Məhkəmə qərarları › İş №1(008)-25/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-25/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-25/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Müdafiəçi–Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1999-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə əmlakım tamah niyyəti ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olmasım bildirərək etibarını qazanmış və sonuncunun azyaşlı uşaqlarına sosial müavinət düzəltdirəcəyini vəd verməklə həqiqətə uyğun olmayan yalan məlumat verib aldadıb 07 iyul 2022-ci il tarixdə sail 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən Xocəsən radiostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 2000 manat məbləğində pulunu və 11 iyul 2022-ci il tarixdə saat 12:40 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mikayıl Rəfili küçəsi ev 30, nömrəsiz fərdi evdən telefonuna yüklənmiş «Bank of Baku* ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «DostBank» mobil tətbiqi vasitəsilə 52*****1757 nömrəli kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 5315 ****** 2045 nömrəli "xxxx" ASC-yə məxsus karta köçürdüyü 1500 manat məbləğində pulunu aldatmaq və etibardan sui-istifadə etmək yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olmasını bildirərək etibarını qazanmış və sonuncunun arvadı X1 təqaüd düzəltdirəcəyini vəd verməklə həqiqətə uyğun olmayan yalan məlumat verib aldadıb 05 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nətavan küçəsi 20 nömrəsiz fərdi evə gələrək, sonuncunun 5000 manat məbləğində pulunu aldatmaq və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsəd ilə Zərərçəkmiş şəxs3 özünü geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olmasını bildirərək etibarını qazanmış və sonuncunun anası X7ma təqaüd düzəltdirəcəyini vəd verməklə həqiqətə uyğun olmayan yalan məlumat verib aldadıb 01 dekabr 2022-ci il tarixdə saat 11:55 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanından telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş “ABB” mobil tətbiqi vasitəsilə 5167******7868 nömrəli kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 4169 **** ***73 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdüyü 100 manat məbləğində pulunu, 02 dekabr 2022-ci il tarixdə saat 16:08 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs3 900 manat məbləğində pulunu, 18 dekabr 2022-ci il tarixdə saat 21:12 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanından telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «LEO Bank”” mobil tətbiqi vasitəsilə 4098********2990 nömrəli kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 4098 *****17 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdüyü 500 manat məbləğində pulunu və 06 fevral 2023-cü il tarixdə saat 14:19 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanından telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş “ABB” mobil tətbiqi vasitəsilə 5167"******55 nömrəli kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 51******55 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdüyü 2000 manat məbləğində pulunu aldatmaq və etibardan suiistifadə etmək yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 manat məbləğində manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü hər üç epizod üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində keçmiş arvadı Hulya Əliyeva ona tanışı Aysel xanım azyaşlı uşaqlarına sosial müavinət (uşaq pulu) dezəltdirmək istədiyini bildirmişdir. O, əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyən tanışlarının vasitəsilə bir neçə şəxslərə təqaüd və sosial müavinət (uşaq pulu) düzəltmişdir. Bu səbəbdən də arvadı Hulya Əliyevaya tanışı Aysel xanımın azyaşlı uşaqlarınada sosial müavinət (uşaq pulu) düzəlməsində köməklik göstərməsini bildirmişdir. Həmin ərəfələrdə o, Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, tanış olan vaxt Elçinə Dövlət Sosial Müdafiə Fondunda tanışlarının olduğunu deyib, bir neçə şəxslərə təqaüd, eləcə də aztəminatlı ailələrə sosial müavinət düzəltdiyini deyib, onada köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 bu işin düzəlməsi üçün nə qədər pul verəcəyini soruşduqda, o, işin düzəlməsi üçün ondan 3500 manat alacağını, 30 gün ərzində düzələcəyini, hər ay 500 manat məbləğində pul alacaqlarını bildirmişdir. Zərərçəkmiş şəxs2 də, onun təklifi ilə razlaşmışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən Xocəsən metrostansiyasının yaxınlığında Elçinlə görüşmüş və sosial müavinət (uşaq pulu) düzəltməsi üçün ona 2000 manat vermiş, qalan 1500 manatı isə iki-üç gün ərzində verəcəyini bildirmiş, o, da keçmiş arvadı Hulya Əliyevanın adına qeydiyyata alınmış və onun istifadə etdiyi 53 *******45 nömrəli «Bank of Baku ASC-yə məxsus kart hesabını Elçinə vermiş və pulu həmin kart hesabına köçürməsini bildirmişdir. Təxminən 11 iyul 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs2 öz mobil telefonuna yüklənmiş «Bank of Baku ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «DostBank» mobil tətbiqinə daxil olaraq 5209****1757 nömrəli kart hesabından, keçmiş arvadı X8 adına qeydiyyata alınmış və onun istifadə etdiyi 53*****45 nömrəli «Bank of Baku ASC-yə məxsus kart hesabına 1500 manat köçürmüşdür. Zərərçəkmiş şəxs2 ona ümumilikdə 3500 manat verdikdən sonra sosial müavinətin neçə gün müddətdində düzələcəyini soruşmuş, o, da Zərərçəkmiş şəxs2 30 gün ərzində düzələcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 azyaşlı uşaqlarına sosial müavinət (uşaq pulu) düzəltmək məqsədilə bir neçə dəfə Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, düzəldə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 əvvəllər onunla birlikdə "QNET" Network Marketinq şikrkətində işləyən Şahid atasıdır. 2022-ci ilin avqust ayının axırlarında Fərmanla söhbət edərkən anası Zəminə xanımın xəstəliyi ilə əlaqədar təqaüdünün bərpa olunma məsələsinin həll olunması üçün dəfələrlə Dövlət Sosial Müdafiə fonduna müraciət etdiyini, lakin anasına taqüd düzəldə bilmədiyini bildirmişdr. Həmin vaxt o, Fərmana Dövlət Sosial Müdafiə Fondunda tanışlarının olduğunu, bir neçə şəxslərə təqaüd, eləcə də aztəminatlı ailələrə sosial müavinət düzəltdiyini deyib, onada köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra Fərman bu işin düzəlməsi üçün nə qədər pul verəcəyini soruşduqda, o, işin düzəlməsi üçün ondan 3000 manat alacağını, 3-4 ay ərzində düzələcəyini bildirmişdir. 05 sentyabr 2022-ci il tarixdə Fərman onu yaşadıqları evə dəvət etmişdir. Həmin gün təxminən saat 14 radələrində Fərmanla birlikdə yaşadıqları evə getmişlər. Fərman yaşadıqları evdə onu atası Zərərçəkmiş şəxs1lə tanış etmişdir. Rafiqlə tanış olduqdan sonra ona arvadı Zəminə xanımın xəstəliyi ilə əlaqədar aldığı təqaüdün dayandırıldığını bildirmişdir. O, da Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondunda tanışlarının olduğunu, bir neçə şəxslərə təqaüd, eləcə də aztəminatlı ailələrə sosial müavinət düzəltdiyini deyib, onada köməklik göstərə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ondan bu işin nə qədər vaxta düzələcəyini soruşduqda, Rafiqə 3-4 ay ərzində düzələcəyini, onu tələstirməmələrini deyib, bunun müqabilində 3000 manat alacağını bildirmiş, Rafiq də etiraz etməmiş və həmin gün yaşadıqları evdə ona ümumilikdə 3000 manat vermiş, o, da çıxıb getmişdir. Beləliklə Zərərçəkmiş şəxs1 arvadı Zəminə xanımın xəstəliyi ilə əlaqədar təqaüdünün bərpa olunması üçün ümumilikdə ona 3000 manat vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 arvadı Zəminə xanımın xətəliyi ilə əlaqədar təqaüdünün bərpa olunması üçün bir neçə dəfə Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, düzəldə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 dostu Şahid vasitəsilə tanımışdır. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 onun istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək dostu Fərmanın tanışı olduğunu və onun mobil nömrəsini Fərmandan aldığını deyib, anasına xəstəliyi ilə əlaqədar təqaüd dezəltdirmək istəyini və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O, da Zərərçəkmiş şəxs3 narahat olmamasını, tanışılarının olduğunu və tanışlarının vasitəsilə anasına təqaüd düzəldə biləcəyini deyib, bu işin düzəlməsi üçün pul verməsini bildirmişdir. Zərərçəkmiş şəxs3 etiraz etməmiş və onunla görüşüb bu barədə danışmalarını bildirmiş, o, da etiraz etməmişdir. 2022-ci ilin noyabr ayının dəqiq tarixini bilmir, Zərərçəkmiş şəxs3la Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının qarşısında görüşmüşlər və tanış olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs3 anasına xəstəliyi ilə əlaqədar təqaüd alması üçün işin düzəlməsinə ona nə qədər pul verəcəyini soruşmuş, o, da Kamrana bu işin düzəlməsi üçün 3500 manat alacağını bildirmiş, Kamranda onun təklifi ilə razlaşmış və həmin pulu ona hissə-hissə verəcəyini bildirmişdir. Beləliklə Zərərçəkmiş şəxs3 ilk dəfə 01 dekabr 2022-ci il tarixdə səhər saatlarında öz mobil telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş “ABB” mobil tətbiqi vasitəsilə 5167***7868 nömrəli kart hesabından keçmiş arvadı X8 adına qeydiyyata alınmış və onun istifadə etdiyi 41*******73 nömrəli "xxxx" ASC-nə məxsus kart hesabına 100 manat köçürmüşdür. Bundan başqa 02 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının qarşısında Zərərçəkmiş şəxs3la görüşmüş, həmin vaxt Kamran ona 900 manat vermişdir. Bundan başqa 18 dekabr 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs3 öz mobil telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «LEO Bank» mobil tətbiqi vasitəsilə 4098* *2990 nömrəli kart hesabından dostu Tofiq İbrahimovun adına qeydiyyata alınmış və onun istifadə etdiyi 40******17 nömrəli "xxxx" ASC-nə məxsus kart hesabına 500 manat köçürmüşdür. Sonuncu dəfə 06 fevral 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs3 öz mobil telefonuna yüklənmiş "xxxx" ASC-müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqi tətbiqi vasitəsilə 5167***7868 nömrəli kart hesabından dostu Tofiq İbrahimovun adına qeydiyyata alınmış və onun istifadə etdiyi 51*******55 nömrəli "xxxx" ASC-nə məxsus kart hesabına 2000 manat köçürmüşdür. Zərərçəkmiş şəxs3 ona ümumilikdə 3500 manat verdikdən sonra anasının təqaüdünün neçə gün müddətində düzələcəyini soruşmuş, o, da Zərərçəkmiş şəxs3 50 gün ərzində anasının təqaüd kartını gətirib ona verəcəyini bildirmişdir. Beləliklə Zərərçəkmiş şəxs3 anasının xəstəliyi ilə əlaqədar təqaüd düzəlməsi üçün Ümumilikdə hissə-hissə ona 3500 manat vermişdir. Hazırda Zərərçəkmiş şəxs1 pulundan 1000 manat ödəniş etmiş, qalıq 2 000 manatı isə iki ay müddətində ödəyəcəyinə söz verir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam olaraq ödəmiş, həmin zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Əməlindən peşimandır, qeyd olunanların nəzərə alınmasını, son sözündə bəraətverici əsaslar olmadan əməlinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində azyaşlı uşaqlarına sosial müavinət (uşaq pulu) düzəltdirmək istəyirmiş. Həmin ərəfələrdə arvadı X6 ona bildirmişdir ki, onunla birlikdə işləyən Hulya Əliyeva adlı qadının əri Rafiq adlı şəxs Dövlət Sosial Müdafiə Fondunda işləyir, əgər razı olsan Hulya adlı qadına deyərəm, əri Rafiq sosial müavinət (uşaq pulu) düzəltməkdə bizə köməklik edər. Bundan sonra o, X9 ilə tanış olmuş, tanış olan vaxt Rafiq ona geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olduğunu, Dövlət Sosial Müdafiə Fondunda işlədiyini deyib, bir neçə şəxslərə təqaüd, eləcə də aztəminatlı ailələrə sosial müavinət düzəltdiyini bildirmişdir. Rafiq Adıgözəlov azyaşlı uşaqlarına sosial müavinət (uşaq pulu) düzəlməsi üçün ondan 3500 manat alacağını bildirmişdir. O, Rafiqdən sosial müavinət düzəldikdən sonra ayda nə qədər pul alacaqlarını və bu işin nə qədər vaxta düzələcəyini soruşduqda, Rafiq 30 gün ərzində düzələcəyini, hər ay 500 manat məbləğində pul alacaqlarını bildirmişdir. Beləliklə də, o, Rafiqin ona dediyi qiymətlə razlaşmış ilk dəfə təxminən 2022-ci ilin iyul ayının 7-də, saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən Xocəsən metrostansiyasının yaxınlığında Rafiqlə görüşmüş və sosial müavinət (uşaq pulu) düzəltməsi üçün Rafiqə 2000 manat vermiş, qalan 1500 manatı isə iki-üç gün ərzində verəcəyini bildirmişdir. Rafiq də arvadı Hulya Əliyevanın adına qeydiyyata alınmış 53*******45 nömrəli «Bank of Baku ASC-yə məxsus kart hesabını ona vermiş və pulu həmin kart hesabına köçürməsini bildirmişdir. 11 iyul 2022-ci il tarixdə, saat 12:40 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mikayıl Rəfili küçəsi ev 30, nömrəsiz fərdi evdə olarkən mobil telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «DostBank» mobil tətbiqinə daxil olaraq 5209****1757 nömrəli kart hesabından Təqsirləndirilən şəxs arvadı Hulya Əliyevanın adına qeydiyyata alınmış 5315 ******* 2045 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına 1500 manat köçürmüşdür. Təqsirləndirilən şəxs dediyi 30 gün bitsə də, Rafiqin dediyi vaxtda sosial müavinət düzəlməsi barədə onlara Sosial Müdafiə Fondundan heç bir məlumat gəlməmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs eyni qayada bir neçə şəxləri də aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonuna zəng etsə də, Rafiq onun telefon zənglərinə cavab verməmişdir. Beləlikə də, Rafiq ona yalan vədlər verərək ümumilikdə 3500 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, arvadı X2 xəstəliyi ilə əlaqədar 2014-cü ildən, 2021-ci ilin avqust ayına qədər təqaüd alırmış, 2021-ci ilin avqust ayında arvadı Zəminənin təqaüdü dayandırılmışdır. 2022-ci ilin iyul, avqust aylarında arvadı Zəminənin dayandırılmış təqaüdünün bərpa edilməsi üçün bir neçə dəfə Dövlət Sosial Müdafiə fondunada müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə fondunadan ona bildirmişlər ki, Zəminə uzun müddət xəstəxanada müalicə almalıdır və xəstəxanada müalicə olunması ilə bağlı epikiriz gətirdikdən sonra təqaüdün bərpa olunma məsələsinə baxılacaq. Bundan sonra arvadı Zəminə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunmağa başlamış və xəstəxanada qalmış, həmin xəstəxanadan epikiriz almışlar, həmin epikrizidə Sabunçu rayon 12 nömrəli poliklinkaya təqdim etmişlər, lakin poliklinkadan Zəminəyə taqüd düşmədiyini bildirmişlər. 2022-ci ilin sentyabr ayında oğlu Şahid ona tanışı Təqsirləndirilən şəxs geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyib, bir neçə şəxslərə təqaüd düzəltdiyini bildirmişdir. O, da oğlu Fərmana onu tanışı Rafiqlə görüşdürməsini və özü onunla söhbət etmək istədiyini bildirmişdir. 05 sentyabr 2022-ci il tarixdə oğlu Fərman tanışı Rafiqi yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nətavan küçəsi 20, nömrəsiz fərdi evə dəvət etmişdir. Həmin gün təxminən saat 14 radələrində Rafiq oğlu ilə birlikdə yaşadıqları evə gəlmişlər. Rafiqlə bir qədər söhbət etmişlər, ona arvadı Zəminənin aldığı təqaüdün dayandırıldığını bildirmişdir. Rafiq onada geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyib, bir neçə şəxslərə təqaüd düzəltdiyini bildirmişdir. Rafiqdən bu işin nə qədər vaxta düzələcəyini soruşduqda, Rafiq 3-4 ay ərzində düzələcəyini, onu tələstirməmələrini deyib bunun müqabilində ondan 3000 manat alacağını bildirmişdir. O, da Rafiqi oğlu Fərmanın tanışı olduğu üçün onun dediklərinə inanmış və yaşadığı evdə arvadı Zəminənin və oğlu Fərmanın yanında Təqsirləndirilən şəxs ümumilikdə 3000 manat vermiş, Rafiq çıxıb getmişdir. Bir müddət keçdikdən sonra bir neçə dəfə Rafiqin istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna zəng edərək Zəminənin təqaüdünün nə vaxt bərpa olunacağını soruşmuş, Rafiq hər dəfə təqaüdün tez bir zamanda bərpa olunacağını bildirirmiş. Sonradan Rafiq ona "xxxx"dan Zəminənin adına müştərilər üçün nəzərdə tutulmuş «ABB» bank kartı almalarını bildirmişdir. Onlarda Rafiqin dediyi kimi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Beynəlxalq Bankıdan arvadı Zəminənin adına müştərilər üçün nəzərdə tutulmuş «ABB» bank plastik kartı almışlar. 2023-cü ilin may ayında həmin karta 300 manat köçürülmüş, onlar elə başa düşmüşlər ki, artıq Zəminənin təqaüdü bərpa olunub, sonradan karta pul köçürülməmişdir. Zəminənin telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olduqda görmüşlər ki, karta göndərilən həmin 300 manat pul başqa bir şəxsin kart hesabından köçürülüb. Bundan sonra onlar Rafiqin istifadə etdiyi mobil telefonuna dəfələrlə zəng etsələr də, Rafiq onun telefon zənglərinə cavab verməmişdir. Beləliklə də, Rafiq onun arvadı Zəminənin təqaüdünü bərpa etdirəcəyi adı ilə ona yalan vədlər verərək 3000 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyanın 1000 manatı ödənilmiş, qalan 2000 manatın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında anası X3 xəstəliyi ilə əlaqədar təqaüd dezəltdirmək istəyirmiş. Tanışı Şahid ilə söhbət edərkən onun Rafiq adlı tanışının geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyib, bir neçə şəxslərə təqaüd düzəltdiyini, eləcə də onun anasına təqaüd düzəltmək üçün ona müraciət etdiyini, tez bir zamanda anası təqaüd alacağını bildirmişdir. O, Fərmandan xahiş etmişdir ki, həmin tanışı Rafiq adlı şəxslə onuda tanış etsin və anasının təqaüd almasında onada köməklik göstərsin, Fərman da etiraz etməmiş və onu Rafiq adlı tanışı ilə tanış etmişdir. O, Fərmanın tanışı Rafiqlə söhbət edən zaman Rafiq onada geniş əlaqələrə və imkanlara malik olan vəzifəli şəxslərlə əlaqəsinin olduğunu, bir neçə şəxslərə təqaüd düzəltdiyini deyib, bunun müqabilində ondan 5500 manat alacağını bildirmişdir. Lakin o, Rafiqin dediyi məbləğlə razlaşmamış və sonda 3500 manata razlaşmışlar, həmin pulu hissə-hissə verəcəyini bildirmiş, Rafiqdə etiraz etməmişdir. Rafiqdən bu işin nə qədər vaxta düzələcəyini soruşduqda, Rafiq 50 gün ərzində düzələcəyini bildirmişdir. Beləliklə də, ilk dəfə 01 dekabr 2022-ci il tarixdə, saat 11:55 radələrində yaşadığı evdə olarkən mobil telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olaraq 5167****7868 nömrəli kart hesabımdan Rafiq adlı şəxsin arvadı Hulya Əliyevanın adına qeydiyyata alınmış 41*******73 nömrəli "xxxx" ASC-nə məxsus kart hesabına 100 manat köçürmüşdür. Bundan başqa 02 dekabr 2022-ci il tarixdə, saat 16:08 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının qarşısında Rafiq adlı şəxslə görüşmüş ona 900 manat vermişdir. Bunadn başqa Rafiq 18 dekabr 2022-ci il tarixdə istifadə etdiyi mobil telefonunun "WhatsApp"adlı proqramına «Uni Bank ASC-nə məxsus 40********17 hesab nömrəsi göndərmiş və həmin hesaba 500 manat köçürməsini bildirmiş və o, həmin gün saat 21:12 radələrində yaşadığı evdən mobil telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «LEO Bank» mobil tətbiqinə daxil olaraq 4098***2990 nömrəli kart hesabımdan Rafiq adlı şəxsin ona göndərdiyi 40*********17 nömrəli hsaba 500 manat köçürmüşdür. Sonuncu dəfə 06 fevral 2023-cü il tarixdə yaşadığı evdə olarkən Rafiq mobil telefonunun "WhatsApp"xxxx"xxxx" ASC-nə məxsus Tofiq İbrahimov adlı şəxsin adına qeydiyyata alınmış 5167 ********55 hesab nömrəsi göndərmiş və o, həmin gün saat 14:19 radələrində yaşadığı evdən mobil telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olaraq 5167***7868 nömrəli kart hesabından Rafiqin ona göndərdiyi 51*********55 nömrəli hesaba 2000 manat köçürmüşdür. Rafiq adlı şəxsin dediyi 50 gün bitsə də, Rafiqin dediyi vaxtda anasının təqaüd alacağı barədə onlara Sosial Müdafiə Fondundan heç bir məlumat gəlməmişdir. O, tanışı Fərmanla əlaqə saxlamış, fərmandan anasının təqaüdünün Rafiq adlı şəxs tərəfindən düzəlib-düzəlməməsini soruşmuş, Fərman isə bildirmişdir ki, hələ gözləyirlər. Həmin vaxt başa düşmüşdür ki, əgər uzun müddətdir ki, Fərmanın anasının təqaüd alması düzəlmirsə Rafiq ikisinidə aldadır. Bundan sonra o, dəfələrlə Rafiqin istifadə etdiyi mobil telefonuna zəng etsə də, Rafiq onun telefon zənglərinə cavab verməmişdir. Beləlikə də, Rafiq ona yalan vədlər verərək ümumilikdə 3500 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.70-73); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 24 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti üzrə fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqı aparılmışdır( i.v.105); Hadisə yerinə baxış keçirilməsi barədə 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov küçəsi ev 21 baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 112-113); 10 may 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır(i.v. 143). Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.151); xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq MSY-nə təhvil verilmişdir(i.v 150). xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs MSYdən azad olunmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(187-191). xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.172-173). 21 iyul 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v. 198). Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.201); Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və cinayət işinə ********* nömrəsi verilmişdir(i.v. 101-103). Cinayət işinin başlanması haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Raqif oğlunun müraciəti üzrə fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqı aparılmışdır( i.v.47); 30 sentyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır(i.v. 74). Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.77); xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v. 86-87) . Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və cinayət işinə ********* nömrəsi verilmişdir(i.v. 43-45). Cinayət işinin başlanması haqqında 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti üzrə fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqı aparılmışdır( i.v.1); xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.28-29) . xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardadn görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir(i.v.203-205). 01 fevral 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v. 215-216). Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v.219-220); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir(i.v. 222-224). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilməmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır(i.v. 239-249). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur( i.v.145); Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur(İİ Cild i.v. 40). Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 1000 manat ödənilmiş, qalıq 2 000 manatı 2(iki) ay ərzində qəbul edəcəkdir. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməlinin 11 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 3500 (üç min beş yüz) manat, 05 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurması epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar xitam verilməklə(CPM 39.1.3), təqsirləndirilən şəxsin əməlinin CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 ilə barışması və dəymiş ziyanı tamamilə ödənilməsi nəzərə alınmaqla cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını bildirdilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən qismən imtina edilməsi qəbul edilməklə, əməlinin həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmaqla həmin maddədə nəzərdə tutulmuş cinayət əməli üzrə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 ilə barışması və dəymiş ziyanı tamamilə ödənilməsi nəzərə alınmaqla cinayət təqibinə xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu epizodlar üzrə cinayət əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 epizodu üzrə cinayətin törədilmə vaxtı 11 iyul 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs1 epizodu üzrə isə xx.xx.2022-ci il tarixdə baş vermiş, həmin epizodlar üzrə (xx.xx.2024-cuü il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırma müddəti nəzərə alınmaqla) cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əməlinə münasibətdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 ilə barışması və dəymiş ziyanı tamamilə ödənilməsi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1,185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 32.2.8-ci maddəsinə müvafiq olaraq dövlət ittihamçısı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə uyğun olaraq isə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə cinayət təqibindən imtina olunduğundan, Təqsirləndirilən şəxs əməli Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar xitam verilməklə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmalı, həmin maddədə nəzərdə tutulmuş cinayət əməli üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasına görə cinayət təqibinə xitam verilməli, o, həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmalı və barəsində seçilmiş qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə cinayət təqibindən imtina olunduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 3500 (üç min beş yüz) manat, 05 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar