Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-243/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,428 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il saat 03:30 radələrində Sabunçu RPİ-nin Əlahiddə ÇPA-nın 8-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Kərpiczavod” adlanan yerdə yolun kənarında saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 0,428 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən təxminən bir ay əvvəldən psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2020-ci il axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getmiş, orada üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 manat müqabilində 1 bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Həmin maddə şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olmuş və bükülünü üzərində saxlamışdır. xx xxxx 2020-ci il saat 03:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Kərpiczavod” adlanan ərazidə yolun kənarında dostu Nicat adlı şəxsə məxsus “Daevoo Nexia” markalı, **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində oturmuşdur. Bir-neçə dəqiqə sonra yanında üzərində ÇPA sözləri yazılmış polis avtomobili dayanmış, içərisindən 2 nəfər polis geyimində olan şəxslər aşağı düşmüş və ona yaxınlaşmışlar. Polis əməkdaşları ondan kim olduğunu və orada nə etdiyini soruşmuş, onun polis əməkdaşlarına verdiyi cavabdan sonra polis əməkdaşları onu bölməyə dəvət etmişlər. Bölmədə izahatı alınmış və o, metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Onun üzərində şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olması soruşulmuş, olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə psixotrop maddə olan metamfetamini masanın üzərinə qoymuşdur. Sorğu zamanı polis əməkdaşı ona həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, həmin maddənin metamfetamin olduğunu və Sabunçu rayonu, Sabunçu qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Əməlindən səmimi peşman olduğunu, öz təşəbbüsü ilə istintaq və məhkəmə zamanı narkomaniya xəstəliyindən könüllü müalicə aldığını bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il saat 03:30 radələrində polis sercantı Şahid2 ilə 15-ci Polis Bölməsinin inzibati ərazisində xidmət apararkən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində “Kərpiczavod” adlanan yerdə yolun kənarında bir nəfər şəxsin avtomobilin içərisində olduğunu görüb ona yaxınlaşmışlar. Özlərini həmin şəxsə təqdim edərək kim olduğunu, həmin yerdə hansı səbəbdən dayandığını soruşmuşlar. Bu zaman həmin şəxs onlara dağınıq cavablar vermiş və onlardan yayınmağa çalışmış, həmçinin narkotik vasitənin təsiri altında olduğunu görmüşlər. Həmin şəxsi üzərində əlavə olaraq narkotik vasitə olması ehtimalı olması səbəbindən şəxsi Sabunçu RPİ-nin 15ci PB-nə dəvət etmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra, onlar müvafiq raport tərtib edərək şöbənin növbətçi hissəsinə təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs izahatı alınmış və o, izahatında saxlanılmamışdan əvvəl metamfetamindən istifadə etdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olması soruşulmuş, olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli maddəni təqdim etmiş, həmin maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, öz istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində tanımadığı şəxsdən 50 (əlli) manata aldığını bildirmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 22-23-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 29-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/87 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd təmiz çəkisi 0,428 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,378 qramdır. Cinayət işinin 79-80-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxx 2020-ci il tarixli, 831 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, yəni, narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 82-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,378 qram metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 86-89-cu vərəqəsində olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışında verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıması əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, 3-cü dərəcəli əlil olmasını, gəncliyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CMnin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloci tibbi yoxlama nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 0,378 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,378 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-243/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-243/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver