Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-240/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkili bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1973-cü il tarixdə Ermənistan Respublikasının Yerevan şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 1(007)177/2023 saylı, 04 may 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs İnqilab oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.414 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 noyabr 2022-ci il tarixdə, saat 12:38 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsinə yerləşən «Ayxan» marketin qarşısında saxlanılıb 15-ci PB-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.414 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəllsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsinə yerləşən «Ayxan» marketin qarşısında saxlamamışlar. Onu Q.Qarayevdə marketdən çıxan zaman 31 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında saxlamışlar. Oradan PB-nə zəng vurulmuş, gəlib onu aparmışlar. Üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni PB-də onun üzərinə qoymuşlar. Bir gün onu PB-də saxlandıqdan sonra sabahı gün onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman polis əməkdaşlarının təpkisi altında ifadə vermişdir. Heç bir əməl törətməmiş, onun günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə Məmmədi qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin alıb üzərində saxlayıb daşımışdır. 01 noyabr 2022-ci il tarixdə, saat 12:38 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsinə yerləşən «Ayxan» marketin qarşısında olarkən ona iki nəfər şəxs yaxınlaşıb, özlərini təqdim edərək Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini göstərib, əməliyyat yolu ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayıb daşıması barədə məlumat əldə etdiklərini, bu səbəbdən də birlikdə 15-ci PB-nə getməyi təklif etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə 15-ci PB-nə getmişdir. Polis Bölməsində xidməti otaqların birində hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı, vəkil seçmək üçün ona Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan vəkil Müdafiəçi seçib, hüquqlarının onun tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil Müdafiəçi ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutma haqqında qərar və protokol tərtib olunmuşdur. Vəkilin ona etibar və inamını itirməməkdən ötrü üzərində metamfetamin olduğundan vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istədiyini deyib, bu barədə ərizə yazmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı bildirilib, üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olubolmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. O, əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olmuş psixotrop maddə metamfetamini çıxarıb təqdim edərək bildirmişdir ki, həmin maddəni öz istifadəsi üçün 20 manata Məmmədli qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən alıb üzərində saxlayıb daşımışdır. Təqdim etdiyi bükümə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümdən başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat yolu ilə tərəflərindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərlərində saxlaması və daşıması barədə əldə olunmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-in 15-ci PB-in rəisinə məruzə olunmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirilərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq, bölmə rəisi Tural Nəzərov tərəfindən qərar təsdiq edilmiş, ondan və Sabunçu RPİ-in 15-ci PB-in sahə rəisi, polis polkovnik-leytenantı Şahid2 ibarət əməlyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşıması barədə əvvəlcədən məlumatları olduğu üçün və müvafiq olaraq tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı Hafiz Paşayevə bu barədə məlumat verilmişdir ki, əməliyyat nəticəsində bölməyə şəxs gətirilə bilər. O da bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmiş, tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində bölməyə gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə, saat 12:38 radələrində Şahid2lə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsinə yerləşən «Ayxan» marketin qarşısında tərəflərindən saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra ona birlikdə 15-ci PB-nə getməyi təklif edib, Polis Bölməsinə getməsinin səbəbi izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs saxlanılıb PB-nə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən raport tərtib olunmuşdur. Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması 15-ci PB-in təhqiqatçısı Hafiz Paşayevə həvalə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilin iştirakı olmadan onun və Şahid2 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 31 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Məmmədli yolu üzərində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi psixotrop maddə metamfetamindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-in 15-ci PB-in rəisinə məruzə olunmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirilərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq, bölmə rəisi Tural Nəzərov tərəfindən qərar təsdiq edilmiş, ondan və Sabunçu RPİ-in 15-ci PB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməlyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə, saat 12:38 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsinə yerləşən «Ayxan» marketin qarşısında tərəflərindən saxlanılmışdır. Onun üzərinə Polis Bölməsində baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6336 saylı, 01 noyabr 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının D.İ.N Zərflər Üçün №161» dairəvi möhür əksi, «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...» yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.414 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respubikasının 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0.414 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.364 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X5 X1 Tibbi Yoxlamanın 6821 saylı, 15 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 dekabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(008)177/2023 saylı, 04 may 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 1999-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 227-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Məhkəməsinin 22 sentyabr 1999-cu il tarixli qərarı ilə 25 avqust 1999-cu il tarixli hökmü dəyişdirilərək təyin edilmiş «02» (iki) il azadlıqdan məhrum etməyə cəlb olunmaqla şərti hesab edilmiş, 11 oktyabr 2000-ci ildə cəzası 3.850 manat cərimə cəzası ilə əvəz edilərək azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 13 mart 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29.120.1, 181.2.1, 181.2.4, 181.2.5, 326.2-ci maddələri ilə təqsirli bilinib «08»(səkkiz) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17 may 2013-cü ildə Milli Məclisin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 1.1 bəndinə əsasən azad olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib «05» (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(008)177/2023 saylvı, 04 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs İnqilab oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasın təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixə kimi tutulduğu müddət «02» (iki) gün müddət cəza çəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq «08» (səkkiz) ay, «28» (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 15-ci PB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1 sahə rəisi, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 31 oktyabr 2022-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu, Məmmədli yolu üzərində adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi psixotrop maddə metamfetamindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 31 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Məmmədli yolu üzərində adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcud deyildir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saxlanılaraq 15-ci Polis Bölməsinə gətrilmiş və müvafiq istintaq hərəkətlərinin aparılması üçün Sabunçu RPİ-in İŞ-nə təhvil verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)240/23 saylı, 16 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olan «055 791 18 69» nömrəli mobil telefon nömrəsinin anten dairəsinin götürülməsi barədə məlumatlardan görünür ki, 31 oktyabr 2022-ci il tarixdə gün ərzində telefonun antenn dairəsi Bakı şəhəri, Sabunçu rayonu, 1-Zabrat qəsəbəsi, 18 Oktyabr 52, Bakı şəhəri, Yasamal rayonu, 8 saylı İSİS, Bakı şəhəri, Nəsimi rayonu, M.A.Aliyev küçəsi 194, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 2 A. Həmin tarixdə yəni 31 oktyabr 2022-ci il tarixdə, saat 21:07:27 radələrindən, saat 21:20:31 radələrinə kimi telefonun anten dairəsi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 2 A kimi göstərilmişdir. Ondan sonra heç bir məlumat yoxdur. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlardır, onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 246.2-ci maddəsinə əsasən məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Həmin Məcəllənin 246.4-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Şəxsi axtarış və götürməə barəsində axtarış və götürmə aparılan şəxsin paltarının, ayaqqabılarının, özü ilə gəzdirdiyi əşyaların və bədəninin axtırışını nəzərdə tutur. Şəxsi axtarış və götürmənin məqsədi bilavasitə axtarılan şəxsin paltarında, ayaqqabısında, əşyalarında və bədənində iş üçün əhəmiyyət kəsb edən əşya və sənədlərin aşkar edilməsindən, götürülməsindən ibarətdir. Tutulmuş şübhəli şəxsin və barəsində həbs növündə qətimkan tədbiri tətbiq edilmiş təqsirləndirilən şəxsin axtarış aparılması məqsədilə həmdə müvəqqəti saxlama təcridxanasıdna saxlanılması və istifadəsi qadağan edilən əşya və sənədlərin aşkar edilməsindən, götürülməsindən ibarətdir. Şəxsi axtarış və götürmənin əsasını axtarılacaq şəxsdə axtarılan əşya və sənədlərin olmasını güman etməyə əsas verən konkret məlumatlar təşkil edir. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən Ayxan marketin qarsısında saxlanılmamış, Sabunçu RPİ-in 15-ci PB-nə dəvət olunmamış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 2-də saxlanılmış və Bakı şəhəri, Sabunçu RPİ-in 15-ci Polis Bölməsinə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr versələr də, işin halları üzrə əhəmiyyət kəsb edən müəyyən xüsusatlarla bağlı məlumatsız olduqlarını bildirmiş, iş üzrə həqiqətin müəyyən edilməsi üçün vacib olan bir sıra sualları cavablandıra bilməmişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 15-ci PB -in əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 31 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Məmmədli yolu üzərində adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində «***-***-**-**» telefon nömərəsi olan mobil telefonunun özünə məxsus olmasını və üzərində olmasını göstərmişdir.Tutulan gün, yəni 31 oktyabr 2022-ci il tarixdə həmin mobil telefon nömrə üzərində olan zaman mobil telefon daxilində aktiv olmuşdur. Göstərilən hal Təqsirləndirilən şəxs istifadəsində olan «055 791 18 69» nömrəli mobil telefon nömrəsinin antenn dairəsinin götürülməsi barədə məlumatlar ilə müəyyən olmuşdur ki, 31 oktyabr 2022-ci il tarixdə gün ərzində telefonun antenn dairəsi Bakı şəhəri, Sabunçu rayonu, 1-Zabrat qəsəbəsi, 18 Oktyabr 52, Bakı şəhəri, Yasamal rayonu, 8 saylı İSİS, Bakı şəhəri, Nəsimi rayonu, M.A.Aliyev küçəsi 194, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 2 A. Həmin tarixdə yəni 31 oktyabr 2022-ci il tarixdə, saat 21:07:27 radələrindən, saat 21:20:31 radələrinə kimi telefonun anten dairəsi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 2 A kimi göstərilmişdir. Ondan sonra heç bir məlumat yoxdur. 31 oktyabr 2022-ci il tarix Abşeron rayonu, Məmmədli qəsəbəsi antenn dairəsi müəyyən olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin materialları arasında olan cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakt üzrə 01 noyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (səh.1). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin materialları arasında olan şübhəli şəxsin tutulması haqqında 01 noyabr 2023-cü il tarixli, saat 13:16 radələrində tərtib olunmuş protokoldan görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan vət.Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 01 noyabr 2022-ci il tarixdə, saat 13:16 radələrində tutulmuş, azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 noyabr 2022-ci il tarixdən, saat 12:38 radələrindən tutulmuş hesab edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən «Ayxan» marketin qarşısında saxlanılmış və Sabunçu RPİ-in 15-ci PB-nə dəvət olunmuşdur (səh., 25). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 64). İş materiallarında olan və məhkəmə baxış iclası zamanı tədqiq edilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması haqqında 03 noyabr 2022-ci il tarixli haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (səh.,80). İş materiallarında olan və məhkəmə baxış iclası zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsndə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir səh., 83.) Cinayət Prosessual Məcəlləsinin 207.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; 207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. 207.2. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama apara bilər. Həmin Məcəllənin 207.3-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir: 207.3.1. müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir; 207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir. 207.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir:207.5.1. cinayət işi başlamaq; 207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Həmin Məcəllənin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 207.7-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair şikayətlərə baxılması qaydası bu Məcəllənin 293-297-ci maddələri ilə müəyyən olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində Sabunçu RPİ-in 15-PB-də saxlanılmış və istintaq orqanına təhvil verimlişdir. Bundan sonra 01 noyabr 2023-cü il tarixdə onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, 01 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və bu barədə 01 noyabr 2023-cü il tarixdə, saat 13:34 radələrində başlanmış, həmin tarixdə saat 13:41 radələrində bitmiş protokol tərtib olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində saxlansada, onun üzərinə şəxsi axtarış və götürmə 01 noyabr 2023-cü il tarixdə keçirilmişdir. Bununlada Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən axtarış, həmçinin axtarışda olan şəxslərin, habelə heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər. Həmin Məcəllənin 242.3-cü maddəsinə əsasən toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0.414 qram psixotrop maddə olan metamfetminin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla əlaqədar 15-ci PB-in təhqiqatçısı H.M.Paşayev tərəfindən tərtib edilmiş 01 noyabr 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi-cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»in 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X3 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. «Berbera, Messege və Habordo İspaniyaya qarşı» işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə «Hoanq Fransaya qarşı» işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü- Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan cəmi 0,414 qram metamfetaminin əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs İnqilab olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)177/2023 saylı, 04 may 2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatının dəyəri 114 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaitinə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0.414 qram metamfetminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış həmin narkotik vasitənin qalığı olan 0.364 qram metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Sabunçu rayon Polis İdarəsində və bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)177/2023 saylı, 04 may 2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dərhal ləğv edilsin. X2 bəraət aldığına görə cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatının dəyəri 114 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaitinə aid edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0.414 qram metamfetminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış həmin narkotik vasitənin qalığı olan 0.364 qram metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Sabunçu rayon Polis İdarəsində və bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-240/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-240/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver