Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-246/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “TikTok” sosial platformasında “sosial yardım üzrə yoxlama” adlı səhifə yaratmaqla həmin səhifə üzərindən vətəndaşların sosial porblemlərinin müsbət həllinə nail olması barədə yalan təbliğat apararaq ona müraciət edən vətəndaşlara, o cümlədən, ləğv edilmiş İİİ qrup əlillik dərəcəsinin bərpa olunması ilə bağlı ona müraciət edən Zərərçəkmiş şəxs2 “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə danışıqları zamanı özünü Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyinin nəzdində olan sosial yardımla bağlı yoxlama işçi qrupunun rəhbəri, yuxarı instansiya dövlət orqanlarında rəhbər vəzifələrdə işləyən yüksək vəzifəli şəxslərlə yaxın münasibətdə olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncuya ləğv edilmiş əlillik dərəcəsini bərpa etdirəcəyinə, Elm və Təhsil Nazirliyinin “Daxili Nəzarət” şöbəsində işlə təmin olunacağına və “Müharibə Veteranı” vəsiqəsi almasına köməklik göstərəcəyinə dair yalan vədlər verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 15 iyun 2024-cü il tarixdə saat 11:03-də Bakı şəhəri, Sabunçu rayonu ərazisində olduğu zaman istifadəsində olan 416973******1466 nömrəli bank kart hesabından ona məxsus 523915******9599 nömrəli bank kart hesabına köçürdüyü 1000 (min) manat məbləğində, 02 iyul 2024-cü il tarixdə saat 14:34-də Bakı şəhəri, Sabunçu rayonu ərazisində olduğu zaman istifadəsində olan 416973******1466 nömrəli bank kart hesabından ona məxsus 523915******9599 nömrəli bank kart hesabına köçürdüyü 500 (beş yüz) manat məbləğində, 11 iyul 2024-cü il tarixdə saat 20:25-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, E.Zeynalov küçəsində yerləşən “www.kassam.az” ödəniş sistemi vasitəsilə ona məxsus 523915******9599 nömrəli bank kart hesabına köçürdüyü 1000 (min) manat, 14 iyul 2024-cü il tarixdə saat 19:19-da Bakı şəhəri, Sabunçu rayonu ərazisində olduğu zaman istifadəsində olan 416973******1466 nömrəli bank kart hesabından ona məxsus 523915******9599 nömrəli bank kart hesabına köçürdüyü 1000 (min) manat, 18 iyul 2024-cü il tarixdə saat 12:29-da Rusiya Federasiyasında yaşayan bacısı X3 məxsus 416973******3659 nömrəli bank kartı hesabından ona məxsus 523915******9599 nömrəli bank kart hesabına köçürdüyü 1500 (min beş y Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 “TikTok” sosial şəbəkəsində tanış olduğu Şahid2 vasitəsilə tanımışdır, Zərərçəkmiş şəxs2 Şahid2 xalası oğludur. Belə ki, 2024-cü ilin mart ayında “TikTok” sosial şəbəkəsində istifadə etdiyi “sosial yardım üzrə yoxlama” səhifəsi vasitəsilə Şahid2 ilə tanış olmuş və onlar əlaqə saxlamağa başlamışlar. Danışıq zamanı Səkinə ona sosial yardım almaq üçün müraciət etdiyini, lakin cavab ala bilmədiyini bildirmişdir. O, yüksək vəzifəli tanışlarının olduğunu, özünün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımla bağlı işçi qrupunun rəhbəri olduğunu və bu məsələnin həllində Səkinəyə köməklik göstərəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Səkinə yaşadıqları evə nümayəndələrin gəldiyini bildirmişdir. O, Səkinəyə həmin şəxslərin onun tapşırığı əsasında gəldiyini və Səkinəyə təqaüd təyin ediləcəyini bildirmişdir. Əslində isə həmin şəxslərin onunla heç bir əlaqəsi olmamış, həmin şəxslər Səkinənin özünün müraciəti üzrə yaşadığı evə gəlmişdirlər. Bundan sonra Səkinə ondan təqaüd kartının nə vaxt veriləcəyini soruşduqda o, Səkinəyə demişdir ki, ona hər hansı bank kartının şəklini göndərsin və həmin kartı təqaüd kartı kimi rəsmiləşdirəcəkdir. Səkinə ona bank kartının şəklini göndərmiş və o, birinci ay 570 manat, sonrakı ay isə 260 manat pulu Səkinənin kartına göndərmişdir. Səkinə ona zəng edərək nə üçün ikinci ay ödənişin az olduğunu soruşduqda Səkinəyə işə qəbulla bağlı müraciət etdiyini və buna görə də, təqaüdün az verildiyini bildirmişdir. Bundan sonra o, Səkinənin kartına pul göndərməmiş və Səkinə ödəniş olunmaması barədə ondan soruşduqda Səkinəyə sosial yardımın dayandırıldığını və daha ödəniş olunmayacağını bildirmişdir. 2024-cü ilin iyun ayında Səkinə ona bildirmişdir ki, Hüseyn adlı qohumu vardır, həmin şəxs əvvəllər əlilliyi ilə bağlı təqaüd almış, lakin 2021-ci ildən etibarən Hüseynə pensiya ödənişi dayandırılmışdır. Səkinə ondan Hüseynə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, Hüseynə bu məsələdə köməklik edə biləcəyini bildirdikdən sonra onlar “Whatsapp” vasitəsilə danışmağa başlamışlar. Danışıq zamanı o, Hüseynə sosial yardımla bağlı işçi qrupunun rəhbəri olduğunu, Hüseynə köməklik göstərə biləcəyini, belə ki, Hüseynə aylıq 450 manat olmaqla 5 illik təqaüd təyin olunacağını və məsələnin həlli üçün 3.000 manat pul lazım olduğunu bildirib özünə məxsus bank kartının nömrəsini Hüseynə göndərmişdir. Hüseyn həmin 3.000 manat pulu avqust ayına qədər hissə-hissə ona göndərmişdir. Bundan sonra o, Hüseynə həmin təqaüdü ömürlük təyin etdirə biləcəyini bildirib əlavə olaraq 2.000 manat da pul istəmişdir. Hüseyn onunla razılaşmış və həmin karta 2.000 manat da pul göndərmişdir. Daha sonra Hüseyn ona Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini, lakin ərizəsinə imtina cavabı verildiyini bildirmişdir. O, Hüseynə guya həkim qəbulu üçün canlı növbə aldığını qeyd edib müayinədən keçməli olduğunu bildirmişdir. Hüseyn müayinə olunduqdan sonra yenidən imtina cavabı verildiyini bildirdikdə tanıdığı həkimin orada olmadığını deyib həmin həkimin Hüseynə yalan danışdığını bildirmişdir. Əslində isə onun elə bir həkim tanışı olmamışdır. Bundan başqa Hüseynin müəllim işlədiyini bildiyi üçün təqaüd məsələsinin həlli prosesinin davam etdiyi vaxtlarda, yəni 2024-cü ilin iyul ayında yaxın əlaqələrindən istifadə edərək Zərərçəkmiş şəxs2 Elm və Təhsil Nazirliyinin “Daxili Nəzarət” şöbəsində işə düzəldə biləcəyi barədə yalan vəd verərək Hüseyndən 5.000 manat pul istəmişdir. Hüseyn onunla razılaşaraq hissə-hissə olmaqla ümumilikdə onun kartına 5.000 manat pul göndərmişdir. O, Hüseynin 2024-cü ilin sentyabr ayında işə başlayacağını bildirmişdir. Əlavə olaraq həmin vaxtlarda, yəni 2024-cü ilin iyul ayında özünün veteran olduğunu və Hüseynə də veteranlıq vəsiqəsi ala biləcəyini bildirib 3000 manat pul istəmişdir. Hüseyn hal-hazırda o qədər pulunun olmadığını, lakin ilkin olaraq 300 manat göndərə biləcəyini bildirib onun kart hesabına göndərmişdir. Bundan başqa 2024-cü ilin avqust ayında bir nəfər qadın ona zəng edərək adının Telli olduğunu, onu Şahid2 qonşuları Türkanə və Babəkin vasitəsilə tanıdığını bildirmiş və qızı Şahid1 iş yerinin dəyişdirilməsi üçün köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, Şahid1 Azərbaycan Dillər Universitetinə ingilis dili müəllimi vəzifəsinə təyin etdirə biləcəyini bildirib 8.000 manat pul istəmişdir. Telli həmin məbləğin çox olduğunu bildirdikdə, o, Telliyə bir nəfər şəxslə danışıb qiyməti aşağı sala biləcəyini bildirmişdir. Əslində isə bu hərəkəti Tellini inandırmaq üçün etmişdir. Bir neçə saatdan sonra o, Zərərçəkmiş şəxs1 zəng edərək Şahid1 iş yerini dəyişdirmək məsələsinin həlli üçün 5.500 manat tələb olunduğunu bildirmişdir. Telli onunla razılaşmış və o, özünə məxsus bank kart nömrəsini Telliyə göndərib tez vaxtda həmin pulu göndərməli olduğunu bildirmişdir. Telli əvvəlcə onun kart hesabına 3.500 manat, növbəti günlərdə isə hissə-hissə olmaqla 2.000 manat pul göndərmiş, o isə öz növbəsində Şahid1 cari ilin sentyabr ayının 16-da işə başlayacağını bildirmişdir. Beləliklə, ümumilikdə Tellinin 5.500 manat pulunu ələ keçirmişdir. Həmin ilin sentyabr ayının sonlarında Şahid1 ona zəng edərək iş məsələsinin nə üçün həll olunmadığını soruşmuşdur. O, cavab olaraq Səkinəyə bildirmişdir ki, oktyabr ayında müəllimlərin yerdəyişməsi baş tutacaq və həmin vaxtı Səkinənin də məsələsi öz həllini tapacaqdır. Bundan sonra Telli və Səkinə bir neçə dəfə ona zəng edərək pullarını tələb etsələr də, o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Onun nə Zərərçəkmiş şəxs2 işlərini həll etmək üçün, nə də Şahid1 yerdəyişmə məsələsinin həlli üçün real imkanı olmamış, aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 Gülnazın qohumu, sosial şəbəkədə tanış olduğu Səkinə İsmayılzadənin vasitəsilə tanımışdır. Belə ki, 2024-cü ilin iyun ayında Gülnaz ona zəng edərək Səkinənin qohumu olduğunu və yaşa görə pensiya almaq istədiyini bildirmişdir. O da Gülnaza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini, bu məsələnin həllində köməklik göstərə biləcəyini və məsələnin həlli üçün 1.500 manat lazım olduğunu bildirmişdir. Gülnaz onunla razılaşmış və növbəti ay, yəni 2024-cü ilin iyul ayında onun kart hesabına 1.500 manat pul göndərmişdir. O, Gülnaza 2-3 ay ərzində pensiya təyin olunacağını bildirmişdir. Əslində isə onun bu məsələnin həlli üçün real imkanı olmamış, Zərərçəkmiş şəxs3 aldığı pulu öz ehtiyacı üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı pulları onlara geri qaytarmaq məqsədi ilə Şahid2 bank kartına göndərdiyini bildirmiş və barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında tanımışdır. Belə ki, bacısı qızı Türkanə və həyat yoldaşı Babəklə söhbət zamanı ona bildirmişlər ki, Tovuz rayonu, Qovlar şəhərində yaşayan qonşuları Səkinə adlı qadın bildirmişdir ki, Səkinənin qohumu İntiqam adlı şəxs vardır, İntiqam Səkinənin ünvanlı sosial yardım almasına köməklik göstərmişdir və Babəkin də pensiya məsələsinin həlli üçün köməklik göstərə bilər. Bundan təxminən 1 ay sonra, avqust ayının 17-də qızı Səkinənin həyat yoldaşı Fəridin ad günü məclisi üçün bir yerə toplaşmışlar. Orada o, qızı Səkinənin iş yerini dəyişdirməsi məsələsinin həllində İntiqamın onlara köməklik göstərib-göstərə bilməyəcəyi barədə Türkanədən soruşmuşdur. Türkanə İntiqamın mobil nömrəsini ona vermiş və o, İntiqamla əlaqə saxlamışdır. Danışıq zamanı İntiqama qızı Səkinənin iş yerini dəyişdirmək istədiyini bildirmişdir. İntiqam bu məsələni həll edə biləcəyini bildirib ondan 8.000 manat pul tələb etmişdir. O, İntiqama həmin məbləğin çox olduğunu bildirdikdən sonra İntiqam bir nəfər şəxslə danışacağını və ona zəng edəcəyini bildirmişdir. Bir müddət sonra İntiqam ona zəng edib 5.500 manata məsələni həll edəcəyini və pulu həmin gün göndərməli olduqlarını bildirmişdir. O, İntiqamla razılaşmış və ilkin olaraq 2.000 manat pulu İntiqamın onlara göndərdiyi kart hesabına göndərmişlər. Bundan sonra 5 gün ərzində hissə-hissə həmin kart hesabına qalan 3.500 manatı da göndərmişlər. 5.500 manat pulu göndərdikdən sonra İntiqam bildirmişdir ki, sentyabr ayının 16-da qızı Səkinə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi kimi işləməyə başlayacaq. Sentyabr ayının 16-da qızı işlə bağlı məlumat verilmədiyini görüb İntiqamla əlaqə saxlamışdır. İntiqam müəllimlərin yerdəyişməsi prosesi zamanı qızı Səkinənin iş məsələsinin həll olunacağını bildirmişdir. Onlar yenə gözləməyə başlamışlar. Oktyabr ayında da qızının iş məsələsinin həll olunmadığını görüb bununla bağlı İntiqamla əlaqə saxlamışdır. İntiqam həmin ayın 26-na kimi məsələnin həll olunacağını, əks təqdirdə pulu qaytaracağını bildirmişdir. O, İntiqamın onları aldatdığını başa düşüb pulunu geri istəmişdir. Lakin İntiqam həmin pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdiyini görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2006-cı ildən 2021-ci ilədək olan müddətdə əlilliyi ilə əlaqədar olaraq 261 manat təqaüd almışdır. Ancaq 2021-ci ildən etibarən yeni qanun və meyarlara görə ona təqaüdün verilməsi dayandırılmışdır. 02 iyun 2024-cü il tarixdə xalası qızı Şahid2 “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb “İntiqam” adlı tanışının olmuşdur. Belə ki, İntiqamın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olduğunu və onun dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyini bildirmişdir. İntiqam adlı şəxs Təqsirləndirilən şəxsdur. O, həmin şəxsin üzünü görməmişdir, İntiqamla üçü birlikdə, yəni o, İntiqam və Səkinə “Whatsapp” proqramı vasitəsi ilə danışmışlar. İntiqam ilə danışıq zamanı Şahid2 İntiqamın barəsində dediklərini təsdiqləyib doğurdan da ƏƏSMN-nin nəzdində sosial yardımla bağlı yoxlama işçi qrupunun rəhbəri olduğunu bildirmişdir. O, dəfələrlə İntiqama üzbəüz görüşmək istədiyini dedikdə İntiqam ona müxtəlif bəhanələr etmiş, belə ki, özünün və avtomobilinin daima izlənildiyini və nəzarətdə olduğunu, çox zaman sosial yardımlarla əlaqədar rayonlarda olduğunu, bu səbəbdən də onunla görüşə bilmədiyini demişdir. Buna görə də o, İntiqamın üzünü görməmişdir. Bundan başqa İntiqam ona yüksək vəzifələrdə çalışan qohumlarının olduğunu bildirmişdir. O da bu söhbətlərdən sonra İntiqama tam inanmışdır ki, ona yalan danışmaz. Səkinə onu İntiqamla tanış edən zaman təqaüdünün bərpa olunması ilə bağlı məlumat verdiyini demişdir. İlkin danışıq zamanı İntiqam ondan təqaüdünün nə zaman və nə səbəblə kəsilməsi barədə soruşmuş və onlar bu barədə İntiqamla “Whatsapp” proqramında ətraflı danışmışlar. O, İntiqama dəfələrlə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini, lakin heç bir nəticə olmadığını da demişdir. İntiqam isə bu məsələni yüksək vəzifəli qohumlarının vasitəsi ilə həll edəcəyini, heç bir narahatlığa səbəb olmadığını bildirmişdir. İntiqam həmin şəxslərin barəsində elə danışmışdır ki, o, doğurdan da İntiqama inanmış və tam əmin olmuşdur ki, İntiqam onun təqaüdünü bərpa etdirəcək. Söhbət zamanı İntiqam bu işin həll olunması üçün 3.000 manat pul lazım olduğunu demişdir. O da 2024-cü ilin iyun ayından avqust ayınadək olan müddətdə hissə-hissə olmaqla İntiqamın ona göndərdiyi bank kartı hesabına müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3.000 manat pul göndərmişdir. Pulları özünə aid olan bank kartı hesabından köçürmüşdür. 2024-cü ilin avqust ayında İntiqam ona təqaüdünün bərpa olunacağını, təxminən 450 manat təqaüd alacağını, ancaq təqaüdü 5 il müddətində alacağını demişdir. Daha sonra isə İntiqam təklif etmişdir ki, əlavə pul ödəməyi şərti ilə təqaüdünü ömürlük təyin etdirsin. İntiqam ondan bunun üçün əlavə olaraq 2.000 manat pul istəmişdir. O da İntiqamla razılaşıb əlavə 2.000 manat olmaqla ümumilikdə təqaüdünün bərpa olunması üçün 5.000 manat pul vermişdir. İntiqam ona 15-20 gün müddətində təqaüdünü bərpa etdirəcəyini demişdir. O, hər dəfə olduğu kimi yenə də öz sənədlərini DTSERA-ya təqdim etmişdir. Həmin qurumdan isə ona təqaüdünün bərpa olunmasının rədd olunması baradə cavab gəlmişdir. İntiqam isə ona həmin qurumda canlı növbə aldığını və həkim müayinəsindən keçməli olduğunu demişdir. O da həqiqətən həkim müayinəsindən keçdikdə həkim ona həmin sənədlər əsasında təqaüdünün bərpa olunmayacağını bildirmişdir. O, dərhal İntiqam ilə əlaqə saxladıqda İntiqam ona İntiqamın həkiminin orada olmadığını və onu müayinə edən həkimin ona yalan məlumat verdiyini bildirmişdir. İntiqamın təkidi ilə bir neçə dəfə həkim komissiyasına getsə də, təqaüdü bərpa olunmamış və bununla razı olmadığı halda məhkəməyə müraciət etmək hüququnun olması barədə xəbərdarlıq edilmişdir. Bundan başqa İntiqam təqaüdünü bərpa etdirəcəyinə dair vəd verdiyi müddətdə söhbət zamanı yaxın əlaqələrindən istifadə edərək onu yüksək vəzifəyə təyin etdirə biləcəyini də demişdir. Aralarında olan bu söhbət iyun-iyul aylarında olmuşdur. Belə ki, o, müəllim işlədiyi üçün təhsil sahəsində işin ona uyğun olacağını düşünmüşdür. İntiqam isə onu Elm və Təhsil Nazirliyinin “Daxili Nəzarət” şöbəsində işə düzəldəcəyini vəd verib ondan 5.000 manat pul istəmişdir. O, əvvəlcə o qədər pulunun olmadığını bildirmiş, lakin daha sonra İntiqamın ona göndərdiyi bank kartı kesabına 1.000 manat pul göndərmişdir. İntiqam isə qalan 2000 manat pulu özünün qoyacağını, qalan 2.000 manat pulu isə daha sonra verməli olduğunu demişdir. O da İntiqama inanıb hissə-hissə olmaqla 4.000 manat pulu İntiqama göndərmişdir. Beləliklə, o işə düzəlmək məsələsinin həlli üçün İntiqamın bank kartı hesabına ümumilikdə 5.000 manat pul göndərmişdir. İntiqam onu sentyabr ayında vəzifəyə təyin etdirməyi vəd vermişdir. İntiqam ona veteranlıq vəsiqəsi almağı vəd verib ondan 3.000 manat pul da istəmişdir. Belə ki, X7 dövründə arxa cəbhədə köməklik göstərdiyini İntiqama bildirmişdir. İntiqam isə özünün də Müharibə Veteranı olduğunu, arxa cəbhədə fəaliyyət göstərdiyinə görə ona da Veteranlıq vəsiqəsi ala biləcəyini bildirmiş və bunun üçün ondan 3.000 manat pul istəmişdir. O da bu məqsədlə İntiqamın bank kartı hesabına 300 manat pul göndərmiş və qalan 2.700 manatı da sonra göndərməli imiş. Ancaq İntiqamın ona indiyədək verdiyi vədlərə əməl etmədiyini başa düşdükdə İntiqamın ona yalan danışdığını və onu aldatmaqla ümumilikdə 10.300 manat pulunu ələ keçirdiyini anlamışdır. Sonrakı müddətdə dəfələrlə İntiqamın telefonuna zəng etsə də, gah telefonları götürməmiş, gah da telefona cavab verib pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, İntiqamı qohumu Şahid2 vasitəsi ilə tanımışdır. O, uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləmişdir. Hazırda isə işləmir. Fikirləşmişdir ki, yaşı ilə əlaqədar pensiyaya çıxsın. Bu barədə heç bir orqana müraciət etməmişdir. Qohumu Səkinə 2024-ü ilin iyun ayında ona bildirmişdir ki, İntiqam adlı bir nəfər tanışı vardır, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəli şəxsdir və bu məsələnin həllində onlara köməklik göstərə bilər. Bunun üçün o, Səkinədən İntiqamdan onun işinin həllində köməklik göstərilməsi barədə xahiş etməsini istəmişdir. Danışıqlar zamanı İntiqam özünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini demiş və özünü etibarlı şəxs kimi təqdim edib bu işdə yəni ona yaşıyla əlaqədar pensiya təyin olunmasında köməklik göstərə biləcəyini demişdir. İntiqam bu işi həll etmək üçün ondan 1.500 manat pul istəmişdir. O, əvvəlcə o qədər imkanının olmadığını demişdir. İntiqam isə israrla ondan 1.500 manat pul istəmiş və onu əmin etmişdri ki, o, yaxşı pensiya alacaqdır. O da fikirləşmişdir ki, İntiqam özü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisidir, ona yalan danışmır. Ona görə də 1.500 manat pulu İntiqama vermək qərarına gəlmişdir. O, İntiqamı heç birzaman görməmişdir, İntiqamla daima “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. İntiqam onu bu işin tam şəkildə həll olunacağına və heç bir narahatlığa səbəb olmadığına inandırmışdır. Ona görə də o, 2024-cü ilin iyun ayının sonlarında 1.500 manat pulu qohumu Şahid2 bank kartı hesabına göndərmişdir. Səkinə də həmin pulu öz növbəsində İntiqama göndərdiyini bildirmişdir. Söhbət zamanı İntiqam ona bu məsələnin 2-3 ay müddətində yəni təxminən 2024-cü ilin sentyabr ayınadək həll olunacağını demişdir. Hətta İntiqam onu inandırmaq məqsədi ilə pensiya təyin olunması üçün lazım olan sənədlərinin şəklini göndərməyini xahiş etmişdir. O, İntiqamın xahişi ilə özünə aid olan sənədlərin şəkillərini də İntiqama göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə pensiya təyin olunması ilə bağlı ərizə yazsın. O da bu barədə ərizə yazmışdır. Proseslərin gedişində İntiqam bu işi müsbət həll edəcəyinə dair onda tam inam yaratmışdır. Lakin 2-3 ay keçməsinə baxmayaraq ona heç bir pensiya təyin olunmamış və pensiyanın təyin olunmasının rədd edilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona cavab gəlmişdir. Həmin zaman anlamışdır ki, Təqsirləndirilən şəxs onu aldatmış və 1.500 manat pulunu ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında anası Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Belə ki, uzun müddətdir ki, o, iş yerini dəyişmək istəmişdir. Buna görə də, anası Telli ona bildirmişdir ki, tanıdığı İntiqam adlı şəxs vardır və həmin şəxs onu Azərbaycan Dillər Universitetinə ingilis dili müəlliməsi vəzifəsinə təyin olunmağında onlara köməklik göstərə bilər və məsələnin həlli üçün 8.000 manat pul lazımdır. Onlar İntiqamla “Whatsapp” vasitəsi ilə əlaqə saxlamış, nə o, nə də anası İntiqamla heç vaxt görüşməmişlər. Həmin ilin avqust ayının 17-də danışıq zamanı onlar 8.000 manatın çox olduğunu və həmin məbləği toplaya bilməyəcəklərini bildirmişlər. İntiqam bir nəfər şəxslə danışıb məbləği aşağı sala biləcəyini bildirmişdir. Bir müddət sonra İntiqam təkrar onlara zəng edərək bildirmişdir ki, 5.500 manata məsələni həll edə bilərəm. Onlar İntiqamla razılaşmış və elə həmin günü 2.000 manat pulu İntiqamın onlara göndərdiyi kart hesabına göndərmişlər. Təxminən 5 gün ərzində onlar hissə-hissə olmaqla ümumilikdə 3.500 manatı həmin kart hesabına göndərmişlər və İntiqam onlara bildirmişdir ki, bu ilin sentyabr ayının 16-da o, Azərbaycan Dillər Universitetində işə başlayacaq. Sentyabr ayının 16-da o, işlə bağlı ona heç bir məlumat verilmədiyini görüb bu barədə İntiqama bildirmişdir. İntiqam ona bildirmişdir ki, həmin məsələni həll edən adam hazırda məzuniyyətdədir, 3-5 gün ərzində işə qayıdacaq və onun işə düzəlmək məsələsi öz həllini tapacaqdır. Bir müddət sonra o, iş məsələsinin həll olmadığını görüb təkrarən İntiqama zəng etmiş, İntiqam müəllimlərin yerdəyişməsi prosesi zamanı onun da iş yerini dəyişdirəcəyini bildirmişdir. Oktyabr ayının əvvəllərində o, İntiqamın onu aldatdığını başa düşmüş və anasının vasitəsilə İntiqamdan pullarını istəmişlər. İntiqam oktyabr ayının 26-na qədər işin həll olacağını, həll olmayacağı təqdirdə pullarını qaytaracağını bildirmişdir. Onlar İntiqamın dələduzluq etdiyini başa düşmüş və bu barədə şikayət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında “TİkTok” sosial şəbəkəsi vasitəsilə tanımışdır. Belə ki, İntiqam “TikTok” sosial şəbəkəsində ünvanlı sosial yardımla bağlı paylaşımlar etmiş və belə məsələlərin həllində insanlara köməklik göstərə biləcəyini vəd etmişdir. Həmin vaxtlar, yəni 2024-cü ilin əvvəllərində maddi vəziyyətləri yaxşı olmadığı üçün və ailədə heç kim işləmədiyi üçün ünvanlı sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz Rayon Şöbəsinə müraciət etmişlər. Lakin müvafiq yoxlamalar aparıldıqdan sonra onlara sosial yardım təyin olunmasından imtina edilmişdir. O da bir neçə aydır ki, sosial şəbəkədə izlədiyi Təqsirləndirilən şəxs bu barədə müraciət etmək qərarına gəlmişdir. Buna görə də, özünə məxsus “TikTok” hesabından bu barədə İntiqama yazmışdır. Bir qədər danışdıqdan sonra İntiqam onun nömrəsini götürmüş və onlar “Whatsapp" vasitəsilə əlaqə saxlamağa başlamışlar. İntiqama ünvanlı sosial yardım üçün müraciət etdiklərini və imtina cavabı aldıqlarını bildirdikdən sonra İntiqam ona bildirmişdir ki, “mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlama qrupunda işləyirəm və sizin işinizi nəzarətə götürüb köməklik edəcəyəm”. Bundan sonra onlar təkrar ünvanlı sosial yardım üçün müraciət etmişlər və gözləməyə başlamışlar. Həmin müddətdə o, İntiqama bildirmişdir ki, müraciətin nəticəsi ilə maraqlanmaq lazımdır. İntiqam isə ona bildirmişdir ki, “sistem”də müraciətdən imtina olunması ilə bağlı cavab qeyd olunsa da, bu barədə onlara mesaj gəlməmiş İntiqam özü həll edəcək. Bir neçə gün sonra İntiqam “Whatsapp” vasitəsilə ona mesaj göndərmişdir ki, “sizə ünvanlı sosial yardım təyin olunub, mənə öz kartınızı göndərin və həmin kartı sosial yardımın köçürülməsi üçün rəsmiləşdirəcəyəm.”. Bundan sonra iki ay ərzində onun kartına 570 manat və 260 manat pul köçürülmüşdür. Lakin üçüncü ay onun kartına pul köçürülməmiş, bu barədə İntiqamdan soruşduqda İntiqam ona bildirmişdir ki, “sən işə qəbul olunmaq üçün müraciət etmisən, sənin müraciətin qeydiyyata götürülüb və buna görə də, həmin sosial yardım dayandırılmışdır”. Bundan başqa anası Südabə ilə söhbət zamanı qohumu Zərərçəkmiş şəxs2 pensiya almaq istədiyini, lakin ala bilmədiyini öyrənmişdir. Bundan sonra qeyd olunan məsələ ilə bağlı Hüseynlə əlaqə saxlamış və İntiqamın nömrəsini Hüseynə vermişdir. Təxminən 4-5 aydan sonra ona məlum olmuşdur ki, İntiqam qohumu Hüseynin 10.300 manat pulunu ələ keçirmişdir. Xalası Zərərçəkmiş şəxs3 xəstə olduğu və onların sosial yardım almaq üçün köməklik göstərə biləcək tanışları olduğunu bildiyi üçün ona da həmin şəxsdən barəsində xahiş etməyini istəmişdir. İntiqamla bu barədə danışdıqdan sonra İntiqam məsələnin həlli üçün 1.500 manat pul istəmişdir. X10 razılaşmış və 2024-cü ilin iyun ayında 1.500 manatı onun kartına göndərmişdir. O, bu barədə İntiqamla əlaqə saxlamış və İntiqam ona bildirmişdir ki, 1.000 manatı “mənim kartıma göndər, qalan 500 manatı isə iki gün ərzində deyəcəyim karta göndərərsən.”. O, İntiqamın dediyi kimi etmiş və 1.000 manatı İntiqamın kartına göndərmişdir. İki gün ərzində İntiqam onunla təkrar əlaqə saxlayaraq qalan 500 manata ərzaq məhsulları alıb Gəncə şəhərinə göndərməyini tapşırmışdır. O da İntiqamın tapşırığına uyğun olaraq 500 manatlıq bazarlıq edib Gəncə şəhərinə göndərmişdir. Daha sonra ona məlum olmuşdur ki, İntiqam xalası Gülnaz Allahverdiyanın pensiya məsələsini həll etməyib və 1.800 manat pulunu ələ keçirib. İntiqam özünün imkanlı bir şəxs olduğunu göstərmək üçün Gəncə şəhərində bir çox ailələrə köməklik etdiyini bildirib onun kartına müxtəlif məbləğlərdə pullar göndərmiş və onlar da İntiqamın göstərişi əsasında ərzaq məhsulları alıb Gəncə şəhərinə gedən avtobuslara vermiş və həmin avtobus sürücülərinin nömrəsini İntiqama göndərmişlər. Cinayət işinin İ cildinin 65-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin l cildinin 134-138-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1288/2024 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin olunması, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 18 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14 iyul 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin İ cildinin 169-178-ci vərəqələrində olan Masallı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 1(050)-14/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və onun 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının hazırki hökm ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 17 iyul 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İ cildinin 199-207-ci vərəqələrində olan xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən 15 iyun 2024-cü il tarixdə saat 11:03-də 416973******146 nömrəli bank kartı hesabından 523915******9599 nömrəli bank kartı hesabına 1.000 (bir min) manat məbləğində, 11 iyul 2024-cü il tarixdə saat 20:25-də “www.kassam.az” ödəniş sistemi vasitəsilə 523915******9599 nömrəli bank kartı hesabına 1.000 (bir min) manat məbləğində, 14 iyul 2024-cü il tarixdə saat 19:19-da 416973******146 nömrəli bank kartı hesabından 523915******9599 nömrəli bank kartı hesabına 1.000 (bir min) manat məbləğində, 30 iyul 2024-cü il tarixdə saat 17:47-də “www.kassam.az” ödəniş sistemi vasitəsilə 523915******9599 nömrəli bank kartı hesabına 300 (üç yüz) manat məbləğində, 01 avqust 2024-cü il tarixdə saat 16:39-da “www.kassam.az” ödəniş sistemi vasitəsilə 523915******9599 nömrəli bank kartı hesabına 3.000 (üç min) manat məbləğində, 10 avqust 2024-cü il tarixdə saat 16:22-də 416973******146 nömrəli bank kartı hesabından 523915******9599 nömrəli bank kartı hesabına 1.500 (bir min beş yüz) manat məbləğində, 21 avqust 2024-cü il tarixdə saat 13:31-də 416973******146 nömrəli bank kartı hesabından 523915******9599 nömrəli bank kartı hesabına 500 (beş yüz) manat məbləğində köçürmə həyata keçirilmişdir. Cinayət işinin İİ cildinin 2-5-ci vərəqələrində olan xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 17 avqust 2024-cü il tarixdə saat 16:56-da 523915******6239 nömrəli bank kartı hesabından 523915******9599 nömrəli bank kartı hesabına 2.000 (iki min) manat məbləğində, 18 avqust 2024-cü il tarixdə saat 22:22-də 523915******6239 nömrəli bank kartı hesabından 523915******9599 nömrəli bank kartı hesabına 3.100 (üç min yüz) manat məbləğində, 19 avqust 2024-cü il tarixdə saat 18:39-da Şahid1 məxsus AZ83UBAZ**********1010AZN001 hesab nömrəsindən 523915******9599 nömrəli bank kartı hesabına 250 (iki yüz əlli) manat məbləğində, 20 avqust 2024-cü il tarixdə saat 20:31-də Şahid1 məxsus AZ83UBAZ**********101OAZN001 hesab nömrəsindən 523915******9599 nömrəli bank kartı hesabına 150 (yüz əlli) manat məbləğində köçürmə həyata keçirilmişdir. Cinayət işinin İİ cildinin 9-12-ci vərəqələrində olan xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən 416973******1274 nömrəli bank kartı hesabından 17 iyun 2024-cü il tarixdə saat 12:47-də 1.500 (bir min beş yüz) manat pul vəsaiti 416973******0363 nömrəli bank kartı hesabına köçürülmüş, həmçinin 416973******1274 bank kartı hesabından 30 iyul 2024-cü il tarixdə saat 20:41-də 523915******9599 nömrəli bank kartı hesabına 300 (üç yüz) manat pul vəsaiti göndərilmişdir. Cinayət işinin İİ cildinin 27-28-ci vərəqələrində olan “Təqdim olunmuş fotoşəkillərə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:33-də Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında 55 saniyə səsli danışıq; Bundan sonra saat 11:03-də Zərərçəkmiş şəxs2 5239 1517 9849 9599 nömrəli bank kartı hesabına 1.000 manat pul vəsaitinin göndərilməsini özündə əks etdirən 02 ədəd fotoşəkil göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 14.33-də Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında 05 dəqiqə səsli danışıq; Bundan sonra Zərərçəkmiş şəxs2 saat 14:39-da 5239********9599 nömrəli bank kartı hesabına 500 manat pul vəsaitinin göndərilməsini özündə əks etdirən 01 ədəd fotoşəkil göndərmişdir; Saat 14 43 və 14:45-də Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında səsli danışıqlar. 14 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs (19:13): **********499599. Bundan sonra saat 19:19-da Zərərçəkmiş şəxs2 5239 1517 9849 9599 nömrəli bank kartı hesabına 1.000 manat pul vəsaitinin göndərilməsini özündə əks etdirən 02 ədəd fotoşəkil göndərmişdir. 30 iyul 2024cü il tarixdə saat 17:17-də Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında 07 dəqiqə səsli danışıq; Təqsirləndirilən şəxs (17:25): **********499599; Bundan sonra saat 17:47-də Zərərçəkmiş şəxs2 523915******9599 nömrəli bank kartı hesabına 300 manat pul vəsaitinin göndərilməsini özündə əks etdirən 02 ədəd fotoşəkil göndərmişdir. 01 avqust 2024-cü il tarixdə saat 16:39-da Zərərçəkmiş şəxs2 523915******9599 nömrəli bank kartı hesabına 3.000 manat pul vəsaitinin göndərilməsini özündə əks etdirən 02 ədəd fotoşəkil göndərmişdir. Baxış zamanı adı “Təqsirləndirilən şəxs” kimi qeyd edilmiş +994 50 *** ** ** (iş üzrə təqsirləndirilən şəxs X2 məxsus) mobil nömrəsinin istifadəçisi ilə Zərərçəkmiş şəxs2 arasında “Whatsapp” tətbiqi ilə aparılmış aşağıdakı yazışmalar müəyyən edilmişdir: 30 iyul 2024-cü il saat 17:48-də Zərərçəkmiş şəxs2 ******************** nömrəli hesaba 300 manat pul vəsaitinin göndərilməsini özündə əks etdirən 01 ədəd fotoşəkil göndərmişdir. Zərərçəkmiş şəxs2 (17:48): Göndərdim müəllim; Saat 18:08-də Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında 08 dəqiqə səsli danışıq; Təqsirləndirilən şəxs (18:19): At baxim; Saat 18:21-də Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında 32 saniyə səsli danışıq; Zərərçəkmiş şəxs2 (22:24): Dalam,axşamınız xeyir olsun Müəllim veteranlıqla bağlı ərizəni kimə, hara və hansı formada yazım.; Saat 22:26 və 22:34-də Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında səsli danışıqlar; Bundan sonra saat 23:23-də Zərərçəkmiş şəxs2 ona veteran adı və vəsiqəsinin verilməsini xahiş etdiyi ərizənin fotoşəkilini göndərmişdir; Təqsirləndirilən şəxs (01:14): Yaxsj; Eladir. (xx.xx.2024). Cinayət işinin İİ cildinin 29-32-ci vərəqələrində olan “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus “Redmi A2”, “Redmi 8A” və “Honor 8 Lite” markalı mobil telefonlara baxış keçirilmişdir. “Redmi A2” markalı mobil telefona baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində ***-***-**-** mobil nömrəsinin istifadəçisi Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: xx.xx.2024-cü il Təqsirləndirilən şəxs (22:43): Muellim o söhbeti danışdıq qoy gorey Allah’a min sukur sabah bize melumat verecekler inşallah Allah’ın komeyile; Nazirlik söhbeti. Zərərçəkmiş şəxs2 (23:36): Cox sag olun.Allah irazı olsun Sizden.İnşallah. xx.xx.2024-cü il Təqsirləndirilən şəxs (22:38): Axsaminiz xeyir muellim bu deqiqe o söhbetin icindeyik; Nazirlik meseli. Təqsirləndirilən şəxs (22:39): At gorum. Vesigeni; Yada şexsi kabmeti. Zərərçəkmiş şəxs2 (22:40): Salam; Sexsiyyet vesiq.?.Təqsirləndirilən şəxs (22:40): He; Tez atım baxsin; Konfras dansiqimiz gedir; Bu deqiqe. Bundan sonra Zərərçəkmiş şəxs2 03 ədəd fotoşəkil göndərmişdir (22:43). Təqsirləndirilən şəxs (22:43; 22:44): Sene orda hansi Sahe hansi vezife hansi iş lazimdir; Onu tez yaz; Telfonda; Gozleyir; O bu deqiqe ele bir insann yanindadiki pasli; İkinci üçüncü adamdir. Zərərçəkmiş şəxs2 (22:44): Ali və orta ixtisas təhsili şöbəsi, Daxili nəzarət şöbələrində və s. “Bas məsləhətçi” vəzifəsi. Təqsirləndirilən şəxs (22:45): Oldu; Sen meni gozde; Geç olsa bele; O basda olsa sene. Zərərçəkmiş şəxs2 (22:45): Oldu.aydındı. Təqsirləndirilən şəxs (22:45): Melumat; Vetecem; Mektubun daxil olub. Zərərçəkmiş şəxs2 (22:45): Allah irazı olsun Sizdən. Təqsirləndirilən şəxs (22:45): Saat 5 de. Zərərçəkmiş şəxs2 (22:46): Əla. Təqsirləndirilən şəxs (22:46): Bir basa tsekin. Resinde. Zərərçəkmiş şəxs2 (22:46): Can saglıgı Sizə!. Təqsirləndirilən şəxs (22:46; 22:47; 22:48): Dedi baxacayig birce ola bilerki sehiyenen birce komisya aparacayg; Birinci gün senin o gün ora getdiyin gun; Hekimle senin munasibet ini kamerada baxacaglar; Hekim hansi halda ve nece qebul Edib yoxlayib; Hekim uje gileylenir; Kamera eşitdiyi. Zərərçəkmiş şəxs2 (22:48): Niye ki. Təqsirləndirilən şəxs (22:48; 22:49): Size gore; Soze; Gore; Seni qarsllyan hekim. Zərərçəkmiş şəxs2 (22:49): Nese problemmi olub.mən tərəfdən. Təqsirləndirilən şəxs (22:49): Yoxxxxx. Zərərçəkmiş şəxs2 (22:49): Yoxsa. Təqsirləndirilən şəxs (22:49; 22:50): Problem hekimde; Sende yox; Orda sehf dusdu. Söze evezine Size. Zərərçəkmiş şəxs2 (22:49): Aydındı. xx.xx.2024-cü il Təqsirləndirilən şəxs (22:49): Axsaminiz xeyirli olsun bir teher ki özü ile tam yaxından söhbet etdik axır naheyet alo malo yalo. Min şukurki dabronu aldıq indi siz tam hazır veziyyetde olun ki ta gecdir Hüseyin muellimin Oz isdeyi ile olan daxili nezaret şobesinde hell etdik qaldida cefer muellime onuda yeqinki inşallah yaxsi olar inşallah allahın adı ile otraq duraq mence yaxsi olar qardaşım sagol geçen xeyre yenede deyrem siz tam hazır olun. xx.xx.2024-cü il Zərərçəkmiş şəxs2 (23:22): Salam,axşamınız xeyir olsun,müəllim. Təqsirləndirilən şəxs (23:51): Salam sen arada smslere bax ozunkune. Zərərçəkmiş şəxs2 (23:53): Salam.Baxıram.hələ ki bir xeber yoxdu. Təqsirləndirilən şəxs (23:53; 23:54): Sen musdulugunu hazırla birde gordun gelsi; Beşinci güne kimi. Zərərçəkmiş şəxs2 (23:54): Basımız söhbətə qarışıb,esitmemisem,Üzrlü sayın. Təqsirləndirilən şəxs (23:54): Eybi yox narahat olma. Zərərçəkmiş şəxs2 (23:55): İnşallah dediyiniz vaxta geler.Allah irazı olsun. Təqsirləndirilən şəxs (23:56-23:58): Sagol; Gozel insan; Sekeride dedim; A birde senen vacib isim var; Muellim; Vetran meseli; Ordan sene zey gelse; Kend savetinden cavab verme. Zərərçəkmiş şəxs2 (23:59): Yeni.dedyim seherdeyem,yoxsa necə?. xx.xx.2024-cü il Zərərçəkmiş şəxs2 (00:00): Bazar günü onsuz da.qayıdacam sehere.Kisiye görə burdayam. Təqsirləndirilən şəxs (00:00): Senin vetran meselen. Təqsirləndirilən şəxs (17:42): Salam qardaşım Allah sizin canınızı sağ etsin hediye geldi çıxdı minnetaram en yaxşı arvad sirabı beyendi. Balada göre Cox sağolun.. (S.HUSEYİN T O onun tam TSEKİ yekunlaadirdiq yeqinki 10 vetendaş eyni rayondan kecmiyibki helem vurlmuyub dsmfe cunki biz onlara acdirdiq on nefe den ibaret.telesme gedecek fonda biz yekün vurdum..).xx.xx.2024-cü il Zərərçəkmiş şəxs2 (22:43): Salam,axşamımz xeyir olsun. Müəllim zeng etmisiz. Təqsirləndirilən şəxs (22:43-22:45): Salam gülnaz xalya demisem telfinu; Acig saxlayin; Hefdede birdefe orda; Yasdilar ucun komisya olur; Zey vurub bir iki sual verirler; Bunarda acmiyiblar; Birce galdi gelen hefteye; İnşallah; Dsmfden; Onu. Yekunuydu; Tam. Zərərçəkmiş şəxs2 (22:46): İndi neynemek lazımdı ki?. Təqsirləndirilən şəxs (22:46; 22:47): Hec galdi beşinci gune; Heftede birdefe olurda; Deyende telfona; Basın tez tez. Zərərçəkmiş şəxs2 (22:48): Aydındı.Zereri yoxdu,İnşallah növbəti hefde düzeler. xx.xx.2024-cü il Təqsirləndirilən şəxs (21:07): Bax gör sene kod geldimi. Zərərçəkmiş şəxs2 (21:08): Yox gelmeyib. Təqsirləndirilən şəxs (21:10): İndi gelmelidir; Hacan gelse de. Zərərçəkmiş şəxs2 (21:10): Oldu. Təqsirləndirilən şəxs (21:11): Yaxsi arada bax biri sehyeden bir eş sosialdan. Zərərçəkmiş şəxs2 (21:11): Sabah inşallah komisyaya gedirikmi?. Təqsirləndirilən şəxs (21:11): PA. Dan gelecek; Bax gor; Mene de. Zərərçəkmiş şəxs2 (21:12): Yoxdu hec ne. Təqsirləndirilən şəxs (21:15): Gelecek haçansa gelende atarsan yatsamda galsamda; Sen at. Zərərçəkmiş şəxs2 (21:18): Yaxsı gelse atacam; Saat necede,harda olmalıyam?. Təqsirləndirilən şəxs (21:20; 21:21): İşçi gurupu olacag mende orda olacayam; Sen meni tanımamış kimi olursan; Yaxsu; Mi. Zərərçəkmiş şəxs2 (21:21): Yeni sabah gelim komisyaya?. Təqsirləndirilən şəxs (21:22): Necye yazılıb; Komisya. Zərərçəkmiş şəxs2 (21:23; 21:24): Sizi görmek xoş olar,mənim üçün.AHah razı olsun; Saat 11:15-də olacaq,inşallah. Təqsirləndirilən şəxs (21:25-21:27): Olsun; Ferg etmez; İndi bax gor; Geldimi. Zərərçəkmiş şəxs2 (21:28): Yox,gelmedi. Təqsirləndirilən şəxs (21:30): Ola bilmezki geimesin. Zərərçəkmiş şəxs2 (21:31): Yoxdu, gelmeyib. Zərərçəkmiş şəxs2 (22:21): Müəllim sabah bizim komisyada olmağımız bu gələcək koddanmı asılıdır,yoxsa buna aidiyyatı yoxdur? Sabah gedəcəyik də komiyaya?; Hələ ki.hec nə gəlməyib. Təqsirləndirilən şəxs (22:22): Hec geldi gelmedi; Eybi yox; Bursa sistem vurub. xx.xx.2024-cü il Zərərçəkmiş şəxs2 (08:04): Salam,sabahınız xeyir olsun.Müəllim işi danışdığınız hekim kimdi,orda olacaqmı.indi işi şöbə müdirinə tapsırdıbsızmı,sənədlərim hardadı.sənədsizmi gedim ki,Siz gəlirsizmi,harda görüşək - cavab deyin mən bilim. Təqsirləndirilən şəxs (08:36): Ora çatanda mene de mende danışım onarinan. xx.xx.2024-cü il Zərərçəkmiş şəxs2 (21:36): Hekim qardaş ne deyir?1-ci gün komisyadı də,inşallah; Bu dəfə problem olmasın. Təqsirləndirilən şəxs (21:37;21:38): He inşallah; Gelmisdiler; Regyonala; Yoxlanisa; Gonag çağırmışdım; Sabah 6 da gedirer. Zərərçəkmiş şəxs2 (21:38): Lap yaxsı Allah razı olsun. Təqsirləndirilən şəxs (21:38;21:39): Sagol; Eşitdim. Zərərçəkmiş şəxs2 (21:39): 1-ci gün mrn neynemeliyem,bu barədə sabah deyersiz,inşallah. Sİz də olacaqsız də orda?. Təqsirləndirilən şəxs (21:39;21:40): Vetranıgina; Rey verilib; Göndərilib; Vesiqe komisyasina. Zərərçəkmiş şəxs2 (21:40): NecəHə,Allah köməyiniz olsun. Təqsirləndirilən şəxs (21:41): Yeni vetran adı verildikdən sonra; Vesige verilir; Ona gore; Senede eşitdim; Ad verilib. Bundan başqa “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Telli” kimi qeyd edilmiş ***- ***-**-** mobil nömrəsinin istifadəçisi Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: xx.xx.2024-cü il Zərərçəkmiş şəxs1 (14:34) (səsli ismarıc): Yenə salam, necəsiz? Biz inşallah, Allahın köməkliyi ilə. Siz Bakıdasınızmı? Birinci gün, inşallah, mən də Bakıdayam, hamımız burda, Bakıdayıq də. İnşallah, görüşərik birinci günü. Pulu da həll edərik, Allahın köməkliyi ilə. Burda yarı belə, yarı elə olmaz da. Bacıma zada demişəm, göndərəcək. İntəhasız, gör, heç olmasa, heç olmasa, bir min manat qısa bilirsənmi? Allaha and olsun, yoxumuzdur, yeri-göyü yaradan Allah haqqı! Ağlamaq düşməsin. İndi canın sağolsun, sən iş görürsən. İntəhasız, gör, birtəhər, nə bilim mən. Heç olmasa, nə qədər o köməkdir bizə. Hə, inşallah, görüşərik. Səhər danışacıq da, Allahın köməkliyi Hə, səhər-axşam. Bundan sonra həmin tarixdə saat 14:36-da Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında 08 dəqiqə müddətində səsli danışıq baş vermişdir. Cinayət işinin İİ cildinin 45-46-cı vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş “Redmi A2” markalı mobil telefonun maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Republikası DİN-nin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 72-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X5” X11 daxil olmuş ambulator məhkəmə-psixatrik ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 3408 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş 02 ədəd CD diskdə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 416973******146 nömrəli Zərərçəkmiş şəxs2 məxsus bank kartı hesabından 15 iyun 2024cü il tarixdə saat 11:03:40-da göndərilmiş 1.000 (bir min) manat pul vəsaiti 20 iyun 2024cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; 416973******0363 nömrəli Şahid2 məxsus bank kartı hesabından 17 iyun 2024-cü il tarixdə saat 12:52:06-da göndərilmiş 1.000 (bir min) manat pul vəsaiti 20 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; 04 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüş 500 (beş yüz) manat pul vəsaiti köçürülən pulun məbləği, göndərilmə tarixi və saatı, (02 iyul 2024-cü il 14:34:49), eləcə də vəsaitin göndərildiyi bank kartının nömrəsinə görə iş üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi 02 iyul 2024-cü il tarixli “Whatsapp” danışıqlarında olan qəbzdə göstərilən rekvizitlərlə eynilik təşkil edir; 12 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüş 1.000 (bir min) manat pul vəsaiti köçürülən pulun məbləği, göndərilmə tarixi və saatı, (11 iyul 2024-cü il 20:23:05), eləcə də vəsaitin göndərildiyi bank kartının nömrəsinə görə iş üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi 27794 nömrəli qəbzdə göstərilən rekvizitlərlə eynilik təşkil edir; 416973******146 nömrəli Zərərçəkmiş şəxs2 məxsus bank kartı hesabından 14 iyul 2024-cü il tarixdə saat 19:19:34də göndərilmiş 1.000 (bir min) manat pul vəsaiti 15 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; 416973******3659 nömrəli X3 məxsus bank kartı hesabından 18 iyul 2024-cü il tarixdə saat 12:29:36-da göndərilmiş 1.500 (bir min beş yüz) manat pul vəsaiti həmin tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüş 300 (üç yüz) manat pul vəsaiti köçürülən pulun məbləği, göndərilmə tarixi və saatı, (30 iyul 2024-cü il 17:46:44), eləcə də vəsaitin göndərildiyi bank kartının nömrəsinə görə iş üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi 20448 nömrəli qəbzdə göstərilən rekvizitlərlə eynilik təşkil edir; 416973******1274 nömrəli X1 məxsus bank kartı hesabından 30 iyul 2024-cü il tarixdə saat 20:41:43-də göndərilmiş 300 (üç yüz) manat pul vəsaiti 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; 01 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüş 3.000 (üç min) manat pul vəsaiti köçürülən pulun məbləği, göndərilmə tarixi və saatı, (01 avqust 2024-cü il 16:39:14), eləcə də vəsaitin göndərildiyi bank kartının nömrəsinə görə iş üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi 22033 nömrəli qəbzdə göstərilən rekvizitlərlə eynilik təşkil edir; 416973******1466 nömrəli Zərərçəkmiş şəxs2 məxsus bank kartı hesabından 10 avqust 2024-cü il tarixdə saat 16:22:50-də göndərilmiş 1.500 (bir min beş yüz) manat pul vəsaiti 12 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; 523915******6239 nömrəli Şahid1 məxsus bank kartı hesabından 17 avqust 2024-cü il tarixdə saat 16:56:17-də göndərilmiş 2.000 (iki min) manat pul vəsaiti 19 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; 523915******6239 nömrəli Şahid1 məxsus bank kartı hesabından 18 avqust 2024-cü il tarixdə saat 22:22:08-də göndərilmiş 3.100 (üç min yüz) manat pul vəsaiti 19 avqust 2024cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; 416973******146 nömrəli Zərərçəkmiş şəxs2 məxsus bank kartı hesabından 21 avqust 2024-cü il tarixdə saat 13:31:43-də göndərilmiş 500 (beş yüz) manat pul vəsaiti həmin tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüşdür; avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüş 250 (iki yüz əlli) manat pul vəsaiti köçürülən pulun məbləği, göndərilmə tarixi və saatı, (19 avqust 2024-cü il 18:39:02), eləcə də vəsaitin göndərildiyi bank kartının nömrəsinə görə iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 142674 avtorizasiya kodlu qəbzdə göstərilən rekvizitlərlə eynilik təşkil edir; avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 523915******9599 nömrəli bank kartı hesabına köçürülmüş 150 (bir yüz əlli) manat pul vəsaiti köçürülən pulun məbləği, göndərilmə tarixi və saatı, (20 avqust 2024-cü il 20:31:34), eləcə də vəsaitin göndərildiyi bank kartının nömrəsinə görə iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 303309 avtorizasiya kodlu qəbzdə göstərilən rekvizitlərlə eynilik təşkil edir. Bundan başqa CD diskdə olan şəkillərə baxış zamanı müəyyən edildi ki, qeyd olunan kartla müxtəlif ATMlərdə keçirilmiş əməliyyatlar zamanı çəkilmiş şəkillər əks olunmuşdur. Həmin şəkillərdən kartın Təqsirləndirilən şəxs istifadəsində olması təsdiq edilmişdir. "xxxx" ASC-dən daxil olmuş 02 ədəd CD diskdə iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edildiyindən həmin CD disklər iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı pulları cinayət işi üzrə şahid qismində keçən Şahid2 vasitəsi ilə (ona məxsus bank kartına göndərməklə) qaytardığına dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14 iyul 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməllərini 15 iyun 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək olan müddət ərzində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan – “Redmi A2” markalı mobil telefon cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 33 (otuz üç) iş saatına görə 363 (üç yüz altmış üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – “Redmi A2” markalı mobil telefon cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 33 (otuz üç) iş saatına görə 363 (üç yüz altmış üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(008)-246/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-246/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver