Məhkəmə qərarları › İş №1(008)-241/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-241/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-241/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 və onun vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-cı ildə Bakı şəhərində anadan olnuş Azərbaycan Respublikası vətəndaşı. subay, işləməyən, orta təhsilli, məhkum olunmamış. ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İsti da Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Abşeron rayonu, Məhəmmədi kəndində ferma icarəyə götürüb iri və xırda buynuzlu heyvanların saxlanılmasını və satışını həyata keçirən şəxs görünüşünü yaradaraq maldarlıqla məşqul olan Zərərçəkmiş şəxs1 etibarını qazanmış, ona olan etibarından sui-istifadə edib, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndində sonuncunun 35 000 manat dəyərində 18 baş danalarını icarəyə götürdüyü fermada saxlayaraq 2 ay müddətində satıb 35 000 manatını ödəyəcəyinə dair yalan vəd verib aldadaraq həmin iribuynuzlu heyvanları satış qiymətindən aşağı qiymətə nağd pula satıb vədinə əməl etməməklə pulu özünə götürüb cəmi 35 000 manat dəyərində əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Abşeron rayonu, Məhəmmədi kəndində ferma icarəyə götürüb iri və xırda buynuzlu heyvanların saxlanılmasını və satışını həyata keçirən şəxs görünüşünü yaradaraq maldarlıqla məşqul olan Zərərçəkmiş şəxs2 etibarını qazanmış, ona olan etibarından sui-istifadə edib, 2022-ci ilin dekabr ayında Abşeron rayonu, Məhəmmədi kəndində sonuncunun 4 000 manat dəyərində 21 baş qoyuno.ızularını icarəyə götürdüyü fermada saxlayaraq 1 ay müddətində satıb 4 000 manatını ödəyəcəyinə dair yalan vəd verib aldadaraq həmin xırdabuynuzlu heyvanları satış qiymətindən aşağı qiymətə nağd pula satıb vədinə əməl etməməklə pulu özünə götürüb cəmi 4 000 manat dəyərində əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs2 4 000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bağlar massivi, 42-ci dalandakı nömrəsiz ünvanlarda yerləşən hər biri 12 sot torpaq sahəsində inşa edilmiş evlərə sonuncunun və arvadı X1 adına çıxarış alacağına Zərərçəkmiş şəxs3 inandıraraq ona olan etibarından sui istifadə etməklə xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bağlar massivi, 42-ci dalandakı ııomıəsiz ünvanda yerləşən fərdi evində 15 000 manat və 2023-cü ilin noyabr ayının sonlarında həmin ünvanda daha 15 000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə edən qəsdlə ümumilikdə 30 000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, X8 və Zərərçəkmiş şəxs3 tanıyır, həmin şəxslərlə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs3 2023-cü ilin noyabr ayından sonuncunun dostu onun isə tanışı olan Şahid vasitəsi ilə tanımış, Şahid isə ümumi tanışları olan Azadın vasitəsi ilə tanımışdır. 2022-ci ilin avqust ayında hazırda dünyasını dəyişən X3 ilə şərikinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində, hazırda adını xatırlamadığı şəxsdən 1 500 manata icarəyə ferma götürmüşdür ki, orada heyvan saxlayaraq kökəltməklə satıb pul əldə etsin. 2022-ci ilin noyabr ayında eşitmişdir ki, icarəyə götürdüyü fermanın qonşuluğunda yerləşən Qulaməli Cəfərova məxsus fermadakı heyvanların sahibi Ramil Buğııov heyvanlarını satır. Bu səbəbdən Ramillə görüşmüş, sonuncu bildirmişdir ki, 13 baş iribuynuzlu heyvanlarını və 5 baş danasını 35 000 manata satır. O, 18 baş heyvanların 35 000 manat pulunu 2 ay 15 gün müddətində, yəni 2023-cü ilin yanvar ayının sonunda Ramilə verəcəyinə razılaşmışlar. xx.xx.2022-ci il tarixdə Ramil heyvanları onun icarə əsasında götürdüyü Abşeron rayonu, Məmmədli kəndindəki həmin fermaya gətirmişdir. Ramil gətirdiyi 5 baş danadan bir ədədini ona pay olaraq vermişdir. Ramil heyvanları ona verərkən heyvanların ayaqlarında dabaq xəstəliyi olmuş və Ramil ona heyvanların boğaz olduğunu demişdir. Lakin sonradan aşkar etmişdir ki, mallar boğaz deyil və xəstədir. Malları 2 ay saxlamış, malların xəstəlikləri artmış, bu barədə Ramilə məlumat vermiş və razılaşmışlar ki, pullarını ödəməkdə yubanacaq. Lakin malları satması barədə Ramilə məlumat verməmişdir. O 4 baş inəyi kolbasa hazırlanan sexə vermiş, sonrakı müddətdə heyvanları hissə-hissə olaraq dəyərindən ucuz qiymətə ayrı-ayrı şəxslərə satmışdır. Aldığı pulları isə həmin vaxt maddi sıxıntıları olduğu üçün müxtəlif tələbatlarına xərcləmişdir. 2022-ci ilin noyabr ayının sonlarında Ramil zəng vuraraq pula ehtiyacı olduğunu bildirmiş, dərhal Ramilin hazırda xatırlamadığı bank kartına heyvanların pulundan 1 000 manat köçürmüş, bildirmişdir ki, qalan 34 000 manatı ödəyəcək. Sonrakı dövürdə Ramilin pulundan ödəyə bilmədiyindən 2023-cü ilin aprel ayında Ramil ondan şikayət etmişdir. Bundan başqa, icarəyə götürdüyü fermanın yanında tikinti materialları mağazası işlədən Qulaməli Cəfərovla mehriban münasibətləri yaranmışdır. 2022-ci ilin dekabr ayında Qulaməli bildirmişdir ki, 21 baş qoyunu var, 4 000 manata satmaq istəyir. O, qoyunlara baxaraq bəyənmiş, 21 baş xırda buynuzlu qoçları götürərək fermaya gətirmiş, pulunu 1 ay müddətinə ödəyəcəyinə söz vermişdir. Həmin qoyunları Maştağa qəsəbəsindəki qoyun bazarında dəyərindən ucuz qiymətə, yəni 3 200 manata sataraq pullarını fermanın icarəsinə ödəmişdir. Fermada işləyən mərhum Mirəlinin onun heyvanları satmasından məlumatı olmamış və satdığı heyvanların pulundan Mirəliyə heç bir məbləğdə pul verməmişdir. 2023-cü ilin noyabr ayında tanışı Mübariz ona bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs3 ayrı-ayrılıqda 60 sot torpaq sahəsi satır, əgər adamı vardırsa həmin torpaq sahəsinin satılmasında iştirak etsin. O, Mübarizlə birgə həmin torpaq sahəsinə baxmış, Mübariz ona demişdir ki, Zərərçəkmiş şəxs3 torpaq sahəsinin hər sotunu 6 000 manata satır. Orada ona məlum olmuşdur ki, torpaq sahəsinin çıxarışı yoxdur, mövcud olan sənəd yalnız bələdiyyə sənədidir. O, bildirmişdir ki, müştəriləri çıxarışsız torpaq sahəsi almırlar. Odur ki. Zərərçəkmiş şəxs3 vaxt istəmişdir ki, dövlət yolu ilə həmin torpaq sahəsinə çıxarış düzəltsin, düzəldə bilərsə torpaq sahələrində ayrı-ayrı olan iki ədəd 12 sot torpaq sahələrinə müştərisi var, belə ki, müştərisi çıxarışlı torpaq istəyir. O, dövlət idarələrinə getsə də, həmin 12 sot və 12 sot, cəmi 24 sot torpaq sahələrinə sənəd düzəldə bilməmişdir. Belə ki, onunla birgə Bağlar idarəsindən gələn şəxs bildirmişdir ki, həmin torpaq sahəsinə çıxarış verilmir. Suallara cavab olaraq bildirmişdir ki, sənəd düzəldib çıxarış almaq üçün verəcəkdi, 30 000 manat pul almışdır, 3 ay vaxt vermişdir ki, həll edəcək. Lakin çıxarış almaq mümkün olmamışdır. Hissə-hissə pulu almışdır. Mübariz Rafiq və o olmuşdur. Vurulmuş ziyandan 2500 manat pul ödəniş etmişdir. Başğlar idarəsində sənədlər düzəlməli idi, lakin orada düzəlməmişdir. Ramildən malları alarkən 2 ədədinin xəstə olduğunu özü demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında 20 baş iri buynuzlu heyvan almış, həmin heyvanları Abşeron rayonu, Məmmədli kəndi ərazisində uzaq qohumu Əmrah Səfərovdan icarəyə götürdüyü fermada saxlamağa başlamışdır. Həmin heyvanlardan bir neçəsini satmış, Fermanın şəraiti pis olduğu üçün heyvanları başqa fermaya yerləşdirmək qərarına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və Mirəli Seyidzadə ilə tanış olmuş, söhbət zamanı Seyid Əziz ona heyvanların həmin şəraitdə məhv olacağını bildirmiş, satmaq üçün ona verməsini təklif etmişdir. Həmçinin gələcəkdə birlikdə iş görüb qazanc əldə etmələrini demişdir. O, heyvanların hazırda boğaz olduğunu və heyvanları satmaq fikrinin olmadığını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən fermanın şəraitini düzəldənə qədər, yəni iki ay müddətində Seyid Əziz onun 13 baş südverən inəklərini və 5 baş danalarını fermasında saxlamalı, bunun müqabilində o, Seyid Əzizə 1 baş dana və inəklərin verdiyi südünü verməli olmuşdur. Razılığa gəldikdən sonra o, 20.11 2022-ci il tarixdə heyvanları Seyid Əzizin icarəyə götürdüyü Məmmədli kəndi ərazisində yerləşən fermasına aparmışdır. 2023-cü ilin yanvar ayında ona məlum olmuşdur ki, Seyid Əziz ona məxsus heyvanları satmışdır. O, Mirəli ilə əlaqə saxlayarkən sonuncu bildirmişdir ki, Seyid Əziz heyvan alaraq Azərbaycana göndərməsi üçün Avropaya getmişdir. Bundan sonra Əziz onunla əlaqə saxlayaraq pul lazım olduğu üçün ona məxsus heyvanları satmasını, heyvan alması üçün hal-hazırda avropada olmasını bildirmiş, qayıtdıqdan sonra aralarında olan məsələni həll edəcəyini demişdir. Əziz Avropadan qayıtdıqdan sonra görüşmüşlər, Əziz bir daha pul lazım olduğu üçün ona məxsus heyvanları satdığını, buna görə Avstriyaya getdiyini, oradan 120 baş heyvan gətirmək istədiyini demişdir. Əzizə bildirmişdir ki, gətirəcəyi heyvanlarla ondan aldığı heyvanları saya uyğun əvəzləməli və ya heyvanlarının 35 000 manat pulunu ödəməlidir. Seyid Əziz ondan aldığı heyvanlara görə yaxın müddətdə ona 35 000 manat pul verəcəyini demişdir. Bundan sonra isə Seyid Əziz müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Həmin ərəfədə X30 qəsəbəsində ona pul əvəzinə torpaq sahəsi təklif etmiş, o, torpaq sahəsinə baxmış, həmin torpaq sahəsinin Seyid Əzizə aid olmamasını öyrəndiyindən torpaqdan imtina etmişdir. Bir müddət sonra Seyid Əzizi tapa bilmədikdə sonuncunun onu aldatmasını başa düşmüşdür. Bu səbəbdən də şikayət etmək qərarına gəlmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, vurulmuş ziyandan 2500 manat ödəniş olması barədə ərizə təqdim etsə də, ona hər hansı ödəniş edilmədiyindən ərizəsinin nəzərə alınmamasını xahiş etmişdir. Həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən ona 1 000 manat verilmiş, qalan məbləğ 34 000 manatı isə tələb edir. Hazırda ondan şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayında Seyid Əziz mağazasından 400 metr aralıda, Gömrük xidmətində işləyən Ramin adlı şəxsə məxsus, hazırda adını xatırlamadığı şəxsin işlətdiyi fermanı icarəyə götürmüşdür. Seyid Əziz fermanı götürdükdən sonra içərisindəki zibilləri daşıyaraq səliqə yaratmış, fermaya heyvanın bağlanması üçün zənciri və dəmirləri ondan alarkən tanışlıqları yaranmışdır. Seyid Əziz fermanı götürənədək həmin ferma işləmirmiş. Seyid Əziz fermada heyvan saxlamırmış, deyirmiş ki, pulu yoxdur, kimdənsə heyvan götürüb saxlayacaq, heyvanın sahibindən yalnız heyvanı saxlamaq haqqını alacaq, belə ki, Seyid Əzizin xərclik pulu olmamışdır. Hətta ondan aldığı cəmi 20-30 manat dəyərində əşyaların pulunu çətinliklə düzəldib vermişdir. Həmin dövürdə Seyid Əziz özü ilə sonradan adını bildiyi, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yaşayan Mirəli Seyidzadəni də fermaya gətirmiş, deyirmiş ki, fermada kiminsə malını götürüb saxlayarkən Mirəli ona köməklik edəcək. 2022-ci ilin yay aylarında qohumu Zərərçəkmiş şəxs1 heyvan saxlamaq qərarına gəlmişdir. Bu səbəbdən Ramil, qardaşı X14 rayonu, Məhəmmədi kəndində yerləşən, onun işlətdiyi mağazadan 50 metr aralıda olan fermanı icarəyə götürmüşdür. Həmin yerdə Əmrahın 2 ədəd ferması olmuş, fermalardan 1 ədədi nisbətən balaca, yəni 50 metr olmaqla qoyun saxlanılması üçün nəzərdə tutulmuşdur. Digər ferma isə təxminən 200 kvadratmetr olmaqla iribuynuzlu heyvanlar üçün nəzərdə tutulmuşdur. O, qoyun üçün nəzərdə tutulmuş fermada təxminən 2019-cu ildən qoyun saxlayırmış. Həmin ferma Seyid Əzizin götürdüyü fermadan 2 dəfə balaca olmuşdur. 2022-ci ilin yayında Ramil həmin fermaya 20 baş heyvan almış və təsərrüfatı böyütmək fikrində olmuşdur. Həmin ərəfədə heyvanlardan bir neçəsini satmış, 13 baş süd verən inək, 5 baş dana saxlamışdır. 18 və 19 noyabr 2022-ci il tarixdə şiddətli yağışlar olduğundan qardaşı Əmrahın fermasını su və palçıq yararsız hala salmış, odur ki, Ramil heyvanları fermanın həyətində saxlamışdır. Onun qoyun saxladığı ferma bir qədər hündürdə yerləşdiyindən həmin fermanı su basmamış, odur ki, qoyunlar yerində qalmışdır. Ramil heyvanların xəstələnəcəyini görüb qərar vermişdir ki, heyvanları müvəqqəti olaraq kiminsə fermasına köçürsün. Həmçinin Əmrahla razılaşmışlar ki, Əmrah fermanın içərisinə dolmuş palçığı daşıtdırsın, həyətinə torpaq tökdürsün, drınaj çəkdirsin və fermanın içərisini qurutdursun. Əmrahla hesablamışlar kı həmin işlərin görülməsinə, əsasən də suyla və palçıqla dolmuş fermanın qurumasına 2 ay vaxt lazımdır. Heyvanların yerlərini dərhal dəyişmək lazım olduğundan həmin tarixdə ferması olanlarla maraqlanmış, bu adla Ramil, Seyid Əzizlə tanış olmuşdur. Seyid Əziz həmin vaxtadək icarəyə götürdüyü fermada heyvan saxlamırmış. xx.xx.2022-ci il tarixdə 18 baş heyvanı qardaşı Əmrahın fermasından Seyid Əzizin icarəyə götürdüyü fermaya aparmışlar, həmin vaxtdan heyvanlara X28 baxmışlar. X23 necə razılaşmalarını, yəni X19 18 baş heyvanı 35 000 manata almasını və ya saxlaması üçün qəbul etməsini dəqiq bilməmişdir. Həmin ərəfədə fermanın həyətində şərait olmadığından, həmçinin fermadakı mallara baxan şəxslər gəlmədiyindən hər gün qoyunlarına baş çəkməli, oğurlanmasın deyə hərdən fermada gecələməli olmuşdur. Odur ki, 2022-ci ilin dekabr ayında qərara gəlmişdir ki, 11 ədəd quzu və 10 ədəd qoyun olan cəmi 21 baş xırdabuynuzlu heyvanlarını satsın. Bu barədə məlumat alan Seyid Əziz ona bildirmişdir ki, həmin xırdabuynuzlu heyvanları ona satsın. O, Seyid Əzizlə 21 baş malları 4 000 manata razılaşmış, pulunu 1 ay müddətində verəcəyini demişdir. O, Seyid Əzizə inanaraq 21 baş heyvanı sonuncunun icarəyə götürdüyü fermaya aparmışdır. Seyid Əziz fermada olmasa da, Mirəli daimə fermada olurmuş. Həmin vaxt fermada Ramilin 18 baş heyvanından başqa 1 dənə də olsun heyvan olmamışdır. Hər həftə o, və ya Ramil fermaya gedərək heyvanlara baş çəkirmiş. 2023-cü ilin yanvar ayında fermaya gedərkən görmüşdür ki, fermada heyvan və ya hər kimsə yoxdur. Bu barədə telefonla Seyid Əzizdən soruşduqda sonuncu bildirmişdir ki, heyvanları satmış, həmin pullara heyvan alması üçün Avstriyadadır, 72 baş heyvan alaraq azərbaycana yola salmış, çox gəlir verən heyvandırlar, Ukraynadakı müharibə ilə əlaqədar heyvanlar azərbaycana gəlib çıxmamışlar. Seyid Əziz demişdir ki, pulunu verəcək, narahat olmasın, Avstriyadan yola saldığı mallardan ona da verəcək. X29 zənglərinə cavab verməmiş, başa düşmüşdür ki, Seyid Əziz onu aldatmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ziyan ödənilib, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2020-ci ildə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisi olan 42-ci dalanda ayrı ayrılıqda bələdiyyə sənədi əsasında 24 sot torpaq sahəsi almışdır. Gələcəkdə övladları ayrı yaşasınlar deyə torpağı iki yerə, yəni hər biri 12 sot olmaqla ayırmışdır. Torpaqların birini öz adına, digərini isə həyat yoldaşı X1 adına sənədləşdirmişdir. Hər iki torpaq sahəsində ev tikmiş, evlərə çıxarış almaq istəsə də, ala bilməmişdir. Odur ki, bu barədə hər kəsə məlumat vermiş, xahiş etmişdir ki, çıxarış almasına ona köməklik etsinlər. 2023-cü ilin noyabr ayının əvvəllərində Şahid ona bildirmişdir ki, tanışı Azadın vasitəsi ilə 1 ay əvvəl, yəni 2023-cü ilin oktyabr ayında tanış olduğu Təqsirləndirilən şəxs onun torpaq sahələrinə çıxarış düzəldə bilər. O, Mübarizə bildirmişdir ki, Seyid Əzizlə tanış etsin, özləri söhbət edərlər. 2023-cü ilin noyabr ayının əvvəllərində X10 yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 42-ci dalanda yerləşən evinə gəlmişdir. Evində Mübariz və Seyid Əzizlə söhbət etmişlər, Seyid Əziz bildirmişdir ki, onun 24 sot torpaq sahəsinə torpağın hər sotu 2000 manat olmaqla 48 000 manata çıxarış ala bilər. Bunun üçün torpağına dair köhnə sənədləri götürüb Əmlak Məsələləri Dövlət Xidmətinə verəcək, oradan Seyid Əzizə imtina verəcəklər. İmtina verildikdən sonra həmin imtinadan məhkəməyə müraciət edəcək. Məhkəməni 100 faiz udacaq, Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi Apellyasıya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsində baxılan işdə rayon məhkəməsinin qərarını qüvvədə saxladacaq. Seyid Əziz demişdir ki, bütün proseslər 3 ay çəkəcək. Seyid Əziz çıxarış alınmasının qaydasını həmin formatda olmasını bildiyindən görmüşdür ki, Seyid Əziz düz danışır, bütün qaydaları bilir. Odur ki, Seyid Əzizə inanmışdır. Seyid Əziz bildirmişdir ki, ilkin olaraq bağ orderini, yəni köhnə bağ sənədini alması üçün ona 15 000 manat, daha sonra 15 000 manat, cəmi 30 000 manat verəcək, baha başa gəlsə əlavə olaraq da pul alacaq, işi tam həll edib çıxarışı aldıqdan sonra 18 000 manat pulu da alacaq. O, Seyid Əzizlə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə X25 birgə evinə gəlmiş, o, işə başlaması üçün Seyid Əzizə 15 000 manat pul vermişdir. 2023-cü ilin noyabr ayının sonlarında Mübariz ona zəng edərək Seyid Əzizin görüşmək istədiyini bildirmiş, o, razılıq verdikdən sonra X26 evinə gəlmişlər. Seyid Əziz bildirmişdir ki, işlər qaydası ilə gedir, sadəcə torpaq sahələrinə orderləri, yəni köhnə bağ sənədlərini baha aldığından 15 000 manatı ödəməlidir. O, Seyid Əzizə inandığından topladığı sənədləri ona göstərməsini tələb etmədən Seyid Əzizə 15 000 manat da pul vermişdir. Bununla da Seyid Əzizə 30 000 manat vermişdir. Seyid Əziz demişdir ki, xx.xx.2024-cü il tarixdə çıxarış hazır olacaq Həmin vaxtdan sonra hərdən Seyid Əzizlə əlaqə saxlamış, sonuncu bildirmişdir ki, narahat olmasın, dediyi proseslər öz axarı ilə heç bir çətinlik olmadan gedir. xx.xx.2024-cü il tarixdən sonra Seyid Əzizə zəng çatmamış və ondan yayınmağa başlamışdır. Bu barədə Mübarizə demiş, sonuncu bildirmişdir ki, Seyid Əzizlə əlaqə saxlamış. Seyid Əziz demişdir ki, çıxarış hazırdır, götürməsi “Novruz” bayramından sonraya qalıb. xx.xx.2024-cü il tarixdən sonra Seyid Əziz onun və Mübarizin zənglərinə cavab verməmişdir. Mübariz, Seyid Əzizi tanıdığı şəxslərin vasitəsi ilə sonuncunun evinin yerini öyrənərək evinə getmiş, Seyid Əzizin qardaşı Ağa Mehti ilə tanış olmuşdur. X31 söz vermişdir ki, Seyid Əzizlə görüşüb danışar. Növbəti günlərdə X27 3 nəfər qohumunu onun evinə gətirmiş, Seyid Əzizin qohumları 30 000 manatını 2024-cü ilin may ayının sonunadək qaytaracaqlarına söz versələr də qaytarmamışlar. O aldanıldığını görüb Sabunçu RPİ 14cü PŞ-yə ərizə ilə müraciət etmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, vurulmuş ziyandan 2500 manat ödəniş olması barədə ərizə təqdim etsə də, ona hər hansı ödəniş edilmədiyindən ərizəsinin nəzərə alınmamasını xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında tanışı Azadın vasitəsi ilə tanımış, təsadüfü görüşləri zamanı Seyid Əziz danışmışdır ki, guya torpaq sahələrinə çıxarış ala bilir, hətta bir neçə şəxsin torpaq sahəsinə çıxarış düzəltmişdir. Onun Zərərçəkmiş şəxs3la və ya Seyid Əzizlə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Dostu Zərərçəkmiş şəxs3 2020-ci ildə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 42-ci dalanda ayrı-ayrılıqda bələdiyyə sənədi əsasında 24 sot torpaq sahəsi almışdır. Gələcəkdə övladları ayrı yaşasınlar deyə torpağı iki yerə, yəni hər biri 12 sot olmaqla ayırmışdır. Torpaqların birini öz adına, digərini isə həyat yoldaşı X2 adına sənədləşdirmişdim. Rafiq hər iki torpaq sahəsində ev tikmiş və evlərə çıxarış almaq istəmiş, lakin ala bilməmişdir. Odur ki, bu barədə hər kəsə məlumat vermiş, xahiş etmişdir ki, çıxarış almasında ona köməklik etsinlər. 2023-cü ilin noyabr ayının əvvəllərində Rafiqə bildirmişdir ki, tanışı Azadın vasitəsi ilə 1 ay əvvəl, yəni 2023-cü ilin oktyabr ayında tanış olduğu Təqsirləndirilən şəxs, Rafiqin torpaq sahələrinə çıxarış düzəldə bilər. Rafiq ona bildirmişdir ki, onu Seyid Əzizlə tanış etsin özləri söhbət edərlər. 2023-cü ilin noyabr ayının əvvəllərində Seyid Əzizlə birgə Rafiqin yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 42-ci dalanda yerləşən evinə getmişdir. O, Rafiq və Seyid Əziz söhbət edərkən Seyid Əziz bildirmişdir ki. Rafiqin 24 sot torpaq sahəsinə hər sotu 2 000 manat olmaqla 48 000 manata çıxarış ala bilər. Bunun üçün o, torpağa dair köhnə sənədləri götürüb Əmlak Məsələləri Dövlət Xidmətinə verəcək, oradan imtina veriləcək. İmtina verildikdən sonra həmin imtinadan məhkəməyə müraciət edəcək. Məhkəməni 100 faiz udacaq, Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsində baxılan işdə rayon məhkəməsinin qərarını qüvvədə saxladacaq. Seyid Əziz demişdir ki, bütün proseslər 3 ay çəkəcək. O, çıxarışın alınmasının qaydasını həmin formatda olmasını bildiyindən Seyid Əzizin düz danışmasına inanmışlar. Seyid Əziz bildirmişdir ki, ilkin olaraq bağ orderini, yəni köhnə bağ sənədini alması üçün ona 15 000 manat, daha sonra 15 000 manat, cəmi 30000 manat verəcək, baha başa gəlsə əlavə də pul alacaq, işi tam həll edib çıxarışı aldıqdan sonra 18 000 manat Rafiqdən alacaq. Rafiq onunla razılaşdı. xx.xx.2023-cü il tarixdə Seyid Əzizlə birgə Rafiqin evinə getmiş, Rafiq işə başlaması üçün Seyid Əzizə 15 manat pul vermişdir 2023-cü ilin noyabr ayının sonlarında Seyid Əziz zəng edərək Rafiqlə görüşmək istədiyini bildirmiş, Rafiq razılıq verdikdən sonra evinə getmişdir. Seyid Əziz bildirmişdir ki, işlər qaydası ilə gedir, sadəcə torpaq sahələrinə orderləri, yəni köhnə bağ sənədlərini baha aldığından 15 000 manat ödəməlidir. Rafiq, Seyid Əzizə inandığından topladığı sənədləri göstərməsini tələb etmədən sonuncu ona 15 000 manat da pul vermişdir. Bununla da Seyid Əzizə 30 000 manat vermişdir. Seyid Əziz demişdir ki, xx.xx.2024-cü il tarixdə çıxarış hazır olacaq Həmin vaxtdan sonra hərdən Seyid Əzizlə əlaqə saxlamış, sonuncu demişdir ki, narahat olmasın, dediyi proseslər öz axarı ilə heç bir çətinlik olmadan gedir. xx.xx.2024-cü il tarixdən X33 zənglərinə cavab verməmiş, ondan yayınmağa başlamışdır. Bu barədə Rafiq ona demişdir ki, Seyid Əzizlə əlaqə saxlasın, Seyid Əziz demişdir ki, çıxarış hazırdır, götürməsi “Novruz" bayramından sonraya qalıb. xx.xx.2024-cü il tarixdən sonra Seyid Əziz onun və Rafiqin zənglərinə cavab verməmişdir. O, Seyid Əzizi tanıyan şəxslərin vasitəsi ilə sonuncunun evinin yerini öyrənərək evinə getmiş, Seyid Əzizin qardaşı Ağa Mehti ilə tanış olmuşdur. Ağa Mehti bildirmişdir ki, Seyid Əzizlə görüşüb danışar. Növbəti günlərdə Seyid Əzizin 3 nəfər qohumunu bir yerə yığaraq Rafiqin evinə getmiş, Seyid Əzizin qohumları Rafiqin 30 000 manatını 2024-cü ilin may ayının vsonunadək qaytaracaqlarına söz versələr də qaytarmamışlar. Odur ki, Rafiq şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar y/m nömrəsiz ünvanda yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı ünvana baxış keçirilmişdir. Həmin ünvanın giriş qapısı dəmir darvazadan ibarətdir(i.v.3-5). “könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 könüllü olaraq təqdim etdiyi, iş üçün sübut əhəmiyyəti kəsb edən, sonuncu ilə Təqsirləndirilən şəxs arasında “WhatsApp” proqramı vasitəsi ilə aparılan 35 ədəd səsli mesajlarının köçürüldüyü 1 ədəd CD diski qəbul edilmişdir(i.v.28). “baxış keçirilməsi haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 epizodu üzrə baxış keçirilən yer Abşeron rayonu Məmmədli kəndində yerləşən fermadır(i.v.49-53). “üzləşdirmə aparmaq haqqında” 13 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadələrini bir daha təsdiq etmişlər, əlavə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 18 baş iri buynuzlu heyvanı satmaq məqsədilə aldığını, lakin heyvanlardan 4 ədədini Ramildən icazəsiz olaraq satdığını bildirmişdir(i.v.115-117). “üzləşdirmə aparmaq haqqında” 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid və Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, ifadələrində göstərilən xüsusatları bir daha təsdiq etmişlər(i.v. 198-200). “üzləşdirmə aparmaq haqqında” 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, ifadələrində göstərilən xüsusatları bir daha təsdiq etmişlər(i.v.201-203). “səs yazıları olan CD diskə baxış keçirilməsi və həmin diskdəki səs yazılarını mətn formasında vərəq üzərinə köçürülməsi haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 torpaq sahəsinə çıxarış almasına söz verir, çıxarışın hazırlanması ilə əlaqədar guya aidiyyəti şəxslər tərəfindən Zərərçəkmiş şəxs3 torpaq sahəsinin ölçülməsi və kordinatlarının müəyyən edilməsi barədə sonuncuya məlumat verir, nəticənin olmadığını görən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pullarını qaytarmasını tələb edir(i.v.204-208). “maddi sübut kimi tanıma haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsilə bir-birilərinə göndərdikləri səs yazılarının köçürüldüyü 1 ədəd CD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.209-210). “sübutların qiymətləndirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 179.2.4-cü maddələri ilə, X3 və Şahid barəsində isə həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir(i.v.217-226). İş materiallarında olan: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir(i.v.1). “əməlin tövsif edilməsi haqqında” 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir(i.v.35). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v.36-37). 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.38). 25 dekabr 2024-cü tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.43). “cinayət işinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” 25 dekabr 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatda sonuncunun barəsində həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmiş, cinayət işinin istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir(i.v.44-45). “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş və istintaqı aparılmışdır(i.v.46). Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciət üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir(i.v 62-63). 07 noyabr 2023-cü il tarixli qərarla Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 may 2023-cü il tarixli qərarı qanunsuz olduğundan ləğv edilmişdir(i.v 65). Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 4000 manat pulunun ələ keçirilməsi ilə bağlı müraciət etmişdir(i..v. 67). “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.83). “axtarışda olan şəxsin saxlanılması haqqında” 11 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə saxlanılaraq Abşeron RPİ Mehdiabad PB-nə təhvil verilmişdir(i.v.86). “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(i.v.87). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.104-105). Təqsirləndirilən şəxs barəsində 01 ay 12 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir(i.v.118-123). Abşeron Rayon Məhkəməsinin 4(012)-784/2024 saylı, 13 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməyərək, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir(i.v.124-130). “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” 13 noyabr 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.131-132). “əməlin tövsif edilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir(i.v.154-155). “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir(i.v.156-158). “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.159-160). “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.163-164). “vəsatətin rədd edilməsi barədə” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs vəsatəti özünü müdafiə etmə xarakteri kimi qiymətləndirilərək rədd edilmişdir(i.v.186-187). Cinayəti törətməkdə təqsirləndirilən şəxsin tutulması haqqında 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:10-da tutulmuşdur(i.v. 181). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-18/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır(i.v. 194-197). Bakı Apellyasiya Məhkəməsinin 4(103)-97/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-18/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır(i.v.211-216). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-241/2025 saylı, 10 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(Abşeron RPİ-nin cinayət işi hazırda icraatdadır) (i.v.232-233); Zərərçəkmiş şəxs1 ərizə verərək ona təqsirləndirilən şəxslərin qohumları tərəfindən 2500 manat ödənilməsini bildirsə də, həmin ərizənin nəzərə alınmamasını, çünki ona 2500 manat ödəniş edilmədiyini, yalnız təqsirləndirilən şəxs tərəfindən 35000 manat puldan 1000 manatının qaytarılmasını qeyd etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam ödənmişdir, onunla barışmış, şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı yalnız azadlığa çıxandan sonra ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, cinayət işi üzrə ona zərərin ödənilməsi ilə bağlı vaxt verilsə də, ödəniş etməmiş və hazırda həmin zərərçəkmiş şəxslər ondan şikayətçi olaraq zərərin əvəzinin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən də onun ifadəsində qeyd etdiyi “ziyanı yalnız azadlığa çıxandan sonra ödəməsi” cəza çəkməkdən yayınmaq xarakteri daşıyır və özünü müdafiə xarakterlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsini(59.1.14), törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran -CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə cəzanın növünə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ziyanın tam olaraq qalması(30 000 manat) və Zərərçəkmiş şəxs1 34 000 manat ödənilməmiş zərərin həcmi və zərərçəkmiş şəxslərin şikayətçi olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs az ciddi cəza növü(azadlığın məhdudlaşdırılması) cəzanın məqsədlərinə və cəzanın təyin edilməsinin ümumi əsaslarına uyğun hesab edilə bilməz. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə cəzanın həddi ilə bağlı hissədə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadığından, əksinə onun cinayət əməli nəticəsində dəymiş ziyanı qismən ödəməsi(Zərərçəkmiş şəxs2 4 000 manat, ), səmimi peşman olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut-01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-səs yazılarını əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan(Təqsirləndirilən şəxs verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar