Məhkəmə qərarları › İş №1(008)-239/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-239/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-239/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Əhmədov Vüqar Nəcəf oğlunun iştirakı ilə xx xxxxxxxx 1982-ci il tarixdə İmişli rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Sərxanlı kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu nömrəsiz evdə kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əvvəlcə xx xxxxxx 2019-cu il tarixdə, saat 12:00 radələrində gözətçi kimi işlədiyi və yaşadığı Zərərçəkmiş şəxs məxsus Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən nömrəsiz bağ evinin həyətində olan 4 mərtəbəli təmirsiz evin içərisində olan hər bağlamada 400 metr olmaqla iki ədəd bağlamada ümumilikdə 2.000 manat dəyərində elektrik naqillərini, sonra xx xxxxxx 2019-cu il tarixdə, saat 17:45 radələrində həmin 4 mərtəbəli təmirsiz evin 2-ci mərtəbəsindəki otaqların divarlarına bərkidilmiş ümumilikdə 1.500 manat dəyərində elektrik naqillərini, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində həmin 4 mərtəbəli təmirsiz evin digər mərtəbələrindəki otaqların divarlarına bərkidilmiş ümumilikdə 4.500 manat dəyərində elektrik naqillərini söküb, vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 8.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayından Həsən adlı şəxsə məxsus Bakı şəh., Sabunçu rayonu Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən bağ evində həm nəzarətçi kimi işləmiş və evin həyətində olan iki otaqlı evdə ailəsi ilə birlikdə yaşayırdi. Evin həyətində dörd mərtəbəli təmirsiz ev var və həmin ev Həsən adlı şəxsə məxsusdur. Həmin ev təmirsiz olsa da evin elektrik naqilləri çəkilmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 12:00 radələrində evin həyətindəki təmirsiz evin içərisində olan iki bağlama elektrik naqilini oğurlayıb yaşadığı evin həyətində yandıraraq mis şəklində saxlamış və bir neçə gün sonra səyyar metal qəbul edən tanımadığı şəxsə 40 manata satmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 17:45 radələrində o, yaşadığı evin həyətində yerləşən təmirsiz evin 2-ci mərtəbəsində yerlşən otaqlarıdakı divara bərkidilmiş elektrik naqillərini sökərək, evin həyətində yandıraraq mis şəkilə salmış və səyyar metal qəbul edən tanımadığı şəxsə 30 manata satmışdır. Sonuncu dəfə isə xx xxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində isə evin digər mərtəbələrində olan divara bərkidilmiş elektrik naqillərini sökərək həyətdə yandırmış, mis meatlı şəklinə salmış, bir neçə gün sonra səyyar metal qəbul edən şəxsə 50 manata satmış və pulunu xərcləmişdir. O, bu barədə ailə üzvlərimə deməmişdir. Evdən başqa heç bir şey oğurlamamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs Ədin oğlu ifadəsində göstərmişdir ki, onun Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən bağ evi vardır. Həmin bağ evinin həyətində yeni 4 mərtəbəli ev tikdirirdi, həmin ev təmirsizdir, lakin evin elektrik naqilləri çəkilmişdir. Təxminən 8-9 ay olar ki, Samir adlı şəxsə həmin bağ evinə nəzarətçi, gözətçi kimi baxmağı tapşırmışdır. Samirə bağ evinin həyətində olan 2 otaqlı evdə ailəsi ilə birlikdə qalmağı icazə vermişdir. Samir də həmin evdə ailəsi ilə qalmış və bağ evinə nəzarət etmişdir. xx xxxx 2020-ci il tarixdə qohumu Şamxal adlı şəxs ona məxsus həmin bağ evini Samir adlı şxsədən təhvil almaq üçün getmiş və 4 mərtəbəli evin elektrik kabellərinin sökülərək oğurlandığını aşkar edərək ona bu barədə məlumat vermişdir. O, da həmin evə gələn zaman Samirin evdə olmadığını arvadının evdə olduğunu görmüşdür. Təmirsiz evin divarlarına bərkidilmiş 4 mərtəbədəki otaqlardakı elektrik naqillərinin sökülərək oğurlandığını görmüşür. O, evin hər mərtəbəsinə 1.500 manat dəyərində elektrik naqilini çəkdirmiş, 4 mərtəbəyə ümumilikdə 6.000 manat dəyərində elektrik naqili çəkdirmişdir. Həmçinin evin içərisində olan iki bağlamada hər biri 400 metrlik bağalamada ümumilikdə 2.000 manat dəyərində elektrik naqillərinin də oğurlandığını aşkar etmişdir. Ona 8.000 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və onların birgə nikahından iki az yaşlı övladı vardır. Onlar təxminən 2019-cu ilin təxminən sentyabr ayından 2020-ci ilin mart ayının axırlarına kimi Həsən adlı şəxsə məxsus Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsi A.Salahzadə küçəsində yerləşən bağ evində yaşamışlar. Həyat yoldaşı Samir həmçinin həmin bağ evinə baxır, nəzarətçi işləyirdi. Onlar həmin bağ evinin həyətində olan iki otaqlı evdə yaşayırdılar. Həyətdə dörd mərtəbəli təmirsiz ev var və həmin ev də Həsən adlı şəxsə məxsusdur. Həmin ev təmirsiz olsa da evin elektrik naqilləri çəkilmiş, lakin evin qapı və pəncərəsi olmamış, ora təmirsiz olduğundan heç kim yaşamırdı. Həmçinin Samir həmin tikilmiş evə də nəzarət edir, özü isə aptekdə satıcı işlədiyi üçün səhər gedib axşam işdən evə gəlirdi. Samir isə az yaşlı övladları ilə birlikdə evdə qalırdı. Bir gün evə gələrkən az yaşlı qızı ona demişdir ki, atası, yəni həyat yoldaşı Samir evin həyətində elektrik naqillərini yandırmışdır. O, da Samirdən bu barədə soruşduqda Samir lazımısız elektrik naqillərinin yanıdırb satdığını demişdir. Bundan bir müddət sonra Samir yenə da yaşadığı evin həyətində elektrik naqillərinin yandırdığını görmüş və ondan bu barədə soruşduqda Samir ona həmin təmirsiz evdə olan lazımsız elektrik naqilləridir, onları yandırıb mis şəkilində satacağanı bildirmişdir. Ancaq Samirin həmin elektrik naqillərinin evin hansı hissəsindən götürdüyünü bilməmişdir. 2020-ci ilin mart ayının axırlarında Samir İmişli rayonuna getmişdir. Ev yiyəsi Həsən adlı şəxs evdən çıxmağın lazım olduğunu bildirmişdir. Sonra onlar evin həyətdə yerləşən təmirsiz evə baxan zaman evin elektrik naqillərinin orada olmadığını soruşduqda o, deyəsən Samirin yandırıb satdığını söyləmişdir. Bundan sonra ev sahibi Həsən adlı şəxs polisə şikayət etmişdir. O, Samirin elektrik naqillərini sökməsini və götürməsini görməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən - oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayətişinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Şirxanov Samir Kərimxan oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Kərimxan oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünürki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2020-ci iltarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 30). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 43). Cinayət işinin materiallarında olan 4(008)195/2020 saylı, 11 aprel2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 57). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» aprel 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcələlsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən «02»(iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar