Məhkəmə qərarları › İş №1(008)-244/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-244/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-244/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Neftçala rayonu, Xıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 16 may 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) ərzaq və qeyri-ərzaq məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-də, 02 iyul 2018-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək olan müddətdə Satış şöbəsində ticarət nümayəndəsi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 02 iyul 2018-ci il tarixli əmək və tam maddiməsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlakı qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə davamlı olaraq mənimsəməklə talamaq məqsədilə 24 may 2022-ci il tarixdən, 12 avqust 2022-ci il tarixədək Cəmiyyətin ünvan 2 ünvanında yerləşən anbarından rəsmi sənədlər, cəmi 364 ədəd qaimə-faktura əsasında maddi məsuliyyətinə götürdüyü cəmi 89.507.04 manat (səksən doqquz min beş yüz yeddi manat dörd qəpik) dəyərində qida məhsullarını Sabirabad, Saatlı və Şirvan rayonları ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək, həmin ərzaq məhsullarının 28,58 manat (iyirmi səkkiz manat əlli səkkiz qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən məhsul kimi Cəmiyyətin anbarına qaytarmaqla, 61.140,48 manatlıq (altmış bir min yüz qırx manat qırx səkkiz qəpiklik) mal təhvil-təslim aktları ilə Cəmiyyətin digər satış nümayəndəsinə təhvil verilməklə, ərzaq məhsullarının satışından əldə etdiyi cəmi 28.337,98 manat (iyirmi səkkiz min üç yüz otuz yeddi manat doxsan səkkiz qəpik) məbləğdə pul vəsaitinin həmin müddət ərzində 7085,42 manatını (yeddi min səksən beş manat qırx iki qəpik) nağd şəkildə Cəmiyyətin kassasına ödəməsinə baxmayaraq, satışdan əldə etdiyi cəmi 21.252,56 manat (iyirmi bir min iki yüz əlli iki manat əlli altı qəpik) pul vəsaitini ticarət obyektlərindən təhvil aldıqdan sonra Cəmiyyətin ünvan 2 ünvanında yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib, ona etibar olunmuş özgəyə, yəni "xxxx" MMC-yə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurub mənimsəməklə qəsdən talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 2013-cü ildən 2016-cı ilə qədər qədər hüquqi ünvanı ünvan 3t DC” MMC-də qida departamentində ticarət nümayəndəsi, sonra isə bölgə müdiri vəzifəsində çalışmış, sonradan öz ərizəsi əsasında işdən azad olunmuşdur. "xxxx" MMC-də işlədiyi müddət ərzində fəaliyyətində heç bir çatışmazlıq olmamış, istər rəhbərlik, istərsə də, kollektivlə yaxşı münasibəti olmuşdur. xx.xx.2018-ci il tarixdə öz ərizəsi əsasında yenidən "xxxx" MMC-də ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Cəmiyyət Azərbaycan Respublikası ərazisində müxtəlif çeşidli ərzaq məhsullarının satışını həyata keçirir. O, işə qəbul olunan zaman “Aqro-Vest DC" MMC ilə arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, “Vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi siyahıya uyğun olaraq “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmış, qarşılıqlı maddi məsuliyyət müəyyən edilmiş, həmin müqavilələr onun özü tərəfindən imzalanmışdır. Onun ticarət nümayəndəsi kimi vəzifəsi Sabirabad, Saatlı, Şirvan və Hacıqabul rayonu ərazisində yerləşən marketlərdən sifarişlərin qəbulu olmuşdur. Belə ki, o, ticarət nümayəndəsi kimi marketlərdən sifariş qəbul edərək bu barədə terminal vasitəsi ilə MMC-nin Bakı şəhərində yerləşən baş ofisə məlumat vermiş, onlarda öz növbəsində sifariş verdiyi malları anbarda toplayıb daşıyıcılar vasitəsi ilə marketlərə çatdırmışlar. Malların marketlərə çatdırılması prosesində özü iştirak etməmiş, lakin, malın çatdırılmasına dair qaiməni imzalamışdır. Satılan mallara görə ödənilməli olan pullar ay ərzində bir neçə dəfə onun tərəfindən hissə-hissə marketlərdən toplanılaraq ödəniş terminalları vasitəsi ilə MMC-nin bank hesabına ödənilmişdir. O, pulu ticarət obyektinin nümayəndələrindən toplayan zaman aralarında hər hansı bir qəbz tərtib olunmamış, pulları nağd formada yığmışdır. Bundan başqa, onun ticarət nümayəndəsi kimi daha bir vəzifəsi mağazalardan satışdan geri qaytarılan malları akt əsasında toplayaraq anbara təhvil vermək olmuşdur. O, satışdan geri qaytarmalar barədə elektron qaydada istifadəsində olan planşetdə qeydiyyat apararaq şirkətin daşıyıcıları rayona gəldikləri zaman həmin malları mağazadan təhvil alıb şirkətin anbarına təhvil vermişlər. Mallar əsasən yararlılıq müddəti bitdikdə və ya satışında ləngimələr olduqda satışdan geri qaytarılmışdır. Satışdan geri qaytarmalarla bağlı iki nüsxədən ibarət akt tərtib olunaraq həm onun, həm də ticarət obyektinin nümayəndələri tərəfindən imzalanmışdır. Daha sonra isə həmin akt mallarla birlikdə daşıyıcılar tərəfindən ondan təhvil alınaraq anbara təhvil verilmiş, satışdan geri qaytarmaların hesabından silinməsini öz elektron planşeti vasitəsi ilə izləmişdir. "xxxx" MMC-nin tərkibində iki departament fəaliyyət göstərir ki, onlardan biri ət və ət məhsullarının satışını həyata keçirir, digər departament isə qida məhsullarının satışını həyata keçirir. Özü qida məhsullarının satışı departamentində işləmiş, əsasən Rusiya Federasiyasından idxal olunan yağ, makaron, un, mayonez və digər qida məhsullarının satışını həyata keçirmişdir. İşlədiyi müddətdə fəaliyyətində heç vaxt problem olmamış, şirkətin təftişçiləri tərəfindən ayda bir dəfə fəaliyyəti yoxlanmış, çatışmazlıq aşkar edilməmişdir. Təxminən 2022-ci ilin avqust ayının sonlarından sentyabr ayının əvvəllərinə qədər fəaliyyətinin təftişi aparılan zaman, ona hesabında 21.500 manata yaxın çatışmazlıq olması barədə məlumat verilmişdir. Bundan sonra 02 sentyabr 2022-ci il tarixdə MMC-nin maliyyə təftişçisi Şahid1 və bölgə müdiri Şahid2 iştirakı ilə onun işlədiyi bütün ticarət obyektlərində müştərilərlə qarşılıqlı üzləşdirmə, təhvil-təslim aparılmışdır. Üzləşdirmə nəticəsində hesabında 21.252.56 manat çatışmazlıq olduğu müəyyən edilmişdir. Bu barədə tərtib olunmuş akt onun, Şahid1, Şahid2 və yoxlamada iştirak etmiş ticarət obyektlərinin nümayəndələri tərəfindən imzalanmışdır. Kəsrin yaranmasına səbəb bəzi ticarət obyektlərinin fəaliyyətinin dayandırması, satışdan geri qaytarma limitini keçməsi səbəbindən ona cərimələrin yazılması, bir ticarət obyektinin isə yanması olmuşdur. Belə ki, Sahil Əliyev adlı şəxsin Sabirabad rayonunda bazarda işlətdiyi obyekt 2020-ci ildə yanmış, yanğın hadisəsi nəticəsində şirkətə məxsus ümumi dəyəri 1000 manata yaxın olan mal yanaraq məhv olmuşdur. O, həmin pulu Sahil adlı şəxsdən istəsə də, Sahil maddi vəziyyətinin yaxşı olmadığını bildirərək həmin pulu ödəməmiş, "xxxx" MMC həmin pulu ticarət obyektinin hesabdan silməmiş, borcu ona bağışlamamışdır. O, həmin məbləğin onun öhdəsində qaldığını görüb sonradan yenidən həmin ticarət obyekti ilə işləməyə davam etmişdir ki, gələcəkdə borc kimi hesabına yazılmış 1000 manata yaxın pulu əmək haqqısı hesabına ödəyə bilsin. Sonrakı illərdə hər ay əmək haqqından ödənişlər etmişdir. Bundan başqa Şirvan şəhərində yerləşən Şahin Hüseynov adlı şəxsə məxsus ticarət obyekti bağlandığı üçün 1950 manat borc qalmışdır. O da məcbur olub, həmin borcu çox hissəsini də öz vəsati hesabına ödəmiş, 424 manat borcu qalmışdır. O, bu səbəblərə baxmayaraq şirkət rəhbərliyinin adına izahat yazaraq çatışmazlıq kimi qeyd olunan 21 min manat məbləğində pulu şəxsi məqsədləri üçün xərclədiyini bildirmişdir. Təhvil-təslim zamanı ticarət obyektlərində qalan 61.140 manat dəyərində mal qalığını onun əvəzinə təyin edilmiş ticarət nümayəndəsi Şahid2 təhvil vermişdir. Bundan sonra işdən kənarlaşdırılmış, sonradan şirkət tərəfindən keçirilmiş audit yoxlamasında iştirak etməmişdir. O, "xxxx" MMC-yə məxsus 21.252.56 manat məbləği deyil, təxminən 10 min manata yaxın pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, xx.xx.2018-ci ildən hüquqi ünvanı ünvan 4ro-Vest DC” MMC-də hüquqşünas vəzifəsində işləyir. Cəmiyyət Azərbaycan Respublikası ərazisində xarici ölkələrdən idxal etdiyi müxtəlif çeşidli ərzaq məhsullarının satışını həyata keçirir. "xxxx" MMC-nin tərkibində iki departament fəaliyyət göstərir. Onlardan biri ət və ət məhsullarının satışını, digər departament isə qida (ərzaq) məhsullarının satışını həyata keçirir. MMC-də ərzaq məhsullarını satışı ticarət nümayəndələri vasitəsi ilə həyata keçirilir. Belə ki, ticarət nümayəndələri marketlərdən sifariş qəbul edib, bu barədə terminal vasitəsi ilə MMC-nin baş ofisə məlumat verir, anbarda həmin mallar toplanıb daşıyıcılar vasitəsi ilə marketlərə çatdırılır. Malların marketlərə çatdırılması prosesində ticarət nümayəndəsi iştirak etmir. Mallar ticarət obyektlərinə qaimə faktura əsasında təhvil verilir ki, həmin qaimələr imzalandıqdan sonra onların bir nüsxəsi ticarət obyektinin nümayəndəsində qalır, digər nüsxəsi isə sürücülər tərəfindən anbara təhvil verilir. Ticarət nümayəndəsi malın təhvil verilməsindən iştirak etməsə də, qaimə fakturaya sonradan imza atır, verdikləri sifarişi təsdiq edirlər. Malların anbardan hansı ticarət nümayəndəsinin adına çıxması elektron sistemə işlənilir. Bundan sonra ticarət nümayəndəsi ay ərzində işlədiyi ticarət obyektlərini gəzib satılan mallara görə ödənilməli olan pulları toplayıb hissə-hissə MMC-nin yuxarıda qeyd etdiyi ünvanda yerləşən kassasına ödəyirlər. Ticarət nümayəndələri pulu marketlərdən götürən zaman marketin sahibi ilə arasında qəbz tərtib olunur, qəbzin bir nüsxəsini ticarət obyektinin nümayəndəsinə verir, digərini isə imzalatdırıb onda qalan nüsxəsini və pulu MMCnin Bakıxanov qəsəbəsində yerləşən ofisindəki kassaya təhvil verirlər. Hər bir ticarət nümayəndəsinin işlədiyi ticarət obyektləri barədə məlumatlar şirkətin elektron kompyuter sistemində öz əksini tapır. Malların paylanması barədə məlumatlar planşetə işlənən kimi elektron sistemlərində bu barədə məlumatlar görsənir. Bölgələrdə çalışan ticarət nümayəndələri isə obyektlərdən aylıq olaraq yığdıqları pulları posterminal və ya şirkətin "xxxx" ASC-də olan hesablarına öz adlarından yükləyir, dərhal həmin ödəniş məbləği onların mərkəzi kompyuter sistemində olan balans hesablarından çıxarılır. Təqsirləndirilən şəxs 2013-ci ildən MMC-də işləməyə başlamış, əvvəl Şirvan şəhəri üzrə bölgə müdiri vəzifəsində çalışsa da, 2016-cı ildə isə öz ərizəsi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə yenidən öz ərizəsi əsasında MMC ilə əmək müqaviləsi bağlayaraq Şirvan bölgəsi üzrə ticarət nümayəndəsi işləməyə başlamış, Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonları ərazisində fəaliyyət göstərmişdir. İlk dövrlərdə fəaliyyətində problem olmasa da, təxminən 2022-ci ilin yay aylarından sonra fəaliyyətində ləngimələr yarandığından şirkət rəhbərliyinin göstərişi ilə onun xidməti ərazisində təftiş aparılmış, Əzizin Məmmədovun hesabına MMC-dən çıxmış mal, həmin mallara görə ödəniş, satışdan geri qaytarmalar yoxlanılmışdır. Təhvil-təslim aparmaq üçün Təqsirləndirilən şəxs, bölgə müdiri Şahid2 və maliyyə təftişçisi Şahid1 birlikdə xx.xx.2022-ci il tarixdə onun işlədiyi Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonları ərazisində yerləşən ticarət obyektlərində təhvil-təslim aparmış, Əzizin Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonları ərazisində işlədiyi bütün ticarət obyektlərində olmuşlar. Təqsirləndirilən şəxs özü həmin obyektlərin hamısına onlarla birlikdə getmiş, yoxlama zamanı 30 ticarət obyektindən 14-də çatışmazlıq aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Sabirabad rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri X5 verdiyi 1.976.33 manat dəyərində malın satışından ona ödənilmiş 1.246.33 manat pulu, X6 verdiyi 799.58 manat dəyərində malın satışından ona ödənilmiş 5 manat pulu, X24 verdiyi 171.74 manat dəyərində malın satışından ona ödənilmiş 171.74 manat pulu, X25 verdiyi 3.367.35 manat dəyərində malın satışından ona ödənilmiş 3.367.35 manat pulu, Saatlı rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektinin nümayəndəsi X15 verdiyi 5.402.04 manat dəyərində malın satışından ona ödənilmiş 152.94 manat pulu, Şirvan rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri Bəhruz Eyvazov alı şəxsə verdiyi 1240.13 manat dəyərində malın satışından ona ödənilmiş 285.50 manat pulu, X19 verdiyi 570.93 manat dəyərində malın satışından ona ödənilmiş 570.93 manat pulu, X7 verdiyi 2.694.48 manat dəyərində malın satışından ona ödənilmiş 2.694.48 manat pulu, X16 verdiyi 20.061.92 manat dəyərində malın satışından ona ödənilmiş 2.678.66 manat pulu, X20 verdiyi 3.715.84 manat dəyərində malın satışından ona ödənilmiş 3.715.84 manat pulu, X21 verdiyi 4.729.57 manat dəyərində malın satışından ona ödənilmiş 4.729.57 manat pulu, X17 verdiyi 5.253.87 manat dəyərində malın satışından ona ödənilmiş 1.115.72 manat pulu, X8 verdiyi 93.70 manat dəyərində malın satışından ona ödənilmiş 93.70 manat pulu, X22 verdiyi 537.88 manat dəyərində malın satışından ona ödənilmiş 424.80 manat pulu şirkətin kassasına ödəməmiş, həmin obyektlərin hesabından silməmişdir. Təhvil-təslim zamanı ticarət obyektinin nümayəndələri çatışmazlıq kimi aşkar edilmiş məbləği Təqsirləndirilən şəxs ödədiklərini bildirmiş, onlar ödəmiş olduqları pulu və onlarda qalan mal qalığını təsdiq edən akta imza atmışlar. Üzləşdirmənin nəticələrinə dair tərtib edilmiş aktlar, yoxlamada iştirak edən bütün şəxslər, habelə Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmış, o, üzləşdirmə aktları ilə tanış olduqdan sonra yaranmış çatışmazlıqla bağlı heç bir etirazının olmadığını, həqiqətəndə aktlarda adları qeyd olunan ticarət obyektlərindən pulları yığıb kassaya təhvil verməyərək şəxsi məqsədləri üçün istifadə etdiyini könüllü olaraq etiraf edib, həmin üzləşdirmə aktlarını şəxsən imzalamış, izahat verərək həmin pulları mənimsədiyini təsdiq etmişdir. Bundan sonra şirkət rəhbərliyin göstərişi ilə sərbəs audit yoxlaması keçirilmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs hesabında 21.252.56 manat çatışmazlıq aşkar edilmişdir. Bundan sonra şirkət rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs işdən kənarlaşdırılmışdır. MMC tərəfindən ona borcunu qaytarmaq üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq bu müddət ərzində Təqsirləndirilən şəxs kassaya heç bir ödəniş etməmişdir. Hazırda Təqsirləndirilən şəxs şirkətə 21.252.56 manat borcu var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Aqro- Vest DC” MMC-də maliyyə təftiş şöbəsində maliyyə təftişçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2013-ci ildən tanıyır. Belə ki, o, MMC-də qida məhsulları departamentində Şirvan bölgəsi üzrə bölgə müdiri vəzifəsində çalışmış, 2016-cı ildə isə öz ərizəsi əsasında işdən çıxmışdır. Birgə işlədiyi müddətdə münasibəti yaxşı olmuş, bildiyinə görə həmin dövrdə Təqsirləndirilən şəxs fəaliyyətində heç bir problem olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə yenidən MMC ilə əmək müqaviləsi bağlayaraq Şirvan bölgəsi üzrə ticarət nümayəndəsi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs əvvəllər işlədiyi müddətdə fəaliyyətində problem olmamış, lakin sonradan ödənişlərdə gecikmələr yarandığı üçün şirkət rəhbərliyinin göstərişi ilə onun tərəfindən Təqsirləndirilən şəxs xidməti ərazisində təftiş aparılmışdır. Yoxlama aparılması üçün o, Təqsirləndirilən şəxs və bölgə müdiri Şahid2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə Əzizin işlədiyi Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonları ərazisində yerləşən ticarət obyektlərində olub yoxlama aparmış, yoxlama zamanı Təqsirləndirilən şəxs işlədiyi 30 ticarət obyektindən 14-də çatışmazlıq aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Sabirabad rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri X5 verdiyi 1.976.33 manat dəyərində malın satışından ona ödənilmiş 1.246.33 manat pulu, X6 verdiyi 799.58 manat dəyərində malın satışından ona ödənilmiş 5 manat pulu, X24 verdiyi 171.74 manat dəyərində malın satışından ona ödənilmiş 171.74 manat pulu, X25 verdiyi 3.367.35 manat dəyərində malın satışından ona ödənilmiş 3.367.35 manat pulu, Saatlı rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektinin nümayəndəsi X15 verdiyi 5.402.04 manat dəyərində malın satışından ona ödənilmiş 152.94 manat pulu, Şirvan rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri Bəhruz Eyvazov alı şəxsə verdiyi 1240.13 manat dəyərində malın satışından ona ödənilmiş 285.50 manat pulu, X19 verdiyi 570.93 manat dəyərində malın satışından ona ödənilmiş 570.93 manat pulu, X7 verdiyi 2.694.48 manat dəyərində malın satışından ona ödənilmiş 2.694.48 manat pulu, X16 verdiyi 20.061.92 manat dəyərində malın satışından ona ödənilmiş 2.678.66 manat pulu, X20 verdiyi 3.715.84 manat dəyərində malın satışından ona ödənilmiş 3.715.84 manat pulu, X21 verdiyi 4.729.57 manat dəyərində malın satışından ona ödənilmiş 4.729.57 manat pulu, X17 verdiyi 5.253.87 manat dəyərində malın satışından ona ödənilmiş 1.115.72 manat pulu, X8 verdiyi 93.70 manat dəyərində malın satışından ona ödənilmiş 93.70 manat pulu, X22 verdiyi 537.88 manat dəyərində malın satışından ona ödənilmiş 424.80 manat pulu şirkətin kassasına ödəməmiş, həmin obyektlərin hesabından silməmişdir. Yoxlama zamanı mağaza nümayəndələri həmin pulları Təqsirləndirilən şəxs ödədiklərini bildirmiş, onlar ödəmiş olduqları pulu və onlarda qalan mal qalığını təsdiq edən akta imza etmişlər. Yoxlama zamanı satışdan geri qaytarılan mallar və onların dəyəri barədə məlumatlar tərtib edilmiş akta əlavə edilmişdir. Üzləşdirmənin nəticələrinə dair tərtib edilmiş akt, yoxlamada iştirak edən bütün şəxslər, habelə Əzizin özü tərəfindən imzalanmış, o, üzləşdirmə aktları ilə tanış olduqdan sonra yaranmış çatışmazlıqla bağlı heç bir etirazının olmadığını, həqiqətəndə aktda adları qeyd olunan ticarət obyektlərindən pulları yığıb kassaya təhvil verməyərək şəxsi məqsədləri üçün istifadə etdiyini könüllü olaraq etiraf edib, həmin təhvil-təslim aktını şəxsən imzalamış, izahat verərək həmin pulları mənimsədiyini təsdiq etmişdir. Yoxlama zamanı ticarət obyektlərində ümumilikdə 61.140 manat dəyərində mal qalıq qalmış, həmin mallar bölgə müdiri Şahid2 adlı şəxsə təhvil verilmişdir. Onlar Əzizin fəaliyyətini yoxladıqdan sonra tərtib olunmuş aktı rəhbərliyə təqdim etmiş, sonradan Əziz işdən azad edilmişdir. Həmin vaxtdan bəri dəfələrlə xəbərdar edilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirib ödənişlər edəcəyini bildirsə də, şirkətə heç bir ödəniş etməmişdir. Şirkətin daxili qaydalarına uyğun olaraq hər bir ticarət nümayəndəsinə sui istifadə hallarına yol verilməməsi üçün satışdan geri qaytarmalara limit verilir. Həmin limit aşıldığı təqdirdə isə cərimə kimi tənbeh növü tətbiq edilir. Təqsirləndirilən şəxs xidməti ərazisində yalnız bir ticarət obyekti fəaliyyətini dayandırmışdır ki, həmin obyektdə olan mallara görə cavabdehliyi müqavilə öhdəliyi üzrə ticarət nümayəndəsi kimi Əziz özü daşıdığından orada olan malın bir qisminin dəyərini öz hesabına ödəmiş, şirkətə 113.08 manat borcu qalmışdır. Yanan obyekt isə Sabirabad rayonun ərazisində yerləşmişdir. Həmin obyekt 4-5 il əvvəl yanmışdır. Ticarət obyekti yanandan sonra orada olan şirkətə məxsus mallara görə ödənişi Təqsirləndirilən şəxs özü ödəyəcəyinə dair şirkət qarşısında öhdəlik götürüb sonradan yenidən həmin ticarət obyekti ilə fəaliyyətini davam etdirmişdir. Təhvil-təslim zamanı həmin obyektdə 1246.33 manat kəsr aşkar edilmiş, ticarət obyektinin nümayəndəsi də həmin məbləği təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən əmək müqaviləsi əsasında hüquqi ünvanı ünvan 5 DC” MMC-də qida departamentində Şirvan şəhəri üzrə ticarət nümayəndəsi, hazırda isə, bölgə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2013-ci ildən tanımış, MMC-də ondan əvvəl Şirvan şəhəri üzrə bölgə müdiri vəzifəsində çalışmış, 2016-cı ildə isə öz ərizəsi ilə işdən çıxmışdır. Birgə işlədiyi müddətdə münasibəti yaxşı olmuş, bildiyinə görə Təqsirləndirilən şəxs həmin dövrdə fəaliyyətində heç bir problem olmamışdır. xx.xx.2018-ci il tarixdə isə yenidən MMC ilə əmək müqaviləsi bağlayaraq Şirvan bölgəsi üzrə ticarət nümayəndəsi işləməyə başlamışdır. Əvvəllər işlədiyi müddətdə fəaliyyətində problem olmamış, lakin, sonradan ödənişlərdə gecikmələr yarandığı üçün şirkət rəhbərliyinin göstərişi ilə Təqsirləndirilən şəxs xidməti ərazisində təftiş aparılmışdır. Yoxlama aparılması üçün o, Təqsirləndirilən şəxs və maliyyə təftişçisi Şahid1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə onun işlədiyi Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonları ərazisində yerləşən ticarət obyektlərində olub yoxlama aparmışlar. Yoxlama zamanı Təqsirləndirilən şəxs işlədiyi 30 ticarət obyektindən 14-də çatışmazlıq aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri X5 verdiyi 1.976.33 manat dəyərində malın satışından ona ödənilmiş 1.246.33 manat pulu, X6 verdiyi 799.58 manat dəyərində malın satışından ona ödənilmiş 5 manat pulu, X24 verdiyi 171.74 manat dəyərində malın satışından ona ödənilmiş 171.74 manat pulu, X25 verdiyi 3.367.35 manat dəyərində malın satışından ona ödənilmiş 3.367.35 manat pulu, Saatlı rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektinin nümayəndəsi X15 verdiyi 5.402.04 manat dəyərində malın satışından ona ödənilmiş 152.94 manat pulu, Şirvan rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri Bəhruz Eyvazov alı şəxsə verdiyi 1240.13 manat dəyərində malın satışından ona ödənilmiş 285.50 manat pulu, X19 verdiyi 570.93 manat dəyərində malın satışından ona ödənilmiş 570.93 manat pulu, X7 verdiyi 2.694.48 manat dəyərində malın satışından ona ödənilmiş 2.694.48 manat pulu, X16 verdiyi 20.061.92 manat dəyərində malın satışından ona ödənilmiş 2.678.66 manat pulu, X20 verdiyi 3.715.84 manat dəyərində malın satışından ona ödənilmiş 3.715.84 manat pulu, X21 verdiyi 4.729.57 manat dəyərində malın satışından ona ödənilmiş 4.729.57 manat pulu, X17 verdiyi 5.253.87 manat dəyərində malın satışından ona ödənilmiş 1.115.72 manat pulu, X8 verdiyi 93.70 manat dəyərində malın satışından ona ödənilmiş 93.70 manat pulu, X22 verdiyi 537.88 manat dəyərində malın satışından ona ödənilmiş 424.80 manat pulu şirkətin kassasına ödəməmiş, həmin obyektlərin hesabından silməmişdir. Yoxlama zamanı mağaza nümayəndələri həmin pulları Təqsirləndirilən şəxs ödədiklərini bildirmiş, onlar ödəmiş olduqları pulu və onlarda qalan mal qalığını təsdiq edən akta imza atmışlar. Yoxlama zamanı satışdan geri qaytarılan mallar və onların dəyəri barədə məlumatlar da tərtib edilmiş akta əlavə edilmişdir. Üzləşdirmənin nəticələrinə dair tərtib edilmiş akt, yoxlamada iştirak edən bütün şəxslər, habelə Əzizin özü tərəfindən imzalanmış, o, üzləşdirmə aktları ilə tanış olduqdan sonra yaranmış çatışmazlıqla bağlı heç bir etirazının olmadığını, həqiqətəndə aktda adları qeyd olunan ticarət obyektlərindən pulları yığıb kassaya təhvil verməyərək şəxsi məqsədləri üçün istifadə etdiyini könüllü olaraq etiraf edib, həmin təhvil- təslim aktını şəxsən imzalamış, izahat verərək həmin pulları mənimsədiyini təsdiq etmişdir. Yoxlama zamanı ticarət obyektlərində ümumilikdə 61.140 manat dəyərində mal qalıq qalmış, həmin mallar bölgə müdiri kimi ona təhvil verilmişdir. Onlar Əzizin fəaliyyətini yoxladıqdan sonra tərtib olunmuş aktı rəhbərliyə təqdim etmiş, sonradan Əziz işdən azad edilmişdir. Bildiyinə görə həmin vaxtdan bəri dəfələrlə xəbərdar edilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirib ödənişlər edəcəyini bildirsə də, şirkətə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də kassir vəzifəsində işləyir. "xxxx" MMC Azərbaycan Respublikası ərazisində əsasən Rusiya Federasiyasından idxal olunan müxtəlif çeşidli ət və ərzaq məhsullarının satışını həyata keçirir. Onun kassir kimi vəzifəsi MMC məhsullarının satışından toplanmış pulları yığmaq, bank əməliyyatlarını aparmaq daxildir. MMC-də iki departament fəaliyyət göstərir ki, onlardan biri ət və ət məhsullarının, digəri isə qida məhsullarının satışını həyata keçirir. Malların satışı ticarət nümayəndələri vasitəsi ilə həyata keçirilir. Belə ki, ticarət namayəndələri öz xidməti ərazilərində olan marketlərdən sifariş qəbul edib, bu barədə terminal vasitəsi ilə MMC-nin baş ofisə məlumat verir, MMC- nin anbardan da öz növbəsində daşıyıcılar vasitəsi ilə malları həmin marketə çatdırırlar. Satılan mallara görə ödənilməli olan pullarda ay ərzində bir neçə dəfə ticarət nümayəndələri tərəfindən hissə-hissə marketlərdən toplanaraq səhər saatlarında MMC-nin kassasına ödənilirdi. O, kassir olaraq ticarət nümayəndələrindən pulu öz imzası ilə təsdiq etdiyi ödəniş qəbzləri əsasında qəbul edir, həmin qəbz iki nüsxədən ibarət olmaqla bir nüsxəsi onda, digəri isə ticarət nümayəndələrində qalır. Təqsirləndirilən şəxs bildiyinə görə MMC-də əvvəllər bir müddət işləsə də, sonradan öz ərizəsi ilə işdən çıxmış, 2018-ci ilin yay aylarında isə yenidən işə qəbul olunaraq Şirvan, Saatlı, Sabirabad və Hacıqabul rayonları ərazisində fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs rayonda işlədiyi üçün onunla heç bir tanışlığı, münasibəti olmamışdır. Onun özü də digər ticarət nümayəndələri kimi satışdan yığılan pulları bank və ödəniş terminalları vasitəsi ilə kassaya ödəmişdir. Onun etdiyi ödənişlərin hər bir dərhal tərəfindən onun balansından silinmişdir. Əziz MMC-də işlədiyi müddətdə onun hesabından ümumilikdə nə qədər mal satıldığını bilmir. Təxminən 2022-ci ilin sentyabr ayında onun fəaliyyətinin təftişi aparılan zaman tərəfindən onun bütün ödənişləri hesablanmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin may ayından avqust ayının ortalarına qədər satılan mallara görə kassaya ümumilikdə 7085,42 manat ödəniş edilmişdir. Təftiş zamanı onun fəaliyyətində nə kimi çatışmazlıqların yaranmasından xəbəri olmamışdır. Lakin sonradan eşitmişdir ki, 21 min manata yaxın çatışmazlıq olmuş, işdən azad edilmişdir. Şirkət tərəfindən kifayətə qədər vaxt verilməsində baxmayaraq Əziz həmin puldan yalnız 3000 manatını kassaya ödəmişdir. Cinayət işinin 1-ci cildinin 9-10-cu vərəqəsində olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş lisenziyalara əsasən Azərbaycan Respublikası ərazisində audit xidmətinin göstərən sərbəst auditor X30 tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, "xxxx" MMC-də ticarət nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində xx.xx.2022-ci il tarixə 21.252.56 manat məbləğində çatışmazlığın olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsində olan "xxxx" MMC-nin direktoru İ.M.Haqverdiyevin 185/18 İ/Q nömrəli, 02 iyul 2018-ci il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2018-ci il tarixdən etibarən "xxxx" MMC-nin satış şöbəsinə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Cinayət işinin 1-ci cildinin 23-25-ci vərəqəsində olan 02 iyul 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsinin 6.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həmçinin, həmin müqavilənin şərtlərinə görə ticarət nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək digərinə maddi ziyan vurarsa imzaladığı sənədlərə görə şəxsən maddi məsuliyyət daşıyır. Cinayət işinin 1-ci cildinin 26-cı vərəqəsində olan 02 iyul 2018-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilədən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən, “İşçi” maddi məsul şəxsdir və əmək müqaviləsinə əsasən görüləcək işi layiqincə yerinə yetirməyi, həmçinin tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində olan “işəgötürən” tərəfindən etibar edilmiş əmlakın, məhsulların və digər sərvətlərin, eləcə də maliyyə-pul vəsaitlərinin, qiymətlilərin və onların ekvivalentlərinin yığılması, saxlanması, daşınması, kassaya mədaxil edilməsi, və bununla bağlı digər başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Müqavilənin 3-cü bəndində isə göstərilmişdir ki, “işçi” bu Müqavilədən irəli gələn vəzifələri yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində “işəgötürən”ə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə görə tam maddi məsuliyyət daşıyır. Cinayət işinin 1-ci cildinin 81-172-ci vərəqəsində olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən keçirilmiş təhvil-təslim zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektinin nümayəndəsi X9 aldığı 152.94 manat pulu, Sabirabad rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri X1 aldığı 1.246.33 manat pulu, X2 aldığı 5 manat pulu, X18 aldığı 171.74 manat pulu, X23 aldığı 3.367.35 manat pulu, Şirvan şəhəri ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri Bəhruz Eyvazov alı şəxsdən aldığı 285.50 manat pulu, X34 oğlundan aldığı 570.93 manat pulu, X3 aldığı 2.694,48 manat pulu, X10 aldığı 2.678.66 manat pulu, X12 aldığı 3.715.84 manat pulu, X13 aldığı 4.729.57 manat pulu, X11 aldığı 1.115.72 manat pulu, X4 aldığı 93.70 manat pulu, X14 aldığı 424.80 manat pulu şirkətin kassasına ödəməmiş, həmin obyektlərin hesabından silməmişdir. Cinayət işinin 2-ci cildinin 226-cı vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 227-229-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli, 9/7310 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında öz əskini tapmış sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 21.252.56 manat məbləğində müəyyən olunur. Cinayət işinin 3-cü cildinin 43-cü vərəqəsində olan "xxxx" MMC-nin direktoru İlqar Haqverdiyevin xx.xx.2022-ci il tarixli, 566/22 İX nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış 02 iyul 2018-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və 72-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 3-cü cildinin 48-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 49-55-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2022-ci il tarixli, 4/1719 nömrəli ekspert rəyindən görünür ki, 02 iyul 2018-ci il tarixli 185/18 saylı əmək müqaviləsinin sonunda “12.12.işçi:” hissəsində “İmzası” qrafasındakı imza, 02 iyul 2018-ci il tarixli ticarət nümayəndəsinin vəzifə təlimatında 02 iyul 2018-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilənin sonunda “işçi” hissəsində “(imza)” qrafasındakı imza, 02 iyul 2018-ci il tarixli iltizamda “imza" qrafasındakı imza, 02 sentyabr 2022-ci il tarixli izahatın kserosurətində “imza” qrafasındakı imza, 02 sentyabr 2022-ci il tarixli 2 ədəd "xxxx" MMC-nin təhvil-təslim aktında “Təhvil verdi” qarfasında imzalar; xx.xx.2022-ci il tarixli, A1-127348 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-128770 nömrəli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, A1- 128795 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-131060 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-132417 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-132472 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-135829 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-136000 nömrəli, xx.xx.2022-ci il tarixli A1-136005 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-136009 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-136013 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-136063 nömrəli, xx.xx.2022- ci il tarixli, A1-137171 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-137309 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-137312 nömrəli, xx.xx.2022-ci il tarixli A1-137345 nömrəli, xx.xx.2022- ci il tarixli, A1-137349 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-137350 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138532 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138534 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138544 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138548 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138553 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138572 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138577 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138581 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138586 nömrəli, xx.xx.2022-ci il tarixli, A1 -138591 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138597 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138602 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138606 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138609 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138620 nömrəli, xx.xx.2022-ci il tarixli A1-138625 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138628 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138636 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138663 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138741 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-138744 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-141282 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-141288 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-141359 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141374 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141379 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141388 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141417 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141420 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141439 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141444 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141448 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141450 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141456 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141494 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141605 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141621 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141622 nömrəli, xx.xx.2022-ci il tarixli A1-141623 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-141624 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-141625 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-141626 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-141627 nömrəli, xx.xx.2022- ci il tarixli, A1-144895 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-144899 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-144909 nömrəli, xx.xx.2022- ci il tarixli, A1-144912 nömrəli, xx.xx.2022- ci il tarixli, A1-144921 nömrəli, xx.xx.2022- ci il tarixli, A1-144937 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-144940 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-144958 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-144967 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-144974 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-144977 nömrəli, xx.xx.2022-ci il tarixli A1-144983 nömrəli, xx.xx.2022-ci il tarixli A1-144986 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-145000 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-145008 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-145032 nömrəli, xx.xx.2022- ci il tarixli A1-145034 nömrəli, xx.xx.2022-ci il tarixli A1-145037 nömrəli, xx.xx.2022- ci il tarixli A1-145040 nömrəli, xx.xx.2022-ci il tarixli A1-145043 nömrəli, xx.xx.2022-ci il tarixli A1-145046 nömrəli, xx.xx.2022-ci il tarixli A1-145094 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146604 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146616 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146638 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146642 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146647 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146652 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146656 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146660 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146671 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146676 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146680 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146692 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146695 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146699 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146704 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146707 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146737 nömrəli, xx.xx.2022-ci il tarixli A1-146745 nömrəli, xx.xx.2022-ci il tarixli A1146746 nömrəli, xx.xx.2022-ci il tarixli A1-14675 nömrəli, xx.xx.2022ci tarixli, A1-146754 nömrəli, xx.xx.2022-ci tarixli, A1-146755 nömrəli, xx.xx.2022-ci tarixli, A1-146756 nömrəli, xx.xx.2022-ci tarixli, A1-146757 nömrəli, xx.xx.2022-ci tarixli, A1-146760 nömrəli, xx.xx.2022-ci tarixli A1-146762 nömrəli, xx.xx.2022-ci tarixli A1-146775 nömrəli, xx.xx.2022-ci tarixli A1-149029 nömrəli, xx.xx.2022-ci tarixli A1-149032 nömrəli, xx.xx.2022ci tarixli A1-149034 nömrəli, xx.xx.2022-ci tarixli A1-149038 nömrəli, xx.xx.2022-ci tarixli A1- 149041 nömrəli, xx.xx.2022-ci tarixli A1-149153 nömrəli, xx.xx.2022-ci tarixli A1-149259 nömrəli, xx.xx.2022-ci tarixli A1-149274 nömrəli, xx.xx.2022-ci tarixli, A1-149281 nömrəli, xx.xx.2022-ci tarixli A1-149284 nömrəli, xx.xx.2022-ci tarixli A1-149292 nömrəli, xx.xx.2022ci tarixli A1-149338 nömrəli, xx.xx.2022-ci tarixli A1-149343 nömrəli, xx.xx.2022-ci tarixli A1- 149349 nömrəli, xx.xx.2022-ci tarixli A1-149356 nömrəli, xx.xx.2022-ci tarixli A1-151612 nömrəli, xx.xx.2022-ci tarixli A1-151653 nömrəli, xx.xx.2022-ci tarixli A1-151658 nömrəli, xx.xx.2022-ci tarixli A1-151665 nömrəli, xx.xx.2022-ci tarixli A1-151752 nömrəli, xx.xx.2022ci tarixli A1-151758 nömrəli, xx.xx.2022-ci tarixli A1-151764 nömrəli, xx.xx.2022-ci tarixli A1- 151770 nömrəli, xx.xx.2022-ci tarixli A1-151800 nömrəli, xx.xx.2022-ci tarixli A1-151804 nömrəli, xx.xx.2022-ci tarixli A1-152159 nömrəli, xx.xx.2022-ci tarixli A1-152161 nömrəli, xx.xx.2022-ci tarixli A1-152165 nömrəli, xx.xx.2022-ci tarixli A1-152166 nömrəli, xx.xx.2022ci tarixli A1-152167 nömrəli, xx.xx.2022-ci tarixli A1-153259 nömrəli, xx.xx.2022-ci tarixli A1- 153340 nömrəli, xx.xx.2022-ci tarixli A1-153357 nömrəli, xx.xx.2022-ci tarixli A1-154074 nömrəli, xx.xx.2022-ci tarixli A1-154080 nömrəli, xx.xx.2022-ci tarixli, A1-154342 nömrəli, xx.xx.2022-ci tarixli A1-154358 nömrəli, xx.xx.2022-ci tarixli A1-154365 nömrəli, xx.xx.2022ci tarixli A1-154372 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155683 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155686 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155726 nömrəli, xx.xx.2022-ci il tarixli A1- 155731 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155736 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155746 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155757 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155759 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155763 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155771 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155775 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155827 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155864 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155869 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155872 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155874 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155930 nömrəli, xx.xx.2022-ci il tarixli A1-155933 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156824 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156828 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156832 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156840 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156848 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156897 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156905 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156962 nömrəli, xx.xx.2022-ci il tarixli A1-156993 nömrəli, xx.xx.2022-ci il tarixli A1-157000 nömrəli, xx.xx.2022-ci il tarixli A1-158159 nömrəli, xx.xx.2022-ci il tarixli A1-158251 nömrəli, xx.xx.2022-ci il tarixli A1-158255 nömrəli, xx.xx.2022-ci il tarixli A1-158261 nömrəli, xx.xx.2022-ci il tarixli A1-158434 nömrəli, xx.xx.2022-ci il tarixli A1-158490 nömrəli, xx.xx.2022-ci il tarixli A1-158494 nömrəli, xx.xx.2022-ci il tarixli A1-158498 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159421 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159475 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159522 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159529 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159570 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159574 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159591 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159597 nömrəli,xx.xx.2022-ci il tarixli A1-159720 nömrəli, xx.xx.2022-ci il tarixli A1-182358 nömrəli, xx.xx.2022-ci il tarixli A1-182359 nömrəli, xx.xx.2022-ci il tarixli A1-182361 nömrəli, xx.xx.2022-ci il tarixli A1-182363 nömrəli, xx.xx.2022-ci il tarixli A1-182372 nömrəli, xx.xx.2022-ciil tarixli A1-183170 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183173 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183176 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183179 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183182 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183231 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183232 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183233 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183234 nömrəli, xx.xx.2022-ci il tarixli A1-183235 nömrəli, xx.xx.2022-ci il tarixli A1-184358 nömrəli, xx.xx.2022-ci il tarixli A1-184364 nömrəli, xx.xx.2022-ci il tarixli A1-184371 nömrəli, xx.xx.2022-ci il tarixli A1-184475 nömrəli, xx.xx.2022-ci il tarixli A1-184533 nömrəli, xx.xx.2022-ci il tarixli A1-185928 nömrəli, xx.xx.2022-ci il tarixli A1-187436 nömrəli, xx.xx.2022-ci il tarixli A1-187445 nömrəli, xx.xx.2022-ci il tarixli A1-187446 nömrəli, xx.xx.2022-ci il tarixli A1-187447 nömrəli, xx.xx.2022-ci il tarixli A1-188314 nömrəli, xx.xx.2022-ci il tarixli A1-188317 nömrəli, xx.xx.2022-ci il tarixli A1-190869 nömrəli, xx.xx.2022-ci il tarixli A1-190873 nömrəli, xx.xx.2022-ci il tarixli A1-190878 nömrəli, xx.xx.2022-ci il tarixli A1-190882 nömrəli, xx.xx.2022-ci il tarixli A1-191971 nömrəli, xx.xx.2022-ci il tarixli A1-191980 nömrəli, xx.xx.2022-ci il tarixli A1-192443 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194640 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194689 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194771 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194832 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194833 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194834 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194836 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194839 nömrəli, xx.xx.2022-ci il tarixli A1-194840 nömrəli, xx.xx.2022-ci il tarixli A1 -194842 nömrəli, xx.xx.2022- ci il tarixli A1-194846 nömrəli, xx.xx.2022- ci il tarixli A1-194848 nömrəli qaimə fakturalarda “S.Meneceri” qrafasındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2022-ci il tarixli, A1-127339 nömrəli, xx.xx.2022-ci il tarixli A1-127341 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-127343 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-127364 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-159701 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159706 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159711 nömrəli, xx.xx.2022-ci il tarixli A1-159716 nömrəli, xx.xx.2022-ci il tarixli, A1-161772 nömrəli, xx.xx.2022-ci il tarixli A1-161778 nömrəli, xx.xx.2022-ci il tarixli A1-161892 nömrəli, xx.xx.2022-ciil tarixli, A1-161896 nömrəli, xx.xx.2022-ci il tarixli A1-164101 nömrəli, xx.xx.2022-ci il tarixli A1-164111 nömrəli, xx.xx.2022-ci il tarixli A1-164318 nömrəli, xx.xx.2022-ci il tarixli A1-164324 nömrəli, xx.xx.2022-ci il tarixli A1-164810 nömrəli, xx.xx.2022-ci il tarixli A1-164820 xx.xx.2022-ci il tarixli A1-164826 nömrəli, xx.xx.2022-ci il tarixli A1-168374 xx.xx.2022-ci il tarixli A1-168381 nömrəli, xx.xx.2022-ci il tarixli A1-169528 xx.xx.2022-ci il tarixli A1-171612 nömrəli, xx.xx.2022-ci il tarixli A1-171652 xx.xx.2022-ci il tarixli A1-171712 nömrəli, xx.xx.2022-ci il tarixli A1-171714 xx.xx.2022-ci il tarixli A1-188308 nömrəli, xx.xx.2022-ci il tarixli A1-188311 nömrəli qaimə fakturalarında “S.Meneceri” qrafasındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 3-cü cildinin 79-cu vərəqəsində olan "xxxx" MMC-nin 20 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə 3000 manat məbləğində şirkətə pul ödənişi edilmiş, onun 18.252,56 AZN məbləğində şirkətə ödənilməmiş borcu qalmışdır. Cinayət işinin 3-cü cildinin 123-145-ci vərəqəsində olan 23 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qəraradan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi, həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə, adına anbardan malların buraxılmasına dair 364 ədəd qaimə fakturalar, son təftiş yoxlamalarına aid olan qaimə fakturalar toplusu və dövriyyəsi, təhvil-təslim aktları iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 3-cü cildinin 175-176-cı vərəqəsində olan 23 dekabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 112-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus 21.252.56 manat məbləği deyil, təxminən 10 min manata yaxın pulu şəxsi ehtiyaclarına sərf etdiyini” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi, həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə, Təqsirləndirilən şəxs adına anbardan malların buraxılmasına dair 364 ədəd qaimə fakturalar, son təftiş yoxlamalarına aid olan qaimə fakturalar toplusu və dövriyyəsi, təhvil-təslim aktları iş materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) 06 (altı) ay müddətinə kommersiya təşkilatlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübutlar - Təqsirləndirilən şəxs ilə cəmiyyət arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi, həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə, adına anbardan malların buraxılmasına dair 364 ədəd qaimə fakturalar, son təftiş yoxlamalarına aid olan qaimə fakturalar toplusu və dövriyyəsi, təhvil-təslim aktları cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar