Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-242/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Salman qızının müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İbrahim oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Hacıqabul rayonu, İkinci Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Hacıqabul rayonu, İkinci udulu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, İkinci Şahsevən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, 1-ci dalan ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 28 may 2024-cü il tarixdə saat 23:20-də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən «Nihat» kafesinin qarşısında heç bir səbəb olmadan Təqsirləndirilən şəxs1 çiyni ilə Zərərçəkmiş şəxs çiynindən vurduğuna görə Zərərçəkmiş şəxs tərəfindən edilmiş iradlara əhəmiyyət verməyib, əksinə ictimai yer olan «Nihat» kafesinin qarşısında yaranmış mübahisəyə müdaxilə etmiş, onlardan aralanıb həmin ünvanda yerləşən «Fam» restoranın həyətinə keçən Zərərçəkmiş şəxs təqib edərək, orada hərəkətlərini inadla davam etdirib, qrupun üzvü Rafət İbrahimovla birlikdə Elşən Cəbraylovun ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarına məhəl qoymadan həmin yerə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub, sol qulaq, sol gicgah, sağ dirsək və sol baldır nahiyəsinə vurub zor tətbiq etməklə, sonuncuya sol qulaq seyvanının qançırı və sıyrıqları, sol qulaqönü, sol gicgah və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol baldırın əzilmiş səthi yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən, Təqsirləndirilən şəxs1 yerdən götürdüyü istintaqla müəyyən edilməyən daş parçasından silah qismində istifadə etməklə zor tətbiq edib, ənsə nahiyəsindən vurub, ona ənsə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə, qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 28 may 2024-cü il tarixdə saat 23:20-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən «Nihat» kafesinin qarşısında heç bir səbəb olmadan çiyni ilə Zərərçəkmiş şəxs çiynindən vurduğuna görə Zərərçəkmiş şəxs tərəfindən edilmiş iradlara əhəmiyyət verməyib, əksinə ictimai yer olan «Nihat» kafesinin qarşısında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifətindən vurduqdan sonra ondan aralanıb həmin ünvanda yerləşən «Fam» restoranın həyətinə keçən Zərərçəkmiş şəxs qrupun üzvü Təqsirləndirilən şəxs2lə birlikdə təqib edərək, orada hərəkətlərini inadla davam etdirib, Elşən Cəbraylovun ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarına məhəl qoymadan həmin yerə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub, sol qulaq, sol gicgah, sağ dirsək və sol baldır nahiyəsinə vurub zor tətbiq etməklə, sonuncuya sol qulaq seyvanının qançırı və sıyrıqları, sol qulaqönü, sol gicgah və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol baldırın əzilmiş səthi yarası isə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən, yerdən götürdüyü istintaqla müəyyən edilməyən daş parçasından silah qismində istifadə etməklə zor tətbiq edib, ənsə nahiyəsindən vurub ona ənsə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə, qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Rafət, o, Xəqani “Nihat” adlı kafedə oturub yeyib-içmişlər. Sonra o, siqaret çəkmək üçün kafedən çıxmışdır. Kafenin qabağında siqaret çəkən zaman Rafət onun yanına gəlib Elşənlə dalaşdığını və ona köməklik etməsini bildirmişdir. O, da Rafetlə birlikdə getmiş və Rafətlə Elşən həyətdə mübahisə edərkən onları aralaşdırmışdır. O, heç kimi vurmamışdır. Daha sonra onlarla birlikdə kafedə yeyib-içən Xəqani onlara yaxınlaşmışdır. O, bildiyinə görə Rafətlə Elşən kafedə olarkən aralarında mübahisə yaranmışdır. Amma nə səbəbdən yaranmasını bilməmişdir. O, siqaret çəkmək üçün çölə çıxdıqdan sonra Elşən kafedən çıxmış, ondan sonra isə Rafət çıxmışdır. Kafedə yeyib-içdiklərindən sərxoş olmuşlar. Həyətdə mübahisə edərkən nalayiq ifadələr işlətmişlər. Cibində olan telefon Rafətlə Elşəni aralayan zaman cibindən yerə düşmüşdür. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Üç azyaşlı uşağı vardır, fəhləliklə ailəsini dolandırır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 28 may 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Nihat” kafesinə iş yoldaşları Rafət və Xəqani adlı şəxslərlə birlikdə gedib kafedə oturub yemək yeyib bir qədər içki qəbul etmişlər. Saat 23 radələrində kafedən çıxıb siqaret çəkən zaman Rafətin bir nəfər əvvəllər tanımadığı, ədavət və düşmənçiliyi olmadığı, araşdırma zamanı adını bildiyi Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, Zərərçəkmiş şəxs əlində bağ qayçısının olduğunu və Rafəti vurmaq istədiyini görüb onlara yaxınlaşmışdır. Elşənin əlindən qayçını almaq istədikdə Elşən qaçaraq yaxınlıqda olan kafenin həyətinə daxil olduğunu görüb Rafətlə biriikdə onun arxasınca getmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs yerdə olduğunu görmüş və əlində olan qayçını almaq istəmişdir. Bu zaman onlarla birlikdə yemək yeyən iş yoldaşı Xəqani onlara yaxınlaşıb aralamağa çalışmışdır. Elşənin əlində olan bağ qayçısını almış və kafenin həyətindən çıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs arxalarınca gələrək təpiklə sinəsinə vurmuş və əlində olan qayçı yerə düşmüşdür. Bundan sonra o, iş yoldaşları ilə dərhal oradan uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra mobil telefonunu üzərində olmadığını görmüşdür. İş yoldaşı Xəqaninin mobil telefonu ilə öz mobil nömrəsinə zəng etmiş, telefona tanımadığı bir qadın cavab verib telefonu tapdığını bildirmişdir. Bundan sonra iş yoldaşı Xəqani yaxınlaşıb onun mobil telefonunu götürmək istəsə də, həmin şəxs mobil telefonu polis əməkdaşına verəcəyini biidirmişdir. Bir neçə dəqiqədən sonra Xəqani onun mobil telefonuna zəng etmiş, telefon zənginə polis əməkdaşı cavab verərək telefonun hadisə yerində düşüb qaldığını və bir qadının telefonu tapıb onlara verdiyini bildirib, onları polis şöbəsinə dəvət etmişdir. Buna grə də Sabunçu RPİ-nin 13-cü PŞ-yə gedib hadisə ilə bağlı izahat vermişlər. Zərərçəkmiş şəxs qəsdən vurmamış, ona xəsarət yetirməmişdir. Rafətin Elşəni vurduğunu görməmiş, onlar birbirilərinin köynəyindən tutub dartmışlar. Elşənin harada və hansı qaydada xəsarət aldığını bilmir. Özü ciddi xəsarət almadığı üçün heç bir tibb müəssisəsinə müraciət etməmiş, xeyli müddət keçdiyindən bədənində xəsarət və ya izləri qalmamışdır. Ona görə də məhkəmətibbi ekspertizasının müayinəsindən keçməkdən imtina edir. Şəxsən Elşəndən şikayət və tələbi yoxdur. Polis şöbəsində izahatında səhvən hadisənin baş verdiyi tarix 28 sentyabr 2024-cü il tarix kimi qeyd olunmuşdur. Baş vermiş hadisənin şahidləri tanışı Xəqani və adlarını, anket məlumatlarını bilmədiyi ətrafda olmuş şəxslər olmuşdurlar. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. X10 bir- birilərindən aralayıb, Xəqani mübahisəyə, dava-dalaşa müdaxilə etməmişdir. Elşənlə Xəqani arasında ümumiyyətlə narazılıq olmamış, Xəqani Elşəni, eyni zamanda Elşən Xəqanini vurmamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə ad günündən çıxıb İbrahim və Xəqani ilə görüşmək üçün “Nihat” kafesinə getmişdir. Həmin vaxt içkili olmuşdur. Orada da Xəqani, İbrahimlə birlikdə oturub yenidən yeyib içmişdir. Ondan öncə İbrahim siqaret çəkmək üçün masadan qalxmışdır. Daha sonra o, əlini yumaq üçün masadan qalxmışdır. Sonra Elşən kafeyə daxil olmaq istəyərkən onun çiynindən dəymişdir. Kafenin dəhlizi dar olduğundan eyni zamanda iki nəfər şəxs keçə bilmir. Elşən onu gözləmədən keçdiyindən onun çiyninə dəymişdir. O, isə həmin vaxt içkili olduğundan Elşənə kobud şəkildə “görmürsən mən gəlirəm, gözlə keçim sonra sən keçərsən də” deyə irad bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Həmin dəhliz dar olduğundan o, Elşəni çölə çağırmışdır. Bu zaman çöldə siqaret çəkən İbrahim onu görüb nə baş verdiyini soruşduqda o, İbrahimə “mənə çiyin atıb, qoy görüm nə deyir” deyərək Elşənin yanına getmişdir. İbrahimdə onunla gəlmişdir. O, Elşənlə yaxalaşmışdır. Həmin vaxt Elşən də içkili olmuşdur. Onlar yaxalaşarkən yerə yıxılmış, yerdə bir-birinə zərbələr endirmişlər. Daha sonra ayağa qalxmış, dalaşmağa davam etmiş və yenidən yerə yıxılmışlar. Hadisə zamanı yüksək səslə nalayiq ifadələr işlətmişlər. Ətrafdan çoxlu insanlar keçmişdir. Hətta bir nəfər qadın baş verənləri videoya çəkmişdir. Həmin qadın da 102 xidmətinə zəng edib məlumat vermişdir. İbrahim zərərçəkmiş şəxsi vurmamışdır. Onları aralaşdırmağa çalışmışdır. Bu zaman telefon cibindən yerə düşmüşdür. Onun əlində daş və ya digər alət olmamışdır. Zərərçəkmiş şəxsə hər hansı alətlə xəsarət yetirməmiş, yalnız əli ilə zərbələr yetirmişdir. Ona görə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsdən etdikləri əməl üçün üzr də istəmişlər. Sərxoş olmuş və səhv etmişdir. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 28 may 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Nihat” kafesinə iş yoldaşları İbrahim və Xəqani ilə birlikdə gedib kafedə oturub yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Saat 23 radələrində kafedə oturub çörək yeyən zaman əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi otmadığı, araşdırma zamanı adını bildiyi kafedə gül satan Zərərçəkmiş şəxs kiminləsə söhbət edərkən «Beyləqandan kişi çıxmayıb» dediyini eşitmişdir. Elşənə yaxınlaşıb bu sözünə görə iradını bildirdikdə, Elşən kinayə ilə ona baxıb aralanmışdır. Bir müddət sonra yaxınlıqda yerləşən mağazadan siqaret almaqdan ötrü həyətə çıxdıqda Elşənin həyətdən kafeyə daxil olduğunu görmüşdür. Elşən ona sataşmaq məqsədi ilə çiyni ilə qəsdən çiynindən vurmuşdur. Elşənin qolundan tutub kafenin kənarına çəkib nə səbəbdən onu çiyni ilə vurduğunu soruşduqda, Elşən sərxoş vəziyyətdə «ağıllı ol» deyib onu təhqir etmişdir. Buna görə də əsəbləşib Elşənin sinəsindən tutub özünə tərəf çəkmişdir. Elşən də onun köynəyinin yaxasından tutub dartdığı üçün köynəyinin yaxası cırılmışdır. Bundan sonra o, yumruqla bir dəfə Elşənin sinəsindən və çənə nahiyəsindən vurmuş, Elşən müvazinətini itirib yerə yıxılmışdır. Elşən ayağa qalxaraq əlinə ona məlum olmayan yerdən götürdüyü bağ qayçısı ilə üzərinə hücum etmişdir. Bu zaman təsadüfən onunla kafedə oturub çörək yeyən iş yoldaşı İbrahim həyətə çıxıb onları aralamaq üçün yaxınlaşmışdır. Elşən İbrahimi görüb qorxub ondan aralanıb yaxınlıqda yerləşən kafenin həyətinə daxil olmuşdur. Əsəbi olduğu üçün Elşənin arxasınca gedib, onu əli ilə vurub yerə yıxmış və əlindən qayçını almaq istəsə də ala bilməmişdir. Bu zaman yanlarına gələn İbrahim Elşənin əlindən qayçını almış, Elşəni ondan aralamaq istədikdə Elşən onu da söyüb təhqir etdiyi üçün İbrahim Elşəni əl ilə vurmuşdur. İbrahimin Elşənin bədəninin hansı nahiyəsindən vurduğunu dəqiq görməmişdir. Bundan sonra onlarla birlikdə oturub yemək yemiş digər iş yoldaşı Xəqani gəlib onları aralamışdır. Xəqani mübahisəyə müdaxilə etməmiş, Elşəni vurmamışdır. Elşən də Xəqanini vurmamışdır. Bundan sonra hər üçü aralanıb evlərinə getmişlər. Yolda İbrahimin evə gedib çatıb-çatmadığını öyrənmək üçün telefonuna zəng etmiş, telefona özünü polis əməkdaşı kimi təqdim etmiş şəxs cavab verərək, telefonun hadisə yerində düşüb qaldığını bildirib, onu polis şöbəsinə dəvət etmişdir. Bundan sonra o, Sabunçu RPİnin 13- cü PŞ-yə gedib hadisə barədə izahat vermişdir. Hadisə zamanı əlində daş parçası olmamış, daş parçası ilə Elşəni vurmamışdır. Özü ciddi xəsarət almadığı üçün heç bir tibb müəssisəsinə müraciət etməmiş, əynində olmuş köynəyinin yaxası cırıldığı üçün sonradan həmin köynəyi atmışdır. Xeyli müddət keçdiyindən və xəsarət ciddi olmadığı üçün bədənində xəsarət və ya izləri qalmadığı üçün məhkəmə-tibbi ekspertizadan müayinədən keçməkdən imtina edir. Polis şöbəsində izahatında səhvən hadisənin baş vermə tarixi 28 sentyabr 2024-cü il tarix kimi qeyd edilmişdir. Hadisənin şahidləri iş yoldaşı Xəqani və adlarını, anket məlumatlarını bilmədiyi ətrafda olmuş şəxslər olmuşdurlar. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Elşənlə Xəqani arasında ümumiyyətlə narazılıq olmamış, Xəqani Elşəni, eyni zamanda Elşən Xəqanini vurmamışdır Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisəyə qədər tanımamışdır. Xəqanini tanımışdır, onun yerlisidir. Xəqani bir neçə dəfə ondan yaşadığı həyətdən qızılgül gətirməsini xahiş etmişdir. O, da hadisə baş verən gün Xəqaniyə “Nihat” kafesinin qabağında qızılgülləri vermişdir. Həmin vaxt İbrahim və Rafət kafenin qabağında dayanmışlar. Xəqaniyə gülləri verdikdən sonra Xəqani kafeyə daxil olmuşdur. Bu zaman Rafətlə, İbrahim içkili olduqlarından elə başa düşmüşlər ki, o, Xəqanin arxasınca nəsə nalayiq ifadə işlədir. Lakin o, heç bir nalayiq ifadə işlətməmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Onlar onun ünvanına nalayiq ifadələr işlətmişlər. Rafət onun yaxasından tutanda o, da Rafətin yaxasından tutmuşdur. Rafət onun üzündən əli ilə vurmuşdur. Daha sonra o, Rafətin əlindən çıxıb “Fam” restoranının həyətinə qaçmışdır. Rafətlə, İbrahim onun arxasınca oraya gəlmişlər. Onu vurmağa, nalayiq ifadələr işlətməyə başlamışlar. O, başını tutaraq ona yetirilən zərbələrdən özünü qorumağa çalışmışdır. Ona əl və ayaqla zərbələr yetirilirdi. Sonra o, yerə yıxılmışdır. Yerdə olan zaman Rafət ona zərbələr yetirməyə davam etmişdir. Lakin Rafət ona daşla, hər hansı alətlə xəsarət yetirməmişdir. Ona əl və təpiklə fiziki zor tətbiq edib bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. Həmin vaxt orada olan tanımadığı bir nəfər qadın 102 xidmətinə məlumat vermişdir. Daha sonra polislər gəlmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Onlarla barışmışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, təxminən 5 il olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən «Aqat» şadlıq sarayının qarşısında avtodayanacaqda fərdi qaydada nəzarətçi kimi işləyir. 28 may 2024-cü il tarixdə saat 23:20-də Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən «El» mərasim evin qarşısında küçədə avtodayanacaqda dayanıb avtomobillərə nəzarət edən zaman yaxınlıqda fəaliyyət göstərən «Nihat» kafesindən iki nəfər əvvəllər tanımadığı, ədavət və düşmənçiliyi olmadığı şəxslərin sərxoş vəziyyətdə küçəyə çıxdıqlarını görmüşdür. Həmin şəxslərdən biri, araşdırma zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 qəsdən heç bir səbəb olmadan çiyni ilə çiynindən vurmuşdur. Ondan nə üçün belə etdiyini soruşduqda Təqsirləndirilən şəxs1 onunla mübahisə edib, onu söyüb təhqir edib mübahisə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 onun əynində olmuş köynəyin yaxasından tutduğu üçün o, da Rafətin köynəyin yaxasından tutduqda Rafət əli ilə onun sifət nahiyəsindən vurmuşdur. Dava-dalaş olmamasından ötrü Rafətdən aralanıb yaxınlıqda fəaliyyət göstərən «Fam» restoranın həyətinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 yanında olmuş tanışı Təqsirləndirilən şəxs2 ilə onun arxasınca gəlib yenidən onunla mübahisə edib onu əl və təpiklə, daşla vurub onu yerə yıxıb başından, sol qulağından, sağ qolunun dirsək nahiyəsindən, sol ayağının baldır nahiyəsindən xəsarətlər yetirmişdirlər. Bunu görə restoranda işləyən qadın DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdiyini bilən həmin şəxslər oradan qaçıb getmişdirlər. Onu döyən şəxslərdən Təqsirləndirilən şəxs2 mobil telefonu hadisə yerində yerə düşmüş və o telefonu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Hadisənin şahidi olmuş Xəqani adlı şəxs onu döyən şəxsləri ondan aralayıb, ona köməklik edib yerdən qaldırmışdır. Konkret olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl və təpiklə ona fiziki zor tətbiq edib bədəninin müxtəlif nahiyələrindən vurub ona xəsarət yetiriblər, daşla başının təpə nahiyəsindən vuran Rafət olmuşdur. Dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Ona fiziki zor tətbiq edib xəsarət yetirmiş şəxslərə qarşı fiziki zor tətbiq etməmiş, onlara xəsarət yetirməmişdir. Hadiə zamanı əlində qayçı olmamışdır. Xəqani adlı şəxs ona fiziki zor tətbiq etmədiyi üçün ondan şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsləri tanıyır. Hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxslərlə kafedə oturub yeyib-içmişlər. Daha sonra Elşən kafeyə gəlmişdir. Ondan qızılgül gətirməsini xahiş etmişdir. Elşən gedib qızılgül gətirmiş və kafenin içərisində ona vermişdir. İbrahimlə, Rafətin nə zaman çölə çıxmasını Elşənlə mübahisə etməsini bilməmişdir. Sonra səs-küy eşidib çölə çıxmış və onları aralaşdırmışdır. Onların vəziyyətindən aralarında dava baş verdiyi bəlli idi. Elşənin İbrahim və ya Rafət tərəfindən daşla və ya hər hansı alətlə vurulmasını görməmişdir. Daha sonra oradan uzaqlaşmışlar. Bir neçə dəqiqə keçdikdən sonra İbrahim ona telefonunun üzərində olmadığını demişdir. İbrahim nömrəsinə zəng etməsi üçün telefonunu İbrahimə vermişdir. Həmin vaxtı İbrahimin telefonuna tanımadığı bir nəfər şəxs cavab verərək telefonu tapdığını bildirmişdir. Bundan sonra o, İbrahim ilə qeyd olunan yerə yaxınlaşıb mobil telefonu götürmək istəsələr də, həmin şəxs mobil telefonu polis əməkdaşına təhvil verəcəyini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra İbrahimin mobil telefonuna zəng etmiş, zəngə polis əməkdaşı cavab verərək telefonun hadisə yerində düşüb qaldığını və bir qadının telefonu tapıb onlara verdiyini bildirib, onları polis şöbəsinə dəvət etdiyi üçün onlar polis şöbəsinə gedib hadisə barədə izahat vermişlər. Məhkəməyədək icraat zamanı şahid ifadəsində göstərmişdir ki, 28 may 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Nihat” kafesinə tanışları Rafət və İbrahimlə gedib oturub yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Bir qədər sonra Rafət və İbrahim kafedən çıxaraq kafenin qarşısında siqaret çəkməyə getmişdir, o, isə kafedə qalmışdır. Bir neçə dəqiqə keçdikdən sonra kafenin qarşısına çıxdıqda Rafətlə İbrahimin kafenin qarşısında gözətçi işləyən Elşən adlı şəxslə dava etdiklərini, Elşəni əl və ayaqları ilə vurduqlarını görmüşdür. Onlara yaxınlaşıb X6 aralaşdırmışdır. Bir neçə dəqiqə keçdikdən sonra İbrahim ona telefonunun üzərində olmadığını demişdir. İbrahim nömrəsinə zəng etməsi üçün telefonunu İbrahimə vermişdir. Həmin vaxtı İbrahimin telefonuna tanımadığı bir nəfər şəxs cavab verərək telefonu tapdığını bildirmişdir. Bundan sonra o, İbrahim ilə qeyd olunan yerə yaxınlaşıb mobil telefonu götürmək istəsələr də, həmin şəxs mobil telefonu polis əməkdaşına təhvil verəcəyini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra İbrahimin mobil telefonuna zəng etmiş, zəngə polis əməkdaşı cavab verərək telefonun hadisə yerində düşüb qaldığını və bir qadının telefonu tapıb onlara verdiyini bildirib, onları polis şöbəsinə dəvət etdiyi üçün onlar polis şöbəsinə gedib hadisə barədə izahat vermişlər. Hadisə 28 may 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y Əliyev küçəsində yerləşən «Nihat» kafesinin yaxınlığında baş vermişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisənin şahidləri adlarını və anket məlumatlarını bilmədiyi həyətdə dayanmış bir nəfər oğlan və bir nəfər qadın olmuşdurlar. Rafət və İbrahim Elşəni əl və ayaqları ilə vurduqlarını görsə də, konkret zərbələrin Elşənin bədəninin hansı nahiyəsindən dəydiyini görməmişdir. Rafətlə İbrahimdən sonradan eşitdiyinə görə Elşən əlində olmuş qayçı ilə onların üzərinə hücum etmiş, buna görə də aralarında dava-dalaş yaranmışdır. Lakin sonradan araşdırma zamanı ona məlum olmuşdur ki, İbrahimlə Rafət kafedən siqaret çəkmək üçün həyətə çıxarkən onlardan biri Elşənin çiynindən sərxoş vəziyyətdə olduğu üçün vurmuş, Elşən isə buna görə iradını bildirdikdə mübahisə yaranmışdır. Həmin anın şahidi olmamışdır. Zərərçəkmiş şəxs əlində hadisə zamanı qayçı və ya digər kəsici-deşici alət, Elşənin Rafət və ya İbrahimə fiziki zor tətbiq etdiyini görməmişdir. Nə o, Elşənə fiziki zor tətbiq etməmiş, nə də ki, Elşən ona fiziki zor tətbiq etməyib, xəsarət yetirməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:24-də Sabunçu RPİ-nin 13-cü PŞ-nə 102 XZM-dən ********** saylı məlumat daxil olmuşdur ki, Bakıxanov qəsəbəsi, Gənclər evinin qarşısı Firuzə adlı şəxs bir nəfər şəxsin digər şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Fam” restoranının qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 1275 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ənsə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası; sol qulaq seyvanının qançır və sıyrıqları; sol qulaqönü, sol gicgah və sağ dirsək oynağı nahiyələrin sıyrıqları, sol baldırın əzilmiş səthi yarası müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ənsə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; sol qulaq seyvanının qançır və sıyrıqları; sol qulaqönü, sol gicgah və sağ dirsək oynağı nahiyələrin sıyrıqları, sol baldırın əzilmiş səthi yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakter və lokalizasiyasına görə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. - notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət, tələbi, iddiası yoxdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmişdir. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan olunmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan olunmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Həmzəyev X1 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti müəyyən edilmişdir. - Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. - Elektron informasiya sistemində Təqsirləndirilən şəxs2 qohumluq məlumatlarından görünür ki, onun xx.xx.2015-ci il təvəllüdül X2, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 adlı üç uşağı vardır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsi məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla öz təsdiqini tapmadığından məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində Təqsirləndirilən şəxs1 Elşənlə mübahisə etdiyini, daha sonra ona yaxınlaşıb onu köməyə çağırdığını, o isə onları aralaşdırmaq üçün onunla getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsdən aralanıb ona yaxınlaşdığı halda aralaşdırmağa nə ehtiyac vardır sualına isə təqsirləndirilən şəxs cavab verə bilməmişdir. Bundan başqa iş materiallarında olan 102 xidmətindən daxil olan məlumatda da bir nəfər şəxsin digər şəxslər tərəfindən döyüldüyü qeyd edilmişdir. Zərərçəkmiş şəxs də ifadəsində Rafət və İbrahimlə kafenin qarşısında mübahisə etdiyini, daha sonra oradan uzaqlaşıb qaçdığı halda onların onun arxasınca gəlib onu vurduqlarını bildirmişdir. Şahid də ifadəsində səs-küyə çölə çıxdığını və təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxsin dalaşdığını gördüyünü və onları araladığını, onların vəziyyətindən aralarında dava-dalaş olduğunun bəlli olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 düzgün olaraq AR CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Digər Təqsirləndirilən şəxs1 elan edilmiş AR CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi daşla xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından təqsirləndirilən şəxsin əməli AR CM-nin 221.3-cü maddəsindən 221.2.1-ci maddəsinə tövsif edilməlidir. İstintaq orqanın təqsirləndirilən şəxsə qeyd edilən maddə ilə elan edilmiş ittihamı təsdiq edən sübut kimi zərərçəkmiş şəxsin, şahidin ifadələrinə, məhkəmə-tibb ekspertizasının rəyinə istinad etmişdir. Sübut növü kimi qeyd edilən zərərçəkmiş şəxsin ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona daşla xəsarət yetirmədiyini bildirmişdir. Hətta onun istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra yenidən bununla bağlı sual verdikdə israrlı şəkildə hadisə vaxtı ona daşla və ya hər hansı alətlə xəsarət yetirilmədiyini, istintaq zamanı ifadəsini oxumadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin ilkin izahatından da görünür ki, o, hadisə baş verən günü alınmış ilkin izhatında ona daşla və ya hər hansı alətlə xəsarət yetirilməsini qeyd etməmişdir. Bundan başqa əgər istintaq zərərçəkmiş şəxsin ifadəsini əsas götürüb bu nəticəyə gəlmişdirsə, zərərçəkmiş şəxsin istintaq zamanı adından qeyd edilən həmin ifadədə Təqsirləndirilən şəxs1 daşla onun təpə nahiyəsindən xəsarət yetirildiyi göstərilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertiza rəyində isə zərərçəkmiş şəxsin təpə nahiyəsində xəsarətin olması faktı müəyyən edilməmişdir. Şahid ifadəsinə gəldikdə isə istər məhkəmə iclasında istərsə də ibtidai istintaq zamanı ifadə verən Şahid zərərçəkmiş şəxsə daşla və ya hər hansı alətlə xəsarət yetirilməsini inkar etmiş, zərərçəkmiş şəxsin yalnız əl, ayaq zərbələri ilə vurulduğunu gördüyünü bildirmişdir. Məhkəmə tibb ekspertizası rəyində zərərçəkmiş şəxsdə aşkar olunmuş xəsarətlərin hansı xəsarətlər olması, onların bədənin hansı nahiyələrində aşkar olunması, bunların bərk küt əşyanın təsirindən törənə bilinməsi qeyd olunmuşdur. Bərk küt əşya dedikdə isə konkret olaraq daşla və ya digər alətlə yetirilə bilməsi barədə qeyd edilməmişdir. Ekspert rəyində zərərçəkmiş şəxsin bədən səthində aşkar olunan bütün xəsarətlərin bərk küt əşyanın təsirindən törəndiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan isə belə məlum olur ki, istintaq orqanı digər xəsarətlərin yumruq və təpiklə yetirilməsi kimi bir nəticəyə gəlmiş, ənsə nahiyəsində aşkar olunan xəsarətin isə daşla yetirilməsi kimi nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxsin ənsə nahiyəsində xəsarətin olması bunu təsdiq edən kifayət qədər sübut olmadığı halda özlüyündə həmin xəsarətin daşla yetirilməsi nəticəsinə gəlməyə imkan vermir. Həm zərərçəkmiş şəxs, həm təqsirləndirilən şəxs dalaşma əsnasında yerə yıxıldıqlarını bildirmişlər. Ənsə nahiyəsində xəsarət yerə yıxılmaqdan, yaxud yumruq və təpik kimi zədələrindən də yarana bilər. Həmin xəsarətin daşla yetirilmə nəticəsində yarana bilməsi sadəcə bir ehtimaldır. Bu ehtimalı təsdiq edən kifayət qədər mötəbər sübut olmadığı halda bu təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Ekspertin rəyi xəsarətin daşla yetirilməsi barədə birmənalı və konkret nəticəyə gəlməyə imkan vermir. Bundan başqa təqsirləndirilən şəxsə elan edilmiş ittihamda istintaqla müəyyən edilməyən daş parçasından silah qismində istifadə edilməklə zərərçəkmiş şəxsə fiziki zor tətbiq edildiyi qeyd edilmişdir. Yəni, istintaq orqanı müəyyən etmədiyi, məlum olmayan daş parçası ilə zərərçəkmiş şəxsə xəsarətin yetirilməsi nəticəsinə gələrək təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmişdir. Halbuki iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verən günü, yəni xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut götürülməmişdir. Əgər istintaq orqanı təqsirləndirilən şəxsin daş parçasından- silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq etməsi kimi bir nəticəyə gəlmişdirsə, ilk növbədə həmin əşyanın özü və onun üzərində iş üçün əhəmiyyət kəsb edən hər hansı halın olub-olmaması müəyyən olunmalı idi. (məsələn zərərçəkmiş şəxsə məxsus qan izinin). Lakin hazırki iş üzrə bunların heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; Həmin Məcəllənin 144-cu maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.https://eqanun.az/framework/46950 İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığından ona elan edilmiş ittihamdan AR CM-nin 221.3-cü maddəsi xaric olunmalı və əməli AR CM-nin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən AR CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 3 gün müddət (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək- 2 sutkadan çox) ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq qəsəbəsi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət (xx.xx.2024-xx.xx.2024-cü il tarixədək olan müddət-1 sutkadan çox) islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 gün islah işləri cəzası ona təyin edilmiş işləri cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan CM-nin 221.3-cü maddəsi xaric edilsin və onun əməli AR CM-nin 221.2.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 gün islah işləri cəzası ona təyin edilmiş 02 il müddətinə işləri cəzasından çıxılsın və üzərində qəti olaraq 1 il 11 ay 22 gün işlər cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu üç gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 6 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 sərf etdikləri hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə hər birinə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-242/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-242/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver