Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-252/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Məmmədov Fikrət Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs Əliyeva (Mərdanova) Gülxanım İslam qızının vəkili və nümayəndəsi 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəs., C.Cahangirov küç., ev 38 ünvanda qeydiyyatda olan və orada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 2(008)2799 saylı, 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 xeyrinə ödənilməsinin qət edilməsinə və qətnamənin icraya yönəldilməsinə baxmayaraq məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirməmiş, buna görə xx xxxxx 2019-cu il tarixdə Bakı şəh., Sabunçu Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbslə tənbeh edilmiş, tənbehdən sonra ona icra sənədindəki aliment tələbini icra etməsi üçün məsuliyyəti elan olunmaqla rəsmi qaydada dəfələrlə xəbərdarlıq edilərək vaxt verilsə də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, nəticədə Zərərçəkmiş şəxs 2019-cu ilin noyabr ayına kimi 2.445 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Araz oğlu ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs (Mərdanova) ilə 2010-cu ildə ailə qurmuşlar. Onların birgə nikahından Q.Təqsirləndirilən şəxs doğulmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaları mümkün olmadığından aralarında bağlanmış nikaha xitam verilmişdir. Həmin vaxdan da Zərərçəkmiş şəxs (Mərdanova) övladı ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamışdır. 2016-ci ildə ona qarşı aliment tələbinə dair Bakı şəh., Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 12 fevral 2016-cı il tarixdən hesablanmaqla hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq, xx xxxxx 2012-ci il təvəllüdlü Qəmərin yetkinlik yaşma çatanadək saxlanılmasına görə Zərərçəkmiş şəxs (Mərdanovanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəh., Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ona bildiriş və xəbərdarlıq məktubları təqdim edərək alimentin ödənilməsini tələb edilmişdir. O, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə xəbərdarlıq məktubu təqdim etmiş, lakin o maddi imkanı yüksək olmadığından alimenti ödəməmişdir. Hal-hazırda o dəymiş ziyanı ödəmiş, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Əliyeva (Mərdanova) Gülxanım İslam qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə evlənmiş, birgə nikahdan Q.S. Mərdanova adlı övladları doğulmuşdur. Təqsirləndirilən şəxs ilə bir yerdə yaşamaları mümkün olmadığından 2016-cı ildə onların nikahına xitam verilmişdir. Həmin vaxtdan övladı ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamışdır. Təqsirləndirilən şəxs övladının saxlanmasından ötrü ona maddi köməklik göstərməmişdir. O, isə uşağı saxlaya bilmədiyindən aliment tələbinə dair Bakı şəh., Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxx 2016-cı il tarixdən hesablanmaqla xx xxxxx 2012-ci il təvəllüdlü Q.Təqsirləndirilən şəxsnın yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları məşğul olmuşdur. Bununla əlaqədar borcluya bildiriş və rəsmi xəbərdarlıq məktubları təqdim etmişlər. Lakin Təqsirləndirilən şəxs alimenti ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində həbs edilmişdir. Lakin bütün bunlara baxmayaraq qətnamə ilə müəyyən olunmuş alimenti ödəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Fərrux oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2012-ci il təvəllüdlü Q.S. Mərdanovanın yetkinlik yaşına çatana kimi saxlanılması ilə əlaqədar əvvəli xx xxxxxx 2016-cı ildən hesablanmaqla hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2016-cı il tarixli qətnaməsi icra edilməsi ilə bağlı Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək qətnamədəki tələbin könüllü təmin edilməsi məqsədilə borcluya bildiriş təqdim edilmişdir. Tələbin icrası təmin olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına əmlak aşkar etmək mümkün olmamışdır. Müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, ondan izahatlar alınmış, qanunun tələbləri, həmçinin məsuliyyəti ona izah edilmişdir. Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, lakin maddi imkanı kifayət qədər yüksək olmadığından alimenti ödəmədiyini, gələcəkdə imkanı yüksək olacağı halda aliment ödəyəcəyini bildirməklə icra məmurunun qanunu tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınmışdır. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində həbs edilmişdir. Qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov X6 Şəhram Fərrux oğlu ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, qızı Gülxanım 2010-cu ildə Təqsirləndirilən şəxs ilə evlənmişdir. Birgə nikahdan Q.S. Mərdanova adlı bir övladları doğulmuşdur. Sonradan onların bir yerdə yaşamaları mümkün olmadığından nikaha xitam verilmişdir. Həmin vaxtdan da Gülxanım övladı ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamışdır. Təqsirləndirilən şəxs isə övladının saxlanmasından ötrü ona maddi köməklik göstərməmişdir. Qızı isə uşağı saxlaya bilmədiyindən aliment tələbinə dair Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilərək əvvəli Q.Təqsirləndirilən şəxsnın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs (Mərdanovanın) xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları məşğul olmuşdur. Lakin Təqsirləndirilən şəxs alimenti ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətinə həbs edilmişdir. Bundan sonra da icra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş və xəbərdarlıq məktubları təqdim edilməsinə baxmayaraq məhkəmə aktı icra edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 09 yanvar 2020-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Araz oğlu əvvəllər məhkum olunmamışdır. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 2(008)2799/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Mərdanova Gülxanım İslam qızı ilə Təqsirləndirilən şəxs Araz oğlu arasında xx xxxx 2010-cu il tarixdə bağlanmış və 194 saylı aktı ilə qeyd edilmiş nikah pozulmuş, xx xxxxxx 2016-ci il tarixdən başlayaraq Mərdanova Qəmər Samir qızının yetkinlik yaşına çatana kimi saxlanılması hər ay 117 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs Mərdanova Gülxanım İslam qızının xeyrinə tutulması qət edilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)1068/119 saylı, xx xxxxx 2019-cu il tarixli qərarına əsasən Mərdanov Samir Araz oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyəgörə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Cinayət Məcəlləsinin 10.4-cümaddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hazırki məqamda onu qeyd etməyə zəruri hesab edir ki,Təqsirləndirilən şəxs törətdiyi əmələ görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini (bu barədə qəbz) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,99). Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsidən «həbs» qətimkan tədbiri seçilməklə, axtarış elan olunması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan ləğv edilməli, o məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata, dəymiş ziyanı tam olaraq ödədiyi üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan ləğv edilsin, o məhkəmə iclas zalından azad edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-252/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-252/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver