Məhkəmə qərarları › İş №1(008)-237/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-237/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-237/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X31 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi ilə, Xüsusi ittihamçı X10 nümayəndəsi (vəkil) Nümayəndə, Təqsirləndirilən şəxs X3, müdafiəçilər – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 27 yanvar 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X19 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X19 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X14 AR CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. X19 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun qarşısında redaksiya ünvanı olaraq ünvan 3rnet TV kanalının (https://www.voutube.com/user/Kanal 13AZ) müxbirinə verdiyi müsahibəsində onu ağır cinayətdə törətməkdə ittiham etməklə böhtan atmışdır. X3 “Kanal 13” internet TV kanalının httDs://voutube.com səhifəsində yayımlanan "Killer tutub məni basımdan güllələtdirən cinayətkarı müdafiə edirlər"- Bas prokurorluq önündə etiraz adlı və https://voutu.be/H7HamiPSdLq ünvanında yerləşən video fayldan görünür ki, X14 onu Qərib İbadova qarşı törədilən anda Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-İQ nömrəli Qanunu ilə qüvvədən düşmüş Azərbaycan SSR-in 1960-cı ildən qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayət əməlini (Bu Məcəllənin 94-cü maddəsində göstərilən ağırlaşdırıcı əlamətlər olmadan qəsdən adamöldürmə) törətməkdə ittiham edərək böhtan atmışdır. X14 ona ağır cinayət törətməkdə böhtan ataraq bildirmişdir ki, guya onun sifarişi ilə muzdlu qatil onun baş nahiyəsindən Makarov tipli tapançadan atəş açmaqla onu öldürməyə sui-qəsd etmiş, lakin baş nahiyəsindən dəymiş güllə onun ölümünə səbəb olmamış, o ağır xəsarət almış və uzun müddət müalicə olunmuş, guya o, muzdlu qatilə (killer) 25000 ABŞ dolları pul təklif etmiş və 50000 ABŞ dolları beh vermiş, bundan sonra guya sifarişinə əməl etmədiyinə görə həmin Ramiz Nadirov ləqəbli şəxsi Çay fabrikinin yanında güllətdirmişdir. X14 onun barəsində aşağıdakı böhtan xarakterli ifadələri işlətmişdir: “Mən bir neçə illər Həşimov Vahidin sifarişi ilə baş nahiyyəmdən güllələnmişəm. Sifarişlə. Makar tipli tapança ilə. Tapança ilə. Güllə baş nahiyyəmdən daxil olub. Mən neçə illərdir əziyyət çəkirəm. İşim də Baş Prokurorludadır. 66909 nömrəli cinayət işi. “Səhər tezdən Həşimov Vahid məni sifariş verib-məni və qardaşımı güllələtdirmək üçün. 250 min dollar məbləğində killerə pul təklif edib. 50 min də ona beh verib, lakin o gəlib maraqlanıb görüb ki, mənlik bir iş yoxdur. Vahid Həşimov həmin o Ramiz Nadirov ləqəbli şəxsi Çay fabrikinin yanında güllələtdirdi, onun sifarişinə əməl etmədiyinə görə.” Təkrarən, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun qarşısında “Kanal 13’ İnternet TV kanalının (https://www.voutube.com/user/Kanal13AZ) müxbirinə müsahibəsində, təkrarən onu ağır və xüsusilə ağır cinayət etməkdə ittihamlar edərək böhtan atmışdır. X3 “Kanal 13” İnternet TV kanalının https://voutube.com səhifəsində yayımlanan “Baş prokurorluq önündə aksiya: "Çək əlini, zülm çəkirik e biz, məhv eləyiblər bizi" adlı və https://voutu.be/lnfB-İDv-Xo ünvanında yerləşən video fayldan görünür ki, X14 onu özünə qarşı törədilən anda Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-İQ nömrəli Qanunu ilə qüvvədən düşmüş Azərbaycan SSR-in 1960-cı ildən qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayət əməlini (bu Məcəllənin 94-cü maddəsində göstərilən ağırlaşdırıcı əlamətlər olmadan qəsdən adamöldürmə) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan xüsusilə ağır cinayət əməlini (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə külli miqdarda əmlakını əldə etmək məqsədilə tələb etmə) törətməkdə ittiham edərək böhtan atmışdır. X14 ona ağır və xüsusilə ağır cinayət törətməkdə böhtan ataraq bildirmişdir ki, guya onun sifarişi ilə muzdlu qatil onun baş nahiyəsindən Makarov tipli tapançadan ağız nahiyəsindən atəş açmaqla onu öldürməyə sui-qəsd etmişdir. Onu qətlə yetirmək üçün sifariş verdiyi şəxsi bu sifarişi yerinə yetirmədiyi üçün Vahid Həşimov güllələtdirmişdir. Vahid Həşimov 2005-ci ildə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla olan münasibəti olduğunu bildirməklə bundan istifadə etməklə onu 10 il müddətinə həbs etidirəcəyi ilə hədələyərək onun Neftçilər metrosu ərazisində olan obyektini əlindən almışdır. X14 mənim barəsində aşağıdakı böhtan xarakterli ifadələri işlətmişdir: “X41 makar tipli tapança ilə sifarişlə gülələnmişəm. Mən güllənlənmişəm. Makar tipli tapança ilə ağız nahiyyəmdən. Cinayətin üstü də açılıb. Sifarişlə də Həşimov Vahid tərəfindən güllələnmişəm. Yaxınlaşıblar, kombinatın direktoru olub. Məndən qabaq kimə ki sifariş vermişdi, o sifarişi də yerinə yetirmədiyinə görə onu da güllələtdirib, öldürüb çay fabrikinin yanında. 2005-ci ildə mənim bir obyektim var, Neftçilər metrosunun yanında. Həşimov Vahid hədə-qorxu yolu ilə dedi ki, obyekt mənim olmalıdır. X29 danışmışam, mənim yaxın adamımdı, onunla danışmışam, əgər sən qol çəkməsən, mən səni, danışmışam onunla şəriəyib 10 il həbs elətdirəcəm. Mən də yoldaşımla getdik notariusa, boş blanklara qol çəkdik, mənim yarım milyonluq obyektimi ələ keçirib satdı, ondan sonra dedi ki, get sübut elə.” Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Təbriz Məmmədyarovun xx.xx.2021-ci il tarixli, 66909 saylı məktubundan görünür ki, icraatında olan 66909 nömrəli cinayət işi üzrə X20 bir neçə dəfə şahid qismində hüquq və vəzifələri izah edilməklə dindirilmişdir. Göründüyü kimi, X11 barəsində cinayət işi yoxdur və X3 əsassız şikayətlərinə baxmayaraq, 1998-ci ildə başlanmış 66909 nömrəli cinayət işi üzrə 23 il ərzində Vahid Həşimova ittiham verilməsi üçün əsas verən sübutlar müəyyən edilməmişdir. Kanal 13 İnternet TV kanalı https://www.voutube.com/user/Kanal 13AZ kütləvi nümayiş etdirilən informasiya ehtiyatıdır. Kanalda yayımlanan informasiyaların statistikasından görünür ki, hazırkı ərizə hazırlanan tarixədək xx.xx.2021-ci il tarixdə yayımlanmış "Killer tutub məni basımdan güllələtdirən cinayətkarı müdafiə edirlər"- Bas prokurorluq önündə etiraz adlı video fayl 74,8 min izləyici, xx.xx.2022-ci il tarixdə yayımlanmış “Bas prokurorluq önündə aksiva:*'Çək əlini, zülm çəkirik e biz, məhv eləyiblər bizi" adlı video fayl 34 min izləyici tərəfindən izlənilmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X14 özünü AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, onun X15 böhtan atmaq fikri olmamış, o, sadəcə illərdi istintaqı gedən cinayət işi ilə bağlı araşdırılmanın aparılmaması səbəbindən müvafiq hüquq mühafizə orqanlarına ünvanladığı ərizələri, zərərçəkmiş şəxs qismində verdiyi ifadələri səsləndirməklə istintaq orqanına müvafiq araşdırmanın aparılması ilə çağırışlar etmişdir. O, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək 07 fevral 1998-ci il tarixdə onun makarov tipli tapança ilə vurulması ilə bağlı araşdırma aparılmasını xahiş edərək onu sifarişlə vurduran şəxsin X19 olduğunu bildirmiş, lakin onun müraciətləri cavabsız qaldığından o, son çarə olaraq ictimai qaydada, yəni kütləvi informasiya vasitələrinə müraciət edərək dövlət orqanlarına səslənmiş və bu təqdirdə onun səsinin duyularaq araşdırmanın aparılmasına ümid etmişdir. Onun “Kanal 13” İnternet TV kanalına müsahibə verməkdə məqsədi kiməsə böhtan atmaq olmamış, həmin müsahibəni verməkdə yeganə istəyi illərdi araşdırması başlanılan və X19 tərəfindən törədilmiş cinayətlə bağlı obyektiv nəticənin əldə edilməsi olmuşdur. Göstərilənlərin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Qərib İbadov onun “Kanal 13”də müsahibə verməsinin məqsədinin illərdi istintaqı gedən cinayət işi üzrə bir nəticənin olmaması, həmin işin məhkəməyə getməməsi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, X14 “Kanal 13” İnternet TV kanalına verdiyi müsahibələrdə xüsusi ittihamçı X16 ona qarşı xüsusilə ağır cinayət törətməkdə ittiham edərək ona böhtan atmış və bununla da AR CPMnin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipini və şəxsin Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş eyni adlı hüququnu pozaraq AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. O, Vahid Haşımovu yalnız onu öldürməyə cəhd etməkdə deyil, həm də hədə-qorxu ilə tələb etmə cinayətində də günahlandırmışdır. Göstərilənlərin nəzərə alınaraq X3 AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsini və ona maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “CD” diskdə olan birinci faylda X14 tərəfindən səsləndirilmiş ifadələrin məzmunundan görünür ki, o, öz müsahibəsində bildirmişdir ki, “Mən bir neçə illər əvvəl Haşımov Vahidin sifarişi ilə baş nahiyyəmdən güllələnmişəm. Sifarişlə. Makar tipli tapança ilə. Tapança ilə. Güllə baş nahiyyəmdən daxil olub. Mən neçə illərdir əziyyət çəkirəm. İşim də Baş Prokurorluqdadır, 66909 nömrəli cinayət işi. İşim Dərnəgüldə yerləşən Ağır cinayətlər idarəsində Təbriz Məmmədyarovun və idarə rəisi Sənan Paşayevin nəzarətindədir. Onlar məni süründürürlər, aldadırlar, get-gələ salırlar. Cinayətin üstü açılıb, heç bir tədbir görülmür. X23 stolunun üstündədir. Lakin heç bir tədbir görülmür. İş məhkəməyə göndərilmir. 4 ay əvvəl Baş Prokurorluğa gəldik, aksiya elədik. Mənim ikinci Qarabağ müharibəsi iştirakçısı oğlum da gəldi. Prokurorluqda bizi qəbul elədilər. Kamran Əliyevə məruzə elədilər. O da göstəriş verdi. Dedilər sizin iş həll olunmalıdır. Cinayətin üstü açılıb. 4 aydır məni süründürürlər. Təbriz Məmmədyarov və X36 Haşımova bəraət qazandırırlar. Haşımov Vahid 250000 dollar verib ki, məni və qardaşımı öldürsün. Sonra Nadir onun sifarişini yerinə yetirmədiyi üçün Vahid Haşımov onu güllələtdirdi. İşlə bağlı heç bir tədbir görülmür. 2 ay bundan qabaq Sənan Paşayev dedi ki, Vahid Haşımov xaricdədir, onu gözləyirlər. Bu iş həll olunmalıdır. O, qatı cinayətkardır, necə olur xaricə buraxırlar. 1 aydan sonra getdim Təbriz Məmmədyarov məni qəbul etdi. Dedim nə oldu, dedi hələ xaricdədir. X26 evinə, qapını döydüm, özü açdı. Dedi gəl oturaq söhbət edək. Dedi gəl məsələni həll edək. 70-80000 manat verməyi təklif elədi ki, şikayətləri geri götürəsən. Vahid Haşımov mənə deyir ki, get hara istəyirsən şikayət elə. Prokurorluqda heç bir tədbir görülmür. Mən onlara dedim ki, o səviyyəyə çatdırmayın ki, medianı tökək bura”. “CD” diskdə olan ikinci faylda X14 tərəfindən səsləndirilmiş ifadələrin məzmunundan görünür ki, o, öz müsahibəsində bildirmişdir ki, “Biz şikayət edirik ki, mən Haşımov Vahid tərəfindən güllələnmişəm. Lakin mənim işimə baxılmır, heç bir tədbir görülmür. Təbriz Məmmədyarova göstəriş verilib ki, bu işlə məşğul ol. O, 5-6 saat yazdı, pozdu, halbuki cinayətin üstü açılıb. O bizə bildirdi ki, Haşımov Vahidlə danışaq və bu işi məhkəməyə verməyək. O dedi ki, bu işi məhkəməyə versək mənim də başım ağrıyacaq. Dedi ki, özünüz danışın yoluna qoyun. Neftçilər metrosunun yanında mənim obyektim var idi. 2005-ci ildə Haşımov Vahid hədə-qorxu ilə dedi ki, o obyekt mənim olmalıdır. X29 danışmışam, sən qol çəkməsən səni şərləyib 10 il həbs elətdirəcəm. Mən də yoldaşımla getdik notariusa boş kağızlara qol çəkdik. Sonra dedi ki, get sübut elə. Baş Prokurorluq bizi ancaq qəbul edir, deyir belədi, elədi, amma bizim işimizə baxılmır. Bu işi Baş Prokurorluq gizlədir. Bu iş məhkəməyə verilməlidir. X42 nəzarətindədir. Heç bir tədbir görülmür. Mən haqqımı tələb edirəm. Cinayət işi açılıb. Haşımov Vahid bir ailəni məhv edib. Bizim ancaq şikayətimiz ondan ibarətdir ki, bizim işimiz məhkəməyə verilsin”. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 avqust 2022-ci il tarixli məlumatından görünür ki, Qərib İbadovun şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Baş Prokurorluqda 07 fevral 1998-ci il tarixdə ayaqqabı təmiri sexində işləyən Qərib İbadova güllə açılaraq öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq aparılmış, hazırda da zəruri istintaq hərəkətləri davam etdirilir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Baş Prolurorluğuna məhkəmə tərəfindən ünvanlanmış sorğuya istintaq idarəsinin rəisi Nemət Əvəzov tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, 03/66909/246 saylı cavab məktubundan görünür ki, 07 fevral 1998-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Naxçıvanski küçəsi, 38 saylı yaşayış binasının zirzəmisində yerləşən ayaqqabı təmiri sexində müdir işləyən X7 odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi faktına görə həmin gün Bakı şəhəri Nizami rayon prokurorluğunda AR CM-nin (köhnə redaksiyada) 15,95-ci maddəsi və 220-ci maddəsinin 1-ci hissəsi ilə 91334 saylı cinayət işi başlanaraq istintaqı aparılmış, bundan başqa 20 iyun 1998-ci il tarixdə Bakı Yük stansiyası ilə 18-ci postun arasında “Tramvay” körpüsü adlanan yerdən 130-150 metr aralıda dəmir yol xəttindəki 4”a” yoldəyişdiricinin yanında naməlum şəxs tərəfindən odlu silahdan atılan atəşlər nəticəsində qəsdən öldürülmüş Bakı şəhər sakini X2 meyitinin aşkar edilməsi faktına görə həmin tarixdə Bakı Nəqliyyat Prokurorluğu tərəfindən AR CM-nin 95-ci maddəsi ilə 70549 saylı cinayət işi başlanmış və istintaqı aparılmışdır. İstintaqın sonrakı mərhələlərində hər iki cinayət işi bir icraatda birləşdirilməklə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilmişdir. Cinayət işi üzrə X14 zərərçəkmiş şəxs qismində tanınaraq, X21 şahid qismində dindirilmişdir. 1/35 nömrəli, 22 iyun 2000-ci il tarixdə Baş Prokurorluğa daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər naziri Ramil Usubov tərəfindən Azərbaycan Respublikası Baş X18 ünvanlanmış məktubun surətindən görünür ki, 07 fevral 1998-ci il tarixdə Bakı şəhərinin Nizami rayonunda baş vermiş X5 həyatına sui-qəsdin Vahid Haşımov tərəfindən sifariş verilməsi əldə edilmiş əməliyyat məlumatları ilə təsdiq olunur. Qeyd olunan bu hal cinayət işi üzrə dindirilmiş X12, X13, X4, X3, X8, X1, X6 və qeyrilərinin ifadələri, habelə digər istintaq sənədləri ilə təsdiq olunmuşdur. Bundan başqa Ramiz Nadirov həmin sifariş barədə iki nəfər şəxslə, o cümlədən, Vahid Haşımovla etdiyi söhbətləri audiolentə yazmış və kaset əldə edilərək cinayət işinə əlavə edilmişdir. “Mütəzərrir kimi tanımaq haqqında” 17 fevral 1998-ci il tarixli qərardan görünür ki, X14 mütəzərrir kimi tanınmışdır. X3 1998-ci və 1999-cu il tarixdə prokurorluq orqanında zərərçəkmiş şəxs və əlavə şahid qismində verdiyi ifadələrdən görünür ki, o, həmin ifadələrində də “Kanal 13” İnternet TV kanalına verdiyi müsahibəsində Vahid Haşımovla bağlı göstərdiyi xüsusatların hər birini hüquq mühafizə orqanlarına verdiyi ifadələrində də göstərmiş və həmin işin araşdırılmasını tələb etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X14 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibini mövcud deyil. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, X3 “Kanal 13” İnternet TV kanalına verdiyi müsahibəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, həmin müsahibədə böhtan cinayətinin tərkibinin olmasından söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasından da göründüyü kimi böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün dörd hal müəyyən edilməlidir: şəxsin həmin məlumatların yalan olduğunu bilməsi: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şəxsin həmin məlumatların yalan olduğunu bilə-bilə yayması dedikdə, yəni məlumatları yayan şəxs yaydığı məlumatların yalan dolduğunu bilir, dərk edir və buna baxmayaraq başqa şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayır.Təqsirkarın qəsdi məhz başqa şəxsin şərəf və ləyaqətini ləkələməyə və ya nüfuzdan salmağa yönəlir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Məhkəmə qeyd edir ki, yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Məlum olduğu kimi, AR CM-nin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Yəni, təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan yalan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Məhkəmə qanunvericiliyin tələblərini, AR CM-nin 147-ci maddəsinin dispozitiv şərtlərini və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin birbaşa qəsdlə törədilməli olmasını nəzərə alaraq xüsusilə vurğulayır ki, əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa və ya hələ doğru olması öz təsdiqini tapmamışdırsa, belə halda əməldə cinayət tərkibinin subyektiv əlaməti olmadığından AR CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində istinad edilmiş 29 oktyabr 2021ci il tarixli və 14 yanvar 2022-ci il tarixli “Kanal 13” İnternet TV-yə verilmiş müsahibələrdən görünür ki, həmin müsahibələrdə səsləndirilən hər bir məsələ ilə bağlı X9 hüquq-mühafizə orqanlarına müraciət etmiş, müsahibəsində istinad etdiyi hər bir halı prokurorluq orqanlarına ünvanladığı ərizəsində də, hazırda məhkəməyə ünvanladığı yazılı ərizələrdə və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə də göstərmişdir. Həmçinin, iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, Qərib İbadovun şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Baş Prokurorluqda 07 fevral 1998-ci il tarixdə ayaqqabı təmiri sexində işləyən Qərib İbadova güllə açılaraq öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə istintaq aparılmış, hazırda da zəruri istintaq hərəkətləri davam etdirilir. Həmin cinayət işi üzrə X14 zərərçəkmiş şəxs qismində tanınmaqla, X21 şahid qismində dindirilmişdir (Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, 03/66909/246 saylı cavab məktubu). X3 “Kanal 13” İnternet TV-yə verdiyi müsahibəsinin məzmunundan görünür ki, o, uzun illərdir hüquq mühafizə orqanlarına ünvanladığı ərizələrində göstərdiyi kimi özünün Vahid Haşımov tərəfindən vurulduğunu qeyd edərək həmin halın həqiqət olduğuna nəinki inanmış, hətta əmin olduğunu bildirmişdir ki, belə olan halda şəxsin məlumatın yalan olduğunu biləbilə kiməsə böhtan atmasından söhbət gedə bilməz. Bununla yanaşı, həmin müsahibələrin məzmunundan aydın şəkildə görünür ki, Qərib İbadov qısa şəkildə baş vermiş cinayətdən daşınaşaraq bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirmiş, onun həmin müsahibəni verməkdə məqsədi cinayət işinin illərdi istintaq orqanlarında qalmasına, işin araşdırılmamasına və məhkəməyə göndərilməməsinə etiraz etmək olmuşdur. Həmin müsahibələrin məhz Azərbaycan Respublikası Baş Prokurorluğunun qarşısında verilməsi, müsahibələrdə “İşim Dərnəgüldə yerləşən Ağır cinayətlər idarəsində Təbriz Məmmədyarovun və idarə rəisi Sənan Paşayevin nəzarətindədir. Onlar məni süründürürlər, aldadırlar, get-gələ salırlar. Cinayətin üstü açılıb, heç bir tədbir görülmür. X23 stolunun üstündədir. Lakin heç bir tədbir görülmür. İş məhkəməyə göndərilmir. 4 ay əvvəl Baş Prokurorluğa gəldik aksiya elədik. Cinayətin üstü açılıb. 4 aydır məni süründürürlər. Təbriz Məmmədyarov və X36 Haşımova bəraət qazandırırlar. Prokurorluqda heç bir tədbir görülmür. Mən onlara dedim ki, o səviyyəyə çatdırmayın ki, medianı tökək bura. Mən haqqımı tələb edirəm. Cinayət işi açılıb. Haşımov Vahid bir ailəni məhv edib. Bizim ancaq şikayətimiz ondan ibarətdir ki, bizim işimiz məhkəməyə verilsin” məzmunlu ifadələr işlətməsi özü də Qərib İbadovun həmin müsahibələri verməsinin illərdi zərərçəkmiş şəxs qismində tanındığı cinayət işinin araşdırılmasını ictimai qaydada tələb etməsinə, müvafiq dövlət orqanının diqqətini bu işin araşdırılmasına cəlb etmək istəməsinə dəlalət edir. Onun həmin müsahibəsində “Mən onlara (yəni, prokurorluq orqanına) dedim ki, o səviyyəyə çatdırmayın, medianı tökək bura” deməsi onun işin araşdırılması və məhkəməyə göndərilməsi üçün son çarə olaraq bu məsələni ictimai qaydada işıqlandırmasında görməsinin, bəlkə bundan sonra onun tələbinin və müraciətlərinin müvafiq şəxslər və orqanlar tərəfindən eşidiləcəyinə ümid etməsinin göstəricisi kimi qiymətləndirilməlidir. X40 niyyəti həqiqətən də Vahid Haşımova böhtan ataraq onun şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq olsa idi, o, bunun üçün 24 il gözləməz və bunu illər öncə də edə bilərdi. Məhkəmə istintaqı zamanı da verilmiş suallara cavab olaraq Qərib İbadov müvafiq cinayətin Vahid Haşımov tərəfindən törədilməsinə əmin olduğunu qeyd edərək “Kanal 13” İnternet TV-yə müsahibə verməkdə məqsədinin dövlət orqanlarının diqqətini bu işə cəlb etmək, illərdi araşdırılmayan işin araşdırılmasını tələb etmək olduğunu bildirmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində göstərilmişdir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Avropa Məhkəməsinin presedent hüququna və yanaşmasına əsasən ifadə azadlığı Konvensiya ilə qorunan digər hüquqlarla, məsələn, ədalətli məhkəmə araşdırması hüququ ilə, şəxsi həyata hörmət hüququ ilə, vicdan və din azadlığı ilə ziddiyyətə girə bilər. Belə ziddiyyət baş verdikdə, məhkəmə bu hüquqlardan hansının digərinə nisbətən daha üstün olduğunu müəyyən etmək üçün balanslı yanaşma nümayiş etdirir. Digər hüquqların maraqları ilə onlarla ziddiyyətə girən ifadə azadlığının maraqları arasında balans axtarılarkən sonuncunun mühüm əhəmiyyət daşıması nəzərə alınır. Məhkəmə iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxslərin ifadələrini dinləyərək belə qənaətə gəlir ki, X14 “Kanal 13” İnternet TV kanalına verdiyi müsahibəsində səsləndirdiyi məlumatların həqiqət olduğuna inanmış, buna inanmaqla qalmamış, eyni məzmunlu ərizələrlə hüquq-mühahizə orqanlarına dəfələrlə müraciət etmiş və məhkəmə iclasında eyni məzmunlu ifadələri səsləndirərək qeyd etdiklərinin həqiqət olduğunu dəfələrlə vurğulamışdır ki, bu da onu deməyə əsas verir ki, X14 “Kanal 13” İnternet TV kanalına verdiyi müsahibəsində səsləndirdiyi məlumatların həqiqət olduğuna inanmaqla həmin məlumatların yalan olmasına ehtimal belə verməmişdir. Göründüyü kimi, X3 niyyəti X10 şərəf və ləyaqətini ləkələmək və ya nüfuzdan salmaq deyil, uzun illərdi həqiqət olduğuna inandığı və araşdırılmasını qanuni yollarla tələb etdiyi məsələnin həllini tapması, aidiyyəti dövlət orqanlarını iş üzrə araşdırma aparılaraq obyektiv həqiqətin üzə çıxarılmasına çağırışlar etmək, səsinin müvafiq dövlət orqanları tərəfindən duyulması olmuşdur. Xüsusi ittiham qaydasında verilmiş ərizədə Qərib İbadovun “Kanal 13” İnternet TV kanalına verdiyi müsahibəsində Vahid Haşımova həm də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə böhtan atdığı göstərilərək onun müsahibəsində vurğuladığı “2005-ci ildə mənim obyektim var, Neftçilər metrosunun yanında. Haşımov Vahid hədə-qorxu ilə dedi ki, obyekt mənim olmalıdır. X29 danışmışam, mənim yaxın adamımdı, onunla danışmışam, əgər sən qol çəkməsən, mən səni, danışmışam onunla şərləyib 10 il həbs elətdirəcəm” ifadəsinə istinad edilmişdir. Həmin hala münasibətdə məhkəmə ilk növbədə AR CM-nin 182-ci maddəsinin dispozitiv şərtlərinə nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. Həmin Məcəllənin 182.3.2-ci maddəsinə əsasən isə eyni əməllər külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Qərib İbadovun müsahibəsində o, sadəcə bir ifadə kimi “Haşımov Vahid hədə-qorxu ilə dedi ki, obyekt mənim olmalıdır” cümləsini vurğulamış və həmin hədənin mahiyyəti kimi “X29 danışmışam, mənim yaxın adamımdı, onunla danışmışam, əgər sən qol çəkməsən, mən səni, danışmışam onunla şərləyib 10 il həbs elətdirəcəm” ifadəsinə istinad etmişdir. Xüsusi ittihamçı isə şikayət ərizəsində Qərib İbadovun ona külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə böhtan atdığını göstərmişdir. Halbuki, AR CM-nin 182-ci maddəsinin tərkibinin yaranması üçün sadəcə hədə-qorxu sözünün işlədilməsi yetərli olmamaqla, həmin hədə-qorxunun zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə müşayiət olunması və həmin hərəkətlərdə ifadə olunması zəruridir. Belə ki, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə sağlamlığa istənilən dərəcəli zərər vurma ilə, hətta öldürməklə hədələmədən ibarət ola bilər. Zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə müşayiət olunan hədə-qorxu zamanı zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda özünün ləkələnəcəyini düşünür. Zərərçəkmiş şəxsin və ya onun qohumlarının əmlakını tələf etmə hədəsi isə konkret olaraq onların mənzilinə, avtomobilinə və ya başqa daşınar və daşınmaz əmlakının məhv edilməsinə yönəlmiş ola bilər. Göründüyü kimi, Qərib İbadovun müsahibəsində göstərdiyi “Haşımov Vahid hədəqorxu ilə dedi ki, obyekt mənim olmalıdır. X29 danışmışam, mənim yaxın adamımdı, onunla danışmışam, əgər sən qol çəkməsən, mən səni, danışmışam onunla şərləyib 10 il həbs elətdirəcəm” ifadəsində AR CM-nin 182-ci maddəsinin dispozitiv şərtlərindən heç biri göstərilməmişdir ki, belə olan halda sadəcə “hədə-qorxu ilə” sözünün işlədilməsinə istinad edilməklə şəxsin hər hansı şəxsə məhz AR CM-nin 182-ci maddəsi ilə böhtan atması qənaətinə gəlinməsi məntiqli və real deyil. Məhkəmə hesab edir ki, Qərib İbadov müsahibənin gedişatında hədə-qorxu ilə sözünə istinad etsə də, Vahid Haşımovun onu 10 il həbs elətdirəcəyini bildirməsini göstərmiş, lakin AR CM-nin 182-ci maddəsinin tərkibinin yaranması üçün zəruri olan halları-yəni, onun və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsinin olmasını ümumiyyətlə göstərməmişdir ki, bu da Qərib İbadovun ümumiyyətlə Vahid Haşımova AR CM-nin 182.3.2ci maddəsi ilə böhtan atmasını istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 57-ci bəndində göstərilmişdir ki, bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin qərarın 58-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X7 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 42.1.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X7 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından AR CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar