Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-248/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 iştirakı ilə 24 avqust 2001-ci il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 14 noyabr 2022-ci il tarixdə, saat 04:00 radələrində tanışı X3 və X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs3 həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 1.350 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs3 1.350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə 01 yanvar 2023-cü il tarixdə, saat 03:00 radələrində tanışı X3 və X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs1 həmin qəbiristanıqlda dəfn olunmuş yaxm qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 700 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs1 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə 05 yanvar 2023-cü il tarixdə, saat 04:00 radələrində tanışı X3 və X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa gələrək, əvvəlcədən razlaşdıqları kimi Zərərçəkmiş şəxs2 həmin qəbiristanıqlda dəfn olunmuş yaxm qohumlarının məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 1.500 manat dəyərində dəmir barmaqlıqları gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1.500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 noyabr 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanışı A.E.Əsgərov və A.İ.Məmmədli ilə görüşüb söhbət etmişlər. Söhbət əsnasında hər hansısa bir yerdən oğurluq cinayəti törədit pul qazanmaları barədə danışmışlar. Bundan sonra qərara gəlmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuş şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları oğurlayıb, metal qəbulu məntəqəsinə pul müqabilində satsınlar. Beləlikə də, əvvəlcədən razlaşdıqları kimi, 13 noyabr 2022-ci il tarixdən, 14 noyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 04:00 radələrində tanışı A.E.Əsgərov və A.İ.Məmmədli ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər. Qəbiristanlıqda dəfn olunmuş tanımadıqları şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan avtomobil tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər. Onlar yaşadıqları evə getmişlər. Səhər təxminən saat 12:00 radələrində Ağa və Ata ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər. Oradan tanımadıqları «Qazel» markalı yük avtomobili tapmışlar. Həmin yük avtomobilinin sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Sabunçu qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Qazel markalı avtomobilin sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları «Qazel» markalı yük avtomobilinə yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumlikdə 68 manata satmışlar. Yük avtomobilinin sürücüsünə 30 manat verib yola salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər. Ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə 01 yanvar 2023-cü il tarixdə, təxminən saat 03:00 radələrində əvvəlcədən razlaşdığımız kimi Ağa və Ata ilə birlikdə oğurluq etmək məqsədilə Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər. Qəbiristanlıqda dəfn olunmuş tanımadıqları şəxslərin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan avtomobil tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər təxminən saat 12:00 radələrində Ağa və Ata ilə Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan tanımadıqları «Qazel» markalı yük avtomobili tapmışlar. Həmin yük avtomobilinin sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Nərimanov rayonu, «Ulduz» metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. «Qazel» markalı maşının sürücüsü də, onlarla razlaşmış və L.Mənmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları «Qazel» markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları «Ulduz» metrostansiyasınm yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 82 manata satmışlar. Yük avtomobilinin sürücüsünə 30 manat verib yola salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 04:00 radələrində əvvəlcədən razlaşdıqları kimi oğurluq etmək məqsədilə Ağa və Ata ilə birlikdə Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığa getmişlər, qəbiristanlıqda dəfn olunmuş tanımadıqları üç nəfər şəxsin məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları söküb qəbiristanlığın yaxınlığına yığmışlar. Gecə olduğundan avtomobil tapa bilmədikləri üçün dəmir barmaqlıqları metal qəbulu məntəqəsinə apara bilməmişlər və yaşadıqları evə getmişlər. Səhər gün təxminən saat 14:00 radələrində Ağa və Ata ilə Sabunçu rayonu, Bakıxanov stansiyası yaxınlığında görüşmüşlər, oradan yenə tanımadıqları «Qazel» markalı avtomobil tapmışlar. Həmin yük avtomobilinin sürücüsünə özlərinə məxsus dəmir barmaqlıqlar olduğunu deyib, həmin dəmir barmaqlıqları Suraxanı rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. «Qazel» markalı avtomobilin sürücüsü də, onlarla razlaşmış və L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gedərək gecə oğurladıqları dəmir barmaqlıqları «Qazel» markalı yük avtomobilinə yüklədikdən sonra oradan çıxmışlar və dəmir barmaqlıqları Suraxanı rayonu, Suraxanı bazarının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq, orada metal qəbulu məntəqəsində işləyən adını bilmədiyi şəxsə ümumilikdə 57 manata satmışlar. Yük avtomobilin sürücüsünə 30 manat verib yol salmışlar, yerdə qalan pulu isə üç yerə bölmüşlər, ona düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqda 1994-cü ildə atası S.İ.Əliyev, 2006-cı ildə qardaşı M.S.Əliyev, 2016-cı ildə isə anası M.F.Əliyeva dəfn olunmuşlar. Həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi öz şəxsi hesabma dəmir barmaqlıqlar quraşdırmışdır. Mütamadi olaraq atasının, anasının və qardaşının məzarını ziyarət edirmiş. Sonuncu dəfə 07 yanvar 2023-cü il tarixdə atasının, anasının və qardaşının məzarını ziyarət etmək üçün sözü gedən qəbiristanlığa gələrkən, məzar daşlar nın ətrafında hasar kimi quraşdırılmış 1.500 manat dəyərində dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Naməlum şəxs və ya şəxslər dəmir barmaqlıqları oğurlayan zaman məzar daşlarının ətrafında olan 500 manat dəyərində üzlük mişar daşlarımda dağıdaraq yararsız hala salmışlar, çünki dəmir barmaqlıqlar həmin üzlük mişar daşlarının üzərində quraşdırılmışdır. Hal-hazırda onun şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında ifadsi elan edilmiş ibtidai istintaq dövründə zəərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqda atası T.Zərərçəkmiş şəxs1, anası E.S.Rəhimova, qardaşları Z.T.Rəhimov, V.T.Rəhimov, R.T.Rəhimo və bacısı T.T.Rəhimova dəfn olunmuşlar. Həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi öz şəxsi hesabına dəmir barmaqlıqlar quraşdırmışdır. Mütamadi olaraq ailə üzvlərinin məzarını ziyarət edirmiş. 2022-ci ilin noyabr ayının axırlarında ailə üzvləıinin məzarım ziyarət etmiş, həmin vaxt məzar daşlarının ətrafında hasar kimi quraşdırdığı dəmir barmaqlıqlar yerində olmuşdur. Sonuncu dəfə 03 yanvar 2023-cü il tarixdə yeni il bayramı ilə əlaqədar atasının, anasının, qardaşlarının və bacısının məzarım ziyarət etmək üçün sözü gedən qəbiristanlığa gələrkən, məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 700 manat dəyərində dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqda babası A.N.Aşurov, nənəsi K.L.Aşurova, dayısı E.A.Aşurov və azyaşlı qızı C.Zərərçəkmiş şəxs3 dəfn olunmuşlar. Həmin qəbiristanıqlda dəfn olunmuş yaxın qohumlarının məzar daşlarının ətrafında hasar kimi öz şəxsi hesabına dəmir barmaqlıqlar quraşdırmışdır. Mütamadi olaraq ailə üzvlərinin məzarını ziyarət edirmiş. 2022-ci ilin oktyabr ayının axırlarında həmişə olduğu kimi ailə üzvlərinin məzarını ziyarət etmiş, həmin vaxt məzar daşlarının ətrafında hasar kimi quraşdırdığı dəmir barmaqlıqlar yerində olmuşdur. Sonuncu dəfə 16 noyabr 2022-ci il tarixdə babasınm, nənəsinin, dayısının və azyaşlı qızının məzarını ziyarət etmək üçün sözü gedən qəbiristanlığa gələrkən, məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış 1.350 manat dəyərində dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının əvvəllərindən ünvan 3 ünvanda metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Məntəqədə ondan başqa iki nəfər fəhlə də işləyir. Məntəqədə əsasən dəmir tullantılar qəbul edir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yerləşən qəbiristanlıqdan məzar daşlarının ətrafında hasar kimi quraşdırılmış dəmir barmaqlıqları oğurlayan Təqsirləndirilən şəxs, A.E.Əsgərovu və A.İ.Məmmədlini tanımır. Onların onun işlətdiyi məntəqəyə 2023-cü ilin yanvar ayında dəmir barmaqlıqlar satıb-satmamasmı dəqiq bilmir, ola bilsin ki, satıblar, çünki məntəqəyə hər gün tanımadığı şəxslər dəmir tullantılar gətirib satırlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)334/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs həbsdə saxlandığı «02» (iki) gün müddət (saatlarla hesablanmaqla) Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi «04» (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 12533 saylı, 24 iyun 2024-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə qeydiyyata alınmış və 24 iyun 2023-cü il tarixə kimi cəzasının «01» (bir) il, «19» (on doqquz) gün hissəsini çəkmiş, çəkilməmiş cəza «01» (bir) il, «11» (on bir) ay, «07» (yeddi) gün təşkil edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunverciliyə görə cəza törədilmiş cinayətə görə sitəm olmayıb, eyni zamanda məhkumun islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin törədilməsi məqsədini daşıyır. Cinayət işinin materiallarında olan 12 yanvar 2023-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,147). Cinayət işinin materiallarında olan 14 yanvar 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №li cinayət işi Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddəsinə əsasən tövsif edilmişdir (cild 01, səh., 190). Cinayət işinin materiallarında olan 14 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (cild 01, səh., 209). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (cild 02, səh.,05). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin könüllü olaraq gəlməsi haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir (cild 02, səh., 96). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixə kimi şəxs kimi həbsdə saxlandığı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)334/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmündə nəzərə alınmış Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs həbsdə saxlandığı «02» (iki) gün müddət (saatlarla hesablanmaqla) müddət nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə məhkum olunmasını, barəsində cinayət işinin istintaqı olduğu vaxtda cinayət törətməsini, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «24» iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)334/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulsun, hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02»(iki) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)334/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş «01» (bir) il, «19» (on doqquz) gün hissəsi, «06» (altı) ay, «10» (on) gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulsun, həmin cəza qəti cəza müddətinə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «01» (bir ) ay, «20» (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)334/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış «25» oktyabr 2022-ci il tarixdən «26» oktyabr 2022-ci il tarixə (saaatlarla hesablanmaqla) kimi, hazır ki, iş üzrə 12 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «01» (bir ) ay, «16» (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «24» iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-248/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-248/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver