Məhkəmə qərarları › İş №1(008)-248/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-248/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-248/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Balakən rayonu, Poştbinə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, əvvəllər məhkum olunmuş, işləməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi 5-ci dalan ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs etibarnamə ilə “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “X16” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 24 iyul 2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Aeroport şossesi yolunda Hava limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətində Zabrat, Ramana, Pirşağı yolunun ayrılmasını işarə edən məlumatlandırıcı lövhənin qurulduğu işıq dirəyinin yaxınlığında 70 km/saat sürətlə orta hərəkət zolağı ilə hərəkətdə olarkən “X13” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinin rəhbər tutmalı, həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərinə əməl etməyib sayıqlığını itirməsi səbəbindən idarəetməni itirərək avtomobilinin ön və ön sağ hissələrini yolun hərəkət hissəsinin sağ kənarında quraşdırılmış işıq dirəyi ilə toqquşdurmuş, nəticədə avtomobilin arxa sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı; sağ bazu və sağ əl nahiyələrinin sıyrıqları ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərərvurmaya aid xəsarət yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “X19” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə İlə “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 24 iyul 2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı körpüsü yaxınlığında bir nəfər tanımadığı şəxs əli ilə işarə edib saxlamasını xahiş etmiş, bundan sonra avtomobili saxlamış, həmin şəxs avtomobilin arxa oturacağında əyləşərək Koroğlu metrostansiyasının qarşısına aparmasını xahiş etmişdir. Bu zaman avtomobilin ön sərnişin oturacağında bir nəfər şəxs olmuş, həmin şəxsi Komsomol körpüsü adlanan yerdə düşürdükdən sonra yoluna davam etmişdir. 24 iyul 2024-cü il tarixdə saat 05 radələrində idarə etdiyi “X19” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Aeroport şossesi yolunda Hava limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətində 70 km/saat sürətlə orta hərəkət zolağı ilə hərəkətdə olan zaman yorğun olması səbəbindən anidən yuxulamış, buna görə də idarəetməni itirərək yolun sağ kənarında quraşdırılmış işıq dirəyinə çırpılmışdır. Baş vermiş hadisə nəticəsində özü xəsarət almasa da avtomobildə sərnişin qismində əyləşmiş sonradan tanıdığı Zərərçəkmiş şəxs xəsarət almışdır. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra sərnişin Zərərçəkmiş şəxs köməklik göstərmiş, hadisə yerində gözləyərək hadisə yerinə polis və X17 əməkdaşlarının gəlməsini gözləmişdir. 24 iyul 2024-cü il tarixdə avtomobili idarə edən zaman avtomobil saz vəziyyətdə olmuş, yol nəqliyyat hadisəsi baş verən zaman avtomobildə özü və Zərərçəkmiş şəxs başqa digər heç bir şəxs olmamışdır. Hazırda Zərərçəkmiş şəxs tələb etdiyi ziyanı ödəyə bilmir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 iyul 2024-cü il tarixdə saat təqribən 05 radələrində Bakı şəhəri, Suraxanı körpüsü yaxınlığında oradan “Koroğlu” metrostansiyasına getmək üçün yoldan keçən tanımadığı avtomobilə əl edərək saxlatdırmış, ağ rəngli “X16” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil saxladıqdan sonra avtomobili İdarə edən şəxsdən onu Koroğlu metrostansiyasının qarşısına aparmasını xahiş edərək avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobilə əyləşən zaman ön sərnişin oturacağında digər bir nəfər şəxs olmuş, sürücü həmin şəxsi Komsomol körpüsü kimi adlanan yerdə düşürmüşdür. Daha sonra onlar yollarına davam etmiş, bir neçə dəqiqədən sonra avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Aeroport şossesi yolunda Hava limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan zaman avtomobili idarə edən sürücü anidən yuxulamış və bu səbəbdən də idarəetməni itirərək istiqaməti dəyişmişdir. Bu vaxt həmin şəxsi oyatmağa cəhd göstərsə də buna nail olmamış və nəticədə avtomobil yolun kənarında quraşdırılmış işıq dirəyinə çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ciddi xəsarət aldığından Təqsirləndirilən şəxs ona köməklik göstərmiş, daha sonra hadisə yerinə çağırılmış X17 vasitəsilə onu xəstəxanaya aparılmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman avtomobildə ondan və sürücüdən başqa heç bir şəxs olmamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 rayon şöbəsinin 25 iyul 2024cü il tarixli 1805 nömrəli rəyində göstərilmiş yəni, sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Ona dəymiş ziyanı ödəmədiyinə görə təqsirləndirilən şəxsə qanuna uyğun cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aeroport şossesinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(i.v.5-8); Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, avtomobilin ön hissəsinin zədələnməsi aşkar olunur(i.v.9-13); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 1/6670 nömrəli xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur(i.v.19); xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X12 tərəfindən səlahiyyət ötürmə hüququ verilmiş X10 tərəfindən Təqsirləndirilən şəxs “X16” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixədək idarə etmək hüququ verilmişdir(i.v.16-17); BD065083 saylı sürcülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək müəyyən edilmişdir(i.v 18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 27 iyul 2024-cü il tarixli 1805 saylı rəyindən görünür ki, X1 sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı: sağ bazu və sağ əl nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir(i.v.25-27); Azəırbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X7 26 iyul 2024-cü il tarixli 3-52-5/2-525/2024 saylı məktubundan görünür ki, "xxxx" X9 məxsus 1 ədəd “Mitaş H12” tipli 1 konsullu işıq dirəyini, naməlum sürücü idarə etdiyi “X16 minik” markalı **-ZM- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə vuraraq sıradan çıxarmış və nəticədə müəssisəmizə 3 132,95 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyə müraciət etmək və maəssisəyə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə qəzanı törədən şəxs barəsində ətraflı məlumatı və hadisə ilə bağlı toplanmış bütün materialların təsdiq olunmuş qaydada onlara göndərilməsini xahiş etmişdir(i.v. 39); Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 23 avqust 2024-cü il tarixli 3-xx-xx-133814/2024 nömrəli məktubda göstərilmişdir ki, xx xxxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə (01 noyabr 2033-cü il tarixədək etibarlı olan) BD 065083 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır(i.v 41). Azərbaycan Respublikası DİN X4 Xİdmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılması müddəti bitdiyindən müvafiq məlumatların təqdim edilməsi imkanları xaricindədir(i.v.43); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 8/2353 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən X16 markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X13” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v 44-47); İfadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir(i.v 68-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Xipiyev X3 rayon Məhkəməsinin 09 dekabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 550 manat məbləğində cərimə olunmuşdur(i.v.74- 75); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir(i.v. 76-78). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 fevral 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i/v/ 103-105, 107); Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ittiham dəyişdirilmədən, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququnun olması nəzərə alınmış, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, yol-nəqliyyat hadisəsi yerinə və nəqliyyat vasitəsinə baxış protokolları, ifadənin yerində yoxlanması protokolu, ekspertiza rəyləri sübut növü kimi qiymətləndirilmişdir(i.v. 108-113). Sistem üzərindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs dörd uşağı var, sonuncu uşağı xx.xx.2025-ci il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını(59.1.4), əməlindən peşman olmasını nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dörd uşağı var, xx.xx.2008-ci il, xx.xx.2012-ci il, xx.xx.2016-cı ilə və xx.xx.2025-ci il təvəllüdlü uşaqları vardır. Təqsirləndirilən şəxs ziyanın ödənilməsi üçün cəhdlər göstərmiş məhkəmə iclasında əvvəlcə Zərərçəkmiş şəxs 1 500 manat məbləğ təklif etmiş, lakin aralarında təklif miqdarı ilə bağlı razılaşma olmamışdır. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs düzəltdiyi 1500 manatı xərclədiyi üçün zərərçəkmiş şəxsin tələb etdiyi ziyanı ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında razılaşmanın olmaması maddi zərərin məbləği(miqdarı) ilə bağlı olmuş və zərərçəkmiş şəxs ona dəymiş maddi(çəkdiyi və çəkməli olduğu xərclərin) və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə üsulu qaydasında müraciət etmək hüququna malikdir. Təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında dörd cəza növü nəzərədə- (nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə) cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə ilə bağlı cəza növləri nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 85 (səksən beş manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 5-ci dalan ünvanında ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X6 vurulmuş 3 132,95 manat məbləğində maddi ziyanla və Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyanla bağlı mülki mühakimə qaydasında müraciət etmək hüquqlarına malikdirlər. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il, 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edənTeymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar