Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-24/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-cı ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, Salyan rayonu,Y.Uluxanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, yeni tikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətiylə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 icarəsində olan işlətdiyi ünvan 1 saylı ünvanda yerləşən “Amal” marketin qarşısına gəlib, marketin plastik qapısının kilidini sıxıb sındırmaq yolu ilə saxlanc yeri hesab edilən marketə qanunsuz daxil olub oradan ümumi 1500 manat dəyərində bir qutusu 3 manat 30 qəpik olan 50 qutu “Sobranie”, bir qutusu 2 manat 50 qəpik olan 80 qutu “Kent”, bir qutusu 2 manat 80 qəpik olan 80 qutu “Vinston”, bir qutusu 2 manat 20 qəpik olan 40 qutu “LD”, bir qutusu 1 manat 50 qəpik olan 80 qutu “VİNCESTR”, bir qutusu 1 manat 20 qəpik olan 80 qutu “Klassik”, bir qutusu 1 manat 50 qəpik olan 110 qutu “Palmal”, bir qutusu 1 manat 50 qəpik olan 50 qutu “NZ”, bir qutusu 1 manat 50 qəpik olan 70 qutu “Keno ”, bir qutusu 2 manat 80 qəpik olan 35 qutu “Davıdov”, bir qutusu 1 manat 60 qəpik olan 60 qutu “Vest ”,qutusu 1 manat olan 68 qutu “Prima” markalı siqaret məhsullarını gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətiylə özgənin əmlakını talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, İnşaatçılar küçəsi, 58A ünvanında yerləşən evinə 2019-cu ilin avqust ayının əvvəllərində gecə radələrində pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 mənzilində olan 1300 manat dəyərində kombi batareyalarını, 200 manat dəyərində hamam qızdırıcısını, 50 manat dəyərində köhnə televizorunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 cəmi 1550 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, oğurluq etdiyinə görə bir-neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Masallı Rayon Məhkəməsinin 1(050)-69/2019 saylı, xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Jinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası ilə əlaqədar Salyan rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış, lakin ona elektron nəzarət vasitəsi tətbiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona ittiham elan olunsa da, qeyd olunan oğurluq cinayətləri onun tərəfindən törədilməmişdir. O, bildirmişdir ki, bütün qeyd edilənlər ona qarşı atılan şər və böhtandır. Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında polis əməkdaşları tərəfindən dəfələrlə döyülməsi nəticəsində özünə qarşı izahat verib hansısa sənədləri imzalamışdır. Bu barədə ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora ərizə ilə müraciət etsə də, müraciətin nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. İbtidai istintaq orqanı ibtidai araşdırma zamanı ünvan 1 saylı ünvanında yerləşən “Amal” marketdən edilmiş oğurluğun onun tərəfindən törədildiyini bildirsə də, marketin videomüşahidə kameralının qeydə aldığı görüntülərdən aydın şəkildə görünür ki, hadisəni törədən şəxsin əlamətləri onun əlamətləri ilə üst-üstə düşmür. Həmçinin, həmin şəxsin əllərində fiziki qüsur və ya döymə yoxdur. Onun isə əvvəlki məhkumluğu zamanı əlinə döymə edilmişdir. Bundan əlavə, hadisə yerindən oğurluq etmiş şəxsin əl-barmaq izləri götürülmüş, iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyində həmin əl-barmaq izlərinin ona aid olmadığı göstərilmişdir. İttihamda onun təkrarən tamah niyyətiylə 2019-cu ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, İnşaatçılar küçəsi, 58A ünvanında yerləşən evə daxil olaraq kombi batareyaları, hamam qızdırıcısı, köhnə televizoru oğurlaması qeyd olunsa da, 2019-cu ilin avqust ayında ümumiyyətlə Sabunçu rayonu, İnşaatçılar küçəsi ərazisində olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün ifadənin yerində yoxlanılması zamanı sadalanan əşyaların onun tərəfindən oğurlandığını bildirmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən “Amal” marketi icarə əsasında 2019-cu ilin fevral ayında işlədir və bir nəfər Elnarə adlı satıcısı var. xx xxx 2019 tarixdə o, dükanı saat 00:30-da bağlayıb evə getmiş, saat 06:55-də gəldiyi zaman dükanın plastik qapısının kilidinin sındığını və açıq olmasını aşkar etmişdir. Dükana daxil olub ətrafa nəzər yetirdikdən sonra siqaretlərin oğurlanmasını aşkar etmişdir. O, dərhal bu barədə 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra hadisə yerinə polislər gəlmiş, o, ərizə və izahat yazmışdır. Mağazanın videomüşahidə kameralarının qeydə aldığı görüntülərə baxdığı zaman müəyyən etmişdir ki, gündüz saatlarında 26-27 yaşlı üzü tüklü bir nəfər oğlan dükana daxil olaraq heçnə almadan oranı gəzib ətrafa nəzər yetirir. xx xxx 2019-cu il saat 05 radələrində üzündə maska olan şəxs əlindəki dəmir parçası ilə dükanın plastik qapısının kilidini sındırıb, oraya daxil olur və müxtəlif markalı siqaretləri sellofana yığaraq oradan uzaqlaşır. Hadisə nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. İbtidai İstintaq zamanı zamanı o, təqsirləndirilən şəxslə üzləşdirilməmiş, ifadənin yerində yoxlanılmasında iştirak etməmişdir. Həmçinin o, bildirmişdir ki, mağazanın videomüşahidə kameralarının qeydə aldığı görüntülərdəki şəxslə Təqsirləndirilən şəxs arasında bənzərlik yoxdur və onların zahiri əlamətləri üst-üstə düşmür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, İnşaatçılar küçəsi, 58A ünvanında yerləşən sahəsi 220 kvadratmetr olan, iki mərtəbəli ev ona məxsusdur. Həmin evdə əvvəllər yaşayış olsa da, təxminə 3-4 ildir orada heç kəs yaşamır. xx.xx.2019-cu il saat 15 radələrində evə gəlib baxarkən pəncərənin dəmir barmaqlıqlarının sındırıldığını və evdən oğurluq edilməsini aşkar etmişdir. Daha sonra, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət sonra polis əməkdaşları oraya gəlmişdir. Ona məxsus evə baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, oradan 1300 manat dəyərində kombi aparatının batareyaları, 50 manat dəyərində köhnə televizor, 200 manat dəyərində su qızdırıcısı oğurlanıb. Oğurluq nəticəsində ona 1550 manat zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 9-10 aydır ki “Amal” marketdə satıcı işləyir. xx xxx 2019-cu ildə günorta saatlarında əvvəllər tanımadığı 25-27 yaşlı oğlan mağazaya daxil olaraq bir-neçə dəqiqə mağazanı gəzmiş, ondan dondurmaların qiymətini soruşmuşdur. Daha sonra, ətrafa diqqətlə nəzər yetirib, heçnə almadan mağazadan çıxaraq getmişdir. xx xxx 2019-cu il tarixdə dükana gəldiyi zaman siqaretlərin oğurlandığını bilmişdir. Daha sonra, mağazanın videomüşahidə kameralarının qeydə aldığı görüntülərə baxdığı zaman müəyyən etmişdir ki, gündüz saatlarında mağazaya gələn şəxslə, gecə vaxtı mağazadan oğurluq edən şəxsin zahiri əlamətləri üst-üstə düşür. Həmçinin bildirmişdir ki, videogörüntülərdəki şəxs Təqsirləndirilən şəxs deyil. İbtidai istintaqda təqsirləndirilən şəxsin tanıması zamanı həyəcanlı olduğu üçün səhvən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan xx xxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, E.Məhərrəmovun, V.Əhmədovun və Zərərçəkmiş şəxs1 iştirakı ilə ünvan 1 saylı ünvanda yerləşən “Amal” marketə baxış keçirilmiş, baxış zamanı siqaretlərin yerləşdiyi rəfdən siqaretlərin oğurlandığı aşkar edilmiş və hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. Cinayət işinin 23-cü vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, N.Əliyevin, R.Babayevin və Zərərçəkmiş şəxs2 iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, İnşaatçılar küçəsi, 58A ünvanında yerləşən evə baxış keçirilmiş, baxış zamanı kombi batareyalarının, hamam qızdırıcısının, köhnə markalı televizorun oğurlandığı aşkar edilmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, xx.xx.2019 tarixdə Zərərçəkmiş şəxs1 icarəsində olan işlətdiyi ünvan 1 saylı ünvanda yerləşən “Amal” marketdən edilmiş oğurluğun videogörüntülərini özündə əks etdirən disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan xx xxxxxxxx 2019-cu il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 115-116-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-401/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanılmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 141-147-ci vərəqələrində olan Masallı Rayon Məhkəməsinin 1(050)- 69/2019 saylı, xx xxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarında olan Salyan Rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-69/2019 saylı, xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin məhkum yeni cinayət törədərək tutulduğuna görə qeydiyyata alınmamış və ona təyin edilmiş cəzanın heç bir hissəsini çəkməmişdir. Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 154 (yüz əlli dörd) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/289 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papilyar naxış izləri və 2 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 icarəsində olan işlətdiyi marketin plastik qapısının kilidini sındırmaq yolu ilə saxlanc yeri hesab edilən marketə qanunsuz daxil olub oradan ümumi 1500 manat dəyərində əmlakın gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ziyan vurmaqla oğurluq etməsi irəli sürülmüş ittiham üzrə cinayət hadisəsinin onun tərəfindən törədilməsi sübuta yetmir. Belə olan halda istintaq orqanı Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətiylə özgənin əmlakını talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, İnşaatçılar küçəsi, 58A ünvanında yerləşən evinə 2019-cu ilin avqust ayının əvvəllərində gecə radələrində pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 mənzilindən əmlakı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 cəmi 1550 manat ziyan vurmaqla oğurluq etməsi hissəsində 177.2.2-ci maddəsi irəli sürülmüş ittiham artıq təkrarçılıq yaratmadığından Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirərək ittiham etməkdə düzgün nəticəyə gəlməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddələrində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddələri cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddələrində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddələri hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edirlir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); Həmin Məcəllənin 350-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 346.1.1-346.1.4-cü maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi; cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib yetirilmədiyi. Məhkəmə hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddələrinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddələrinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar «Təqsirləndirilən şəxs tamah niyyətiylə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 1 saylı ünvanda yerləşən “Amal” marketinə qanunsuz daxil olub, oradan ümumi 1500 manat dəyərində məhsulları gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ziyan vurmaqla oğurluq etməsi» təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış məhkəmə istintaqı zamanı əldə edilmiş yeni və mötəbər sübutlar da həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 42.2-ci və 42.2.4-cü maddələrində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Belə ki, Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 1 saylı ünvanda yerləşən “Amal” marketin videomüşahidə kameralarının qeydə aldığı görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, xx xxx 2019-cu il saat 05 radələrində “Amal” marketdən oğurluq edən şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşmür. Həmçinin, həmin şəxsin əllərində fiziki döymə (tatu) nəzərə çarpmır, Təqsirləndirilən şəxs isə əlinə döymə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/289 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş“Amal” marketdən götürülmüş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən qoyulmuşdur. Bu epizod məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla sübuta yetmədiyindən onun barəsində həmin epizod üzrə bəraət hökmü çıxarılmalıdır. Belə olduğu halda məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs bəraət verilmiş hissədə cinayət törətmiş şəxs müəyyən edilmədiyindən həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin həmin hissəyə dair materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Təqsirləndirilən şəxs izah edilməlidir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib və iş materiallarını hərtərəfli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən tamah niyyətiylə özgənin əmlakını talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus evindən əmlakı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 cəmi 1550 manat ziyan vurmaqla oğurluq etməsi epizodundan təkrarçılıqla bağlı tövsifi çıxarılmaqla məhkəmə iclasında araşdırılmış sübutların müqayisəli məcmusu, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər subatlarla sübuta yetirildiyindən onun əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxxx 2019-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)- 69/2019 saylı, xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 10 (on) ay 20 (iyirmi) günü hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut xx.xx.2019 tarixdə Zərərçəkmiş şəxs1 icarəsində olan işlətdiyi ünvan 1 saylı ünvanda yerləşən “Amal” marketdən edilmiş oğurluğun videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işini materiallarında saxlanılmalıdır. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 154 (yüz əlli dörd) manat 46 (qırx altı) qəpik məbləği dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.3, 61, 62, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə «…xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 işlətdiyi marketə qanunsuz daxil olub oradan ümumi 1500 manat dəyərində əmlakın gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ziyan vurmaqla oğurluq etməsi» hissəsinə onun Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən həmin epizod üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs əməlindən «…tamah niyyətiylə özgənin əmlakını talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, İnşaatçılar küçəsi, 58A ünvanında yerləşən evinə 2019-cu ilin avqust ayının əvvəllərində qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 əmlakını gizli olaraq talayaraq 1550 manat ziyan vurmaqla oğurluq etməsi» epizodundan təkrarçılıqla bağlı tövsif çıxarılmaqla o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-69/2019 saylı, xx xxxxx 2019cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 10 (on) ay 20 (iyirmi) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 11 (on bir) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (il) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. ünvan 1 saylı ünvanda yerləşən “Amal” marketdən edilmiş oğurluğun videogörüntülərini özündə əks etdirən DVD disk cinayət işi materialında saxlanılsın. Məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 154 (yüz əlli dörd) manat 46 (qırx altı) qəpik məbləği dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs bəraət verilmiş epizod üzrə cinayət törətmiş şəxs müəyyən edilmədiyindən, həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin həmin hissəyə dair materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs izah edilsin ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-24/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-24/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver