Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-235/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində yerləşən avtobus dayanacağının yaxmlğında idarə etdiyi Priora markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobildə tanışı Zərərçəkmiş şəxs avtomobillə onu evinə qədər aparmasını tələb edərək onun ünvanına nalayiq sözlər deməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxslə əlbə-yaxa olmuş, sonra isə yumruğu ilə Zərərçəkmiş şəxs ağız nahiyyəsinə qəsdən zərbə vuraraq ona alt dodağın selikli qişa səthinin və sol əlin ovuc səthinin əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il saat 17 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi ilə idarə etdiyi Priora markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəxanı qəsəbəsinə gedən zaman əvvəllər onunla eyni küçədə yaşayan qonşusu Məmməd əli ilə ona avtomobili saxlamasını işarə etmişdir. O, da idarə etdiyi avtomobili yolun kənarında saxılamış, Məmməd onun avtomobilinə əyləşərək onu yaşadığı evə aparmasını bildirmiş, onun vaxtı olmadığından Məmmədə bildirmişdir ki, “Kürdəxanı qəsəbəsində bir nəfər şəxs məni gözləyir, təcili ora getməliyəm”. Həmin vaxt Məmməd onu təhqir etmiş, o, bir daha Məmmədə təcili işinin olduğunu və getməli olduğunu bildirmişdir. Lakin, Məmməd təhqir edici formada ona bildirmişdir ki, “sən kişi deyilsən”. Bununla bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı yumruğu ilə Məmmədin ağız nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Məmməddə onun barəsində polisə şikayət edəcəyini deyib avtomobilindən düşmüşdür. Daha sonra, o, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə getmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il saat 17 radələrində yaşadığı evə getmək üçün Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində yerləşən avtobus dayanacağının yaxınlğında dayanıb avtobus gözlədiyi zaman əvvəllər onunla eyni küçədə yaşayan tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “Priora” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Şəhər şossesi küçəsi ilə getdiyi görüb əl işarəsi ilə Seymura avtomobili saxlamasını bildirmişdir. Seymur idarə etdiyi avtomobili yolun kənarında saxlamış, o, Seymurun idarə etdiyi avtomobilə əyləşərək onu yaşadığı evə aparmasını xahiş etmişdir. Lakin, Seymur ona vaxtı olmadığını, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində tanışının onu gözlədiyini, bu səbəbdən də, onu apara bilməyəcəyini bildirmişdir. O, da Seymura demişdir ki, “kişi ol, məni yaşadığım evə düşür, sonra hara gedirsən get”. Lakin, Seymur bir daha vaxtı olmadığını və onu apara bilməyəcəyini bildirmişdir. Həmin vaxt o, Seymura təhqir edici formada “sən kişi olsaydın məni aparardın, demək ki, kişi deyilsən” deyib Seymurun avtomobilindən düşmək istəyən zaman, onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar əlbə-yaxa olmuşlar. Həmin vaxt Seymur yumruğu ilə onun ağız nahiyyəndən zərbə vurmuşdur. O, Seymra “məni vurmağın sənə baha başa gələcək” deyib Seymurun avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxslə onun arasında avtomobilin içində baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıdığını, ona dəyən ziyan tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər sənədlərlə də sübuta yetir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 1709 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişa səthinin və sol əlin ovuc səthinin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (i.v. 9-10) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə hesab edir ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərər çəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-235/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-235/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver