Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-24/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1993-cü il tarixdə Saatlı rayonu, Qara Nuru kəndində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi ev 32, mənzil 55-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, xx xxxxxx 1991-ci il tarixdə Saatlı rayonu, Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi ev 32, mənzil 55də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq təcridxanasına saxlanılan-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 01 dekbr 2021-ci il tarixdə, saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu Kürdaxanı qəsəbəsi «Ləhiş Bağları» yaşayış massivi, A.Abdullayev küçəsi dalan 45, 106 nömrəli torpaq sahəsində inşa edilən yarımtikilinin həyətinə qanunsuz daxil olaraq, yaşayış sahəsi olan yarımtikilinin birinci mərtəbəsindən bir ədədinin dəyəri 15 manat olan 1.650 manat dəyərindəkı 110 ədəd dəmir dirəkləri, həmçinin saxlanc yeri olan yarımtıkının həyətindən 100 manat dəyərindəkı 1 ədəd su sayğacını gizli olaraq talayıb, zərərçəkmış Zərərçəkmiş şəxs1 1.750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi-0.510 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamıni əldə edib üzərində saxlamaqla daşımış və 22 dekabr 2021-ci il tarixdə, saat 17:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin xidmət etdiyi inzibati ərazisi olan Abşeron rayonu, Məhəmmədi qəsəbəsi Məhəmmədi dairəsi yaxınlığında özünü şübhəli apardığına gorə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X12 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, Sabunçu RPİ-in 15-ci Polis Bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan goy rəngli cins şalvarının sağ yan cibindən bır ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi-0.510 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs2 20 oktyabr 2021-ci il tarixdə, saat 02:00 radələrındə özgənin əmlakını gizli olaraq talama məqsədilə X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi «Ləhış Bağlan» yaşayış massivi 26-cı dalanda yerləşən yarımtikilınin həyətinə qanunsuz daxil olaraq, yaşayış sahəsi olan yarımtikilinin içərisindən bır ədədinin dəyəri 40 manat olan cəmi 2.000 manat dəyərində 50 ədəd dəmir dirəkləri olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 2.000 manat maddi ziyan vurmaqla oğurluq etmişdi6r. Bundan başqa o, 02 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi «Ləhiş Bağları» yaşayış massivi, Arif Abdullayev küçəsi dalan 45, 106 nömrəli torpaq sahəsində inşa edilən yarımtikilinin həyətinə qanunsuz daxıl olaraq, yaşayış sahəsi olan yarımtikilinin birinci mərtəbəsindən bir ədədinin dəyəri 15 manat olan cəmi 1650 manat dəyərindəki 110 ədəd dəmir dirəkləri, həmçinin saxlanc yeri olan yarımtikinın həyətindən 100 manat dəyərindəki 1 ədəd su sayğacını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 1.750 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Bundan başqa o, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.583 qram ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə olan metamfetaınini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Məmmədli qəsəbəsi, Məmmədli dairəsinin yaxınlığına daşımış və 22 dekabr 2021-ci tarixdə, saat 19:00 radələrində həmin ünvanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əlahıddə X12 8-ci Patrul Bölüyü əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılaraq Sabunçu RPİ-in 15-ci Polis Bölməsinə gətirilmiş, orada vıdeoçəkılış ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bır ədəd bükümdə təmiz çəkisi 0.583 qram ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. 02 dekabr 2021-ci il tarixdə qardaşı Rauf ilə birlikdə kirayə yaşadığı evdə olarkən oğurluq etmək qərarına gəlmişlər. Çünki həmin vaxt pula ehtiyacları olmuşdur. Buna görə də beton tökülməsində istifadə edilən dəmir dirəkləri oğurlamaq qərarına gəlmişlər və planlaşdırmışlar ki. Bakı şəhəri, Sabunçu rayonu Ləhiş Bağları adlanan əraziyə gedib oradan oğurluq etsinlər, çünki orada yeni tikililərin çox olmasını bilmişlər O, və Rauf «Məmmədli dairəsi» adlanan ərazidə tanımadığı taksi fəaliyyəti ilə məşğul olan «Opel» markalı dövlət qeydiyyat nişanını bilmədikləri avtomobilə minərək, «Ləhiş Bağları» adlanan əraziyə gəlmişlər. Onlar piyada boş ev axtarmışlar və boş ıkı mərtəbəli tikilməkdə olan ev görmüşlər, oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin evin ətrafına daş hasar inşa edilsə də qapısı olmamışdır. Buna görə də içəri daxil olmuşlar və yarımtikilinin içərisinə daxıl olmuşlar Orada təxminən 100-110 ədəd dəmir dirək yerə yığılmışdır. Buna görə də onları oğurlamaq qərarına gəlmişlər.O və qardaşı Rauf köməkli həmin dirəkləri evin çöl tərəfinə çıxarıb, divarın arxa tərəfində toplamışlar. Həmin vaxt saat 02:00 radələri olmuşdur. Fikirləşmişlər ki, gecə evə gedib qalaq səhər də aparıb satarlar. Bundan sonra qardaşı ilə kirayə yaşadığı evə gəlmişlər və gecə qaldıqdan səhəri avtomobil tapmaq üçün Sabunçu rayonu, Prşağı qəsəbəsinə gəlmişlər və yolun kənarında dayanaraq oradan keçən yol maşınlarına əl edən zaman «Qazel» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil saxlamış və orta yaşlı sürücüyə qardaşı Rauf demiş ki, evinin tikintisində istifadə etdiyi dirəkləri «Dəməgül» adlanan əraziyə aparıb satmaq lazımdır. Bundan sonra həmin avtomobil ilə dəmir dirəkləri oğurladığı evə gəlmişlər və oradakı dirəkləri həmin avtomobilə yükləmişlər, «Dərnəgül» adlanan əraziyə gələrək orada Elsəvər adlı şəxsə qardaşı həmin dirəkləri satmışdır. Həmin dirəkləri 8-10 manatdan qardaşı satmışdır və əldə etdikləri pulları isə bır neçə gün ərzində xərcləyib qutarmışlar. Patı kimi tanıdığı psixotrop maddə metamfetamindən falqada çəkmə yolu istifadə edir, istifadə etdiyi psıxotrop maddələri Bakı şəhəri, ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alırdı. 22 dekabr 2021-ci il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu. Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata istifadəsi üçün bır ədəd siqaretin gümüşü rəngli kağız bükümündə psixotrop maddə metamfetamın almışdır. Həmin bükümüdə üzərində saxlamış ki, sonra istifadə edər. Lakin həmin gün təxminən saat 17:30 radələrində Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, «Məhəmmədi dairəsi» yaxınlığında olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq X12 əməkdaşları olduqlarını bildirərək adı və soyadı soruşmuşlar, şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin həmin vaxt üzərində heç bir sənəd olmadığı üçün polis əməkdaşlarına sənəd təqdim edə bilməmiş, cibində psixotrop maddə olduğundan tez bir zamanda oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər. Polis əməkdaşları onun üzərində psixotrop maddənin olmasından şübhələnmişlər. Ona Sabunçu RPİ-in 15-ci Polis Bölməsinə getməyi təklif etmişdilər. O da səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə Sabunçu RPİ-in 15ci Polis Bölməsinə getmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra otaqların birində, polis əməkdaşlarından biri ona polis əməkdaşları tərəfindən nə uçun polis bölməsinə gətirildiyini soruşmuş, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün polis bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona huquq və vəzifələri izah etmiş və video çəklış vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuşdur. O da etiraz etməmiş və bundan sonra polis əməkdaşı üzərində oian qanunla istifadəsi qadağan olunmuş əşyanı, predmetı və maddəni təqdim etməyim xahiş etmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin büküm polis əməkdaşı tərəfindən açılqdıqa içərisindən istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin aşkar edilmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Məmmədli qəsəbəsi Ə.Əliyev ev
32. mənzil 55-də yaşayır. Təqsirləndirilən şəxs1 onun qardaşıdır. 02 dekabr 2021-ci il tarixdə Raul ilə birlikdə kirayə yaşadıqları evdə olarkən pula ehtiyacları olduğundan Bakı şəhəri, Sabunçu rayonu, «Ləhış Bağları» adlanan əraziyə gedib oradakı sahibsiz evlərdən beton tökülməsində istifadə edilən dəmir dirəklən oğurluq etməyi planlaşdırmışlar və bundan sonra qardaşı Raul ilə birlikdə Sabunçu rayonu, «Məmmədəli dairəsi» adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olan «Opel» markalı dövlət qeydiyyat nişanını bilmədiy avtomobilə minib, «Ləhiş Bağları» adlanan əraziyə gəlmişlər. Onlar piyada boş ev axtarmışlar və sahibsiz tikilməkdə olan iki mərtəbəli evi görüb oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin evin ətrafına daş hasar inşa edilsə də qapısı olmamış, eləcə də evə kimsə nəzarət etməmişdir. Buna görə də əvvəlcə tikilinin həyətinə və sonra isə içərisinə daxil olaraq oradan yerə yığılmış təxminən 100-110 ədəd dəmir dirəkləri qardaşı Raul köməkli həmin dirəkləri evin çöl tərəfinə çıxarmışlar və divarın arxa tərəfində toplamışlar. Həmin vaxt saat 02:00 radələri idi. Fikirləşmiş ki, gecə evə gedib qalaq səhər də aparıb satsınlar. Bundan sonra qardaşı ilə birlikdə kirayə yaşadıqları evə gəlmişlər və gecə qaldıqdan sonra səhəri gün avtomobil tapmaq üçün Pirşağı qəsəbəsinə gəlmişlər və yolun kənarında dayanaraq oradan keçən yol avtomobillərinə əl etmişlər. Həmin zaman «Qazel» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil saxlamış və sürücüsünə həmin dirəkləri «Dərnəgül» adlanan əraziyə aparıb satmaq istədiyini demişdir. Bundan sonra həmin avtomobil ilə dəmir dirəkləri oğurladıqları evə gələrək oradakı dirəkləri həmin avtomobilə yükləyib «Dərnəgül» adlanan əraziyə gəlmişlər və orada Elsəvər adlı şəxsə qardaşı həmin dirəkləri təxminən 1.000 manat müqabilində satmışdır. Həmin dirəkləri 8-10 manatdan satmış, əldə etdikləri pulları isə bir neçə gün ərzində xərcləyib qutarmışlar. Bundan başqa 2021-ci ilinin oktyabr ayının ortalarında o, Bakı şəhəri Sabunçu rayonu «Ləhiş Bağları» adlanan ərazidə gəzən zaman görmüşmüş kı, həmin Ləhiş bağları 26-cı dalanda yerləşən torpaq sahəsində tikinti işləri gedir və orada tikintidə istifadə edilən dəmir dirəklər var və həmin dirəkləri oğurlayıb satmaq qərarına gəlmişdir Elə bu məqsədlə 20 oktyabr 2021-ci il tarixdə, saat təxminən 02:00 radələrındə Ləhiş bağları, 26-cı dalanda yerləşən həmin tikinti işlər gedən torpaq sahəsinə getmiş və ora qapını açıb içəri daxil olmuşdur. Orada o, təxminən 25-30 ədəd dəmir dirəklər daşıyaraq yol kənarına çıxarmış və səhərə yaxın isə yoldan təsadüfən saxladığı «Qazel» markalı avtomobillə həmin dəmir dirəkləri aparıb Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Dərnəgül» bazarı adlanan yerdə Elsevər adlı şəxsə dəmir dirəyin birini 8-10 manat olmaqla samış, həmin dirəklərə görə təxminən 250 manat pul almış, 50 manatını «Qazel» markalı avtomobilin sürücüsünə vermiş, yerdə qalan 200 manat pulu isə öz ehtiyacı üçün xərcləmişdir. O, 22 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manat müqabilində «şüşə» kimi adını bildiyi psixotrop maddə olan metamfetamini almış və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükərək üzərində saxlamışdır. 22 dekabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Məmmədli qəsəbəsində yerləşən Məmmədli dairəsinin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirib, onu 15-ci Polis Bölməsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və onlarla birlikdə 15-ci Polis Bölməsinə gəlmişdir. Sabunçu RPl-in 15-ci Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra Polis Bölməsinin xidməti otaqlardan birində şəxsi axtarış keçirilən zaman ilkin olaraq üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmiş və bu səbəbdən əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş adını «şüşə» kimi bildiyim psixatrop maddə olan metamfetamini könüllü şəkildə təhvil vermişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Kürdaxanı qəsəbəsi, «Ləhiş Bağları» A.Abdullayev küçəsi dalan 45, 106 nömrəli torpaq sahəsini bələdiyyə sənədi əsasında anası X.R.Məlikovanın adına almış və orada 2020-cı ilin son aylarında həmin torpaq sahəsində 10x15 metr ölçülərində 2 mərtəbəli ev tikdirməyə başlamışdır. Həmçinin həmin evin hər bir tərəfinə daş hasar hördürmüş, lakin giriş darvazası olmamışdır. O, həmin evin tikintisində beton tökmək məqsədilə istifadə etmək üçün 150 ədəd hər birini 33.50 qəpikdən dəmir dirəklər almışdır. Həmin dirəkləri ustalar evin 1-ci mərtəbəsində və ikinci mərtəbəsində istifadə etmişlər. Evə həmin vaxt Şahid2 nəzarət etmiş və sonuncunu 17 noyabr 2021-ci il tarixdə evə yaxşı nəzarət etmədiyinə görə işdən çıxartmışdır. Bundan sonra həmin evə kimsə nəzarət etməmiş, buna görə də tez-tez evə gedərək nəzarət etmişdir. O, sonuncu dəfə 2021-ci ilin noyabr ayının 28-də gedib nəzarət etmiş, bundan sonra həmin evə gedib baxmamışdır. 09 dekabr 2021-ci il tarixdə evinə gedib baxanda birinci mərtəbədə olan dəmir dirəklərdən 50 ədədinin yerində olmadığını görmüşdür. Eyni zamanda evin həyətində sağ tərəfdə quraşdırılmış ona məxsus 100 manat dəyərindəki 1 ədəd su sayğacını yerində görməmişdir. Buna görə də o, dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 Zəng xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ləhiş bağları 26-cı dalanda fərdi ev tikintisinə başlamışdır. 19 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixinə keçən gecə saat təxminən 01:00-dan 05:00-dək olan dövr ərzində ona məxsus 50 ədəd dəmir dayaqlar oğurlanmasını aşkar etmişdir. Oğurlanmış dəmir barmaqlıqların hər birinin ayrı-ayrılıqda qiyməti 40 manat, uzunluğu 3.60 sm təşkil edir. Ümumilikdə mənə 2.000 manat dəyərində maddi zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Dərnəgül» tikinti materiallarının satışı bazarında 130 kvadratmetr ərazini icarəyə götürüb orada tikintidə istifadə edilən alətlərin və materialların icarəsi ilə məşğul olur. O, Təqsirləndirilən şəxs1 məlum hadisəyə qədər tanımamışdır. 2021-ci ilin oktyabr ayının sonlarında bir nəfər şəxs, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı yük avtomobili ilə işlədiyi yerə gəlib ona demiş ki, satmaq istədiyi 30 ədəd dəmir dirəklər var və satmaq istəyir. O, da həmin dirəklərin kimə məxsus olmasını soruşduqda usta olduğunu və dirəklərin də özünə məxsus olmasını demişdir. O, da Raufa inanmış və həmin dirəkləri ondan almağa razılaşmış, həmin dirəkləri istifadə olunub-olunmamasına baxaraq 8-10 manatdan alıb 250 manat pul ödəmişdir. Təxminən 30 ədəd dəmir dirək vardır Bundan sonra Rauf çıxıb getmişdir. O, da həmin dirəkləri tanımadığı müştəriyə 300 manata satmışdır. Bundan başqa o, 2021-ci ilin dekabr ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı günü Rauf yenidən «Qazel» markalı yük maşını ilə işlədiyi yerə gələrək əlavə olaraq 110 ədəd dəmir dirəkləri 1.000 manat satmışdır. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmişlər və həmin dirəklərin oğurluq olmasını bilmişdir. Buna görə də həmin dirəkləri istintaqa könüllü olaraq təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 0x15 metr ölçülərində 2 mərtəbəli ev tikdirməyə başlamışdır. Həmçinin həmin evin hər bir tərəfinə daş hasar hördürmüş, lakin giriş darvazası olmamışdır. O, həmin evin tikintisində beton tökmək məqsədilə istifadə etmək üçün 150 ədəd hər birini 33.50 qəpikdən dəmir dirəklər almışdır. Həmin dirəkləri ustalar evin 1-ci mərtəbəsində və ikinci mərtəbəsində istifadə etmişlər. Sonradan həmin dirəklər oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 dekabr 2021-ci il tarixdə, saat 17:30 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsi, «Məmmədli Dairəsi» adlanan ərazidə Əlahiddə X12 8-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olarkən həmin ərazidə bir nəfər vətəndaşın özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi saxlayaraq adının, soyadının və ata adının nə olduğunu soruşmüşlar. Həmin şəxs suallarına cavab verməkdən yayınmağa çalışıb onlardan uzaqlaşmağa çalışmışdır. Buna görə də onlar onun narkotik vasitənin dövriyyəsin ilə məşğul olması şübhəsi yaratdığından onu Sabunçu RPİ-in 15-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də onlarla gəlməkdən boyun qaçırmamış və PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən olunmuş və aydın olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və Təqsirləndirilən şəxs1 etiraz etmədikdən sonra videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 təklif olunmuş ki, üzərində hər hansı qanunsuz əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükümü çıxaraq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olmuş, həmin maddənin «patı» kimi tanıdığı maddə olduğunu bildirmiş və 22 dekabr 2021-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 22 dekabr 2021-ci il tarixdə, saat 19:00 radələrində isə Abşeron rayonu, Məmmədli qəsəbəsi, «Məmmədli Dairəsi» adlanan ərazidə Əlahiddə X12 8-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olarkən həmin ərazidə bir nəfər vətəndaşın özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişlər və həmin şəxsi saxlayaraq adının, soyadının və ata adının nə olduğunu soruşmüşlar. Həmin şəxs suallarına cavab verməkdən yayınmağa çalışıb onlardan uzaqlaşmağa çalışmışdır. Buna görə də onlar onun narkotik vasitənin dövriyyəsin ilə məşğul olması şübhəsi yaratdığından onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də onlarla gəlməkdən boyun qaçırmamış və onu PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən olunmuş və aydın olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və o etiraz etmədikdən sonra videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 təklif olunmuş ki, üzərində hər hansı qanunsuz əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükümü çıxaraq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olmuş, həmin maddənin “patı” kimi tanıdığı maddə olduğunu bildirmiş və 22 dekabr 2021-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5597 saylı, 23 dekabr 2021-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs1 Məmmədli oğlunun üzərindən……» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.510 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi-0.510 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.460 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5598 saylı, 23 dekabr 2021-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs2 Məmmədli oğlunun üzərindən……» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.583 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi-0.583 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.533 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/604 saylı, 10 fevral 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş dirəklərin 2022-ci ilin oktyabr dekabr aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.650.00 manat müəyyən olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X14 X6 Tibbi Yoxlamanın 5325 saylı, 28 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X14 X6 Tibbi Yoxlamanın 310 saylı, 24 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 20 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Əhmədov X4 Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3,177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinib 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan 20 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Əhmədov X5 Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 69.4-cü maddələri ilə təqsirli bilinib. 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. 22 iyun 2017-ci il tarixli Salyan Rayon Məhkəməsinin 21 iyun 2017-ci il tarixli qərarı ilə 09 ay, 25 gün müddətinə cəzadan şərti olaraq azad olunmuşdur. Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 21-1/3-8376 saylı, 14 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 3.000 manat və Təqsirləndirilən şəxs1 3.500 manat cərimə cəzasına məhkum edilməsinə dair hökm İcra və Probasiya idarəsinin qeydiyyatında yoxdur. Sumqayıt şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 21-2/3-1977 saylı, 14 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 3.000 manat cərimə cəzasına məhkum edilməsinə dair hökm şöbənin qeydiyyatında yoxdur, Təqsirləndirilən şəxs1 3.500 manat cərimə cəzasına məhkum edilməsinə dair hökm 11 sentyabr 2015-ci il tarixdə Saatlı rayon İcra qurumuna göndərilmişdir. Saatlı rayon İcra və Probasiya şöbsi tərəfindən verilmiş 21 saylı, 14 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 3.000 manat və Təqsirləndirilən şəxs1 3.500 manat cərimə cəzasına məhkum edilməsinə dair hökm İcra və Probasiya şöbəsinin icraatına daxil olmamışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əməlində cinayətin residiv əlamətləri yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Mmmədəli oğlunun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxslər, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz təkrar daxil olmaqla, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxslər, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmdəli oğlunun əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cinayət işinin materiallarında olan 22 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 dekbar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,140). Cinayət işinin materiallarında olan 24 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,50). Cinayət işinin materiallarında olan 24 dekabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)1071/23 saylı, 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh.,188). Cinayət işinin materiallarında olan 24 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs baəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh.,52). Cinayət işinin materiallarında olan 25 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,54). Cinayət işinin materiallarında olan 25 dekabr 2021-ci il tarixli həbs qətimkan tədbiriin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, dərhal MSY-dən azad olunması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır (cild 01, səh.,82). Cinayət işinin materiallarında olan 22 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 19:00 radələlərindən tutulmuş hesab edilmişdir (cild 01, səh.,228). Cinayət işinin materiallarında olan 24 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, səh.,01). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)1070/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 22 dekabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, səh.,17). Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını, analoji cinayətə görə onun barəsində cəza təyin olunmasını, əvvəlki hökm üzrə təyin olunmuş cəraimə cəzasının ödənməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını, analoji cinayətə görə onun barəsində cəza təyin olunmasını, əvvəlki hökm üzrə təyin olunmuş cəraimə cəzasının ödənməməsini, onun əməlində cinayətin sadə residivinin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsin əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində,Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı- «ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən «ümumi rejimli», Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. X3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qəimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından «həbs» olunmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «27» aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı «22» dekabr 2021-ci il tarixdən, 25 dekabr 2021-ci il tarixə kimi olan müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «22» dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.460 qram və 0.533 qram metamfetamin məhv edilməli, Sabunçu RPİ-də saxlanılan 110 ədəd dəmir dirəklər sahibinə qaytarılmalı, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 106 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. 106 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «02» (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs1 «22» dekabr 2021-ci il tarixdən «25» dekabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət «03» (üç) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «05» (beş) ay, «27» (iyirmi yeddin) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hal-hazırki hökmlə təyin olunmuş cəza ilə Abşeron Rayon Məhkəməsinin 10 aprel 2015ci il tarixli hökmü ilə təyin olunsmuş 3.500 manat cərimə cəzası Cinayət Məcəlləsinin 67.5ci maddəsinə əsasən tam olaraq birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «05» (beş) ay, «27» (iyirmi yeddin) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.500 manat cərimə cəzası saxlanılsın. 3.500 manat cərimə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «27» aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs X3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qəimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından «həbs» olunsun, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, «08» (səkkiz) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs2 üzərində «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəza ilə Abşeron Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə təyin olunsmuş 3.000 manat cərimə cəzası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən tam olaraq birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.000 manat cərimə cəzası saxlanılsın. 3.000 manat cərimə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «22» dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs X7 barəsində seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.460 qram və 0.533 qram metamfetamin məhv edilsin, Sabunçu RPİ-də saxlanılan 110 ədəd dəmir dirəklər sahibinə qaytarılsın, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 106 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. 106 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Mirheydər Zeynalov.