxozu yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Məmməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:45 radələrində Bakı şəh., Sabunçu rayon, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı qəsdən yumruqları ilə qayınanası Zərərçəkmiş şəxs qollarına, təpiklə onun sağ ayağına zərbə vurmuş, ona sağ bazu və sağ baldır nahiyələrinin dərialtı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərərvurma aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tamilla həyat yoldaşı, Janna isə qayınanasıdır. Tamilla ilə 17 il əvvəl ailə həyatı qurmuş, birgə nikahdan iki qız və bir oğlan övladları doğulmuşdur. Həyat yoldaşı Tamilla ilə münasibətləri həmişə normal olmuş, bir-birlərini başa düşmüş, bəzən hər ailədə olduğu kimi narazılıqlar olsa da, onları öz aralarında həll etmişlər. Lakin həyat yoldaşının ailəsi ilə münasibəti pis olmuş, qayınanası, qaynı ilə mütəmadi mübahisələri yaranmışdır. Bir müddət əvvəl isə qayınanası Janna qaynı Ruslanla aralarında yaranmış mübahisəyə görə yaşadığı evi tərk etmiş və onların yaşadığı evə gəlmişdir. O qayınanası Jannanın ailəsində problem olduğunu düşünüb, onun yaşadığı evdə qalmağına etiraz etməmiş, onun evində qaldığı müddətdə münasibətləri normal olmuşdur. Tamilla ilə aralarında bəzən mübahisələr olsa da, qayınanası Janna buna qarışmamışdır. Buna baxmayaraq son zamanlarda onun və qaynının məhkumluğu ilə bağlı ciddi mübahisələri yaranmış, qayınanası Janna da buna qarışırdı. Janna və Tamilla qaynı Ruslanın məhkum olunmağının təqsirini onda görürdülər. xx xxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində qonşularından birinin yaşadığı evdə bir qədər spirtli içki qəbul edərək yaşadığı evə gəlmişdir. Bu zaman qayınanası Janna, həyat yoldaşı Tamilla və övladlarının hər üçü evdə olmuşlar, yemək süfrəsi hələ tam qurulmamışdır. Onun qonşunun yaşadığı evdə olduğu müddətdə həyat yoldaşı Tamilla dəfələrlə onu çağırdığı üçün Tamilla ilə aralarında mübahisə yaranmışdır. Bu mübahisə bir qədər uzandıqda qayınanası Janna da mübahisəyə qoşulmuşdur. Mübahisə zamanı yaranmış səs-küyə qardaşı Əli də həmin evə gəlmişdir. Əli onları sakitləşdirdikdən sonra çıxıb getmiş, o da həmin evi tərk etmişdir. Evdən çıxaraq mağazaya gedib bəzi ərzaq məhsulları almış və yaşadığı evə qayıtmışdır. Yoldaşı ilə mübahisə zamanı qayınanası Jannaya mübahisənin çox uzandığını, onların əl çəkmədiklərini görüb yataq otağında yataqda uzanmışdır. Yoldaşı Tamilla ilə mübhaisə zamanı Jannaya toxunmuşdur. Lakin onun xəsarət almasını ehtimal etməmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Onlar barışmışlar. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı Şahid1 Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, bu nikahdan iki qız və bir oğlan övladları doğulmuşdur. Onlar ailə qurduqlarından bəri Abbas özünü qeyriadekvat aparmış, həmişə ailələrində narazılıqlar olmuşdur. Abbas mütəmadi olaraq münaqişə yaradırdı. Onunla Abbasın münasibəti yaxşı olmamış, Abbas onu təhqir etmiş, onun işinə qarışmamağını tələb etmişdir. Bütün bunlarla yanaşı hər gün spirtli içki qəbul edirdi. xx xxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində «Yeni il» bayramını və nəvəsi Dənizin doğum gününü qeyd etmək üçün qızı Tamillanın yaşadığı Ramana qəsəbəsində «Südçülük sovxozu» adlanan ərazidə yerləşən evlərinə getmişdir. Həmin vaxt qızı Tamilla, onun əri Abbas və nəvələri evdə idi. Onlar süfrə açmaq üçün hazırlaşmağa, Abbas isə evdən çıxıb getmişdir. O və qızı süfrəni hazırlamış, təxminən saat 23:00 radələrində Abbas sərxoş vəziyyətdə yaşadığı evə gəlmiş və onlar süfrə arxasına keçmişlər. Evin mətbəxində süfrə arxasında olarkən Abbas yenə də spirtli içki, araq içməyə başlamışdır. Təxminən bir saat sonra Abbas əsassız səbəblərdən, müxtəlif bəhanələr gətirərək deyinməyə, Tamillanı təhqir etməyə başlamış və süfrədə olan stəkanları yerə ataraq sındırmışdır. Onu sakitləşdirmək istəsə də, xeyri olmamış, Abbas ayağa qalxaraq Tamillanı əli ilə vurmağa başlamışdır. Abbas əli ilə Tamillanın qollarına, təpiklə ayağına vurmuş, Tamilla dəhlizə qaçdıqda o nəvələri qorxduğu üçün Abbasın qabağına gəlmişdir. Abbas bu zaman onu təhqir etmiş, yumruğu ilə hər iki qoluna, təpiklə sağ ayağına zərbə vurmuşdur. O qapının qarşısında dayanıb Abbasın qızı və nəvələrinin yanına getməyinə imkan verməmişdir. Bu səbəbdən Abbas əvvəlcə yataq otağına getmiş, sonra yenidən mətbəxə qayıdaraq bir qədər araq içmiş, onlardan evdən çıxıb getmələrini tələb etmişdir. Hal-hazırda onlar barışmışlar. Məhkəmədən cinayət işinin icraatına xitam veriməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Tofiq qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, bu nikahdan iki qız və bir oğlan övladları doğulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində «Yeni il» bayramını və qızı Dənizin doğum gününü qeyd etmək üçün anası onların yaşadığı Ramana qəsəbəsində «Südçülük sovxozu» adlanan ərazidə yerləşən evlərinə gəlmişdir. Onlar süfrə açmaq üçün hazırlaşmağa, Abbas isə evdən çıxıb getmişdir. Təxminən saat 23:00 radələrində Abbas sərxoş vəziyyətdə yaşadığı evə gəlmiş və onlar süfrə arxasına keçmişlər. Evin mətbəxində süfrə arxasında olarkən Abbas yenə də spirtli içki, yəni araq içməyə başlamışdır. Təxminən bir saat sonra Abbas əsassız səbəbdən, müxtəlif bəhanələr gətirərək deyinməyə, onu təhqir etməyə başlamışvə süfrədə olan stəkanları yerə ataraq sındırmışdır. Onu sakitləşdirmək istəsə də, xeyri olmamış, Abbas ayağa qalxaraq onu əli ilə vurmuşdur. O dəhlizə qaçdıqda uşaqlar qorxduğu üçün anası Janna Abbasın qabağına gəlmişdir. Abbas bu zaman onu təhqir etmiş, yumruğu ilə hər iki qoluna, təpiklə sağ ayağına zərbə vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abbas onun qardaşı, Tamilla isə Abbasın həyat yoldaşı, Janna isə Abbasın qayınanasıdır. Abbasla Tamilla 15 ildir ki, ailə həyatı qurmuşlar, onlarn üç uşaqları vardır. Evli olduqları müddətdə boyük münaqişələri olmasada, hər ailədə olduğu kimi narazılıqlar yaranırdı. Lakin son dövrlərdə Abbas və qaynı Ruslan məhkum olunduğu üçün, Ruslana elektron nəzarət cihazı tətbiq olunduğundan onların arasında olan münasibət pozulmuşdur. Tamilla, Janna və Abbas mübahisə edir, aralarında münaqişələr yaranır və onlar baş verənlərinin təqsirini Abbasda görmüşlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində qonşularının birinin həyət evində, o Abbas və qonşuları bir qədər spirtli içki araq qəbul etmişlər. Daha sonra məclisi bitirməyə, evlərinə getməyə qərar vermişlər. O və qonşu Zaur küçəyə çıxmış, bir qədər söhbət etməyə başlamışlar. Abbas isə yaşadığı evə daxil olmuşdur. Abbas evə daxil olduqdan sonra evdən qışqır-bağır səsləri gəlmişdir. Abbasın və ailə üzvlərinin qışqırıq səslərini eşitmişlər. Təxminən 3-4 dəqiqə sonra qışqır-bağır səslərinin kəsilmədiyini görüb Abbasın qardaşı olduğunu üçün evə daxil olub onları sakitləşdirmək qəranna gəlmiş və evə daxil olmuşdur. Abbasın yasadığı evə daxil olduqda Abbasın və qaynanası Jannanın bir-birinin üstünə qışqırdıqlarını görmüşdür. Məhkəmə iclasında elan edilmiş qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 137 saylı orta məktəbin 7 «Ç» sinif şagirdidir. Onun atası ilə anası demək olar ki, həmişə mübahisə edirlər. Atası tez-tez yaşadıqları evdə mübahisə yaradır, anasının üstünə qışqırır. Atasından nəyə görə belə etdiyini soruşduqda isə atası yaxşı etdiyini deyir. xx xxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində nənəsi Janna onun doğum gününü qeyd etmək üçün onların dəvəti ilə yaşadıqları evə gəlmişdir. Həmin vaxt o, atası Abbas, anası Tamilla, qardaşı və bacısı evdə olmuşlar. Bir qədər sonra atası Abbas bir azdan gələcəyini deyərək evdən çıxıb getmiş, atası getdikdən sonra onlar süfrə açmaq üçün hazırlaşmağa, müxtəlif yeməklər hazırlamağa başlamışlar. Onlar süfrəni hazırlamış, qaranlıq vaxtı atası Abbas sərxoş vəziyyətdə yaşadıqları evə gəlmiş və onlar süfrə arxasına keçmişlər. Atası evdə süfrə arxasında da araq, şampan, çaxır kimi spirtli içkilər içmişdir. Bir qədər sonra atası Abbas birdən-birə anası Tamilladan nəyə görə mağazaya getdiyini soruşmuş, əsəbi vəziyyətdə qışqırmağa, anasını təhqir etməyə başlamışdır. Anası çörək almaq üçün getdiyini bildirsə də, atası sakitləşməmiş, atası ayağa qalxaraq anası Tamillaya yumruq və təpiklə zərbələr vurmağa başlamışdır. Nənəsi Janna onları ayırmaq üçün atası Abbasın qabağına keçdikdə atası Abbas nənəsi Jannaya da yumruq və təpiklərlə zərbələr vurmuşdur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 21 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Gəfər qızında sağ bazu və sağ baldır nahiyyələrinin dərialtı hemotomaları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilən və şəxsin qeyd etdiyi xx xxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müəyyinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.2.3, 221.3, 66.2, 69.3, 70-ci maddələri ilə təqsirli bilinib, 02 il, 07 ay, 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 01 il, 06 ay müddət müəyyən edilməklə şərti hesab edilmişdir. İnsan Hüquqlarının və X2 haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hərkəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəməiclasındadindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, şahid iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə- sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Məmməd oğlunun, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların barışıq ərizəsini (notarial qaydada) nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, mübahisənin ailə-məişət problemi üzündən yaranmasını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Abbasov Abbas Məmməd oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin materiallarının icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materialının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar