Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-239/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İHakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 01 avqust 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2942A məhəlləsi, e 34, mənzil 74-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 1də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Kürçülər kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 2də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, 26 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2ci sahədə yerləşən nömrəsiz fərdi evin qarşısındakı küçədə, qardaşı Təqsirləndirilən şəxs2 ilə birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs borc formasında verdiyi pulunu geri istəməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxsər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgəyaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında, ucadan səs-küy salmaqla nalayiq sözlər işlədib öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək istintaqa məlum olmayan əlində olan bıçağı silah qismində istifadə edərək arxa hissəsi ilə, əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub sonuncuya “sağ gözyuvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı” xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “sağ göz almasının ağlı qişasına qansızıma” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 isə ucadan nalayiq sözlər işlədib əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub “sol gicgah nahiyəsinin qançırı” xəsarəti ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “baş beyin silkələnməsi” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 26 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2ci sahədə yerləşən nömrəsiz fərdi evin qarşısındakı küçədə, qardaşı Təqsirləndirilən şəxs1 ilə birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs borc formasında Təqsirləndirilən şəxs1 verdiyi pulunu geri istəməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxsər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgəyaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında, ucadan səs-küy salmaqla nalayiq sözlər işlədib öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub “sol gicgah nahiyəsinin qançırı” xəsarəti ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “baş beyin silkələnməsi” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Təqsirləndirilən şəxs1 isə istintaqa məlum olmayan əlində olan bıçağı silah qismində istifadə edərək arxa hissəsi ilə, əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub sonuncuya “sağ gözyuvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı” xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “sağ göz almasının ağlı qişasına qansızma” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs tərəfindən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atasının xalası oğludur, o, Həsəndən pul almışdır, onu da gecikdirmişdir. O, əməlini boynuna alır, səhv eləmişdir, iş bu yerə gəlib çatmışdır. Zərərçəkmiş şəxs özünə aid hissələri açıq-aydın desə də, ona telefonda dediyi sözləri demir. O, Həsənə telefonda demişdir ki, onun telefonlarına cavab vermək istəmir, çünki pul almış və pulu qaytara bilməyir. Həmin gün qardaşı Sərdar ona demişdirki, Həsən həyətlərinə gəlmişdir, demişdir ki, Cabit gəlsin onunla danışsın, söyüş söymüşdür. Hadisə günü ora Həsəni döymək üçün getməmişdir, o vaxt Xalqlar Dostluğunda olmuşdur, Həsən telefonda onu söyüb təhqir etmişdir, dostu Nadirə demişdir ki, onu maşınla məhəlləyə aparsın, Nadirlə birlikdə gəlmiş, həmin vaxt Sərdar məhəllədə olmuşdur. Onun üzərində bıçaq olmamış, əksinə həmin vaxtı Zərərçəkmiş şəxs belində oraq olmuşdur, o Həsəni vurmuşdur, Həsənin belindəki orağı Sərdar çıxartmışdır, həmin orağı müstəntiqə təqdim etsələrdə müstəntiq orağı ortaya çıxarmamışdır, sonradan müstəntiq onlara demişdir ki, Həsən deyir ki, 6000 manat versinlər şikayətini geri götürsün. Barışmaq üçün dəfələrlə cəhd etsələrdə Həsən barışmamış, 1000 manat pulu almaqdan imtina etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, pulu Həsəndən aprel ayında almış, bəzi problemləri olduğuna görə qaytara bilməmişdir, həmin vaxt avtoqəza keçirmiş, çətinlikləri yaranmışdır, buna görə də dəfələrlə Həsənə demişdir ki, hazırda borcunu qaytara bilmir. Hadisə vaxtı məhəllədə başqa insanlar olmuşdur, Sərdar Həsəni vurmamışdır, sadəcə belindən orağı götürmüşdür, Zərərçəkmiş şəxsla o dalaşmış, xəsarətlərin hamısını o vurmuşdur, orada heç kim söyüş söyməmişdir, telefonda Həsən onun ailəsinin ünvanına söymüşdür. Həsəni yumruqla vurmuş, əlində bıçaq olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onlara gələndə həyətdə olmuşdur, Həsən atası ilə danışmış, sonra çıxıb getmişdir. Üstündən bir saat keçmiş qardaşı Cabit zəng edib Həsəni soruşmuşdur. O da bildirmişdir ki, Həsən bir az əvvəl gəlmiş, atası ilə danışıb getmişdir, Cabitdə ona demişdir ki, Həsən onu yığıb söyüş söymüşdür. Həmin vaxt X2muş, Nadirlə hadisə yerinə gəlmişlər, o da öz şəxsi maşını ilə hadisə yerinə getmişdir. Zərərçəkmiş şəxs həyətdə olmuşdur, o, ora çatanda qardaşı Cabit hələ gəlməmişdir, Həsəndən soruşmuşdur ki, bəs niyə onlara söyüş söyür, istəmişdir ki, dava dalaş olmasın, aranı sakitləşdirsin, o Həsənlə maşında oturub söhbət eləmişdir, Həsən maşından düşüb qaçmış, maşının açarınıda onun üstünə atmışdır, həmin vaxtı maşından düşərkən görmüşdür ki, Həsənin belində kiçik oraq var. Qardaşına zəng etmiş, demişdir ki, Həsənin belində oraq var, Cabit ora gəldikdə Həsənlə dalaşmışdır, dalaşanda o, əlini atıb orağı Həsənin belindən götürmüşdür, amma o, Həsəni vurmamışdır. X8 vurmuşdur, Cabitin də onun da əlində bıçaq olmamışdır, dalaşarkən söyüş olmamışdır, kənarda adamlar olmuşdur. Orağı müstəntiqə təqdim etmişdir. O Cabiti aralayıb aparmışdır. Məhkəmə istntaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xalası nəvələridir, qohumdurlar. Tarix dəqiq yadında qalmadığı vaxtda yas yerində cümə axşamında olmuşdur, Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb pula ehtiyacı olduğunu demiş, ona pul verə bilib-bilməməyini soruşmuşdur, o da həmin vaxt ev tikdirmişdir, özünə də pul lazım olmuşdur, soruşmuşdur ki, nə vaxt qaytara biləcək. Çünki onu da gözləmişlər ki, pul verib qaz çəkdirsin. Cabit də 10-20 günə qaytacağını demiş, bildirmişdir ki, ona 1000 (min) manat lazımdır. Onun üstündə manat olmamış, dollar olmuşdur, axşam saat 8-də zəng etmiş, gecə 12-nin yarısında Cabit gəlmiş, aparıb qapıda 600 dolları vermişdir. Üstündən 10-20 gün keçmiş, hər dəfə zəng edəndə Cabit demişdir ki, narahat olmasın pulunu verəcək. Qohumun qırx mərasimində Cabitə yaxınlaşmış, Cabit ona demişdir ki, əlində 3 dənə maşın var, onları satıb 3-5 günə pulunu verəcək. Sonra da telefonlara cavab verməmişdir. 5 dəfə atasının yanına getmiş, o da demişdir ki, narahat olma. Onun yanında atası Cabitlə danışmış, 3 dəfə də evlərinə getmişdir, sonuncu dəfə gedendə atasına demişdir ki, oğlu pul istədi, o da vermişdir, atası da demişdir ki, ona deməmiş pul verilib, onun sözünü eşitmir, vur-öldür. O da Cabitin atasına demişdir ki, heç olmasa zəng et, bilsin ki, gəlmişdir pul istəyir. Cabit həmin vaxt ona telefonda demişdir ki, pulunu verəcək. O da bildirmişdir ki, təcili ona pul lazımdır, Cabit ona demişdir ki, “o boyda evi öz pulunla tikməmisən, oğurladığın pullarla tikmisən”. O da Cabitə ayrı cür cavab vermiş, o da həmin ifadəni özünə ana bacı söyüşü kimi qəbul etmişdir. Cabit ona demişdir ki, “ sən mənə anabacı söyüşü söyürsən?” Cabit ona gələcəyini demişdir, Cabitgilin həyətində xeyli gözləmiş, gəlmədiyini görüb, qaz işçisi ilə görüşməsi üçün həyətdən getmişdir, o, Cabitgilin həyətindən dolanıb gələndə görmüşdür ki, Cabit qarşıdan, Sərdar da arxadan gəlirlər. Maşınla gəlmişdilər, 5 nəfər maşından düşmüş, Cabit, Sərdar və 3 nəfər başqa adamlar olmuşdur. Yaxınlaşıb Cabit onunla salamlaşmış, Cabit ona demişdir ki, “sən mənim pulum ilə ev tikə bilərsən mi?”, həmin vaxt Cabitin əlində bıçaq olmuş, bıçağın dəmiri görünmüşdür, əlindəki bıçaqla onun gözünün altından vurmüşdur. Sərdar isə arxadan (əli ilə boynunun arxa hissəsini göstərərək) onu vurmuşdur. Əynindəki gödəkçəni başına keçirərək başlamışlar onu döyməyə, onun başına təpiklə vurmuşlar. Digər 3 nəfər ona yaxınlaşmamışlar. Sonra dönüb gedərkən, onları çağırıb demişdir ki, “Qayıt geri pulumu ver”. Hazırda təqsirləndirilən şəxslərlə barışmır, barışmaq fikri də yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, səs küyə məhəllədən heç kim çıxmamışdır, o heç kimi görməmişdir, sadəcə 3 nəfər Cabitlə gələnlər olmuşdur. Telefonla Cabitlə kobud formada danışmışdır, onun dediyi söz Cabitin xoşuna gəlməmişdir deyə ona demişdir ki gözləsin gəlir. Hadisə yanvar ayı gün batan vaxtı baş vermişdir, ətrafda o heç kimi görməmişdir, hadisə vaxtı baxmışdır ki, hər şey yerdədir, palçığın içində maşının açarını, telefonu tapıb götürmüşdür. Cabit də, Sərdar da onu vurmuşlar. 6000 manat pulu itmişdir, pulu götürdüklərini görməmişdir, telefonu gödəkçənin cibində olmuşdur. Onun üzərində heç nə olmamışdır, istintaqda olanda ona dəmir parçası kimi nəsə göstərmişlər ki, guya bu onun üzərində olmuşdur. Hadisə vaxtı heç kim söyüş söyməmişdir, yalnız Cabitlə o telefonda bir birlərini söymüşlər. Dəqiq görmüşdür ki, Cabitin əlində bıçaq var. Başına gödəkçəni keçirdiklərindən yerə yıxılarkən heç nə görməmiş, qarşılıq verə bilməmişdir. Məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr arasında ziddiyətlər olduğundan Zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Onun Ricay kimi tanıdığı Təqsirləndirilən şəxs1 onun anası Qəmərin xalası oğlu Canpoladın oğlu olmuşdur. Yəni, Cabit onun anasının xalası nəvəsi olmuşdur. 2022-ci ilin may ayında o, Canpoladın anasının yas mərasimində olan zaman Cabit ona yaxınlaşıb borc formasında 1000 manat pul verməsini xahiş etmişdir. O, Cabitə etiraz etməmiş, yas mərasimindən sonra Cabitə 600 ABŞ dolları pul vermişdir. Belə ki, onun üstündə manat məzənnəsi olmadığı üçün o, Cabitə 1020 manat təşkil edən 600 ABŞ dolları verməli olmuşdur. Cabit onun pulunu 10 gün müddətində qaytaracağına söz vermişdir. Lakin, həmin gündən on gündən artıq müddət keçməsinə baxmayaraq Cabitdən bir xəbər çıxmamışdır. O, Cabiti növbəti dəfə sonuncunun nənəsinin 40 yas mərasimində görüb pul barədə maraqlanmışdır. Cabit ona avtomobilinin olduğunu, üç-dörd gün ərzində həmin avtomobili satıb onun pulunu qaytaracağını demişdir. O, bir söz deməmişdir. Bir müddət keçməsinə baxmayaraq Cabit hər dəfə müxtəlif bəhanələr gətirib pulu qaytaracağını desə də, onun 600 ABŞ dolları pulunu qaytarmamışdır. 26 yanvar 2023-cü il tarixdə saat 18 radələrində o, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən digər evində olarkən mobil telefonla Cabitin istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng etmişdir. O, Cabitdən pulunu qaytarmasını tələb etmişdir. Onlar telefonda bir-biri ilə mübahisə etmiş və bir- birinə nalayiq sözlər demişlər. Cabit ondan harada olduğunu soruşmuş, o, Cabitə Şuşa şəhərciyində yaşadığı evin qarşısında olduğunu demişdir. Cabit orada gözləməsini və gələcəyini demişdir. Təxminən yarım saat müddətində o, yaşadığı evin qarşısında Cabiti gözləmiş, lakin, sonuncu gəlməmişdir. Saat 18:30 radələrində o, özünə məxsus “Toyota Prado” markalı avtomobilinə əyləşib yola düşmüş, evindən təxminən 500 metr məsafə aralaşdıqda qarşı və arxa tərəfdən iki avtomobilin gəldiyini görmüşdür. Qarşı tərəfdən gələn avtomobil onun idarə etdiyi avtomobilin qarşısında dayandırılmışdır. O, avtomobilindən düşmüş və Cabitin gəldiyini görmüşdür. Cabitin yanında qardaşı Sərdar və onun tanımadığı üç nəfər şəxs də olmuşdur. Cabit ona yaxınlaşmış və onların arasında borc pulun qaytarılmaması ilə bağlı sözlə mübahisə olmuşdur. Yaranmış münaqişə zamanı Cabit sol əlində saxladığı bıçağın tutacaq hissəsinin arxası ilə bir dəfə onun sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Cabitin qardaşı Sərdar onun üstünə hücum çəkərək yumruqla onun sol gicgah nahiyəsindən vurmuşdur. O, aldığı zərbələrdən yerə yıxılmış, Cabit və Sərdar təpiklə onun baş və sinə nahiyələrindən vurmağa başlamışlar. Sərdar və Cabitin yanında olmuş üç nəfər şəxs isə tamaşa etmiş, həmin şəxslər ona xəsarət yetirməmişlər. Bundan sonra onlar avtomobilə əyləşərək oradan getmişlər. O, özünə gəlməyə çalışmış və həmin vaxt cibində saxladığı 6000 manat pul və “İphone 14” markalı mobil telefonun cibində olmadığını aşkar etmişdir. O, ərazini gəzərək pulunu və mobil telefonunu axtarmış, lakin, tapa bilməmişdir. Bundan sonra o, 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə 26 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yaşadığı evdən təxminən 500 metr aralıdakı küçədə baş vermişdir. Həmin vaxt ətrafda tanımadığı şəxslər olmuşdur. Mübahisə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı o, heç kimə xəsarət yetirməmişdir. O, “İphone 14” markalı mobil telefonunu hadisədən iki gün sonra tapmışdır. Həmin mobil telefon onun əynində olmuş gödəkçənin sağ iç cibində olmuş, cibi cırıldığı üçün telefon gödəkçənin içərisinə düşmüşdür. O, gödəkçəsini yuyulmağa verərkən ailə üzvləri mobil telefonu tapmışlar. O, pulu tapa bilməmiş, pul naməlum şəraitdə itmişdir. Dava-dalaş zamanı Cabit və Sərdar, həmçinin, onların yanında olan şəxslər onun cibinə girməmişlər. Hadisə zamanı onun üstündə heç bir metal alət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, öz şəxsi işi ilə bağlı Cabitlə birlikdə X6 Aslanov istiqamətində getmişlər, Cabit telefonla danışmış, baxmışdır ki, danışa-danışa gərginləşir. Danışanda kimdənsə soruşmuşdur ki, haradasan?. Onlar geri Ramanaya qayıtmış, Ramanaya qayıdarkən Cabit ona demişdir ki, Zərərçəkmiş şəxs pul almış, lakin qaytara bilməmişdir. Aralarında pul barədə söhbət getmiş, telefonda söyüş söymüşlər, onlar Ramanaya çatanda Cabit maşından düşmüşdür, onlar ilk olaraq çatmış, sonra Sərdar gəlmişdir. Dalaşanda Cabit və Həsən hər ikisi birbirlərinə vurmuşlar. Əvvəlcə ayaq üstə dalaşmışlar, sonra Həsən yıxılmışdır, əvvəl Sərdar yaxınlaşmamış, sonra yaxınlaşıb Həsənin belindən nəsə çıxartmışdır. Sərdar Zərərçəkmiş şəxs vurmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ətrafda kimin olduğunu dəqiq bilmir, yəqin qonşular olardı, səhv etmirsə qadın olmamışdır, kişi olmuşdur, hadisə vaxtı hava qaranlıq olmuşdur. Sərdarın Həsənin belindən nəsə çıxardığını görmüş, həmin əşyanı birdə polis bölməsində görmüşdür, Sərdar onu polisə vermişdir, Sərdar Həsəni vurmamışdır, Sərdar Həsənin belindən nəsə çıxardıqdan sonra onların hər ikisi yaxınlaşaraq Cabitlə Həsəni ayırmışlar. Hadisə vaxtı Cabitin əlində bıçaq və ya hər hansı alət olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 07 may 2023-cü il tarixli qərardan görünür ki, fakta bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir( i.v.1); Zərərçəkmiş şəxs xx.xx.2023-cü i tarixli izahatından görünür ki, Zərərçəkmiş şəxs “... bizim aramızda mübahisə baş verdi. Mübahisə zamanı o qəfildən hansısa bir alətlə mənim sağ gözümdən bir dəfə vurdu, mən özümü itirərək yerə yıxıldım..., verilmiş suallara cavab olaraq...Ricayın əlində dəqiq hansı alət olduğunu bilmirəm... ” məzmunda izahat vermişdir(i.v.5-8); hadisə yerinə baxış keçirilməsi haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahədə yerləşən fərdi evin qarşısına baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur( i.v.09-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 Sabunçu rayon Şöbəsinin 06 fevral 2023-cü il tarixli 187 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ göz almasının ağlı qişasına qansızma, sol gicgah, sağ gözyuvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə baş beyin silkələnməsi və sağ göz almasının ağlı qişasına qansızma sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol gicgah, sağ gözyuvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir(i.v.24- 26); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmamışdır(i.v.38); 01 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs konkret olaraq kim tərəfindən yüngül xəsarətin yetirilməsi, yəni kimin əməlində cinayət tərkibinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından, CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək həmin cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.39); cinayət işinin icraata qəbul edilməsi və təzələnməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsil ilə olan cinayət işi icraata qəbul edilərək təzələnmişdir(i.v.41); 14 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.43); 14 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.61-64); 14 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.65-68); Şübhəli şəxsin tutulması haqqında 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:40 radələrində CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.77); Şübhəli şəxsin tutulması haqqında 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:10 radələrində CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.94); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir(i.v.106-107); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-911/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmiş, məhkəmə iclas zalından dərhal azad edilməsi qərara alınmışdır(i.v.155-161); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-912/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmiş, məhkəmə iclas zalından dərhal azad edilməsi qərara alınmışdır(i.v.162-168); Qətimkan tədbirinin seçilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.169); Qətimkan tədbirinin seçilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.173); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmamışdır(i.v.100); Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, hazırki cinayət əməlinin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, törədilmiş əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 26 yanvar 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. İlk növbədə Təqsirləndirilən şəxs1 əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 qohumu olan Zərərçəkmiş şəxs aldığı borcu qaytara bilməməsi səbəbindən Zərərçəkmiş şəxsla telefonda mübahisələri yaranmış, bir birlərini söyüb təhqir etmişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs1 hadisə yerinə gəlmiş, qardaşı Sərdar da oraya gəlmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Göstərilən xüsusatlar iş üzrə həm təqsirləndirilən şəxslərin, həm zərərçəkmiş şəxsin, həmçinin şahidin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrindən müəyyən edilmişdir ki, hadisə şəxsi münasibətlər zəminində qohumlar arasında baş vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs1 hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və borcu qaytara bilməməsi səbəbindən onu söyüb təhqir etməsinə qarşı olan cavab hərəkəti kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs1 ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət hadisəsinin 26 yanvar 2023-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz evin qarşısında küçədə baş verməsi göstərilmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “... hadisə gün batan vaxtı olmuş.....hadisə vaxtı orada yalnız Cabit, Sərdar və onlarla gəlmiş 3 nəfər şəxs olmuş, kənar şəxslər olmamışdır.... hadisə vaxtı söyüş olmamışdır”. Bundan başqa təqsirləndirilən şəxslərin və şahidin yuxarıda qeyd edilən ifadələri ilə də zərərçəkmiş şəxsin ifadəsində göstərilən həmin xüsusatlar, yəni hadisə zamanı havanın qaranlıq olması və heç kimin söyüş söyməməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamda göstərilən “ucadan səs-küy salmaqla nalayiq sözlər işlədib öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək” hissəsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təkzib edilmişdır. Təqsirləndirilən şəxslər və şahid məhkəmə istintaqı zamanı hadisə yerində kənar şəxslərin olmasını göstərsə də, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, hadisənin şahidi ola biləcək şəxslər dindirilməmiş, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs1 hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin telefon vasitəsilə bir birini söyüb təhqir etməsinin davamında baş verən mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs1 tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “ətrafdakı şəxslərin gözü qarşısında” zərərçəkmiş şəxsə bıçaqla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, istintaq orqanı həmin “ətrafdakı şəxslərin”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 verilmiş ittihamda “ ..əlində olan bıçağı silah qismində istifadə edərək arxa hissəsi ilə, əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub..” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərmişdir ki, “.. dəqiq görmüşdür ki, Cabitin əlində bıçaq var...”. Lakin, iş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Zərərçəkmiş şəxs “... bizim aramızda mübahisə baş verdi. Mübahisə zamanı o qəfildən hansısa bir alətlə mənim sağ gözümdən bir dəfə vurdu, mən özümü itirərək yerə yıxıldım..., verilmiş suallara cavab olaraq...Ricayın əlində dəqiq hansı alət olduğunu bilmirəm... ”məzmunda izahat vermişdir(i.v.5-8); Həmçinin, ittihamda istinad olunan bıçaq da maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə alınmış 27 yanvar 2023-cü il tarixli 187 nömrəli ekspert rəyində də zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərdən hər hansısa birinin bıçaqla yetirilməsi göstərilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırki cinayət işi 07 may 2023-cü il tarixdə CM-nin 128-ci maddəsi ilə başlanılmış, 01 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərara əsasən Zərərçəkmiş şəxs konkret olaraq kim tərəfindən yüngül xəsarətin yetirilməsi, yəni kimin əməlində cinayət tərkibinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək həmin cinayət işi üzrə icraat dayandırılmış, 14 dekabr 2023-cü il tarixdə CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraat təzələnmiş, nədənsə cinayət işi üzrə yeni hal müəyyən edilmədən, yeni sübut əldə edilmədən CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şəxslərin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs2 verilmiş ittihama münasibətdə məhkəmə qeyd edir ki, ona ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 26 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2ci sahədə yerləşən nömrəsiz fərdi evin qarşısındakı küçədə, qardaşı Təqsirləndirilən şəxs1 ilə birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs borc formasında Təqsirləndirilən şəxs1 verdiyi pulunu geri istəməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxsər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgəyaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında, ucadan səs-küy salmaqla nalayiq sözlər işlədib öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub “sol gicgah nahiyəsinin qançırı” xəsarəti ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “baş beyin silkələnməsi” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Təqsirləndirilən şəxs1 isə istintaqa məlum olmayan əlində olan bıçağı silah qismində istifadə edərək arxa hissəsi ilə, əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub sonuncuya “sağ gözyuvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı” xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “sağ göz almasının ağlı qişasına qansızma” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs tərəfindən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə istintaq orqanının sübutları zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “…Cabitgilin həyətindən dolanıb gələndə görmüşdür ki, Cabit qarşıdan, Sərdar da arxadan gəlirlər. Maşınla gəlmişdilər, 5 nəfər maşından düşmüş, Cabit, Sərdar və 3 nəfər başqa adamlar olmuşdur. Yaxınlaşıb Cabit onunla salamlaşmış, Cabit ona demişdir ki, “sən mənim pulum ilə ev tikə bilərsən mi?”, həmin vaxt Cabitin əlində bıçaq olmuş, bıçağın dəmiri görünmüşdür, əlindəki bıçaqla onun gözünün altından vurmuşdur. Sərdar isə arxadan (əli ilə boynunun arxa hissəsini göstərərək) onu vurmuşdur. Əynindəki gödəkçəni başına keçirərək başlamışlar onu döyməyə, onun başına təpiklə vurmuşlar. Digər 3 nəfər ona yaxınlaşmamışlar. Sonra dönüb gedərkən, onları çağırıb demişdir ki, “Qayıt geri pulumu ver”. Hazırda təqsirləndirilən şəxslərlə barışmır, barışmaq fikri də yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, səs küyə məhəllədən heç kim çıxmamışdır, o heç kimi görməmişdir, sadəcə 3 nəfər Cabitlə gələnlər olmuşdur. Telefonla Cabitlə kobud formada danışmışdır, onun dediyi söz Cabitin xoşuna gəlməmişdir deyə ona demişdir ki gözləsin gəlir. Hadisə yanvar ayı gün batan vaxtı baş vermişdir, ətrafda o heç kimi görməmişdir, hadisə vaxtı baxmışdır ki, hər şey yerdədir, palçığın içində maşının açarını, telefonu tapıb götürmüşdür. Cabit də, Sərdar da onu vurmuşlar. Pulu götürdüklərini görməmişdir, telefonu gödəkçənin cibində olmuşdur. Onun üzərində heç nə olmamışdır, istintaqda olanda ona dəmir parçası göstərmişlər ki, guya bu onun üzərində olmuşdur. Hadisə vaxtı heç kim söyüş söyməmişdir, yalnız Cabitlə o telefonda bir birlərini söymüşlər. Dəqiq görmüşdür ki, Cabitin əlində bıçaq var, Başına gödəkçəni keçirdiklərindən yerə yıxılarkən heç nə görməmiş, qarşılıq verə bilməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində isə göstərmişdir ki, “...Yaranmış münaqişə zamanı Cabit sol əlində saxladığı bıçağın tutacaq hissəsinin arxası ilə bir dəfə onun sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Cabitin qardaşı Sərdar onun üstünə hücum çəkərək yumruqla onun sol gicgah nahiyəsindən vurmuşdur. O, aldığı zərbələrdən yerə yıxılmış, Cabit və Sərdar təpiklə onun baş və sinə nahiyələrindən vurmağa başlamışlar. Sərdar və Cabitin yanında olmuş üç nəfər şəxs isə tamaşa etmiş, həmin şəxslər ona xəsarət yetirməmişlər. Bundan sonra onlar avtomobilə əyləşərək oradan getmişlər. O, özünə gəlməyə çalışmış və həmin vaxt cibində saxladığı 6000 manat pul və “İphone 14” markalı mobil telefonun cibində olmadığını aşkar etmişdir. O, ərazini gəzərək pulunu və mobil telefonunu axtarmış, lakin, tapa bilməmişdir. Bundan sonra o, 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə 26 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yaşadığı evdən təxminən 500 metr aralıdakı küçədə baş vermişdir. Həmin vaxt ətrafda tanımadığı şəxslər olmuşdur. Mübahisə təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı o, heç kimə xəsarət yetirməmişdir. O, “İphone 14” markalı mobil telefonunu hadisədən iki gün sonra tapmışdır. Həmin mobil telefon onun əynində olmuş gödəkçənin sağ iç cibində olmuş, cibi cırıldığı üçün telefon gödəkçənin içərisinə düşmüşdür. O, gödəkçəsini yuyulmağa verərkən ailə üzvləri mobil telefonu tapmışlar. O, pulu tapa bilməmiş, pul naməlum şəraitdə itmişdir. Dava-dalaş zamanı Cabit və Sərdar, həmçinin, onların yanında olan şəxslər onun cibinə girməmişlər. Hadisə zamanı onun üstündə heç bir metal alət olmamışdır. Göründüyü kimi, ibtidai istintaq zamanı Seyidov X1 yumruqla onu sol gicgah nahiyyəsindən vurmasını göstərsə də, məhkəmə istintaqı zamanı bu xüsusatla bağlı ifadə verməmiş, əksinə Sərdarın arxadan (əli ilə boynunun arxa hissəsini göstərərək) onu vurduğunu göstərmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərilən “Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub “sol gicgah nahiyəsinin qançırı” xəsarəti ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən” hissəsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmədə verilmiş suallara cavab olaraq hadisə zamanı başına gödəkçəni keçirdiklərindən yerə yıxılarkən heç nə görmədiyini bildirsə də, ibtidai istintaq zamanı yerə yıxılarkən Cabit və Sərdarın təpiklə onun baş və sinə nahiyələrindən vurmasını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsində hadisə zamanı palçığın içindən maşının açarını, telefonunu tapıb götürdüyünü göstərsə də, ibtidai istintaq zamanı o, pulunu və mobil telefonunu axtardığını lakin, tapa bilmədiyini, “İphone 14” markalı mobil telefonunu hadisədən iki gün sonra tapdığını göstərmişdir. Məhkəmə hesab edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutları toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər və hadisənin bilavasitə şahidi olmuş şəxsin ifadələrini dinləyərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ititihamın əsasını Zərərçəkmiş şəxs ifadəsi təşkil etmişdir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hadisə ilə bağlı ziddiyyətli ifadələri məhkəmədə əsaslı şübhələr yaratmışdır. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmişin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxslərin, eləcə də iş üzrə şahidin həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmadığı göstərilmişdir. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, “...Cabit ora gəldikdə Həsənlə dalaşmışdır, dalaşanda o, əlini atıb orağı Həsənin belindən götürmüşdür, amma o, Həsəni vurmamışdır. X8 vurmuşdur, Cabitin də onun da əlində bıçaq olmamışdır, dalaşarkən söyüş olmamışdır, kənarda adamlar olmuşdur. Orağı müstəntiqə təqdim etmişdir” Həmçinin bu xüsatla bağlı Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, ”..onun üzərində heç nə olmamışdır, istintaqda olanda ona dəmir parçası kimi nəsə alət göstərmişlər ki, guya bu onun üzərində olmuşdur”. İş üzrə Şahid verilmiş suallara cavab olaraq göstərmişdir ki, “..Sərdarın Həsənin belindən nəsə çıxardığını görmüş, həmin əşyanı birdə polis bölməsində görmüşdür, Sərdar onu polisə vermişdir, Sərdar Həsəni vurmamışdır.” Göründüyü kimi, həm zərərçəkmiş şəxs, həm təqsirləndirilən şəxslər, həmçinin şahid ifadələri ilə Təqsirləndirilən şəxs2 istintaq orqanına kiçik oraq təqdim etməsi öz təsdiqini tapsa da, bu xüsusatın aydınlaşdırılması ilə bağlı iş materiallarında hər hansı hala rast gəlinməmiş, həmin alətin iş üzrə zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər və ya şahidə tanınma üçün təqdim edilməsi müəyyən edilməmişdir. Halbuki, zərərçəkmiş şəxsin üzərində kiçik orağın olması xüsusatı hadisə yerinə dalaşmaq məqsədilə getməsini təsdiq edir ki, bu da əməlin hüquqi tövsifinə təsir edən amil olmasına baxmayaraq ibtidai istintaq orqanı bu xüsusatı araşdırmamışdır. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla uzlaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilər. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs2 istinad edilən əməli törətmələrinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə istintaq orqanı tərəfindən “alınmış”, məhkəmə istintaqı zamanı isə elə həmin şəxslərin özləri tərəfindən təkzib edilmiş ifadələr ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək tamamlanmır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 Canpoad oğluna elan edilmiş ittihamın əsasını təşkil edən Zərərçəkmiş şəxs barəsində verilmiş tibbi ekspert rəyi, yalnız həmin rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Ekspert rəyi, həmin xəsarətlərin məhz Təqsirləndirilən şəxs2 Canpoad oğlu tərəfindən törədilməsini təsdiq edən sübut növü deyildir. Həmçinin məhkəmə qeyd edir ki, 06 fevral 2023-cü il tarixli 187 saylı ekspert rəyinin təsviri hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz almasının ağlı qişasına qansızma obyektiv müayinə zamanı aşkar olunsa da, baş beyin silkələnməsi ekspertlərin obyektiv müayinəsi zamanı deyil, ekspertizaya təqdim edilmiş X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 200 saylı arayışa əsasən müəyyən edilmişdir. Beləliklə, nə istintaq orqanı nə zərərçəkmiş şəxs baş beyin silkələnməsinin hansı şəraitdə hansı zərbədən yarandığını müəyyən edə bilməmiş, sırf ehtimallara əsaslanaraq həmin xəsarətin Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsi göstərilmişdir. Eləcə də, ekspert rəyində də hansı zərbələrin baş beyin silkələnməsinə səbəb olması göstərilməmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə bir daha qeyd edir ki, yuxarıda qeyd edilən hallar, hər iki təqsirləndirilən şəxsin əməlində xuliqanlıq əməlinin olmasını istisna edir. Belə ki, Təqsirləndirilən şəxs2 Canpoad oğlunun hadisə yerinə getməsinin məqsədi qardaşı Təqsirləndirilən şəxs2 ilə qohumu Zərərçəkmiş şəxs arasında borc pul məbləğini qaytara bilməməsi səbəbindən telefonda bir birlərini söyüb təhqir etməsinin davamı kimi baş vermiş münaqişənin qarşısını almaq olmuşdur. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərərçəkənlə təqsirləndirilən şəxslərin və şahidin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən Zərərçəkmiş şəxs ziddiyyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi hazırkı material üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından, xəsarətlərin Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X7 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmələri üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirlilikləri sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 tərəfindən CM-nin 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 Sərdar oğlunun himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Sərdar oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Sərdar oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona əsas cəza kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Sərdar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Sərdar oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 Sərdar oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 Sərdar oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 Sərdar oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 Sərdar oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 42, 344-347, 349-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-239/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-239/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver