Məhkəmə qərarları › İş №1(008)-24/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-24/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-24/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1966-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, tikinti işləri ilə bağlı fərdi sahibkar kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Qiyaslı ərazi dairəsi, Ətyeməzli kəndində qeydiyyatda olan, Binəqədi rayonu, Binəqədi kəndi, 3-cü mədən küçəsi, 108-ci korpusda nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs oğkı "xxxx" MMC ilə onun arasında bağlanmış 16 yanvar 2024-cü it tarixli. 01/2024 nömrəli “xidmətlərin göstərilməsi haqqında* müqaviləyə əsasən ona işlərin görüldüyü yeri mühafizə etmək habelə əməyin mühafizəsi va texniki təhlükəsizik qaydalarına riayət edilməsi vəzifələri həvalə edilməsinə baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” yaşayış massivində inşa edilən fərdi yaşayış evinin dam örtüyünün vurulması apanlan iş sahəsinin mühafizəsini təşkil etməklə tikinti ərazisinə kənar şəxslərin, o cümlədən peşə üzrə hazırlıq va təhlükəsizlik texnikası üzrə təlim keçməmiş, qoruyucu kəmərlə təmin olunmamış X5 buraxılmasına yol verərək, həmçinin yer səthindən 66 metr hündürlükdə yerləşən iş meydançasının kənarlarının qoruyucu çəpərlə bağlanmasını təmin etmədiyinə görə, “Tikinti norma və qaydəları”nın İİİ-4-80, 4-cü fəslində olan Tikintidə təhlükəsizlik texnikası qaydalarının 1.16, 1.19, 1.20, 2.2, 2.26 bəndlərinin tələblərini pozmuş və nəticədə onun ehtiyatsızlığından X8 27 mart 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze* yaşayış massivində tikilməkdə olan 31 nömrəli fərdi yaşayış evinin ikinci mərtəbəsində, yer səthindən 6,6 metr hündürlükdə, kənarları qoruyucu çəpərlə bağlanmamış iş meydançasında qoruyucu kəmərdən istifadə etmədən dam örtüyünün quraşdırılması işini görərkən ayağını taxta ayaqaltının üstünə qoyan zaman taxta ayaqaltının ayağının altından sürüşməsi nəticəsində yer səthinə yıxılaraq ölümünə səbəb olan baş beynin travmadan sonrakı kəskin ödemi, açıq kəllə beyin travması, baş-beynin ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərin çoxsaylı xətti sınıqları, boyun nahiyəsinin geniş ölçülü qançırı, sağ gözətrafı nahiyənin qançırı, sağ baldınn, sağ ayağın, sol baldınn, sağ qalça tini nahiyəsinin sıyrıqları kimi ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid xəsarətlər alıb 5 aprel 2024cü il tarixdə müalicə aldığı Sumqayıt təcili tibbi yardım xəstəxanasında ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, fərdi sahibkar olaraq dam örtüklərinin inşa edilməsi işini görür. 2023-cü ilin avqust ayının sonlarında Mirsalehlə tanış olub işlə bağlı danışmış və xx.xx.2023-cü il tarixdən isə Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” yaşayış massivində tikilən fərdi yaşayış evlərinin və tikililərin dam örtüklərinin inşa edilməsinə başlamışdır. Aralarında bağlanmış xidmət göstərilməsi haqqında müqaviləni ona hadisədən sonra imzalatmışdır. Müqaviləni oxumadan imzalamışdır. Həmin vaxt əməliyyat olunmuş və narkozun təsiri altında olmuşdur. Bütün fərdi mühafizə vasitələri Mirsaleh tərəfindən təmin edilmişdir. Oradakı işlərin görülməsi üçün ondan başqa Mirsalehin 5-ə yaxın briqadası olmuşdur. Onun 3 nəfər rəsmi əmək müqaviləsi ilə işləyən, 2 nəfər isə müqaviləsiz olmaqla ümumilikdə 5 nəfər işçisi olmuşdur. İşçiləri yoxladıqdan sonra onları işə qəbul etmişdir. Hadisə günü rəhmətə gedən Pənahov Elvin onun işçisi olmamış, onu tanımamışdır. Onu oraya Şaiq gətirmişdir. Həmin gün o, ümumiyyətlə işə getməmişdir. Ondan öncəki gün qardaşına 31 nömrəli fərdi yaşayış evinin, yəni hadisə baş verən evin dam örtüyünün vurulmasını tapşırmışdır. Həmin evin dam örtüyünün vurulması ona aid olmuşdur. Ona qardaşı Vidadi ilə birlikdə ümumilikdə 21ə yaxın evin dam örtüyünün vurulması həvalə olunmuşdur. Qardaşı Vidadi də orada briqadir olaraq fəaliyyət göstərmişdir. Şaiq özbaşına Elvin adlı şəxsi oraya gətirmiş və ona həmin fərdi yaşayış evinin dam örtüyünün vurulmasını tapşırmışdır. Zərərçəkmiş şəxsin ailəsinə 10.000 manat ödəniş etmişdir. Həmin vəsaiti "xxxx" MMC şirkəti, yəni Mirsaleh vermişdir. Onun bu işdə heç bir günahı olmamışdır. O, 3-5 nəfəri başına yığaraq orada işləmiş və ailəsini dolandırmağa çalışmışdır. Himayəsində iki azyaşlı nəvəsi vardır. Ailənin yeganə qazanc gətirənidir. Mirsaleh bilərək onu qabağa vermiş, özü isə heç yerdə görünməmişdir. Xəstəxanaya, yas mərasiminə onu göndərmişdir. Zərərçəkmiş şəxsin ailəsinə maddi baxımından dəstək göstərilməsini onun vasitəsilə həyata keçirmişdir. “Sea Breeze”in mühafizəsinə onun heç bir aidiyyatı olmamışdır.Ümumiyyətlə baş vermiş hadisədə onun heç bir təqsiri yoxdur. Hadisə günü ümumiyyətlə işdə olmamışdır. Şaiq yalan danışaraq onun üzünə durur ki, guya Elvini işə o, çağırmışdır. Halbuki bunlardan onun məlumatı olmamışdır. Şaiq özü Elvini işə gətirmişdir.Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, mərhum oğlu X6 ölümü ilə əlaqədar başlanmış cinayət işi üzrə o, Təqsirləndirilən şəxs arasında barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur. Səhhətində ağır paralic keçirdiyinə görə və yaranan ciddi problemlər üzündən o, məhkəmədə iştirak edə bilmir və nəzərə alınmasını xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, Şamaxı rayonunun Muğanlı kəndində arvadı və oğtunun ailəsi ilə birlikdə yaşayır. X3 onun doğma övladı olmuşdur. Elvin evli olmuş və iki övladı vardır, Elvin arvadı va iki övladı ilə birikdə Şamaxı rayonunun Muğanlı kəndində onunla eyni evdə yaşamışdır. O, bir neçə il idi ki, dam örtüklərinin quraşdınlması işi ilə məşğul olaraq usta kimi işləmişdir. Elvinin arvadının əmisi oğtu Şaiq “Sea Breeze” istirahət mərkəzinin ərazisində təzə işə girmişdir. 2024-cü ilin mart ayında Şaiq oz işlədiyi yerdə Elvinə iş təklif etmiş va onu da orada olan tikintisi gedən fərdi evlərə dam örtüyünün quraşdırılması işlərini görməyə çağırmışdır. Elvin Şaiqin iş təklifini qəbul etmişdir. Bu səbəbdən də xx.xx.2024-cü d tarixdə Şamaxı rayonundan Bakıya həmkəndliləri olan Abasət Fətəliyev va Yusif Fətəliyevlə birikdə Bilgəh qəsəbəsində yerləşən “Sea Breeze” yaşayış massivində olan tikintiyə getmişlər. Həmin gündən etibarən işə başlamışlar. xx.xx.2024-cü il tarixda evdə olarkən arvadı Rəhimə ona bildirmişdir ki, ona qohumlarından biri zəng edib məlumat verərək bildirmişdir ki, oğlu Elvin yıxılıb, xəsarət alıb, Sumqayıt şəhərində xəstəxanaya yerləşdirilmişdir. Bu barədə xəbər aldıqdan sonra özü və arvadı Rəhimə Sumqayıt şəhərində yerləşən, oğlunun müalicə aldığı xəstəxanaya getmişlər. Xəstəxanaya getdikdən sonra qohumu Şaiq va tikintidə işləyən Gəray adlı şəxsi orada görmüşlər. Şaiq və Gərayla aralannda otan söhbətdən sonra ona məlum olmuşdur ki, Şaiq və Elvini Gəray adlı həmin şəxs “Sea Breeze” İstirahət mərkəzində yerləşən fərdi tikililərdə dam örtüklərinin quraşdırılması işlərini yerinə yetirməyə dəvət elmiş va onları işə cəlb etmişdir. Şaiq də Elvinlə birikdə orada usta kimi işləmişdir. Gəray isə ustaların işləri görməsinə va tikintiyə ümumi nəzarət edən şəxs olmuşdur, Şaiq və Gərayla söhbət edərkən onlar bidirmişlər ki, Elvin “Sea Breeze” istirahət mərkəzinin ərazisində tikilməkdə olan fərdi evlərdən birinin dam örtüyünün quraşdırıması işini görərkən tikilinin ikinci mərtəbəsinin yuxarı hissəsindən, yəni dam hissəsindən yıxılaraq yer səthinə düşmüş və xəsarət almışdır. Xəsarət aldığı üçün onu Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmışlar. Belə ki, oğlu Elvin bir neçə gün daha hamin xəstəxanada müalicə almış və 05.04 2024-cü il tarixdə həmin xəstəxanada vəfat etmişdir. İfadasinə əlavə olaraq bildirmişdir ki, oğlunun ölümündə günahkar həmin tikinti işlərini görən cavabdeh şəxslərdir. Ona görə də bu işdə cavabdeh olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tikinti materiallarının alğı-satqısı, quraşdırılması və s. bu kimi digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" MMC-nin təsisçisi kimi zəruri dövlət orqanlarından qeydiyyatdan keçmiş və həmin MMC-nin direktorudur. Sabunçu rayonu, Nardaran qəsəbəsində “Sea Breeze” istirahət mərkəzinin ərazisində yerləşən fərdi yaşayış evlərinin dam örtüklərinin quraşdırılması işlərinin görülməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin rəhbəri kimi “X16” MMC ilə podrat müqaviləsi bağlamışdır. “X16” ilə aralarında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlandıqdan sonra “Sea Breeze” istirahət mərkəzinin ərazisində yerləşən villaların dam örtüklərinin quraşdırılması işlərini görməyi fiziki şəxs kimi VÖEN əsasında fəaliyyət göstəran Gəray adlı şəxsə həvalə etmək üçün onunla 16 yanvar 2024-cü il tarixdə xidmət müqaviləsi bağlamışdır. Gəray işləri görmək üçün işə bir neçə usta cəlb etmişdir. xx.xx.2024-cü il tarixdə o, hadisə baş verən əraziyə yaxın yerdə keçirilən tədbirdə olduğundan təsadüfən ora gəlib çıxmışdır. Həmin vaxt ona zəng edərək bir nəfər şəxsin tikilinin damından yıxılması və xəsarət alması barədə məlumat verilmişdir. O, da hadisə yerinə getmişdir. Damdan yerə yıxılan şəxsin yer səthinin üzərində uzanmış halda olduğunu və xəsarətlər aldığını görmüşdür. Orada olan şəxslər onu xəstəxanaya aparmışlar. Xəstəxanada müalicə aldıqdan sonra həmin şəxsin öldüyünü eşitmişdir. Hadisədən bir gün sonra həmin şəxsin Pənahov Elvin olduğunu bilmişdir. “X16” MMC ilə "xxxx" MMC arasında 15 noyabr 2023-cü il tarixdə podrat müqaviləsi bağlandıqdan sonra "xxxx" MMC tikinti sahəsini “X16” MMC-dən aktla qəbul etmişdir. Dam örtükləri quraşdırılacaq fərdi tikililər isə akta əlavə olunmuş xəritədə göstərilmiş və onlar müvafiq nömrələrlə qeyd olunmuşdur. Hadisə xəritədə göstərilmiş və üzərində 31 əqəmi ilə nömrələnmiş fərdi tikilidə baş vermişdir. Həmin evdə dam örtüyünün vurulması Gəraya həvalə olunmuşdur. Rəhbərlik etdiyi "xxxx" MMC ilə VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs ilə 16 yanvar 2024-cü il tarixdə xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək vəzifəsi icraçı olaraq Təqsirləndirilən şəxs həvalə edilmişdir. Ona gorə də həmin tikinti meydançasında təhlükəsizik qaydalarına, əməyin mühafizəsi qaydalarına riayət elmək vəzifəsi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməlidir. X6 iş meydançasına və hündürlükdə işləməyə kimin tərəfindən buraxılması barədə məlumatım yoxdur. X1 iş meydançasına və hündürlükdə işlər görməyə buraxması barədə ona məlumat verməmişdir. İşləri görərkən işçilərə verilməsi üçün təhlükəsizik kəməri, dəbilqə, əlcək, işçi çəkməsi və xüsusi geyim forması "xxxx" MMC tərəfindən işçilərə çatacaq sayda Təqsirləndirilən şəxs verilmişdir. Həmin avadanlıqlardan istifadə edilməsini isə Təqsirləndirilən şəxs təmin etməli idi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X3 onun qohumu olmuşdur. O, özü dam ustası kimi fəaliyyət göstərmişdir. O, hadisədən təxminən 2 həftə əvvəl “Sea Breeze” yaşayış massivində yerləşən tikintidə işə başlamışdır. Orada işləyən Fuad adlı qohumu ona orada iş olduğunu bildirmişdir. O, da oraya getmiş və Gərayla danışmış, Gəray onu işə qəbul etmişdir. O, Gərayın göstərişlərini icra etməyə, onun dediyi evlərin dam örtüklərini vurmağa başlamışdır. Səiddə onunla birlikdə orada işə başlamışdır. İşləri konkret olaraq fərdi yaşayış evlərinə dam quraşdırmaq olmuşdur. İşlədikləri dövr ərzində Gəray ona artıq işçilərin də çağırılmasının lazım olduğunu demişdir. Gəray ona əlavə işçi gətirməyi tapşırmışdır. Qohumu Elvin ona işə ehtiyacı olduğunu bildirdiyindən o, Elvinə bu barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Elvin, Abasət, Rusiflə birlikdə “Sea Breeze”-ə gəlmiş və orada işləməyə başlamışlar. Gərayın ona dam örtüyünün vurulmasını tapşırdığı evi Elvinə göstərmiş və Elvin işləməyə başlamışdır. Elvinlə birlikdə Elşən işləmişdir. O, isə digər evdə Səidlə işləmişdir. Təxminən saat 18 radələrində işini görən zaman Elşən yüksək səslə Elvinin yıxıldığını demişdir. Dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda Elvinin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Elvin başının və bədəninin ağrıdığını demiş və durmaq istəmişdir. Elvinin yıxıldığı yerdən yer səthinə kimi 7 metr məsafə var idi. Onun üzünə su vurmuşlar. Həmin ərazidə olan “Sea Breeze” məxsus avtomobillərdən birinə Elvini yerləşdirmişlər, həmin avtomobil bir az getdikdən sonra saxlayaraq aparmayacağını bildirmişdir. O da öz avtomobili ilə Elvini Sumqayıt xəstəxanasına aparmışdır. Həmin vaxt şəhərdə tıxac olduğundan, həmçinin özü şəhəri yaxşı tanımadığından, Sumqayıtda yaşadığından və oranı tanıdığından Elvini oradakı xəstəxanaya aparmışdır. Həm də taksilər gəlib oranı tapa bilmədikləri üçün təcili tibbi yardımın da gəlib tapa bilməyəcəyini düşünüb özü aparmaq qərarına gəlmişdir. Elvini Sumqayıt Xəstəxanasına aparmışdır. Xəstəxanaya Gərayın qardaşı da gəlmişdir. Sonra gecə ilə Gəray özü xəstəxanaya gəlmişdir. Bir neçə gündən sona Elvinin vəziyyəti pisləşmiş və o, rəhmətə getmişdir. İşlərin görülməsi zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsinin kimə va ya kimlərə həvalə edilməsi barədə məlumatı yox idi. Çünki orada işlədikləri müddətdə onları əmək təhlükəsizliyinin təmin edilməsi istiqamətində heç kəs məlumatlandırmamışdır. İşləri görərkən işləri görmək üçün onlara təhlükəsizlik kəməri, dəbilqə, işçi çəkməsi və xüsusi geyim forması verilməmişdir. Tikinti aparılan ərazi qoruyucu çəpərlə mühafizə olunmamışdır Hadisə baş verənədək onlar iş gördükləri zaman hər hansı şəxs tərəfindən nəzarət edilmirdi, orada dam örtüklərinin inşa edilməsi işlərini görməyi ilə bağlı hər hansı fiziki və ya hüquqi şəxslə əmək müqaviləsi bağlanmamışdır. Ona əlavə işçi gətirməyi Gəray tapşırdığından o da qohumu Elvini orada işləməyə çağırmışdır. Hadisə baş verən gün Gəray orada olmasa da Elvinin orada işləməyə başlaması barədə Gəraya məlumat vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, iki ilə yaxın bir müddətdə “Sea Breeze” –də dam örütklərinin vurulması işində çalışmışdır. Gərayın qardaşının evində ailəsi ilə birlikdə kirayədə yaşayır. Gərayın digər qardaşı Vidadi onun briqadiri olmuşdur. Onun təlimatlarını yerinə yetirmiş, onun nəzarəti altında işləmişdir. Fərdi mühafizə vasitələrini Vidadi ona vermişdir. Vidadi və digər briqadirlərə də həmin fərdi mühafizə vasitələrin Mirsaleh vermişdir. Əməyin mühafizəsi qaydalarını Vidadi ona izah etmişdir. Damdan yıxılan Pənahov Elvini tanımamış, hadisəni görməmişdir. Hadisə baş verəndən sonra oraya yığılan uşaqlar onun Şaiqin işçisi olduğunu demişlər. Hadisə baş verəndən sonra Vidadi ilə Şaiq Elvini xəstəxanaya aparmışlar. Tikinti aparılan ərazi qoruyucu çəpərlə mühafizə olunmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 3-4 ay əvvəl o, “Sea Breeze” –də yerləşən fərdi yaşayış evlərinin dam örtüklərinin vurulması işində fəhlə kimi işləməyə başlamışdır. Bu işi o, tanışı Turalın vasitəsilə tapmışdır. Belə ki, Tural özü ondan öncə orada işləmiş və ona işçiyə ehtiyac olduğunu bildirmişdir. O, da oraya gedib Gərayla danışmışdır. Gəray ona işinin mahiyyətini izah etmiş, fərdi mühafizə vasitələrini vermişdir. Onun işi oraya gətirilən taxtaları lazım olan evlər arasında paylaşdırmaqdan ibarət olmuşdur. Onların işinə Gəray nəzarət etmişdir. O, hadisənin necə baş verdiyini görməmişdir. X14 damdan yıxıldığını bilmişdir. Pənahov Elvini tanımamışdır. Hadisə baş verən gün Gəray orada olmamışdır. Tikinti aparılan ərazi qoruyucu çəpərlə mühafizə olunmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 3-4 ay əvvəl o, “Sea Breeze” –də yerləşən fərdi yaşayış evlərinin dam örtüklərinin vurulması işində fəhlə kimi işləməyə başlamışdır. Bu işə vasitəçiliklə düzəlmişdir. İşlə bağlı Gərayla danışmışdır. Gəray ona işinin mahiyyətini izah etmiş, fərdi mühafizə vasitələrini vermişdir. Onun işi oraya gətirilən malları lazım olan yerlərə verməkdən, paylaşdırmaqdan ibarət olmuşdur. Daha sonra o, tanışı Şamxalı orada işləməyə aparmışdır. Bu barədə Gəraya demiş və o, razılıq vermişdir. Onların işinə Gəray nəzarət etmişdir. O, hadisənin necə baş verdiyini görməmişdir. X14 damdan yıxıldığını bilmişdir. Pənahov Elvini tanımamışdır. Hadisə baş verən gün Gəray orada olmamışdır. Tikinti aparılan ərazi qoruyucu çəpərlə mühafizə olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 7 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Meyitə baxış keçirilməsi haqqında 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X6 meyitinə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir; 15 noyabr 2023-cü il tarixli № NY15-02 nömrəli podrat müqaviləsindən görünür ki, “X16” MMC ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmışdır; 16 yanvar 2024-cü il tarixli 01/2024 nömrəli xidmət müqaviləsindən görünür ki, sifarişçi "xxxx" MMC ilə icraçı fərdi sahibkar Təqsirləndirilən şəxs arasında 01 il müddətinə xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən işlərin görüldüyü yeri mühafizə etmək, 3.2.3-cü bəndinə əsasən isə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək icraçının vəzifələri olaraq qeyd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 46 nömrəli rəyindən görünür ki, X6 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beynin travmadan sonrakı kəskin ödemi. Açıq kəllə beyin travması. Baş beynin ağır dərəcəli əzilməsi. Kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı xətti sınıqları. Boyun nahiyəsinin geniş ölçülü qançırı, sağ gözətrafı nahiyənin qançırı, sağ baldırın, sağ ayağın, sol baldırın, sağ qalça tini nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, həyatidirlər, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əalmətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. X6 ölümünə səbəb almış olduğu baş-beynin travmasından sonrakı kəskin ödemi olmuşdur. X6 ölümü xx.xx.2024-cü il tarixdə saat 03:00-da Sumqayıt Şəhər TTYXda baş vermişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə-Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən, “X25” yaşayış massivində yerləşən tikinti sahəsində yerləşən 31 rəqəmi ilə nömrələnmiş tikiliyə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir; Baxış keçirilməsi haqqında 25 may 2024-cü il tarixli protokoldan görünür ki, “X25” yaşayış massivində yerləşən tikinti sahəsinin sxeminə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, sxem “X25” yaşayış massivində yerləşən tikinti sahəsində tikilən fərdi evlərin yerləşmə sxemidir. Həmin evlər 1 rəqəmindən 81 rəqəminə kimi nömrələnmişdir. Onlardan 46 ədədi yaşıl, 34 ədədi isə bənövşəyi rənglə boyanmışdır. Baxış zamanı iştirak etmiş Şahid2 bildirmişdir ki, həmin sxemdə yaşıl və bənövşəyi rənglə boyanmış ev cizgiləri fərdi yaşayış evləridir. Sxemdə yaşıl rənglə boyanmış və sol aşağı tərəfdə qarşısında “46 əd. Mirsaleh dam. Başlanma tarixi xx.xx.2024-cü il” sözləri yazılmış evlərin dam örtüklərinin vurulmasını o, Təqsirləndirilən şəxs müqavilə əsasında həvalə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən dam örtüyü quraşdırılmalı olan evlərin sayı 46 ədəddir və hər biri sxemdə öz nömrəsi ilə qeyd edilmişdir. Belə ki, X2 31 rəqəmi ilə qeyd edilmiş yaşıl rəngli tikilinin damından yerə yıxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi ilə bağlı əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/3290 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.16, 1.19, 1.20, 2.2, 2.26 bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən, “X25” yaşayış massivində inşa edilən fərdi yaşayış evinin dam örtüyünün vurulması aparılan iş sahəsinin mühafizəsini təşkil etməklə tikinti ərazisinə kənar şəxslərin , o cümlədən peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçməmiş, qoruyucu kəmərlə təmin olunmamış X8 buraxılmasına yol verildiyinə, həmçinin yer səthindən 6.6 metr hündürlükdə yerləşən iş meydançasının kənarlarının qoruyucu çəpərlə bağlanması təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 1.16, 1.19, 1.20, 2.2, 2.26 bəndlərinin tələbləri iş materiallarında olan xx.xx.2024-cü il tarixli 01/2024 nömrəli “xidmətlərin göstərilməsi haqqında” müqavilənin tələblərinə əsasən işlərin görüldüyü yerdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək vəzifələrini üzərinə götürmüş fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisənin iş meydançasında müvafiq texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmiş tərəfindən texniki təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/9897 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən, “X25” yaşayış massivində inşa edilən fərdi yaşayış evinin dam örtüyünün vurulması aparılan iş sahəsinin mühafizəsini təşkil etməklə tikinti ərazisinə kənar şəxslərin , o cümlədən peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçməmiş, qoruyucu kəmərlə təmin olunmamış X8 buraxılmasına yol verildiyinə, həmçinin yer səthindən 6.6 metr hündürlükdə yerləşən iş meydançasının kənarlarının qoruyucu çəpərlə bağlanması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının 1.16, 1.19, 1.20, 2.2, 2.26 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsini şərtləndirmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir; Bakı şəhəri Yasamal RİHB-nın 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən 2 saylı yataqxanada hal-hazırda yaşamır. Yaşadığı müddət ərzində də onun haqqında Yasamal RİHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə göndərdiyi teleqramdan görünür ki, mərhum oğlu X6 ölümü ilə əlaqədar başlanmış cinayət işi üzrə o, Təqsirləndirilən şəxs arasında barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur. Səhhətində ağır paralic keçirdiyinə görə və yaranan ciddi problemlər üzündən o, məhkəmədə iştirak edə bilmir və nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi tanımadığını, hadisə baş verən gün ümumiyyətlə işdə olmadığını, Şahid3 tərəfindən ona məlumat vermədən Pənahov Elvinin işə gətirildiyini göstərmişdir ki, məhkəmə onun bu məzmunda ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinin 3.2.2-ci bəndinə əsasən işlərin görüldüyü yeri mühafizə etmək, 3.2.3-cü bəndinə əsasən isə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək icraçının vəzifələri olaraq qeyd edilmişdir. Ekspertiza rəylərindən də görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən, “X25” yaşayış massivində inşa edilən fərdi yaşayış evinin dam örtüyünün vurulması aparılan iş sahəsinin mühafizəsini təşkil etməklə tikinti ərazisinə kənar şəxslərin, o cümlədən peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçməmiş, qoruyucu kəmərlə təmin olunmamış X6 buraxılmasına yol verildiyinə, həmçinin yer səthindən 6.6 metr hündürlükdə yerləşən iş meydançasının kənarlarının qoruyucu çəpərlə bağlanması təmin edilmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları pozulmuşdur ki, bu da hadisənin baş verməsini şərtləndirmişdir. Bundan başqa şahidlər, eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində hadisə baş verən fərdi yaşayış evinin dam örtüyünün vurulmasının məhz Təqsirləndirilən şəxs həvalə olunduğunu, onun briqadir olduğunu bildirmişlər. Hadisənin məhz dam örtüyünün vurulması Təqsirləndirilən şəxs həvalə edilmiş evdə baş verməsi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında ifadə verən Şahid3 ifadəsində Təqsirləndirilən şəxs işçisi olduğunu, onun göstərişlərini icra etdiyini, Gərayın evin dam örtüyünün vurulması üçün işçi gətirməsini ona tapşırdığını, Pənahov Elvinin işçi olaraq oraya gətirilməsindən məlumatlı olduğunu göstərmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsin ona istinad olunan əməli törətməsi şahidlərin ifadələri, məhkəmə-təhlükəsizlik ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş sənədlər ilə öz təsdiqini tapmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspetiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə hesab edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 162.2ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 162.2. Eyni əməllər, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda-üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (CM-59.1.12), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq tikinti sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan tikinti sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-60.1), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə tikinti sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar