Məhkəmə qərarları › İş №1(008)-243/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-243/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-243/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Beyləqan rayonu, Şərq qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Şərq ərazi dairəsi, Şərq qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Qasımov küçəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 126 nömrəli evin yaxınlığında yerləşən köşkdən Zərərçəkmiş şəxs alış-veriş etdiyi zaman sonuncunun üzərində pul olmasını görüb Zərərçəkmiş şəxs yaşadığı mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsi 126nömrəli evin birinci girişinədək təqib etmiş, həmin saat 23:50 radələrində blokun girişində Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun kürəyindən zərbə endirərək paltosundan dartıb yerə yıxaraq sağ dirsək və sağ diz oynağı nahiyyələrinin qançırları, ənsə nahiyyəsinin sıyrığı ilə müşayiət olunan, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə əynində olan şalvarın arxa cibində saxladığı 2800 manat pulu ələ keçirib insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, özünü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan günədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Qasımov küçəsi nömrəsiz evdə kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu ilə əvvəllər heç bir düşmənçiliyi və münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində siqaret almaq üçün köşkə yaxınlaşmış, həmin vaxt ondan əvvəl köşkdən bir nəfər yaşlı kişi su, çərəz, tum almış və şalvarının arxa cibindən pul çıxararaq ödəniş etmişdir. O, yaşlı kişinin ödəniş edərkən arxa cibindən çoxlu sayda pul çıxarmasını görüb qərara gəlmişdir ki, həmin yaşlı kişinin pulunu ələ keçirsin. Bu səbəbdən də yaşlı kişi köşkdən aralandıqdan sonra arxasınca gedərək izləməyə başlamış, yaşlı kişi bloka daxil olduqda o da həmin kişinin arxasınca bloka daxil olmuşdur. Həmin gün saat təxminən 23:50 radələri olarmış kı, o, binanın blokunda kimsənin olmadığından arxayın olub yaşlı kişiyə yaxınlaşaraq həmin kişinin paltosunu arxadan qaldırmış və əlini cibinə salaraq oradakı pulları götürmüşdür. Sonra o, cəld blokdan çıxaraq qaçmış həmin yerdən aralaşdıqdan sonra pulları saymış və görmüşdür ki, yaşlı kişinin cibində 1700 manat pul vardır. O, həmin pulu da öz ehtiyyaclarına xərcləmişdir. O, xx.xx.2024-cü ıl tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt səmimi olaraq yaşlı kişinin cibindən pu götürməsini etiraf etmişdir. Həmin vaxt da o, bilmişdir ki, pulunu ələ keçirdiyi şəxs Zərərçəkmiş şəxsdur. O, Zərərçəkmiş şəxs ilk və son dəfə hadisə günü 25.11 2024-cü il tarixdə görmüşdür. O, qeyd etmişdir ki, sözü gedən hadisə zamanı Fəxrədddin Nəhmətovun cibindən 2800 manat deyil, 1700 manat pul götürmüşdür, hadisə zamanı sonuncunun kürəyindən vurmamış, əynindəki paltodan dartaraq yerə yıxmamışdır. O, sadəcə Zərərçəkmiş şəxs paltosunu arxadan qaldırmış və sonuncunun cibindən pullarını götürmüşdür. Qeyd olunan hadisəni tək etmiş, həmin hadisəni etməsi ilə bağlı da heç kimə məlumat verməmişdir. Əldə etdiyi pulları da tək xərcləmiş, hazırda da etdiyi əməldən peşimandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şəfiqə Nəhmətova ilə birlikdə ünvan 1 ünvanında yaşayır, təqaüdçüdür, heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi S.Qocayev küçəsi 126 nömrəli evin yaxınlığında-yerləşən köşkdən su, çərəz, tum almış və şalvarının arxa cibinə qoyduğu pulla ödəniş etmişdir. Həmin vaxt üzərində ödəniş etdiyi puldan əlavə 2800 manat pul olmuş, həmin pulu da şalvarının arxa cibinə qoymuşdur. Həmin gün saat 23:45 radələrində köşkdən etdiyi alış-verişini bitirib yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsi 126 nömrəli evin birinci blokuna daxıl olmuşdur. Saat 23:50 radələrində blokda elə birinci mərtəbədə olarkən arxadan əvvəllər tanımadığı bır nəfər şəxs kürəyindən zərbə ilə vurmuş, zərbə nəticəsində o, əyilmişdir. Bu zaman tanımadığı şəxs arxadan əynindəki paltosundan dartaraq onu yerə yıxıb əlini onun əynində olan şalvarının arxa sağ cibinə salaraq orada saxladığı 2800 manat pulu götürmüş, sonra isə blokdan çıxmışdır. O da həmin şəxsin arxasınca blokdan çıxmış və görmüşdür ki, tanımadığı şəxs yaşadığı binanın yanındakı binanın həyəti ilə bilmədiyi istiqamətdə qaçmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, onun və ailə üzvlərinin heç kimlə ədavəti yoxdur, ona qarşı qeyd olunan hadisəni törətməkdə şübhəli bildiyi kimsə yoxdur. Hadisə zamanı tək olduğundan göstərdiklərini özü təsdiqləyə bilər. O, evinin yanındakı köşkdən alver edərkən pulunu ələ keçirmiş şəxs onun arxasında dayanmış, hesab edir ki, o, pulu verərkən həmin şəxs onun şalvarının arxa cibində pul olmasını görmüş, bu səbəbdən də onu bloka kimi təqib edib pulunu ələ keçirmişdir. Tanımadığı şəxsin onu vurması nəticəsində xəsarət almış, bu səbəbdən də MTE-na müraciət etmək istəyir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə nəticəsində 2800 manat pulu ələ keçirilmiş və dəymiş ziyan da 2800 manatdır. Həmin pul məbləğini əməliyyat olunması üçün borc almışdır. Ziyan məbləğindən ona cəmi 1000 manat ödəniş edilmişdir. Qalan məbləği tələb edir. Cinayət işi materiallarında olan bütün borcun ödənilməsi və heç bir şikayət və tələbinin olmaması ilə bağlı ərizə həqiqətə uyğun deyil, təqsirləndirilən şəxslə barışmayıb və qalıq ziyan məbləğini tələb edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 26 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətinin törədildiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 126 nömrəli evin 1-ci girirşidir. (i.v. 05-07) - 06 dekabr 2024-cü il tarixli “Şəxsin tanınması haqqında” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs Şahın oğlu Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu tanınmaya təqdim etmə istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs ona təqdim edilmiş şəxslər arasında Təqsirləndirilən şəxs tanıyaraq bildirmişdir ki. sonuncu xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsi 126 nömrəli evin birinci girişində arxadan onun kürəyindən zərbə ilə vurmuş, zərbə nəticəsində o, əyilmiş, Təqsirləndirilən şəxs onun əynindəki paltodan dartaraq onu yerə yıxmış və əlini əynində olan şalvarının arxa sağ cibinə salaraq orada saxladığı 2800 manat pulunu götürərək həmin yerdən qaçmışdır. Bununla bağlı fotoşəkillər çəkilməklə cinayət işi materialına əlavə edilmişdir. (i.v 49-51) - 07 dekabr 2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmiş, ibtidai istintaq həmin maddə ilə davam etdirilmişdir. (i.v 54-55) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin 26 noyabr 2024-cü il tarixli 2911 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs xəsarətləri sağ dirsək və sağ diz oynağı nahiyyələrinin qançırları, ənsə nahiyyəsinin sıyrığıdır, qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 25.11 2024-cü ıl tarixdə və şəraitdə kənar şəxs tərəfindən yetirilə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyası və xarakterinə görə şəxsin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v 113-114) - Zərərçəkmiş şəxs tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindın törədilmiş cinayət əməli nəticəsində ona 2800 manat maddi ziyan dəymişdir. Baş vermis hadisə nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona tamamilə ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. - Sübutların qiymətləndirilməsi haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 181.1-ci maddələrinin tərkib əlamətləri olmadığından sonuncu barəsində qeyd olunan xüsusatlar üzrə cinayət təqibinə xitam verilmişdir. Bununla bağlı material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs hadisə Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun kürəyindən zərbə endirərək paltosundan dartıb yerə yıxmaması, sonuncunun paltosunu arxadan arxadan qaldıraraq arxa cibindən 1700 manat pul götürməsi barədə göstərdikləri cinayət işi üzrə alınmış zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2911 nömrəli rəyi, hadisə yerinə baxış, üzləşdirmə və hadisə yerinə baxış protokolları ilə təkzib olunduğundan Təqsirləndirilən şəxs özünü müdafiə etməsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilmişdir. İş üzrə təqsirləndirilən şəxsin qismən etiraf edici və zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2911 nömrəli rəyi, hadisə yerinə baxış, üzləşdirmə və hadisə yerinə baxış protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs dəymiş ziyan 2800 manat müəyyən edilmişdir. (i.v 115-120) - Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. (i.v 138) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Zərərçəkmiş şəxs ifadəsi, məhkəmə tibbi ekspertizasının rəyi, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun kürəyindən zərbə endirərək paltosundan dartıb yerə yıxmaması, sonuncunun paltosunu arxadan arxadan qaldıraraq arxa cibindən 1700 manat pul götürməsi barədə göstərdikləri cinayət işi üzrə alınmış zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2911 nömrəli rəyi ilə təkzib olunduğundan Təqsirləndirilən şəxs özünü müdafiə etməsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirmişdir. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini və aşkar olunmuş xəsarətlərin yaranma şəraitini şəxsin yaşlı olması səbəbindən bəlkə də o getdikdən sonra yıxılması ilə əlaqələndirsə də, ekspert rəyində qeyd olunmuşdur ki, xəsarətlərin lokalizasiyası və xarakterinə görə şəxsin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Təqsirləndirilən şəxsin ziyan məbləği ilə bağlı dedikləri də öz təsdiqini tapmamışdır. Əksinə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin istintaqda verdiyi ziyan məbləğinin ödənilməsi ərizəsinə istinad etsə də, həmin ərizədə ziyan məbləği təqsirləndirilən şəxsin iddia etdiyi kimi 1700 manat deyil, 2800 manat qeyd olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 36) - Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablanmaqla 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v 78-83) - Cinayət işi üzrə DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Qarazadə X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək üzərində qəti olaraq 01 il 01 ay müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 08 gün müddətində vaxtından əvvəl şərti azad edilmişdir. (i.v 91-93) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə Təqsirləndirilən şəxs islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, vətən müharibəsi iştirakçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin qoca şəxsə qarşı törədilməsini isə CM-nin 61.1.7-ci maddəsinə onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin (07 il) yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 07 dekabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə xidmət haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar