Məhkəmə qərarları › İş №1(008)-251/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-251/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-251/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,920 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 06 oktyabr 2023-cü il tarixdə, saat 00:30-da ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, Sabunçu RPİnin 13-cü PŞ-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli gödəkçənin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi və qara rəngli pul kisəsinin içərisində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,920 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil,, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri adlarını və anket məlumatlarını bilmədiyi şəxlərdən, müxtəlif ünvanlardan öz istifadəsi üçün almışdır. Tutulmamışdan təxminən 2-3 ay əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu heç bir anket məlumatlarını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı, adını «Xomeni» kimi təqdim etmiş şəxslə tanış olub onunla +**********27 saylı mobil nömrə ilə əlaqə saxlayıb razılaşmışdır ki, onun dediyi hazırda nömrəsini xatırlamadağı bank kart hesabına pul ödədikdən sonra dediyi ünvanlardan gedib narkotik vasitələr götürəcək. Bir neçə dəfə həmin şəxsin bank kartına pul ödədikdən onun üçün narkotik vasitə göndərib ünvanları dedikdən sonra o gedib həmin ünvandan götürüb istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sonuncu dəfə 05 oktyabr 2023-cü il tarixdə həmin şəxslə istifadə etdiyi mobil telefonun «Whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlayıb ondan özünün istifadəsi üçün narkotik vasitə göndərməyini xahiş etmiş və 75 manat həmin şəxsin bank kartına özünə məxsus bank kart hesabından pul göndərmişdir. İstifadəsində 04 ədəd bank kartı var, onların hansından pulu göndərdiyini xatırlamır. 06 oktyabr 2023-cü il tarixdə, saat 00:30-da həmin şəxsin ona bildirdiyi ünvan 4 ünvanın qarşısına gedib qoyduğu narkotik vasitəni götürüb, pul kisəsinin içərisinə qoyub üzərində saxlayıb daşımışdır. Dayanıb taksi gözləyən zaman ona 2 nəfər polis geyimində şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələri göstərmişlər. Həmin yerdə polis əməkdaşları onun çantasında olan pul kisəsindən narkotik vasitəni aşkar edib onu polis bölməsinə dəvət etmişlər. Sonradan bölmədə həmin pul kisəsi yenidən ona təqdim edilmiş, lakin narkotik vasitə ona verilməmişdir. Onun üzərinə şəxsi axtarış və götürmə aparılan otağa daxil olan zaman narkotik vasitə artıq stolun üzərində olmuş, o, çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu və onun üzərindən aşkar edildiyini bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni də şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsdən “zaklatka” qoyulmuş yerlərdən götürərək əldə etdiyini, hadisə günü üzərindən aşkar edilmiş narkotik vasitəyə 75 manat pul verdiyini, şəxsi axtarış zamanı üzərindən və ya pul kisəsindən narkotik vasitə çıxarıb təqdim etmədiyini, o, otağa daxil olan artıq narkotik vasitənin təhqiqatçının otağındakı stolun üzərində olduğunu, lakin narkotik vasitənin onun pul kisəsindən aşkarlanmış narkotik vasitə olduğunu, üzərindən aşkar edilmiş elektron tərəzinin işi ilə əlaqədar ona lazım olduğunu, özünün qapı-pəncərə sexində işlədiyini və ikiqat şüşələrin arasına doldurduğu maddəni ölçmək üçün elektron tərəziyə ehtiyacının olduğunu, hadisə günü tərəzini narkotik vasitəni çəkmək üçün üzərində götürdüyünü, aldadılmasın deyə narkotik vasitəni çəkərək götürdüyünü, ilk dəfə idi ki, narkotik vasitəni çəkmək üçün elektron tərəzi götürdüyü, daha öncə narkotik vasitə alarkən elektron tərəzidən istifadə etmədiyini, həmin gün əldə etdiyi bükümün bütöv halda olaraq bükümdə deşik olmadığını, tərəzinin üzərindəki qəhvəyi toz izlərinin şüşələrin arasına tökdüyü maddə ola bilməsi ehtimalının olmasını, həmin maddənin heroin kimi qəhvəyi rəngdə və toxum şəklində olduğunu, Günel adlı şəxsin də narkotik vasitə istifadəçisi olduğunu, özünün Günelə də narkotik vasitə alıb apardığını, bunu həddiyə kimi deyil, Günelin öncədən ona verdiyi pul müqabilində aldığını və onların birlikdə narkotik vasitə istifadə etdiklərini, Günelə narkotik vasitə alıb aparmasının səbəbinin Günelin də ona narkotik vasitə verməsi olduğunu, onun SMS yazışmalarında olan “10 dənə verə bilərsənsə” yazışmada psixotrop maddə nəzərdə tutduğunu, həmin şəxsin onların sexindən şüşə-pəncərə alan şəxs olduğunu, həmin müştərinin iş müqabilində ona borclu qaldığını, o da borc əvəzində həmin şəxsdən 10 dənə psixotrop dərman istədiyini, 55 manat pul müqabilində narkotik vasitə istədiyi şəxsin Şamil adlı narkotik satan şəxs olduğunu, Ziko deyə müraciət etdiyi şəxsin narkotik vasitələrin satışı ilə məşğul olan, Lənkəranda yaşayan Ziya adlı şəxs olduğunu, Ziko ona narkotik vasitə verdiyindən, özünün də Zikoya bəzən narkotik vasitə verdiyini, Zikonun əslində birbaşa narkotik vasitələri satan şəxs deyil, sadəcə kuryer olduğunu, ona yazdığı “nəsə lazım olsa yığ həll eləyim səninçün, özünə də pay verərək narahat olma” məzmunlu mesajı yazmasının səbəbinin Zikonun da ona narkotik vasitə verməsinin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabuçun RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində bildirmişdir ki, 06 oktyabr 2023-cü il tarixdə, saat 00:30-da ünvan 5 ünvanın qarşısında inzibati ərazidə Sabunçu RPİ-nin PPXB-nün polis sıravisi, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin, əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, polis şöbəsinə aparılıb təhvil verildikdən sonra adı məlum olan Təqsirləndirilən şəxs onları gördükdə həyəcanlandığını və tez bir zamanda onların yanından uzaqlaşmağa cəhd etdiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, üzərində şəxsiyyətini təsdiq edən sənədin olubolmamasını soruşu və təqdim etməsini təklif etmişdirlər. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs suallara tələsik və aydın olmayan şəkildə cavab verib, üzərində heç bir sənədi olmadığını bildirdiyi üçün ondan şübhələnib üzərinə axtarış keçirilməsi məqsədi ilə 13-cü PŞ-yə aparıb təhvil vermişdirlər. Bununla bağlı tərəflərindən şöbənin rəhbərliyinə raport yazılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə aparılıb təhvil verildikdən sonra toplanmış materiallar üzrə araşdırmanın aparılması 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Kənan Əliyevə həvalə edilmişdir. Kənan Əliyev polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqların birində Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsinin səbəbi izah edilib, hüquq vəzifələri izah edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə axtarış keçiriləcəyi, hüquqlarını müdafiə etməsi üçün dövlət hesağbına vəkil ilə təmin olunması nəzərdə tutulduğu izah edilib, vəkil seçməkdən ötrü Bakı şəhəri 7 saylı Vəkil Burosunun vəkillərinin siyahısı ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahıdan vəkil Təyyar Mirzəyevi seçib onun tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirib, bu barədə ərizə yazmışdır. Vəkil təhqiqatçı tərəfindən dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini istədiyini deyib, bu barədə ərizə yazmışdır. Vəkilin iştirakı olmadan xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmetin olub-olmaması barədə verilmiş sualdan, müsbət təqdirdə təqdiməsi təklifindən sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd «Samsung», 01 ədəd «Tecno Spark» markalı mobil telefonları, sağ yan cibindən 01 ədəd elektron tərəzini, 01 ədəd qara rəngli pul kisəsini çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən pul kisəsinin içərisinə baxış keçirildikdə kisənin içərisindən 04 ədəd bank kartları və 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs mobil telefonların, pul kisəsinin, pul kisəsinin içərisində olan əşyaların ona məxsus olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların ona məxsus olduğunu, eyni zamanda pul kisəsinin içərisindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, heroini onlayn qaydada özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxsdən öz istifadəsi üçün aldığını, həmin şəxsə 75 manat pulu bank hesabına ödədikdən sonra heroini saxlanıldığı ünvanda onun üçün qoyulduğunu, elektron tərəzini isə narkotik vasitə və psixotrop maddə alarkən onu aldatmamalarından ötrü çəkisini ölçməkdən ötrü üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən axtarış keçirilmiş, üzərindən təqdim etdiyi əşyalardan başqa, qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 01 ədəd sellofan bükümdə olan maddə, 01 ədəd elektron tərəzi, bank kartları və mobil telefonlar müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabuçun RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin PPXB-nün polis sıravisi, polis serjantları Şahid1 və Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd «Samsung», 01 ədəd «Tecno Spark» markalı mobil telefonları, sağ yan cibindən 01 ədəd elektron tərəzini, 01 ədəd qara rəngli pul kisəsini çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən pul kisəsinin içərisinə baxış keçirildikdə kisənin içərisindən üzərində «4169 7388 5799 2196» saylı və «**** **** **** 9284» (ilk rəqəmləri pozulduğu üçün oxunmur) rəqəmləri olan 02 ədəd "xxxx" ASC-nin, üzərində «4098 5844 9695 3009» rəqəmləri olan 01 ədəd "xxxx" ASC-nin, üzərində «5243 7544 4794 4180» rəqəmləri olan "xxxx" ASC-nin bank kartları və 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs mobil telefonların, pul kisəsinin, pul kisəsinin içərisində olan əşyaların ona məxsus olubolmaması soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların ona məxsus olduğunu, eyni zamanda pul kisəsinin içərisindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, heroini onlayn qaydada özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxsdən öz istifadəsi üçün aldığını, həmin şəxsə 75 manat pulu bank hesabına ödədikdən sonra heroini saxlanıldığı ünvanda onun üçün qoyulduğunu, elektron tərəzini isə narkotik vasitə və psixotrop maddə alarkən onu aldatmamalarından ötrü çəkisini ölçməkdən ötrü üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən axtarış keçirilmiş, üzərindən təqdim etdiyi əşyalardan başqa, qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 01 ədəd sellofan bükümdə olan maddə, 01 ədəd elektron tərəzi, bank kartları və mobil telefonlar müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (i.v. 25-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5228 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°160...» dairəvi möhür əksi və «...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 büküm və 01 ədəd elektron tərəzi; şübhəli şəxs - imza, iştirakçılar: iki-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-1,920 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır, iz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (i.v.35-39). “CD yaddaş daşıyıcına baxış keçirilməsi haqqında” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin AZF/LGL-15328/23 nömrəli 07 noyabr 2023-cü il tarixli məktuba əlavə edilərək Sabunçu RPİ-yə göndərilmiş özündə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı aparılmış «SMS» mesajlar, danışıqlar və s. barədə məlumatları əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilmiş, baxış zamanı müəyən edilmişdir ki, diskdə «Nömrənin məxsusluq tarixçəsi», «SMS tarixçəsi» (02 ədəd), «Zənglərin detallaşması», «Zəngələrin məxsusluq tarixçələri» adlı 05 ədəd qovluq vardır. «Zənglərin məxsusluq tarixçələri» qovluğuna baxış keçirdlikdə müəyən edildi ki, ***-***-**-** saylı mobil nömrə Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olan 27 mart 1995-ci il təvəllüdlü X2 adına qeydə alınıbdır. «SMS tarixçəsi» qovluqlarına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən aşağıdakı mobil nömrələr arasında, qeyd olunan məzmunda «SMS» mesajların olduğu müəyyən edilmişdir:

1. 03 avqust 2023-cü il saat 15:46:54-də ***-***-**-** saylı mobil nömrə ilə «Bax dayı can 55 manatlıg vermışem sende 40 man vermısen 40 dən 15 manlıq 40 man vereceyın var dayı»;

2. 03 avqust 2023-cü il saat 15:52:36-da ***-***-**-** saylı mobil nömrə ilə «Bu 40 manatın yerıne Şamil dayıya deye bəlersen yarı Pati versin?»;

3. 14 avqust 2023-cü il saat 11:22:45-də ***-***-**-** saylı mobil nömrə ilə «Dayi sen ol ikimizin olmuşu gelmişem dostumdan pul goturum sora gelim senin yeniva elimlerdeyem»;

4. 14 avqust 2023-cü il saat 11:25:09-da ***-***-**-** saylı mobil nömrə ilə «And ola allaha işede getmemisemki gelim yaniva sora gedim sebirli ol 5 10 m pul goturum gelirem;

5. 28 aqvsut 2023-cü il saat 17:59:49-da ***-***-**-** saylı mobil nömrə ilə «Sen qalx yuxari de nurlanda şuşeleri lifte qoyub qaldirir;

6. 29 avqust 2023-cü il saat 22:58:34-də ***-***-**-** saylı mobil nömrə ilə «5 manatlig pencere 15 manatlig kolq»;

7. 12 sentyabr 2023-cü il saat 17:19:03-də **********27 saylı mobil nömrə ilə «Qardaş qadan alaram nurlandi. Abi telfonum xarabdi. Özumde muşterinin evindeyem burdan cixanda goturecem xaiş edirem saxla 2 k 1 pni gelecem arxayin olun»;

8. 16 sentyabr 2023-cü il saat 00:09:42-də ***-***-**-** saylı mobil nömrə ilə «Ziko sen 2 defe meni yigmisan 2 sindede klentin evinde olmuşam cavab vere bilmemişem. Nese lazim olsa yig hell eliyim sencin ozuve de pay vererem narahat olma»;

9. 16 sentyabr 2023-cü il saat 04:33:48-də ***-***-**-** saylı mobil nömrə ilə «İmkan olsa falqa gətir»;

10. 19 sentyabr 2023-cü il saat 11:34:07-də ***-***-**-** saylı mobil nömrə ilə «4098 5844 9695 3009 Leo bank Qaqa mene pul tema goturmey ucun lazimdi. eger sende varsa sen mene didiyin kimi 10 dene vere bilirsense hec pul atmasanda» «Zənglərin detallaşması» qovluğuna baxış keçirdikdə müəyyən edildi ki, ***-***-**-** saylı mobil nömrə ilə günün müxtəlif saatlarında, müddətlərdə, mobil nömrələr arasında danışıqlar aparımşdır. «Zənglərin məxsusluq tarixçəsi» qovluğuna baxış keçirdikdə ***-***-**-** saylı mobil nömrənin Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olan X1 (Şəxsiyyət vəsiqəsi AZE Nq ********), ***-***-**-** saylı mobil nömrənin X3 (Şəxsiyyət vəsiqəsi AA0547666) adına qeydə alındığı müəyyən edilmişdir (i.v.138). “CD yaddaş daşıyıcına baxış keçirilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən HTİD-OUT-03911-2023 nömrəli 01 dekabr 2023cü il tarixli məktuba əlavə edilərək Sabunçu RPİ-yə göndərilmiş özündə «4098 5844 9695 3009» saylı bank kartı ilə bağlı 06 aprel 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində həyata keçirilmiş əməliyyatlar barədə məlumatları əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" ASCdən HTİD- OUT-03911-2023 nömrəli 01 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, 4098 5844 9695 3009» saylı bank kartı xx xxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur. Baxış zamanı diskdə «Təqsirləndirilən şəxs» adlı qovluğun olduğu müəyyən edilmişdir. Həmin qovluğa baxış keçirdikdə «Million» və «Emanat» ödəmə terminalları vasitəsi ilə «4098 5844 9695 3009» saylı bank kart hesabına - 03 oktyabr 2023-cü il tarixdə saat 11:21:14-də 200 manat; 04 oktyabr 2023-cü il tarixdə saat 02:53:24-də 100 manat karta digər kart hesabından mədaxil olduğu, 30 avqust 2023-cü il saat 15:24:20-də - 5 manat; saat 19:18:12-də - 90 manat; saat 22:40:02-də - 6 manat; 03 sentyabr 2023-cü il saat 22:28:16-də 20 manat; 08 sentyabr 2023-cü il saat 15:04:37-də - 40 manat; 09 sentyabr 2023-cü il saat 02:33:19-da - 15 manat; 13 sentyabr 2023-cü il saat 01:26:17-də - 17 manat; 14 sentyabr 2023-cü il saat 12:39:22-də - 20 manat; 15 sentyabr 2023-cü il saat 22:21:23-də - 15 manat; 16 sentyabr 2023-cü il saat 08:12:26-da - 3 manat; 17 sentyabr 2023-cü il saat 21:43:35-də - 10 manat; 17 sentyabr 2023-cü il saat 23:45:54-də -15 manat; 20 sentyabr 2023-cü il saat 07:11:06-da - 49 manat; 20 sentyabr 2023-cü il saat 17:01:25-də - 30 manat; 21 sentyabr 2023-cü il saat 01:03:49-da - 34 manat; 21 sentyabr 2023-cü il saat 01:36:08-də -15 manat; 23 sentyabr 2023-cü il saat 20:42:32-də - 150 manat; 25 sentyabr 2023-cü il saat 21:24:54-də 25 manat; 26 sentyabr 2023-cü il saat 03:45:21-də - 14 manat; 27 sentyabr 2023-cü il saat 18:32:23-də - 57 manat; 27 sentyabr 2023-cü il saat 21:07:09-da - 20 manat; 30 sentyabr 2023-cü il saat 00:29:37-də - 30 manat; 30 sentyabr 2023-cü il saat 00:49:01-də - 10 manat; 03 oktyabr 2023-cü il saat 19:01:17-də - 25 manat; 04 oktyabr 2023-cü il saat 20:04:38-də - 5 manat; 04 oktyabr 2023-cü il saat 20:04:38-də - 5 manat; 04 oktyabr 2023-cü il saat 20:08:40- da - 10 manat; 04 oktyabr 2023-cü il saat 23:27:39-də - 20 manat; 05 oktyabr 2023-cü il saat 16:44:27-də - 20 manat; 05 oktyabr 2023-cü il saat 18:09:03-də - 25 manat; 05 oktyabr 2023- cü il saat 19:15:42-də 17 manat; 05 oktyabr 2023-cü il saat 19:21:21-də- 15 manat; 05 oktyabr 2023-cü il saat 20:28:58-də - 5 manat; 05 oktyabr 2023-cü il saat 20:30:00-da - 5 manat vəsaitin mədaxil olduğu müəyyən edilmişdir (i.v.143). “CD yaddaş daşıyıcına baxış keçirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin BKC/LGL-15766/23 nömrəli 21 dekabr 2023-cü il tarixli məktuba əlavə edilərək Sabunçu RPİ-yə göndərilmiş özündə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı aparılmış «SMS» mesajlar, danışıqlar və s. barədə məlumatları əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilmiş, baxış zamanı müəyən edilmişdir ki, diskdə «Nömrənin məxsusluq tarixçəsi», «SMS tarixçəsi» (02 ədəd), «Zənglərin detallaşması», «Zəngələrin məxsusluq tarixçələri» adlı 04 ədəd qovluq vardır. «Zənglərin məxsusluq tarixçəsi» qovluğuna baxış keçirdlikdə müəyən edildi ki, ***-***-**-** saylı mobil nömrə Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs (Şəxsiyyət vəsiqəsi AA2774049) adına qeydə alınıbdır. «SMS tarixçəsi» qovluqlarına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən aşağıdakı mobil nömrələr arasında, qeyd olunan məzmunda «SMS» mesajların olduğu müəyyən edilmişdir:

1. 14 oktyabr 2022-ci il saat 14:28:12-də ***-***-**-** saylı mobil nömrəyə «Salam yoxduda neynim axi kime diyirem hec bir werefsizde yoxduki alim verim sene iwden pul gozduyurem oda yubanir tek variantim gedib ogurlug edib sene gondermeydi oda menniy deyil.»;

2. 14 oktyabr 2022-ci il saat 14:31:37-də ***-***-**-** saylı mobil nömrədən «Nulan elmnat pul gödre bilisen»;

3. 14 oktyabr 2022-ci il saat 14:32:26-da ***-***-**-** saylı mobil nömrədən «Bimen göder idi xayiş edrem göder idi gedim götrum tefun satim hecmsa»;

4. 04 noyabr 2022-ci il saat 17:34:36-da ***-***-**-** saylı mobil nömrəyə «4098 0944 2102 0346» bank hesab nömrəsi göndərilib;

5. 04 noyabr 2022-ci il saat 17:36:06-da ***-***-**-** saylı mobil nömrəyə «Seni gozduyuruyde»;

6. 06 noyabr 2022-ci il saat 23:05:31-də ***-***-**-** saylı mobil nömrəyə «Ziya alinmadi ?»;

7. 06 noyabr 2022-ci il saat 23:05:37-də ***-***-**-** saylı mobil nömrəyə «Gelim?»

8. 13 noyabr 2022-ci il saat 11:05:30-da ***-***-**-** saylı mobil nömrəyə «Meni blokdan cixarda»;

9. 15 noyabr 2022-ci il saat 14:05:27-də ***-***-**-** saylı mobil nömrədən «kimden alim hacan godrsen fikirin var gedim kimden alim yene rasim cani rasim ygib meni suka godmlyem bele niye elysen»;

10. 22 noyabr 2022-ci il saat 10:21:39-da ***-***-**-** saylı mobil nömrəyə «2wk.»;

11. 24 noyabr 2022-ci il saat 17:58:48-də ***-***-**-** saylı mobil nömrədən «Biz baydyuk azdgdayk o icrde hecne elye bimirm ocun men suka gödrmlyem tefun pulu vermlyem bimirm sabax yuz elmanat at bimirm mede yoxdu hecne eses mecin rasdi sede yoxdu men nenyim»;

12. 25 noyabr 2022-ci il saat 08:44:37-də ***-***-**-** saylı mobil nömrədən «Salam buğun yegin buğun geler pul gontya kimi gözdyren rasim cani icme mene pul lazdi gedrem»;

13. 28 dekabr 2022-ci il saat 19:23:41-də ***-***-**-** saylı mobil nömrədən «4098 5844 6529 3114» bank hesabın nömrəsi göndərilib;

14. 23 may 2023-cü il saat 02:27:49-da ***-***-**-** saylı mobil nömrəyə «30 m varimdi 20 m kola 10 m pati»;

15. 24 may 2023-cü il saat 03:15:06-da ***-***-**-** saylı mobil nömrəyə «Ziko yatmamisan? Gelirem birazdan»;

16. 24 may 2023-cü il saat 03:15:43-də ***-***-**-** saylı mobil nömrəyə 0.5 kola 10 15manatligda pati istiyirem»;

17. 24 may 2023-cü il 03:28:04-də ***-***-**-** saylı mobil nömrəyə «Sulu tepedeyem taksi gozduyurem gelsin gelirem»;

18. 24 may 2023-cü il saat 03:32:51-də ***-***-**-** saylı mobil nömrəyə «Get gotur gelirem»;

19. 24 may 2023-cü il saat 03:33:19-da ***-***-**-** saylı mobil nömrəyə «Sende meni gece vaxti colde cox gozletme xaiw edirem»;

20. 24 may 2023-cü il saat 03:51:26-da ***-***-**-** saylı mobil nömrəyə «He 5 deqiqeye ordayam allah qoysa»;

21. 27 may 2023-cü il saat 17:40:16-da ***-***-**-** saylı mobil nömrədən «Nuruş pis vəziyyətdə qoyursan məni»;

22. 28 may 2023-cü il saat 11:34:52-də ***-***-**-** saylı mbil nömrəyə «Yari daş lazimdi 10manatligda k srocnu lazimdi . Pul olmuyacag sora»;

23. 29 may 2023-cü il saat 20:59:30-da ***-***-**-** saylı mobil nömrəyə «Gedirem gelim deyim sene yoxsa yox?»;

24. 31 may 2023-cü il saat 22:09:41-də ***-***-**-** saylı mobil nömrəyə «Kecen defeki kimi gedib bawka yerden taparam diyersen gel»;

25. 02 iyun 2023-cü il saat 13:35:06-da ***-***-**-** saylı mobil nömrəyə «Nece saata ata bilersen o pulu senol direnmişem neyi var uzagi uzagi saat 4 e 5 e qeder hell elemelisen»;

26. 05 iyun 2023-cü il saat 00:49:15-də ***-***-**-** saylı mobil nömrəyə «Meni padvadit eleme qardawimsan»;

27. 05 iyun 2023-cü il saat 00:49:52-də ***-***-**-** saylı mobil nömrəyə «07 kola olsun qaqa 20 manatligda pati 02 zad olsunda qardawimsan»;

28. 08 iyun 2023-cü il saat 23:56:26-da ***-***-**-** saylı mobil nömrəyə «Ziko 5diy pati 5diy kola olar?»;

29. 19 iyul 2023-cü il saat 12:20:24-də ***-***-**-** saylı mobil nömrədən «Nuruş səninki lap yavni hörmətsizlik oldu bunu biləsən»;

30. 19 iyul 2023-cü il saat 12:40:53-də ***-***-**-** saylı mobil nömrədən «Onun bunun zəngin açırsan mənim zəngimi niyə açmirsan?»;

31. 19 iyul 2023-cü il saat 12:43:15-də ***-***-**-** saylı mobil nömrədən «Hörməysizlik etmə aç telfonu nuruş»;

32. 23 iyul 2023-cü il saat 16:12:37-də ***-***-**-** saylı mobil nömrəyə «4169 7388 3289 9284» bank hesab nömrəsi göndərilib. «Zənglərin məxsusluq tarixçələri» qovluğuna baxış keçirdikdə ***-***-**-** saylı mobil nömrə ünvan 7 ünvanında qeydiyyatda olan Ziyad Səfərovun (Şəxsiyyət vəsiqəsi AZE ********) adına; ***-***-**-** saylı mobil nömrə ünvan 8 ünvanında qeydiyyatda olan Əfqan Kərimovun (Şəxsiyyət vəsiqəsi AA3295142); ***-***-**-** saylı mobil nömrə ünvan 7 ünvanında qeydiyyatda olan Rəfiqə Səfərovanın (Şəxsiyyət vəsiqəsi AZE ********); ***-***- **-** saylı mobil nömrə Sabirabad şəhəri M.S.ünvan 9 ünvanında qeydiyyatda olan Yaqub Mehtiyevin adma (Şəxsiyyət vəsiqəsi AZE ********); ***-***-**-** saylı mobil nömrə Cəlilabad rayonu Privolnoye Ərazi Dairəsi Privolnoya kəndində qeydiyyatda olan Ramin Məmmədovun (Şəxsiyyət vəsiqəsi AA0854700), 055-633- 05-59 saylı mobil nömrə ünvan 10 ünvanında qeydiyyatda olan Zaur Əliyevin (Şəxsiyyət vəsiqəsi AZE ********) adına qeydə alındığı müəyyən edilmişdir (i.v.155-156). Məhkəmə-narkoloji ekspertizasının 09 oktyabr 2023-cü il tarixli, 6383 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.159- 160). “Xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, məhkəmə-komputer-texniki ekspertizası 02 noyabr 2023-cü il tarixli, 5/1434 saylı rəyinə əlavə edilərək təqdim edilmiş xarici yaddaş qurğusuna baxış keçirilmiş, həmin qurğuda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (i.v.167). “Sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,920 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq, təmiz çəkisi 1,870 qram narkotik vasitə heroinin və 01 ədəd elektron tərəzinin Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan diskin və iş materiallarında olan 03 ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "xxxx"a mıxsus **********953009 nömrəli, "xxxx" ASC-yə məxsus **********992196 nömrəli, "xxxx" ASC-yə məxsus ************9284 nömrəli (ilk rəqəmləri silindiyi üçün oxunmur) və "xxxx" ASC-yə məxsus **********944180 nömrəli bank kartlarının maddi sübut kimi tanınaraq saxlanılması üçün Təqsirləndirilən şəxs verilməsi, onun üzərindən aşkar edilmiş 01 ədəd “Samsung Galaxy A21s” markalı, “SM-A217F/DSN modelli və 01 ədəd “Tecno Spark 10 pro” markalı “K17” modelli mobil telefonların maddi sübut kimi tanınmadan qanuni sahibinə qaytarılması qərara alınmışdır (i.v.174-185). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmamış, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi ziddiyyətli məqamlarla tam təkzib edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərinə axtarış keçirilərək pul kisəsində olan narkotik vasitənin götürüldüyünü, şəxsi axtarış və götürmə zamanı pul kisəsini təqdim edərək narkotik vasitəni təqdim etmədiyini, təhqiqatçının otağına daxil olan zaman narkotik vasitənin artıq stolun üzərində olduğunu bildirsə də, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fərqli ifadə verərək şəxsi axtarış götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən özünə məxsus 01 ədəd “Tecno Spark” və 01 ədəd “Samsung” markalı mobil telefonları, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd elektron tərəzi və 01 ədəd qara rəngli pul kisəsini çıxarıb təqdim etdiyini, təhqiqatçı tərəfindən pul kisəsinin içərisindən bank kartları ilə yanaşı, 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinin aşkar edilərək götürüldüyünü bildirmişdir ki, həmin ifadə həm şəxsi axtarış və götürmə protokolu, həm həmin istintaq hərəkəti zamanı qeydə alınmış görüntülər, həm də şahid ifadələri uzlaşmışdır. Belə ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 oktyabr 2023-cü il tarixli protokoldan və həmin görüntünü özündə əks etdirən videodiskdən görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd «Samsung», 01 ədəd «Tecno Spark» markalı mobil telefonları, sağ yan cibindən 01 ədəd elektron tərəzini, 01 ədəd qara rəngli pul kisəsini çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən pul kisəsinin içərisinə baxış keçirildikdə kisənin içərisindən üzərində «4169 7388 5799 2196» saylı və «**** **** **** 9284» (ilk rəqəmləri pozulduğu üçün oxunmur) rəqəmləri olan 02 ədəd "xxxx" ASC-nin, üzərində «4098 5844 9695 3009» rəqəmləri olan 01 ədəd "xxxx" ASC-nin, üzərində «5243 7544 4794 4180» rəqəmləri olan "xxxx" ASC-nin bank kartları və 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs mobil telefonların, pul kisəsinin, pul kisəsinin içərisində olan əşyaların ona məxsus olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların ona məxsus olduğunu, eyni zamanda pul kisəsinin içərisindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, heroini onlayn qaydada özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxsdən öz istifadəsi üçün aldığını, həmin şəxsə 75 manat pulu bank hesabına ödədikdən sonra heroini saxlanıldığı ünvanda onun üçün qoyulduğunu, elektron tərəzini isə narkotik vasitə və psixotrop maddə alarkən onu aldatmamalarından ötrü çəkisini ölçməkdən ötrü üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərilən xüsusatla bağlı ibtidai istintaq zamanı fərqli ifadə verdiyi bildirildikdən və onun iştirakı ilə videodiskə baxış keçirildikdən sonra məhkəmə istintaqı zamanı fərqli məzmunda ifadə verməsinin səbəbi soruşulduqda o, cibindən pul kisəsini çıxararaq təhqiqatçıya təqdim etdiyini xatırlamadığını bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmədə müvafiq istintaq hərəkətinin prosessual pozuntularla aparılmasına dair fikir formalaşdırmaq məqsədi ilə fərqli ifadə verməsinə dəlalət edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs üzərində aşkar edilmiş elektron tərəzi və hansı səbəbdən üzərində elektron tərəzi gəzdirməsi ilə bağlı suallara cavab olaraq o, ilkin olaraq şüşə-pəncərə sexində işlədiyini və ikiqat şüşələrin arasına maddə tökdüyünü, həmin maddənin çəkisini bilmək üçün işdə elektron tərəzi işlətdiyini və bu səbəbdən elektron tərəzi gəzdirdiyini bildirsə də, sonrakı məhkəmə iclasında tərəzinin işi ilə bağlı ona lazım olmasına baxmayaraq hadisə günü alacağı narkotik vasitəni çəkmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs ifadələrində elektron tərəzini tanımadığı dükandan aldığını və üzərində gəzdirməkdə məqsədinin aldadılmamaq üçün aldığı narkotik vasitəsinin çəksini öyrənmək olduğunu bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi ilə bağlı da fərqli nüansı göstərərək məhkəməyə “Pvc” sexində usta köməkçisi işləməsinə dair əmək müqaviləsi təqdim edərək elektron tərəzinin ona işi ilə bağlı olmasına və guya ikiqat şüşələrin arasına doldurulan maddəni çəkmək üçün istifadə etməsinə dair fikir yaratmağa cəhd etsə də, məhkəmə ilk növbədə şüşə sexlərində ikiqat şüşələrin arasına hər hansı maddənin doldurulması ilə elektron tərəzidən istifadə edilmədiyini, bununla yanaşı, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrdən heç birində işi ilə bağlı ona elektron tərəzinin lazım olmasına dair xüsusat göstərmədiyini, ən önəmlisi isə elektron tərəzinin üzərində hər hansı digər maddənin deyil, məhz heroin izlərinin aşkar olunmasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı elektron tərəzi ilə bağlı istinad etdiyi halların da həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs şüşələrin arasına doldurulan maddənin toxum şəklində olduğunu, əvvəllər narkotik vasitə alarkən elektron tərəzidən istifadə etmədiyini, ilk dəfə olaraq hadisə günü aldadılmamaq üçün elektron tərəzini özü ilə götürərək aldığı narkotik vasitəni çəkdiyini, həmin narkotik vasitənin bərk sıxılmış bükümdə olduğunu və çəkərkən tökülmədiyini, polis əməkdaşları tərəfindən saxlanılan vaxtadək həmin bükümü açmadığını göstərmişdir ki, həmin hallara münasibətdə məhkəmə qeyd edir ki, elektron tərəzinin üzərində toz şəklində heroin izlərinin aşkar olunması nəzərə alınmaqla toz şəklində deyil, məhz toxum şəklində olan maddənin izlərinin tərəzidə toz formasında qalması qeyri-mümkün haldır. Bununla yanaşı, əvvəllər heç bir zaman narkotik vasitənin çəkilməsi üçün istifadə olunmayan elektron tərəzinin üzərində cəmi bir dəfə, bərk sıxılmış və bütöv halda olan bükümün çəkilməsi nəticəsində heroin izlərinin qalması və nədənsə təsadüfən məhz saxlanıldığı gün təqsirləndirilən şəxsin narkotik vasitəni çəkmək qərarına gələrək elektron tərəzini özü ilə götürməsi inandırıcı olmamaqla təqsirləndirilən şəxsin ifadələrində səmimi olmadığınl demək üçün əsasdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan SMS yazışmalar tədqiq edilmiş və təqsirləndirilən şəxsə həmin SMS-lərlə bağlı suallar ünvanlanan zaman onun həmin suallara verdiyi qeyri-müəyyən və ziddiyyətli cavablar bir daha təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün hər vəchlə məhkəməni yanıltmağa çalışması qənaətinə gəlməyə zəmin yaratmışdır. Belə ki, təqsirləndirilən şəxsin ***-***-**-** saylı mobil nömrəyə yazdığı «Ziko sen 2 defe meni yigmisan 2 sindede klentin evinde olmuşam cavab vere bilmemişem. “Nese lazim olsa yig hell eliyim sencin ozuve de pay vererem narahat olma» məzmunlu SMS-lə bağlı ona ünvanlanmış suala cavab olaraq o, Ziko adlı şəxsin adının Ziya olduğunu, onun Lənkəranda yaşadığını, soyadı və ata adını bilmədiyini, həmin şəxsin kuryer kimi narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu, özünün də ondan narkotik vasitə aldığını bildirmiş, bu zaman ona narkotik vasitəni satan şəxsə nəyi həll edəcəyi, əgər həmin şəxs satışla məşğul olan şəxsdirsə, ona nəyi və hansı səbəbdən pay verəcəyinə dair sual ünvanlandıqda təqsirləndirilən şəxs həmin suala cavab verə bilməmiş və Ziko adlı şəxsə belə məzmunda SMS yazdığını xatırlamadığını bildirmişdir. Sonuncu məhkəmə iclasında isə təqsirləndirilən şəxsə yenidən həmin sual ünvanlandıqda o, Zikoya bəzən narkotik vasitəni pay verdiyini, bunun müqabilində də Zikonun bəzən ona hədiyyə olaraq narkotik vasitəni pay verdiyini bildirmişdir ki, məhkəmə narkotik vasitələrin satışı ilə məşğul olan şəxsə ondan narkotik vasitə alan şəxsin ona pay verməsini absurd hesab edir və təqsirləndirilən şəxsin öz müdafiəsi naminə məntiqəuyğun olmayan cavablar verdiyini qeyd edir. Məhkəmə onu da qeyd edir ki, hətta təqsirləndirilən şəxsin suala verilmiş cavabı inandırıcı cavab kimi qəbul edilsə belə, narkotik vasitələrin qanunsuz satılması narkotik vasitələrin yalnız əvəzli və ya qazanc əldə etmək məqsədi ilə deyil, digər şəxsi maraqla da yayılmasını özündə ehtiva etdiyindən Təqsirləndirilən şəxs Ziya adlı şəxsə (Ziko) pay kimi narkotik vasitəni məhz Ziyanın da ona bəzən narkotik vasitəni pay verməsi müqabilində şəxsi maraqla verməsi də özü-özlüyündə narkotik vasitələrin dövriyyəsi kimi qiymətləndirilən haldır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs özü məhkəmə baxışı zamanı Zikoya narkotik vasitəni pay vermək istəməsinin səbəbi kimi Zikonun da ona narkotik vasitəni pay verməsin və pay verə biləcəyini göstərmişdir ki, bu da onun məhz şəxsi maraqla (gələcəkdə Ziya (Ziko) adlı şəxsin də ona əvəzsiz narkotik vasitə verməsi məqsədi ilə) başqa şəxsə narkotik vasitə verməsinə dəlalət edir. Yəni, Təqsirləndirilən şəxs öz sözlərinə əsasən narkotik vasitələrdən Ziya adlı şəxsə pay verməsinin əsasında gələcəkdə lazım olarsa, Ziya adlı şəxsin də ona narkotik vasitə verməsindən ibarət şəxsi marağın dayandığı mübahisəsizdir. Bununla yanaşı, ***-***-**-** saylı mobil nömrə ilə «4098 5844 9695 3009 Leo bank Qaqa mene pul tema goturmey ucun lazimdi. eger sende varsa sen mene didiyin kimi 10 dene vere bilirsense hec pul atmasanda» məzmunlu SMS-lə bağlı təqsirləndirilən şəxsə ünvanlanmış suala o, məhkəmə iclasında cavab verə bilməmiş, belə bir SMS-i xatırlamadığını bildirmiş, növbəti məhkəmə iclasında o, həmin SMS-i xatırladığını, həmin nömrənin sahibinin adının Cavid olduğunu, onun evində pəncərə quraşdırdığını, həmin müştərinin ona borcunun qaldığını, o, isə borcun müqabilində ondan 10 dənə psixotrop tərkibli dərman istədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin həmin cavabı inandırıcı hesab edilməyərək ona “evində işlədiyi həmin müştərinin nə işlə məşğul olduğunu, həmin şəxsdə psixotrop dərman olmasını haradan bilməsi” barədə sual ünvanlandıqda təqsirləndirilən şəxs həmin müştərinin başqa şəxslə danışan onda psixotrop dərman olduğunu eşitdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi cavabı məntiqsiz hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə həmin SMS-ə münasibətdə əvvəlcədən tanımadığı və heç bir münasibətinin olmadığı şəxsin evində pəncərə quraşdırdıqdan sonra ona borclu qalan, nə işlə məşğul olduğunu bilmədiyi, sadəcə həmin şəxsin başqa şəxslə danışan zaman onda psxiotrop dərman olduğunu eşitdiyi bir şəxsə “Qaqa” deyə müraciət edərək “mənə pul tema götürmək üçün lazımdı, əgər səndə varsa mənə dediyin kimi 10 dənə verə bilərsənsə heç pul atmasanda” yazmasını bildirməsi məhkəməni yanıltmağa cəhdindən başqa bir addım kimi qiymətləndirilə bilməz. Belə ki, həmin SMS-in məzmunundan təqsirləndirilən şəxsin həmin şəxsi tanıdığı, aralarında səmimi münasibətin olması, hətta öncədən aralarında “10 dənə” ilə bağlı danışıqların olması açıq-aşkardır. Bununla yanaşı, təqsirləndirilən şəxsin məhkəmədə səmimi olmaması qənaətinə imkan verən hallardan biri də məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq onun hər zaman narkotik vasitə alarkən bir büküm olaraq şəxsi istifadəsi üçün aldığını, heç vaxt bir bükümdən artıq narkotik vasitə almadığını bildirməsi olmuşdur. Halbuki, təqsirləndiirlən şəxsin ***-***-**-** saylı mobil nömrəyə «07 kola olsun qaqa 20 manatligda pati 02 zad olsunda qardawimsan», ***-***-**-** saylı mobil nömrəyə «4098 5844 9695 3009 Leo bank Qaqa mene pul tema goturmey ucun lazimdi. eger sende varsa sen mene didiyin kimi 10 dene vere bilirsense hec pul atmasanda» məzmunlu SMS-lər yazması onun bir bükümdən artıq (bir dəfəyə 09 büküm, 10 büküm) narkotik vasitə və psixotrop maddələr əldə etməsinə və məhkəmədə bir bükümdən artıq narkotik vasitə almadığına dair göstərdiyi xüsusatın da özünün SMS yazışmaları ilə təkzib edilməsinə dəlalət edir. Bununla yanaşı, iş materiallarında olan "xxxx" MMC tərəfindən məlumatlardan aşkar edilmiş təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrədən ********** mobil nömrəyə yazdığı “Gunel birazda dozun . Gelecem . Ozumde pisem telfonum işdemir”, “gelecem arxayin olun”, “Gunel indi bu deq goturdum gelib bura cixmişam qayitmaga 5m catmir”, “bir başa karta at. Tel işdemir”, “Son konturumdu yaziram sene he kartnan sifariş verib gelirem yaniva” məzmunlu SMS-lə bağlı ünvanlanmış suala cavab olaraq təqsirləndirilən şəxs Günel adlı şəxsin onun kimi narkotik vasitə istifadəçisi olduğunu, Günelin ona öncədən narkotik vasitə almaq üçün verdiy pul müqabilində ona da narkotik vasitə alaraq apardığını, Günelin də ona istifadə üçün narkotik vasitə verdiyini göstərmişdir ki, göstərilən bu hal özü də Təqsirləndirilən şəxs şəxsi maraq müqabilində (Günelə alaraq daşıdığı narkotik vasitədən Günelin ona da istifadə üçün verməsi) narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını göstərən hallardan biridir. Həmçinin, , iş materiallarında olan "xxxx" MMC tərəfindən məlumatlardan aşkar edilmiş təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrədən ********** mobil nömrəyə “Qaqa wpda mesaj catmadi zakazim sene Zeng vurannan hazırdı gozduyur” yazması aşkar edilmişdir ki, göstərilən bu hallar Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla yanaşı, həm də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edir. Bundan savayı müstəntiq tərəfindən məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kart hesablarına dair məlumatlardan onun kart hesablarına müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil edildiyi müəyyən edilmiş, məhkəmə iclasında təqsirləndirilən şəxs həmin məbləğlərin işi ilə əlaqədar şüşəpəncələrin pulu olaraq onun kartına evində işlədiyi müştərilər tərəfindən göndərildiyini göstərsə də, məhkəmə karta mədaxil edilən məbləğlərin əksəriyyətinin 5, 10, 15, 20, 25 manat olduğunu, həmin məbləğdə qapı-pəncərə düzəldilməsinin real olmamasını, bununla yanaşı, Təqsirləndirilən şəxs sexdə sadəcə usta köməkçisi olduğunu, sexin rəhbərliyi və ya işi görən usta olduğu halda müştərilərin qapı-pəncərəyə görə ödənilməli olan məbləğləri usta köməkçisi işləyən Təqsirləndirilən şəxs kart hesabına köçürmələrinin inandırcı olmamasını nəzərə alır. Odur ki, məhkəmə göstərilənləri ümumiləşdirərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı fərqli xüsusatlara istinad edərək verilmiş suallara ziddiyyətli cavablar verməsini, onun üzərindən narkotik vasitə ilə yanaşı üzərində heroin izləri olan elektron tərəzinin aşkar edilməsini, onun istifadəsində mobil nömrəyə daxil olan və həmin nömrələrdən göndərilmiş SMS yazışmalarını, onun adına olan kart hesablarına mədaxil olunan pul məbləğlərini, onun həmin xüsusatlarla bağlı ona ünvanlanmış suallara məntiqi cavablar verə bilməməsini nəzərə alaraq onun özünümüdafiəsi üçün irəli sürdüyü dəlilləri əsassız və özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə, saat 00:30-dan tutulmuş hesab edilmişdir (i.v.13). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.68-70). “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.71-72). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.113). Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla (iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə, saat 00:30-dan tutulmuş hesab edilmiş, təqsirləndiriən şəxs qismində 07 iyun 2023-cü il tarixdə, saat 11:35-dən 12:45-dək dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da təqsirləndirilən şəxsin 24 saatdan artıq azadlığın məhdudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlanılma müddəti 02 gün hesablanmalıdır) üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 04 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "xxxx"a mıxsus **********953009 nömrəli, "xxxx" ASC-yə məxsus **********992196 nömrəli, "xxxx" ASC-yə məxsus ************9284 nömrəli (ilk rəqəmləri silindiyi üçün oxunmur) və "xxxx" ASC-yə məxsus **********944180 nömrəli bank kartlar Təqsirləndirilən şəxs saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət (saatlarla hesablama nəzərə alınmaqla) 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 1,870 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 04 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş "xxxx"a məxsus **********953009 nömrəli, "xxxx" ASC-yə məxsus **********992196 nömrəli, "xxxx" ASC-yə məxsus ************9284 nömrəli (ilk rəqəmləri silindiyi üçün oxunmur) və "xxxx" ASC-yə məxsus **********944180 nömrəli bank kartlar Təqsirləndirilən şəxs saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 92 və 80 manat olmaqla, cəmi 172 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar