Məhkəmə qərarları › İş №1(008)-246/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-246/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-246/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 iştirakı ilə xx xxxxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkum olunmuş, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 62-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, ünvansız mənzildə kirayədə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin həyətinə hasardan keçib mətbəxin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı çıxarıb pəncərənin şüşəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin birinci mərtəbəsində olan təhlükəsizlik kamerasının bir ədəd yaddaş aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 380 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2022-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 2 ünvanda yerləşən evin həyətinə hasardan keçib və evin plastik pəncərəsini özü ilə apardığı vintaçan vasitəsi ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin qonaq otağından 700 manat dəyərində 1 ədəd «LG» markalı televizoru, 200 manat dəyərində 1 ədəd şirəçəkən qurğunu, 100 manat dəyərində 1 ədəd ütünü, hər biri 70 manat olmaqla cəmi 490 manat dəyərində 7 ədəd yataq dəstini, hər biri 150 manat olmaqla cəmi 300 manat dəyərində 2 ədəd kişi kostyumunu, hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində 2 ədəd yataq örtüyünü, 40 və 50 manat dəyərlərində 2 cüt kişi ayaqqabısını, hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində 2 cüt qadın ayaqqabısını, digər yataq otağındakı sandıqdan 7.000 manat və həmin dövrə olan məzənnə ilə 680 manat təşkil edən 400 ABŞ dollar nəğd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 9.700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 mart 2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanın qarşısında yerləşən evin saxlanc yeri kimi istifadə edilən yardımçı tikilinin qıfılını sındıraraq qanunsuz daxil olub oradan bir ədəd 120 manat dəyərində su qızdırıcısmı, hər birinin dəyəri 50 manat olan cəmi 100 manat dəyərindəki iki ədəd işlənmiş maqnitola, bir ədəd 30 manat dəyərində avtomobil şinləri üçün nəzərdə tutulan dəmir zənciri, bir topunun dəyəri 80 manat olmaqla cəmi 160 manat dəyərində iki top elektrik naqili, bir ədəd 150 manat dəyərində avtomobil yuyucu aparatı, bir metrinin qiyməti 1 manat olan cəmi 30 manat dəyərində 30 metr uzunluğunda elektrik naqili, bir ədəd 180 manat dəyərində avtomobil genoratoru və bir ədəd 30 manat dəyərindəki avtomobil startyorunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 800 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 mart 2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs2 Lütfıyar qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsində yerləşən fərdi yaşayış evin həyətinə hasardan keçib və evin plastik pencərəsini açıb yaşayış sahəsinə qanunsuz olaraq daxil olaraq oradan bir ədəd 35 manat dəyərində mikserin, bir ədəd 20 manat dəyərində blenderi, 30 manat dəyərində keks bişirmə qabını, 50 manat dəyərində bir ədəd kiçik həcmli manqalı, 45 manat dəyərində bir ədəd boşqabı, 70 manat dəyərində açıq göy rəngli kişi kostumunu, bir ədədi 40 manat olmaqla digəri 25 manat dəyərində iki ədəd qadın qol saatını, 20 manat dəyərində bir ədəd gümüş bilərziyi, bir ədəd 30 manat dəyərində elektrik qızdırıcısmı, bir ədəd 100 manat dəyərində su qızdırıcısmı, bir ədəd 40 manat dəyərində su matorunu, ümumilikdə 300 manat dəyərində geyim əşyalarını, 40 manat dəyərində 01 ədəd direli, 60 manat dəyərində bir ədəd perefarator, 30 manat dəyərində bir ədəd elektrik mişarı, 50 manat dəyərində bir ədəd laqonda, 1.000 manat dəyərində bir ədəd «Samsung» markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 1.985 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 mart 2022-ci i l tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Bedniy küçəsində yerləşən evin həyətinə hasardan keçib və evin plastik pencərəsini özündəki vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 120 manat olan bir ədəd su qızdırıcısı, dəyəri 120 manat olan bir ədəd mikseri, dəyəri 120 manat olan bir ədəd blenderi, dəyəri 50 manat olan bir ədəd qulaqcıqı, dəyəri 80 manat olan bir ədəd saç düzəldən aləti, dəyəri 80 manat olan bir ədəd «İ Phone» markalı mobil telefonu, ümumilikdə dəyəri 40 manat olan iki ədəd markası məlum olmayan mobil telefonu, dəyəri 70 manat olan bir ədəd «Samsung» markalı mobil telefonu, dəyəri 60 manat olan bir ədəd «Samsung» markalı mobil telefonu, dəyəri 75 manat olan bir ədəd «Samsung» markalı mobil telefonu, dəyəri 90 manat olan telefon aksesuarlarım, dəyəri 200 manat olan bir ədəd musiqi mərkəzini, dəyəri 20 manat olan bir ədəd şəkilçəkən köməkçi aparatını, dəyəri 100 manat olan «Oriflame» markalı parfümeriyam, ümumilikdə dəyəri 90 manat olan üç ədəd yataq dəstini, ümumilikdə dəyəri 65 manat olan dörd ədəd əl çantasını, ümumilikdə dəyəri 40 manat olan iki ədəd bel çantasını, dəyəri 20 manat olan bir ədəd stolüstü saatı, dəyəri 50 manat olan bir ədəd elektrik samovarı, ümumilikdə dəyəri 150 manat olan üç ədəd qadın plaşını, dəyəri 80 manat olan bir ədəd qadın şubasım, dəyəri 50 manat olan bir ədəd qadın üçün mantosunu, dəyəri 40 manat olan bir ədəd qadın gödəkçəsini, dəyəri 120 manat olan bir ədəd kişi kostyumunu, dəyəri 35 manat olan bir ədəd kişi gödəkçəsini, ümumilikdə dəyəri 500 manat olan kişi şalvarlarını, dəyəri 45 manat olan bir ədəd kişi köynəyini, dəyəri 30 manat olan bir ədəd qolsuz kişi gödəkçəsini, ümumilikdə dəyəri 330 manat olan on beş ədəd köynəyi, ümumilikdə dəyəri 300 manat olan bir ədəd kişi gödəkçələrini, dəyəri 250 manat olan iki cüt kişi ayaqqabısını gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 3.420 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən evi həyətinə hasardan keçib və evin plastik pencərəsini açıb yaşayış sahəsinə qanunsuz olaraq daxil olaraq oradan hər birinin qyiməti 15 manat olan ümumilikdə 1.500 manat dəyərində 100 ədəd oturacaq stul, hər birinin qiyməti 20 manat olan ümumilikdə 280 manat dəyərində on dörd ədəd pencərə toru, ümumilikdə 200 manat dəyərində səkkiz ədəd 5x15 ölçülü 5 metr uzunluğunda taxtanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1.980 manat məbləğində maddi zərər vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 dekabr 2021-ci il tarixdə, gecə saat 00:30 radələrində Pirşağı qəsəbəsi, Əhməd Cavad küçəsi ilə piyada hərəkət edən zaman həmin küçədə bir evdə işıq yanmadığını görüb və həmin evdə heç kəs olmadığını bilmişdir. Bundan sonra pula ehtiyacı olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Yaxınlıqda heç kəs olmadığını görüb sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətinə daş hasardan keçmişdir. Sonra həyətə giriş qapısının arxasına dəmir qoymuşdur ki, əgər kimsə gəlsə qapını aça bilməsin. Sonra həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsinin üzərindəki dəmir barmaqlıqı əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açmış, sonra plastik pəncərənin şüşəsini qırıb həmin yerdən mətbəxə daxil olmuşdur. Evin müəyyən yerlərində qiymətli əşya və pul axtarmışdır. Sonra evin birinci mərtəbəsinə qurlaşdırılmış təhlükəsizlik kamerasının olduğunu görüb və həmin yerdən bir ədəd yaddaş diviarım yerindən söküb çıxarmışdır. Başqa həmin evdən heç nə götürməmişdir. Sonradan həmin bir ədəd yaddaş diviranı xatırlamadığı bir ünvanda boş sahəlikdə qırıb atmışdır. Bundan başqa 03 mart 2022-ci il tarixdə, saat 03:00 radələrində oğurluq etmək üçün əlverişli ev seçmək məqsədi ilə ünvan 4 ünvanda yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 evinin yanından piyada ötərkən həmin evdə işığın yanmaması diqqətini cəlb etmişdir. O, kənardan evi müşahidə etməklə giriş darvazasına daş atmış, lakin əhəmiyyət verən olmamışdır. Daha sonra evin hasarının üstünə çıxıb həyətə baxmaqla bir müddət müşahidə aparmış evdə heç kimin olmadığına tam əmin olmuşdar. Bundan sonra hasardan həyətə aşmış, həyətə girən kimi sağ tərəfdə yerləşən evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçan vasitəsi ilə sıxıb açmaqla həmin pəncərədən evə daxil olmuşdur. Evin hər yerini axtarmaqla evin qonaq otağından bir ədəd «LG» markalı televizoru, evin yataq otağından şirəçəkən qurğunu, bir ədəd ütünü, yeddi ədəd yataq dəstini, iki ədəd kişi kostyumunu, iki ədəd yataq örtüyünü, iki cüt kişi ayaqqabısını, iki cüt qadın ayaqqabısını, yataq otağındakı sandıqdan 7.000 manat nağd pulu və 400 ABŞ dollarını götürərək evdən çıxıb getmişdir. Həmin əşyaları Sabunçu bazarında və 8-ci km bazarında tanımadığı şəxslərə satmış, pulunu isə şəxsi işlərimə xərcləmişdir. Oğurladığı 7.000 manat və 400 ABŞ dolları nəğd pulu öz borclarına və problemlərinə sərf etmişdir. Bundan başqa 07 mart 2022-ci il tarixdə, saat 00:30 radələrində oğurluq etmək qərarına gəlməklə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi ilə gəzişərkən yaşayış evlərinin yaxınlığında olan bir tikiliyə yaxınlaşdıqda orada evin qarşısındakı yardımçı tikilidən oğurluq etmək qərarına gəlmişdir. Həyətə daxil olub asma qıfılı sındırıb içəri daxil olmuşdur. Təxminən 15-20 dəqiqə oranı axtardıqdan sonra özü ilə gətirdiyi kisəyə oğurladığı əşyaları yığaraq oradan uzaqlaşmışdır. Oğurladığı əşyalar bir ədəd su qızdırıcı, iki ədəd işlənmiş avtomobil maqnitafonu, avtomobil şinləri üçün nəzərdə tutulmuş bir ədəd zəncir, iki top elektrik naqilləri, bir ədəd avtomobil generatoru, bir ədəd avtomobil statyoru olmuşdur. O, növbəti günü səhər saatlarında oğurladığı əşyalardan bir qismini tanımadığı şəxslərə satsa da günorta saatlarında Sabunçu Bazarına gəldikdə orada əvvəldən tanıdığı tanışı Elnuru görmüşdür. Adı çəkilən bazarda bəzi insanlar onun oğruluqla məşğul olmağını bildikləri üçün o, Elnurla avtobus dayanacağında təcili görüşü olmasını bildirməklə həmin maqintafonu və avtomobil təkərləri üçün nəzərdə tutulan zənciri ona vermişdir. O, Elnura həmin əşyaları verərkən bir nəfər şəxsin ona borclu olduğu pul əvəzində verməsini bildirmişdir. Xahiş etmişdir ki, həmin əşyaları taksi sürücülərinə satsın və satdığı halda Elnura da hörmət edəcəyini bildirmişdir. Elnur da ona köməklik edəcəyinə söz verib əşyaları götürüb aparmışdır. Bundan başqa 15 mart 2022-ci il tarixdə, gecə saat 01:00 radələrində Ə.Bağırov küçəsində gəzişərkən evlərdən birinin həyətində evin içərisində işıq yanmadığını görüb evdə adam olmadığına arxayın olub hasardan həyətə tullanmışdır. Giriş qapısının sol tərəfində olan plastik pencərəni atvyorka ilə aralayıb pencərəni açmışdır. Evin içərisinə daxil olduqdan sonra otaqları gəzməyə başlamışdır. Həmin evdən əlinə keçən əşyaları, mikser, blender, şirniyat bişirmə qabını, manqal, kişi kostyumunu, iki ədəd qadın qol saatını, bilərzik, elektrik qızdırıcı, su qızdırıcı, su matoru, qadın geyim əşyalarını, direl, perefarator, elektrik mişarı, laqonda və müxtəlif növ usta alətlərini elə həmin gecə iki dəfəyə oğurlayıb aparmışdır. Həmin əşyaları növbəti günlərdə Sabunçu bazarının daxilində olan bit bazarında dəyər-dəyməzə tanımadığı müştərilərə satıb qazandığı pulları öz tələbatlarına sərf etmişdir. Yalnız həmin əşyalardan bir ədəd elektrik qızdırıcısı kirayə yaşadığı evdə qalmışdır ki, onu da polis əməkdaşlarına təqdim etmiş, protokol əsasında ondan götürülmüşdür. Bundan başqa təqribən 22 və ya 23 mart 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bedniy küçəsi ilə piyada hərəkət edən zaman həmin küçədə bir evdə işıq yanmadığını görüb həmin evdə heç kəs olmadığını arxayın bildikdən sonra həmişəki kimi həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Yaxınlıqda heç kəs olmadığını görüb sonradan adını bildiyi Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətinə daş hasardan keçmişdir. Sonra həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əvvəlcədən özü ilə götürdüyü vintaçanla açıb daxil olmuşdur. Evdə qiymətli əşya və pul axtarmışdır. Pul tapa bilmədiyinə görə mənzildən su qızdırıcısını, miksel və blender, «İphon» markalı mobil telefon, üç ədəd sadə mobil telefon, iki ədəd «Samsunq» markalı mobil telefon, telefon aksesuarları, parfümeriya, yataq dəstləri, əl çantaları, stolüstü saat, elektrik samovar, qadın plaşları, qadın şubası, kurtkası, kişi kostyum, kişi kurtkaları və digər geyim əşyalarını özü ilə gətirdiyi kisəyə yığıb həmin mənzildən uzaqlaşıb getmişdir. Həmin əşyaları bir neçə gün ərzində Sabunçu bazarında tanımadığı şəxslərə dəyər-dəyməzinə satmaqla əldə etdiyi pulları öz şəxsi tələbatlarına xərcləmişdir. Bundan başqa 30 mart 2022-ci il tarixdə, saat 14:00 radələrində Sabunçu qəsəbəsi ərazisindən keçərkən sonradan adını bildiyi Əlövsət Heydərova məxsus mənzilin yaxınlığından keçərkən evin yeni tikildiyini və kimsənin yaşamadığından tam əmin olduqdan sonra hasardan tullanıb həyətə keçmişdir. Daha sonra evin plastik pencərəsini atvyorka ilə açıb həmin evə daxil olmuşdur. Evin ilkin baxışdan hələdə tam təmir olunmadığı müəyyən olunduğunu bilmişdir. Evdə qiymətli bir əşya tapmadığına görə evdə olan çox sayda oturacaq stullar götürmək qərarına gəlmişdir. Həmin stulları daşıyıb həyətə yığmaqla sonradan gedib tanımadığı bir taksi avtomaşını tapıb bir neçə dəfəyə həmin stulları həmçinin, bir neçə sayda pencərə setkası, bir neçə sayda taxtaları oradan daşıyıb aparmışdır. Sonradan həmin stolları Sabunçu bazarı yaxınlığında «Çənlibel» adlı kafedə olan bir nəfər orta yaşlı kişi ilə razılaşıb 17 ədəd stulu satıb cəmi 163 manat pul qazanmışdır. Yerdə qalan stulları isə hissə-hissə yenədə ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərə satmışdır. Həmin şəxsə stulların onun evinin olmasını yenisini aldığı üçün köhnələrini satdığını bildirmişdir. Bu səbəbdən də həmin şəxsin ona qarşı hər hansı bir şübhəsi yaranmamışdır. Həmin stullara görə əldə etdiyi digər məbləğləri və 17 ədəd stula görə aldığı 163 manat pulu öz şəxsi tələbatlarına sərf etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Ağmurad oğlu ifadəsində göstərmişdir ki, Yusif Qasımov küçəsində yerləşən özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Evin ətraf həyəti mişar daşı ilə hasara alınmış, dəmir darvaza və evin girişinə seyf qapı qoyulmuş pencərələr quraşdırılmışdır. Maddi vəziyyəti ilə əlaqədar olaraq evdə təmir işlərini tam olaraq başa çatdıra bilməmişdir. Mənzilin təmir başa çatmadığından və yaşayış olmadığına görə özünə məxsus olan tikinti işlərində istifadə etdiyi alətləri və digər əşyaları yığmışdır. Evin yaxınlığında qohumları yaşadığından onlar hərdən evinə nəzarət edirmişlər. 02 aprel 2022-ci il tarixdə günorta saatlarında yeznəsi Mehman ona zəng edib evin həyətə giriş darvazasının, evin pencərəsinin açıq olmasını bildirmişdir. Bundan sonra o, evinə gedib baxdıqda restoranda işlətdiyi lakin, lazım olmadığı üçün evə gətirib yığdığı bir ədədinin dəyəri 15 manat olmaqla 100 ədəd ümumilikdə 1.500 manat dəyərində stulların, bir ədədinin dəyəri 20 manat olmaqla 14 ədəd ümumilikdə 280 manat dəyərində pəncərə toru (setkası) və bir ədədinin dəyəri 25 manat olmaqla səkkiz ədəd ümumilikdə 200 manat dəyərində 5x15 sm ölçüdə 5 metr uzunluğunda taxtaların yerində olmadığını görüb həqiqətəndə mənzildə oğurluq olmasını bilmişdir. Bundan sonra bu barədə polisə məlumat vermişdir. Həmin oğurluq nəticəsində ona 1.980 mana dəyərində maddi zərər yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 07 mart 2022-ci il tarixdə, saat 07:00 radələrində yaşadığı evdən çıxıb işə gedərkən yaşadığı evin qarşısındakı əl damının qapısının kilidinin sındırıldığını aşkar etmişir. Həmin əl damına daxil olduqda isə orada olan əşyaların dağınıq vəziyyətdə olmasını və bir hissəsinin yerində olmamasını aşkar etmişdir. Həmin vaxt müəyyən etmişdir ki, həmin əl damından bir ədəd 120 manat dəyərində olan su qızdırıcısı, iki ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində işlənmiş avtomobil maqnitolası, 80 manat olmaqla 160 manat dəyərində hər biri 100 metr uzunluğunda olan iki top elektrik naqilləri, bir ədəd 180 manat dəyərində avtomobil generatoru, bir ədəd 150 manat dəyərində avtomobil statorunun, bir ədəd avtomobil şinləri üçün nəzərdə tutulmuş dəmir zincirin, bir ədəd 150 manat dəyərində avtomobil yuyucu aparatının oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 23 mart 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində ona zəng edilərək yaşadığı evin həyətinin giriş qapısının açıq olduğunu bilmişdir. Özü də Cəlilabad rayonunda olduğundan, Bakı şəhərinə gec gəlib çatacağmı düşünərək, özünə məxsus mənzildə oğurluq hadisəsinin baş verdiyindən şübhələndiyindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək naməlum şəxs və şəxslərin ona məxsus mənzili dağınıq hala salması barədə məlumat vermişdir. O, həmin zaman Cəlilabad rayonundan çıxaraq 23 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı ünvan 5 ünvanına gəlmişdir. Evə gələn zaman həyətin giriş qapısı açıq olduğunu görmüşdür. Evə daxil olduqda evin pencərəsinin açıq olduğunu da görmüşdür. Evə nəzər yetirdikdə məlum olmuşdur ki, təxminən dəyəri 120 manat olan su qızdırıcısmın, təxminən dəyəri 120 manat olan mikselin və blender, təxminən dəyəri 50 manat olan qulaqcıq, təxminən dəyəri 80 manat olan saç düzəldənin, təxminən dəyəri 80 manat olan «İphon» markalı mobil telefonun, təxminən dəyəri 40 manat olan 2 ədəd sadə mobil telefonun, təxminən dəyəri 70 manat olan bir ədəd «X6» markalı mobil telefonun, təxminən dəyəri 60 manat olan «Samsunq 53» markalı mobil telefonun, təxminən dəyəri 40 manat olan «Samsunq 6285» markalı mobil telefonun, təxminən dəyəri 90 manat olan telefon aksesuarlarının, təxminən dəyəri 200 manat olan musiqi mərkəzinin, təxminən dəyəri 20 manat olan şəkil çəkən köməkçi aparatın, təxminən dəyəri 100 manat olan «orfilime» markalı parfümeriyanın, təxminən dəyəri 90 manat olan 3 ədəd yataq dəstinin, təxminən dəyəri 65 manat olan dörd ədəd əl çantalarının, təxminən dəyəri 40 manat olan iki ədəd bel çantalarının, təxminən dəyəri 20 manat olan stolüstü saatın, təxminən dəyəri 50 manat olan elektrik samovarın, təxminən dəyəri 150 manat olan 3 ədəd qadın üçün plaşın, təxminən dəyəri 80 manat olan qadın şubasının, təxminən dəyəri 50 manat olan qadın üçün mantonun, təxminən dəyəri 40 manat olan qadın üçün kurkanın, təxminən dəyəri 120 manat olan kişi üçün kostyumun, təxminən dəyəri 35 manat olan kişi üçün kurtkasının, təxminən dəyəri 500 manat olan şalvarın, təxminən dəyəri 45 manat olan köynəyin, təxminən dəyəri 30 manat olan qolsuz kurtkanın, təxminən dəyəri 330 manat olan 15 ədəd köynəyin, təxminən dəyəri 300 manat olan kurtkaların, təxminən dəyəri 250 manat olan ayaqqabıların və digər geyim əşyalarının oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona 3.400 manat dəyərində maddi zərər yetirilməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci il tarixdə Novruz bayramı ilə əlaqədar olaraq ailə üzvüləri ilə birgə Gədəbəy rayonuna getmişlər. 22 mart 2022-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı ünvana gəldikdə evin öni pencərəsinin açıq vəziyyətdə olduğunu görüb evə daxil olduqda mətbəxdən bir ədəd 35 manat dəyərində mikserin, bir ədəd 20 manat dəyərində blenderin, 30 manat dəyərində keks bişirmə qabının, 50 manat dəyərində bir ədəd kiçik həcmli manqalın, 45 manat dəyərində bir ədəd boşqabın, 70 manat dəyərində açıq göy rəngli kişi kostumunu, bir ədədi 40 manat olmaqla digəri 25 manat dəyərində qadın qol saatının, 20 manat dəyərində bir ədəd gümüş bilərziyin, bir ədəd 30 manat dəyərində elektrik qızdırıcının, bir ədəd 100 manat dəyərində su qızdırıcının, bir ədəd 40 manat dəyərində su matorunun, özümə məxsus 300 manat dəyərində geyim əşyalarının oğurlanmasını aşkar etmişdir. Bundan başqa eləcədə həmin oğurluq nəticəsində ona məxsus olmaqla atası tərəfindən alınmış bir ədəd direl 40 man dəyərində, bir ədəd perefarator 60 manat dəyərində, bir ədəd elektrik mişarı 30 manat dəyərində, bir ədəd laqonda 50 manat dəyərində və müxtəlif növ usta alətləri həmçinin, 1.000 manat dəyərində «Samsung» markalı mobil telefon oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1.985 manat məbləğində maddi zərər yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində ailəsi ilə birgə yaşadığı həmin ünvandan çıxaraq Şıxov qəsəbəsində yerləşən digər evinə getmişdir. 04 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində qonşusu zəng vuraraq onun evindən oğurluq olmasından şübhələndiyini bildirmişdir. O, saat 22:00 radələrində evinə gələrkən həyətində olan giriş-çıxış qapısına toxunulmadığını, hasarın üzərindən həyətinə keçilməsini müəyyən etmişdir. Evə baxarkən müəyyən etmişdir ki, həyətdən yataq otağına olan üzərində dəmir çərçivəsi olmayan plastik pəncərə sıxılaraq açılıb, evinin əşyalarının tam dağıdılmasını bilmişdir. Baxış zamanı evinin qonaq otağından 700 manat dəyərində bir ədəd, 105 diaqonallı «LG» markalı televizorun, evin yataq otağındakı sandıqdan və divar dəstindən 200 manat dəyərində, bir ədəd, markasını xatırlamadığı, istifadə olunmamış şirəçəkən qurğunun, 100 manat dəyərində, bir ədəd, markasını xatırlamadığı, istifadə olunmamış ütünün; hərə biri 70 manat olmaqla cəmi 490 manat dəyərində 7 ədəd istifadə olunmamış yataq dəstlərinin, hər biri 150 manat olmaqla cəmi 300 manat dəyərində iki ədəd istifadə etdiyi kişi kostyumlarının, hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində iki ədəd istifadə olunmamış yataq örtüyünün; 50 manat dəyərində bir cüt istifadə olunmamış kişi ayaqqabısının, 40 manat dəyərində istifadə olunmuş bir cüt kişi ayaqqabısının; hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində iki cüt geyinilmiş qadın ayaqqabısı, yataq otağında olan sandıqdan 7.000 manat və 680 manat (400 ABŞ dolları), cəmi 7.680 manat nağd pulunun oğurlanmışdır.Hadisə nəticəsində ümumilikdə ona 9.700 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə öz işi ilə əlaqədar Gəncə şəhərinə getmiş və 22 dekabr 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmışdır. 23 dekabr 2021-ci il tarixdə, saat 02:45 radələrində özünə məxsus olan Pirşağı qəsəbəsi Ə.Cavad küçəsi ev 7 ünvana gedib həyətə giriş qapısını açan zaman qapının açılmadığını görmüşdür. Ona məlum olmuşdur ki, həyət qapısının arxa tərəfdən dəmir ilə bağlanmışdır. Bundan sonra hasardan həyətə keçmiş və evin mətbəxinin plastik pəncərəsinin sınıq olduğunu görüb evə girən zaman ona məlum olmuşdur ki, naməlum şəxs dəmir barmaqlığı yerindən çıxarıb plastik pəncərəni sındırıb evə daxil olub evin birinci mərtəbəsində yerləşən təhlükəsizlik kamerasının yaddaş diviarını oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona təxminən 380 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Sabunçu qəsəbəsi, Sabunçu bazarı yaxınlığında «Çənlibel» kafesini icarəyə götürmüşdür. 2022-ci ilin aprel ayının ilk günlərində əvvəllər tanımadığı, bir nəfər sonradan adının Elvin olduğunu bildiyi şəxs ona yaxınlaşmaqla özünə məxsus köhnə satılıq stullarının olmasını bildirmişdir. O, həmin stullara baxmaqla normal olduğu üçün onunla qiymət danışdıqda Elvin bir ədəd stolu 10 manata satdığını ona demişdir. Stolları bəyəndiyi üçün Elvinlə razılaşmaqla hər bir stula görə ona 8 manatdan olmaqla 17 ədəd stul alıb cəmi 163 manat pul ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə Şahid2 ifadəsində göstərmişdir ki, 13 mart 2022-ci il tarixdə saat 13:00 radələrində «Rus Bazarı» adlanan bazarda olan zamanı tanımadığı bir nəfər cavan oğlanın çarpayı dəstini satmasını görmüşdür. Həmin oğlana yaxınlaşıb həmin dəsti almaq istəməsini bildirməklə dəstin bir ədədinin qiymətini soruşduqda həmin cavan oğlan ona iki ədədinin qiymətini 20 manat olmasını demişdir. Üzərində pul olmadığı üçün həmin cavan oğlana onun evinə qədər onunla getməsini xahiş etməklə evindən 20 manat pul götürüb həmin oğlana verməklə çarpayı dəstini almışdır. Sonradan həmin çarpayı dəstinin oğurluq yolu ilə ələ keçirilməsini bildikdən sonra özü könüllü olaraq gətirib polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan eilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 aprel 2022-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı evin qarşısında dayanan zamanı bir nəfər şəxs ona yaxınlaşmışdır. Yaxınlaşan şəxsin isə sonradan adını Elvin kimi bildiyi olan şəxs əlidəndə bir ədəd mikser və bir ədəd blender aparatı ilə yaxınlaşıb həmin əşyaların özünə məxsus olmasını vacib pul lazım olmasına görə hərəsini 15 manata satmaq istəməsini bildirmişdir. Özü həmin əşyalara baxıb işlək olmalarını gördükdən sonra ev üçün mətbəxə lazım olmasını düşünüb Elvin adlı şəxsə cəmi 30 manat pul verməklə həmin iki mətbəx əşyasını ondan almışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Eksperizası Mərkəztinin 3/700 saylı, 06 iyun 2022-ci il tarixli məhkəmə daktiloskopik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 1,2,3,4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, toxunma nəticəsində qalmışdır. Təqdim edilmiş 2,3,5,6 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin baş barmağından qalmışdır. Təqdim edilmiş 3 və 4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq izlərindən qalmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Eksperizası Mərkəztinin 9/200 saylı, 11 mart 2022-ci il tarixli məhkəmə əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla onun bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: 1) 01 ədəd «Delphi Grunding» markalı «X 350BT» model maqnitola-40,0 manat; 2) 01 ədəd «Snow Chain» markalı «KN-12mm» model avtomobil təkərləri üçün nəzərdə tutulan zəncir-30.0 manat. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Eksperizası Mərkəztinin 9/3561 saylı, 14 iyun 2022-ci il tarixli məhkəmə əmtəəşınaslıq ekspertizasının rəyindən görünür ki, Türkiyə Respublikası istehsalı olan, üzərində «Clasy aran» yazısı olan,çəhrayı bənövşəyi rənglərində olan, 200x220sm ölçülü yorğan üzü, 1 ədəd 240x260 sm ölçülü döşəkağı(prostin) və 2 ədəd 50x70 sm ölçülü yastıq üzləri dəstinin istifadə də olmasını nəzərə alaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40.00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)555/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəmsinin 19 dekabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2-ci maddələri ilə təqsirli bilinib, 04 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)555/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə isə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cəza çəkmə müddətinin əvvəli 03 aprel 2022-ci il tarixdən hesablanmaqla 01 il, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə və xeyli miqdarda ziyan vurmaqla cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsi və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair» 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 15 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,49). Cinayət işinin materiallarında olan 10 dekabr 2022-ci il tarixli ittihamın dəyişdirilməsi və ona əlavələr edilməsi təqsirləndirilən şəxs qismində yenidən cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,215). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əvvələr analoji cinayət törətməsini, məhkum olunmasını, lakin islah olunmamasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)555/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza çəkməsini, əməlində cinayətin residivinin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)555/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «03» aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə maddi sübutlar-Zərərçəkmiş şəxs5 məxsus «Clasy aran» yazısı olan iki ədəd çarpayı dəsti, Zərərçəkmiş şəxs2, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Bağırov küçəsi fərdi yaşayış evindən oğurlanmış bir ədəd elektrik peçin Zərərçəkmiş şəxs6, ünvan 7 ünvandan oğurlanmış əşyalar siyahısında olan bir ədəd KHG» markalı mikser və bir ədəd «ARSHİA» markalı blenderin Zərərçəkmiş şəxs6, ünvan 8 ünvanda baş vermiş oğurluq faktı ilə bağlı bir ədəd «KHG» markalı mikser və bir ədəd «ARSHİA» markalı blenderin sahiblərinə qaytarılması nəzərə alınmalı, 06 (altı) ədəd daktilolent və daktiloxəritə cinayət işinin materillarında saxlanmışdır. 221 manat 11 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəstinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)555/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «03» aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar-Zərərçəkmiş şəxs5 məxsus «Clasy aran» yazısı olan iki ədəd çarpayı dəsti, Zərərçəkmiş şəxs2, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Bağırov küçəsi fərdi yaşayış evindən oğurlanmış bir ədəd elektrik peçin Zərərçəkmiş şəxs6, ünvan 7 ünvandan oğurlanmış əşyalar siyahısında olan bir ədəd KHG» markalı mikser və bir ədəd «ARSHİA» markalı blenderin Zərərçəkmiş şəxs6, ünvan 8 ünvanda baş vermiş oğurluq faktı ilə bağlı bir ədəd «KHG» markalı mikser və bir ədəd «ARSHİA» markalı blenderin sahiblərinə qaytarılması nəzərə alınsın, 06 (altı) ədəd daktilolent və daktiloxəritə cinayət işinin materillarında saxlanılsın. 221 manat 11 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)555/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar