Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-234/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Lənkəran rayonuda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Şürük Ərazi Dairəsi, Tütəpeştə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu, Ə.Qardaşxan küçəsi, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyəti olmadığı halda, özünü guya vətəndaşlara təqaüd düzəldəcəyinə malik olan nüfuzlu şəxs kimi qələmə vermiş, bu yolla onun inamını qazanmışdır. O, tanışı Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 guya xəstəliyi ilə əlaqədar təqaüd düzəldəcəyini bildirib, onu aldadaraq 800 manat pul müqabilində bu işi görəcəyinə dair yalan vəd vermişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istintaqa dəqiq günü məlum olmayan 2021-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan şossesində yerləşən sexdə 650 manat, bundan təxminən 5 gün sonra yenidən həmin ünvanda 150 manat, istintaqa dəqiq günü məlum olmayan 2021-ci ilin avqust ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən X6 X7 qarşısında 200 manat, istintaqa dəqiq günü məlum olmayan 2021-ci ilin sentyabr ayının əvvəllərində eyni ünvanda 250 manat və nəhayət, istintaqa dəqiq günü məlum olmayan 2021-ci ilin oktyabr ayının əvvəllərində yenə həmin ünvanda 200 manat olmaqla, ümumilikdə 1450 manat məbləğində pulu aldadaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs isə göstərilən məbləği alaraq, həmin vədləri yerinə yetirməmiş, pulu geri qaytarmamış və bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı vahid niyyətlə əhatə olunmuş qəsd nəticəsində dələduzluq yolu ilə 1450 manat məbləğində maddi zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Şürük ərazi dairəsi, Tütəpeştə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu, Ə.Qardaşxan küçəsi, fərdi həyət evində yaşayır. Zərərçəkmiş şəxs 2021-ci ildə tanışı Seyidəli Əliyevin vasitəsilə tanımışdır. O, hazırda yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu, Ə.Qardaşxan küçəsində yerləşən fərdi həyət evinə seyf qapı düzəltdirmək istəmiş və Seyidəli Əliyev, hazırda ondan şikayətçi olan Zərərçəkmiş şəxs seyf dəmir qapı düzəldən dəmir sexində işlədiyi üçün, o, Seyidəlinin işlədiyi sexə getmişdir. Orada söhbət əsnasında Zərərçəkmiş şəxs, Seyidəlidən onun kim olduğunu soruşmuş və o, özünü təqdim edərək, 3-cü qrup Qarabağ qazisi olduğunu bildirmişdir. Söhbət zamanı, Zərərçəkmiş şəxs yoldaşının xəstəliklə bağlı pensiyaya çıxmaq istədiyini bildirmiş və ondan həmin şəxsə köməklik etməsini xahiş etmişdir. Təxminən bir ay əvvəl, şəxsi işləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında olduğu zaman, bir nəfər qadının ağladığını görmüş, həmin şəxsi tanımışdır. Həmin şəxs, tanışı Seyidəlinin baldızı imiş. O, həmin şəxsin yanına yaxınlaşaraq, nə problemi olduğunu soruşduqda, həmin şəxs ona bildirmişdir ki, sənədləri hazır olsa da, növbə olduğu üçün içəri girməyə imkan tapmamışdır. O, əlilik vəsiqəsindən istifadə edərək, həmin qadını növbədən kənar komissiyaya salmış və qadın Komissiyadan keçdikdən sonra evə qayıtmışdır. Təxminən 21 gün sonra, həmin qadın ona zəng edərək təşəkkürünü bildirmiş, pensiyasının kəsildiyini söyləmişdir. Bu barədə tanışı Seyidəli Əliyev məlumatlı olmuş və Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs ondan xahiş etmişdir ki, həyat yoldaşı Şahid1 pensiyaya çıxmağa köməklik etsin. O, Zərərçəkmiş şəxs bu məsələyə aid olaraq, həmin şəxsin pensiyaya çıxması üçün həkimə aparıb-gətirməyə kömək edə biləcəyini bildirmişdir. İki gün sonra, Zərərçəkmiş şəxs həyat yoldaşını, o, xatırlamadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evinin yaxınlığındakı poliklinikadan göndərişlə götürmüş və birlikdə 3 saylı Şəhər Klinik Xəstəxanasına gəlmişlər. Zərərçəkmiş şəxs ona yol pulu olaraq 20 manat vermiş və bildirmişdir ki, həyat yoldaşı Şahid1 pul var və həmin şəxsin pensiyaya çıxması üçün kimə nə lazım olarsa, hörmət edəcəklər. Bundan əlavə, Zərərçəkmiş şəxs ona, iş düzəldildikdən sonra onun da hörmətini edəcəklərini bildirmişdir. Onlar xəstəxanaya daxil olduqdan sonra, o, tez-tez getdiyi üçün Lətif həkimi tanımışdır. Lətif həkimə Şahid1 göndərişini təqdim edilmişdir. Lətif həkim, göndərişi nəzərdən keçirdikdən sonra onlara bildirmişdir ki, Şahid1 pensiya yalnız o zaman düşər ki, həmin şəxs 3 dəfə xəstəxanada yatsın. Bunun üçün, Lətif həkim onlardan 400 manat tələb etmişdir. Şahid1, həmin məbləğin 350 manatını həkimə vermişdir. Lətif həkim, tibb bacısını çağıraraq Şahid1 analizlərə göndərmiş və onları 20 gün sonra geri çağırmışdır. Təxminən 22-25 gün sonra, həmin şəxs Lətif həkimin yanına gedərək sənədlərin hazır olduğunu bildirmişdir və o, sənədləri almışdır. 15 gün sonra, Şahid1 yenidən poliklinikadan göndəriş verilmişdir və onlar təkrar olaraq Lətif həkimin yanına getmişlər. İkinci dəfə xəstəxanada olduqda, Şahid1 Lətif həkimə yenidən 350 manat məbləğində pul vermişdir. Nəticədə, Şahid1 Lətif həkimə toplam 1050 manat məbləğində pul vermişdir. Sonra, Lətif həkim onlara bildirmişdir ki, pandemiya dövrü olduğu üçün daha gəlməsinlər və sənədlər hazır olduqda özü onları xəbərdar edəcəkdir. Lətif həkim, onlara epikrizlərdən birini versə də, qalan iki epikrizi verməmişdir. Zərərçəkmiş şəxs dəfələrlə həmin işin necə getdiyini soruşmuş və o, dəfələrlə Lətif həkimin yanına getmişdir. Buna baxmayaraq, o, həkimdən qalan epikrizi ala bilməmişdir. Sonradan, Zərərçəkmiş şəxs telefonunun sındığını bildirmiş və ona zəng çatmadığı üçün, polis orqanlarına şikayət etmişdir. O, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs heç bir pul almamış, yalnız ona 3 dəfə 20 manat olmaqla, ümumilikdə 60 manat yol pulu və zəhmət haqqı olaraq verilmişdir. Qalan pulları isə Şahid1 özbaşına Lətif həkimə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2021-ci ilin iyun ayının sonlarına yaxın Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən işlədiyi qaynaq sexində nahar fasiləsi zamanı iş yoldaşı Seyidəli Əliyev ilə söhbət etmiş və bu söhbət zamanı Seyidəli Əliyev öz bibisinə bir tanışının köməyi ilə pensiya düzəltdiyini qeyd etmişdir. Bu məlumatdan sonra, arvadı Şahid1 pensiya düzəltmək məqsədilə həmin şəxsə müraciət etmək niyyətində olduğunu bildirərək, Seyidəli Əliyevdən onu həmin şəxslə tanış etməyini xahiş etmişdir. Seyidəli Əliyev isə tanışının adının Aqşin olduğunu bildirərək mobil nömrəsini təqdim etmiş, şəxslə əlaqə saxlamağı tövsiyə etmişdir. Bunun ardınca, təxminən iki-üç gün sonra o, Seyidəli Əliyevin tanışı olan Aqşinlə əlaqə saxlamış və ondan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qaynaq sexinə gəlməsini xahiş etmişdir. Aqşin ertəsi gün sexə gəlmiş və onun ilə yaxından tanış olmuşdur. Bu görüş zamanı o, Aqşinə arvadının xəstəliyi ilə bağlı pensiya düzəltmək istədiyini bildirmiş, Aqşin isə özünün geniş əlaqələrə və imkanlara malik olduğunu, vəzifəli şəxslərlə əlaqəsinin olduğunu və bir neçə nəfərə pensiya düzəltdiyini vurğulamışdır. O, Aqşinin dediklərinə inanaraq pensiya düzəltmək üçün nə qədər məbləğ ödəməsi lazım olduğunu soruşmuş, Aqşin, pensiya düzəldilməsi üçün ümumilikdə 800 manat məbləğində pul tələb etmiş və o, bu təkliflə razı olmuşdur. 2021-ci ilin iyul ayının əvvəllərində, Aqşinlə əlaqə saxlayaraq onu işlədiyi qaynaq sexinə dəvət etmiş, Aqşin, təyin olunan vaxtda sexə gəlmiş və Aqşinə ilkin olaraq 650 manat məbləğində pul vermişdir. Yerdə qalan 150 manatın isə 5-6 gün ərzində veriləcəyi bildirilmişdir. Beş gün sonra Aqşin yenə qaynaq sexinə gəlmiş və 150 manat məbləğində pulu almışdır. Aqşin həmin vaxt, pensiya kartının təxminən bir ay ərzində hazır olacağı barədə vəd vermişdir. O, bir ay sonra, Aqşinlə əlaqə saxlamış və pensiya kartının nə zaman hazır olacağını soruşmuşdur. Aqşin isə əlavə olaraq, pensiya düzəldən şəxsin yenə 200 manat tələb etdiyini və bu məbləğin verilməsi nəticəsində pensiya kartının bir ay ərzində hazır olacağını bildirmişdir. O, bu təklifi qəbul etmiş və 2021-ci ilin avqust ayının əvvəllərində, saat 15 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının qarşısında Aqşinə əlavə olaraq 200 manat məbləğində pul vermişdir. Aqşin, bir daha, pensiya kartının bir ay ərzində hazır olacağını bildirmişdir. Bir ay sonra, yenidən Aqşinlə əlaqə saxlamış və pensiya kartının nə vaxt hazır olacağı barədə sual vermişdir. Aqşin isə bu dəfə, pensiya düzəldən şəxsin yenə 250 manat məbləğində pul tələb etdiyini və bu məbləğin verilməsi ilə pensiya kartının bir həftə ərzində hazır olacağını bildirmişdir. O, heç bir etiraz etməyərək 2021-ci ilin sentyabr ayının əvvəllərində, saat 13 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının qarşısında Aqşinə əlavə olaraq 250 manat məbləğində pul vermişdir. Aqşin, bu dəfə də pensiya kartının bir həftə ərzində hazır olacağını bildirərək vəd etmiş, bir ay sonra, Aqşindən heç bir zəng gəlməmişdir. Bunun üzərinə özü Aqşinə zəng etmiş və Aqşin yenidən ondan əlavə 200 manat məbləğində pul istəmişdir. O, 2021-ci ilin oktyabr ayında, X6 X7 qarşısında Aqşinə 200 manat məbləğində pul vermişdir. Sonuncu ödənişdən sonra, Aqşin istifadə etdiyi mobil nömrələri bağlamış və daha heç bir əlaqə qurmağa imkan verməmişdir. O, nə pensiya kartını əldə etmiş, nə də verdiyi pulları geri almışdır. Təqsirləndirilən şəxs, ümumilikdə 2021-ci ilin iyul ayından oktyabr ayına qədər olan müddət ərzində, şəxsə pensiya düzəltmək adı ilə 1450 manat məbləğində pul almış və heç bir xidmət göstərmədən bu məbləği ələ keçirmişdir. Mülki iddianın təmin edilməsini, 1450 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təzyiq, şəkər və ürək xəstəliklərindən əziyyət çəkir. Bu səbəbdən onun sosial müdafiəsinin gücləndirilməsi və ona müvafiq sosial təqaüdün təyin olunması məqsədilə Təqsirləndirilən şəxs 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaiti verilmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə getmiş Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasına getmiş, həmin vaxt o, xəstəxananın dəhlizində gözləyərkən, Təqsirləndirilən şəxs isə müvafiq otaqlara daxil olaraq sosial təqaüdün təyin olunması ilə bağlı prosedurları yerinə yetirmişdir. Lakin, Təqsirləndirilən şəxs xəstəxana daxilində işinin həlli ilə bağlı hansısa şəxslərə pul verməsi və ya görüşməsi barədə heç bir fakt və ya şahidliyi mövcud deyil. Təqsirləndirilən şəxs tərəfindən alınan 1450 manat məbləğ heç kimə verilməmiş, həmin vəsaitlər həmin şəxs tərəfindən aldadıcı məqsədlərlə ələ keçirilmişdir. O, heç vaxt Lətif adlı həkimlə görüşməmiş və ona hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. 1982-ci ildən Tibb Universitetini bitirmiş və həkimlik fəaliyyətinə başlamışdır. O, təxminən 2004-cü ildən 2024-cü ilin oktyabr ayına qədər X3 X7 (PHŞ) strukturlarında həkim-terapevt olaraq fəaliyyət göstərmiş, öz peşəsini yüksək səviyyədə icra etmişdir. Hazırda isə, 2024-cü ilin noyabr ayının 1-dən etibarən, Neftçala Rayon Mərkəzi Xəstəxanasında stasionar şöbədə həkim kimi fəaliyyət göstərir. O, əmək fəaliyyəti boyunca heç bir inzibati cəza almamış və heç bir tənbeh tətbiq olunmamışdır. Həkimlik fəaliyyəti ilə bağlı heç vaxt heç bir nöqsan və ya peşəkar səhv buraxmamışdır. O, işlədiyi müddət ərzində yalnız xəstələrin qəbulunda iştirak etmişdir, lakin epikriz verməyə səlahiyyəti olmamışdır. Onun fəaliyyət sahəsi xəstələrin müayinəsi və müvafiq tibbi xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Buna görə də, o, heç bir şəxsə "pensiya düzəltmək" və ya hər hansı digər maliyyə əməliyyatı aparmaq üçün pul almamışdır. 2022-ci ilin sonlarında Zərərçəkmiş şəxs onun işlədiyi xəstəxanaya gəlmiş və Təqsirləndirilən şəxs onun adından pul alındığını iddia etmişdir. Daha sonra Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs evinə getmiş, Fərəcov həmin şəxsin pulunu 2023-cü ilin mart ayının sonlarına qədər qaytaracağına dair söz vermişdir. O, dövlət tərəfindən verilən əmək haqqının onu tamamilə qane etdiyini, hər hansı bir əlavə maliyyə vəsaitinə ehtiyac duymadığını və heç vaxt bunun üçün heç bir şəxsə müraciət etmədiyini dəfələrlə vurğulamışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Cinayət işinin başlanılması haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1). "Qətimkan tədbiri seçilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 91-92). "Qətimkan tədbirinin şərtlərinin pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilmişdir (i.v. 100-101). “Axtarışda olan şəxsin tutulması haqqında” 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə tutulmuşdur.(i.v 111) 16 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiqləmişdir (i.v112-116); 16 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiqləmişdir (i.v.117-121) 21 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid X2 arasında Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiqləmişdir (i.v.125-129). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 16 dekabr 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Nicat Nayıbovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.132-134). “Qətimkan tədbiri seçilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 dekabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.135-136). “İfadənin yerində yoxlanılması haqqında 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən, istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir (i.v.146). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Sabunçu Rayon Xalq Məhkəməsinin 18 yanvar 2000-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v.144-145). Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” X9 “X6” X7 18-1- 17/2-1814/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Şahid1 2021-ci il tarixdə X3 stasionar və ya ambulator müalicədə almamışdır. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X7 21 nömrəli şəhər poliklinikasının 08 may 18-1-1-58/2-160/2025 nömrəli məktubundan görünür ki, xəstə Şahid1 ambulator kartasında STM (3 nömrəli şəhər klinik xəstəxana) tərəfindən 2021-ci il tarixdə verilmiş epikriz, arayış yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə–min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs “…Zərərçəkmiş şəxs heç bir pul almamış, yalnız ona 3 dəfə 20 manat olmaqla, ümumilikdə 60 manat yol pulu və zəhmət haqqı olaraq verilmişdir. Qalan pulları isə Şahid1 özbaşına Lətif həkimə vermişdir... Lətif həkim, onlara epikrizlərdən birini versə də, qalan iki epikrizi verməmişdir....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin şahid ifadələri, sorğulara alınmış cavablarla və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Təqsirləndirilən şəxsin həm ibtidai istintaq mərhələsində, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələr, ümumilikdə özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmağa yönəlmiş, reallığı əks etdirməyən və obyektiv sübutlarla təkzib olunan izahlardır. Həmin ifadələrə əsasən, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı pul almadığını, yalnız ümumilikdə 60 manat məbləğində yol pulu və zəhmət haqqı aldığını, digər pul vəsaitlərinin isə guya üçüncü şəxslər tərəfindən könüllü şəkildə başqa bir şəxsə verildiyini bildirmişdir. Bu kimi izahlar təqsirləndirilənin hadisənin faktiki məzmununu dəyişdirməyə və hüquqi məsuliyyətdən boyun qaçırmağa yönəlmiş müdafiə taktikası kimi dəyərləndirilmişdir. Bundan başqa təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi “Şahid1 pulları Lətif həkimə vermişdir... Lətif həkim, onlara epikrizlərdən birini versə də, qalan iki epikrizi verməmişdir..Şahid1 həmin epikrizi qeydiyyatı üzrə poliklinikaya təqdim etmişdir...” məzmunlu ifadələri əsassız, sübutlarla təsdiqlənməmiş, tam əksinə məhkəmə tərəfindən verilən sorğulara alınan cavablarla və şahid ifadələri ilə təkzib olunmuş və dəlil kimi qəbul olunmayan izahatlar kimi dəyərləndirilir. Şahid1 ifadələri, zərərçəkmişin və pulun verildiyinin iddia edildiyi Lətif həkimin ifadələri ilə üst-üstə düşərək, pulun verilməsi və təqsirləndirilənin iştirakının faktiki sübutu kimi çıxış edir. Şahid1 şahidlik etdiyi hadisələrin detalları və zaman-məkan uyğunsuzluğu olmadan ifadə etmiş, yalan söyləmək üçün motivlərinin olmadığı və ifadələrinin məhkəmə tərəfindən etibarlı hesab olunması əsas götürülmüşdür. İş üzrə toplanmış və təqdim edilmiş sübutlar vahid, qarşılıqlı dəstəkləyici və məntiqi ardıcıllığa malikdir. Sübutların qiymətləndirilməsi nəticəsində məhkəmə tam əminliklə qərara gəlir ki, təqsirləndirilən şəxs özünü müdafiə üçün verdiyi izahatları zərərçəkmişdən pul alma faktını inkar etmək məqsədilə irəli sürmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Lətif həkim onlara epikrizlərdən yalnız birini verib, qalan iki epikriz təqdim edilməyib. Epikriz sənədlərinin tibb müəssisəsinin rəsmi arxivində və ya elektron sağlamlıq sistemində mövcudluğunun yoxlanması məqsədi ilə X5 sorğu verilmiş, X4 rəsmi cavabında bildirilmişdir ki, “Şahid1 2021-ci ildə mərkəzdə stasionar və ya ambulator müalicədə olmayıb.” Bu məlumatla təqsirləndirilənin iddiası tamamilə ziddiyyət təşkil edir. Əgər müalicə olmayıbsa, epikrizlərin mövcudluğu mümkünsüzdür. Bundan başqa, Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X7 21 nömrəli şəhər poliklinikasının 08 may 18-1-1-58/2-160/2025 nömrəli məktubundan görünür ki, xəstə Şahid1 ambulator kartasında STM (3 nömrəli şəhər klinik xəstəxana) tərəfindən 2021-ci il tarixdə verilmiş epikriz, arayış yoxdur. Bu uyğunsuzluq təqsirləndirilənin ifadəsinin yalan olma ehtimalını gücləndirir. Rəsmi sənədlər və tibb mərkəzinin məlumatları təqsirləndirilənin epikrizlə bağlı verdiyi ifadənin yalan olduğunu göstərir. X4 və 21 nömrəli şəhər poliklinikasının rəsmi məlumatları ilə təqsirləndirilənin ifadəsi arasında mövcud olan fundamental ziddiyyət istintaq və məhkəmə prosedurunda dəlillərin etibarlılığının və sübuta əsaslanan qiymətləndirmənin vacibliyini vurğulayır. Rəsmi sənədlərdə qeyd edilən “müalicə almama”, “epikriz, arayış yoxdur” faktı, təqsirləndirilənin iddialarının əsassız olduğunu göstərir və sənədli sübutların üstünlüyünü təsdiqləyir. Bütün bunlar təqsirləndirilən şəxsin “özünü müdafiə xarakterli ifadə”si kimi qiymətləndirilir. Belə ifadələrdə təqsirləndirilən şəxs subyektiv olaraq öz mənafeyini qorumağa, cinayət məsuliyyətindən yayınmağa çalışır ki, bu da ifadənin həqiqətə uyğunluğunu şübhə altına alır. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində səsləndirdiyi “...Daha sonra Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs evinə getmiş, Fərəcov həmin şəxsin pulunu 2023-cü ilin mart ayının sonlarına qədər qaytaracağına dair söz vermişdir...” fikir ilə bağlı təsirləndirilən şəxsə verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs aralarında belə söhbət olmasını təsdiq etmiş, lakin bu sözləri o an dava olmasın deyə dediyini bildirmişdir. Heç bir pul almadığı halda sırf dava olmasın deyə təqsirləndirilən şəxsin 2023-cü ilin mart ayının sonlarına qədər qaytaracağına dair söz verməsi inandırıcı və məntiqli deyildir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı özünü təqsirsiz göstərməsi barədə ifadəsi, məhkəmə tərəfindən özünü müdafiə xarakterli, yəni məsuliyyətdən yayınmağa yönəlmiş açıqlama kimi qiymətləndirilir. Məhkəmə iş materiallarında mövcud olan digər dəlilləri — o cümlədən ibtidai istintaq zamanı verilmiş ifadələri, protokolları və digər sübutları qiymətləndirir. Bu sübutlar təqsirləndirilənin iddialarını təkzib edir və onun ifadələrinin həqiqətə uyğun olmadığını göstərir. Belə olan halda, təqsirləndirilənin istintaq və məhkəmə prosesi zamanı verdiyi ifadələr digər obyektiv sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə həmin ifadələri etibarsız hesab edir. Bu vəziyyət məhkəmə tərəfindən həmin ifadələrin əsaslandırılmamış, özünü müdafiə məqsədli və əsassız olması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Məhkəmə həmçinin nəzərə alır ki, həmin cinayət əməli 2021-ci ilin iyul ayından 2021-ci ilin oktyabr ayınadək törədildiyi halda cinayət işi baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və 28 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə qanunla müəyyən olunmuş məsuliyyətə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 178.1-cİ maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyinə görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 44-cü bəndinə əsasən CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Hazırki iş üzrə təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təsirli bilmədiyinə və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermədiyinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçsə də cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilə bilməz. Bunlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadığından, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmaqla, ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən və Təqsirləndirilən şəxs cəza təyin edilmədiyi halda barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi verib 1450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyanın və 5000 (beş min) mənəvi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iclasında mülki cavabdehin yuxarıda qeyd edilən, məhkəmə tədqiqi ilə müəyyən edilmiş sübutlarla öz təsdiqini tapmış qanunsuz hərəkətləri, mülki iddiaçının mənəvi cəhətdən məyus olması, əmlak hüquqlarının pozulması və iztirab keçirməsi ilə nəticələnmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində mülki iddiaçıya mənəvi ziyan dəymişdir, ona görə də həmin zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkən iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi 2000 manat, 5000 manat mənəvi zərər ağlabatan və ədalətli deyildir, ona görə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, iş üzrə mülki cavabdehin mülki iddiaçı qarşısında maddi ziyan məbləğini ödəmək öhdəliyi vardır, ona görə mənəvi zərərin daha artıq məbləğlərdə tutulması, maddi ziyan vurulmuş zərərçəkənin xeyrinə pul tutulmasını, onun ödənilməsini çətinləşdirəcəkdir. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirməsi faktının təsdiq olunduğunu, bununla da, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 1450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan dəyməsinin öz təsdiqini taparaq sübuta yetirildiyini nəzərə alaraq verilmiş mülki iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 72-ci bəndində göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, məhkəmə AR CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 1450 (min dörd yüz əlli) manat və mənəvi ziyana görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə 1450 manat, mənəvi zərərə görə 300 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-234/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-234/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver