Məhkəmə qərarları › İş №1(008)-25/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-25/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-25/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Xırdalan şəhəri H.Əliyev prospekti, “AAF park” yaşayış kompleksində kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hazırda Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən X7 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, guya oğlu X18 Respublikasındakı universitetlərin birinə qəbul etdirəcəyi adı ilə aldadaraq, 2020-ci ilin iyul ayının ortalarından xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsində və Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən elektron ödəmə terminalları vasitəsi ilə «Bank of Baku» və «Unibank» banklarındakı hesablarına hissə-hissə olmaqla ümumilikdə 1980 manat pulu köçürtməsinə nail olub həmin vəsaiti nağdılaşdıraraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə edən qəsdlə ümumilikdə 1980 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək guya onu Türkiyə Respublikasındakı universitetlərin birinə qəbul etdirəcəyi adı ilə aldadaraq, 2020-ci ilin iyul ayının ortalarından xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsində və Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən elektron ödəmə terminallarından «Bank of Baku» və «Unibank» banklarındakı hesablarına hissə-hissə olmaqla ümumilikdə 1980 manat pulu köçürtməsinə nail olub həmin vəsaiti nağdılaşdıraraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə edən qəsdlə ümumilikdə 1980 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək guya onu Türkiyə Respublikasının Çorum Hitit universitetinə qəbul etdirəcəyi adı ilə aldadaraq, 2020-ci ilin dekabr ayından 2021-ci ilin mart ayına qədər olan müddət ərzində Qazax rayonunun Daş Salahlı kəndində yerləşən elektron ödəmə terminalı, həmçinin mobil tətbiqi vasitəsi ilə, “Bank of Baku”ya aid bank hesabına hissə-hissə olmaqla ümumilikdə 3787 manat pulu köçürməsinə nail olub həmin vəsaiti nağdılaşdıraraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə edən qəsdlə ümumilikdə 3787 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək güya sonuncunun övladı X9 Türkiyə Respublikasının Atatürk Universitetinə qəbul etdirəcəyi adı ilə aldadaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən elektron ödəmə terminalı vasitəsi ilə «Bank of Baku»ya aid bank hesabına xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə isə 300 manat, ümumilikdə 600 manat pulu köçürməsinə nail olub həmin vəsaiti nağdılaşdıraraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə edən qəsdlə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək guya onu Türkiyə Respublikasının X11inə qəbul etdirəcəyi adı ilə aldadaraq, 2021-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayına qədər olan müddət ərzində yaşadığı ünvan 2 ünvandan mobil tətbiqi, həmçinin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən poçt vasitəsi ilə "Azərbaycan Beynəlxalq Bank" və «Bank of Baku»a aid bank hesablarına hissə-hissə olmaqla ümumilikdə 1061 manat pulu köçürməsinə nail olub həmin vəsaiti nağdılaşdıraraq ələ keçirməklə Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə edən qəsdlə ümumilikdə 1061 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 Türkiyə Respublikasının Turizm universitetində təhsil alan oğlu Turan Məmmədovu Azərbaycan Respublikasının Bakı şəhərindəki universitetlərdən birinə dəyişdirəcəyi adı ilə aldadaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşən elektron ödəmə teminalı vasitəsi ilə "Azərbaycan Beynəlxalq Bankına” aid bank hesabına xx.xx.2021-ci il tarixdə 500 manatın, 2021-ci ilin dekabr ayının əvvəllərində isə 400 manatın köçürməsinə nail olub həmin vəsaiti nağdılaşdıraraq, həmçinin 2021-ci ilin dekabr ayının axırlarında yaşadığı ünvan 4 ünvanda verdiyi 300 manatı alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə edən qəsdlə ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-2019-cu illərdə Türkiyə Respublikası, Balıkəsir şəhəri, Bandırma rayonunda yerləşən "17 Eylül" universitetində, iqtisadiyyat fakultəsində oxumuş, sonradan Azərbaycana qayıdaraq ixtisası ilə əlaqədar iş axtarsa da, tapa bilməmişdir. Bundan sonra ehtiyacı olduğu üçün təhsillə əlaqədar Türkiyə Respublikasında Türkiyə universitetlərinə qəbul qaydalarını bildiyindən «instaqram» sosial şəbəkəsində "HM" adı altında səhifə yaradıb orada Türkiyə Respublikasında tək atestatla və imtahansız universitetlərə tələbə qəbul etdirməyi barədə elan vermişdir. Bu barədə bütün tanışları, o cümlədən Türkiyə Respublikasında təhsil alarkən tanış olduğu X4 da bildirmişdir. 2020-ci ilin iyul ayının ortalarında Fuad ona zəng edərək Zərərçəkmiş şəxs1 adlı şəxsin, oğlu X16 Respublikasında universitetlərin birinə qəbul etdirmək istədiyini demişdir. O, Fuada bildirmişdir ki, telefon nömrəsini Zərərçəkmiş şəxs1 versin, Zərərçəkmiş şəxs1 özü ona zəng vursun. Bu söhbətdən bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng vurmuş, Abşeron rayonu, Masazır qəsəbəsinə görüş təyin edib orada görüşmüşlər. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, böyük şirkəti var, həmin şirkət vasitəsi ilə Türkiyə Respublikasında olan universitetlərə tələbə qəbul etdirir. Bayrama demişdir ki, oğlunu 1300 manat müqabilində Türkiyə universitetinə qəbul etdirə bilər, həmin 1300 manatdan bir hissəsini Türkiyəyə göndərəcək, bir hissəsini isə təhsil alacaq uşağın sənədlərinin hazırlanmasına və notariat qaydada təsdiq edilməsinə xərcləyəcək. Bir hissəsini isə özü üçün götürəcək. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və demişdir ki, 1300 manatı tam deyil, hissə-hissə verəcək. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 oğlu Rəvan Hüseynlinin atestatını, şəxsiyyət vəsiqəsini, pasportunu və 4X6 ölçüdə fotoşəkillərini ona vermişdir. O, qəbul prosesini bildiyindən internet vasitəsilə bir neçə Türkiyə universitetinin saytına daxil olub Rəvan Hüseynlinin adından müraciətlər göndərmişdir. Zərərçəkmiş şəxs1 zəng edərək “WhatsApp” vasitəsilə göndərdiyi hesaba ödəniş etməsini demişdir. Zərərçəkmiş şəxs1 2020-ci ilin iyul ayının ortalarından xx.xx.2020-ci il tarixədək "Bank of Baku" və "Unibank" banklarında olan hesablarına ödənişlər etmişdir. O, həmin pulları nağdılaşdıraraq şəxsi işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs1la görüşəndən iki həftə sonra, yəni 2020-ci ilin iyul ayında Bayram ona zəng edərək oğlu Rəvanın tanışı Zərərçəkmiş şəxs3 da Türkiyədəki universitetlərdən birinə qəbul olmaq istədiyini demişdir. O, həll edə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 “WhatsApp” vasitəsilə ona Zərərçəkmiş şəxs3 sənədlərinin surətlərini göndərmişdir. O, Zərərçəkmiş şəxs3 adından internet vasitəsilə bir neçə Türkiyə universitetlərinin saytına müraciətlər göndərmişdir. Zərərçəkmiş şəxs1 oğlu Rəvan Hüseyinlinin və Zərərçəkmiş şəxs3 işlərini həll etməsi üçün ümumilikdə 2600 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs1 həmin pulları hissə-hissə onun bank hesabına göndərmişdir. O, həmin pulları nağdılaşdıraraq şəxsi işlərinə xərcləmişdir. xx.xx.2020-ci il tarixdə Rəvan Hüseynli və Zərərçəkmiş şəxs3 "Kayseri Erciyes" universitetinə müraciətlərinin daxil olması barədə məktub alaraq həmin məktubları Zərərçəkmiş şəxs1 göndərmiş və Rəvanla Nurlanın xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasına getmələri lazım olduğunu bildirmişdir. Həmin ərəfədə universitetdən maraqlanarkən müəyyən etmişdir ki, Rəvan və Nurlanın universitetə qəbulları alınmayıb. Növbəti günlərdə pul lazım olduğundan telefon vasitəsi ilə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Rəvan və Nurlanın tibbi sığortalarını, miqrasiya və bilet məsələlərini həll etmək üçün hər biri 680 manat pul verməlidirlər. Zərərçəkmiş şəxs1 2 dəfəyə, hər dəfə 680 manat, cəmi 1.360 manat pulu hesabına göndərmişdir. O, Zərərçəkmiş şəxs1 Rəvan və Nurlanın hər birinin universitetə qəbulu üçün 1980 manat, cəmi 3960 manat pul almışdır. Zərərçəkmiş şəxs1 tərəfindən hesabına köçürülən pulları müxtəlif ünvanlarda «Bank of Baku» və «Unibank» banklarının bankomatlarında nağdılaşdıraraq şəxsi işlərinə xərcləmiş, sonuncu 60 manat pulu isə ünvan 5 ünvanında yerləşən «Bank of Baku» bankının bankomatından çıxarmışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Rəvan və Nurlanın Türkiyəyə getmələri üçün “Covid-19" testindən keçməlidirlər və razılaşmışlar ki, xx.xx.2020-ci il tarixdə özü testdən keçirsin. Odur ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 zəng edərək ona demişdir ki, guya Rəvanla Nurlan xx.xx.2020-ci il tarixə Türkiyə Respublikasına getməlidirlər. Zərərçəkmiş şəxs1 onunla razılaşmış, lakin bildirmişdir ki, Zərərçəkmiş şəxs3 hərbi xidmətə çağırış məsələsi var, əgər X10 qəbul olunublarsa universitetdən bir sənəd alıb hərbi komisarlığa təqdim etmək lazımdır. O, bildirmişdir ki, alıb verəcək. Lakin Rəvan və Nurlan universitetə qəbul olunmadıqları üçün həmin sənədi verə bilməmişdir. xx.xx.2020-ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs1 Rəvan və Nurlanın universitetə qəbul olunmadıqlarını başa düşüb pulları geri tələb etmişdir. O, həmin pulları xərclədiyindən qaytara bilməmişdir. Bundan başqa, sosial şəbəkədə yerləşdirdiyi "HM xaricdə təhsil" elanını görən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 2021-ci ilin yanvar ayında sosial şəbəkədəki nömrəsinə zəng vuraraq bildirmişdir ki, qızı X8 universitetlərdən birində oxutdurmaq istəyir. O, demişdir ki, Tahirənin atestatını, şəxsiyyət vəsiqəsinin surətini və xarici pasportunu türk dilinə tərcümə elətdirsin, notarial qaydada təsdiq etdirsin və daha sonra həmin sənədləri ona göndərsin. İzah etmişdir ki, həmin sənədlər ona verilən kimi qızı Tahirəni Türkiyə Respublikasının Erzurum şəhərində yerləşən “Atatürk” univesitetinə, “Xalqla ilişkilər” fakültəsinə qəbul etdirəcək. Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, eşitdiyinə görə ilin əvvəllərindən universitetlərə qəbul olmur. O, demişdir ki, narahat olmasın, həmin universitetdə boş yerlər var. O, Tahirəni Türkiyə Respublikasının Erzurum şəhərində yerləşən “Atatürk” universitetinə qəbul etdirməsi üçün Zərərçəkmiş şəxs2 600 manat pul istəmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2 zəng vuraraq dediyi sənədlərin hazır olduğunu bildirmiş, sənədləri göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs2 taksi ilə həmin sənədləri ona göndərmiş, lakin bildirmişdir ki, qızı Tahirənin universitetə daxil olması barədə təsdiq sənədini görməsə pul verməyəcək. Bundan bir neçə gün sonra komputerdə X14 Respublikasının Erzurum şəhərində yerləşən “Atatürk” univesitetinin “Xalqla ilişkilər” fakültəsinə daxil olması barədə türk dilində heç bir hüququ və təsdiqi olmayan kağız çap edərək mobil telefonunun “Whatsap” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərmişdir. Bildirmişdir ki, təbrik edir, Tahirə Alxasova həmin universitetə qəbul olunub. Həmçinin Zərərçəkmiş şəxs2 «Bank of Baku» bankına aid kartının nömrəsini göndərmişdir. Zərərçəkmiş şəxs2 ona inanaraq xx.xx.2021-ci il tarixdə elektron ödəmə terminalı vasitəsi ilə hesabına 200 manat pulu ödəməsi barədə qəbzin surətini göndərmişdir. Daha sonra zəng vuraraq bildirmişdir ki, qalan 400 manatı imkanı olan kimi göndərəcək. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 hesabına elektron ödəmə terminalı vasitəsi ilə 100 manat ödəməsi barədə qəbzin surətini göndərmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs2 ona xx.xx.2021-ci il tarixdə hesabına elektron ödəmə terminalı vasitəsi ilə 300 manat ödəməsi barədə qəbzin surətini göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs2 ona cəmi 600 manat pul vermişdir. O, həmin pulları nağdılaşdıraraq şəxsi işlərinə xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 demişdir ki, 2021-ci ilin sentyabr ayında dərslər başlayacaq və həmin vaxt qızının tələbə bileti göndəriləcək. Həmin ərəfədə işləri çox olduğundan vaxt tapıb Tahirə Alxasovanın qəbulu ilə bağlı heç bir universitetə müraciət göndərməmişdir. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 zəng vuraraq Tahirənin dərslərinin başlayıb-başlamaması ilə maraqlanmış, o, bildirmişdir ki, tələsməsin dərslər oktyabr ayında başlayacaq. Sonralar Zərərçəkmiş şəxs2 “Atatürk” universitetinə zəng vuraraq Tahirə ilə bağlı müraciət etmədiyini öyrənmiş, Aynur. Babayeva özü Tahirənin sənədlərini toplayaraq universitetin ünvanına göndərmiş və qızı Tahirəni “Atatürk” universitetinə qəbul etmişlər. O, Zərərçəkmiş şəxs2 pulunu qaytara bilmədiyinə və Aynurdan yayındığına görə ondan şikayət etmişdir. Bundan başqa, 2020-ci ilin dekabr ayında sonradan adını bildiyi X15 ***-***-**-** nömrəsinə zəng vuraraq bildirmişdir ki, nömrəsini internet sosial şəbəkədən götürmüş, Türkiyə Respublikasının Ankara şəhərində yerləşən "Çorum Hitit" Universitetinin komputer mühəndisliyi fakültəsinə daxil olmaq istəyir. O, Zərərçəkmiş şəxs4 demişdir ki, 1000 manat müqabilində həmin universitetə qəbul etdirə bilər. Zərərçəkmiş şəxs4 ona 1000 manat pulu olmadığını bildirərək sağollaşmışdır. Zərərçəkmiş şəxs4 təkrar zəng vurmadığını görüb bir neçə gün sonra özü Zərərçəkmiş şəxs4 zəng vuraraq bildirmişdir ki, ilkin olaraq 500 manat versin, qalan 500 manatı isə növbəti ayda verər. Zərərçəkmiş şəxs4 onun təklifi ilə razılaşmışdır. O, telefonundakı “WhatsApp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs4 səhv etmirsə "Azərbaycan Beynəlxalq Bank"-a aid "Tam" kartının nömrəsini göndərmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 hesabına elektron ödəmə terminalı vasitəsi ilə 500 manat köçürməsi barədə qəbzin şəkilini “WhatsApp”ına göndərmiş və zəng vuraraq 500 manat ödəməsi barədə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs4 atestatının və şəxsiyyət vəsiqəsinin surətlərini istəmiş, sonuncu həmin sənədləri elektron poçt ünvanına göndərmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 zəng vuraraq qalan 500 manatı istəmiş, bildirmişdir ki, universitetə qəbul olunub. Həmin tarixdə Zərərçəkmiş şəxs4 hesabına elektron ödəmə terminalı vasitəsi ilə 500 manat köçürməsi barədə qəbzin şəkilini “WhatsApp”ına göndərmişdir. O, həmin pulları nağdılaşdıraraq şəxsi işlərinə xərcləmişdir. Lakin planlaşdırmışdır ki, 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs4 sənədlərini "Çorum Hitit" Universitetinə versin. Həmin ərəfədə o, Zərərçəkmiş şəxs4 demişdir ki, guya Ankara şəhərində qalmaq icazəsi, universitetin yarım illik ödənişi və online şəkildə imtahan verməsi üçün 3000 manat pul verməlidir. Zərərçəkmiş şəxs4 razılaşaraq hissə-hissə olmaqla 2021-ci ilin mart ayınadək ona məxsus "Bank of Baku"ya aid kartına 2787 manat pul göndərmişdir. 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs4 özü "Çorum Hitit" universiteti ilə əlaqə saxlayarkən bilmişdir ki, sənədlərini həmin universitetə verməmişdir. Zərərçəkmiş şəxs4 pulunu geri tələb etməyə başlamış, pulu xərclədiyindən qaytara bilməmişdir. Bundan başqa, 2021-ci ilin aprel ayında sonradan adını bildiyi Zərərçəkmiş şəxs6 ona zəng vuraraq bildirmişdir ki, nömrəsini sosial şəbəkədən götürüb, Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “X11inin Siyasi elmlər, yəni politologiya fakültəsində qiyabi təhsil almaq istəyir. O, bildirmişdir ki, “HM xaricdə təhsil" şirkətinin rəhbəridir, İstanbul universitetinin politologiya fakültəsinə qəbul etdirə bilər. O, Zərərçəkmiş şəxs6 sənədlərinin hazırlanması üçün 900 manat, təhsil haqqı kimi yarım il üçün 160 manat istəmiş, demişdir ki, sənədlərinin surətini və 900 manatı ödədikdən sonra həmin universitetdə qeydiyyatdan keçirəcək. Zərərçəkmiş şəxs6 elektron poçtuna atestatının və şəxsiyyət vəsiqəsinin surətlərini göndərmiş, o, da özünə məxsus "Azərbaycan Beynəlxalq Bank" və «Bank of Baku»ya aid kartlarının şəkillərini Zərərçəkmiş şəxs6 göndərmiş və işə başlaması üçün ilkin olaraq 400 manat istəmişdir. Zərərçəkmiş şəxs6 2021-ci ilin aprel ayının ortalarında kartına 100 manat göndərmişdir. O, bildirmişdir ki, 100 manat işə başlamaq üçün azdır, 400 manat cəm şəkildə göndərməsə universitetə qəbul etdirməyə başlamayacaq. Zərərçəkmiş şəxs6 mobil tətbiqi vasitəsi ilə kartına xx.xx.2021-ci il tarixdə 400 manatın, xx.xx.2021-ci il tarixdə isə 202 manatın köçürülməsi barədə qəbzlərin şəkillərini ona göndərmişdir. Bununlada Zərərçəkmiş şəxs6 ona 702 manat pul göndərmiş, o, həmin pulları nağdılaşdıraraq şəxsi işlərinə xərcləmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 zəng vuraraq bildirmişdir ki, X11inə qəbul olub, xx.xx.2021-ci il tarixdən "online" olaraq dərslərə başlayacaq, 160 manat təhsil haqqını ödədikdən sonra dərslərə qoşulması üçün giriş şifrəsini verəcək. O, hətta kompyuterdə Zərərçəkmiş şəxs6 “X11inin Siyasi elmlər fakültəsinə qəbul olunması barədə türk dilində heç bir hüququ və təsdiqi olmayan kağız çap edərək mobil telefonunun “Whatsap” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs6 göndərmişdir. Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdə bank hesabına 160 manatın köçürülməsi barədə qəbzin şəkilini ona göndərmiş və şifrəni istəmişdir. O, bildirmişdir ki, ona qalan 200 manat borcunu ödədikdən sonra şifrəni verəcək. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 kart hesabına xx.xx.2021-ci il tarixdə 199 manatın köçürülməsi barədə qəbzin şəkilini ona göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs6 ona 1061 manat pul ödəmişdir. Sonralar Zərərçəkmiş şəxs6 özü “X11”i ilə telefon vasitəsilə əlaqə yaradarkən universitetə qəbul olunmadığını müəyyən etdiyindən ondan pullarını geri tələb etməyə başlamış, pulları şəxsi işlərinə xərclədiyindən Zərərçəkmiş şəxs6 pullarını geri qaytara bilməmiş, odur ki, Zərərçəkmiş şəxs6 ondan şikayət etmişdir. 2021-ci ilin noyabr ayında İsa adlı tanışı ona demişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 ona zəng edəcək, oğlu X25 Respublikasında təhsil alır, istəyir ki, Turan Quliyev Bakı şəhərində olan ali məktəblərin birində təhsilini davam etdirsin. O, söz vermişdir ki, köməlik edər. 2021-ci ilin noyabr ayının axırları Zərərçəkmiş şəxs5 ona zəng vuraraq demişdir ki, oğlu X25 Respublikasındakı universitetdə təhsil alır, istəyir ki, oğlu Bakı şəhərində olan ali məktəblərin birində təhsilini davam etdirsin. O, Zərərçəkmiş şəxs5 demişdir ki, bununla bağlı Turanın adından Bakı şəhərində yerləşən Koperasiya Universitetinə müraciət edəcək və iki aydan sonra Turan gəlib həmin universitetdə təhsilini davam etdirəcək. Turanın atası bu işin qiymətini soruşduqda 1200 manata düzələcəyini demişdir. xx.xx.2021 -ci il tarixdə Zərərçəkmiş şəxs5 “WhatsApp" proqramı vasitəsi ilə özünə məxsus "Azərbaycan Beynəlxalq Bank"-a aid "Tam" kartının şəkilini göndərmiş və Zərərçəkmiş şəxs5 demişdir ki, işə başlamaq üçün 500 manat ödəsin. Həmin tarixdə Zərərçəkmiş şəxs5 kartına 500 manat köçürməsi barədə qəbzin şəkilini ona göndərmişdir. 10 gün sonra, yəni 2021-ci ilin dekabr ayının əvvəllərində sənədlərin hazırlanması üçün Zərərçəkmiş şəxs5 400 manat istəmiş, Zərərçəkmiş şəxs5 "Azərbaycan Beynəlxalq Bank"-a aid "Tam" karta 400 manat köçürməsi barədə qəbzin surətini ona göndərmişdir. O, söz vermişdir ki, sənədləri qısa müddətə hazırlayacaq. Bir müddətdən sonra sənədləşmə adı ilə Zərərçəkmiş şəxs5 300 manat pul istəmiş, 2021-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 6 ünvanda Zərərçəkmiş şəxs5lə görüşərək 300 manat almış və bildirmişdir ki, sənədləri hazırlanır. Zərərçəkmiş şəxs5 oğlu Turan Quliyevin Bakı şəhərinə dəyişilməsinin alınmadığını görüb ondan pullarını geri istəmiş, lakin Zərərçəkmiş şəxs5 ona verdiyi 1200 manatı şəxsi işlərinə xərclədiyindən geri qaytara bilməmişdir, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Hacı X1 vasitəsi ilə tanımışdır. Beləki, 2020-ci ilin iyul ayının ortalarında oğlu Rəvan ona Türkiyədə ali təhsil almaq istədiyini bildirmiş, Rəvan bu məsələdə dostu Fuadın tanıdığı Təqsirləndirilən şəxs köməklik edə biləcəyini demişdir. X21 təhsil alması istəyi ilə əlaqədar Fuadla telefonla danışmış, Fuad bildirmişdir ki, Türkiyədə Burdur qəsəbəsində X29 adına universitetdə oxuyur. O, X2 Türkiyədə oxutmaq istədiyini demiş, Fuad ona Təqsirləndirilən şəxs kömək edə biləcəyini bildirib Hacının ***-***-**-** olan telefon nömrəsini ona vermişdir. O, Hacı ilə telefonla əlaqə saxlayıb nömrəsini Fuaddan aldığını demiş, Təqsirləndirilən şəxs oğlu Rəvanı Türkiyədə universitetlərin birində oxutmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu məsələdə kömək edə biləcəyini deyib Rəvanın orta təhsil haqqında atestatının, şəxsiyyət vəsiqəsinin və pasportunun surətlərini “WhatsApp” vasitəsi ilə gördərməsini istəmişdir. O, Hacının tələb etdiyi sənədlərin surətlərini “WhatsApp” vasitəsi ilə Hacıya göndərmişdir. Bundan iki gün sonra, yəni 2020-ci ilin iyul ayında Hacı zəng edərək görüşmək lazım olduğunu bildirmiş və Masazır qəsəbəsinin girişində “Hyundai Elantra” markalı avtomaşında gələn Hacı ilə görüşmüşdür. Hacı şirkətinin olduğunu, həmin şirkəti vasitəsi ilə Türkiyə Respublikasında olan universitetlərə tələbə qəbul etdirdiyini bildirib ona qəbul etdirdiyi tələbələrin sənədlərinin surətlərini göstərmişdir. Odur ki, o, Təqsirləndirilən şəxs inanmış və oğlu Rəvanı Türkiyədə olan universitetlərdən birinə düzəltməsində köməklik göstərməsini xahiş etmişdir. Hacı Rəvanı universitetə qəbil etdirmək üçün 1500 manat pul lazım olduğunu, həmin pulun bir hissəsini universitetə qəbul üçün Türkiyədə kiməsə verəcəyini, bir hissəsini isə sənədlərin tərcüməsinə və notarial təsdiqinə xərcləyəcəyini bildirmişdir. O, Hacı ilə razılaşmış, Hacı ona kart rekvizitlərini verərək ödənişləri həmin kartlara ödəyəcəyini demişdir. 2020-ci ilin avqust ayının sonlarınadək bir neçə dəfəyə terminal vasitəsi ilə Hacının verdiyi kartına 1300 manat pul qoymuşdur. Hacı bildirmişdir ki, sənədləri Türkiyəyə göndərib, hazırda qəbulu gözləyir. Həmin ərəfədə oğlu Rəvanın dostu Zərərçəkmiş şəxs3 Rəvandan Türkiyə Respublikasında universitetə qəbul olunacağı barədə öyrəndikdən sonra ona Türkiyədə oxumaq istədiyini bildirmişdir. O, Hacıya inandığına görə Nurlana görə Hacıya müraciət etmiş, Hacı razılaşıb Nurlanıda Türkiyədə universitetə qəbul etdirəcəyinə söz vermişdir. Bunun üçün Nurlandan aldığı pulu Hacının bank hesabına terminal vasitəsi ilə köçürmüşdür. xx.xx.2020-ci il tarixdə Hacı ona oğlu Rəvanın Türkiyə Respublikasının Kayseri Erciyes universitetinə qəbul olması üçün etdiyi müraciətin həmin universitetə çatması barədə məktub vermişdir. Həmin məktubdan sonra Hacı ona oğlu Rəvanın universitetə qəbul olunduğunu, Rəvanın xx.xx.2020-ci il tarixdə təhsili üçün Türkiyəyə gedəcəyini deyib Rəvanın Türkiyədə qarşılanma, miqrasiya və tibbi sığortası üçün 220 manat, bilet üçün isə 460 manat lazım olduğunu bildirmişdir. 2020-ci ilin noyabr ayının sonlarında qeyd olunan 680 manat pulu Hacının kartına köçürmüş, Hacı bildirmişdir ki, Türkiyəyə getməmişdən 2 gün əvvəl özü Rəvanı “Covid-19" testindən keçirəcək. xx.xx.2020- ci il tarixdə “Covid-19” testi ilə əlaqədar Hacıya zəng edərək Rəvanı “Covid-19” testinə aparacağını xatırlatmış, Hacı yadında olduğunu bildirmişdir. Lakin 7-8 saat sonra Hacı ona zəng edərək Rəvanla birlikdə təhsil üçün gedəcək bir çox şəxslərin olduğunu, həmin şəxslərin sənədləri düzəlmədiyinə görə Türkiyəyə getməkləri xx.xx.2020-ci il tarixə qaldığını bildirmişdir. Hacının bu danışığı onda şübhə yaratmış, lakin Hacıya heç nə deməmiş və xx.xx.2020-ci il tarixini gözləməyə qərar vermişdir. Həmin ərəfədə Nurlanın 18 yaşı tamam olduğundan həqiqi hərbi xidmətə çağırılması məsələsi ortaya çıxmışdır. Həmin günədək Nurlanın qəbulu üçün Hacıya hissə-hissə 1980 manat pul köçürdüyündən Hacıdan, hərbi xidmətə çağırış və səfərbərlik şöbəsindən möhlət verilməsi üçün Nurlanın unuversitetə qəbulu barədə sənəd istəmiş, lakin Hacı ondan yayınaraq heç bir sənəd verməmişdir. xx.xx.2020-ci il tarixdən sonra Hacı ondan qaçmağa başladığından xx.xx.2021-ci il tarixədək gözlədikdən sonra Hacı tərəfindən aldanılması barədə polisə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2020-ci ilin iyul ayının ortalarında dostu Rəvan ona bildirmişdir ki, Rəvanın dostu X3 Hacı adlı tanışı Türkiyədə universitetlərə imtahansız, tək atestatla tələbə qəbul etdirə bilir. Rəvan demişdir ki, buna görə atası Zərərçəkmiş şəxs1 Hacı ilə görüşmüş, Türkiyədə universitetə qəbulu 1300 manata razılaşmışlar. Bundan sonra onda da Türkiyədə ali təhsil almaq həvəsi yaranmış, bu barədə valideyinlərinə deyərək razılıqlarını almış və Rəvanın atası Zərərçəkmiş şəxs1la görüşüb istəyini sonuncuya demişdirdir. İki gün sonra Bayram ona zəng edib Hacı ilə danışıb razılıq aldığını bildirmiş, 2020-ci ilin avqust ayının ortalarında o, Təqsirləndirilən şəxsla tanış olmuşdur. Bir neçə dəfəyə qeyd olunan 1300 manatı Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs vermiş və Türkiyədəki universitetlərdən birinə qəbul olunmasını gözləmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Türkiyə Respublikası Kayseri “Erciyez” universitetinin məktubunu “WhatsApp” vasitəsi ilə ona göndərmiş, məktubda onun universitetə müraciətinin çatması göstərilmişdir. Bu məktubdan sonra Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə universitetə qəbul olunub, xx.xx.2020-ci il tarixdə təhsil alması üçün Türkiyəyə gedəcək. Türkiyədə qarşılanması, miqrasiya və tibbi sığortası üçün 220 manat, bilet üçün isə 460 manat pulu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Hacıya göndərmiş, bununla da Təqsirləndirilən şəxs cəmi 1980 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Türkiyəyə getməmişdən 2 gün əvvəl Hacı onu Rəvanla birgə “Covid-19” testindən keçirəcək. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onunla birlikdə təhsil alması üçün gedəcək bir çox şəxslərin sənədləri düzəlmədiyinə görə Türkiyəyə getməkləri xx.xx.2020ci il tarixə qalmışdır. xx.xx.2020-ci il tarixdə Türkiyəyə getmədiyini görüb Hacıya 18 yaşı tamam olduğundan həqiqi hərbi xidmətə çağırılması məsələsinin ortaya çıxdığını demiş, Hacıdan əgər həqiqətən universitetə qəbul olunmuşsa hərbi xidmətə çağırış və səfərbərlik şöbəsinə təhsillə əlaqədar möhlət verilməsi üçün sənəd alıb verməsini demişdir. Lakin Təqsirləndirilən şəxs həmin sənədi ona alıb verməmiş və bu sənəd söhbətindən sonra qaçıb gizlənmişdir. Bundan sonra aldanıldığını başa düşüb ərizə ilə polisə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qızı Tahirə orta məktəbi 2018-ci ildə bitirdikdən sonra ali təhsil almaq üçün X17 iki il imtahan versə də, yetərincə bal toplaya bilməmiş, odur ki, qərara gəlmişdir ki, qızı təhsilini xaricdə alsın. 2021-ci ilin yanvar ayında sosial şəbəkə vasitəsi ilə "HM xaricdə təhsil" elanını görmüş və elandakı nömrəyə zəng vurmuşdur. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslə telefonda söhbət edərkən qızı Tahirəni Türkiyədə oxutdurmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, qızı Tahirənin atestatı, şəxsiyyət vəsiqəsinin surəti və xarici pasportu Türk dilinə tərcümə olunmalı, notarial qaydada təsdiq edilməli və daha sonra həmin sənədlər Hacıya göndərilməlidir. Hacı bildirmişdir ki, həmin sənədləri alan kimi qızı Tahirəni Erzurum şəhərində yerləşən Atatürk Univesitetinin “Xalqla ilişkilər” fakültəsinə qəbul etdirəcək, xidmət haqqı 600 manat olacaq, ilin əvvəlindən Universitetlərə qəbul olmadığından təəcüblənmiş, bu barədə Hacıya deyəndə Hacı bildirmişdir ki, narahat olmasın, boş yerlər var. Bir neçə gün ərzində Hacının dediyi sənədləri tərcümə etdirərək notarial qaydada təsdiq elətdirmiş və Hacı ilə əlaqə saxlayaraq taksi ilə sənədləri Hacıya göndərmişdir. Hacı sənədlərə baxandan sonra onunla əlaqə saxlayaraq 600 manatı istəmişdir. O, bildirmişdir ki, qızı Tahirənin Universitetə daxil olma barədə təsdiq sənədi gəlməsə pul verməyəcək. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə onun telefonuna Türk dilində Universitetin adından yazılmış qızı Tahirənin adına tərtib edilmiş təsdiq sənədi, yəni Universitetə qəbul olması barədə sənədi göndərmişdir. O, Hacıya inanmış və xx.xx.2021ci il tarixdə Hacının ona verdiyi bank hesabına yaşadığı, ünvan 7 ünvanda yerləşən “MilliÖn” aparatı vasitəsi ilə 200 manat pul göndərmiş, Hacı ilə ələqə saxlayıb qalan 400 manatı göndərəcəyini bildirmişdir. Növbəti dəfə xx.xx.2021-ci il tarixdə təkrarən ünvan 7 ünvanda yerləşən “MilliÖn” aparatından Təqsirləndirilən şəxs adına olan bank kart hesabına 100 manat göndərmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “MilliÖn” aparatından 300 manat pulu Hacının bank hesabına köçürmüş, bununla da Hacıya cəmi 600 manat göndərmişdir. Hacı ona demişdir ki, 2021-ci ilin sentyabr ayında dərslər başlayacaq və həmin vaxt qızının tələbə bileti göndəriləcək. Sentyabr ayında o, Hacı ilə əlaqə yaradaraq iradını bildirərkən Hacı demişdir ki, tələsməsin dərslər oktyabr ayında başlayacaq. O, Hacıdan şübhələndiyindən tanışları vasitəsi ilə Hacının onun telefonuna göndərdiyi təsdiq sənədini yoxlatmış, müəyyən etmişdir ki, həmin sənəd həqiqi sənəd deyil, qızının sənədləri ümumiyyətlə Türkiyəyə göndərilməmiş, qəbulla bağlı Universitetdə hər hansı bir sənəd yoxdur. O, qızı Tahirə ilə birgə Türkiyənin Erzurum şəhərindəki Atatürk Universitetinə zəng vurmuş və məlum olmuşdur ki, qızı Tahirəyə aid heç bir sənəd Universitetdə yoxdur, lakin bildirilmişdir ki, noyabr ayınadək sənəd qəbul olunur. O, qısa müddətdə eyni sənədləri toplayaraq Karqo vasitəsi ilə həmin Universitetin ünvanına göndərmişdir. Bir neçə gündən sonra sənəd universitetə çatan kimi qızının qəbul olunması ilə bağlı ona məlumat verilmiş və şəxsi kabinetində əksini tapmışdır. Hacının onu aldatmasını başa düşmüş, Hacı ilə əlaqə yarada bilmədiyindən polisə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Çeşməli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, ev 12-də ailəsi ilə birlikdə yaşayır. X26 2020-ci ildə Türkiyə Respublikasında yerləşən Turizm Universitetinə qəbul olunmuş və həmin universitetdə təhsil almışdır. Həmin universitetdə 1 il təhsil aldıqdan sonra ona demişdir ki, tələbə yoldaşının tanışı olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "AF Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsində ofisi var və Təqsirləndirilən şəxs Türkiyə Respublikasında ali məktəblərə qəbul olma və yerdəyişmə işlərinə baxır. Təqsirləndirilən şəxs X26ni təhsil aldığı Türkiyə Respublikasındakı universitetdən Bakı şəhərindəki universitetlərin birinə dəyişməkdə köməklik edə bilər. Həmin ərəfədə Türkiyədə olan X26 Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsini verərək danışmalarını istəmişdir. O, telefonda Təqsirləndirilən şəxsla danışarkən sonuncu bildirmişdir ki, əvvəllərdə bir neçə tələbənin Türkiyədəki universitetlərdən Bakı şəhərindəki universitetlərə yerini dəyişmiş, bu işləri yaxşı bacarır, sənədlərini qaydasına salsın, qalan xərcləri ona deyəcək. xx.xx.2021-ci il tarixdə Hacı ona özünə məxsus "Azərbaycan Beynəlxalq Bank"a aid **********895560 olan kart nömrəsinin şəkilini “WhatsApp” proqramı vasitəsi ilə göndərmiş və demişdir ki, işə başlamaq üçün 500 manat ödəsin. O, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşən "Seyid" marketdə olan ödəmə terminalından Təqsirləndirilən şəxs kartına 500 manat göndərmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs sənədlərin hazırlanması üçün əlavə 400 manat pul istəmiş, o, eyni qaydada, yəni Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşən "Seyid" marketdə olan ödəmə terminalından Təqsirləndirilən şəxs kartına 400 manat göndərmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs yenidən sənədləşmə üçün 300 manat lazım olduğunu bildirmiş, o, 2021-ci ilin dekabr ayının sonlarında yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tranvay küçəsi, ev 12 ünvanda Təqsirləndirilən şəxsla görüşüb sonuncuya 300 manat vermişdir. Təqsirləndirilən şəxs söz vermişdir ki, sənədləri qısa müddətdə hazırlayacaq. Sonrakı günlərdə Təqsirləndirilən şəxs bildirmişdir ki, Türkiyə Respublikasından cavab gözləyir, ona məlumat verəcək. Sonralar Hacı zənglərinə cavab vermədiyi üçün şikayət etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasında universitetlərin birində ali təhsil almaq istədiyindən 2020-ci ilin dekabr ayının ortalarında sosial şəbəkədə Türkiyə Respublikasında olan universitetlərə imtahansız, tək atestatla qəbulla bağlı elanla tanış olmuşdur. Elanda olan ***-***-**-** nömrəsi ilə “WhatsApp” proqramı vasitəsi ilə yazıb universitetə qəbulla bağlı maraqlanmış, özünü X6 təqdim edən şəxs xaricdə təhsil almaqda köməklik göstərən şirkətin rəbhəri olduğunu bildirmişdir. O, Türkiyə Respublikasında yerləşən "Çorum Hitit” Universitetinin kompyuter mühəndisliyi fakültəsində təhsil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, 1000 manat müqabilində onu həmin universitetə düzəldə bilər. O, Təqsirləndirilən şəxs 1000 manat pulu olmadığını bildirərək sağollaşmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, 500 manat versin, qalan 500 manatı isə növbəti ayda verər. O, Hacının təklifi ilə razılaşmış və xx.xx.2020-ci il tarixdə Qazax rayonu, Daş Salahlı kəndində yerləşən mağazada olan ödəniş terminalından Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi “Bank of Baku”ya aid kart hesabına 500 manat köçürmüşdür. Təqsirləndirilən şəxs istəyi ilə atestatının və şəxsiyyət vəsiqəsinin surətini "online" poçt vasitəsi ilə Hacıya göndərmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs işləri ilə əlaqədar 500 manat istəmiş, o, həmin tarixdə eyni qaydada Təqsirləndirilən şəxs kartına 500 manat göndərmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin universitetə qəbul olmuşdur. Təqsirləndirilən şəxs ondan “online” qaydada imtahanlarda iştirak etməsi və təhsil haqqı kimi pul istəmiş, o, hissə-hissə olmaqla eyni qaydada Təqsirləndirilən şəxs məxsus kart hesabına 2787 manat pul köçürmüşdür. 2021-ci ilin mart ayında "Çorum Hitit" Universiteti ilə əlaqə saxlayıb sənədlərinin həmin universitetə verilib-verilməməsi ilə maraqlanmış, məlum olmuşdur ki, onun sənədləri həmin universitetə verilməyib. Bundan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayıb pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs pulunu qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasında qiyabi təhsil almaq üçün internet şəbəkəsindən götürdüyü “HM xaricdə təhsil” şirkətinin rəhbəri Təqsirləndirilən şəxs ilə 2021-ci ilin aprel ayında əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, onu Türkiyə Respublikasının İstanbul Universitetinin Politologiya fakültəsinə qəbul etdirə bilər. O, "online" olaraq Təqsirləndirilən şəxs sənədlərinin surətlərini göndərmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, 1060 manat təhsil haqqını ödəsin ki, onu Universitetdən qeydiyyatdan keçirsin. O, Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə ona göndərdiyi kart hesabına hissəhissə olmaqla 2021-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində ünvan 8 ünvandakı mənzilində olarkən mobil tətbiqi vasitəsi ilə 1060 manat pul köçürmüş və köçürülmüş pulların qəbzini “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. xx.xx.2021-ci il tarixdə Hacı ona “WhatsApp” proqramı vasitəsi ilə X11inə qəbul olunması barədə məktubun surətini göndərmiş və bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən "online" olaraq dərslərə başlayacaq, lakin dərslərə qoşulması üçün giriş şifrəsini verməmişdir. O, İstanbul Universiteti ilə telefonda əlaqə saxlayarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs İstanbul Universitetinə ödəniş etmədiyinə gorə onu İstabul Universitetindən qeydiyyatını ləğv ediblər. O, Təqsirləndirilən şəxs zəng etsə də, zənglərinə cavab verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlama və icraata qəbul etmə haqqında 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqı aparılmışdır(cild 1, i.v.1); hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsində yerləşən “Seyid Market” adlı gündəlik tələbat məhsullarının satıldığı ərzaq dükanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 4-6); cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır(cild , i.v.44); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 19 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdi(cild 1, i.v.47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur(cild 1, i.v.57-58); qətimkan tədbirinin nəzərə alınması haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır(cild 1, i.v.65); cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəli altında aparılması qərara alınmışdır. ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə üzrə ittiham elan edilmişdir (cild 1, i.v.66-67); hadisə yerinin baxış olunması haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 9 ünvanın qarşısında olan “Milliön” terminalının yerləşdiyi yerə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v.73-75); Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs kart hesabına ayrı-ayrı vaxtlarda 200 manat, 100 manat, 100 manat, 250 manat, 100 manat, 100 manat, 220 manat, 460 manat, 200 manat, 100 manat olmaqla ödəniş olunmuşdur (cild 1, i.v.113-115); Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs kart hesabına ayrı-ayrı vaxtlarda 250 manat, 400 manat, 400 manat, 220 manat, 70 manat, 50 manat, 200 manat olmaqla ödəniş olunmuşdur(cild 1, i.v.128- 129); tutma haqqında 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.139); 06 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında aparılmış üzləşmə zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiqləmişdir (cild 1, i.v.147-150); 06 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında aparılmış üzləşmə zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiqləmişdir (cild 1, i.v.151-154); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur(cild 1, i.v.157-158); təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdir (cild 1, i.v.170-173); təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.174-175); barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulduğundan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir(i.v.196-197); 18 mart 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır(cild 1, i.v.198-199); Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq istintaq orqanına gəlmişdir(cild 1, i.v.200); Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(cild 1, i.v.201); 27 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında aparılmış üzləşmə zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiqləmişdir (cild 1, i.v.207-209); Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs kart hesabına 460 manat xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 9 ünvanda yerləşən “Bolmart” marketin qarşısında yerləşən “Milliön” ödəniş terminalı vasitəsi ilə ödənilməsini işdir (cild 1, i.v.225-228); Məlumatlara baxış keçirilməsi barədə 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs kart hesabına xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış Kompleksi Zeytun marketdə quraşdırılmış Milliön ödəniş terminalı vasitəsilə 70 manat köçürülmüşdür (cild 1, i.v.229- 230); Sübutların qiymətləndirilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs X5 pullarını götürməsi faktında cinayət tərkibi olmadığından həmin hissədə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmişdir (cild 1, i.v.231-238); Axtarış elan edilməsi haqqında 03 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir (cild 1, i.v.251-252); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 03 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, CM-nin 53.1.3-cü maddəsinə əsasən ********** nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır(cild 1, i.v.253-254); Axtarışda olan şəxsin tutulması barədə 14 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 1, i.v.260); Cinayət işinin icraata qəbul edilməsi və dayandırılmış icraatən təzələnməsi haqqında 14 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və iş üzrə dayandırılmış icraat təzələnmişdir(cild 1, i.v.262); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 16 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınması və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(cild 1, i.v.267-269); İfadənin yerində yoxlanması haqqında 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni hadisə yerində göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, i.v.282-284); qətimkan tədbirinin şərtlərini pozmuş təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir(i.v.301-302); cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır(cild 1, i.v.303-304); axtarəşda olan şəxsin könüllü gəlməsi haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü olaraq gəlmişdir(cild 1, i.v.305); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır(cild 1, i.v.306-307); cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi və CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir(cild 2, i.v.1-2); cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 23 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır(cild 2, i.v.3); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v.26-27); cinayət əməlinin tövsif edilməsi haqqında 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir (cild 2, i.v.39-41); cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi və CM-in 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir (cild 2, i.v.42-44); cinayət işinin başlanılması və icraata götürülməsi haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır(cild 2, i.v.45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v.78-79); cinayət əməlinin tövsif edilməsi haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir (cild 2, i.v.91-93); cinayət işi üzrə icraatın dayandırılması haqqında 15 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(cild 2,i.v.98-100); 11 iyul 2022-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(cild 2, i.v.101-103); 25 mart 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaqı daavm etdirilmişdir(cild 2, i.v.128-130); Qətimkan tədbirinin nəzərə alınması haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin hesabında olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxıanılması ********* nömrəli cinayət işi üzrə nəzərə alınmışdır(cild 2, i.v.113); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdən Xəzər rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Abşeron RPİ-nin icraatında olmuşdur(cild 2, i.v.152-153); Sübutların qiymətləndirilməsi haqqında 11 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinə hissəvi xitam verilməklə CM-nin 178.2.1 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə yenidən ittiham elan edilməklə Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmış, X3 barəsində CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilmişdir(cild 2, i.v.208-222); Təqsirləndirilən şəxsə yenidə ittiham elan etmə haqqında 11 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v.223-225); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tuutlmuş cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatında xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-368/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu epizodlar üzrə cinayət əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 44-cü bəndinə əsasən CPM-nin 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər bir epizodun böyük ictimai təhlükə törətməyən cinayət olmasını, hər bir epizod üzrə cinayətin törədildiyi gündən iki il keçməsini, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin - təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilmələrinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli, həmçinin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu(Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar