Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-246/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1972-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi, dalan 03, ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində «Koroğlu» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq bir ədəd şəffaf rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 0.236 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini və bir ədəd üzərində gül şəkilləri olan saxsı qabın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 0.907 qram olan psixotrop maddə olan metamfetamini əldə edib üstündə saxlamış, Sabunçu RPİ-in 12ci PŞ-in əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi küçəsi dalan 3-də saxlanılaraq, Sabunçu RPİ-in 12-ci PŞ-nə aparılmış və orada Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı onun əynində olan boz rəngli idman şalvarının sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxladığı şəxsi istehlak miqdarında artıq miqdarda bir ədəd üzərində gül şəkilləri olan saxsı qabın içərisində ümumi xalis çəkisi 0.907 qram olan psixotrop maddə metamfetamin və həmin şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 0.236 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən və şüşə adlanan metamfetamindən inyeksiya yolu ilə istifadə edirdi. xx xxxx 2020-cu il tarixdə, saat 16:00 radələrində Bakı şəhərində «Koroğlu» metrostansiyasının yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi İran İslam Respublikasınının vətəndaşına yaxınlaşaraq onda narkotik maddə heroin və şüşə olub-olmadığını soruşmuşdur. Həmin şəxs ona narkotik maddə heroin və şüşə oldğunu, bir büküm heroini və bir qram şüşəni ümumilikdə 60 manata satdığını bildirmişdir. O, da həmin şəxsdən 60 manata bir ədəd şəffaf rəngli sellofan bükümdə heroin və bir ədəd saxsı qabda şüşə yəni metamfetamini almışdır. Həmin narkotik maddələri üstündə özü istifadə etmək üçün saxlamış və oradan uzaqlaşmışdır. xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi küç., dalan 3-də olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşan zaman özünü şübhəli aparmış və oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları onu saxlayıb 12-ci PŞ-nə dəvət etmişlər. Onlarla birlikdə 12-ci Polis Şöbəsinə getmiş və orada polis əməkdaşları onun üstünə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları video çəkiliş ilə onun üstünə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları onun üzərində hər hansı qanunla qadağan olunmuş maddə və ya əşyanın olub olmadığını soruşmuşlar. O isə həmin vaxtı çıxılmaz vəziyyətdə qalmış və özü üçün aldığı bir ədəd saxsı qabda olan metamfetamini əynində olan boz rəngli idman şalvarının sol yan cibindən çıxarıb stolun üstünə qoymuş, həmçinin həmin şalvarın sağ yan cibindən bir büküm heroini çıxarıb, polis əməkdaşlarına təqdim etmişlər. Həmin vaxtı həmin bükümün içərisində heroin olduğunu, heroinin ona, saxsı qabın içərəsindəki isə şüşə, yəni metamfetaminin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün «Koroğlu» metrostansiyasının yaxınlığında tanımadığı İran İslam Respublikasının vətəndaşından 60 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu RPİ-in 12-ci PŞ-in əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu RPİ-in 12-ci PŞ-in sahə inspektrou Şahid2 ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi küçəsində ərazidə xidmətdə olarkən həmin küçədə dalan 3-də dayanmış bir nəfər şəxsin özünü şübhəli apardığını, onları gördükdə əlini cibinə salaraq oradan uzaqlaşmaq istədiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Onu saxlayıb şübhəli şəxs qismində Bakı şəh., Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş və onlarla birlikdə Bakı şəh., Sabunçu RPİ-in 12-ci PŞ-nə getmişdir. 12-ci PŞ-də xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən video çəkilişdən də istifadə edilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd üzərində gül şəkilləri olan saxsı qabı və həmin şalvarın sağ yan cibindən isə ağ rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs saxsı qabın içərəsindəki «şüşə», yəni psixotrop maddə ınetamfetamin, bir ədəd kağız bükümün içərisində isə narkotik madə heroin oldğunu və həmin maddələri şəxsi istifadəsi üçün xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində «Koroğlu» metrostansiyasının yaxınlığında tanımadığı İran İslam Respublikasının vətəndaşından 60 manata aldığını bildirmişdir. Həmin bir ədəd saxsı qab açıldıqda içərəsində kristal şəkilli metamfetaminə bənzər maddə və büküm açıldıqda içərisində narkotik maddə olan heroinə bənzər maddə olduğunu görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş İbəşov X7 Bəxtiyar Oktay oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/297 saylı, 25 mart 2020-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi-0.236 qram olan maddə kustar üsulla hazrılanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd qabda təmiz çəkisi-0.907 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş narkotik və psixotrop maddələr (heroin və metamfetamin) kimyəvi cəhətdən fəqli olduğu üçün öz aralarında eynilik tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahasına (Siyahı 1) daxildir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir (Siyahi 1). Heroinin təmiz çəkisi 0.236 qram, qalıq 0.186 qramdır, metamfetaminin təmiz çəkisi 0.907 qram, qalıq 0.857 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının SəhiyyəNazirliyi, Respublika Narkoloji Mərkəzi Ambulator X1 1323 saylı, xx xxx 2020 -ci il tarixli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserindəqeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Hüseynov X4 Muxtar Respublikasının Məhkəməsinin xx xxxxx 2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3, 32.3, 206.2 və 66.3-cü maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin xx xxx 2007-ci il tarixli qərarı ilə xx xxxxx 2007-ci il tarixli hökm dəyişdirilmiş, cəza 06 ilə endirilmişdir. xx xxxxxx 2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02 saylı, xx xxxx 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,14). Cinayət işinin materiallarında olan 27 mart2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 43). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)169/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,57). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyiqanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin başlanğıcı «25» mart 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.168 qram heroin, 0.857 qram metamfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 91.76 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «25» mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut,keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.168 qram heroin, 0.857 qram metamfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 91.76 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-246/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-246/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver