Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-254/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Xüsusi ittihamçı Abdinov Vüqar Çərkəz oğlunun, Xüsusi ittihamçı Abdinov Vüqar Çərkəz oğlunun vəkili və nümayəndəsi Talıbov Hüseyn Əli oğlunun, Barəsində xüsusi ittiham qaydasına şikayət verilən Abdinova Aynur Laçın qızının, Barəsində xüsusi ittiham qaydasına şikayət verilən Abdinova Aynur Laçın qızının vəkili Pənahov Pənah Səməd oğlunun iştirakı ilə Abdinova Aynur Laçın qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Abdinov Vüqar Çərkəz oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə Ağdam Rayon Məhkəməsindən daxil olmuş materialları nəzərdən keçirib, müəyyən etdi: Abdinov Vüqar Çərkəz oğlu məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək 09 fevral 1976-cı il tarixdə Ağdam rayonu, Əfətli kəndində doğulmuş, halhazırda Ağdam rayonu, Evoğlu kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küç., Uğur-2, bina 04, mənzil 45-də müvəqqəti yaşayan, heç bir yerdə iləşəmyən Abdinova Aynur Laçın qızının məhkəmə məsuliyyətinə verilməsinə və onun barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkm olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Ağdam Rayon Məhkəməsinin qərarında göstərilənlərlə fikir ayrılığı yaranır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, böhtan hesab edilən məlumatlar «Day.az», «Qafqazinfo», «Qapp.az» saytlarında törədilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinə daxil olmuş xüsusi ittiham qaydasında şikayət materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, ümumiyyətlə «Day.az», «Qafqazinfo», «Qapp.az» adlı internet saytının hüquqi ünvanın Sabunçu rayonu ərazisində olmasına dair iş materiallarında heç bir mötəbər sənəd mövcud deyildir, ümumiyyətlə həmin internet saytının ünvanı müəyyən edilməmişdir, ünvanın müəyyən edilməsinə dair digər hər hansı bir tədbir görülməmişdir. Ağdam Rayon Məhkəməsinin qərarında göstərilmişdir ki, Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli qətnaməsi ilə barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Abdinova Aynur Laçın qızının Bakı şəh., Bakıxanov qəsəbəsi, Y.Əliyev küç., Uğur-2, bina-04, mənzil 43-ə köçürülməsi qət edilmişdir. Lakin Abdinova Aynur Laçın qızının həmin yaşayış sahəsinə köçürülməsində qətnamənin icra olunması, icra tədbirlərinin həyata keçirilməsi barədə, A.L.Abdinovanın orada yaşaması barədə heç bir tutarlı, həmin ünvanda yaşamasını təsdiq edən müvafiq icra hakimiyyəti orqanından heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin internet saytının hüquqi ünvanıdır. Hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) «hüquqi ünvan»ı ilə, «əlaqə ünvan»ı və ya «faktiki yerləşdiyi ünvan» fərqli anlayışlardır. Bu anlayışlardan yalnız «hüquqi ünvan» hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın «əlaqə ünvan»ı və ya «faktiki yerləşdiyi ünvan» hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin internet saytının hüquqi ünvanıdır. Hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) «hüquqi ünvan»ı ilə, «əlaqə ünvan»ı və ya «faktiki yerləşdiyi ünvan» fərqli anlayışlardır. Bu anlayışlardan yalnız «hüquqi ünvan» hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 4 saylı, 21 fevral 2014cü il tarixli qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində vergi uçotunun alınmış vergi ödəyiciləri barədə məlumatın verilmis barədə çıxarışdan görünür ki, «Day.Az» Bakı şəh., Nizami rayonu, H.Əliyev prospekti ev 115 ünvanda qeydiyyatdadır. Bundan əlavə xüsusi ittiham qaydasında şikayət hansı məhkəməyə daxil olmuşdursa, həmin məhkəmə ərazi aidiyyətini müəyyən etməlidir, bununla əlaqədar araşdırma aparmalıdır. Lakin hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsinə dair hər hansı bir araşdırma aparmadan, hüquqi ünvan müəyyən edilmədən iş Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İşin ərazi aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi üçün ərazi aidiyyətinin müəyyən edəcək mötəbər sübuta istinad edilməyib, sübut əldə edilməyib, xüsusi ittiham qaydasında şikayət Ağdam Rayon Məhkəməsinə daxil olduğundan, həmin məhkəmə də ərazi aidiyyətini müəyyən etməli olsa da, işin ərazi aidiyyətinin müəyyən edilməli olan və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarında müəyyən edilməsi tələb edilən məsələlər həmin məhkəmə tərəfindən müəyyən edilməmişdir; 1)əksinə işin ərazi aidiyyətinin, yəni kütləvi informasiya vasitəsinin hüquqi ünvanı müəyyən edilmədiyi üçün belə bir vəziyyətdə ərazi aidiyyətinin müəyyən edilməsinə dair Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Ağdam Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 77-ci maddəsini rəhbər tutaraq qərara aldı: Abdinova Aynur Laçın qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Abdinov Vüqar Çərkəz oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-254/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-254/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver