Məhkəmə qərarları › İş №1(008)-254/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-254/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-254/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məşqçi işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.2, 326.1ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək cəzası 05 il 06 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasından 10 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 02 yanvar 2025-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əzİz Əliyev küçəsi-96A ünvanında yerləşən "xxxx" market MMC-yə məxsus olan mağazalar şəbəkəsinin 3802 nömrəli marketinin plastik qapısını üzərində gəzdirdiyi link (mıxçəkən) ilə açaraq qanunsuz daxil olub marketdə quraşdırılmış Zərərçəkmiş şəxs1 MMC-yə məxsus “Saqa” markalı ödəniş terminalının pul qapısının qıfılını üzərində gəzdirdiyi link(mıxçəkən) ilə sındırıb saxlanc yerinə qanunsuz daxil olub 50 AZN dəyərində pul kasetini və içərisində olan 186 ədəd 01 manatlıq, 82 ədəd 5 manatlıq, 94 ədəd 10 manatlıq, 66 ədəd 20 manatlıq, 54 ədəd 50 manatlıq və 75 ədəd 100 manatlıq əskinaslardan ibarət olan pulu gizli oğurlayaraq zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 13,106,00 (on üç min yüz altı) AZN məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq edib vahid niyyətlə əhatə olunan qəsdlə gizli talamaya yönəldilmiş oğurluq cinayət hərəkətlərini inadla davam etdirərək həmin marketdən "xxxx" market MMC-yə məxsus 01 ədəd 610 AZN dəyərində DVR kamera yaddaş qurğusunu, həmin qurğuya məxsus 01 ədəd 520 AZN dəyərində kompüter sistem blokunu, 05 ədəd bir ədədi 4,50 AZN olan ümumi dəyəri 22,50 AZN dəyərində “X6” markalı siqaretləri, 03 ədəd bir ədədi 4,20 AZN olan ümumi dəyəri 12.60 AZN dəyərində “X7” markalı siqaretləri və 01 ədəd 4,20 AZN dəyərində “X11” markalı siqareti oğurlamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-yə ümumilikdə 1,169,30 (bir min yüz altmış doqquz manat 30 qəpik) AZN xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 yanvar 2025-ci il tarixdə maddi vəziyyətinin pis olması səbəbindən tanışı Şahid3 yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən evin yaxınlığındakı "xxxx" marketdən oğurluq etmək qərarına gəlmişdir. O, bir neçə gün Subhənin yaşadığı evdə qonaq kimi qalan müddət ərzində onun evinin yaxınlığındakı "xxxx" marketi müşahidə etmiş və marketin siqnalizasiya sisteminin olmaması səbəbindən məhz həmin dükanı oğurluq etmək üçün hədəf olaraq seçmişdir. O, "xxxx" marketə getmək üçün xx.xx.2025-ci il tarixdə tanışı Şahid2 zəng edərək ona şəxsi məsələləri ilə əlaqədar idarə etdiyi avtomobili verməsini xahiş etmişdir. O, həmin tarixdə saat 00:30 radələrində Əbdüləlinin icarə əsasında idarə etdiyi ağ rəngli “Hyundai Elantra” markalı avtomobilini Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər yolu küçəsində Sabunçu xəstəxanasına dönən yolda yerləşən dönər satılan yerin qarşısında ondan təhvil almış, avtomobili özü tək başına idarə edərək Məmmədli dairəsindən üzü Pirşağı qəsəbəsi istiqamətinə dairəni keçdikdən bir neçə metr sonra yol kənarında avtomobili saxlayıb piyada yaxınlıqda yerləşən "xxxx" marketə tərəf getmiş, ətrafda heç kimin olmadığını görüb əynində olan cins şalvarın kəmər hissəsində gizlətdiyi lomu çıxarıb marketin plastik qapısını açaraq içəri daxil olmuş, girişdən sol tərəfdə quraşdırılmış göy rəngli ödəniş terminalının kassa hissəsini lomla sındıraraq 20 dəqiqə ərzində terminalın kassasını pullar ilə birlikdə götürmüş, marketdən çıxan zaman prosessor qurğusu ilə birlikdə marketin video qeydiyyat cihazını, həmçinin bir neçə ədəd siqareti götürüb oğurladığı əşyaları bel çantasının içərisinə qoyub avtomobilə əyləşərək avtomobili üzü Mərdəkan istiqamətində sürmüşdür. O, Mərdəkan qəsəbəsində pulları saydıqda orada 13.000 manatdan artıq pul olduğunu müəyyən edib pulları cibinə qoymuş və oğurladığı kompüter sistem blokunu DVR qurğusu ilə birlikdə xatırlamadığı yerdə zibilliyə atıb səhər saatlarında avtomobili Əbdüləlidən təhvil aldığı yerə gedərək saat 10 radələrində avtomobili Əbdüləliyə geri verib oradan uzaqlaşmışdır. Əbdüləli onun xx.xx.2025-ci il tarixdə etmiş olduğu oğurluq cinayətindən xəbərsiz olmuş, oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, həmin pullardan Əbdüləliyə verməmişdir. Əməlindən peşmandır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, 02 yanvar 2025-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əlizadə ktiçəsi-96A ünvanında yerləşən "xxxx" market mağazalar şəbəkəsinə məxsus 3802 nömrəli marketin ön qapısının kilidinin sındırılaraq gizli yolla daxil olan naməlum şəxslərin marketdə quraşdırılmış Zərərçəkmiş şəxs1 MMC şirkətinə məxsus “SAQA” markalı ödəmə terminalına müdaxilə edib sındıraraq terminalın içərisində olan pulu kaseti ilə birlikdə oğurlaması və terminalın korpusunu sındıraraq maddi ziyan vurulması barədə məlumat almışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 MMC-yə məxsus “Saqa” markalı terminalından 186 ədəd 1 manatlıq, 82 ədəd 5 manatlıq, 94 ədəd 10 manatlıq, 66 ədəd 20 manatlıq, 54 ədəd 50 manatlıq, 75 ədəd 100 manatlıq əskinaslar və 01 ədəd 50 AZN dəyərində kassetin oğurlanması nəticəsində ümumilikdə 13,106,00 manat maddi ziyan vurulmuşdur. Şirkətə dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə3 ifadəsində göstərmişdir ki, Nümayəndə2 02 yanvar 2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əlizadə küçəsi-96A ünvanında yerləşən "xxxx" market mağazalar şəbəkəsinə məxsus 3802 nömrəli marketə gedən zaman ön qapının kilidinin sındırılaraq gizli yolla daxil olan naməlum şəxs(lər)in marketdə quraşdırılmış Zərərçəkmiş şəxs1 MMC şirkətinə məxsus “SAQA” markalı ödəmə terminalına müdaxilə edib sındıraraq terminalda olan pulları oğurlaması, həmçinin marketin içərisində olan DVR yaddaş qurğusunu, kompüter sistem blokunu və müxtəlif növ siqaretləri oğurlamasını aşkar edərək dərhal DİN-nin “102” XZM-ə məlumat vermişdir. "xxxx" market mağazalar şəbəkəsinə aid 3802 nömrəli marketdən 01 ədəd 610 AZN dəyərində DVR kamera yaddaş qurğusu, həmin qurğuya məxsus 01 ədəd 520 AZN dəyərində kompüter sistem bloku, 05 ədəd bir ədədi 4,50 AZN olan ümumi dəyəri 22,50 AZN dəyərində “X6” markalı siqaretlər, 03 ədəd bir ədədi 4,20 AZN olan ümumi dəyəri 12,60 AZN dəyərində “X8” markalı siqaretlər və 01 ədəd 4,20 AZN dəyərində “X11” markalı siqaret olmaqla oğurluq hadisəsi zamanı ümumilikdə 1,169,30 AZN maddi ziyan vurulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli Əziz Əliyev küçəsində yerləşən "xxxx" marketə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; Zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs1 MMC tərəfndən tərtib edilmiş aktdan görünür ki, Zərərçəkmiş şəxs1 MMC-yə məxsus ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 mağazasında müvafiq müqavilə əsasında quraşdırılmış və fəaliyyət göstərən ümumi dəyəri 5100 AZN olan 42012 saylı “Saqa” markalı ödəniş terminalından edilmiş oğurluq nəticəsində oğurlanmış vəsait 13,056 manat, pul kasseti -50 manat, pul qapısının qıfılı 55 manat, pul bölməsinin qapısının təmiri (dəmirçi və rəngsaz işlərilə birlikdə)-140 manat olmaqla ümumilikdə 13,301 manat məbləğində ziyan vurulmuşdur. Zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs2 MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Məmmədli kəndində yerləşən Al market 3802 mağazasından gecə saatlarında olunan oğurluq nəticəsində ümumi dəyəri 1169,30 manat məbləğində ziyan dəymişdir. Oğurlanmış malların siyahısı və miqdarı: 01 ədəd 610 AZN dəyərində DVR kamera yaddaş qurğusu, həmin qurğuya məxsus 01 ədəd 520 AZN dəyərində kompüter sistem blokunu, 05 ədəd bir ədədi 4,50 AZN olan ümumi dəyəri 22,50 AZN dəyərində “X6” markalı siqaretlər, 03 ədəd bir ədədi 4,20 AZN olan ümumi dəyəri 12.60 AZN dəyərində “X7” markalı siqaretlər və 01 ədəd 4,20 AZN dəyərində “X11” markalı siqaret. şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində AR CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş X1 təqdim etdiyi 01 ədəd DVD-R diskinə baxış zamanı: diskdə olan “77-KY- 23 9_Hesabatlar_xx.xx.2024-xx.xx.2025” pdf formatlı fayl açılan zaman onun içərisində olan sənədlərin 59 vərəqədən olması, həmin vərəqələrdə **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024- cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində hərəkət trayektoriyası qeydə alınmışdır. PDF faylın 25 saylı vərəqəsində baxış zamanı **-KY-*** d.q.n-lı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 02:58:07-də Zabrat-Kürdəxanı şossesindən üzü Abşeron rayonu, Azərbaycan küçəsi istiqamətində hərəkət etdiyi, saat 03:04:17-də həmin küçədə hərəkətə başladığı, saat 03:34:39-da Sabunçu rayonu, X3 küçəsi istiqamətində hərəkəti dayandırdığı, 04:03:28-də həmin küçədə hərəkətə başladığı, saat 04:16:04-də Mərdəkan-Buzovna-Bilgəh istiqamətində hərəkəti dayandırdığı, saat 04:40:07-də hərəkətə başladığı, saat 05:09:49-da Mərdəkan rayonu, Sergey yesenin küçəsində hərəkəti dayandırdığı, 05:42:22-də həmin küçədən hərəkətə başladığı, saat 06:04:42-də Sabunçu rayonu, Yavər Əliyev küçəsində hərəkəti dayandırdığı, saat 06:10:03-də həmin küçədə hərəkətə başladığı və 07:07:40-da Sabunçu rayonu, Ağahüseyn Rəsulzadə küçəsində hərəkəti dayandırdığı müəyyən edilmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş X1 təqdim etdiyi 01 ədəd DVD –R diski, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əziz Əliyev küçəsində yerləşən "xxxx" marketdən oğurluq hadisəsi törədən zaman istifadə etdiyi içərisində göy rəngli idman gödəkçəsi, göy rəngli idman şalvarı, 01 ədəd qış idman papağı və 01 ədəd link (mıxçıxardan) olan açıq yaşıl rəngli üzərində “Redcliffs” yazısı olan bel çantası maddi sübut kimi tanınmış və bel çantası içərisində olan əşyalarla birlikdə məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, təqdim olunmuş koordinatın hansı rayonun ərazisinə aid olmasına dair məlumatın verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin tabeliyində "xxxx" MMC-də baxılmışdır. Elektron kadastr məlumat bazasına əsasən təqdim olunmuş koordinat Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə aiddir. Cinayət işi üzrə əməlin tövsif olunması haqqında xx.xx.2025-ci il tarixli qəraradn görünür ki, iş üzrə əməl AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü madddələrindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.2, 326.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək cəzası 05 il 06 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasından 10 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Elektron məhkəmə informasiya sistemindən təqsirləndirilən şəxsin qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndələrinin izahatları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.2, 326.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017ci il tarixli qanunu tətbiq edilərək cəzası 05 il 06 aya endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasından 10 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM- 65.2), onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM- 56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Göstərilənlərə əsasən iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş link (mıxçıxardan) xüsusi müsadirə olunmalı və məhv edilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübüt kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc anabarına təhvil verilmiş təqsirləndirilən şəxsə məxsus olan 1 ədəd göy rəngli idman gödəkçəsi, 1 ədəd göy rəngli idman şalvarı, 01 ədəd qış idman papağı, açıq yaşıl rəngli üzərində “Redcliffs” yazısı olan bel çantası həbsdən azad olunduqdan sonra təqsirləndirilən şəxsə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş link (mıxçıxardan) xüsusi müsadirə olunsun və məhv edilsin. İş üzrə maddi sübüt kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş təqsirləndirilən şəxsə məxsus olan 1 ədəd göy rəngli idman gödəkçəsi, 1 ədəd göy rəngli idman şalvarı, 01 ədəd qış idman papağı, açıq yaşıl rəngli üzərində “Redcliffs” yazısı olan bel çantası həbsdən azad olunduqdan sonra təqsirləndirilən şəxsə qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 12 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 72 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdə isə sərf etdiyi 3 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 33 manat məbləğində vəsait, cəmi 105 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar