Məhkəmə qərarları › İş №1(008)-253/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-253/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-253/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Salahzadə Aynur Yasin qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1984-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, ev 4041, mənzil 05-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 94, mənzil 35-də yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 25.000.00 ABŞ dolları məbləğində pulu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin 2(013)256/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3(008)1238/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600.00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 28 mart 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən etibarən hal-hazıradək Bakı şəhəri, Nizami küçəsində yerləşən «Mərkəzi» Univermağın yaxınlığında yerləşən emalatxanaların birində qeyri-rəsmi olaraq qızıl-zinət əşyalarının təmiri və hazırlanması ilə məşğul olur və aylıq gəliri orta hesabla 700.00-1.000.00 manat təşkil edir. Zərərçəkmiş şəxs 2007-ci ilin yay aylarında etibarən tanıyır və onunla tanışlığına səbəb sonuncunun «Mərkəzi» univermağın yaxınlığındakı emalatxanaların birində qızıl-zinət əşyalarının düzəldilməsinin sifarişi ilə məşğul olması olub. Həmin vaxtdan Zərərçəkmiş şəxs ilə aralarında dostluq münasibətləri yaranmışdır. Dostluq etdikləri müddət ərzində həmişə münasibətləri yaxşı olmuş və hətta biri-birlərinin evinə gediş-gəliş yaranmışdır. 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxsla şərikinə iş birliyi qurmaq qərarına gələrək ondan 50.000.00 ABŞ dolları məbləğində borca pul almış və aralarında olan razılaşmaya əsasən əldə olunan qazanc yarı bölünməli idi. Görəcəkləri iş birliyi isə qızıl-zinət əşyalarının təmiri və alqı-satqısından ibarət olmalı idi. 2020-ci ilin mart-aprel aylarına qədər gördüyü iş birliyində əldə etdiyi qazancdan 16.000.00 manat məbləğində pulu Zərərçəkmiş şəxs vermişdir. Bundan əlavə olaraq həmin ərəfələrdə pandemiya dövrünə təsadüf etdiyi üçün gördüyü iş birliyində qazanc əldə edə bilmədiyi üçün əsas məbləğdən 22.000.00 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs geri qaytarmışdır. Yerdə qalan məbləği isə yəni 28.000.00 ABŞ dolları məbləğində pulu isə üç-dörd ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Təxminən bir neçə aydan sonra Zərərçəkmiş şəxs borclu olduğu məbləğin bir qisminin əvəzinə qızıl-zinət əşyalarının təmir olunması üçün «Mini Lazer» adlanan avadanlığı Zərərçəkmiş şəxs vermiş, avadanlığın qiymətini Zərərçəkmiş şəxs 5.280.00 manat dəyərləndirərək ona borclu olduğu məbləğdən çıxaraq 25.000.00 ABŞ dolları borclu qaldığını bildirmişdir. Sonradan gördüyü işdə qazanc əldə edə bilmədiyinə görə borclu qaldığı məbləği Zərərçəkmiş şəxs geri qaytara bilmədiyi üçün 2021-ci ilin payız aylarında onun barəsində aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən 25.000.00 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Halhazırki vəziyyətdə 3.300 manat məbləğində pul ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdən 2019-cu il tarixədək Bakı şəhəri, Nizami küçəsində yerləşən «Mərkəzi» univermağın yaxınlığındakı emalatxanaların birində qeyri-rəsmi olaraq qızıl-zinət əşyalarının təmiri və hazırlanması ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2007-ci ilin yay aylarında etibarən tanıyır və onunla tanışlığına səbəb «Mərkəzi» univermağın yaxınlığında qızıl-zinət əşyalarının təmiri emalatxanaların birində qızıl-zinət əşyalarının düzəldilməsinin sifarişi ilə məşğul olması olub. Həmin vaxtdan S.M. Əkbərov ilə aralarında dostluq münasibətləri yaranmış, dostluq etdikləri müddət ərzində həmişə münasibətləri yaxşı olmuş və biri-birlərinin evinə gediş-gəliş yaranmışdır. Həmin ərəfələrdə iş görmək məqsədi ilə biri-birlərində müəyyən məbləğdə borca pul alıb qaytarmışlar. 2018ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə aralarında iş birliyi qurmaq qərarına gələrək ondan müxtəlif vaxtlarda hissə-hissə 50.000.00 ABŞ dolları məbləğində borca pul almışdr. Qeyd edilən məbləği Təqsirləndirilən şəxs qaytarmaq şərti ilə borca verməyinə baxmayaraq aralarında olan razılaşmaya əsasən əldə olunan qazanc hər ikisinin arasında yarı bölünməli, görəcəkləri iş birliyi isə qızıl-zinət əşyalarının təmiri və alqı-satqısından ibarət olacaq imiş. Bundan əlavə olaraq o, qeyd edilən məbləği Təqsirləndirilən şəxs borca verən zaman aralarında olan razılaşmaya görə həmin məblələği istəyən vaxtdan üç ay müddət ərzində ona qaytarmalı idi. Həmin vaxtdan təxminin 2020-ci ilin mart-aprel aylarına qədər Təqsirləndirilən şəxs ilə gördükləri iş birliyində əldə etdikləri qazancdan 16.000.00 manat məbləğində pulu sonuncu ona vermişdir. Həmin ərəfələrdə o, Təqsirləndirilən şəxs şübhələndiyi üçün borca verdiyi məbləği sonuncudan tələb etmə yə başlamış, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda hissə-hissə borca verdiyi məbləğdən 22.000.00 ABŞ dolları məbləğində pulu ona geri qaytarmış, yerdə qalan məbləği isə yəni 28.000.00 ABŞ dolları məbləğində pulu isə yaxın müddət ərzində tam olaraq ona qaytaracağına söz verərək öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs ilə danışdıqları müddət başa ç atandan sonra ondan yerdə qalan məbləği tələb etməyə başlamışdır. Səbuhi isə ona pulunun olmadığını bildirərək borclu olduğu məbləğin bir hissəsinin əvəzinə qızıl-zinət əşyalarının təmir olunması üçün «Mini Lazer»adlanan avadanlığı ona vermişdir. Həmin avadanlıq yeni olmadığına görə və Təqsirləndirilən şəxs həmin avadanlığı ona baha qiymətə verdiyi üçün avadanlığın qiymətləndirilməsi üçün ekspertizaya müraciət etmiş və ekspertiza tərəfindən həmin avadanlıq 5.280.00 manat müqabilində qiymətləndirilmiş və Təqsirləndirilən şəxs həmin məbləği ona borclu olduğu məbləğdən çıxaraq 25.000.00 ABŞ dolları borclu qaldığını ona bildirmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra Təqsirləndirilən şəxs ona borclu olduğu məbləği qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək ondan yayınmağa başladığı üçün məcburiyyət qarşısında qalaraq 2021-ci ilin payız aylarında onun barəsində aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən rayon məhkəməsi tərəfindən 25.000.00 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dollaran manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinərək 600.00 manat məbləğində cərimə edilmişdir. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 25.000.00 ABŞ dolları alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. 09 dekabr 2021-ci il tarixdə icra sənədinin icraatına başlanılaraq borcluya 10 gün könüllü icra müddəti təyin edilərək ünvanına bildiriş göndərilmişdir. 20 dekabr 2021-ci il tarixdə bildiriş və qərar şəxsən borclu Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təyin edilmiş könüllü icra müddəti ərzində borclu heç bir ödəniş etmədiyi üçün məcburi icra tədbirlərinə başlanaraq, borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmışdır. Lakin borcluya məxsus gəlir və şəxsi əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs dəfələrlə borcun ödənilməsi ilə bağlı izahat verərək borcu qısa müddət ərzində ödəyəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. 25 yanvar 2022-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə məhkəməyə təqdimatla müraciət olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə onun ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün və icra sənədində qeyd edidən ünvanda yaşamadığı üçün yerini təyin etmək mümkün olmamış, 15 fevral 2022-ci il tarixdə axtarılması barədə qərar qəbul edilərək Ağdam Rayon Polis Şöbəsinə göndərilmiş və həmin rayon polis şöbəsinin 11 mart 2022-ci il tarixli, 131-6303-1222 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, həmin tarixdə borclu Təqsirləndirilən şəxs axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs iş axtaran kimi qeydiyyatda olub-olmaması barədə 3 saylı Bakı Dost Mərkəzinə müraciət olunmuş, mərkəzin **********7 nömrəli, 24 fevral 2022-ci il tarixli məktubuna əsasən borclu məşğulluq sistemində iş axtaran kimi müraciət etməmiş, qeydiyyatda deyil və əmək müqaviləsi aşkar edilməmişdir. 02 mart 2022-ci il tarixdə borclu mobil telefon vasitəsilə şöbəyə dəvət edilərək icra sənədini icra etmədiyi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin rayon məhkəməsinin qərarı ilə borclu Təqsirləndirilən şəxs 600.00 manat məbəlğində inzibati qaydada cərimə edilmişdir. 29 mart 2022-ci il tarixdə borcluya 10 (on) gün yeni könüllü icra müddəti təyin edilərək bildiriş təqdim edilmişdir. 29 mart 2022-ci il tarixdə borclunun yaşadığı ünvanına baxış keçirilərək şəxsi əmlak vəziyyəti yoxlanılmışdır. Lakin tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Görülmüş tədbirlərə baxmayarq borclu Təqsirləndirilən şəxs məhkəmə qərarını icra etməmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 13 may 2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclunun heç bir ödəniş etmədiyini bildirərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Göründüyü kimi icraat dövründə iş üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, icra sənədi üzrə ödəniş etməmişdir. Bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, iş axtaran kimi aidiyyəti orqanda qeydiyyatdan keçməmiş və beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Eynulla oğlu ifadəsində göstərmişdir ki, o, 2003-cü il tarixdən etibarən 2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən «X7 Cəmiyyətində» zərgər işləmişdir. Həmin vaxtdan sonra hal-hazıradək Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən «Mərkəzi» univermağın yaxınlığında yerləşən emalatxanaların birində qeyri-rəsmi olaraq qızıl-zinət əşyalarının təmiri işləri ilə məşğul olur və aylıq gəliri orta hesabla 600.00 manat müqabilində təşkil edir. Təqsirləndirilən şəxs 2010-cu il tarixdən etibarən tanıyır və onunla tanışlığına səbəb Təqsirləndirilən şəxs «Mərkəzi» Univermağın yaxınlığında qızıl-zinət əşyalarının təmiri emalatxanaların birində qızıl-zinət əşyalarının təmiri və düzəldilməsinin sifarişi ilə məşğul olması olmuşdur. Qeyd edilən tarixdən hazıradək Təqsirləndirilən şəxs «Mərkəzi» univermağın yaxınlığında yerləşən emalatxanaların birində qızıl-zinət əşyalarının təmiri və düzəldilməsinin sifarişi ilə məşğul olduğu üçün aralarında bir iş yoldaşı kimi münasibətləri vardır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs əvvəllər bir yerdə şərik işlədiyi Zərərçəkmiş şəxs şərikinə iş görmək adı ilə borca pul almış və sonradan borca aldığı məbləği geri qaytarmadığı üçün aralarında məhkəmə çəkişmələri gedir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1998-ci il tarixdən etibarən hal-hazıradək qeyri-rəsmi olaraq Bakı şəhəri, Nizami küçəsində yerləşən «Mərkəzi» Univermağın yaxınlığında yerləşən emalatxanaların birində qızıl-zinət əşyalarının təmiri işləri ilə məşğul olur və aylıq gəliri orta hesabla 800.00-1.000.00 manat müqabilində təşkil edir. Təqsirləndirilən şəxs 2006-cı ilin yay aylarında etibarən tanıyır və onunla tanışlığına səbəb Təqsirləndirilən şəxs «Mərkəzi» Univermağın yaxınlığındakı emalatxanaların birində hal-hazıradək qızıl-zinət əşyalarının təmiri və düzəldilməsinin sifarişi ilə məşğul olması olmuşdur. Həmin vaxtdan Təqsirləndirilən şəxs ilə aralarında bir iş yoldaşı kimi münasibətləri yaranmış və halhazırdada münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs ilə aralarında yaranmış münasibət əsnasında qızıl-zinət əşyalarının təmiri zamanı iş görmək məqsədi ilə müəyyən məbləğdə biri-birlərindən borca pul alıb qaytarmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kiçik qardaşıdır və məlumatı vardır ki, qardaşı Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən 25.000.00 ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödəməlidir. Zərərçəkmiş şəxs 2007-ci il tarixdən etibarən tanıyır və onunla tanışlığına səbəb qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nizami küçəsində yer ləşən «Mərkəzi» Univermağın yaxınlığındakı emalatxanaların birində qızıl-zinət əşyalarının düzəldilməsinin sifarişi ilə məşğul olmaları olmuşdur. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs aralarında dostluq münasibətləri yaranmış və dostluq etdikləri müddət ərzində həmişə münasibətləri yaxşı olmuşdur. Hətta aralarında yaranmış yaxın dostluq əsnasında biri-birlərinin evlərinə gediş-gəliş ediblər. O, qardaşı Təqsirləndirilən şəxs dəfələrlə demişdir ki, Zərərçəkmiş şəxs olan borcundan ödəniş etsin, qardaşı isə səhlənkarlıq edərək borcunu ödəməkdən yayınmışdır. Əlavə olaraq onuda qeyd etmişdir ki, qardaşı Təqsirləndirilən şəxs 2007-ci il tarixdən etibarən hal-hazıradək «Mərkəzi» Univermağın yaxınlığında yerləşən emalatxanaların birində qeyri-rəsmi olaraq qızıl-zinət əşyalarının təmiri və hazırlanması işləri ilə məşğul olur və aylıq gəliri orta hesabla 700.00- 1.000.00 manat müqabilində təşkil edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 Səftər oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük oğludur və 2007-ci il tarixdən etibrən hal-hazıradək Bakı şəhəri, Nizami küçə- sindəki «Mərkəzi» univermağın yaxınlığında yerləşən emalatxanaların birində qeyri-rəsmi olaraq qızıl-zinət əşyalarının təmiri və hazırlanması ilə məşğul olur və aylıq gəliri orta hesabla 700.00 - 1.000.00 manat müqabilində təşkil edir. Məlumatı vardır ki, oğlu Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən 25.000.00 ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödəməlidir. O, Zərərçəkmiş şəxs 2007-ci il tarixdən etibarən tanıyır və onunla tanışlığına səbəb oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nizami küçəsində yerləşən «Mərkəzi» Univermağın yaxınlığındakı emalatxanaların birində qızıl-zinət əşya- larının düzəldilməsinin sifarişi ilə məşğul olmaları olmuşdur. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs aralarında dostluq münasibətləri yaranmışdır və dostluq etdikləri müddət ərzində həmişə münasibətləri yaxşı olmuş və biri-birlərinin evlərinə gediş-gəliş etmişlər. Əvvəllər oğlu Səbuhinin Zərərçəkmiş şəxs borcu olması barədə heç bir məlumatı olmamış və son bir ildə bilmişdir ki, oğlu Səbuhi Zərərçəkmiş şəxs pul borcludur. Bundan sonra bir ata kimi oğlu Səbuhiyə dəfələrlə demişdir ki, Zərərçəkmiş şəxs olan borcundan rəsmi olaraq ödəniş etsin. Oğlu Səbuhi isə ona hər dəfə söz vermişdirki, hissə-hissə ödəniş edəcək. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən etibarən hal-hazıradək Bakı şəhəri, Nizami küçəsində yerləşən «Mərkəzi» Univermağın yaxınlığında yerləşən emalatxanaların birində qeyri-rəsmi olaraq qızıl-zinət əşyalarının təmiri işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs 2017-ci ilin yaz aylarında etibarən tanıyır və onunla tanışlığına səbəb Təqsirləndirilən şəxs hal-hazıradək «Mərkəzi» Univermağın yaxınlığındakı emalatxanaların birində qızılzinət əşyalarının təmiri və düzəldilməsinin sifarişi ilə məşğul olması olmuşdur. Həmin vaxtdan Təqsirləndirilən şəxs ilə aralarında bir iş yoldaşı kimi münasibətləri yaranmış və hal-hazırdada münasibətləri yaxşıdır. Son vaxtlar bilmişdir ki, Təqsirləndirilən şəxs Əhməd adlı şəxsə pul borcu vardır və aralarında məhkəmə çəkişmələri gedir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 sentyabr 2022-cı il tarixində göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)256/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 25.000 ABŞ dolları pul qətmanənin icra olunduğu günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir (səh., 10). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)1238/2022 saylı, 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Əkbərov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir (səh.,63). Beləliklə, Təqsirləndirilən şəxs Mətləğ oğlunun Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X4 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, 3.300 manat ziyan ödəməsini, himaysində bir azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 28 noyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mətlb oğlu 28 noyabr 2022-ci il traixdə, saat 12:00 tutularaq Sabunçu RPİ-in MSY-ə təhvil verilmişdir (səh., 157). Cinayət işinin materiallarında olan 17 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X5 Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir (səh., 147). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 150). Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 3.300 manat məbləğində ziyan ödəməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını, alternativ cəza ilə islah olunmasını, dəymiş ziyanın ödənilməsi üçün tədbirlər görməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eləcə də Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 2(013)256/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş borcun qalan hissəsinin ödənilməsi barədə vəzifələr qoyulmasını məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdən, 29 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdən, 29 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eləcə də Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 2(013)256/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş borcun qalan hissəsinin ödənilməsi barədə vəzifələr qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar