Məhkəmə qərarları › İş №1(008)-236/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-236/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-236/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Məmmədov Oruc Qulamalı oğlunun iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Səbail rayonu, A.Məmmədov küç., ev 22/24 otaq 18 A-da yataqxanada qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıl oğlu xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən xəstəxananın yaxınlığında istintaqla müəyyən edilməmiş şəxsdən 90 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 3.835 qram, 3.286 qram və 1.132 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və xx xxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod yolunda yerləşən «Al» marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, Polis Bölməsinə gətirilərək, üstünə baxış keçirilən zaman, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən, üç ədəd kibrit qutusunda saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri-3.835 qram, 3.286 qram və 1.132 qram ümumilikdə təmiz çəkisi-8.253 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, arada bir kefinə düşəndə narkotik vasitə marixuanadan istifadə etmiş, istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alırdı. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən xəstəxananın yaxınlığında üzdən tanıdığı narkotik satışı ilə məşğul olan Elşən kimi tanıdığı şəxsə ümumilikdə 90 manat verib istifadə etməsi üçün üç ədəd kibrit qutusunda marixuana almış, həmin marixuananın bir qismini istifadə etmiş, bir qismini isə gələcəkdə istifadə etməsi üçün əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibinə qoyaraq saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində olan Kərpic zavod yolunda yerləşən «Al» marketin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, həmin şəxslər özlərini ona polis əməkdaşı kimi təqdim edərək, onlarla birlikdə 15-ci Polis Bölməsinə getməsini təklif etmişlər. Həmin vaxt polislərin onda narkotik vasitənin olmasından məlumatları olduğunu hiss etmiş, ona görədə əlini əynində olan gödəkçənin sol cibinə salaraq, içərisində marixuana olan kibrit qutularını atmaq istəmişdir. Lakin polis əməkdaşları buna imkan verməmişlər. Çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə 15-ci PB-nə getmişdir. Polis Bölməsində ona üzərində qadağan olunmuş nə varsa təqdim etməsini bildirmişlər. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibində olan içərisində qurudulmuş marixuana olan üç ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı ondan masanın üzərinə qoyduğu kibrit qutularının içərisində nə olduğunu soruşanda, o səmimi olaraq kibrit qutularında narkotik vasitə marixuana olduğunu və həmin marixuananı Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən xəstəxananın yaxınlığında Elşən kimi tanıdığı şəxsdən özünün istifadə etməsi üçün hər bir kibrit qustusunda olan marixananı 30 manata, ümumilikdə 90 manat verib aldığını və üzərində saxladığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu RPİ-in 15-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə işlədiyi Bakı şəh., Sabunçu RPİ-in 15-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə ondan və bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün təxminən saat 15:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində olan Kərpic zavod yolunda yerləşən «Al» marketin yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, onu Polis Bölməsinə dəvət etmişlər. Ü.İ.Rütəmovda onlarla razılaşıb birlikdə işlədikləri Polis Bölməsinə gəlmişdir. Sonra Bölmənin xidməti otaqlarının birində mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmş, sonra isə ona «üzərində hər hansı qeyri-qanuni və ya qanuni əşya varsa onları təqdim etməsi» təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən üç ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin kibrit qutuları bir-bir onların tərəfindən açıldıqda içərisindən ot şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd kibrit qutusunun içərisində saxladığı maddənin narkotik vasitə marixuana olduğunu, həmin marixuananı Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən xəstəxananın yaxınlığında Elşən kimi tanıdığı şəxsdən özünün istifadə etməsi üçün hər bir kibrit qustusunda olan marixananı 30 manata, ümumilikdə 90 manat verib aldığını, gələcəkdə istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mirzəyev MirRəşad Elşadoviç Şahid1 oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/04 saylı, 02 mart 2020-ci il tarixli məhkəmə bioloji ekspertizası, btiki mənşələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində «……….vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd kibrit qutusunda olan……..» yazılar və imzalar olan zərfdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3.835 qram, 3.286 qram, 1.132 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanın təmiz çəkisi-8.253 qramdır. Heroinin təmiz çəkisi 8.253 qram, sərf edildi 0.06 (hər obyektdən 0.02 qram) qram, qalıq 8.193 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 1055 saylı, 24 aprel 2020ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs İsmayıl oğlunda narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasının nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədəngörünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs İsmayıl oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, ocümlədəncəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, xx xxxx 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 02 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 09). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh.,45). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)112/2020 saylı, 04 mart2020-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,74). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən-qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs İsmayıl oğlunun cəza çəkmə müddətinin başlanğıcı «02» mart 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-8.193 qram marixuana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 66.46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Rüstəmov Ümid İsmayıl oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Rüstəmov Ümid İsmayıl oğlunun cəza çəkmə müddətinin başlanğıcı «02» mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-8.193 qram marixuana məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 66.46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar