Məhkəmə qərarları › İş №1(008)-247/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-247/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-247/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə Bərdə doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «Sea Breeze» istirahət mərkəzində «Kababçı» kafesinin arxasında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs uzun müddət əvvəl aralarındakı, zarafatı bəhanə edib əsassız olaraq onun ünvanına təhqir edici sözlər işlətdiyindən özünü təhqir olunmuş hesab edərək Zərərçəkmiş şəxs əlləri ilə sifət nahiyəsindən qəsdən vuraraq sol əng sümüyünün burun çıxıntısının orbita (orbitanın medail divarının-göz yuvasının içəri divarı) divarının sınığı, sağ qulaqda eşitmənin itirilməsi ilə müşayiət olunan sağ təbil pərdəsinin travmatik perforasiyası (zədələnməsi), sağ və sol göz almalarının ağlı qişalarına qansızma, sağ gicgah-qulaq seyvanı-ənsə nahiyəsinin dərialtı hematoması, alın və sol göz yuvası ətrafı almacıqyanaq nahiyələrinin şişknliyi-qançırı, sol gicgah, burun və sağ göz yuvası ətrafı nahiyələrinin qançırları ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə gündüz saatlarında dostları Rəşid, Hikmət və Nihad Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən «Sea Breeze» istirahət mərkəzinə getmişlər. Həmin vaxt Rəşid orada bir xanımla tanış olmuş, lakin o həmin xanımı tanımırmış və əvvəllərdə görməmişdir. Həmin vaxt onlar çörək yemək üçün yer axtarmışlar. Saat təxminən 20:00 radələrində «Kababçı» kafesinə gəlmişlər. Orada o, Rəşid, Hikmət, Nihad və Rəşidin tanış olduğu xanım əyləşmişlər. Həmin kafedə Eldar bir nəfər tanımadığı şəxslə sonradan həmin şəxsin adının Kənan olduğunu bildiyi şəxslə oturmuşdu. Rəşid yaxınlaşıb Eldar və Kənanla salamlaşıb Kənana Eldarın onun dostu olduğunu demişdir. X4 kobud formada bizdən nə dost ola bilər demişdir. Təxminən 5 dəqiqə sonra Eldar kafedən çıxıb sağa doğru keçmişdir. Rəşid isə telefonla danışmaq üçün kafenin arxasına keçmişdir. Bir qədər sonra o kafenin arxasına keçmiş və Eldar ona nəyə görə zarafat etdiklərini soruşmuşdur. Bu zaman Eldar onu təhqir etmişdir. O Eldara onu təhqir etməməsini bildirmişdir. Lakin Eldar onu yenə təhqir etmiş və o özünü təhqir olunmuş hesab etdiyi üçün Eldarı yumruqla vurmuş və o yerə yıxılıb durub çıxıb getmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Onlar barışmışlar. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə o istirahət etmək üçün «Sea Breeze» istirahət mərkəzinə getmişdir və həmin mərkəzdə «Kababçı» restoranında tək əyləşmişdir. Həmin restoranın müdiri Kənan adlı şəxslə tanışlıq münasibətləri olduğundan onunla oturub iş barədə söhbət edirmiş. Bir qədər sonra həmin yerə Muradxanla Rəşid gəlmişlər. Həmin şəxslər onların oturduqları masaya yaxınlaşıb onunla və Kənanla görüşmüşlər.Bu zaman o, Rəşiddən və Muradxandan bir neçə ay ərzində toy şənliyində etdikləri zarafata görə söhbət etmək istəmişdir. Həmin vaxt Rəşid restoranın qarşısında telefonla danışmağa başlamışdır. Bu zaman onun mobil telefonuna zəng gəlmiş və o restoranın qarşısına çıxaraq telefonla danışmağa başlamışdır. Rəşid restoranın arxasına keçmiş o da onun ardınca restoranın arxasına keçmiş və Rəşidə onunla bir neçə ay əvvəl nəyə görə zarafat etdiklərini soruşmuşdur. Rəşid ona bir neçə ay öncə adı üstündə zarafat etdiklərini və indi niyə soruşduğunu demişdir. O yenidən Rəşiddən bunun səbəbini soruşmuşdur. Rəşid isə ona bu zarafat idi demişdir. Bu zaman Muradxan gəlmiş və Muradxana eyni sualı vermişdir. Muradxanda ona zarafat etdiklərini və burada pis heçnə olmadığını demişdir. O Muradxana xoşə gəlməz sözlər demiş və bu zaman Muradxan yumruqla onun sifət nahiyyəsindən vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə, saat 11-12 radələrində o, Muradxanla birlikdə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «Sea Breeze» istirahət mərkəzinə getmişlər. Həmin vaxt orada o bir xanımla tanış olmuş, o özünü Seva kimi təqdim etmişdir. Bir qədər oturduqdan sonra istirahət mərkəzinin daxilində olan «Kababçı» kafesinə getmişlər. Həmin vaxt o görmüşdür ki, Eldar həmin kafenin sahibi Kənanla oturmuşlar. O yaxınlaşıb Eldarla salamlaşmışdır. O Kənana «Eldar bizim dostumuzdur» demişqdir. Eldar bu zaman demişdir ki, «nə dost Allah bilir mən sizi axırıncı dəfə nə vaxt görmüşəm». Daha sonra o, Muradxan və Seva gedib əyləşmişlər. Bir qədər sonra Hikmət və Nihad adlı dostları gəlmişlər. Yanından keçmiş və çölə çıxmışdır. Həmin vaxt o obyektin arxasına keçmiş, bu zaman Eldar içkili vəziyyətdə ondan nəyə görə aylar öncə toy məclisində zarafat etdiklərini soruşmuşdu. O, isə bunun zaarafat olduğunu və üstündən ayların keçdiyini demişdir. Lakin Eldar təkidlə nəyə görə zarafat etdiklərini yenə soruşmuşdur. Bu zaman Muradxan gəlmiş, Eldar Muradxandan nəyə görə aylar öncə zarafat etdiklərini soruşmuşdur. Muradxan isə yenədə zarafat olduğunu və üstündən ayların keçməsini demişdir. Eldar Muradxana qarşı təhqiredici söz işlətmiş və Muradxanda özünü təhqir olunmuş hesab edərək Eldarın sifət nahiyəsindən vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Rəşid oğlu ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə o dostları Hikmət, Rəşid və Muradxan «Sea Breeze» istirahət mərkəzinə getmişlər. Saat 20:00 radələrində orada çörək yemək üçün «Kababçı» kafesinə getmişlər. Kafeyə daxil olan zaman Eldarı orada görmüşlər və salamlaşıb başqa masada əyləşmişlər. Eldar isə həmin vaxt kiminləsə söhbət edirdi. Rəşidin orada tanış olduğu tanımadığı və adını bilmədiyi bir xanım da onlarla əyləşmişlər. Bir qədər sonra Rəşid telefonla danışmaq üçün kafedən çölə çıxıb kafenin arxa tərəfinə keçmiş və Eldarda həmin vaxt qalxıb çölə çıxmışdır. Bir qədər sonra Rəşidin gəlmədiyini görüb Muradxanda qalxıb çölə çıxmışdır. Bir neçə dəqiqə sonra onlar qayıdıb gəlmişlər, lakin Eldar gəlməmişdir. Əyləşəndə Muradxanın çox əsəbi olduğunu görüb ondan niyə əsəbi olduğunu soruşmuşdur. Muradxan demişdirki, Eldar bir neçə ay əvvəllər aralarında olan zarafata görə onu indi kafenin arxasında təhqir etmiş, o da özünü təhqir olunmuş hesab edərək bir dəfə Eldarı vurmuşdur. Eldarda çıxıb getmişdir. Həmin vaxt o heç bir səs küy eşitməmişdir və ya dava dalaşın baş verdiyini görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 Şahid3 Rəşid oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş 1590 saylı, 09 avqust 2023-cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının və Pataloji Anatomiya Elmi Təcrübi və X1 X3 Rayon Şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Zərərçəkmiş şəxs sol əng sümüyünün burun çıxıntısının orbita(orbitanın medail divarının-göz yuvasının içəri divarı) divarının sınığı, sağ qulaqda eşitmənin itirilməsi ilə müşayiət olunan sağ təbil pərdəsinin travmatik perforasiyası (zədələnməsi), sağ və sol göz almalarının ağlı qişalarına qansızma, sağ gicgah-qulaq seyvanı-ənsə nahiyəsinin dərialtı hematoması, alın və sol göz yuvası ətrafı- almacıq-yanaq nahiyələrinin şişknliyi-qançırı, sol gicgah, burun və sağ göz yuvası ətrafı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 07 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəbə olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 18 oktyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən- zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs barışıq müraciətlərini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, mübahisənin sosial problemi üzündən yaranmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan 12 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,97). Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar