Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-248/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış İmişli rayonu, Cəfərli ərazi dairəsi, Cəfərli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 09 dekabr 2022-ci tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında fəaliyyət göstərən “Araz” supermarketin qarşısında ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, kənar şəxslərin gözü qarşısında gediş haqqını gec ödəməsi bəhanəsi ilə Zərərçəkmiş şəxs ilə əsaslı səbəb olmadan mübahisə edərək, başı ilə sonuncunun sifət nahiyəsinə, təpiklə ayaq nahiyəsinə qəsdən vuraraq, ona üst dodaq nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası, sol bud nahiyəsinin dərialtı hematoması xəsarətləri yetirərək şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, taksi şirkətində sürücü işləyir. 09 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Gənclər şəhərciyindən Sabunçu rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasına sifariş götürmüş, təyinat nöqtəsinə çatdıqdan sonra müştəri, sonradan ad soyadının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs gediş haqqı olan 5 manatı ödəməkdən imtina etmişdir. Bununla bağlı, ilkin olaraq avtomobilin salonunda aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs ona avtomobili “Oba” marketin yaxınlığına sürməsini, orada bankomatdan pul çıxararaq ödəniş edəcəyini bildirmişdir. O, idarə etdiyi avtomobili “Oba” marketin yaxınlığına sürmüş, lakin, Zərərçəkmiş şəxs bankomatdan pul çıxara bilmədiyi üçün ondan avtomobili Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məmmədəliyev küçəsi 20 ünvanında fəaliyyət göstərən “Araz” supermarketin yaxınlığına sürməsi tələb etmiş, o, avtomobili “Araz” supermarketin qarşısına sürərək sərnişinin bankomatdan pul çıxarmasını gözləmişdir. Lakin, Zərərçəkmiş şəxs geri qayıdaraq bankomatdan pul çıxara bilmədiyini demiş, evdən pul götürməyi üçün ona avtomobil ilə ara küçəyə girməsini bildirmişdir. Zərərçəkmiş şəxs onunla kobud şəkildə danışdığı üçün o, avtomobildən enərək sərnişin tərəfə gəlib qapını açaraq sərnişinin avtomobilindən enməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs avtomobildən endikdən sonra o, avtomobilə minərək hərəkətini davam etdirmək istəmiş, lakin, Zərərçəkmiş şəxs ona yaxınlaşaraq avtomobilin qapısını açıb bir dəfə yumruqla onun sifət nahiyəsinə, daha sonra isə təpiklə ayaq nahiyəsinə zərbə vurmuşdur. O, avtomobildən enərək ilkin olaraq kəllə ilə müştərinin sifət nahiyəsinə, daha sonra təpiklə ayağına zərbə endirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlamışdır. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 09 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Binəqədi rayonu ərazisindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən 3 saylı ŞKX-ya taksi sifariş etmiş, təyinat nöqtəsinə çatdıqdan sonra üzərində nağd pul olmadığı üçün avtomobili idarə edən sürücü, sonradan ad, soyadını bildiyi Təqsirləndirilən şəxs avtomobili yaxınlıqda yerləşən bankomata tərəf sürməsini xahiş etmişdir. O, bankomatdan pul çıxara bilmədiyi üçün sürücüyə avtomobili ünvan 2 ünvanında fəaliyyət göstərən “Araz” supermarketin qarşısında olan bankomatın yanına sürməsini bildirmiş, lakin, həmin bankomatda da, pul olmadığına görə nağd pul götürməsi üçün sürücü Təqsirləndirilən şəxs avtomobili yaşadığı ünvana sürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı ünvana getməkdən imtina etmiş, piyada gedərək pulu gətirməsini bildirmişdir. İlkin olaraq, avtomobilin salonunda aralarında sözlə mübahisə yaranmış, daha sonra, sürücü avtomobildən enərək onu zorla yerə düşürmüşdür. Orada olan qonşusu onlara yaxınlaşaraq taksinin gediş haqqını ödəmiş, lakin, avtomobilin sürücüsü onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. O, sürücü tərəfdən avtomobilə yaxınlaşaraq qapını açıb onu söyməsinin səbəbini soruşmuş, həmin vaxt, Təqsirləndirilən şəxs avtomobildən enərək kəllə ilə onun sifət və dodaq nahiyəsinə, təpiklə ayağına zərbə endirmişdir. Təqsirləndirilən şəxs avtomobilə minərək oradan uzaqlaşmaq istədiyi zaman avtomobilin qapısı açıq olduğu üçün sifət və ayaq nahiyəsinə təpiklə zərbə vurmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 09 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində Şahid2 ilə birlikdə xidmətdə olarkən ünvan 2 ünvanında fəaliyyət göstərən “Araz” supermarketin qarşısında iki nəfər şəxsin dalaşdığı barədə məlumat daxil olmuş, məlumat əsasında Sabunçu qəsəbəsi, Məmmədəliyev küçəsi 20 ünvanında fəaliyyət göstərən “Araz” supermarketin qarşısına getmişlər. Hadisə yerinə çatdıqları zaman iki nəfər şəxsin artıq dalaşıb qurtarmalarını görərək hər iki şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirmişlər. Sabunçu RPİ-nin 12-ci PŞ-də həmin şəxslərin Zərərçəkmiş şəxs və X2 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-26-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin 13 dekabr 2022-ci il tarixli, 2859 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodaq nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası, sol bud nahiyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşya, (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumillikdə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcədə müayinə olunan şəxsin özü tərəfindən özünə yetrilməsi inkar olunur. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 26 dekabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-248/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-248/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver