Məhkəmə qərarları › İş №1(008)-244/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-244/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-244/2025 25.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, ev 138-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,890 qram olan narkotik vasitə heroini və xeyli miqdarda təmiz çəkisi 0,624 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2024-cü il tarixində, saat 20:00 radələrində ünvan 1 ünvanının qarşısında Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 13-cü PŞ-də onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,890 qram xeyli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,624 qram xeyli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fasilələrlə 10 ildən artıqdır ki, narkotik vasitə heroindən çəkməklə və dərialtına iynə ilə vurmaqla inyeksiya yolu, metamfetamindən də çəkməklə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsindən üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün ümumilikdə 75 manata iki bükümdə narkotik vastiə olan “kakos” və “şüşə”ni alaraq istifadəsi üçün üzərində saxlamışdır. 31 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yaşadığı evin yaxınlığında olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini şəxsiyyətini təsdiq edən sənədi ondan tələb etmişlər. O, üzərində heç bir sənəd olmadığından və üzərində narkotik olduğundan qorxduğu üçün yayınmaq istəyərkən polis əməkdaşları onu saxlayıb 13-cü PŞ-nə müşayiət altında gətirmişlər. Polis şöbəsində ona müdafiəçi təyin edilmişdir. Ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş, o da gələcəkdə onu daha yaxşı müdafiə etməsi və qanunsuz maddənin üzərindən aşkar edilməsinə şahid olmaması üçün axtarış zamanı müdafiəçinin iştirakından imtina etmişdir. PŞ-də xidməti otaqların birində videogörüntü vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış və götürmə aparılmışdır. Axtarış zamanı ona təhqiqatçı tərəfindən təklif olunmuşdur ki, üzərində hər hansı qanunla qadağan edilmiş əşya predmet və ya maddə varsa, onları özü təqdim etsin. Həmin vaxt o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümlərində birinin içərisində qəhvəyi rəngli maddə digərinin içərisində isə kristal formada olan maddəni, sol cibindən bir ədəd “Samsung A04” markalı mobil telefonunu, əynində olan boz rəngli gödəkçəsinin sol cibindən içərisində 29 manat olan pul kisəsini təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd bükümdəki maddələrin narkotik maddə olan “kakos” və “şüşə” olduğunu bildirmişdir. Daha sonra üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və o, iştirak edən digər şəxslər də həmin protokolu imzalamışlar. O heç bir narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, ancaq heroindən və metamfetamindən özü istifadə edir. O saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-ya gətirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqlər olunmamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin CAŞın kiçik əməliyyat müvəkkilidir. 31 yanvar 2024-cü il tarixdə iş yoldaşı baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə təhkim olunduqları ərazi üzrə xidmətdə olan zaman ünvan 4 ünvanında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə həmin şəxsin suallara qeyri-adekvat cavab verməsindən və nədənsə narahat olaraq yayınmaq istəməsini görüb, həmçinin onun narkotik istifadəçisi olmasında şübhələri yaranması səbəbindən bu şübhələrin yoxlanılması məqsədi onu saxlayaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə müşayiət altında gətirib raportla təhvil vermişlər və şəxsiyyəti yoxlanılarkən məlum olmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Faktla bağlı araşdırmanın aparılması PŞ-nin baş təhqiqatçısına tapşırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən Musa- X9 şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin edilərək onların iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, üzərində videoçəkiliş aparılmaqla axtarış keçiriləcəyi elan edilmişdir. Sonra Təqsirləndirilən şəxs özünün istəyi ilə müdafiəçinin iştirakı olmadan o və iş yoldaşı Şahid2 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu zaman o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş 02 ədəd bükümdə narkotik vasitə heroinə və metamfetaminə bənzər maddələri təqdim etmiş, sonra isə şalvarının sol cibindən “Samsung” markalı mobil telefon da götürülmüşdür. Sorğu-sual zamanı o həmin “kakos” və “şüşə” adlanan narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsindən üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün ümumilkdə 75 manata alaraq üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanaraq zərfdəki narkotik ekspertizaya göndəriləcəyi elan edilmişşdir. Rafael saxlanılarkən və Sabunçu RPİ-nin 13-cü PŞ-də olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.188-190). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); şəxsi axtarış və götürmə aparılması haqqında 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən iki büküm sellofana bükülmüş birinin içərisində qəhvəyi rəngli maddə, digərinin içərisində isə kristal formada olan maddəni təqdim etdi, sonra şalvarının sol cibindən bir ədəd Samsung markalı mobil telefon, əynində olan gödəkçənin sol cibindən içərisində isə 29 manat olan pul kisəsini təqdim etdi. Sorğu zamanı Rafel Musa-Zadə iki büküm sellofana bükülmüş maddələrin narkotik vasitə olan “kakos” və “şüşə” olduğunu, həmin narkotik vasitələri xx.xx.2024-cü il tarixdə Masazır qəsəbəsindən üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün ümumilikdə 75 manata alıb üzərində saxladığını bildirdi. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əmiyyətinə malik olduğundan tərəfimdən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 160 saylı möhürü ilə möhürlənərək götürüldü. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar edilmiş Samsung markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v.24-25); məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/659 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. X2 üzərindən...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,890 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixtrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının əraizisində dövriyyəsi qadağan edilmiş narkotik vasitiər”-in siyahısında (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının əraizisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in siyahısında (Siyahı İ) daxildir (i.v.35-40); DVD diskə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş 02 ədəd bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu əynində olan gödəkcənin sol yan cibindən isə 01 ədəd qara pul qabını çıxarıb təqdim edir. Aşkar edilmiş iki ədəd sellofan bükümlər təhqiqatçı tərəfindən açıldıqdan içində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər və digər bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddələr olması müşahidə edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən birində “kakos” və digərində isə “şüşə” adlanan narkotik və psixotrop vasitə olmasını, həmin maddələri xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 75 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Qara rəngli pul kisəsinin içində 29 manat məbləğində müxtəlif əskinazlardan ibarət pul olması aşkar edilir və Təqsirləndirilən şəxs özünə məxsus olduğundan həmin pul özünə qaytarılır. Aşkar edilmiş sellofan bükümlərdə olan maddələr zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənir, iştirakçılar tərəfindən imzalarla zərfin üzəri təsdiq edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddələrin tərkibi və növü müəyyən edilməsi üçün ekspertizaya təqdim ediləcəyi, mobil telefonun da sübut əhəmiyyətli olduğundan götürüldüyü elan edilir. İştirakçılar tərəfindən heç bir vəsatət və əlavə daxil olmur (i.v.61); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınmışdır (i.v.78-80); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.81-82); Maddi sübut kimi tanıma haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,890 qram çəkidə narkotik vasitə heroin və 0,624 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübit kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 1,840 və 0,574 qram qalıq hissəsi Sabunçu RPİ-nin saxlancına verilmişdir (i.v.90-91); Mobil telefona baxış keçirilməsi haqqında 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefon “Samsung Galaxy A04” markalı android programlı sensorlu mobil telefondur. İki SİM nömrəlidir və üzərində ***-***-**-** və ***-***-**-** abonent nömrələri vardır, telefonda əlavə yaddaş kartı yoxdur. Telefon açıldıqda orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı smslər, audio və video materiallar, fotoşəkillər aşkar edilməmişdir. “Whatsapp” ani mesajlaşma tətbiqi olsa da yazışmalar silinmişdir (i.v.94); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Musa-X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR CM-nin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən 03 il əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmiş, xx.xx.1992-ci ildə Qaradağ Rayon Xalq Məhkəməsinin qərarı ilə AR CM-nin 50-2-ci maddəsinə əsasən 01 il 07 gün şərti azad edilmişdir. Daha sonra Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə AR CM-nin 213-cü maddəsinə əsasən 02 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci ildə AR Milli Məclisin xx.xx.1992-ci il Amnistiya Qərarının 8ci maddəsinin A bəndinə əsasən azad edilmişdir. Sabunçu Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli AR CM-nin 226-cı madsəsinə əsasən 05 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, AR Milli Məclisin xx.xx.1999-cu il Amnistiya Qərarının 1.5-ci maddəsinin əsasən azad edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəzasının qurtarması ilə azad edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 və 234.1-ci maddələrinə əsasən 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xızı Rayon Məhkəməsini xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasını sonu ilə azad olunmuşdur. Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə təyin edilmiş şərti sınaq müddəti birmiş, xx.xx.2016-cı ildə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən 06 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 317.2.1-ci maddələri ilə nəzərədə tutulan cinayət əməllərini törətməyə görə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixli Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır( i.v.104-108); Təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmiş və tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.112-113); Axtarışda olan şəxsin tutulması barədə 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində saxlanılaraq aidiyyəti üzrə Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir (i.v.118); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.121-122); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4143 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.125-126); Sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Sabunçu RPİ-nin 13cü PŞ-də qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD diski iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.127-132); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, tutularaq həbs edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə qədər iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PŞ-nin 09 aprel 2025-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq aidiyyatı üzrə Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 31 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,890 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,624 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək, 11 iyun 2024-cü il tarixdə tutulduğu ümumilikdə 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 09 aprel 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM- 93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 1,890 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,840 qram çəkidə narkotik vasitə heroin və təmiz çəkisi 0,624 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,574 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək, 11 iyun 2024-cü il tarixdə tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,890 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,840 qram çəkidə narkotik vasitə heroin və təmiz çəkisi 0,624 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,574 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar