Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-237/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 140 saylı tam orta məktəbin Gənclərin çağırış Hazırlığı müəllimi işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində fəaliyyət göstərən “Kristal” şadlıq sarayının yanında aralarında pul borc məsələsi üstündə baş vermiş mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifətindən iki dəfə sillə ilə qəsdən vurmaqla döyərək ona sağ qulaqda eşitmənin zəifləməsi, sağ qulaq seyvanının qançırı ilə müşayiət olunan sağ qulaq pərdəsinin (təbil pərdəsinin) travmatik perforasıyası (cırılması) ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərməşdir ki, Zərərçəkmiş şəxs ilə aralarında borcun qaytarılması məsələsi ilə bağlı mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ona 4 000 manat məbləğində borcu mövcud olmuş, həmin borcun yalnız 400 manatını geri qaytarmış, qalan 3 600 manat məbləği isə bu günədək ödəməmişdir. Zərərçəkmiş şəxs verdiyi həmin pulu uzun illər tanışı olan Könül Əliyevadan borc olaraq almış və bu məbləği Zərərçəkmiş şəxs vermişdir. Könül Əliyeva isə öz borcunun qaytarılmasını tələb etdiyinə görə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq borcun ödənilməsini ondan tələb etmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs özü onunla əlaqə saxlamış və telefon danışığı zamanı Zərərçəkmiş şəxs “camaatın pulunu qaytarmasını” tələb etmişdir. Danışıq zamanı Zərərçəkmiş şəxs görüşüb söhbət etməyi təklif etmiş və bununla əlaqədar olaraq həmin gün, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında görüşmüşlər. O, görüş zamanı Zərərçəkmiş şəxs nə üçün onu pis vəziyyətdə qoyduğunu soruşmuş və borc olaraq aldığı pulu qaytarmasını tələb etmişdir. O, Zərərçəkmiş şəxs həmin pulu aldığını və xərclədiyini inkar etməsi ilə razılaşmamış, bu səbəbdən vəziyyətə emosional reaksiya göstərərək həmin pulu götürüb xərcləyən şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs bir daha təsdiqləyərək həmin pulu götürmədiyini bildirmişdir. Bu hərəkət, onu emosional olaraq qıcıqlandırdığından, o, Zərərçəkmiş şəxs sifətinə iki dəfə sillə vurmuşdur. Zərərçəkmiş şəxs polisə şikayət edəcəyini demiş, o isə istədiyini etməsini bildirmişdir. Daha sonra polisdən zəng olunduqda məlum olmuşdur ki, Zərərçəkmiş şəxs, onun tərəfindən döyülməsi və təhqir olunması barədə polisə şikayət etmişdir. O, etiraf etmişdir ki, Zərərçəkmiş şəxs vurmasını qəbul edir; söyüş söyməsi isə onun emosional reaksiyası nəticəsində baş vermişdir. O, Zərərçəkmiş şəxs deyil, pulları götürmədiyini dediyi zaman həmin pulu götürənin ünvanına söyüş ifadələri işlətmişdir. Zərərçəkmiş şəxs 4.000 manat məbləğində pulu 2024-cü ilin yanvar ayında, Bakı şəhəri, Suraxanı rayonu, Əmircən qəsəbəsi, “Umid” ailəvi restoranında vermişdir. Hadisə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində fəaliyyət göstərən “Kristal” şadlıq sarayının yaxınlığında baş vermişdir. Həmin vaxt ətrafda heç bir şəxs olmadığı üçün hadisəni heç kim görməmişdir. Onların aralarında baş vermiş mübahisə 1–2 dəqiqə çəkmiş, Zərərçəkmiş şəxs vurması qısa zaman kəsiyində baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs tərəfindən ona qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsmilə barışmasına dair ərizə təqdim edərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərməşdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və aralarında normal münasibətlər mövcud olmuşdur. Bir müddət əvvəl Təqsirləndirilən şəxs ona müraciət edərək pul ehtiyacının yarandığını bildirmiş və ondan 400 manat məbləğində borc istəmişdir. Mövcud münasibətləri nəzərə alaraq Təqsirləndirilən şəxs qaytarmaq şərti ilə 400 manat məbləğində borc vermişdir. Lakin, Təqsirləndirilən şəxs söz verdiyi vaxtda pulu qaytarmadığından, o, öz pulunu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasını uzatmışdır. Sonuncu dəfə, xx.xx.2025-ci il tarixdə telefon danışığı zamanı Təqsirləndirilən şəxs borcun qaytarılmasını tələb etdikdə, sonuncu yenidən bəhanə gətirmişdir. Onların adətən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində görüşdüklərini nəzərə alaraq, həmin gün, yəni, xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs borcu nə üçün gecikdirdiyini soruşduqda, aralarında mübahisə yaranmışdır. Mübahisə gedişində Təqsirləndirilən şəxs onu döyərək başının sağ və sol qulaq nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə-Tibb Ekspertizasının xx.xx.2025-ci il tarixli, 292 saylı rəyində onun sağlamlığına yüngül xəsarət yetirildiyi göstərilmişdir. Lakin o, həmin ekspert rəyi ilə razı deyil. Təqsirləndirilən şəxsin onun qulaq nahiyəsinə vurduğu zərbələr nəticəsində sağlamlığında ciddi problemlər yaranmışdır. Belə ki, zərbə nəticəsində onun sağ qulağı artıq eşitmir, sol qulağında isə eşitmə qabiliyyəti xeyli zəifləyib. O, sağ qulaq pərdəsinin cırıldığını, hazırda sağ qulağı ilə eşitmə qabiliyyətinin tam itirildiyini bildirmişdir. Həmçinin gecə saatlarında qulaq nahiyəsində yaranan ağrılar səbəbindən yatmaqda çətinlik çəkir. Təqsirləndirilən şəxsin vurduğu zərbələr nəticəsində onun həm sağ, həm də sol qulaq üzrə eşitmə qabiliyyəti zədələnmiş, sağ qulağı tam kar vəziyyətinə düşmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi materiallarında olan "Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində fəaliyyət göstərən “Kristal” şadlıq sarayının yaxınlığında baş vermişdir (i.v. 8-9). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 292 nömrəli, 17 fevral 2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sağ qulaqda eşitmənin zəifləməsi, sağ qulaq seyvanının qançırı ilə müşayiət olunan sağ qulaq pərdəsinin (təbil pərdəsinin) travmatik perforasiyası (cırılması) müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v.22-23). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3.000 (üç min) manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. (i.v.56). "Sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 58-62). Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-237/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialıı üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 18 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Məhkəmə- Tibbi Ekspertiza və X1 gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1- ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı şikayət və tələbinin olmamasına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Məmmədova Günel
Məhkəmə qərarları › İş №1(008)-237/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-237/2025
14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver