Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-232/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, satış məsqədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa naməlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,305 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldo edib üzərində saxlamaqla daşımış, 06 sentyabr 2024-cü i! tarixdə, saat 00:30 radələrsndə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmiş, PŞ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan üzəri ag damalı göy rəngli şortun sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş xeyli miqdarda təmiz çəkisi 0,305 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, iki ədəd bükümdə ayrı ayrıhqna təmiz çəkiləri 0,032 qram və 0,169 qram olan ümumi təmiz çəkisi 0,201 qram Gen qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə emb üzərində saxlamaqla daşımış və 04 oktyabr 2024-cü il tarixdə, saat 02:20də Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb, Sabunçu rayon Poııs İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əlində saxladığı iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,032 qram və 0,169 qram olan xeyli miqdarda ümıımı təmiz çəkisi 0.201 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində ünvan 5 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını onu polis bölməsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi bildirdikdə əynində olan göy rəngli ağ damalı şortikin sağ yan cibindən bir büküm ağ kağıza bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni və sol cibindən “Samsung” markalı mobil telefonu çıxradaraq təqdim etmişdir. Təqdim etdiyi ağ kağıza bükülmüş maddənin “kakos" adlanan narkotik maddə olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilən maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsı axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. 04 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən yarım saat qabaq Suraxanı rayonu, Bülbülə qəsəbəsindən üzdən tanıdığım anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata istifadəm üçün bir bükümdə "şüşə” kimi tanıdığım psixotrop maddə metamfetamini və 02 bükümdə “kokos” kimi tanıdığı narkotik vasitə heroini almış və üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə edər. Həmin gün, saat 02:20-də ünvan 4 ünvanının qarşısında piyada gedərkən iki nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq Sabunçu rayon Polis İdarəsinin PPXB-nün əməkdaşları olduqlarını bildirərək onu polis bölməsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o, sağ əlində saxladığı 01 ədəd “Samsung” markalı mobil telefonu və sol əlində saxladığı 02 ədəd bükümdə olan “kokos” və “şüşə”ni masanın üzərinə qoymuşdur. Həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə iş yoldaşı Şahid3 ilə birlikdə xidməti ərazidə gəzintidə olarkən saat 00:30 nədələrində Bakı şəhəri Sabunçu rayonu, Şahid3 küçəsi 24-ün qarşısında bir nəfər kişi cinsli şəxsin özünü qeyri odekvat aparmasını görüb sonuncunun narkotik vasitələrin istifadəçisi olması şübhə yaratdığından həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək özünü və şəxsiyyətini təsdiq edən sənədlərini təqdim etməsi bildirdirildikdə onlardan yayınaraq qaçmaq istəməsini görüb sonuncunu saxlayaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirməklə bu barədə PŞ-nin rəhbərliyi adına raportla məruzə etmiş vo həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında vo ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış u/m sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində oiaıı siqaretin iç kağızına bükülmüş bükümü və «Samsung» markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim edilmiş bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə olan iki ədəd və ağ rəngli kütlə olan bir ədəd büküm olmaqla ümumilikdə 3 ədəd büküm olması müəyyən edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı digər qanunsuz əşyalar müəyyən edilməmişdir. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, özü tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümdəkilərin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün 20 manata Suraxanı rayonu Bül-bülə qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən almasını bildirmişdir. Şahidlər Şahid3, Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onları ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini təklif etmiş, təklifə əsasən Təqsirləndirilən şəxs əlində olan siqaretin iç kağızına bükülmüş bükümü və «Samsung» markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim edilmiş bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə olan iki ədəd və ağ rəngli kütlə olan bir ədəd büküm olmaqla ümumilikdə 3 ədəd büküm olması müəyyən edilmiş, o, həmin maddələri 04 oktyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir ( i.v. 23-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2024-cü il tarixli, 6/4789 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş « Təqsirləndirilən şəxs üzərindən ...» sözləri olan zərfdokı ıkı ədəd buıuımdə ayrı-ayrlıqca təmiz çəkiləri 0,032 qr., 0,169 qr., ümumi təmiz çəkisi 0,201 qram olan qəhvəyi rəngli maddələr kustar üsuila hazırlanmış eyni tərkibli narkotik vasitə heroındır, bir ədəd bükümdə təmiz çəkisi 0,130 qram ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.31-37). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini təklif edilmiş. bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli ağ damalı şortikin sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü və «Samsung» markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim edilmiş bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı digər qanunsuz əşyalar müəyyən edilməmişdir. Aşkar edilmiş həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, özü tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümdəknin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün 20 manata Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən almasını bildirmişdir (i.v.110-111). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 6/4476 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ “Vət. Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.115-119). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 26 noyabr 2024-cü il tarixli, 7488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.184-185). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sərkər oğluna AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman aşkar edilmiş 0,201 qram və ,305 qram olan heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,101 qram və 0, 255 qram heroinin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v.267-276). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 oktyabr 2024-cü il tarixdə, saat 02:20-dən tutulmuş hesab olunmuşdur (i.v.13). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.72-74). “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.75- 76). “Şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 06 sentyabr 2024-cü il tarixdə, saat 00:30-dan tutulmuş hesab olunmuşdur (i.v.96). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.152-154). “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.155- 156). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 21 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 yanvar 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 iyun 2016-cı il tarixdə AR Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 iyul 2023-cü il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 29 sentyabr 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır (i.v. 160-162). Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 7(002)-590/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 02 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.164-168). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini təkrar törətməsini və əməlində cinayətlərin residivinin olmasını (AR CM-nin 61.1.1-ci maddəsi) onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlandığı müddətlər (Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 00:30dan tutulmuş hesab edilmiş, 07 sentyabr 2024-cü il tarixdə, saat 12:30-dan 13:15-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmiş, bundan başqa 04 oktyabr 2024-cü il tarixdə, saat 02:20-dən tutulmuş hesab edilmiş, 05 oktyabr 2024cü il tarixdə, saat 10:00-dan 10:55-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun hər iki epizod üzrə 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun hər iki halda şübhəli şəxs qismində saxlandığı müddət 02 gün, cəmi 04 gün hesabı ilə hesablanmalıdır) ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbs edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdən 07 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla), 04 oktyabr 2024-cü il tarixdən 05 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla), cəmi 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 09 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,101 qram və 0, 255 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 81 və 81 manat olmaqla, cəmi 162 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-232/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-232/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver