Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-245/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 73-1 nömrəli “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Qərarına əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli, 336 nömrəli Qərarın dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 450 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarının və Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”-nın 4.5.5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tututulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında ünvan 1 ünvanını tərk edərək ünvan 3 xx xxxxxx 2020-ci il tarixdə həmin ünvanıda tərk edib yaşadığı ünvana qayıdıb xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında olan zaman hərarəti qalxdığı, özünü halsız hiss etdiyi üçün təcili tibbi yardıma müraciət etmiş, bir-neçə saatdan sonra Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 11 nömrəli poliklinikadan ondan koronavirus testi (Covid-19) götürülməsi üçün həkim gəlmiş, onun boğazından yaxma götürülmüşdür. Ona iki gün müddətinə mobil telefonuna analizin cavabının SMS formasında göndəriləcəyi bildirilmiş, həmin müddətdə evdən çıxmaması barədə xəbərdar edilmişdir. xx xxxxxx 2020-ci il təxminən saat 16 radələrində analiz cavabının pozitiv olması barədə mobil telefonuna SMS gəlmiş və həmin SMS-də Covid-19 yoluxucu xəstələyinin onda pozitiv çıxması qeyd olunmuş və evdən çıxmaması barədə xəbərdarlıq edilmişdir. Evdə körpə azyaşlı nəvəsi və ailə üzvlərini həmin yoluxucu xəstəliyə yoluxdurmamaq və sağalmaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə oğlu Zahirin avtomobili ilə Şirvan şəhəri, H.Əliyev prospekti 35 ünvanında yaşayan qohumları olan Şahid4 yanına getmişdir. X1-19 xəstəliyinə tutulmuşdur, ona görə ora getmişdir ki, bir yerdə müalicə olunaraq sağalsınlar. Təxminən 7 gün sonra orada müalicə olunduqdan sonra özünü yaxşı hiss etdiyi üçün oğlu Zahiri çağırmış, o, oğlunun idarə etdiyi avtomobili ilə xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanına qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan təxminən 7-8 gün sonra mobil telefonuna sağalmağı barədə SMS gəlmişdir. Qəsdən kimlərisə yoluxdurmaq fikri olmamış, ailəsini qorumaq üçün evi tərk edib müalijə olunmaq üçüq Şirvan şəhərinə getmişdir. Tutduğu əməldən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvanda olan zaman anası Arzunun hərarəti qalxmış, özünü halsız hiss etdiyi üçün təcili tibbi yardıma zəng etmişdir. Bir-neçə saatdan sonra Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 11 nömrəli poliklinikadan anasından koronavirus testi (Covid-19) götürülməsi üçün həkim gəlmiş, anası Arzunun boğazından yaxma götürülmüş, iki gün ərzində mobil telefona testin nəticəsi barədə sms gələcəyi bildirilmiş və həmin müddət ərzində anası evdən çıxmaması barədə xəbərdarlıq edilmişdir. xx xxxxxx 2020-ci il təxminən saat 16 radələrində testin nəticəsi barədə anası Arzunun telefonuna sms gəlmiş, həmin sms-də onda koronavirus xətəliyinin aşkar edilməsi və evi tərk etməməsi qeyd olunmuşdur. Evdə körpə azyaşlı nəvəsi və ailə üzvlərini həmin yoluxucu xəstəliyə yoluxdurmamaq və sağalmaq məqsədilə onu Şirvan şəhərinə aparmasını anası ondan xahiş etmiş, o, xx xxxxxx 2020-ci il tarixdə Mercedes-Benz E 220” **-MO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə, avtomobildə arakəsmə üçün nəzərdə tutulmuş şəffan sellofan quraşdıraraq anasını Şirvan şəhəri, H.Əliyev prospekti 35 ünvanında yaşayan qohumları Gültəkingilə aparmışdır. Həmin vaxt Gültəkində Covid-19 xəstəliyinə tutulmuşdur. Şirvan şəhərində olduğu zaman anasının müalicəsi üçün lazım olan dərmanları və 1 həftəlik qida məhsullarını alaraq onlara vermişdir. Təxminən 7 gün sonra anası onunla əlaqə saxlayaraq ona yaxşılaşdığını bildirmiş və onu Bakıya aparmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Şirvan şəhərinə gedərək anasını qohumları Gültəkingilin evindən götürərək yaşadıqları ünvan 1 ünvanına gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə qaynının yoldaşı olan Təqsirləndirilən şəxs ona zəng edərək koronavirus (Covid-19) xəstəliyinə yoluxmasını bildirmiş və iynə vurdurmaq, sistem qoşdurmaq üçün tibb bacısı tapmaqda çətinlik çəkdiyini demişdir. Onun ailə üzvlərinin hazırda Rusiya Federasiyasında olması və tək yaşaması, həmin vaxtlarda onunda koronavirus xəstəliyinə yoluxması səbəbindən onu öz yaşadığı ünvana dəvət etmişdir ki, bir yerdə müalicə olunsunlar. Ailə üzvləri ilə bir yerdə yaşadığından Arzu onun təklifini qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Arzu onun yaşadığı Şirvan şəhəri, H.Əliyev prospekti 35 ünvanında yerləşən evə gəlmişdir. Onlar bir müddət bir yerdə müalicə olunmuş, müalicə olunduqları müddət ərzində yaşadıqları evi tərk etməmişlər. Onlara lazım olan dərmanları və qidanı Arzunun oğlu Zahir əvvəlcədən alaraq onlara vermişdir. Təxminən 7 gündən sonra Arzu özünü yaxşı hiss etdiyi üçün oğlu Zahiri çağırmış, Zahir idarə etdiyi avtomobil ilə onu götürərək yaşadıqları ünvana getmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 6-cı vərəqəsində olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını 102.2 km məsafədə tərk edərək Şirvan şəhərinə getmişdir. Cinayət işinin 33-34-cü vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edərək ünvan 8matlarını özündə əks etdirən “xxxx” MMC-dən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 68-69-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məhkəmədə olan davranışını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edərək ünvan 8matlarını özündə əks etdirən “xxxx” MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş jinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş) manat məbləğində cərimə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - “xxxx” MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-245/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-245/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver