Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-235/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bədiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə saat 00:30 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə zərbələr vuraraq ona ənsə nahiyəsinin dərialtı hematoması və tük dibi yumşaq toxumalara qansızması ilə müşaiyət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, təxminən 2005-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuş və bu nikahdan iki övladı var. Ailə həyatı qurduğu vaxtdan Nərgiz ilə mütəmadi aralarında mübahisə baş verirmiş. Oğlu Kamran hərbi xidmətdə qulluq edir və qızı Kəmalə isə Nərgiz ilə birlikdə yaşayır, lakin ailə həyatı qurmağa hazırlaşmışdır. Bununla əlaqədar Nərgizin yaşadığı ünvana gəlmiş və Kəmalə ilə ailə həyatı qurmaq istəyən şəxs haqqında məlumat aldıqdan sonra həmin ünvana getmiş və tanışlıq olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 00:30 radəiərində Nərgizin yaşadığı ünvana getmiş və Nərgiz onun spirtli içki təsiri altında olduğunu bəhanə gətirərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşərək Nərgizin sifət və baş nahiyəsinə əli ilə zərbələr vurmuş və sonra saçından tutaraq yolmuşdur. Nərgiz mübahisə zamanı küçəyə qaçdıqdan sonra həmin ünvandan getmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda həyat yoldaşı ilə birlikdə yaşamışdır. 2005ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş və bu nikahdan iki övladı vardır. Ailə həyatı qurduğu vaxtdan Əliağa mütəmadi olaraq spirtli içki qəbul etmiş və aralarında mübahisə baş vermişdir. Oğlu Kamran hərbi xidmətdə qulluq edir və qızı Kəmalə isə onunla birlikdə yaşamışdır, lakin ailə həyatı qurmağa hazırlaşmışdır. Bununla əlaqədar Əliağa xəbər bildiyi zaman yaşadığı evə gəlmiş və Kəmalə ilə ailə həyatı qurmaq istəyən şəxs haqqında məlumat aldıqdan sonra tanış olmaq məqsədi ilə getmişdir. Daha sonra qızı istədiyi oğluna qoşulub qaçmışdır. O, kəmalənin təhsilini yarımçıq qoymasına, bu şəkildə ailə qurmasına razı olmamışdır. Qızının arxasınca getmiş, onu evə gətirməyə çalışmışdır. xx.xx.2025-ci il tarixdə saat 00:30 radəiərində Əliağa yaşadığı evə gəlmişdir. O, elə bilmişdir ki, qızı Kəmaləni gətirmişdir. Spirtli içki təsiri altında olduğunu hiss etmişdir. Əliağa heç bir səbəb bildirmədən mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Əliağa sifət və baş nahiyəsinə əli ilə zərbələr vurmağa və sonra saçını yolmağa başlamışdır. O evdən küçəyə qaçmış və Əliağa evdən çıxıb getdikdən sonra yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. - İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında baş vermişdir. - İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 256 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ənsə nahiyəsinin dərialtı hematoması və tük dibi yumşaq toxumalara qansızıma müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına və dəymiş ziyanın tamamilə ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizələri, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraatda və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 120 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-235/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-235/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver