Məhkəmə qərarları › İş №1(008)-249/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-249/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-249/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X33 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.2.5 və 234.1-ci maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olmaqla hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 18 avqust 1989-cu il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Oğuz rayonu, Bucaq kəndində qeydiyyatda olmaqla hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin cibindən, çantasından çıxarmaqla, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurararaq, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş, o cümlədən, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 oktyabr 2021-ci il tarixdə, saat 14:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında 40 nömrəli marşrut avtobusunda Zərərçəkmiş şəxs4 qızma məxsus içərisində 10 manat dəyərində ***- ***-**-** saylı mobil nömrə olan 450 manat dəyərində 01 ədəd “Redmi” markalı "Note8" modelli mobil telefonu sonuncunun əynində olan gödəkcəsinin sağ yan cibindən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 460 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 noyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 113 nömrəli marşrut avtobusunda Bakıxanov stansiyası yaxınlığında Zərərçəkmiş şəxs5 məxsus içərisində 550 manat nağd pul olan 30 manat dəyərində 01 ədəd portmanatı sonuncunun əlindəki əl çantasından çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 580 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan 62 nömrəli marşrut avtobusunda Zərərçəkmiş şəxs7 məxsus içərisində 550 manat nağd pul və 2 manat dəyərində "Bakı Kart"ı olan 20 manat dəyərində 01 ədəd pul kisəsini sonuncunun əl çantasından çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 572 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 yanvar 2022-ci il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olan 49 nömrəli marşrut avtobusunda X11 əynindəki gödəkcəsinin sağ yan cibindən sonuncunun nənəsi Zərərçəkmiş şəxs10 qızma məxsus içərisində 8 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 300 manat dəyərində 01 ədəd "Realme" markalı "C21" modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 ümumilikdə 308 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 yanvar 2022-ci il tarixdə, saat 15:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən üzü Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olan 173 nömrəli marşrut avtobusunda Sabunçu qəsəbəsində Zərərçəkmiş şəxs8 qızma məxsus içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan və üzərində 11 manat dəyərində qoruyucu üzlüyü olan 539 manat dəyərində 01 ədəd "Samsung" markalı "A32" modelli mobil telefonu sonuncunun əynindəki qəhvəyi rəngli paltosunun sol yan cibindən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 555 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2022-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhəri şossesi ərazisində Sabunçu qəsəbəsi 8-ci Mədən istiqamətində hərəkətdə olan 204 nömrəli marşrut avtobusunda Zərərçəkmiş şəxs6 məxsus içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 350 manat dəyərində 01 ədəd "Samsung" markalı "A10S" modelli mobil telefonu sonuncunun əynində olan üst geyiminin sağ cibindən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 355 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 fevral 2022-ci il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində hərəkətdə olan 62 nömrəli marşrut avtobusunda Zərərçəkmiş şəxs9 məxsus içərisində 400 manat nağd pul olan 20 manat dəyərində 01 ədəd pul kisəsini sonuncunun əl çantasından çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 ümumilikdə 420 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 fevral 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 118 nömrəli marşrut avtobusunda Zərərçəkmiş şəxs17 məxsus arxasında 5 manat dəyərində qoruyucu qab, həmin qabın içərisində 200 manat nağd pul, həmçinin içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 100 manat dəyərində 01 ədəd “Samsung” markalı "A 10" modelli mobil telefonu sonuncunun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs17 ümumilikdə 315 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 fevral 2022-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olan 105 nömrəli marşrut avtobusunda Zərərçəkmiş şəxs11 qızma məxsus içərisində 6 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 400 manat dəyərində 01 ədəd "Huavei" markalı mobil telefonu sonuncunun əynindəki gödəkcəsinin sağ yan cibindən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 ümumilikdə 406 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 fevral 2022-ci il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış sahəsində hərəkətdə olan 139 nömrəli marşrut avtobusunda Zərərçəkmiş şəxs12 məxsus 450 manat dəyərində 01 ədəd "Redmi " markalı "Note 9S" modelli mobil telefonu sonuncunun oğlu Şahid4 əynindəki gödəkcəsinin sağ yan cibindən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 450 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X17 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 aprel 2022-ci il tarixdə, saat 04 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisindən keçən hissəsində, Qazax rayonu istiqamətində yolun sağ hissəsində yerləşən X20 məxsus "Kola" adlı mağazanın girişinin dəmir barmaqlıqlarının klidini mismarçıxan alətlə sındırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan 35 manat dəyərində 01 ədəd 1 litirlik "Nemirof" markalı arağı, cəmi 104 manat dəyərində 02 ədəd 1 litirlik "Absalut" markalı araqları, cəmi 60 manat dəyərində 6 ədəd kişi üçün qol saatlarını, cəmi 34 manat 20 qəpik dəyərində 9 qutu ağ rəngli nazik "Kent" markalı siqaretləri, cəmi 26 manat 60 qəpik dəyərində 7 qutu qırmızı rəngli nazik "Kent" markalı siqaretləri, cəmi 40 manat 50 qəpik dəyərində 15 qutu "Vinçestr kompakt" markalı siqaretləri, cəmi 28 manat 80 qəpik dəyərində 8 qutu nazik "Vinston" markalı siqaretləri, cəmi 19 manat dəyərində 5 qutu qalın "Kent 4" markalı siqaretləri, cəmi 15 manat dəyərində 5 qutu "LD kompakt" markalı siqaretləri, cəmi 14 manat 40 qəpik dəyərində 4 qutu "Vinston kompakt". markalı siqaretləri, cəmi 17 manat 60 qəpik dəyərində 8 qutu sarı rəngli "Senat" markalı siqaretləri, cəmi 27 manat dəyərində 10 qutu boz rəngli qalın "Vest" markalı siqaretləri, cəmi 13 manat 50 qəpik dəyərində 5 qutu nazik "Palmall" markalı siqaretləri, cəmi 31 manat 20 qəpik dəyərində 12 şüşə "Baltika 9" markalı pivələri, cəmi 44 manat dəyərində 20 ədəd 10 faizli "Əfsanə" markalı pivələri, cəmi 36 manat dəyərində 20 ədəd "Xırdalan" markalı pivələri, cəmi 8 manat 50 qəpik dəyərində 5 ədəd "Jaguar" markalı spirtli enerji içkilərini, cəmi 38 manat 50 qəpik dəyərində 5 ədəd "Kuller" markalı pivələri, cəmi 17 manat 50 qəpik dəyərində 5 ədəd "Kaster" markalı pivələri, cəmi 12 manat dəyərində 5 ədəd 2.5 litirlik "Coca-Cola" markalı suları, cəmi 120 manat dəyərində 40 ədəd kişi üçün və cəmi 50 manat dəyərində 25 ədəd uşaq üçün corabları, 35 manat dəyərində 1 ədəd kişi üçün gödəkcəni, cəmi 28 manat 80 qəpik dəyərində 24 ədəd böyük "Bizon" markalı enerji içkilərini, cəmi 6 manat dəyərində 5 ədəd 0.5 litirlik "Cappy" markalı meyvə şirələrini, cəmi 10 manat 80 qəpik dəyərində 6 ədəd şüşə qabda "Frumba" markalı şirələri və 5.000 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs X20 ümumilikdə 5873 manat 90 qəpik, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 may 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçib qanunsuz daxil olaraq, evin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdən 80 manat dəyərində 01 ədəd "Boschhammer" markalı, yaşıl rəngli, orta ölçülü perforatoru, 170 manat dəyərində 01 ədəd perforatoru, 45 manat dəyərində 01 ədəd direli, 35 manat dəyərində 6 diamet ölçüdə, 15 metr uzunluğunda elektrik uzadıcısını, 110 manat dəyərində 4x2 ölçüdə 100 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 440 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 aprel 2022-ci il tarixdə, saat 01:30 radələrində Oktaı Rzaevə (X6) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Z.Seyidməmmədova küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçib qanunsuz daxil olaraq, evin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdən 37 manat dəyərində 01 ədəd "Final" markalı 5 litir tutumlu günəbaxan yağını, 13 manat 80 qəpik dəyərində 01 ədəd "Beta Tea" markalı, 500 qram tutumlu çayı, 6 manat dəyərində 01 ədəd "Berqa" markalı 225 qram tutumlu çayı, 150 manat dəyərində 10 litir tutumlu əridilmiş kərə yağını, 700 manat dəyərində 01 ədəd "Samsung" markalı nootbuku, 15 manat dəyərində 01 ədəd yaddaş kartını, 80 manat dəyərində 01 ədəd paltonu, 50 manat dəyərində 01 ədəd direli, 70 manat dəyərində 01 ədəd laqondanı, cəmi 150 manat dəyərində komplekt dəstdən ibarət avtomobillərin düzəldiləmsi üçün nəzərdə tutulmuş açarları gizli olaraq talayıb, zərərçəkmiş şəxs Oktaı Rzaevə (X6) ümumilikdə 1271 manat 80 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 may 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Xanlar Vəliyev küçəsində dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus "QAZ- 53" markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin arxa yedək hissəsinin qapısının qıfılını sındırmaqla, avtomobilin içərisindən 600 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,424 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 04 may 2022-ci il tarixdə, saat 10:30 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xanlar Vəliyev küçəsində yerləşən "Pürrəngi" çay evinin qarşısında saxlanılaraq, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,424 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurararaq, özgənin əmlakını gizli olaraq təkrar talayıb oğurluq etmişdir, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən talama məqsədi olmadan avtomobili ələ keçirərək qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində X12ma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs4 ilə birlikdə gəlib-gedən şəxsləri müşahidə edib Təqsirləndirilən şəxs3 məlumat vermək məqsədilə küçədə puskuda dayanmış, sonuncu isə X12ma məxsus qeyd olunan fərdi yaşayış evinin həyətinə hasardan keçib qanunsuz daxil olaraq, evin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdən qonaq otağında mebelin siyirtməsindən 1.000 manat nağd pulu, cəmi 150 manat dəyərində 01 ədəd qızıl boyunbağını və qızıl bilərziyi gizli olaraq talayıb, zərərçəkmiş şəxs X2 ümumilikdə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 fevral 2022-ci il tarixdə, saat 18 radələrində işlədiyi Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Zərərçəkmiş şəxs14 məxsus plastik qapı-pəncərə hazırlanması sexində heç kimin olmadığı müddətdə saxlanc yeri olan dəmir seyfin qapısını açarla açıb qanunsuz daxil olaraq, seyfdən Zərərçəkmiş şəxs14 məxsus 2.000 manat pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, 15 aprel 2022-ci il tarixdə, saat 01:30 radələrində tanışı X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs15 məxsus dayanmış vəziyyətdə olan “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X17 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 aprel 2022-ci il tarixdə, saat 04 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisindən keçən hissəsində, Qazax rayonu istiqamətində yolun sağ hissəsində yerləşən X20 məxsus "Kola" adlı mağazanın girişinin dəmir barmaqlıqlarının klidini mismarçıxan alətlə sındırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan 35 manat dəyərində 01 ədəd 1 litirlik "Nemirof markalı arağı, cəmi 104 manat dəyərində 02 ədəd 1 litirlik "Absalut" markalı araqları, cəmi 60 manat dəyərində 6 ədəd kişi üçün qol saatlarını, cəmi 34 manat 20 qəpik dəyərində 9 qutu ağ rəngli nazik "Kent" markalı siqaretləri, cəmi 26 manat 60 qəpik dəyərində 7 qutu qırmızı rəngli nazik "Kent" markalı siqaretləri, cəmi 40 manat 50 qəpik dəyərində 15 qutu "Vinçestr kompakt" markalı siqaretləri, cəmi 28 manat 80 qəpik dəyərində 8 qutu nazik "Vinston" markalı siqaretləri, cəmi 19 manat dəyərində 5 qutu qalın "Kent 4" markalı siqaretləri, cəmi 15 manat dəyərində 5 qutu "LD kompakt" markalı siqaretləri, cəmi 14 manat 40 qəpik dəyərində 4 qutu "Vinston kompakt" markalı siqaretləri, cəmi 17 manat 60 qəpik dəyərində 8 qutu sarı rəngli "Senat" markalı siqaretləri, cəmi 27 manat dəyərində 10 qutu boz rəngli qalın "Vest" markalı siqaretləri, cəmi 13 manat 50 qəpik dəyərində 5 qutu nazik "Palmall" markalı siqaretləri, cəmi 31 manat 20 qəpik dəyərində 12 şüşə "Baltika 9" markalı pivələri, cəmi 44 manat dəyərində 20 ədəd 10 faizli "Əfsanə" markalı pivələri, cəmi 36 manat dəyərində 20 ədəd "Xırdalan" markalı pivələri, cəmi 8 manat 50 qəpik dəyərində 5 ədəd "Jaguar" markalı spirtli enerji içkilərini, cəmi 38 manat 50 qəpik dəyərində 5 ədəd "Kuller" markalı pivələri, cəmi 17 manat 50 qəpik dəyərində 5 ədəd "Kaster" markalı pivələri, cəmi 12 manat dəyərində 5 ədəd 2.5 litirlik "Coca-Cola" markalı suları, cəmi 120 manat dəyərində 40 ədəd kişi üçün və cəmi 50 manat dəyərində 25 ədəd uşaq üçün corabları, 35 manat dəyərində 1 ədəd kişi üçün gödəkcəni, cəmi 28 manat 80 qəpik dəyərində 24 ədəd böyük "Bizon" markalı enerji içkilərini, cəmi 6 manat dəyərində 5 ədəd 0.5 litirlik "Cappy" markalı meyvə şirələrini, cəmi 10 manat 80 qəpik dəyərində 6 ədəd şüşə qabda "Frumba" markalı şirələri və 5.000 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs X20 ümumilikdə 5873 manat 90 qəpik, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində X12ma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 gəlib-gedən şəxsləri müşahidə edib ona məlumat vermək məqsədilə küçədə puskuda dayanmış, özü isə X12ma məxsus qeyd olunan fərdi yaşayış evinin həyətinə hasardan keçib qanunsuz daxil olaraq, evin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdən qonaq otağında mebelin siyirtməsindən 1.000 manat nağd pulu, cəmi 150 manat dəyərində 01 ədəd qızıl boyunbağını və qızıl bilərziyi gizli olaraq talayıb, zərərçəkmiş şəxs X2 ümumilikdə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin CM- nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində X12ma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlib-gedən şəxsləri müşahidə edib Təqsirləndirilən şəxs3 məlumat vermək məqsədilə küçədə puskuda dayanmış, sonuncu isə X2 məxsus qeyd olunan fərdi yaşayış evinin həyətinə hasardan keçib qanunsuz daxil olaraq, evin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdən qonaq otağında mebelin siyirtməsindən 1.000 manat nağd pulu, cəmi 150 manat dəyərində 01 ədəd qızıl boyunbağını və qızıl bilərziyi gizli olaraq talayıb, zərərçəkmiş şəxs X2 ümumilikdə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona AR CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, polis bölməsində Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları Ağakərim Abdinov və adlarını bilmədiyi digər şəxslər tərəfindən döyülmüş, üzərinə psixotrop maddə qoyulmuş, videoçəkiliş zamanı həmin maddəni təqdim edərək özünə məxsus olmasını bildirməsi deyilmişdir. O, fiziki təzyiqlərə tab gətirə bilmədiyindən deyilənləri edərək çəkiliş zamanı üzərinə qoyulmuş bükümü təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Oğurluq cinayətlərinə münasibətdə isə o, özünü cəmi iki epizod üzrə-zərərçəkmiş şəxslər X20 və Zərərçəkmiş şəxs3 dair epizodlar üzrə təqsirli bilir. Digər epizodlarla bağlı ittihamlar ona polis bölməsində AR CM-nin 234.1-ci maddəsi ilə sənədləşmə aparıldıqdan sonra verilmiş, o, qeyd etdiyi kimi həmin vaxt döyüldüyündən və fiziki təzyiqlərə məruz qaldığından ona verilmiş bütün ittihamları qəbul etmişdir. Halbuki o, həmin cinayətləri törətməmişdir. Lakin o, yazılı ifadələrinin sonunda müxtəlif imzalardan istifadə etmişdir ki, sonradan iş məhkəməyə göndərilən zaman məhkəməyə həqiqətləri söyləyərək fərqli imzaları da məhz təzyiqlər altında sənədləri imzalaması səbəbindən çəkdiyini deyə bilsin. Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyi epizodlarla bağlı bildirmişdir ki, 14 aprel 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri Zabrat qəsəbəsində olarkən "Ayxan" marketin yaxınlığında Hüseynin kirayə yaşadığı evində qalan zaman X29 şəhərinə getməyi qərarlaşdırmış və ona da, onlarla birlikdə getməyi təklif etdiklərində etiraz etməmişdir. Lakin, onlara 2-3 saat dincəlmək istədiyini demişdir. Hüseyn və Hümmət isə həmin müddət ərzində harasa gedib gələcəklərini demişlər. Saat təxminən 23 radələrindən saat 02 radələrinədək yatdığı müddət ərzində Hüseyn və Hümmət harasa gedib VAZ-21033 markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil ilə geri qayıtmışlar. Hüseyndən həmin avtomobil barədə maraqlandıqda sonuncu bildirmişdir ki, Hümmətlə birlikdə Zabrat qəsəbəsi ərazisində dəmir yolu yaxınlığından küçədə dayanıqlı vəziyyətdə olarkən Gəncə şəhərinə getmək məqsədilə qaçırıblar. Bundan sonra üçü birlikdə həmin avtomobilə əyləşib Gəncə şəhəri istiqamətinə yola düşmüşlər. Avtomobili Hüseyn idarə etmişdir. Bakı- Qazax avtomobil yolunun Hacıqabul rayou Muğan qəsəbəsi ərazisindən keçən hissəsində olarkən yolun kənarında mağazanı görərək həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Hümmətlə birlikdə avtomobildən düşərək mağazanın dəmir barmaqlıqlarını avtomobildən götürdükləri mismarçıxaran ilə sındırmışlar. Hüseyn isə avtomobili aşağıdan döndərərək mağazanın qarşısında saxlamış, sonra Hüseyn də avtomobildən düşərək mağazaya daxil olmuşdur. Üçü mağazadan müxtəlif markalı siqaret, müxtəlif markalı qazlı və qazsız, həmçinin spirtli içkilər götürmüşlər. Hümmət isə qol saatları götürmüş, bundan sonra sonuncu vitrində olan paltarı götürərək əyninə geyinmiş, həmçinin Hümmət corabları götürmüşdür. Hüseynlə özü kassadan pulları götürmüşlər. Həmin zaman Hüseyinin başında kepqa papaq olmuşdur. Mağazadan ərzaq məhsulları və pulu oğurladıqdan sonra avtomobilə əyləşib Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Avtomobili yenə də Hüseyn idarə etmişdir. Biraz getdikdən sonra avtomobilə yanacaqdoldurma məntəqəsindən yanacaq vurub yola düşmüşlər. Daha sonra biraz gedib avtomobili yolun kənarında saxlayıb pulları bölməyə başlamışlar. Həmin zaman özünə 2000 manat pul düşmüşdür. Oğurladıqları pul təxminən 5000 manat idi. Hümmətlə Hüseynin payına nə qədər pul düşdüyünü bilməmişdir. Ona verilən pulların içərisində 1 manatlıq əskinaslar çox idi. Əldə etdiyi pulları xərcləmək üçün Bakı şəhərinə getmək barədə qərar vermiş, bundan sonra yolda avtomobildən düşərək Bakı şəhərinə gedəcəyini bildirmiş və avtomobildən düşərək, yol keçən tanımadığı avtomobillə Bakı şəhərinə yola düşmüşdür. Hümmətlə Hüdeyn isə Gəncə şəhəri istiqamətində getmişlər. Bundan başqa 03 may 2022-ci il tarixdə, gecə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Xanlar Vəliyev küçəsində tək gəzib oğurluq etmək üçün yer axtaran zaman həmin küçədə divarın yanında dayanıqlı vəziyyətdə olan QAZ-53 markalı qeydiyyat nişanını xatırlamadığı bir avtomobil görmüşdür. Həmin avtomobilin arxa yedək hissəsinin qapısı plastikdən olmaqla, qıfılla bağlanmışdır. Küçədə heç kəs olmadığından, həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Küçədən götürdüyü daş parçası ilə qıfılı vurub qırmış, sonra avtomobilin içərisində olan təxminən uzunluğu 100 metrdən artıq olan elektrik kabelini kəsib bir yerə toplayıb avtomobildən yerə atmış, sonra sürütləyib yaxınlıqdakı boş sahəliyə aparmışdır. Orada kabelin üzərindəki izolyasiyasını soymuş, daha sonra isə yaşadığı evə getmişdir. Səhəri günü həmin kabeldən əldə etdiyi mis materialı oradan götürüb küçələrdə səyyar metal alışı ilə məşğul alan tanımadığı şəxsə özünə məxsus olduğunu deyib hazırda yadında qalmayan məbləğə satmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 polis bölməsində döyülən zaman gözündən xəsarət aldığını, şəxsi axtarış və götürmə həyata keçirilən zaman da gözündə xəsarətlərin artıq mövcud olduğunu, həmin xəsarətlərin Bakı İstintaq Təcridxanası tərəfindən qeydə alındığını, lakin bununla bağlı hər hansı araşdırma aparılmadığını, əvvəllər cibgirlik etsə də, heç vaxt qadınlara münasibətdə belə hala yol vermədiyini, hazırda da ona AR CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda göstərilən heç bir cinayət əməlini törətmədiyini, polis bölməsində təzyiqlərə məruz qaldığından bütün sənədləri imzaladığını, sadəcə iki epizod üzrə həqiqətən də oğurluq etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü AR CM-nin 185.2.1-ci maddəsi ilə tam, AR CM-nin 177-ci maddəsi ilə qismən-zərərçəkmiş şəxs X20 qarşı olan epizodla bağlı təqsirli bildiyini göstərmiş və bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə cinayətdə o, özünü təqsirli bilmir. Belə ki, həmin tarixdə o, ümumiyyətlə Bakı şəhərində olmamış, bütün günü Şəki şəhərində olmuşdur. Sadəcə polis bölməsində təzyiqlərə məruz qaldığından verilmiş sənədləri oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs14 ilə bağlı epizod üzrə isə bildirmişdir ki, o, Müşfiqə məxsus pulu götürməmişdir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bildiyi epizodla bağlı göstərmişdir ki, 2022-ci ilin aprel ayının ortalarında tanışı X13 Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində kirayə yaşadığı evində oturan zaman orada Hüseynin tanışı sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 da olmuşdur. Söhbət vaxtı Hüseynlə Gəncə şəhərinə getməyi qərarlaşdırmış, belə ki, Hüseyn fermada işləməyə getməli idi və onu da özü ilə birlikdə aparacaqdı. Hüseynlə razılaşdıqdan sonra Gəncə şəhərinə getmək üçün Hüseynlə birlikdə qərarlaşdırmışdır ki, bir avtomobil qaçırsınlar. Vasif isə həmin zaman yatmışdı. Bundan sonra Hüseynlə birlikdə evdən çıxıb Zabrat qəsəbəsi ərazisində gəzişmiş və təxminən saat 01:30 radələrində Ayxan marketin arxasında VAZ-21033 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə rast gəlmişlər. Ətrafa baxıb hər hansı bir şəxsin olmadığı görüb avtomobilə yaxınlaşmışlar, özündə olan balaca qatlanan dırnaq tutan bıçağı çıxarıb həmin bıçağı avtomobilin sürücü tərəfdən qapısının açarla açılan hissəsinə salaraq oynatmağa başlamış və qapını açmışdır. Hüseyn isə avtomobilin sükanının alt hissəsində naqilləri biribirinə vurmaqla avtomobili işə salmışdır. Bundan sonra avtomobili Hüseyn idarə etmiş və evə gedərək Təqsirləndirilən şəxs1 oyadıb onu da götürüb Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Avtomobili Hüseyn idarə etmişdir. Gəncə şəhərində qalacaqları müddətdə özlərinə ərzaq almaq məqsədilə pul əldə etmək niyyətində olmuşlar. Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayou Muğan qəsəbəsi ərazisindən keçən hissəsində olarkən yolun kənarında "Kola" adlı mağazanı görərək həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Vasiflə özü avtomobildən düşərək mağazanın dəmir barmaqlıqlarını avtomobildən götürdükləri dəmir açarla sındırmışlar. Hüseyn isə avtomobili aşağıdan döndərərək mağazanın qarşısında saxlamışdır. Sonra Hüseyn də avtomobildən düşərək mağazaya daxil olmuşdur. Üçü mağazadan müxtəlif markalı siqaretlər, müxtəlif markalı spirtli içkilər, enerji içkiləri, qazlı və qazsız içkilər götürmüşlər. Özü isə dəqiq sayını və markalarını bilmədiyi qol saatları götürmüşdür. Bundan sonra vitrində olan bir ədəd gödəkcəni və bir neçə ədəd corabları götürmüş, Hüseynlə Vasif isə kassadan pulları götürmüşlər. Lakin, nə qədər pul götürmələrini bilməmişdir. Həmin zaman Hüseyinin başında papaq var idi. Mağazadan ərzaq məhsulları və pulu oğurladıqdan sonra avtomobilə əyləşib Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Avtomobildə olarkən avtomobili Hüseyn idarə etmişdir. Biraz getdikdən sonra avtomobilə yanacaqdoldurma məntəqəsindən yanacaq vurub yola düşmüşlər. Biraz getdikdən sonra avtomobili yolun kənarında saxlayıb pulları bölməyə başlamışlar. Hüseyn pulları bölərək ona və özünə 800 manat ayırmışdır. Vasifə isə nə qədər pul ayrıldığını bilməmişdir. Vasifə verilən pulların içərisində 1 manatlıq əskinaslar çox idi. Konkret mağazadan nə qədər pul oğurlandığını bilməmişdir. Vasif bundan sonra yolda avtomobildən düşərək Bakı şəhərinə gedəcəyini bildirmiş, daha sonra yol boyu heç bir oğurluq etməmişlər və Gəncə şəhəri istiqamətində hərəkətdə olmuşlar. Hüseynlə özü avtomobili Gəncə şəhərində yolun kənarında saxlayaraq düşüb getmişlər. Oğurladıqarı məhsulları isə avtomobilin içərisində saxlamışlar. Belə ki, avtomobili və oğurladıqları məhsulları daha sonra gəlib götürmək istəmişlər. Gəncə şəhərində biraz gəzdikdən sonra avtomobili qoyduqları yerə gəldikdə avtomobilin yerində olmadığını görmüşlər. Bundan sonra Hüseyn Samux rayonuna getmiş, özü də Şəki şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Şəki şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlərr. Hacıqabul rayon polis şöbəsinə gedib etmiş olduğu cinayət əməllərini etiraf etmişdir. Qeyd etdiyi avtomobili qaçırmaqda məqsədləri Gəncə şəhərinə getmək olmuşdur. Avtomobili və içərisində olan hər hansı bir əşyam oğurlamaq məqsədləri olmamışdır. Əgər oğurluq fıkrləri olsaydı, Gəncə şəhərinə çatdıqdan sonra avtomobili yolun kənarında saxlayıb getməzdilər və avtomobilin hər hansı bir ehtiyyat hissələrini satmaq məqsədilə söküb götürərdilər. Həmçinin Vasifin həmin avtomobilin qaçırılmasmda heç bir iştirakı olmamışdır və əvvəlcədən məlumatı da olmamışdır. Həmin avtomobili yalnız Hüseynlə özü qaçırmışdır. Hacıqabul rayonunda "Kola" adlı mağazadan oğurladıqları məhsullardan istifadə etməmişlər. Bir ədəd gödəkcəni götürəndə əyninə geyinmiş, lakin sonradan avtomobilin içərisinə qoymuşdur. Avtomobili Gəncə şəhərində yolun kənarında saxlayıb gedərkən, həmin oğurladıqları məhsullar da avtomobilin içərisində qalmışdır. Bundan başqa o, 15 aprel 2022-ci il tarixdə, saat 01:30 radələrində tanışı X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs15 məxsus dayanmış vəziyyətdə olan “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, o, ona elan edilmiş ittihamda göstərilən əməli törətməmişdir. Ümumiyyətlə o, həmin gün Sabunçu rayonu ərazisində olmamışdır. O, müstəntiqə Zərərçəkmiş şəxs1 məxsus əmlakları oğurladığını, oğurluğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə törətdiyini göstərməmiş, ona verilmiş sənədləri oxumadan imzalamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, o, ona elan edilmiş ittihamda göstərilən əməli törətməmişdir. Ümumiyyətlə o, həmin gün Sabunçu ərazisində olmamışdır. O, müstəntiqə Zərərçəkmiş şəxs1 məxsus əmlakları oğurladığını, oğurluğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə törətdiyini göstərməmiş, ona verilmiş sənədləri oxumadan imzaladığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fozenda yaşayış massivi, İ.Şıxlı küçəsi nömrəsiz fərdi tikili evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 14 radələrində övladları ilə birlikdə evin qapısını bağlayıb çıxmış, həmin vaxt onların evlərindən yan tərəfdə torpaq alaraq ev tikdirən qonşuları Mətləb də onlarla birlikdə avtobus dayanağına getmişdir. Həmin vaxt Mətləb onun uşaqları ilə birlikdə qapını bağlayaraq evdən çıxdığını görmüşdür. Dayanacaqda olarkən Mətləb geri qayıtmışdır. Həmin gün, təxminən saat 16:30 radələrində yaşadıqları evə qayıtdıqlarında evin bayır darvazısını açıb içəri daxil olan zaman evin bayıra baxan pəncərəsinin açıq olduğunu görmüşdür. Biraz yaxınlaşdıqdan sonra evin zirzəmisində olan nərdivanın divara söykənikli olduğunu və nərdivan vasitəsi ilə yaşadığə evə naməlum şəxsin oğurluq üçün pəncərəni açaraq evə girdiyini artıq anlamışdır. Dərhal evin giriş qapısını açaraq içəri daxil olduqda evin dağınıq olmadığını aşkar etmişdir. Qonaq otağına keçdiyində “Stenka” kimi tanınan mebelin siyirtməsinin açıq olduğunu aşkar etmiş və mebelin siyirtməsinə baxan zaman orada saxladığı 1000 manat nağd pulunun, 01 ədəd dəqiq qramını xatırlamadığı qızıl boyunbağının və 01 ədəd dəqiq qramını xatırlamadığı qızıl bilərziyinin yerində olmadığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona maddi olaraq ümumilikdə 1150 manat maddi ziyan dəymişdir. O, dərhal bilmişdir ki, onun evinə girərək oğurluq edən şəxs qonşuları Mətləbdir. Belə ki, hadisədən öncə bir neçə dəfə Mətləb onun ərindən borca pul istəmiş, yoldaşı pul vermədikdə Mətləb “evinə 2000 manatlıq kombi qoyursan, mənə niyə pul vermirsən?” demişdir. Hadisədən öncə qızı evdə tək olan zaman Mətləb onların həyətinin hasarından tullanaraq qapını döymüş, qızı qapını açan zaman bel istəmiş, qızı isə ona beli padvaldan götürə biləcəyini demiş, Mətləb isə çıxıb getmişdir. O, bundan oğurluqdan sonra xəbər tutmuşdur. Yoxsa elə həmin vaxt Mətləbin hasardan tullanaraq qanunsuz onların həyətinə daxil olması ilə bağlı polisə müraciət edərdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs polis orqanına verdiyi izahatında Mətləbin adını bildirərək oğurluqda ondan şübhələndiyini dediyini, Mətləbin polis bölməsinə çağırıldığını, oradan qayırdarkən Mətləbin ona evlərindən oğurluq etmədiyini, polisin oğurluq edən başqa şəxsi tapacağını dediyini, məhz bu cümlənin özünün şübhə doğurduğunu və Mətləbin sanki məsuliyyətdən kənarda qalacağına əmin olduğunu göstərdiyini, hazırda məhkəməyə verilmiş şəxslərin onun evindən oğurluq etdiklərinə inanmadığını, onun evindən oğurluq edən şəxsin qonşusu Mətləb olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Koroğlu metrostansiyasından 118 nömrəli marşrut avtobusuna minib evə gedən zaman Zabrat qəsəbəsində Rahat marketin qarşısında həmin avtobusda mobil telefonu ilə həyat yoldaşı ilə əlaqə saxlamış və danışığı bitirdikdən sonra mobil telefonunu əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin vaxt avtobusda sürücünün arxasında ayaq üstdə dayanmış və avtobusda xeyli sərnişin olduğundan sıxlıq idi. Evə gəldikdən sonra cibindən telefonu çıxarmaq istəyərkən üzərində olmadığını və oğurlandığını aşkar etmişdir. Qeyd olunan oğurlanmış mobil telefonu qara rəngli “Samsung A10” markalı, 3517xx/xx/173887/8, 3517xx/xx/173887/5 İMEİ kodlu mobil telefon olmuşdur. Həmin mobil telefonu təxminən iki il əvvəl almış, eyni zamanda mobil telefonunun arxa tərəfində kaburanm içərisində 200 manat pul olmuşdur. Mobil telefonu ilə birlikdə həmin 200 manat pulu və mobil telefonunda olan ***-***-**-** saylı mobil nömrəsi də oğurlanmışdır. Oğurlanmış bir ədəd 100 manat dəyərində Samsung A10 markalı mobil telefonu, həmin telefonun arxa hissəsində 5 manat dəyərində olan kabura, kaburanm altında olan 200 manat pulu, həmçinin 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olmaqla, ümumilikdə hadisə nəticəsində ona 315 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus QAZ-53 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobilin üzərinə iki ədəd split kondinsioner quraşdırmışdır. Toylarda və yas mərasimlərdində su və spirtli içkilərin sərinləşdirilməsi üçün soyuducu kimi istifadə edir. Qeyd olunan avtomobilinin arxa yedək hissəsinin bir tərəfinin plastikdən olan qapısını qıfılla bağlayır. xx.xx.2022-ci il tarixdə axşam radələrində həmin avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xanlar Vəliyev küçəsində saxlamışdır. xx.xx.2022- ci il tarixdə səhər saatlarında avtomobilə baxan zaman avtomobilin arxa hissəsindəki qapısının qıfılının sındırıldığını görmüş, bundan sonra avtomobilə baxdıqda avtomobilin içərisində yığıb saxladığı təxminən 200 metr uzunluğundakı 0,6 mm-lik elektrik kabelinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 600 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə DİN-nin xidmətinə məlumatı, eləcə də, həmin tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizəni özü ünvanlamışdır. 08 yanvar 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvana getmək üçün Bakı şəhəri, Koroğlu metrostansiyasmın qarşısından **-TX-*** qeydiyyat nişanı olan, markasını bilmədiyi 62 saylı marşrut avtobusuna əyləşmişdir. Həmin avtobusla üzü Zabrat qəsəbəsi istiqamətində hərəkət edib yaşadığı ünvana gedən zaman avtobusda xeyli tanımadığı şəxslər var idi və yerlər dolu olduğu üçün ayaq üstə dayanmışdır. Həmçinin yanında tanımadığı bir neçə nəfər şəxslər var idi və sıxlıq idi. Əl çantası isə əlində olmuşdur. Sabunçu körpüsü ilə Anaşkin küçəsinin kəsişən hissəsində əl çantasının qapağının açıq olduğunu görmüş, bundan sonra əl çantasına baxdıqda görmüşdür ki, əl çantasının içərisində olan bir ədəd 20 manat dəyərində pul kisəsi yoxdur. Həmin pul kisəsinin içərisində isə 550 manat nağd pul, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və içərisində hər hansı bir məbləğdə pul olmayan 2 manat dəyərində Bakı kartı olmuşdur. Oğurluq hadidəsini aşkar etdikdən sonra dərhal sürücüyə məlumat vermişdir ki, qapıları açmasın. Lakin, sərnişinlər pul kisəsinin onlarda olmadığını bildirmişlər. Oğurluq hadisəsinin konkret olaraq kim tərəfindən necə edilməsini bilmir. Çünki avtobusda çantasından oğurluq edilən zaman heç nə hiss etməmişdir. Avtobusa əyləşməzdən əvvəl isə pul kisəsi çantasının içərisində olmuşdur. Oğurluq nəticəsində ümumilikdə ona 572 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sabunçu qəsəbəsində 173 nömrəli marşrut avtobusuna minmiş, üzü Pirşağı qəsəbəsinə gedən zaman sıxlıq olduğundan ayaq üstə dayanmışdır. O dərəcədə sıxlıq olmuşdur ki, o, arxaya çönə bilməmişir. Bir onu görmüşdür ki, arxasında kök bir qadın dayanmışdır. O sıxlıqda ona ən yaxın dayanan həmin qadından başqa kiminsə cibindən telefonu götürməsi mümkünsüz idi. Saat 16 radələrində Pirşağı qəsəbəsində Məscidin yanında avtobusdan düşmüş, sonrakı saniyələrdə əlini əynindəki qəhvəyi rəngli paltosunun sol yan cibinə saldıqda 539 manat dəyərində bir neçə ay öncə aldığı Samsung A32 markalı, üzərində 11 manat dəyərində qoruyucu üzlük və 5 manat dəyərində ***-***-**-** saylı nömrə olan mobil telefonunun cibindən oğurlanmasını aşkar etmişdir. Dərhal yaxınlıqda olan qohumu Eltayın mobil nömrəsi ilə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 555 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, təxminən 2 aydır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Elza Dizayner" şirkətində dizayner işləyir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb işə getmişdir. Həmin günü aylıq 400 manat əmək haqqısını almış və pul qabısına qoymuşdur. Həmin günü saat 19 radələrində işdən çıxıb yaşadığı evə getmək üçün 62 nömrəli sərnişin avtobusuna minmişdir. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən "Araz" marketin qarşısında avtobusdan düşüb marketə girmişdir. Həmin marketdə alış-veriş etikdən sonra kassada pulu ödəmək istədikdə əl çantasında olan pul qabısının olmadığını müəyyən etmiş və məlum olmuşdur ki, pul qabısı pulu ilə birlikdə 62 nömrəli avtobusda oğurlanmışdır. Oğurlanmış 20 manat dəyərində pul qabısının içərisində 400 manat nağd pul, "Beynəlxalq" və "Eco" banklara aid bank kartları olmuşdur. Lakin, bank kartlarından hər hansı bir məbləğdə pul oğurlanmamışdır. Hadisə nəticəsində ona ümumilikdə 420 manat maddi ziyan dəymişdir. Hadisədən bir gün sonra o, avtobusda olan videogörüntüyə baxmış, avtobusda olarkən yanında hər hansı şəxsin dayanmadığını və oğurluğun orada baş vermədiyini görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, X18 onun nəvəsidir, oğlu X7 oğludur. Təxminən 2021-ci ilin may ayının əvvəllərində Ramin bir müddət idi ki, Ukrayna Respublikasından Azərbaycana qonaq gəlmiş, əvvəllər kirayədə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsində yerləşən nömrəsiz fərdi evdə onunla birlikdə yaşamışdır. Ramin az müddət sonra yenidən Ukraynaya geri qayıdacağı üçün özünə məxsus mobil telefonunu Azərbaycanda qeydiyyata saldırmamışdır. Ramin Ukraynaya gedənədək ona məxsus 300 manat dəyərində digər mobil telefonu olan “**********13356 və **********13349” imei kodlu Realme C 21 markalı mobil telefonnu və üzərində olan 050-741 - 15-10 saylı mobil nömrəni müvvəqqəti olaraq istifadə etməsi üçün Raminə vermişdir. 17 yanvar 2022-ci il tarixdə Ramin işləri ilə bağlı yaşadıqları evdən çıxmış, həmin günün axşamı evə qayıtmış, evə gələn zaman ona bildirmişdir ki, 17 yanvar 2022-ci il tarixdə saat təxminən 18:45 radələrində Bakı şəhəri, Xətai rayon ərazisindən Xətai metrostansiyasınm yanından evə getmək üçün 49 saylı marşrut avtobusuna minmiş, avtobusda arxa oturacaqda əyləşən zaman ona verdiyi ona məxsus Realme C 21 markalı mobil telefonda qulaqcıq vasitəsilə musiqiyə qulaq asmışdır. Mobil telefon isə əynindəki gödəkçənin sağ yan cibində olmuşdur. Sabunçu rayonu, Bakıxanaov qəsəbəsi, Stimul hospitalın yanında olan dayanacağa çatanda musiqinin kəsildiyini hiss etmiş və həmin zaman mobil telefonun yerə düşdüyünü güman etmişdir. Bundan sonra cibinə baxanda görmüşdür ki, mobil telefon cibində yoxdur. Buna görə də, bir müddət mobil telefonu oturduğu yerdə axtarmış, lakin tapa bilməmişdir. Həmin vaxt anlamışdır ki, avtobusda olan zaman naməlum şəxs tərəfindən gizlin şəkildə mobil telefon cibindən oğurlanmışdır. Raminin cibindən oğurlanmış qeyd olunan mobil telefon və üzərindəki mobil nömrə ona məxsus olmuşdur. Mobil telefonu 300 manat, üzərində olan mobil nömrə isə 8 manat dəyərində olmuşdur. Qeyd olunan oğurluq nəticəsində ona ümumilikdə 308 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsində plastik qapı və pəncərə hazırlanan sexi vardır. Eyni zamanda həmin küçədə anbarı vardır. Həmin anbarda plastik qapı və pəncərə hazırlanması üçün lazım olan materialları saxlayır. Qeyd olunan qapı və pəncərə sexində Orxan adlı şəxs usta kimi işləyir. Həmçinin Təqsirləndirilən şəxs2 sexində montajçı və sürücü kimi işləmişdir. Sexin yanında olan anbarın açarı özündə olur, müştəri gələndə müştəriyə verilən malların adlarını və sayını qəbzə yazıb Hümmətə verir, eyni zamanda anbarın açarını da Hümmətə verir, sonuncu anbardan malları götürüb müştəriyə verdikdən sonra açarı ona qaytarmışdır. Bundan başqa Hümmətə sexdə işlədiyi müddət ərzində özünə məxsus VAZ-2104 markalı **-BL-*** qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə vermişdir ki, sexdə sifarişlə hazırlanan plastik qapı və pəncərələri müştərinin ünvanına aparıb qurlaşdırsın. 04 fevral 2022-ci il tarixdə qonaqları olduğu üçün sexin açarlarını Hümmətə vermişdir. Həmin açarların içərisində sexdə olan seyfin açarları da var idi. Həmçinin Orxan adlı usta da xəstə olduğu üçün həmin günü sexə gəlməmişdir. Həmin günü yəni, xx.xx.2022-ci il tarixdə günortadan sonra Hümmət ona zəng vurub getmək istədiyini demişdir. Ona qonaqları olduğu üçün gələ bilmədiyini və sexi bağlayıb getməsini demişdir. Səhəri günü işə gəlib özündə olan açarlarla sexi açdıqda görmüşdür ki, seyfin qapısı açıqdır. Bundan sonra seyfə baxdıqda seyfdəki 2000 manat pulunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra Hümmətlə əlaqə saxlamaq istəmiş, lakin onunla əlaqə saxlaya bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Hümmət seyfdən 2000 manat pulunu oğurlamış, həmçinin ona işlədiyi müddət ərzində sexin işləri ilə bağlı müvəqqəti olaraq verdiyi avtomobili baş etibarnamə əsasında satmışdır. Əvvəlki ifadəsində Hümmətin sexdən müxtəlif növ plastik qapı pəncərə materiallarını da oğurladığını qeyd etmişdir. Lakin, sonradan anbarındakı malların sayını dəqiqləşdirmiş və həmin materialların oğurlanmadığını, yalnız 2000 manat pulunun oğurlanmasını müəyyən etmişdir. Bundan başqa Hümmətin ona məxsus olan satdığı VAZ-2104 markalı **-BL-*** qeydiyyat nişanlı avtomobilin içərisində özünə məxsus bir ədəd 30 manat dəyərində orta ölçülü drel, bir ədəd 5 manat dəyərində su tərəzisi və bir ədəd 2 manat dəyərində rezin çəkic olmuşdur. VAZ-2104 markalı **-BL-*** qeydiyyat nişanlı avtomobilinin dəyəri 6000 manat olmuşdur, həmin avtomobilin Hümmət tərəfindən satılması nəticəsində ona ümumilikdə 6037 manat maddi ziyan vurulmuşdur. Sexindən baş vermiş oğurluq nəticəsində isə ona yalnız 2000 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, idarə etdiyi Vaz-21033 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı küçədə saxlayır. 14 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi avtomobil ilə yaşadığı evə gələrək avtomobili həmişəki yerdə saxlamışdır. 15 aprel 2022-ci il tarixdə təxminən saat 04:00 radələrində Gəncə şəhərinə getmək məqsədi ilə avtomobili işə salmaq üçün küçəyə çıxmış və avtomobili saxladığı yerdə olmadığını aşkar etmişdir. Sonra bundan narahat olaraq DİN-in “102” Xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət olunmuş, orada avtomobilinin qaçırılması ilə bağlı ərizə yazmışdır. Daha sonra hadisə yerinə baxış keçirilmiş, hadisə baş verdikdən təxminən 15-20 gün sonra Hacıqabul RPŞ-dən ona telefon zəngi gəlmiş və bildirilmişdir ki, avtomobili Gəncə şəhərinə çatmamış yolun kənarından tapılmışdır. Sonra 04 may 2022-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinə getmiş, orada avtomobilini təhvil almışdır. Avtomobili nəzərindən keçirdikdə ona məlum olmuşdur ki, avtomobilini qaçırmış şəxslər avtomobilə ziyan vurmuşlar. Belə ki, sol qabaq qapısı əzilmiş, ön şüşəsi çatlamış, qapının nəfəsliklərinin sancaqları qırılmış, mühərrikin işə salınan hissəsi və naqillər yerindən çıxarılaraq kəsilmiş, habelə avtomobilin mühərriki, feredo, çaşka və digər ehtiyyat hissələri zədələnmişdir. Cinayəti törətmiş şəxslər tərəfindən avtomobilini zədələmələri nəticəsində ona 852 manat maddi ziyan dəymişdir. Bundan başqa avtomobildə ona məxsus 20 manat dəyərində komlekt açar dəsti və 20 manat dəyərində çəliyini aşkar etməmişdir. Hacıqabul rayon polis şöbəsinin əməkdaşları ona bildirmişlər ki, avtomobilini qaçırmış 2 nəfər şəxslər həmin avtomobil ilə Hacıqabul rayon ərazisində mağazadan oğurluq etmişlər. Lakin həmin şəxsləri tanımır və onların harada olmaları barədə məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Rzaev Oktaı ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olsa da, gürcü dilində bilmir, milliyəti azərbaycanlıdır, Gürcüstan Respublikası, Marneuli rayonu, Qasımlı kəndində yerləşən Qasımlı tam orta məktəbdə azərbaycan dilində təhsil almışdır. Latın qrafikası ilə sərbəst yaza və oxuya bilir, ifadəsinin müstəntiq tərəfindən kompüterdə yazılmasına etiraz etmir. 18 aprel 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxaraq Gürcüstan Respublikasına getmişdir. Evdən çıxarkən evin qapılarını və pəncərələrini bağlamış, evin həyət işığını isə yanlı vəziyyətdə qoymuşdur. Gürcüstan Respublikasına gedən vaxt qonşusu Vidadidən xahiş etmişdir ki, özü gələnə qədər yaşadığı evə nəzarət etsin. 26 aprel 2022-ci il tarixdə təxminən saat 20 radələrində Gürcüstan Respublikasında olduğu vaxt qonşusu Vidadi ona zəng vuraraq yaşadığı evdən oğurluq olmasını bildirmişdir. Bundan sonra qardaşı X3 istifadəsində olan mobil telefonuna zəng edərək yaşadığı evdən oğurluq olmasını deyib təcili yaşadığı evə getməsini bildirmişdir. Qardaşım Roman da yaşadığı evə gedərkən həqiqətən də yaşadığı evdən oğurluq olmasını aşkar etmişdir. Belə ki, naməlum şəxs və ya şəxslər evin mətbəxtinin plastik pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olaraq evin yataq otağından qiyməti 37 manat olan bir ədəd 5 L tutumlu plastmast qabda “Final” markalı, günəbaxan yağını, qiyməti 150 manat olanbir ədəd 10 L tutumlu plastmast qabda əridilmiş kərə yağını, qiyməti 13 manat, 80 qəpik təşkil edən bir ədəd “Beta Tea” markalı, 500 qram tutumlu çayı, qiyməti 6 manat olan bir ədəd “Berqa” markalı, 225 qram tutumlu çayı, evin zal otağından qiyməti 700 manat olan bir ədəd “Samsung” markalı nootbuku, qiyməti 15 manat olan bir ədəd yaddaş kartını, qiyməti 80 manat olan bir ədəd özümə məxsus paltonu, evin zirzəmisindən qiyməti 70 manat olan markasını bilmədiyi bir ədəd laqondanı, qiyməti 50 manat olan markasını bilmədiyi bir ədəd dreli, qiyməti 150 manat olan komlekt dəstdən ibarət avtomobillərin düzəldilməsi üçün nəzərdə tutulmuş açarları gizli yolla oğurlamaqla ona ümumilikdə 1271 manat, 80 qəpik məbləğində ziyan vurmuşlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs hadisə baş verən vaxt Bakı şəhərində olmadığını, qardaşının ona hadisəni törədən şəxsin evə gətirildiyini. Onun oöurluq etdiyi yerləri dəqiq göstərdiyini bildirdiyini, təqsirləndirilən şəxsdən götürülmüş yağ və çayın onun evindən götürülmüş əmlaklar olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və X28 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verilmiş ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında 3 sot torpaq sahəsi üzərində bir mərtəbəli nömrəsiz fərdi evi vardır, həmin ev 3 yataq otağından, 1 zal otağından, sanitar qovşaqdan və mətbəxdən ibarətdir. Hal- hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. 2021-ci ilin dekabrından, 2022-ci ilin iyun ayının sonuna qədər sözü gedən fərdi evində təmir işləri getdiyi üçün orada yaşamamışdır. 2022-ci ilin iyun ayının sonlarında evdə təmir işləri başa çatmış və ailə üzvləri ilə birlikdə həmin evə köçmüşdür. Fərdi evində təmir işlərini özü görmüşdür, həmin ərəfələrdə hər gün evə gəlib getmişdir. Sonuncu dəfə 30 aprel 2022-ci il tarixdə, təxminən saat 18 radələrində evdə müəyyən işləri gördükdən sonra Zabrat qəsəbəsində yaşayan qardaşı X8 yaşadığı evə getmişdir. 01 may 2022-ci il tarixdə, saat 12:40 radələrində hər zaman olduğu kimi sözü gedən təmiri başa çatmamış fərdi evinə gələrkən, evin yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evin giriş qapısını açıb içəri daxil olduqda evin yataq otağında təmir işləri üçün aldığı qiyməti 150 manat olan bir ədəd “Bosch” markalı preforatorun, qiyməti 170 manat olan markasını bilmədiyi bir ədəd preforatorun, qiyməti 45 manat olan markasını bilmədiyi bir ədəd drelin, qiyməti 35 manat olan 6 diametr ölçüdə, 15 metr uzunluğunda elektrik uzadıcısınm (udilnitelin) və qiyməti 110 manat olan 4x2diametr ölçüdə, 100 metr uzunluğunda elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 510 çmanat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:15 radələrində Bakı şəhəri, Xalqlar metrostansiyasının yaxınlığında 40 nömrəli sərnişin avtobusuna minmiş, istifadə etdiyi Redmi Note 8 markalı mobil telefonunu əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Avtobus saat təxminən 14:40 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən İcra Hakimiyyətinin yaxınlığına çatdıqda əlini gödəkcəsinin sağ yan cibinə salıb telefonunu götürmək istəyən zaman üzərində 10 manat dəyərində 070-282- 57-53 saylı nömrə olan 450 manat dəyərində Redmi Note 8 markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 460 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə saat 19:15 radələrində Bakı şəhəri, Q.Qarayev metrostansiyası yaxınlığından 113 saylı marşrut avtobusuna minmiş, həmin günü saat 19:46 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində avtobusdan düşmüş və həmin küçədə yerləşən "Oba" marketə daxil olarkən, əlindəki qara rəngli əl çantasının içərisindəki qara rəngli portmanatın oğurlandığını aşkar etmişdir. Belə ki, avtobusa minməzdən əvvəl portmanatı əl çantasında idi. Naməlum şəxs tərəfindən avtobusda sıxlıqdan istifadə edilməklə əl çantasının içərisindən portmanatı oğurlanmışdır. Portmanatın içərisində 550 manat nağd pul, içərisindən hər hansı bir məbləğlərdə pul oğurlanmayan üç ədəd Kapital bank, bir ədəd Express bank və 1 ədəd Paşabank bank kartları olmuşdur. Oğurlanmış bir ədəd portmanatının dəyəri 30 manat olmaqla, ümumilikdə ona 580 manat maddi ziyan vurulmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 25 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 40 saylı marşrut avtobusuna əyləşib Sabunçu qəsəbəsi, Şəhər şossesi yeriüstü keçidin yanında avtobusdan düşmüşdür. Həmin zaman özünəməxsus olan Samsung markalı A10S modelli, **********13590, **********13598 imei kodlu mobil telefonu üzərində olmuşdur. 40 saylı marşrut avtobusundan düşdükdən sonra həmin yerin yaxınlığında Sabunçu rayonu, 8-ci mədən istiqamətində hərəkət edən 204 saylı marşrut avtobusuna əyləşmişdir. Samsung markalı A10S modelli mobil telefonu isə üst geyiminin sağ cibində idi. Avtobusda çox sayda tanımadığı sərnişinlər olduğundan sıxlıq olduğu üçün ayaq üstdə dayanmışdır. Avtobus 8-ci mədən şəhid bulağı adlanan əraziyə çatanda əlini cibimə salıb yoxladıqda mobil telefonunun cibimdə olmadığını, oğurlanmasını aşkar etmişdir. Lakin, telefonu cibindən oğurlanan zaman hiss etməmişdir. Qeyd olunan oğurlanmış mobil telefonu 350 manat dəyərində idi. İçərisində isə 5 manat dəyərində 077- ***-**-** saylı mobil nömrə olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 355 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsini aşkar etdikdən sonra atası Kamrana bu barədə bildirmiş, atası isə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra isə özü Sabunçu RPİ-nin 12-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, təxminən 1-2 il əvvəl ümumi dəyəri 400 manat olan Huavei markalı mobil telefonu alaraq istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağçaya nəvəsini qoymuş, bundan sonra şəhərdə bir qədər gəzmişdir. Həmin gün Bakıxanov qəsəbəsində olan zaman 105 saylı sərnişin avtobusuna minmiş, sonra həmin avtobus ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsinə gəlmiş, dayanacaqda avtobusdan düşən zaman gödəkcəsinin sağ yan cibində olan 400 manat dəyərində Huavei markalı mobil telefonunun cibində olmadığını və avtobusda olan zaman naməlum şəxs tərəfindən sıxlıqdan istifadə olunaraq oğurlandığını aşkar etmişdir. Hadisədən dərhal sonra yaşadığı evə gəlmiş və bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Oğurlanmış telefonunun içərisində 6 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 406 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, oğlu 2005-ci il təvəllüdlü Şahid4 cüdo idman növü ilə məşğul olur. Oğlu Emil hər gün Nizami rayonu ərazisində yerləşən 2012 adlı idman zalına məşq etmək üçün gedib-gəlir. Təxminən bir il əvvəl oğluna istifadə etməsi üçün Redmi Note9s markalı mobil telefon almışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Emil həmin mobil telefonu götürüb idmana getmişdir. Həmin günü saat 13 radələrində Emil ilə əlaqə saxladıqda sonuncu ona bildirmişdir ki, Koroğlu metrostansiyası yaxınlığındadır və 139 nömrəli marşrut avtobusuna minib evə gəlir. Sonradan oğlu Emil evə gəldikdə ona bildirmişdir ki, onunla danışdıqdan sonra qeyd olunan avtobusda evə gələn zaman Sabunçu rayonu, Maştağa qəsəbəəsi, Savalan yaşayış massivində yerləşən 28 nömrəli məktəbin yaxınlığında avtobusdan düşdükdən sonra mobil telefonunun üzərində olmadığını və avtobusda naməlum şəxs tərəfindən əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən oğurlandığını aşkar etmişdir. Həmin mobil telefonu oğlu Emilə istifadə etməsi üçün 450 manata almışdır. Üzərində isə mobil nömrə və s. aksesuar olmamışdır. Oğlu Emil ilə Vhatsapp tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Hadisə nəticəsində ona 450 manat maddi ziyan dəymşdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X28 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X28 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı evdən təxminən 100 metr kənarda Bakı-Qazax avtomobil yolunun kənarında “Kola” adlı marketi vardır. Həmin marketdə ərzaq məhsulları və paltarlar satılır. Mağazada özü satıcı işləyir. Həmçinin mağazada 8 ədəd təhlükəsizlik kamerası vardır və işlək vəziyyətdədir. Mağaza mişar daşlarından hörülmüş divarlardan ibarətdir. Bundan başqa mağazanın giriş qapısının ətrafı dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Mağazanın giriş qapısı plastik qapıdır. Giriş qapısının ətrafı dəmir barmaqlıqlardan ibarətdir. Mağaza hər gün işləyir. Hər axşam saat 23 radələrində mağazanı bağlayaraq evə gedir. Ertəsi gün saat 05 radələrində mağazanı açır. 14 aprel 2022-ci il tarixdə saat 23 radələrində mağazanın qapısını kilidlə bağlayaraq evə getmişdir. 15 aprel 2022-ci il tarixdə saat 05 radələrində mağazaya gəldikdə qapısının açıq olduğunu görüb içəri keçmişdir. Həmin vaxt mağazanın içərsinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra mağazada quraşdırılmış təhlükəsizlik kameralarının qeydlərinə baxmış və mağazadan oğurluq olduğunu görmüşdür. Bundan sonra bu barədə Hacıqabul rayon polis şöbəsinə müraciət etmişdir. Daha sonra polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşmələr etmişlər. Mağazasından naməlum şəxslər tərəfindən oğurluq olması nəticəsində təxminən 5500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə 15ci polis bölməsinin sahə inispektoru, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin əməliyyat tədbiri keçirilməzdən əvvəl 15-ci polis bölməsinin təhqiqatçısı, polis polkovnik- leytenantı Faiq Bədəlova bölməyə şəxs gətirilə biləcəyi barədə məlumat verilmiş, təhqiqatçı tərəfindən vəkil bürosu ilə əlaqə saxlanılaraq müdafiəçi lazım olacağı barədə məlumat verilmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 10:30- da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xanlar Vəliyev küçəsində yerləşən Pürrəngi çay evinin qarşısında Təqsirləndirilən şəxs1 əlamətləri ilə üstüstə düşən, sonradan tanıdığı Təqsirləndirilən şəxs1 piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək, şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etdiklərində Təqsirləndirilən şəxs1 üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Bir qədər onunla söhbət etdikdən sonra onu 15-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də razılaşıb birlikdə 15-ci polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 bölməyə gətirilməsi ilə bağlı raportla bömənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması 15-ci polis bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Faiq Bədəlova həvalə edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Faiq Bədəlov tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi1 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs1 şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf rəngli sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm təhqiqatçı Faiq Bədəlov tərəfindən açıldıqda içərisindən ağ rəngli kristallik şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bükümün içərisindən aşkar olunmuş maddənin şüşə olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş içərisində maddə olan büküm təhqiqatçı Faiq Bədəlov tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunduqdan sonra imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Koroğlu metrostansiyasmdan yaşadığı evə gəlmək üçün 139 nömrəli marşrut avtobusuna əyləşmişdir. Redmi Note 9s markalı mobil telefonunu isə əynindəki gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin avtobusda xeyli şəxslər olduğundan ayaq üstə dayanmışdır. Avtobusun sonuncu dayanacağı olan Savalan yaşayış massivində 28 saylı orta məktəbin yaxınlığında avtobusdan düşmüş, əlini cibinə salıb baxdıqda mobil telefonunun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Roman Nabıev ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olsa da, gürcü dilində mükəmməl bilmir, milliyəti azərbaycanlıdır, Gürcüstan Respublikası, Marneuli rayonu, Qasımlı kəndində yerləşən Qasımlı tam orta məktəbdə azərbaycan dilində təhsil almışdır. Latın qrafikası ilə sərbəst yaza və oxuya bilir, ifadəsinin müstəntiq tərəfindən kompüterdə yazılmasına etiraz etmir. X1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Z.Seyidməmmədova küçəsində yerləşən, nömrəsiz 1 mərtəbəli fərdi evi vardır. X37 18 aprel 2022-ci il tarixində ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikasına getmişlər. Oktay Gürcüstan Respublikasına gedərkən evinin həyətinin, yəni giriş darvazasının açarını Vidadi adlı qonşusuna verərək ondan evinə nəzarət etməsini xahiş etmişdir. 26 aprel 2022-ci il tarixində təxminən saat 19 radələrində Oktay ona zəng edərək evində oğurluq hadisəsi baş verdiyini bildirmiş və təcili evinə getməyini xahiş etmişdir. Bundan sonra yaşadığı evdən çıxaraq Oktaym evinə getmiş, evə getdikdə evin həyətə tərəf açılan, dəmir barmaqlığı olmayan plastik pəncərəsinin qarşısında, çöl tərəfdə divara dəmir nərdivan söykədildiyini, evin giriş qapısının açıq vəziyyətdə olduğunu, evin yataq otağının həyətə tərəf açılan, dəmir barmaqlığı olmayan plastik pəncərəsinin qarşısında kiçik taxta masanın qoyulduğunu, evin içərisinə daxil olduqda otaqdakı paltar dolabının, qonaq otağındakı termonun qapılarının açıq vəziyətdə olduğunu, yataq otağındakı çarpayının üzərindəki yatağın dağıldığını görmüşdür. Qardaşı Oktayla telefonla danışdıqdan sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər qardaşının evdə olmamasından istifadə edərək evə qanunsuz daxil olub evdən bir ədəd “Samsung” markalı nootbuku, hər birinin çəkisi 5 kiloqram olan 2 qutu əridilmiş kərə yağını, bəzi xırda ərzaq və qeyri ərzaq məhsullarını gizli yolla oğurlamaqla qardaşı Oktaya maddi ziyan vurmuşlar. Şahidlər Şahid1 və X13 məhkəmə iclasında iştirakı təmin edilmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Şahid Sabunçu RPİ-nin 15-ci PB-nin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə Sabunçu RPİ-nin 15-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə 15-ci polis bölməsinin sahə inispektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin əməliyyat tədbiri keçirilməzdən əvvəl 15-ci polis bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı Faiq Bədəlova bölməyə şəxs gətirilə biləcəyi barədə məlumat verilmiş, təhqiqatçı tərəfindən vəkil bürosu ilə əlaqə saxlanılaraq müdafiəçi lazım olacağı barədə məlumat verilmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 10:30- da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xanlar Vəliyev küçəsində yerləşən Pürrəngi çay evinin qarşısında Təqsirləndirilən şəxs1 əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdığı Təqsirləndirilən şəxs1 piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək, şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etdiklərində Təqsirləndirilən şəxs1 üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Bir qədər onunla söhbət etdikdən sonra onu 15-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də razılaşıb birlikdə 15-ci polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 bölməyə gətirilməsi ilə bağlı raportla bömənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması 15-ci polis bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Faiq Bədəlova həvalə edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Faiq Bədəlov tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi1 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs1 şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf rəngli sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm təhqiqatçı Faiq Bədəlov tərəfindən açıldıqda içərisindən ağ rəngli kristallik şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bükümün içərisindən aşkar olunmuş maddənin şüşə olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş içərisində maddə olan büküm təhqiqatçı Faiq Bədəlov tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunduqdan sonra imzalanmışdır. Şahid X17 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə cəzaçəkmə müəssəsində cəza çəkmişlər. Təqsirləndirilən şəxs2 ilə 1 aydır ki, tanış olmuşlar. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Zabrat qəsəbəsində olarkən Hümmət Gəncə şəhərinə getməyi təklif etdikdə onunla razılaşmışdır. Bundan sonra yola çıxmışlar. Zabrat qəsəbəsində olarkən Hümmət yolun kənarında sahibsiz dayanmış VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərərək onu oğurlamağı təklif etmişdir. Həmin zaman tərrədüt etmiş və evə getmişdir. Biraz keçdikdən sonra Hümmət Vasiflə birlikdə həmin avtomobillə evin qarşısına gəlmiş, bundan sonra avtomobilə əyləşərək Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Avtomobili özü idarə etmişdir. Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayou Muğan qəsəbəsi ərazisindən keçən hissəsində olarkən Hümmət demişdir ki, avtomobili saxla burda mağaza var oradan oğurluq edək. Lakin özü razılaşmamışdır. Bundan sonra Hümmət əlini əl əyləcinə atmış, onunla mübahisə etmiş, sonra avtomobili saxlayıb geri qayıtmışdır. Avtomobili mağazanın qarşısında saxlamış, lakin avtomobildən düşməmişdir. Vasiflə Hümmət avtomobildən düşərək mağazanın dəmir barmaqlıqlarını avtomobildən götürdükləri mismarçıxaran ilə sındırıb mağazaya daxil olmuşlar. Onlar əllərində siqaret içkiləri və paltar gətirmişlər. Sonra onlar avtomobilə əyləşmiş və Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Avtomobildə olarkən Hümmət mağazadan 1800 manat pul götürdüyünü demiş və həmin pulu aralarında bölmüşlər. Hümmət həmin puldan ona 560 manat pul vermişdir. Bundan sonra yol boyu heç bir oğurluq etməmişlər və Gəncə şəhəri istiqamətində hərəkətdə olmuşlar. Avtomobili Gəncə şəhərində yolun kənarında saxlaraq düşüb getmişlər. Hümmət demişdir ki, avtomobili özü hissələrə bölüb satacaqdır, qoy avtomobil orada qalsın.2 gündən sonra Hümmət ona demişdir ki, avtomobili polislər aparıblar. Samux rayonunda tanışının fermasında qoyun otaran zaman xx.xx.2022-ci il tarixdə günorta saatlarında Samux rayonunda olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirərək onu Hacqıabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayonu ərazisinə mağazadan etdikləri oğurluq hadisəsindən sonra başqa cinayət hadisəsi törətməmişdir. Hadisə zamanı əynində göy rəngli cins şalvar, qol uzun köynək, başında kepka papaq, idman ayyaqabbısı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X6 məxsus əmlakların oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Z.Seyidmmədova küçəsində yerləşən fərdi yaşayış evidir. Evə baxış zamanı otaqlarda olan paltar dolablarının qapılarının, qonaq otağındakı termonun və yanındakı qablar yığılmış servantın qapısının açıq vəziyyətdə, yataq otağndakı çarpayının isə dağınıq vəziyyətdə olması müəyyən edilmiş, hadisə yerinə baxış zamanı 05 ədəd əlbarmaq izi aşkar edilərək götürülmüşdür (cild 01, i.v.6-12). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İsmayıl Şıxlı küçəsində yerləşən fərdi yaşayış evidir (cild 01; i.v.52-55). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus əmlakların oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsində yerləşən beş otaqlı yarımtikilidir (cild 02; i.v.14-16). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və üzərinə PB-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəndli siqaret sellofanına bükülmüş kristal formalı metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, bu metamfetamini 04 may 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir (cild 02, i.v.95-96). Məhkəmə-kimyəvi ekspertizasının 04 may 2022-ci il tarixli, 6/2562 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №161” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs1 üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,424 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 02, i.v.102-106). “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsidir (cild 02; i.v.137-139). “Maddi sübut kimi tanıma haqqında” 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 1,424 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, həmin psixotrop maddənin qalığı 1,374 qram metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 02; i.v.230). “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsində saxlanılmış “QAZ-53” markalı avtomaşının salonudur (cild 03; i.v.05-07). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Oba” marketin qarşısıdır (cild 03; i.v.105-106). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsidir (cild 03; i.v.182-184). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu körpüsü ilə Anaşkin küçəsinin kəsişən hissəsidir (cild 04; i.v.06-09). “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidir (cild 04; i.v.70-71). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bazarının qarşısındakı Xəstəxanayanı küçəsidir (cild 04; i.v.142-145). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Stimul” hospitalın yaxınlığıdır (cild 04; i.v.204-206). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, X23 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsidir (cild 05; i.v.26-28). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, 28 saylı tam orta məktəbin qarşısıdır (cild 05; i.v.93-96). Məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2022-ci il tarixli, 3463 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (cild 05, i.v.162-163). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X20 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Hacıqabul rayonu, Muğan qəsəbəsi, Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yoldan 50 metr kənarda yerləşən “Kola” adlı marketdir (cild 05; i.v.201-207). X20 məxsus "Kola" adlı marketdən baş vermiş oğurluq hadisəsinin görüntüləri olan CD diskə baxış keçirilməsi haqqında 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 04:43-də X20 məxsus qeyd olunan mağazanın yanında avtomobil dayanır, bir neçə nəfər şəxs mağazanın giriş hissəsində olan dəmir barmaqlığın qapısını qırıb əvvəlcə 2 nəfər şəxs içəri daxil olur, daha sonra isə 3-cü şəxs də mağazaya daxil olur və hər 3 nəfər şəxslər mağazadan müxtəlif məhsulları, həmçinin həmin üç nəfər şəxslərdən iki nəfər şəxslər mağazada kassadan pulları oğurlayırlar (cild 05; i.v.209-210). “Baxış keçirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salon hissəsində içkilər, pivələr və siqaretlər müəyyən edilmişdir (cild 05; i.v.217-221). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən aşkar edilmiş içkilər, pivələr X20 təqdim edilmiş, o, həmin əmlakların “Kola” marketdən oğurlanmış əşyalar olduğunu bildirmişdir (cild 05; i.v.222-224). X28 tərəfindən imzalanmış qəbzdən görünür ki, “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən aşkar edilmiş içkilər, pivələr onun tərəfindən təhvil alınmışdır (cild 05; i.v.225). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən plastik qapı-pəncərə hazırkanma sexidir (cild 06; i.v.49-57). “İfadənin yerində yoxlanılması haqqında” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 X20 məxsus marketdən digər şəxslərlə birlikdə oğurluq etdikləri şəraiti və mexanizmi əyani olaraq göstərmişdir (cild 06, i.v.171-176). Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 9/6807 saylı rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 37,00 manat müəyyən edilmişdir: 1. 01 ədəd orta ölçülü elektrik dreli-30,0 manat; 2. 01 ədəd su tərəzisi-5,0 manat; 3. 01 ədəd rezin çəkic-2,0 manat (cild 07; i.v.41-43). Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 9/6808 saylı rəyindən görünür ki, X20 məxsus malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə 01 ədəd 1 litirlik "Nemirof' markalı araq 35 manat, 02 ədəd 1 litirlik "Absalut" markalı araq cəmi 104 manat, 9 qutu ağ rəngli nazik "Kent" markalı siqaretlər cəmi 34 manat 20 qəpik, 7 qutu qırmızı rəngli nazik "Kent" markalı siqaretlər cəmi 26 manat 60 qəpik, 15 qutu "Vinçestr kompakt" markalı siqaretlər cəmi 40 manat 50 qəpik, 8 qutu nazik "Vinston" markalı siqaretlər cəmi 28 manat 80 qəpik, 5 qutu qalın "Kent 4" markalı siqaretlər cəmi 19 manat, 5 qutu "LD kompakt" markalı siqaretlər cəmi 15 manat, 4 qutu "Vinston kompakt" markalı siqaretlər cəmi 14 manat 40 qəpik, 8 qutu sarı rəngli "Senat" markalı siqaretlər cəmi 17 manat 60 qəpik, 10 qutu boz rəngli qalın "Vest" markalı siqaretlər cəmi 27 manat, 5 qutu nazik "Palmall" markalı siqaretlər cəmi 13 manat 50 qəpik, 5 ədəd "Jaguar" markalı spirtli enerji içkiləri cəmi 8 manat 50 qəpik, 40 ədəd kişi üçün corablar cəmi 120 manat, 25 ədəd uşaq üçün corablar cəmi 50 manat, 24 ədəd böyük "Bizon" markalı enerji içkiləri cəmi 28 manat 80 qəpik, 5 ədəd 0.5 litirlik "Cappy" markalı meyvə şirələri cəmi 6 manat, 6 ədəd şüşə qabda "Frumba" markalı şirələr cəmi 10 manat 80 qəpik müəyyən edilir (cild 07; i.v.44-47). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs15 məxsus əmlakın oğurlanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanının qarşısıdır (cild 07; i.v.70-74). Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 01 noyabr 2022-ci il tarixli, 9/7474 saylı rəyindən görünür ki, X9 məxsus malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə 01 ədəd "Final" markalı 5 litir tutumlu günəbağan yağı 37 manat, 01 ədəd "Beta Tea" markalı 500 qram tutumlu çay 13 manat 80 qəpik, 01 ədəd "Berqa" markalı 225 qram tutumlu çay 6 manat, Zərərçəkmiş şəxs2 məxsus malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə 01 ədəd "Boschhammer" markalı, yaşıl rəngli, orta ölçülü perforator 80 manat müəyyən edilir (cild 08; i.v.127-129). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 17 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.2.5 və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələrinə tövsif edilmiş, onlara həmin maddələrlə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilməsi, 01 ədəd "Final" markalı 5 litir tutumlu günəbaxan yağını, 01 ədəd "Beta Tea" markalı, 500 qram tutumlu çayı, 01 ədəd "Berqa" markalı 225 qram tutumlu çayın saxlanılması üçün Oktaı Rzaevə, 01 ədəd "Boschhammer" markalı, yaşıl rəngli, orta ölçülü perforatorun maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilməsi, cinayət işinin materiallarında olan 02 ədəd diskin maddi sübut tanınaraq cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (cild 08, i.v.136-180). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməli, oğurluq cinayətləri ilə bağlı ona verilmiş ittihamdan AR CM-nin 177.2.5-ci maddəsi xaric edilməli, onun AR CM-nin 177.2.1. 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrlə təqsirli olması özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunduğundan Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 177.2.1. 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində ədalətli cəza təyin olunmalı, Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan “onun özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə saat 16 radələrində X12ma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurluq etməsi”nə dair epizod xaric olunmalı, digər ittihamlarla bağlı təqsirliliyi sübuta yetirildiyindən Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalanmalı, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları sübuta yetirilmədiyindən onlara həmin maddələrlə bəraət verilməlidir. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə gəldiyi qənaətin ayrılıqda əsaslandırılmasını zəruri hesab edir. Təqsirləndirilən şəxs1 ilə bağlı aparılmış məhkəmə istintaqının nəticələrinə dair məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə həmin ittihamla bağlı gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. - İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətindədir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında 17 dekabr 2023-cü il tarixli qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs1 özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən bölməyə aparılan zaman üzərində heç bir qanunsuz predmetin olmadığını, polis bölməsində ona fiziki zor tətbiq edildiyindən təqdim edilmiş bütün sənədləri oxumadan imzaladığını, döyülməsi nəticəsində gözündə aşkar görünən xəsarətlərin yarandığını, Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarətlərin qeydə alındığını bildirmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasından tibb kartı, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən isə Təqsirləndirilən şəxs1 xəsarətlərin olub-olmaması ilə bağlı məlumat tələb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən 12 mart 2024-cü il tarixdə daxil olmuş 29 fevral 2024-cü il tarixli, 49/2-8170/24 saylı məktubdan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdə, saat 23:50 radələrində Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman onun bədəninə və üzərinə MSY-dən tam baxış keçirilmiş, baxış zamanı hər iki gözətrafı nahiyyələrində qızartılar aşkar olunmuşdur. Özünün deməsinə görə həmin xəsarətləri tutulmamışdan əvvəl yıxılan zaman almışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən 12 mart 2024-cü il tarixdə daxil olmuş 29 fevral 2024-cü il tarixli, 49/2-8170/24 saylı məktuba əlavə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan görünür ki, 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 sağ göz qapağında göyərti, sağ qolun altında qızartı aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş və 14 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 08 may 2024-cü il tarixli, 3016-17/40/2-3351/2023 saylı məktubdan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs1 06 may 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilən zaman sağ göz ətrafı nahiyyədə tünd bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Həmin məktuba əlavə edilmiş 4546/2022 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı aşkar edilmiş xəsarətlər tibb kitabçasında qeyd olunmuş və Təqsirləndirilən şəxs1 tutulan zaman zədə aldığını bildirmişdir. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 üzərinə 04 may 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılmasından ibarət istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülərə baxılarkən onun sağ göz nahiyyəsində göyərtilərin olması və gözündən xəsarət alması açıq-aşkar müşahidə olunmuş, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 diskdəki görüntülərə baxılan zaman bir daha həmin xəsarətlərin ona polis bölməsində üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını deməsinə məcbur edilərkən yetirildiyini bildirmişdir. Məhkəmə tərəfindən əldə edilmiş sənədlərlə Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdə xəsarətlərin olması təsdiq olunduğundan məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət olunaraq Təqsirləndirilən şəxs1 xəsarət alması ilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məlumatın daxil olub-olmaması, daxil olmuşdursa, həmin məlumat əsasında toplanılmış materialın Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən göndərilmiş və 04 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 27 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin məlumatı əsasında Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə 27 iyun 2024-cü il tarixdə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs1 olan yüngül xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün material surəti Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin məlumatı əsasında Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət işinin rədd edilməsinə dair müvafiq qərarı tədqiq edərək, təqsirləndirlən şəxsin ifadəsindəki xüsusatları araşdıraraq və məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə və Bakı İstintaq Təcridxanasına daxil olan zaman təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırmanın aparılmasına, təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına daxil olarkən onda olan xəsarətləri tutulan zaman aldığını bildirməsinə, prokurorluq orqanına verdiyi izahatında da polis bölməsində döyüldüyünü göstərməsinə baxmayaraq prokurorluq orqanı Təqsirləndirilən şəxs1 aşkar görünən xəsarətlərin olmasına (nəzərə alınsa ki, Sabunçu RPİ-nin MSY-nə daxil olan zaman göyərtilərin, ondan iki gün sonra isə BİT-na daxil olan zaman həmin göyərtilərin rəngini dəyişərək bənövşəyi olması həmin xəsarətlərin qısa müddət öncə yaranmasına dəlalət edən hal olmaqla Təqsirləndirilən şəxs1 saxlanılaraq polis bölməsinə gətirilən zaman onda polis bölməsinə daxil olmadan öncə hər hansı xəsarətlərin olmasına dair sənəd iş materiallarında mövcud deyil) baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan, təqsirləndirilən şəxsin döyülməsi faktı araşdırılmadan, sadəcə polis əməkdaşlarının izahatlarına və şəxsin saxlanıldığı və xəsarət almasını iddia etdiyi tarixdən 02 il 10 gündən sonra keçirilmiş ekspertizanın nəticələrinə istinad edilərək həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir ki, bu da təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı səthi və formal araşdırmanın aparılmasının göstəricisidir. Belə ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 iyun 2024-cü il qərarda polis əməkdaşlarının izahatı alınmış, onlar Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən psixi və fiziki təsir olmadığını bildirmişlər, araşdırmanı həyata keçirən şəxs isə təqsirləndirilən şəxsdə aşkar edilmiş və o, saxlanılan zaman qeydə alınmış xəsarətləri nəzərə almadan polis əməkdaşları tərəfindən verilmiş izahat və xəsarətlərin qeydə alındığı tarixdən 02 il 10 gün sonra keçirilmiş ekspert rəyi ilə kifayətlənməklə qərarın sonunda cinayət hadisəsinin olmaması nəticəsinə gələrək həmin əsasla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı izahatında təkidlə ona xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirildiyini bildirmiş, polis bölməsinə daxil olarkən isə onda hər hansı xəsarətin olmasına dair müvafiq sənəd tərtib edilməmişdir (Bu hal özü Təqsirləndirilən şəxs1 onda aşkar olunmuş və videoyazıda aşkar görünən xəsarətləri məhz polis bölməsinə daxil olduqdan sonra almasına dair əsaslı şübhələr yaradır). Təqsirləndirilən şəxs1 döyülməsi faktı ilə bağlı araşdırma aparılan zaman məhkəmə-tibbi ekspertizasının 14 iyun 2024-cü il tarixli, 1411 saylı rəyinə istinad olunsa da də, məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfində saxlanılaraq bölməyə gətirildiyi gün bölmədə adını bilmədiyi polis əməkdaşları tərəfindən döyüldüyüyü bildirmiş, lakin o, həmin vaxtdan 02 il 10 gün müddət keçdikdən sonra ekspertizaya göndərilmişdir ki, belə olan halda aradan keçən uzun müddətdən sonra onda xəsarətlərin aşkar edilməməsi (xəsarətlərin qançırdan ibarət olması və həmin xəsarətin uzun müddət qalmasının mümkün olmaması nəzərə alınmaqla) inandırıcı və real olmaqla bu hal birmənalı şəkildə 02 il 10 gün öncə şəxsə xəsarət yetirilmədiyinə və onun yalan söyləməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Hətta bu hal istintaq orqanında və ya məhkəmədə şübhə yaranmasına səbəb olsa belə, həmin şübhə məhz təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 polis bölməsində məruz qaldığı fiziki təzyiqlər nəticəsində onda hər hansı başqa xəsarətin deyil, məhz gözündə polis əməkdaşları tərəfindən onun göz nahiyəsinə yumruqla vurulması nəticəsində göyərtilərin və qançırların yarandığını bildirmiş və onun göstərdiyi həmin xəsarət Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində tərtib edilmiş aktda və Bakı İstintaq Təcridxanasında tərtib edilmiş tibb kartında öz əksini tapmaqla yanaşı təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilməsinə dair istintaq hərəkətinin qeydə alındığı videodiskdəki görüntülərdə də açıq-aşkar müşahidə olunur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən 12 mart 2024-cü il tarixdə daxil olmuş 29 fevral 2024-cü il tarixli, 49/2-8170/24 saylı məktubda Təqsirləndirilən şəxs1 gözündə olan xəsarətləri bir gün öncə yıxılması nəticəsində alması göstərilsə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis bölməsində yıxıldığın demədiyini, xəsarətlərin ona polis bölməsində polis əməkdaşları tərəfindən yetirildiyini bir daha bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra polis bölməsinə gətirilən zaman onda hər hansı xəsarətlərin olmasına dair aktın iş materiallarında olmadığını, onun Bakı İstintaq Təcridxanasına daxil olan zaman gözündə olan xəsarətlərin məhz tutulan zaman almasını göstərməsini nəzərə alaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən 12 mart 2024-cü il tarixdə daxil olmuş 29 fevral 2024-cü il tarixli, 49/2- 8170/24 saylı məktubda olan guya Təqsirləndirilən şəxs1 onda olan xəsarətləri bir gün öncə yıxılması nəticəsində almasına dair yazılmış xüsusatın həqiqəti əsk etdirməməsi və formal olaraq aktda göstərilməsi qənaətinə gəlir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 döyülməsi faktı ilə bağlı tam və hərtərəfli araşdırma aparılmamış, Təqsirləndirilən şəxs1 izahatındakı xüsusatlar görməzdən gəlinməklə sadəcə polis əməkdaşlarının izahatlarına və təqsirləndirilən şəxsin döyülməsini iddia etdiyi tarixdən 01 il 10 gün sonra keçirilmiş və ekspert qarşısında hazırki gündə Təqsirləndirilən şəxs1 üzərində xəsarətlərin olub-olmamasına dair qoyulmuş suallar əsasında verilmiş eskpert rəyinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 izahatındakı xüsusatların tamamilə təkzib edildiyi qənaətinə gəlinmişdir ki, bu da aparılan araşdırmanın formal və səthi aparılmasının göstəricisidir. Məhkəmə Təqsirləndirilən şəxs1 tutulduğu gün xəsarətlərin olmasının real və inandırıcı olması qənaətinə gələrkən yalnız təqsirləndirilən şəxsin ifadələrinə deyil, məhkəmə istintaqı zamanı mübahisəsiz qaydada müəyyən edilmiş hallara, Sabnçu RPİ-nin MSY VƏ Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sənədlərə, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilməsinə dair istintaq hərəkətinin qeydə alındığı videodiskdəki görüntülərə istinad edir və həmin hallarla əlaqəli şəkildə sübutları tədqiq edərkən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində səmimi olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999- V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X4rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241- A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs1 saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 polis bölməsində pis rəftara məruz qalmasını təsdiq edən kifayət qədər güclü sübutlar məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. Eyni zamanda, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs1 saxlayarkən sonuncuda xəsarətlərin olması barədə hər hansı xüsusat göstərməmiş, bu barədə hər hansı sənəd də məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qalması ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinad etdiyi digər sübut növü 04 may 2022-ci il tarixdə saat 11:48-dən 12:10-dək “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 may 2022-ci il tarixli protokolda şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoyaraq həmin bükümü həmin gün səhər saatlarında əldə etdiyini bildirməsi göstərilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və yuxarıda sadalanan sübutlarla müəyyən edilən hallar, yəni Təqsirləndirilən şəxs1 fiziki təsir-təzyiqlərə məruz qalması onu deməyə əsas verir ki, şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə, təqsirləndirilən şəxsin öz iradəsinə zidd olaraq ona göstərilmiş təzyiqlər səbəbindən bildirdiyi xüsusatlar əsasında tərtib edilməsinin göstəricisidir. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 04 may 2022ci il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdə, saat 10:30-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 10:59-da tərtib olunmuş protokolla o və müdafiəçisi Müdafiəçi1 elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, Müdafiəçi1 həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin bir neçə dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs1 ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçi1 imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Göstərilənlər nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 04 may 2022-ci il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra videoçəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs1 ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından bu hal özü də Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsini yolverilməz edir. Bundan savayı, hazırkı işin hallarından göründüyü kimi məhkəməyə təqdim edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdə, saat 10:30-da saxlanılmış, üzərinə baxış isə təxminən 11:48-də keçirilməyə başlamışdır ki, belə olan halda Təqsirləndirilən şəxs1 saxlanılması ilə baxışın keçirilməsi arasında bir saatdan artıq vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs1 tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs1 tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 may 2022-ci il tarixli, 6/2562 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin sübutedici əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində psixotrop maddənin olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 iyun 2022-ci il tarixli, 3463 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi, yaranmış bütün şübhələrin onun xeyrinə şərh olunması qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs1 AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.5-ci maddəsi ilə verilmiş ittihamlarla bağlı məhkəmə aşağıdakıları qeyd edir. İttiham aktında Təqsirləndirilən şəxs1 22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 ümumilikdə 460 manat maddi ziyan vurmaqla, 04 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 ümumilikdə 580 manat maddi ziyan vurmaqla, 08 yanvar 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs7 ümumilikdə 572 manat maddi ziyan vurmaqla, 17 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 ümumilikdə 308 manat maddi ziyan vurmaqla, 18 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 ümumilikdə 555 manat maddi ziyan vurmaqla, 25 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 ümumilikdə 355 manat maddi ziyan vurmaqla, 15 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 ümumilikdə 420 manat maddi ziyan vurmaqla, 17 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs17 ümumilikdə 315 manat maddi ziyan vurmaqla, 22 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 ümumilikdə 406 manat maddi ziyan vurmaqla, 23 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs12 450 manat maddi ziyan vurmaqla AR CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi göstərilsə də, həmin cinayətlərin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsini təsdiq edən sübut kimi sadəcə təqsirləndirilən şəxsin komputer vasitəsi ilə yazılmış və fərqli imzalarla həmin ifadələri imzaladığı etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin əmlaklarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını göstərən ifadələrinə istinad edilmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 həmin epizodlar üzrə özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı ifadələrinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan fiziki təzyiqlərdən qorxaraq imzalandığını, məhkəmədə həqiqətləri söyləyəcəyini düşündüyünü, həmin epizodlarla bağlı ifadələrini fərqli imzalarla imzalayaraq məhkəmədə həmin hala istinad edərək üzərinə qoyulmuş cinayətlərə yalnız bu formada etiraz edə bildiyini deyəcəyini düşündüyünü, həmin cinayətləri törətmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 qeyd olunan epizodlarla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. Belə ki, göstərilən epizodlar üzrə zərərçəkmiş şəxs qismində tanınmış hər bir şəxsin ifadəsindən görünür ki, onlar ifadələrində əmlaklarının oğurlanması faktını göstərərək təsdiq etsələr də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini, kimin törədə biləcəyinə dair hər hansı ehtimalı göstərməmişlər. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxslərin cinayəti törətmiş şəxsi görməmələri və həmin cinayətin kim tərəfindən törədilməsini bilməmələri tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlaklarından məhrum edilmiş zərərçəkmiş şəxslərin mənafeləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxslər tərəfindən hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verilməsində məqsəd kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onların əmlaklarını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Hazırki halda istintaq orqanının istinad etdiyi sübut növlərindən biri olan təqsirləndirilən şəxsin ifadələri məhkəmə tərəfindən digər sübutlarla əlaqəli şəkildə tədqiq edilməklə təqsirləndirilən şəxsin sadəcə həmin ifadələrin məzmununu oxumadan imzaladığı ifadələr kimi qəbul edilir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadə verərək əmlakının oğurlandığını təsdiq etsə də, Təqsirləndirilən şəxs1 Nizami oğlunu hazırki məhkəmə iclasınadək görmədiyini, oğurluğun kimin tərəfindən törədildiyini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ittihamda göstərilən əmlaklarının oğurlandığını təsdiq etsə də, hadisədən bir gün sonra o, avtobusda olan videogörüntüyə baxdığını, avtobusda olan yanında hər hansı şəxsin dayanmadığını və oğurluğun orada baş vermədiyini gördüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sabunçu qəsəbəsində 173 nömrəli marşrut avtobusuna minmiş, üzü Pirşağı qəsəbəsinə gedən zaman sıxlıq olduğundan ayaq üstə dayanmışdır. O dərəcədə sıxlıq olmuşdur ki, o, arxaya çönə bilməmişir. Bir onu görmüşdür ki, arxasında kök bir qadın dayanmışdır. O sıxlıqda ona ən yaxın dayanan həmin qadından başqa kiminsə cibindən telefonu götürməsi mümkünsüz idi. Təqsirləndirilən şəxs1 ilk dəfə hazırda məhkəmədə görür. Oğurluğun onun tərəfindən deyil, məhz avtobusda arxasında dayanmış qadın tərəfindən törədildiyini düşünür. Çünki, o şəraitdə o qadından başqa kiminsə onun cibindən oğurluq etməsi mümkünsüz idi. Digər zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməsələr də, məhkəmə onların ibtidai istintaq zamanı verilmiş ifadələrini təhlil və tədqiq edərək qeyd edir ki, həmin ifadələrə cinayətlərin konkret şəxs törədilməsini təsdiq edə biləcək hər hansı digər mötəbər sübut olmadığı halda sadəcə oğurluq faktını təsdiq edən sübut kimi istinad oluna bilər. Yalnız həmin ifadələr əsasında hər hansı şəxsin həmin cinayətləri törətməsi qənaətinə gəlinməsi heç bir sübut olmadan formal mülahizələr əsasında hər hansı şəxsin ittiham olunması ilə nəticələnməsi deməkdir ki, bu da cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri bir araya sığmamaqla qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Məhkəmənin diqqətini cəlb edən məqamlardan biri ondan ibrarətdir ki, törədilməsi Təqsirləndirilən şəxs1 istinad olunan AR CM-nin 177.2.5-ci maddəsi ilə törədilmiş cinayətlər Təqsirləndirilən şəxs1 04 may 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ilə əlaqədar saxlanıldıqdan və fiziki təzyiqlərə məruz qaldıqdan sonra (bu hal yuxarıda göstərilən tibb kartları ilə və şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əsk etdirən videodiskdə olan görüntülərlə öz təsdiqini tapmışdır) müəmmalı bir şəkildə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 məxsus əmlakların Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi aşkar olunmuş və onun komputer vasitəsi ilə yazılmış etirafedici ifadələrinin iş materiallarına əlavə edilməsi yetərli hesab olunmuşdur. Belə ki, məhkəmə tərəfindən iş materialları tədqiq edilərkən aşkar edilmiş hal ondan ibarətdir ki, sadalanan oğurluq epizodları ilə bağlı polis bölməsinə şikayətlərin hər biri daxil olduqdan sonra 04 may 2022-ci il tarixdən sonrakı (şəxsin fiziki təsir-təzyiqə məruz qalmasından sonrakı tarixlər) müxtəlif tarixlərdə Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci polis şöbəsi tərəfindən oğurluq etmiş şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs1 olmasının müəyyən edildiyi göstərilsə də, iş materialları ilə hansı sübutlar və ya hansı tədbirlər nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Təqsirləndirilən şəxs1 müvafiq cinayətləri törətməsinin müəyyən edilməsi müəmmalı qalmışdır. Bundan savayı, Zərərçəkmiş şəxs17 Böyükağa qızı ilə bağlı epizodla bağlı cinayət işinin materiallarında olan (cild 02; i.v.170) izahatdan görünür ki, A4 vərəqdə qələm ilə yazılmış izahatın “İzahat” sözü də daxil olmaqla həmin sözdən yuxarıdakı yazılar başqa şəxs tərəfindən “İzahat” sözündən aşağıdakı cümlələr isə başqa şəxs tərəfindən icra olunmuş, Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuş imza isə onun iş materiallarında olan imzalarında fərqli şəkildə olmuş, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 həmin səhifə göstərildikdə o, imzanın özü tərəfindən düşünülmüş şəkildə fərqli çəkildiyini, ibtidai istintaq zamanı etirazını bildirməsinə baxmayaraq sənədləri imzalamağa məcbur edildiyindən etiraz əlaməti olaraq öz imzasını çəkmədiyini, gələcəkdə məhkəmədə təqsirsizliyinin göstəricisi kimi bu hala məhkəmənin diqqətini cəlb edərək həqiqətin müəyyən olunmasına nail olacağını düşündüyünü bildirmişdir. Məhkəmədə sadalanan oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilmədiyinə və onun həmin epizodlarla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadələrin həqiqi olmasına inam yaradan digər bir əsas ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə əlaqədar 04 may 2022-ci il tarixdə saxlanıldıqdan sonra Zərərçəkmiş şəxs17 Böyükağa qızının Sabunçu RPİ-nin 15-ci polis şöbəsinə daxil olmuş şikayəti ilə bağlı oğurluq cinayəti ilə bağlı guya Təqsirləndirilən şəxs1 05 may 2024-cü il tarixdə (üzərində xəsarətlərin aşkar olunduğu gündən bir gün sonra) özü etiraf edərək təxminən 02 ay əvvəl, 17 fevral 2022-ci il tarixdə 118 nömrəli avtobusda olan sərnişinin gödəkçəsinin cibindən telefonu oğurladığını bildirmiş, artıq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı şəhəri Sabunçu RPİ-nin 12ci polis şöbəsinə daxil olmuş AR CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi bağlı ərizələrdə göstərilən bütün cinayətlərin naməlum bir şəkildə, zərərçəkmiş şəxslərin ərizələrində konkret şəxs göstərilmədiyi, cinayətin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsinə dair bir dənə də olsun sübut (videogörüntü, maddi sübut, şahid ifadələri, əl-barmaq izləri və.s.) müəyyən edilmədiyi halda sadəcə həmin şöbənin rəisinin bir cümlədən ibarət məktubu əsasında cinayətlərin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi qənaətinə gəlinmişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs1 onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri bu qaydada müəyyən edilmişdir: “zərərçəkmiş şəxslərin hər birinin şikayət ərizələri yazılmış, hadisə yerlərinə baxış keçirilmiş, sonradan yeni hər hansı hal müəyyən edilmədən, şəxsin gəlib könüllü etirafı olmadan, hər hansı mötəbər sübut əldə edilmədən Təqsirləndirilən şəxs1 tərəfindən “etirafedici” məzmunda ifadələr şablon formada yazılmaqla hər biri təqsirləndirilən şəxs tərəfindən imzalanmış və bu hallar şəxsə ittiham verilməsi üçün yetərli hesab edilmişdir. Halbuki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 özünün könüllü olaraq yoxsa ona ünvanlanmış suala mı əsasən bu ifadələri verməsini müəyyən etmək mümkün olmamış, sadəcə şəxsiyyəti barədə məlumatlar və “hazırki cinayət işi üzrə aşağıdakılara göstərə bilərəm” cümləsi və komputer vasitəsi ilə yazılmış ifadədən ibarət “şahidi dindirmə protokolu”nun işə əlavə edilməsi məqbul hesab edilmişdir. Məhkəmə göstərilənləri ümumiləşdirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verilmiş ifadələrini səmimi və inandırıcı, ibtidai istintaq zamanı AR CPM-nin tələbləri gözlənilmədən tərtib edilərək imzalanmış ifadələrini isə təsir və təzyiq nəticəsində imzalanmış ifadələr kimi qiymətləndirir. İstintaq orqanın sözügedən epizodlar üzrə istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokollarıdır ki, məhkəmə qeyd edir ki, həmin protokol özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxslər tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəd olmaqla, hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Nəzərə alınsa ki, sadalanan epizodlar üzrə zərərçəkmiş şəxslər özləri iş materiallarında olan ifadələrində onların hər birinə məxsus əmlakın kim tərəfindən oğurlandığını görmədiklərini və heç kimdən şübhələnmədiklərini bildirmişlər, Zərərçəkmiş şəxs8 ona qarşı oğurluğun avtobusda arxasında dayanmış qadın tərəfindən törədildiyini güman etdiyini və avtobusda olan o sıxlıqda həmin qadından başqa kiminsə oğurluğu törətmə imkanının olmasının mümkünsüz olduğunu, digər zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs9 hadisədən bir gün sonra o, avtobusda olan videogörüntüyə baxdığını, avtobusda olan yanında hər hansı şəxsin dayanmadığını və oğurluğun orada baş vermədiyini göstərmişdir, təqsirləndirilən şəxs isə ibtidai istintaq zamanı fiziki təsir altında ifadələri oxumadan imzaladığını bildirmiş və onun fiziki təsirlərə məruz qalması həqiqətən də öz təsdiqini tapmışdır, iş materiallarında isə bunlardan savayı bir dənə də olsun mötəbər sübut yoxdur (təqsirləndirilən əl-barmaq izləri, hadisə günü təqsirləndirilən şəxsin həmin cinayəti törətməsini təsdiq edə biləcək şahid ifadəsi, videogörüntü, maddi sübut), məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan və məhkəmənin tədqiq etdiyi epizodlar üzrə Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar təqsirləndirilən şəxsin qeyd olunan epizodlarla, bununla da AR CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 “22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 ümumilikdə 460 manat maddi ziyan vurmaqla, 04 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 ümumilikdə 580 manat maddi ziyan vurmaqla, 08 yanvar 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs7 ümumilikdə 572 manat maddi ziyan vurmaqla, 17 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 ümumilikdə 308 manat maddi ziyan vurmaqla, 18 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 ümumilikdə 555 manat maddi ziyan vurmaqla, 25 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 ümumilikdə 355 manat maddi ziyan vurmaqla, 15 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 ümumilikdə 420 manat maddi ziyan vurmaqla, 17 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs17 ümumilikdə 315 manat maddi ziyan vurmaqla, 22 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 ümumilikdə 406 manat maddi ziyan vurmaqla, 23 fevral 2022ci il tarixdə Zərərçəkmiş şəxs12 450 manat maddi ziyan vurmaqla oğurluq etməsi” nə dair epizodlar və həmin epizodlarla əlaqədar təqsirləndirilən şəxsin əməlinin tövsif olunduğu AR CM-nin 177.2.5-ci maddəsi ona elan edilmiş ittihamdan xaric edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 “01 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ümumilikdə 440 manat maddi ziyan vurmaqla, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X17 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 aprel 2022-ci il tarixdə zərərçəkmiş şəxs X20 ümumilikdə 5873 manat 90 qəpik, xeyli miqdarda maddi ziyan vurmaqla, 25 aprel 2022-ci il tarixdə zərərçəkmiş şəxs Oktaı Rzaevə (X6) ümumilikdə 1271 manat 80 qəpik maddi ziyan vurmaqla, 03 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 600 manat maddi ziyan vurmaqla” təkrar oğurluq etməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, müvafiq ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs göstərilən epizodlardan ikisi- X20 və Zərərçəkmiş şəxs3 məxsus əmlakların oğurlanması ilə bağlı üzrə özünü təqsirli bilərək cinayətin törədilmə yeri, üsulu, mexanizmi barədə tam təfərrüatlı ifadələr vermiş və onun ifadəsində göstərdiyi xüsusatlar zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olmaqla yuxarıda sadalanan sübutlarla da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə təqsirli bilməsə də, qeyd olunan epizodla bağlı təqsirləndirilən şəxsin təqsirli olması zərərçəkmiş şəxsin ifadəsindəki xüsusatlar, həmin epizodla bağlı keçirilmiş ifadənin yerində yoxlanılmasına dair protokol, ən önəmlisi isə Zərərçəkmiş şəxs2 tərəfindən ona məxsus olması təsdiq olunmuş maddi sübutun təqsirləndirilən şəxsdə aşkar olunması və onun tərəfindən təqdim olunması və bununla əlaqədar keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə sübuta yetirilmişdir ki, belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 həmin epizodla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 özünü Oktaı Rzaevə (X6) məxsus əmlakların oğurlanmasında təqsirli bilməyərək həmin cinayəti törətmədiyini göstərsə də, məhkəmə həmin epizodla bağlı da təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması qənaətindədir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Oktaı Rzaev (X14) özü hadisə törədilən vaxt Bakı şəhərində olmadığından qardaşının ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etdiyini, onun hadisə yerinə gətirilən şəxsin oğurluq etdiyi şəraiti və mexanizmi əyani göstərdiyini, əmlakların yerini dəqiq izah etdiyini bildirdiyini göstərmiş və maddi sübut kimi ona polis əməkdaşları tərəfindən təqdim olunmuş 01 ədəd "Final" markalı 5 litir tutumlu günəbağan yağının, 01 ədəd "Beta Tea" markalı 500 qram tutumlu çayın, 01 ədəd "Berqa" markalı 225 qram tutumlu çayın ona məxsus əmlaklar olduğunu təsdiq etmişdir. Göründüyü kimi, qeyd olunan epizodla bağlı təqsirləndirilən şəxsin təqsirli olması zərərçəkmiş şəxsin ifadəsindəki xüsusatlar, həmin epizodla bağlı keçirilmiş ifadənin yerində yoxlanılmasına dair protokol, ən önəmlisi isə zərərçəkmiş şəxs Oktaı Rzaev (X14) tərəfindən ona məxsus olması təsdiq olunmuş maddi sübutların təqsirləndirilən şəxsdə aşkar olunması, onun tərəfindən təqdim olunması və bununla əlaqədar keçirilmiş müvafiq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə sübuta yetirilmişdir ki, belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 həmin epizodla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs1 “01 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ümumilikdə 440 manat maddi ziyan vurmaqla, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X17 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 aprel 2022-ci il tarixdə zərərçəkmiş şəxs X20 ümumilikdə 5873 manat 90 qəpik, xeyli miqdarda maddi ziyan vurmaqla, 25 aprel 2022-ci il tarixdə zərərçəkmiş şəxs Oktaı Rzaevə (X6) ümumilikdə 1271 manat 80 qəpik maddi ziyan vurmaqla, 03 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 600 manat maddi ziyan vurmaqla” təkrar oğurluq etməklə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 istinad olunan əməllərinin hər birinə münasibətdə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, ona verilmiş ittihamdan “22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 ümumilikdə 460 manat maddi ziyan vurmaqla, 04 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 ümumilikdə 580 manat maddi ziyan vurmaqla, 08 yanvar 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs7 ümumilikdə 572 manat maddi ziyan vurmaqla, 17 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 ümumilikdə 308 manat maddi ziyan vurmaqla, 18 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 ümumilikdə 555 manat maddi ziyan vurmaqla, 25 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 ümumilikdə 355 manat maddi ziyan vurmaqla, 15 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 ümumilikdə 420 manat maddi ziyan vurmaqla, 17 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs17 ümumilikdə 315 manat maddi ziyan vurmaqla, 22 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 ümumilikdə 406 manat maddi ziyan vurmaqla, 23 fevral 2022ci il tarixdə Zərərçəkmiş şəxs12 450 manat maddi ziyan vurmaqla oğurluq etməsi” nə dair epizodlar və həmin epizodlarla əlaqədar təqsirləndirilən şəxsin əməlinin tövsif olunduğu AR CM-nin 177.2.5-ci maddəsi xaric edilməli, onun “01 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ümumilikdə 440 manat maddi ziyan vurmaqla, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X17 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 aprel 2022-ci il tarixdə zərərçəkmiş şəxs X20 ümumilikdə 5873 manat 90 qəpik, xeyli miqdarda maddi ziyan vurmaqla, 25 aprel 2022-ci il tarixdə zərərçəkmiş şəxs Oktaı Rzaevə (X6) ümumilikdə 1271 manat 80 qəpik maddi ziyan vurmaqla, 03 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 600 manat maddi ziyan vurmaqla” təkrar oğurluq etməsi sübuta yetirildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli hesab olunaraq ona həmin maddələrlə Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 ilə bağlı aparılmış məhkəmə istintaqının nəticələrinə dair məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan “onun özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə X12ma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən zərərçəkmiş şəxs X2 ümumilikdə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizodun xaric edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü həmin epizod üzrə təqsirli bilməyərək həmin tarixdə ümumiyyətlə Bakı şəhərində deyil, Şəki şəhərində olduğunu, polis bölməsində təzyiqlərə məruz qaldığından verilmiş sənədləri oxumadan imzaladığını bildirmişdir. Məhkəmə həmin epizodla bağlı təqsirləndirilən şəxsin ifadəsində hadisə günü ümumiyyətlə Bakı şəhərində olmaması, Şəki şəhərində olması ilə bağlı göstərdiyi xüsusatın dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 29 dekabr 2021-ci il tarixdə anten dairə məlumatlarının məhkəməyə təqdim olunmasına dair 28 fevral 2024-cü il tarixli, 1(008)-249/2024 saylı qərarla "xxxx" MMC-yə müraciət etmiş, "xxxx" MMC tərəfindən verilmiş məlumatlarla Təqsirləndirilən şəxs2 həqiqətən də 29 dekabr 2021-ci il tarixdə bütün gün ərzində Şəki şəhərində olması və telefonun daim işlək vəziyyətdə olması müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, Bakı şəhərinə cinayətin törədildiyi tarixdə ümumiyyətlə gəlməməklə bütün gün ərzində Şəki şəhərində olan şəxs tərəfindən Bakı şəhəri ərazisində oğurluq cinayətinin törədilməsi fiziki olaraq real və mümkün deyildir ki, bu da təqsirləndirilən şəxsin qeyd olunan epizoda münasibətdə məhkəmə iclasında irəli sürdüyü arqumentin əsaslı olmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, o, ona elan edilmiş ittihamda göstərilən əməli törətməmişdir. Ümumiyyətlə o, həmin gün Sabunçu ərazisində olmamışdır. O, müstəntiqə Zərərçəkmiş şəxs1 məxsus əmlakları oğurladığını, oğurluğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə törətdiyini göstərməmiş, ona verilmiş sənədləri oxumadan imzalamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, o, ona elan edilmiş ittihamda göstərilən əməli törətməmişdir. Ümumiyyətlə o, həmin gün Sabunçu ərazisində olmamışdır. O, müstəntiqə Zərərçəkmiş şəxs1 məxsus əmlakları oğurladığını, oğurluğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə törətdiyini göstərməmiş, ona verilmiş sənədləri oxumadan imzaladığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fozenda yaşayış massivi, İ.Şıxlı küçəsi nömrəsiz fərdi tikili evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 14 radələrində övladları ilə birlikdə evin qapısını bağlayıb çıxmış, həmin vaxt onların evlərindən yan tərəfdə torpaq alaraq ev tikdirən qonşuları Mətləb də onlarla birlikdə avtobus dayanağına getmişdir. Həmin vaxt Mətləb onun uşaqları ilə birlikdə qapını bağlayaraq evdən çıxdığını görmüşdür. Dayanacaqda olarkən Mətləb geri qayıtmışdır. Həmin gün, təxminən saat 16:30 radələrində yaşadıqları evə qayıtdıqlarında evin bayır darvazısını açıb içəri daxil olan zaman evin bayıra baxan pəncərəsinin açıq olduğunu görmüşdür. Biraz yaxınlaşdıqdan sonra evin zirzəmisində olan nərdivanın divara söykənikli olduğunu və nərdivan vasitəsi ilə yaşadığə evə naməlum şəxsin oğurluq üçün pəncərəni açaraq evə girdiyini artıq anlamışdır. Dərhal evin giriş qapısını açaraq içəri daxil olduqda evin dağınıq olmadığını aşkar etmişdir. Qonaq otağına keçdiyində “Stenka” kimi tanınan mebelin siyirtməsinin açıq olduğunu aşkar etmiş və mebelin siyirtməsinə baxan zaman orada saxladığı 1000 manat nağd pulunun, 01 ədəd dəqiq qramını xatırlamadığı qızıl boyunbağının və 01 ədəd dəqiq qramını xatırlamadığı qızıl bilərziyinin yerində olmadığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona maddi olaraq ümumilikdə 1150 manat maddi ziyan dəymişdir. O, dərhal bilmişdir ki, onun evinə girərək oğurluq edən şəxs qonşuları Mətləbdir. Belə ki, hadisədən öncə bir neçə dəfə Mətləb onun ərindən borca pul istəmiş, yoldaşı pul vermədikdə Mətləb “evinə 2000 manatlıq kombi qoyursan, mənə niyə pul vermirsən?” demişdir. Hadisədən öncə qızı evdə tək olan zaman Mətləb onların həyətinin hasarından tullanaraq qapını döymüş, qızı qapını açan zaman bel istəmiş, qızı isə ona beli padvaldan götürə biləcəyini demiş, Mətləb isə çıxıb getmişdir. O, bundan oğurluqdan sonra xəbər tutmuşdur. Yoxsa elə həmin vaxt Mətləbin hasardan tullanaraq qanunsuz onların həyətinə daxil olması ilə bağlı polisə müraciət edərdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs polis orqanına verdiyi izahatında Mətləbin adını deyərək oğurluqda ondan şübhələndiyini dediyini, Mətləbin polis bölməsinə çağırıldığını, oradan qayırdarkən Mətləbin ona evlərindən oğurluq etmədiyini, polisin oğurluq edən başqa şəxsi tapacağını dediyini, məhz bu cümlənin özünün şübhə doğurduğunu və Mətləbin sanki məsuliyyətdən kənarda qalacağına əmin olduğunu göstərdiyini, hazırda məhkəməyə verilmiş şəxslərin onun evindən oğurluq etdiklərinə inanmadığını, onun evindən oğurluq edən şəxsin Mətləb olduğunu bildirmişdir. Göründüyü kimi, göstərilən epizod üzrə cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi onun istifadəsində olmuş mobil nömrənin anten məlumatları ilə yanaşı, verilmiş ittihama görə həmin cinayətin törədilməsində onunla birlikdə iştirak etmiş şəxslərin, ən önəmlisi isə zərərçəkmiş şəxsin həm məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, həm də ibtidai istintaq zamanı verdiyi (cild 01; i.v.57) izahatı ilə təkzib edilmişdir. Belə ki, sözügedən epizod üzrə Zərərçəkmiş şəxs1 cinayət işinin materiallarında olan (cild 01; i.v.57) ilkin izahatından da görünür ki, o, həmin izahatında onun evindən oğurluq edən şəxsi tanıdığını, oğurluğun qonşusu Mətləb tərəfindən törədildiyindən şübhələndiyini açıq-aşkar bildirmişdir. Lakin nədənsə ibtidai istintaq orqanı hadisədən qısa müddət sonra zərərçəkmiş şəxsin verdiyi ifadəsində evindən oğurluq etməsini ehtimal etdiyi şəxsin adını və həmin Mətləb adlı şəxsin onun qonşusu olmasını konkret olaraq göstərməsinə baxmayaraq həmin xüsusatı görməzdən gəlməklə həmin şəxsin müəyyən edilməsi, onun izahatının alınması, bununla da iş üzrə həqiqətin müəyyən edilməsi istiqamətində heç bir tədbir görmədən şablon yazılmış ifadələr əsasında təqsirləndirilən şəxslərə ittiham irəli sürməyi məqbul hesab etmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə Təqsirləndirilən şəxs2 “özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə X12ma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən zərərçəkmiş şəxs X2 ümumilikdə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizod üzrə təqsirli olmasının sübuta yetirilmədiyini və həmin epizod üzrə ibtidai istintaq orqanın istinad etdiyi hər bir sübutun məhkəmə istintaqı zamanı təkzib edildiyini (həm zərərçəkmiş şəxsin, həm də hər üç təqsirləndirilən şəxsin ifadələri (nəzərə alınsa ki, iş materiallarında həmin epizodla bağlı göstərilən şəxslərin ifadələrindən başqa hər hansı mötəbər sübut olmamışdır)) nəzərə alaraq həmin epizodun Təqsirləndirilən şəxs2 verilmiş itthamdan xaric edilməsinin qanuni və əsaslı olması qənaətinə gəlir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs14 məxsus pulu oğurlamadığını göstərsə də, məhkəmə iclasında zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı onun yalan ifadə verdiyini, sexin açarının onun özündən başqa Hümmətdə olduğunu, hadisədən sonra Hümmətin onun zənglərinə cavab vermədiyini, sonradan isə Hümmətin ona pulu götürdüyünü etiraf etdiyini bildirən zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs14 heç bir söz deməmiş və zərərçəkmiş şəxsin məhkəmə iclasında irəli sürdüyü dəlillərə əks arqument irəli sürə bilməmişdir ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı həmin epizodla bağlı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15 və X28 ilə bağlı epizodlar üzrə özünü təqsirli bilərək etirafedici ifadələr vermiş, onun həmin maddə ilə təqsirli olması özünün həmin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, X20 münasibətdə Təqsirləndirilən şəxs1 ifadəsi, şahid ifadələri, aşkar olunmuş maddi sübutların X28 tərəfindən ondan oğurlanmış əmlaklar olmasını təsdiq etməsi, müvafiq məhkəmə-əmətəəşünaslıq ekspertizasının rəyi ilə tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə törədilməsi Təqsirləndirilən şəxs2 istinad olunan əməllərinin hər birinə münasibətdə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan “onun özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən zərərçəkmiş şəxs X2 ümumilikdə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizod xaric edilməli, o, ittihamda göstərilən digər epizodlara münasibətdə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddələrlə Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə bağlı aparılmış məhkəmə istintaqının nəticələrinə dair məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onların qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas olmamaqla qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ittihamda qeyd olunan ünvandan oğurluq etmədiyini, ümumiyyətlə həmin gün Sabunçu rayonu ərazisində olmadığını, müstəntiqə Zərərçəkmiş şəxs1 məxsus əmlakları oğurladığını, oğurluğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə törətdiyini göstərmədiyini, ona verilmiş sənədləri oxumadan imzaladığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində hadisə günü ümumiyyətlə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmaması ilə bağlı göstərdiyi xüsusatın dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrin 29 dekabr 2021-ci il tarixdə anten dairə məlumatlarının məhkəməyə təqdim olunmasına dair 28 fevral 2024-cü il tarixli, 1(008)-249/2024 saylı qərarla "xxxx" MMC-yə müraciət etmiş, "xxxx" MMC tərəfindən verilmiş məlumatlarla Təqsirləndirilən şəxs3 həqiqətən də 29 dekabr 2021-ci il tarixdə bütün gün ərzində Sabunçu rayonu ərazisinə bir dəfə də olsun gəlməməsi, onun gün ərzində Səbail rayonu, Xırdalan şəhəri ərazisində olması, günün əksər hissəsi, o cümlədən, oğurluq əməlinin törədildiyi saatlarda Neftçilər prospektində olması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ona elan edilmiş ittihamda göstərilən əməli törətmədiyini, ümumiyyətlə o, həmin gün Sabunçu ərazisində olmadığını, müstəntiqə Zərərçəkmiş şəxs1 məxsus əmlakları oğurladığını, oğurluğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə törətdiyini göstərmədiyini, ona verilmiş sənədləri oxumadan imzaladığını bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən həmin cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 da özünün həmin cinayətdə təqsirli bilməmiş, həmin gün ümumiyyətlə Bakı şəhərində deyil, Şəki şəhərində olduğunu bildirmiş, həqiqətən məhkəmə istintaqı zamanı aparılmış araşdırma nəticəsində onun 29 dekabr 2021-ci il tarixdə bütün gün ərzində Şəki şəhərində olması müəyyən edillmiş və nəticədə ona verilmiş ittihamdan həmin oğurluqla bağlı olan epizod xaric edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 29 dekabr 2021-ci il tarixdə Bakı şəhərindən ümumiyyətlə olmamasının və bununla da X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurluq etməməsinin mötəbər sübutlarla müəyyən edilməsini, buna baxmayaraq iş materiallarına onun cinayəti Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la törətməsinə dair komputer vasitəsi ilə yazılmış ifadələrin, o cümlədən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin oğurluğu Təqsirləndirilən şəxs2 birlikdə törətmələrinə dair şablon və eyni cümlələrdən ibarət ifadələrinin əlavə edildiyini, həmçinin, həmin epizod üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında göstərdiklərini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verilmiş ifadələrini formal tərtib edilərək işə əlavə edilmiş və işin həqiqi hallarını əks etdirməyən ifadələr kimi qiymətləndirir. Məhkəmə həmin epizodla bağlı cinayət törətmiş şəxslərin müəyyən edilməsindən başlayaraq onların hər birinin ifadələrindəki xüsusatların təhlil edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 29 dekabr 2021-ci il tarixdə evindən oğurluq edilməsi bağlı DİN-nin 102 Xidmətinə məlumat vermiş, ilkin izahatı alınarkən evindən oğurluq edən şəxsin qonşusu Mətləb olmasından şübhələndiyini bildirmiş, 19 iyul 2022-ci il tarixdə cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə dayandırılmış (cild 01; i.v.71), 11 oktyabr 2022-ci il tarixdə bir sıra istintaq hərəkətlərinin həyata keçirilməsinin zəruri olması əsası ilə cinayət işi üzrə icraat təzələnmiş (cild 01; i.v.73), həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış, elə həmin tarixdə də Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin məktubu ilə (cild 01; i.v.86) Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 saxlanılaraq dindirilməsi üçün müstəntiqə verilməsi həyata keçirilmiş, həmin tarixdə müstəntiq heç bir dəqiqləşdirmə aparmadan, hər hansı əsas olmadan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əməllərinin AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməsi barədə qərar qəbul etmişdir ki, bu hallar özü sözügedən epizod üzrə araşdırmanın nə dərəcədə səthi və formal aparılmasının göstəricisidir. Məhkəmə qeyd edir ki, qeyd olunan sənədlər əsasında nə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsi tərəfindən təqdim edilmiş məktubla qeyd olunan cinayətin məhz Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsinin hansı qaydada, hansı sübutlar əsasında aşkar edilməsi müəyyən edilməmiş, nə də müstəntiqin hansı əsasla, heç bir araşdırma aparmadan və heç bir mötəbər sübut olmadan sadəcə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsi tərəfindən təqdim edilmiş məktuba istinad edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əməllərinin AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif etməsi müəmmalı və qaranlıq qalmışdır. Bundan sonra müstəntiq təqsirləndirilən şəxslərin komputer vasitəsi ilə biri digərindən kopyalanmaqla sadəcə hər təqsirləndirilən şəxsin ifadəsində müvafiq olaraq adlar dəyişilməklə yazılmış ifadələrini iş materiallarına əlavə etmiş və bununla da Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 qeyd olunan oğurluq cinayətində təqsirli olmalarının sübuta yetirilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin ifadələrə bir-bir nəzər yetirdikdə ifadələrin formal yazılması, iş üçün əhəmiyyət kəsb edən xüsusatların araşdırılmaması açıq-aşkar görünməkdədir. İfadələrə görə təqsirləndirilən şəxslərin oğurladıqları əmlakları Təqsirləndirilən şəxs3 satmış, həmin satışdan əldə edilmiş, o cümlədən, oğurluq zamanı talanmış 1000 manat pulu təqsirləndirilən şəxslər üçü arasında bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. Həmin ifadələrlə bağlı məhkəmənin diqqətini cəlb edən məqam ondan ibarət olmuşdur ki, müstəntiq təqsirləndirilən şəxsin şablon və eyni cümlələrdən ibarət ifadələrini yazmaqla kifayətlənərək Təqsirləndirilən şəxs3 əmlakları hansı qiymətə satmasını dəqiqləşdirməyə, onun qızılları satdığı yeri müəyyən etməyə, əldə edilmiş pul vəsaitini aralarında hansı qaydada bölüşdümələri ilə bağlı onlara sual verməyə lüzum görməmiş və bir səhifəlik ifadələr əsasında cinayət işinin məhkəməyə göndərilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməyi məqbul hesab etmişdir. Həmin ifadələrdə şübhə doğuran bir məqam da ondan ibarətdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 eyni cümlələrdən ibarət ifadələrində Təqsirləndirilən şəxs3 qızılları neçəyə satdıqlarını bilmədiklərini və talanmış pulla birlikdə qızıların satışından əldə edilmiş pul məbləğini aralarında hansı qaydada böldüklərini xatırlamadıqlarını göstərmişlər. Halbuki, onların hər ikisinin eyni anda Təqsirləndirilən şəxs3 qızılları hansı qiymətə satmasını xatırlamaması, həm də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 qızılları neçəyə satmasını bilməmələri və talanmış əmlakı aralarında hansı qaydada bölüşdürdüklərini xatırlamamaları inandırıcı və real olmamaqla həmin ifadələrin müstəntiq tərəfindən düşünülmüş ssenariyə uyğun yazılmaqla təqsirləndirilən şəxslərə imzalatdırılmasının göstəricisidir. Əks halda müstəntiq oğurlanmış əmlakların satıldığı yerin müəyyən edilməsi, orada olan maddi sübutların götürülməsi və iş üzrə mötəbər sübutların cinayət işinin materiallarına əlavə edilməsi istiqamətində tədbirlər görər və hazırki vəziyyətdə heç bir mötəbər sübutla təsdiq olunmayan epizodla bağlı cinayət işini məhkəməyə təqdim etməzdi. Göründüyü kimi, ibtidai istintaq orqanının törədilməsi Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 istinad olunan oğurluq cinayəti ilə bağlı istinad etdiyi sübutlar təqsirləndirilən şəxslərin özlərinin ifadələri və zərərçəkmiş şəxsin özünün “evindən oğurluq edilməsi və kimin oğurluq etməsi”nə dair bildirdiyi ifadələri olmuşdur: 1.Təqsirləndirilən şəxslərin etirafedici ifadələri-hansı ifadələr ki, komputer vasitəsi ilə yazılmaqla imzalanmış, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxslər hər biri göstərilən ünvandan oğurluq etmədiklərini bildirmişlər. Məlumdur ki, hətta təqsirləndirilən şəxslər özlərini cinayətdə təqsirli bilsələr belə, onların həmin etirafedici ifadələri mütləq qaydada digər mötəbər sübutlarla təsdiq olunmalıdır ki, hazırda göstərilən epizod üzrə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı imzaladıqları ifadələrində göstərilən xüsusatları təsdiq edən hər hansı sübuta iş materiallarında rast gəlmək mümkün olmamışdır.

2. Zərərçəkmiş şəxs1 ifadəsi-hansı ifadəsində ki, zərərçəkmiş şəxs evindən oğurluq edilməsini bildirərək konkret olaraq həmin oğurluqda kimdən şübhələndiyini də açıq-aşkar göstərmiş, lakin nədənsə ibtidai istintaq orqanı həmin halı görməzdən gələrək araşdırmağa lüzum görməmiş və barələrində başqa cinayət işləri olan təqsirləndirilən şəxslərin həmin cinayətdə təqsirli bilməyi daha məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə istintaqı zamanı da Zərərçəkmiş şəxs1 polis orqanına verdiyi izahatında Mətləbin adını deyərək oğurluqda ondan şübhələndiyini dediyini, Mətləbin polis bölməsinə çağırıldığını, oradan qayırdarkən Mətləbin ona evlərindən oğurluq etmədiyini, polisin oğurluq edən başqa şəxsi tapacağını dediyini, məhz bu cümlənin özünün şübhə doğurduğunu və Mətləbin sanki məsuliyyətdən kənarda qalacağına əmin olduğunu göstərdiyini, hazırda məhkəməyə verilmiş şəxslərin onun evindən oğurluq etdiklərinə inanmadığını, onun evindən oğurluq edən şəxsin Mətləb olduğunu bildirmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hadisə törədildiyi gün Bakı şəhərində ümumiyyətlə olmamasının, Təqsirləndirilən şəxs3 isə hadisə günü ümumiyyətlə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmamasının, əksinə oğurluq baş verən saatlarda Neftçilər prospektində olmasının onların mobil nömrələrinin anten dairə məlumatları ilə müəyyən edilməsini nəzərə alaraq təqsirləndirilən şəxslərdən birinin ümumiyyətlə Bakı şəhərində, digərinin isə Sabunçu rayonu ərazisində olmamalarının müəyyən edildiyi halda onların guya etirafedici ifadələr vermələrinə istinad olunması müvafiq sənədlərin Bakı şəhərində olmayan Təqsirləndirilən şəxs2 formal imzalatdırılması və digər təqsirləndirilən şəxslərin də ifadələrində cinayəti məhz Təqsirləndirilən şəxs2la birlikdə törətmələrini göstərmələri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da müvafiq cinayəti törətməmələrinə, formal sənədləri imzalamalarına və bununla da təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrin həqiqi olmasına inamın artmasına şərait yaradır. İstintaq orqanın sözügedən epizod üzrə istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokoludur ki, məhkəmə qeyd edir ki, həmin protokol özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxs tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəd olmaqla, hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları qənaətinə gələrkən istinad etdiyi sübutlar hər biri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla təkzib olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli olmaları qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Əsas qanunun 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X22 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhəmə işin müəyyən edilmiş hallarını nəzərə alıb qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli olmalarının sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi epizodların əhatə olunduğu AR CM-nin 177.2.1, 177.2.2., 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.46). “Şübhəli şəxsin tutulması haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 11 oktyabr 2022-ci il tarixdə, saat 14:00-da tutulmuşdur (cild 01, i.v.104). “Şübhəli şəxsin tutulması haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 11 oktyabr 2022-ci il tarixdə, saat 15:40-da tutulmuşdur (cild 01, i.v.134). “Şübhəli şəxsin tutulması haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 oktyabr 2022-ci il tarixdə, saat 17:20-də tutulmuşdur (cild 01, i.v.164). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs3 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 01, i.v.232-234). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs4 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 01, i.v.236-238). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (cild 01, i.v.240-242). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.243-244). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.247-248). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 02; i.v.01-02). “Şübhəli şəxsin tutulması haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdə, saat 10:30-dan tutulmuş hesab edilmişdir (cild 02, i.v.83). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 4(008)-361/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 04 may 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02; i.v.225-228). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində AR CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli, 1657 nömrəli Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 aprel 2021-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 02, i.v.248-249). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 1(007)- 303/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 03; i.v.165-170). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 4(008)- 634/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (cild 05; i.v.184-188). “Şübhəli şəxsin tutulması haqqında” 08 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 may 2022-ci il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir (cild 06; i.v.18). Hacıqabul Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 4(071)-69/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 08 may 2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 06; i.v.37-39). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 333.3, 333.4 maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 dekabr 2019-cu il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 08 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 11 avqust 2020-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır (cild 06, i.v.66). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 06; i.v.117-118). Tərtər Hərbi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 1(098)-299/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 06; i.v.151-159). Hacıqabul Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 4(071)-101/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 ay 10 gün müddətə, yəni 18 sentyabr 2022-ci il tarixədək uzadılmışdır (cild 06; i.v.227-229). Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 4(103)-509/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 4(008)-634/2022 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddətinin 01 ay 24 gün müddətə uzadılması, həbsin əvvəlinin 10 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 06; i.v.242-245). “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 07; i.v.26-27). Bakı İstintaq Təcridxanasın tərəfindən tərtib edilmiş 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 04 oktyabr 2022-ci il tarixdə bitdiyindən o, həmin tarixdə BİT-dən azad edilmişdir (cild 07; i.v.48). “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 07; i.v.60-61). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından hər ay dövlət nəfinə 15% pul tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tqəsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 04 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 iyul 2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ona 05 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 10 noyabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 oktyabr 2022-ci il tarixdə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi 03 mart 2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 07, i.v.240- 242). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Oğuz Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 228.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 iyul 2020-ci il tarixdə Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 13 oktyabr 2022-ci il tarixdə AR CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 01 iyul 2023-cü il tarixdə cinayət işi üzrə icraat dayandırılmış, 27 oktyabr 2022-ci il tarixdə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi 03 mart 2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 07, i.v.243-244). Oğuz Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 1(054)-27/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 AR CM-nin 228.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 07; i.v.248-259). Oğuz Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(054)-10/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, Təqsirləndirilən şəxs3 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə AR CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hər ikisinin cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir (cild 08; i.v.13-27). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(007)-361/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 29,180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətə, 29,180.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2-ci maddəsinə əsasın ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaməkmə müddətinin əvvəlinin 07 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir (cild 08; i.v.31-36). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(001)- 722/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 22 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir (cild 08; i.v.37-48). Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X28 teleqramla məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməllərini qismən etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2), X20 dəymiş zərərin tam, ümumilikdə vurulmuş zərərin qismən ödənildiyini (CM-59.1.14), zərərçəkmiş şəxslər X28 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə olunduğunu (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını (CM- 61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(007)- 361/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hal kimi əməlində cinayətin residivinin olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(007)-361/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və onun başqa hökmə əsasən cəza çəkməklə həbsdə olması nəzərə alınmalıdır.

Təqsirləndirilən şəxs2 törətdiyi AR CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qismən, AR CM-nin 185.2.1-ci maddəsi ilə tam etiraf edərək əməllərindən peşman olmasını (AR CM-59.2), X20 dəymiş zərərin tam, ümumilikdə vurulmuş zərərin qismən ödənildiyini (CM-59.1.14), zərərçəkmiş şəxslər X28 və Zərərçəkmiş şəxs14 ilə barışıq əldə olunmasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Oğuz Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(054)- 10/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və onun başqa hökmə əsasən cəza çəkməklə həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut-01 ədəd "Final" markalı 5 litir tutumlu günəbaxan yağı, 01 ədəd "Beta Tea" markalı, 500 qram tutumlu çay, 01 ədəd "Berqa" markalı 225 qram tutumlu çay qanuni sahibi Oktaı Rzaevdə, 01 ədəd "Boschhammer" markalı, yaşıl rəngli, orta ölçülü perforator qanuni sahibi Zərərçəkmiş şəxs2 saxlanılmalıdır. İş üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar yaranmış cəmi 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tərəfindən 125 manat, Təqsirləndirilən şəxs2 tərəfindən 25 manat olmaqla dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları sübuta yetirilmədiyindən onlara AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, hər biri barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və onlara bəraət almalarıı ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmələri, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməli, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, Təqsirləndirilən şəxs1 “22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 ümumilikdə 460 manat maddi ziyan vurmaqla, 04 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 ümumilikdə 580 manat maddi ziyan vurmaqla, 08 yanvar 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs7 ümumilikdə 572 manat maddi ziyan vurmaqla, 17 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 ümumilikdə 308 manat maddi ziyan vurmaqla, 18 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 ümumilikdə 555 manat maddi ziyan vurmaqla, 25 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 ümumilikdə 355 manat maddi ziyan vurmaqla, 15 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 ümumilikdə 420 manat maddi ziyan vurmaqla, 17 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs17 ümumilikdə 315 manat maddi ziyan vurmaqla, 22 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 ümumilikdə 406 manat maddi ziyan vurmaqla, 23 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs12 450 manat maddi ziyan vurmaqla oğurluq etməsi” nə dair epizodlar və həmin epizodlarla əlaqədar təqsirləndirilən şəxsin əməlinin tövsif olunduğu AR CM-nin 177.2.5-ci maddəsi ona elan edilmiş ittihamdan xaric edilməli, o, AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalı, Təqsirləndirilən şəxs2 “özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən zərərçəkmiş şəxs X2 ümumilikdə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizod üzrə təqsirli olmasının sübuta yetirilmədiyi və həmin epizod üzrə ibtidai istintaq orqanın istinad etdiyi hər bir sübutun məhkəmə istintaqı zamanı təkzib edildiyi nəzərə alınaraq həmin epizod Təqsirləndirilən şəxs2 verilmiş itthamdan xaric edilməli, o, AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları daxilində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 1,424 qram çəkidə psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,374 qram metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Məhkəmə-kimyəvi ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri 110 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsini özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(007)-361/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə hazırki hökmlə təyin edilmiş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdən 03 avqust 2023-cü il tarixədək, 10 avqust 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 04 ay 24 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 il 04 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan xaric edilmiş “22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 ümumilikdə 460 manat maddi ziyan vurmaqla, 04 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 ümumilikdə 580 manat maddi ziyan vurmaqla, 08 yanvar 2022ci il tarixdə, Zərərçəkmiş şəxs7 ümumilikdə 572 manat maddi ziyan vurmaqla, 17 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 ümumilikdə 308 manat maddi ziyan vurmaqla, 18 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 ümumilikdə 555 manat maddi ziyan vurmaqla, 25 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 ümumilikdə 355 manat maddi ziyan vurmaqla, 15 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 ümumilikdə 420 manat maddi ziyan vurmaqla, 17 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs17 ümumilikdə 315 manat maddi ziyan vurmaqla, 22 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 ümumilikdə 406 manat maddi ziyan vurmaqla, 23 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs12 450 manat maddi ziyan vurmaqla oğurluq etməsi” nə dair epizodlarla bağlı icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Oğuz Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(054)- 10/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 11 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 08 may 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 10 gün müddət, cəmi 04 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 04 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və başqa cinayət işi ilə bağlı azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və başqa cinayət işi ilə bağlı azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs4 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut-01 ədəd "Final" markalı 5 litir tutumlu günəbaxan yağı, 01 ədəd "Beta Tea" markalı, 500 qram tutumlu çay, 01 ədəd "Berqa" markalı 225 qram tutumlu çay qanuni sahibi Oktaı Rzaevdə, 01 ədəd "Boschhammer" markalı, yaşıl rəngli, orta ölçülü perforator qanuni sahibi Zərərçəkmiş şəxs2 saxlanılsın. İş üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar yaranmış cəmi 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tərəfindən 125 manat, Təqsirləndirilən şəxs2 tərəfindən 25 manat olmaqla dövlət büdcəsinə ödənilsin. “29 dekabr 2021-ci il tarixdə X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi, İsmayıl Şıxlı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən zərərçəkmiş şəxs X2 ümumilikdə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etməsi”nə dair epizodla bağlı icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs4 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar