Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-26/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 iştirakı ilə xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ küçəsi ev 691-də qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə i clasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 yanvar 2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 27-ci dalandai yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdə olan saxlanc yeri hesab edilən olan sanitar qovşağının qapısının qıfılını sındırmaq yolu ilə oradan sonuncuya məxsus 1.350 manat dəyərində bir ədəd «Bosch» markalı kombi aparatını və 250 manat dəyərində 1 ədəd su qızdırıcısını gizli yolla talayıb Zərərçəkmiş şəxs4 1.600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 fevral 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən ünvansız fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlıqlarını özü ilə gətirdiyi istintaqa məlum olmayan dəmir alətlsj aralayıb pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evdən sonuncuya məxsus 400 manat dəyərində 1 ədəd kombi aparatı və 300 manat dəyərində 1 ədəd «Samsung» markalı televizorq gizli yolla talayıb Zərərçəkmiş şəxs5 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 07 fevral 2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivi, nömrəsiz ünvanda yerləşən bağ evinə pəncərəni fiziki güc tətbiq etməklə açıb qanunsuz daxil olaraq evdən sonuncuya məxsus 300 manat dəyərində 1 ədəd 82 düyümlü «Samsung» markalı televizoru, 700 manat dəyərində 1 ədəd 107 düyümlü «Samsung» markalı televizoru, 150 manat dəyərində samovarı və 500 manat dəyərində 6 ədəd istilik sisteminin radiatorlarını gizli yolla talayıb Zərərçəkmiş şəxs3 1.650 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022ci ilin fevral ayının ikinci yarısında saat 05:00 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, nömrəsizj ünvanda yerləşən fərdi yaşayış evinin zirzəmisinin kiçik nəfəsliyini sındıraraq zirzəmiyd qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus dəyəri 120 manat olan 2 ədəd «Markus» markalı su motoru, 80 manat dəyərində 1 ədəd 7 litr tutumlu odun samovarı, 170 manat dəyərində 300 metr uzunluqda elektrik naqili və dəyəri 80 manat olan 2 ədəd uzaqvurani işıqları gizli yolla talayıb Zərərçəkmiş şəxs9 450 manat ziyan məbləğində maddi vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 mart 2022-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs16 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsindən qanunsuz daxil olmaqla mənzildən sonuncuya məxsus 600 manat dəyərində bir ədəd «LG» markalı televizor, 260 manat dəyərində bir ədəd «Sharp» markalı mikrodalğalı soba, 140 manat dəyərində bir ədəd elektriklə işləyən «Geepas» markalı ət çəkən maşın, 90 manat dəyərində bir ədəd «Tefal» markalı elektrik çaydanı, 60 manat dəyərində bir ədəd «Tefal» markali kofe üyüdən aparat, cəmi 560 manat dəyərində müxtəlif xrustal qabları, dəyəri 160 manat olan iki ədəd Rusiya Federasiyası istehsalı araqları, evin zirzəmisindən 130 manat dəyərində bir ədəq su nasosunu gizli yolla talayıb Zərərçəkmiş şəxs16 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 mart 2022-ci il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs10 məxsus Baki şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni y aşayış massivi, nömrəsiz evin plastikdən hazırlanmış pəncərəsindən içəri qanunsuz daxil olmaqla evdən həmin günün milli valyuta məzənnəsi ilə 1.020 manat təşkil edən 600 ABŞ dolları, 100 manat pul, 100 manat dəyərində 1 ədəd «Lenovo» markalı noutbook, dəyəri 400 manat olan 2 ədəd «Honor 10i» markalı mobi telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs10 1.620 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 mart 2022-ci il tarixdə, saat 23:00 radələrində X5 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində nömrəsiz ünvanda yerləşən fərd yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə evə qanunsuz dax olmaqla evin yataq otağından sonuncuya məxsus 580 manat nəğd pul, 1.100 manat dəyərində bir ədəd brilliant qaşlı üzük, 450 manat dəyərində bir ədəd qızıl sep, 950 manat dəyərində bi ədəd brilliant qaşlı klon, 1.150 manat dəyərində bir ədəd brilliant qaşlı qolbaq, 750 manat dəyərində bir cüt brilliant qaşlı qızıl sırğa, 350 manat dəyərində bir ədəd qızıl üzük, 550 manat dəyərində bir cüt qızıl sırğa, 600 manat dəyərində bir ədəd «Trussardi» markalı kişi qol saatı və 20 manat dəyərində bir ədəd alışqanı gizli yolla talayıb zərərçəkmiş şəxs P.E.Eminova xeyli miqdarda 6.500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmkalını gizli olaraq talama məqsədi ilə 14 aprel 2022-ci il tarixdə, saat 05:00 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxan qəsəbəsi, Yeni Yaşayış massivi 33-cü dalanda nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərədən qanunsuz daxil olmaqla evdən sonuncuya məxsus 700 manat dəyərində bir ədəd ot biçən aparat, 250 manat dəyərində bir ədəd borq birləşdirən qaynaq aparatı, 90 manat dəyərində bir ədəd elektrik rəndə, 100 manat dəyərində bir ədəd elektrik dreli və 160 manat dəyərində 40 metr uzunluqda elektrik naqilini gizli yolla talayıb Zərərçəkmiş şəxs14 1.300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 aprel 2022-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs17 məxsus Baki şəhəri, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmaqla həyətdə olan sonuncuya məxsus 370 manat dəyərində bir ədəd «Sportmaster» markalı velosipedi və 80 manat dəyərində bir ədəd 7 litr tutumlu odun samovarını gizli yolla talayıb Zərərçəkmiş şəxs17 450 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğluruq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 aprel 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasarından aşmaq yolu ilə qanunsuz daxil olaraq evin istixanasından 1 ədəd 1.000 manat dəyərində «İmergaz» markalı kombi aparatı, bir ədəd 200 manat dəyərində «Termalux» markalı su qızdırıcısı, dəyəri 450 manat olan üç ədəd «Markos» markalı su mühərriki və dəyəri 200 manat olan 200 metr uzunluğunda elektrik naqilini gizli yolla talayıb Zərərçəkmiş şəxs12 1.850 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilb 2022-ci ilin aprel ayının ikinci yarısında saat 23:00 radələrində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 26-cı dalanda yerləşən bağ sahəsinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həyətdə olan saxlanc yerinin plastik pəncərəsinin şüşəsini sındırmaq yolu ilə saxlanc yerində olar» sonuncuya məxsus 120 manat dəyərində bir ədəd laqonda, 45 manat dəyərində bir ədəd boru ütüsü, 30 manat dəyərində bir ədəd drel, 200 manat dəyərində bir ədəd dağıdıcı drel və 360 manat dəyərində kombi istilik borusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 755 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2022-ci il tarixdə gecə saatlarında X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə pəncərəsi açmaq yolu ilə qanunsuz daxil olaraq evdən sonuncuya məxsus dəyəri 400 manat təşkil edən elektrik naqillərini, dəyəri 100 manat təşkil edən 1 ədəd sıj sayğacını, ümumi dəyəri 100 manat təşkil edən qazan dəstlərini və 180 manat dəyərində 12 ədəd plastik pəncərənin torlarını gizli yolla talayıb Zərərçəkmiş şəxs1 780 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 may 2022-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə darvazanı açmaq yolu ilə qanunsuz daxil olmaqla həyətdən Zərərçəkmiş şəxs11 məxsus dəyəri 120 manat olan 2 ədəd laqonda, dəyəri 120 manat olan 3 top elektrik uzadıcısı, 50 manai dəyərində 1 ədəd drel və 5 manat dəyərində 1 ədəd çəkici gizli yolla talayıb Zərərçəkmiş şəxs11 295 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 may 2022-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq evdən sonuncuya məxsus 1.000 manat dəyərində bir ədəd «Samsung» markalı plazma televizoru və 850 manat dəyərində bir ədəd «Sony Playstation» aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 1.850 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmkalını gizli olaraq talama məqsədi ilə 12 may 2022-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 33 A-da yerləşən evin yataq otağına plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 800 manat dəyərində bir ədəd sünbül formalı qızıl sep və qolbaq dəsti, 150 manat dəyərində bir tay iri, göy rəngli zirkon qaşlı qızıl sırğa və həmin dəstə aid 300 manat dəyərində göy zirkon qaşlı qızıl üzük, 250 manat dəyərində bir ədəd qadın üçün qızıl nişan üzüyü, 100 manat dəyərində bir çüt qız uşağı üçün dairəvi formalı ağ qızıl materialından sırğa və həmin qızıl qutusunda olan bir ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq pul əskinazları, paltar dolabının üst hissəsindəki qadın çantasının içindən qəpiklərlə 4 manat məbləğində nəğd pul, 30 manat dəyərində bir ədəd saç ütüsü, 30 manat dəyərində bir ədəd üzqırxan aparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 1.814 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən 174 C/T saylı bağ evinin həyətinə giriş darvazasının asma qıfılını özü ilə gətirdiyi istintaqa məlum olmayan dəmir alətlə sındırmaq yolu ilə qanunsuz daxil olaraq həyətdə yerləşən qarajın balaca qapısının dəmiri petlələrini çıxarıb qaraja daxil olmaqla oradan sonuncuya məxsus 90 manat dəyərində 3 ədəd «Markus» markalı su motoru, 500 manat dəyərində bir ədəd 140 kq idman ştanqı, 120 manat dəyərində 2 ədəd su qızdırıcısı və 50 manat dəyərində bir ədəd bıçaq itiləyəni, evin həyətindəki quyudan 30 manat dəyərində bir ədəd «Markus» markalı su motorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 790 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o tamah niyyəti ilə özgənin əmkalını gizli olaraq talama məqsədi ilə 20 may 2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz evə plastik pəncərədən qanunsuz daxil olaraq evdən sonuncuya məxsus həmin günün milli valyutai məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları pulu, 40 manat dəyərində iki ədəd gümüş qadın üzükləri, 70 manat dəyərində bir ədəd gümüş qol saatı, 30 dəyərində iki cüt gümüş sırğa, 40 manat dəyərində iki ədəd dəmir qolbaq, 20 manat dəyərində bir ədəd dəmir sepi gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 710 manat məbləğində ziyari vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadaıi qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1.552 qram ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış 31 may 2022-ci il tarixdə, saat 09:05 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İ darəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Araz» marketin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 1.552 qram olan həmin psixotrop maddə metamfetamin bir ədəd bükümdə onun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün maddi imkanı zəif olmuş, bu səbəbdən yaşamaq üçün ehtiyacının tələbatlarını ödəməkdə və ehtiyacı olan narkotik vasitələri əldə etməkdə çətinlik çəkmişdir. Bu səbəbdən oğurluq edərək pul əldə etmək və həmin pulla ehtiyaclarını qarşılamaq istəmişdir. 26 yanvar 2022-ci il tarixdə, saat 23:00 radələrində yaşadığı evdən çıxmış və oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə, Ləhiş bağ massivinə getmişdir. 27 yanvar 2022ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivinə çatmışdır. Orada piyada gəzərək heç kimiri olmadığı ev axtarmış, bu zaman fərdi evlərdən birində işıqların yanmadığını görmüş və kənarda dayanaraq kiminsə olub-olmamasını yoxlamışdır. Bu zaman evdə heç kimin olmadığını görmüş və hasaradan aşaraq bağ evinin həyətinə daxil olmuşdur. Həyətdə sanitar qovşaq olduğunu görmüş və qapısının qıfılını sındıraraq içəri keçmişdir. Oradan bir ədəd kombi aparatını və bir ədəd su qızdırıcını götürmüş, həmin əşyaları hasardan aşırdaraq çölə daşımışdır. Əşyaları yolun kənarına aparmış və oradan təsadüfi keçən, sürücüsünü markası və dövlət qeydiyyat nişanını bilmədiyi taksi saxladaraq əşyaları yükləyib yaşadığı evə aparmışdır. Səhər açıldıqdan sonra oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçıj qəsəbəsində «Rus bazarı» kimi adlandırılan bazara apararaq tanımadığı şəxslərə ümumilikdə 250 manata satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz ehtiyaclarına, həmçinin, narkotik vasitəyə olan ehtiyacını qarşılamaq üçün xərcləmişdir. 06 fevral 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Bağlar massivi tərəfdə piyada hərəkət edərək oğurluq etmək üçün ev axtarmışdır. Bu zaman həmin küçədə bir fərdi yaşayış evinin yanından keçən zaman hasardan boylanıb evin işıqlarının sönülü olduğunu görüb həmin evdə heç kəs olmadığını bilmişdir. Bundan sonra həmin evdən oğurluq etməyi qərarlaşdırmış və daş hasardan həyətə keçmişdir. Həyətdəki evin pəncərələrində dəmir barmaqlar olduğundan üzərində gəzdirdiyi dəmir parçası ilə dəmir barmaqlarına salıb evə keçmək üçün kifayət edəcək qədər qatlayaraq) açmışdır. Evə keçdikdən sonra mətbəxdə yerləşən kombi aparatını görmüş, həmin aparatı üzərində gəzdirdiyi açarla açıb yerə qoymuşdur. Bundan sonra yataq otağına daxil olub «Samsung» markalı televizoru divardan çıxardaraq pəncərədən çölə qoymuşdur. Sonra mətbəxdən kombi aparatını götürüb yenə də pəncərədən çölə qoymuşdur. Bundan sonra otaqları axtarıb qiymətli əşya tapa bilmədiyindən evdən çıxmış, həmin əşyaları hasarın üstündən çölə çıxardıb yolda görünməyən bir yerdə hasarlardan birinin kənarına qoyub yenə də oğurluq etmək üçün evlərə baxmışdır. Bir qədər gəzdikdən sonra saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ massivində fərdi evlərdən birində işıqların yanmadığını görmüş və kənarda dayanaraq kiminsə olub-olmamasını yoxlamışdır. Bu zaman evdə heç kimin olmadığını görmüş və hasaradan aşaraq bağ evinin həyətinə daxil olmuşdur. Fərdi evin pəncərəsini sıxaraq açmış və içəri keçmişdir. Evin mətbəxindən 1 ədəd «Samsung» markalı, qonaq otağından əlavə olaraq 1 ədəd «Samsung» markalı televizorları, 11 ədəd samovarı və otaqlarda olan radiatorları sökərək götürmüşdür. Götürdüyü əşyaları daxij olduğu pəncərədən çölə yığmış, daha sonra hasardan aşırdaraq çölə daşımışdır. Həmiıi əşyaları hissə-hissə yolun kənarına gətirmiş və orada bir yerə yığmışdır. Gedib ilkin olaraq oğurladığı televizor və kombini də götürüb həmin əşyaların yanına gətirmişdir. Həmin əşyaları yoldan keçən markası və qeydiyyat nişanını xatırlamadığı avtomobilə yığaraq yaşadığı evə aparmışdır. Səhər açıldıqdan sonra ikinci evdən oğurladığı əşyaları, yəni 2 ədəd televizoru, samovar və radiatorları «Rus bazarı» adlanan bazara apararaq səyyari olaraq işlənmiş əşyaların alış və satışı ilə məşğul olan Elçin adlı şəxsə ümumilikdə 500 manata satmışdır. Oğurladığı digər «Samsung» markalı televizor və kombi aparatını da növbəti gün «Rus bazarı» adlanan bazara apararaq tanımadığı şəxslərə satmışdır. Bundan başqa 2022-ci ilin fevral ayının ikinci yarısında oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivinə gedib gəzmiş və orada olan evlərdə kiminsə olub-olmamasını yoxlamışdır, kimsə yoxdursa həmin evdən oğurluq etsin. Belə ki, saat 05:00 radələrində həmin ərazidə bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüşdür. Ev köhnə ev olmuş, evdə heç kimin olmadığını yəqin etdikdən sonra hündür olmayan daş hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Sonra da evin birinci mərtəbəsində olan zirzəminin nəfəsliyini özü ilə gətirdiyi dəmir vintaçanla sındırmış və zirzəmiyə daxil olmuşdur. Oradan 2 ədəd su motoru, 1 ədəd samovar, top şəklində elektrik naqili və 2 ədəd uzaqvuran işıqları nəfəslikdən çölə çıxartmış, özü ilə gətirdiyi kisəyə yığaraq oradan uzaqlaşmışdır. Yoldan təsadüfi keçən sürücüsünü tanımadığı, marka və dövləi qeydiyyat nişanını bilmədiyi taksi saxlatdırıb əşyaları həmin avtomobilə qoymaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilən bazarın yanınq gətirmişdir. Orada həmin əşyaları səhv etmirsə, ümumilikdə 150 manata manata bazarda işlənmiş əşyaların alış və satışı fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxsə satmışdır. Elçin adlt şəxsin əlavə anket məlumatlarını və mobil telefon nömrəsini də bilmir. Əldə etdiyi pul vəsaitini isə öz ehtiyaclarına, həmçinin, narkotik vasitəyə olan ehtiyacını qarşılamaq üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin mart ayının ilk günlərində saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən evlərin ətrafında gəzməyə başlamış, evlərdə kiminsə olub-olmadığını müəyyənləşdirmək istəmişdir, özü ilə vintaçan və kisə gətirmişdir. Həmin qəsəbədə bir yaşayış evini müşahidə etmiş və evdə heç kimin olmadığını yəqin etmişdir. Caat 02:00 radələri idi. Həmin evin həyət darvazasının yanında dəmirlər düzülmüş yerdən həyətə daxil olmuş və evin pəncərələrinin birini özü ilə gətirdiyi vintaçanla açıb evin içərisində hamama daxil olmuş, evin otaqlarına daxil olmuşdur. Evdə çoxlu məişət əşyaları olmuş, evi axtarmağa başlamışdır. Evin içərisində giriş qapısının yanında açarı görmüş və götürüb giriş qapısını açıb-açmadığını yoxlamışdır. Həmin açar evin giriş qapısını açmış, evdən pul və ya qiymətli əşyalar tapa bilməmiş, evdən mikrodalğalı soba, ət çəkəri maşın, elektrik çaydanı, müxtəlif xrustal qablar, iki ədəd markasını xatırlamadığı araq, bir ədəd su nasosu (gidrafon) götürmüşdür. Həmin əşyaları özü ilə gətirdiyi kisəyə yığıb evin həyətinə çıxarmış, sonra da televizoru çıxararaq həmin əşyaların yanına qoymuşdur. Bundan sonra, bir qədər gözləmiş və səhər açıldıqdan sonra həmin əşyaları küçəyə çıxardıb oradan təsadüfi keçən sürücüsünü tanımadığı, marka və dövlət qeydiyyat nişanının bilmədiyi taksi saxlatdırıb əşyaları həmin avtomobilə qoymaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilən bazarın yanında olan Tofiq adı ilə tanıdığı şəxsin işlənmiş və xarab olmuş əşyaların alışısatışı ilə məşğul olduğu mağazaya gedərək orada xatırlamadığı dəyərə satmışdır. Satışdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı iki ədəd arağı da içmişdir. Oğurluq hadisəsi törətdiyi qeyd olunan evi və oğurladığı əşyaları-satdığı yeri ifadəsinin yerində yoxlanılması zamanı göstərmişdir. Bundan başqa 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivində yerləşən evlərin birindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat 11:00 radələrində qeyd etdiyi ünvana getmiş və orada olan evlərin yanında gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev axtarmağa başlamışdır. Bu zaman evlərdən birinin həyət darvazasının bağlı vəziyyətdə olduğunu görmüş və yaxınlıqda heç kimin olmadığından istifadə edərək evin həyətyanı sahəsinin kənarına çəkilmiş hasardan aşaraq həyətə düşmüşdür. Bundan sonra evin plastik pəncərəsindən içəri baxdıqda işıqların yanmadığını görmüş və evdə heç kimin olmadığını fikirləşmişdir. Ona görə də özü ilə gətirdiyi dəmir parçasından istifadə etməklə pəncərəni açıb evə daxil olmuş və oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışdır. Həmin vaxtı evdən 600 ABŞ dolları, 100 manat pul, 1 ədəd noutbuk və 2 ədəd mobil telefon tapmış, pulları və mobil telefonları cibinə qoyub, noutbuku da götürdükdən sonra evə daxil olduğu qaydada həyətə, oradan da hasardan aşmaqla küçəyə çıxmışdır. Bundan sonra həmin yerdən uzaqlaşıb Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən «Rus bazarı»na getmişdir. Orada oğurladığı noutbuk və mobil telefonları tanımadığı şəxslərə yadında qalmayan məbləğdə pula satmışdır. Oğurladığı pulları və oğurladığı noutbuk və mobil telefonların satışından əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022-ci ilin mart ayının sonlarında oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində gəzmiş və orada olan evlərdə kiminsə olub-olmamasını yoxlamışdır ki, yoxdursa həmin evdən oğurluq etsin. Belə ki, saat 23:00 radələrində həmin ərazidə bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüş, evdə heç kimin olmadığını yəqin etdikdən sonra hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Sonra da evin giriş qapısının bağlı olduğunu görüb pəncərənin dəmir barmaqlıqlarını özü ilə gətirdiyi dəmirvintaçanla sındırmış və pəncərəni açıb içəri daxil olmuşdur. Evi axtarmış və evin yataq otağında olan şkafın çəkməcəsinə baxdıqda orada pul olduğunu görmüş və həmin pulu götürüb cibinə qoymuşdur. Sonra da həmin otaqda yataq otağının yanındakı balaca ölçülü şkafın içərisində müxtəlif növ qızıl-zinət əşyalarının olduğunu görmüş, həmin qızıl-zinət əşyalarını götürmüşdü. Evi bir qədər də axtardıqdan sonra daha heç nə tapmamış və evdən çıxaraq uzaqlaşmışdır. Səhərisi gün, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilən bazara gedərək oğurladığı qızıl-zinət əşyalarını tanımadığı müxtəlif şəxslərə satmış və pul əldə etmişdir. Lakin neçəyə satması yadında deyil. Yadına gəlir ki, oğurladığı qızıl-zinət əşyalarının içərisində bir ədəd alışqan da olmuş, həmin alışqanı da bir qədər istifadə etdikdən sonra tullamışdır. Oğurladığı və satışdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 14 aprel 2022-ci il tarixdə, gecə saat 05:00 radələrində boş ev tapıb oğurluğ etmək üçün piyada Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində dalanların arası ilə gəzişərkən həmin dalanlardan birində olan evin işıqlarının yanmadığını görmüş və müşahidə etdikdə heç kimin olmamasını dəqiqləşdirmişdir. Daha sonra hasara dırmanıb evin həyətinə girmiş və evə yaxınlaşıb plastik pəncərəni aralayıb açaraq içəri girmiş, oradan 1 ədəd ot biçən aparatı, 1 ədəd qaynaq aparatını, 1 ədəd rəndəni, 1 ədəd dreli və elektrik naqillini götürüb həyətdən çıxarıb yolda olan heç kimin görmədiyi bir yerə yığmışdır. Bir qədər gözləmiş, səhəri açıldıqdan sonra sürücüsünü tanımadığı, markası və dövlət qeydiyyat nişanını bilmədiyi, təsadüfi keçən bir taksi saxlatdırıb həmin əşyaları avtomobilə yığıb Bakı şəhəri, Sabunçıi rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» adlanan yerə aparmışdır. Həmin əşyaları bazarın yanında olan Tofiq adı ilə tanıdığı şəxsin işlənmiş və xarab olmuş əşyaların alışı-satışı ilə məşğul olduğu mağazaya gedərək orada xatırlamadığı qiymətə satmışdır. Satışdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022ci ilin aprel ayının ikinci yarısında saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən küçələrdən birinə getmiş, məqsədi oğurluq etmək olmuşdur. Özü ilə də dəmir vintaçan və kisə götürmüşdür ki, evə daxil olmaq lazım olsa vintaçandan istifadə etsin, çox əşya oğurlasa kisəyə yığsın. Belə ki, Kürdəxan qəsəbəsində küçələrdə gəzərək sakitçilik olan, səs gəlməyən evlərdən birinin həyətinə girməyi planlaşdırmışdır. Saat artıq 03:00 radələri olmuşdur. O, bir fərdi yaşayış evinin qarşısına yaxınlaşmış və həyətinə baxaraq heç kimin olmadığını müəyyən etmişdir. Hasardan aşaraq həyətə daxil olmuş, həyətdə bir ədəd velosiped olduğunu görmüşdür. Həmin velosipedi oğurlamaq qərarına gəlmiş, sonra da həyətdə olan bir ədəd samovarı da götürmüşdür. Həm velosipedi, həm də samovarı hasardan keçəyə çıxartmışdır. Sonra da velosipedi sürərək uzaqlaşmış, samovarı da aparmışdır. Yaşadığı evə getmiş, səhər açıldıqdan sonra velosipedi sürərək samovarı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilən bazara aparıb samovarı tanımadığı şəxsə 20 manata satmışdır. Velosipedi satmamış, özü sürmüşdür.Yaşadığı evə və həyətyanı sahəsinə baxış zamanı həyətdə saxladığı həmin velosipedi təqdim etmişdir. Bundan başqa 2022-ci ilin aprel ayının ikinci yarısında gecə saatlarında yaşadığı evdən çıxmış və oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə, Ləhiş bağ massivinə getmişdir. Həmin tarixdə saat 23:00 radələrində orada yerləşən bağ evlərinin birində heç kimin olmadığını müəyyən etdikdən sonra həmin bağ sahəsinə hasardan aşmaqla həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra orada saxlanc yerinin olduğunu görmüş və özü ilə gətirdiyi vintaçanla saxlanc yerinin pəncərəsinin şüşəsini sındıraraq oraya daxil olmuş, oradan laqonda, boru ütüsü, drel, dağıdıcı drel və kombi istilik borusunu çıxararaq həyətə yığmış və sonra da həyətdən çıxartmışdır. Ətrafda heç kim olmamış, yoldan keçən sürücüsünü, marka və dövlət qeydiyyat nişanını xatırlamadığı təsadüfi taksi ilə əşyaları həmin avtomobilə yığaraq yaşadığı ünvanın həyətinə aparmışdır. Orada həmin əşyaları həyətə qoymuş, səhər açıldıqdan sonra oğurladığı əşyaları sürücüsünü, marka və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus» bazarı kimi tanınan bazara aparmış, taksi sürücüsünün pulunu verib bazarda düşmüş və əşyaları da avtmobildən yerə qoymuşdur. Orada həmin əşyaları tanımadığı şəxslərə səhv etmirsə, ümumilikdə 200 manata satıb pul əldə etmişdir. Əldə etdiyi pul vəsaitini isə öz ehtiyaclarına, həmçinin, narkotik vasitəyə olan ehtiyacını qarşılamaq üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin aprel ayının ikinci yarısında saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evinin qarşısına getmiş, orada dayanaraq həyətə daxil olmaq üçün giriş qapısının açıq olubolmamasını yoxlamış, lakin həyətin giriş qapısı bağlı olmuşdur. Bu səbəbdən həyətə daxil olmaq üçün hasara qalxaraq ətrafı müşahidə edib həyətə tullanmışdır. Həyətyanı sahəyə daxil olanda görmüşdür ki, həyətdə iki mərtəbəli mərtəbəli yaşayış evi vardır və həmin evin ətrafına baxan zaman orada bir ədəd kombi aparatı, 1 ədəd su qızdırıcı, 3 ədəd su matoru və təxminən 200 metr uzunluğunda hasar boyu quraşdırılmış elektrik naqillərini olduğunu görmüşdür. Həmin əşyaları götürərək və elektrik naqillərini kəsərək həyətdə bir hissəyə yığmışdır. Əşyaları bir tərəfə yığmasına səbəb isə tək olduğu üçün həmin əşyaları bir dəfəyə apara bilmək imkanının olmaması olmuşdur. Bundan sonra oğurladığı əşyaları hissə-hissə olmaqla həyətdən çıxararaq evin yaxınlığında olan qaranlıq yerə yığmış və orada gün ağarana qədər gözləmişdir. Saat artıq 06:00 radələri olmuş, həmin əşyaları oradan təsadüfi keçən markasını və dövlət qeydiyyat nişanını bilmədiyini taksiyə yığaraq öz evinin əşyalarının olduğunu bildirib əşyaları Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilən yerə aparmışdır. Bazarda həmin əşyaları səyyari olaraq işlənmiş əşyaların alış və satışı ilə məşğul olan Elçin adlı şəxsə satmışdır. Əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2022-ci ilin aprel ayının sonlarında gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evindən elektrik naqilləri, qazan dəsti, su sayğacı və pəncərə torlarını oğurlamışdır. Həmin əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» deyilən bazara apararaq pəncərə torlarını tanımadığı şəxsə satmış, digər əşyaları isə həmin bazarın yanında olan Tofiq adı ilə tanıdığı şəxsin işlənmiş və xarab olmuş əşyaların alışı-satışı iləməşğul olduğu mağazaya gedərək orada xatırlamadığı dəyərə satmışdır. Satışdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022-ci ilin may ayının əvvəllərində saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan fərdi yaşayış ətrafında gəzməyə başlamış, evlərdə kiminsə olub-olmadığını müəyyənləşdirmək istəmişdir. Özü ilə vintaçan və kisə gətirmiş, həmin qəsəbədə bir yaşayış evini müşahidə etmiş və evdə heç kimin olmadığını yəqin etmişdir. Ev yarım tikili olmuşdur. Artıq saat 03:00 radələri olmuşdur. Görünüşdən evin həyətinin dəmir darvazasının qapısının açıq olması bilinmişdir. O həmin evin həyət darvazasının qapısını açıb həyətə daxil olmuşdur. Həyətdə bir qədər irəlilədikdən sonra sol tərəfdə evin qarşısında yerdə olan 2 ədəd laqonda, 3 top elektrik uzadıcısı, 1 ədəd drel və 1 ədəd çəkici götürüb özü ilsj gətirdiyim kisəyə yığmış, küçədə səs gəlmiş və evə kiminsə gəldiyini düşünmüşdür. Ona görə də, evin içərisinə daxil olmamışdır. Səs kəsildikdən sonra bir qədər gözləmiş və oradan yola çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Rus bazan» deyilən bazarın yanına getmişdir. Səhər açıldıqdan sonra həmin bazarın yanında Tofiq adı ilə tanıdığı şəxsin işlənmiş və xarab olmuş əşyaların alışı-satışı ilə məşğul olduğu mağazaya gedərəki orada həmin əşyaları səhv etmirsə, 70 manata satmışdır. Satışdan əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, yəni 11 may 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində oğurluq etmək məqsədi ilə gəzmiş, qəsəbədə gəzdiyi vaxt tanımadığı şəxsə məxsus həyət evin qarşısından keçmiş, həmin vaxt qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. O, əvvəlcə bir qədər həmin evin ətrafında gəzmişdir ki, ev sahibinin evdə olub-olmamasını bilsin. Bir qədər ətrafa göz gəzdirmiş, sonra evin hasarına dırmaşıb evin həyətinə və pəncərəsindən içərisinə baxmış, küçədə və evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evin daş hasarından həyətinə tullanmış, bundan sonra evin plastik pəncərəsini əli ilə açaraq evin içərisinə daxil olmuş və oradan bir ədəq «Samsung» markalı plazma televizor və bir ədəd «Sony Playstation» oyun aparatı götürüb daxil olduğu qaydada çölə çıxmış və yaşadığı evə getmişdir. Səhəri gün oğurladığı bir ədəd «Samsung» markalı plazma televizoru və bir ədəd «Sony Playstation» oyun aparatını Sabunçu bazarı yaxınlığında küçədə tanımadığı şəxslərə 250 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 12 may 2022-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində, Oktyabr küçəsindən keçən zaman darvaza qapısına qıfıl vurulmuş ev görmüş və başa düşmüşdür ki, həmin evin sahibi evdə deyil. Bir qədər ətrafa nəzər salmış və heç kimin olmamasını dəqiqləşdirdikdən sonra hasardan aşıb evin həyətinə girmiş və qırmızı boyalı evin bayır tərəfindən plastik pəncərəsini özündə olan vintaçan alətləi aralayıb açıb evə girmiş və evi axtarmağa başlamışdır. Yataq otağına girdikdən sonraj çarpayının döşəyini qaldırdıqda orada qırmızı rəngli qızıl qabını tapmış və içindəki qızılları, həmin qabdakı 150 manat pulü götürüb qabı otağa atmış, sonra isə paltar dolabının üstündəki çantadan qəpikləri, saç ütüsünü, üzqırxan aparatı götürüb oğurlayaraq oranı tərk etmişdir. Qızıl-zinət əşyalarını tanımadığı Sabunçu qəsəbəsində, «Rus bazarında» fərdi qaydada tanımadığı təsadüfi şəxslərə sataraq təxminən 200 manat pul əldə etmiş və evdən oğurladığı 150 manatla birlikdə pulları narkotik vasitəyə və öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022-ci ilin may ayının ortalarında dəqiq xatırlamadığı tarixdə gecə saatlarında Pirşağı qəsəbəsində bağlar massivində gəzişib oğurluq etmək qərarına gəlmişdir. Bir bağ evində işıqların yanmadığını görüb həmin evdə heç kimin olmadığını bilmiş, bundan sonra özündə olan dəmir linklə evin giriş darvazasında olan asma qıfılı sındırmış və darvazadan evin həyətinə daxil olmuşdur. Həmin bağ evi 2 mərtəbəli olmuş, 1-ci mərtəbəsində qarajın olduğunu görmüş, bundan sonra qarajın balaca dəmir qapısının petlələrini çıxartmış və qaraja daxil olmuşdur. Oradan bir neçə ədəd su motoru, su qızdırıcısı, idman ştanqı, bıçaq itiləyərək aparat götürüb bir bir həmin əşyaları bayıra çıxartmışdır. Bundan başqa evin həyətindəki quyudan da bir ədəd su motorunu çıxardıb bütün əşyaları evin həyətində bir yerə yığmışdır. Götürdüyü əşyalar ağır olduğuna görə səhərə yaxın evin həyətindən çıxaraq maqistral yoj tərəfə getmiş, orada yolüstü markası və dövlət nömrə nişanını xatırlamadığı bir yük avtomobilinin sürücüsünü saxlamış və ondan pul müqabilində ona kömək göstərməsini xahiş etmişdir. Həmin sürücüyə yalandan bildirmişdir ki, öz bağ evində əşyalar var və onları Sabunçu bazarına aparmalıdır. Onlar razılaşmış və həmin bağ evinə getmişlər. Orada sürücü ilə köməkli əşyaları avtomobilin yük yerinə yerləşdirərək Sabunçu bazarına getmişlər. Orada yükləri boşaltdıqdan sonra sürücüyə danışdıqları kimi 20 manat pul vermiş və sürücü getmişdir. Daha sonra həmin əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi (ərazisində yerləşən «Rus bazarı» adlandırılan yerə aparmış və orada həmin əşyaları Tofiq adı ilə tanıdığı şəxsin işlənmiş və xarab olmuş əşyaların alışı-satışı ilə məşğul olduğu mağazaya gedərək orada xatırlamadığı dəyərə satmışdır. Narkotik vasitəsi aludəçisi olduğuna görə əldd etdiyi pulla özünə narkotik vasitə, yemək, su, siqaret almışdır. Bundan başqa 20 may 2022-ci il tarixdə, saat 01:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsindən keçən zaman iki mərtəbəli, birinci mərtəbəsi təmirli, ikinci mərtəbəsinin pəncərələri olmayan fərdi yaşayış evi görmüş və pəncərəsində dəmiri barmaqlığın olmaması diqqətini çəkmişdir. Həmin evi müşahidə etdikdə evdə heç kimin olmamasını dəqiqləşdirdikdən sonra bayır tərəfindən evin plastik pəncərəsini özündə olan vintaçan alətlə aralayıb açaraq evə girmiş və evi axtarmağa başlamışdır. Yataq otağına girdikdən sonra oradakı paltar şkafında paltarlarını cibini yoxladıqda, qadın paltosunuq cibindən 300 dollar tapıb götürmüş, sonra isə otaqdakı termonun çəkməcəsini axtardıqda orada qadın zinət əşyalarını görüb oğurlayaraq oranı tərk etmişdir. Sonradan zinət əşyalarına diqqətlə alışqanın işığı ilə baxdıqda qızıl olmadığını müəyyən etmiş və dəyərsiz hesab edərək həmin qadın zinət əşyalarını Zabrat qəsəbəsində xatırlamadığı yerdə atmış, 300 dollar pulıi isə öz ehtiyaclarına xərcləmişdir. Xeyli müddət idi ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. Həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən alır. 31 may 2022-ci il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, təxminən 30-35 yaşlı, ortd boylu, orta bədən quruluşulu, əvvəllər bir neçə dəfə özünün istifadə etməsi üçün psixotrop maddə aldığı şəxsə yaxınlaşıb onunla bir qədər söhbət etdikdən sonra özünün istifadə etməsi üçün metamfetamin almaq istədiyini ona bildirmişdir. Tanımadığı həmin şəxs də bir ədəd bükümdə metamfetamini ona 20 manata satacağını bildirdikdə o razılaşaraq həmin şəxsdən 20 manat pulun qarşılığında istifadə üçün bir büküm metamfetamin alıb, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra həmin yerdən aralaşaraq, şəxsi işi ilə əlaqədar Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Araz» marketin yaxınlığına getmişdir. Təxminən 15 dəqiqədən sonra, yəni 31 may 2022-ci il tarixdə, saat 09:00 radələrində qeyd etdiyi ünvanda dayanan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmiş və bir qədər söhbət etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələri, həmçinin psixotrop maddələri əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirib, onu Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 15-ci Polis Bölməsinə getmişdir. Üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm psixotrop maddə olan metamfetamini çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Hal-hazırda törətdiyi əməllərdən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakıı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində ev tikdirmiş, 2022-ci ilin may ayında da həmin evdə aradabir təmir işləri görülmüşdür. 24 aprel 2022-ci il tarixdə evə baş çəkmək üçün getmiş, həmin tarixdə də yaşadığı evə qayıtmışdır. 04 may 2022-ci il tarixə qədər olan müddət ərzində evə getməmiş və həmin evdə heç kim olmamışdır. 04 may 2022-ci il tarixdə həmin tikdirdiyi evə gedəndə evin pəncərəsinin sındırıldığını və açıq vəziyyətdə olduğunu görmüş, dərhal evə daxil olmuş və evin içərində elektrik naqillərinin, su sayğacının və «Tefal» markalı qazan dəstlərinin, evin 12 ədəd pəncərəsinin torlarının yerində olmadığını görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur və adətən yay aylarında gedib ailə üzvləri ilə birlikdə orada qalır. Orada qalmadığı müddətdə tez-tez gedib baş çəkir. Sonuncu dəfə 08 may 2022-ci il tarixdə ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə gedib baş çəkdikdə hər şeyin qaydasında və bütün əşyaların yerində olduğunq görmüşdür. Bundan sonra 11 may 2022-ci il tarixə qədər evə o və ailə üzvlərindən heç kim getməmişdir. 11 may 2022-ci il tarixdə, saat 11:00 radələrində o həmin fərdi yaşayış evinə gedib baş çəkən zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüş, dərhal evin qapısını açıb evə daxil olmuş və ikinci mərtəbəyə qalxmışdır. İkici mərtəbədə otaqlardan birində divardan asılmış «Samsung» markalı plazma televozorun və həmin televizorun altında olan «Sony Playstation» aparatının yerində olmadığını görmüş, açıq pəncərəyə nəzər yetirdikdə müəyyən etmişdir ki, həmin plastik pəncərə güc tətbiq edilməklə açılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən bağ evinə gedib baş çəkmiş, heç bir problem olmadığını və hər şeyi qaydasında olduğunu görmüşdür. Təxminən 2 saat evdə olmuş və sonra da qapıları bağlayaraq yaşadığı Qaraçuxur qəsəbəsindəki evinə getmişdir. 07 fevral 2022-ci il tarixdə səhər saatlarında bağda qaravolçu işləyən Hüseynbala ona zəng edərək bağ evindən oğurluq olduğunu bildirmişdir. Dərhal yaşadığı evdən çıxaraq bağ evinə getmiş, evə girəndə ona məlum olmuşdur ki, mətbəxdən bir ədəd 300 manat dəyərində «Samsung» markalı, 82 düyümlü televizor, oturma otağından 1 ədəd 700 manat dəyərində «Samsung» markalı, 107 düyümlüü televizor, bütün otaqlardan ümumilikdə 500 manat dəyərində olan istilik sisteminin 6 ədəd radiatoru və bir ədəd 150 manat dəyərində samovar oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 27-ci dalandə yerləşən və oğurluq hadisəsi baş vermiş bağ evi ona məxsusdur. Belə ki, həmin bağ evində təmir işləri aparılır. 24 yanvar 2022-ci il tarixdə o qeyd olunan bağ sahəsinə getmiş, həmin vaxt hər şey qaydasında olmaqla, bütün əşyaları yerində olmuşdur. 27 yanvar 2022-ci il tarixdə, saat 09:40 radələrində bağ evinə baş çəkmək üçün gedən zaman bağ sahəsinin həyətində olan sanitar qovşağının qapısının açıq vəziyyətdə olduğunu görmüş, yaxınlaşan zaman görmüşdür ki, sanitar qovşağının içərisində olan 1 ədəd 1.350 manat dəyərində «Bosch» markalı kombi aparatı və bir ədəd 250 manat dəyərində su qızdırıcısı oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Bağlar massivində fərdi yaşayış evi tikdirmişdir. Həmini evdə daimi yaşayış olmasa da, o, hərdən evə baş çəkmək üçün gəlib qalmışdır. Sonuncu dəfə hadisəni aşkar etdiyindən təxminən bir ay əvvəl həmin evə gəlib baş çəkdikdə hər şey qaydasında olduğunu görmüşdür. 07 fevral 2022-ci il tarixdə onun bağ evində mühafizəçi işləyən Sədulla ona zəng vurub naməlum şəxs və ya şəxslərin bağ evinə oğurluq məqsədi ilə girmələrini bildirmişdir. Bundan sonra, dərhal həmin evə gəlib baxdıqda görmüşdür ki, evdəni bir ədəd kombi aparatı və bir ədəd «Samsung» markalı televizor oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağlar massivində yerləşən nömrəsiz bağ sahəsini içərisində iki mətbəli yaşayışa hazırlan olart bağ evini almışdır. Lakin buna baxmayaraq bağ evini aldıqdan sonra evdə bəzi təmir işləri lazım olduğu üçün bağ evini təmir etdirməyə başlamışdır. Amma buna baxmayaraq o, həmin bağ evində yaşamadığı üçün mütəmadi olaraq bağ evinə gedib gəlmişdir. O, sonuncu dəfə 22 aprel 2022-ci il tarixdə bağ evinə gələrək baş çəkərək çıxıb getmiş və 25 aprel 2022-ci il tarixdə bağ evinə gələrək həyətin giriş qapısını açıb içəri daxil olmuşdur. Naməlum şəxs və ya şəxslərin 22 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək olan müddət ərzində onun bağ sahəsinə qanunsuz daxil olaraq evin istixanasından 1.000 manat dəyərində «İmergaz» markalı kombi aparatını, 200 manat dəyərində «Termalux» markalı su qızdırıcını, «Markos» markalı hər biri 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində su mühərrikini və 200 manat dəyərində hasar boyu quraşdırılmış 200 metr uzunluğunda elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1.850 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövürndə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə, saat 16:00 radələrində azyaşlı uşağının baxça məsələsini danışmaq üçün yaşadığı qeyd olunan ünvanda yerləşəri evindən həyat yoldaşı Günel ilə birlikdə çıxmış və darvaza qapısının qıfılını bağlamışdır. Ailəsi birlikdə işlərini Zabrat qəsəbəsində gördükdən sonra həmin gün saat 17:20 radələrində yaşadığı evə qayıtmış və qıfılı açıb darvaza qapısından içəri girmişdir. O, həyətə daxil olduqda görmüşdür ki, evin mətbəx otağının plastik pəncərələri açıq vəziyyətdədir. Evin giriş qapısını açarla açıb içəri daxil olduqda görmüşdür ki, ev dağınıq vəziyyətdədir. Bu səbəbdən o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək özü polis əməkdaşlarının gəlməsini gözləmədən Sabunçu RPİ-in 15-ci PB-nə getmiş və orada polis əməkdaşları ilə birlikdə hadisə yerinə, yəni evinə qayıtmışdır. O, 15-ci PB-in əməkdaşlarının iştirakı ilə evə baxış keçirilmiş və o, ərizə və izahatını təhqiqatçıya yazıb təqdim etmiş, baxış protokolunu imzalamışdır. Həmin hadisə zamanı evin yataq otağında çarpayıdakı döşəyin altında qırmızı rəngli qızıl qabının içindən 800 manat dəyərində 01 ədəd sünbül formalı qızıl sepin və qolbağ dəstini, 150 manat dəyərində bir tay iri, göy rəngli silkon qaşlı qızıl sırğanın və həmin dəstin 300 manat dəyərində göy silkon qaşlı qızıl üzüyün, 250 manat dəyərində 01 ədəd qadın üçün qızıl nişan üzüyünün, 100 manat eləyərində 01 çüt qız uşağı üçün dairəvi formalı ağ qızıl materialından sırğanın və həmin qızıl qutusunda olan 1 ədəd 100 manatlıq və 01 ədəd 50 manatlıq pul əskinazların, paltar dolabının üst hissəsindəki qadın çantasının içindən qəpikləri 4 manat məbləğində pulun, 30 manat dəyərində 01 ədəd saç ütüsünün, 30 manat dəyərində 01 ədəd üzqırxan aparat evə plastik pəncərədən daxil olan naməlum şəxs tərəfindərl oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1.814 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, nömrəsizı evdə yaşayır. 19 may 2022-ci il tarixdə valideynlərinə baş çəkmək məqsədi ilə Beyləqan rayonu, İkinci Şahsevən kəndinə ailəsi ilə birlikdə getmiş, evdən çıxarkən qapını və pəncərələri də bağlamışdır. 23 may 2022-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı qeyd olunan ünvanda yerləşən evə qayıtmış və evin həyətinə daxil olduqda evin birinci mərtəbəsinin giriş qapısından sağ tərəfdəki plastik pəncərəsinin açıq olmasını aşkar etmişdir. Evə girib baxdıqda isə həmin yataq otağının dağınıq vəziyyətdə olmasını görmüşdür. Baxdıqda evdəq qadın paltosunun cibinə qoyduğu 300 ABŞ dolları pulun və ümumilikdə 200 manat dəyərində olan bujiteriyaların, yəni, 2 ədəd gümüş qadın üzüklərinin, 1 ədəd gümüş qol saatının, 2 cüt gümüş sırğaların, 2 ədəd dəmir qolbaqların və 1 ədəd dəmir sepin evə pəncərədən girəni naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, özünə məxsus olan Sabunçu rayonu, Kürdəxanı qəsəvəsi, YYM-dd 33-cü dalanda yerləşən nömrəsiz evi vardır və mütəmadi olaraq həmin evə baş çəkir. 04 aprel 2022-ci il tarixdə həmin evə gəlmiş və evdə heç bir oğurluq hadisəsi baş verməmişdir. 14 aprel 2022-ci il tarixdə həmin evimə yenidən gəldikdə müəyyən etmişdir ki, naməlum şəxs tərəfindən ona məxsus olan evin həyətinə hasardan aşıb daxil olaraq evin dəmir barmaqlıqlarını sındırıb pəncərəni açmaqla 1 ədəd otbiçən aparat, 1 ədəd turba birləşdirəni aparat, 1 ədəd direl və 40 metr uzunluğunda elektrik naqillərinin oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Pirşaği qəsəbəsi, Bağlar massivində bağ evi vardır. 14 may 2022-ci il tarixdə həmin bağ evinə baş çəkmiş, orada hər hansı bir problem olmamışdır. O, 21 may 2022-ci il tarixdə günorta saatlarında bir daha bağ evinə gəldikdə evin həyətinin giriş darvazasının asmal qıfılının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Evdən oğurluq olduğunu düşünmüş, həyətə keçmişdir. Bağ evini nəzərindən keçirdikdə ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin qarajının arxa hissəsində yerləşən qapısının petlələrini çıxardaraq qaraja daxil olaraq oradan ona məxsus 3 ədəd «Markus» markalı su motorunu, 2 ədəd su qızdırıcısım, 140 kq idman ştanqını, 1 ədəd bıçaq itiləmək üçün qurğunu oğurlamışdır. Bundan başqa evin həyətində quraşdırılmış quyunun içərisindən 1 ədəd «Markus» markalı su motorunun da oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanl qəsəbəsi, Ləhiş bağ massivi, 26-cı dalanda yerləşən boş sahənin ona məxsus olduğunu və həmin sahədə o, özünə məxsus tikinti və məişət əşyalarını yığıb saxlamışdır. 22 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində yuxarıda qeyd etdiyi sahəyə baş çəkmək üçün getmişdir. O, saxlanc yerinə baxmış və bütün əşyaları yerində olduğunu görmüşdür. Bundan sonra o 23 aprel 2022-ci il tarixdə də yenidən sahəyə gedəndə sahədə olan saxlanc yerinin plastik pəncərəsinin sındırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. O dərhal saxlanc yerinə daxil olmuş və orada olan ona məxsus laqonda, boru ütüsü, drel, dağıdıcı drel və kombi istilik borusunun yerində olmadığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci ii tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evindən çıxmış və Gədəbəy rayonuna getmişdir. İki gündən sonra, yəni 03 mart 2022-ci il tarixdə o, Gədəbəy rayonundan çıxıb Bakı şəhərinə gəlmişdir. O, həmin gün saat 22:00 radələrində evinə çatmışdır. Evin pilləkənindən çıxdıqda ikinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu görmüşdür. O, evin giriş qapısı da açıq olduğunu görmüşdür. Dərhal evə daxil olmuşdur. Evin dağınıq halda olduğunu və evdə olmadığı müddət ərzində evdən oğurluq edildiyini bilmişdir. O, otaqlara, evin zirzəmisinə nəzər salmışdır. O, evin içərisindən «LG» markalı televizorun, «Sharp» markalı mikrodalğalı sobanın, «Geepas» markalı elektrik əl) çəkən maşının, «Tefal» markalı elektrik çaydanının, müxtəlif xrustal qabların, Rusiya istehsalı) iki ədəd markasını xatırlamadığı arağın, evin içərisindən bir ədəd su nasosunun oğurlandığın aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 26 mart 2022-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evdən çıxıb xalasının evinə qonaq getmişdir. Orada bir qədər oturduqdan sonra 27 mart 2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində yaşadığı evə qayıtmışdır. Evə daxil olan zaman yataq otağının dağınıq olduğunu və evirj plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını və pəncərənin açıq olduğunu görmüşdür. O, evindən oğurluq edildiyini anlamış və evə baxış keçirmişdir. O, şkafın çəkməcəsində olan 580 manat pulun, yataq dəstinin sandığından bir ədəd brilliant qaşlı üzüyün, bir ədəd qızıl sepin, bir ədəd brilliant qaşlı klonun, bir ədəd brilliant qaşlı qolbağın, brilliant qaşlı bir cüt qızıl sırğanın, bir ədəd qızıl üzüyün, bir cüt qızıl sırğanın, bir ədədi «Trussardi» markalı kişi qol saatının və bir ədəd üzərində öz adı yazılmış alışqanıq oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində özünə məxsus bağ evi vardır. O, 21 fevral 2022-ci il tarixdə bağ evinə gedib baş çəkmişdir. Bütün əşyaların yerində olduğunu görmüşdür. Bir qədər orada olduqdan sonra daimi yaşadığı ünvana qayıtmışdır. 23 fevral 2022-ci il tarixdə səhər saatlarında yenidən həmin bağ evimə gedən zaman evin zirzəmisinin kiçik nəfəsliyinin sındırıldığını görmüşdür. Zirzəmiyə daxil olanda oradan 2 ədəd «Markus» markalı su motorunun, 1 ədəd 7 litr tutumlu odun samovarının, 300 metr uzunluqda elektrik naqilinin, uzaqvuran işıqların yerində (projektor) olmadığını görmüş və həmin əşyalarıq oğurlandığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 06 mart 2022-ci il tarixdə o, bacısının evinə getmək üçün saat 10:30 radələrində əri Məhərrəm və övladı ilə birlikdə yaşadığı evdən çıxmış, evin qapı və pəncərələrini bağlamışlar. Əri Məhərrəm işləri ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonuna getmiş, o da bacısının Mehdiabad qəsəbəsində yerləşən evinə getmişdir. Həmin gün saat 19:30 radələrində yaşadığı evə gedib evin qapısını açaraq içəri daxil olmuş və otaqların dağınıq halda olduğunu görmüşdür. Evin pəncərəsinin biri sındırılmış vəziyyətdə, digər pəncərə də açıq vəziyyətdə olmuşdur. Görünmüşdür ki, evə daxil olan şəxs pəncərəni sındıraraq içəri daxil olmuş, çıxarkən də digər pəncərədən çıxıb getmişdir. Müəyyən etmişdir ki, həmin şəxs evdən ona məxsus 600 ABŞ dolları, 100 manat pul, 1 ədəd 100 manat dəyərində «Lenovo» markalı noutbuk, hər birinin dəyəri 200 manat olmaqla cəmi dəyəri 400 manat olan 2 ədəd «Honor 10i» markalı mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, 18 aprel 2022-ci il tarixdə səhəri saatlarında övladı ona bildirmişdir ki, yaşadıqları evin həyətində saxladıqları bir ədəd velosiped yerində yoxdur. O, tez həyətə baxmış və həyətdə olan oğlu üçün aldığı «Portmaster» markalı velosipedin, həmçinin, bir ədəd 7 litr tutumlu odun samovarının da yerində olmadığını görmüş və oğurlandığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel və may aylarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dövlət hesabına evlər saxsı dam örtüyü çəkmişdir. Orada İlkin adlı şəxs ondan xahiş edərək həmin qəsəbədə Əjdər Məlikov küçəsində nömrəsiz ünvanda yerləşən evin hasarını təmir etməyini istəmiş və o, da razılıq vermişdir. O, 06 may 2022-ci il tarixdə, saat 18:00 radələrində işlərini bitirdikdən sonrä özünə məxsus 2 ədəd laqondanı, 3 topa elektrik uzadıcısını, 1 ədəd dreli və 1 ədəd çəkici həyətdə kənarda bir yerə qoymuşdur. O, 07 may 2022-ci il tarixdə hava şəraiti ilə bağlı işə getməmişdir. O, 08 may 2022-ci il tarixdə, saat 09:00 radələrində həmin ünvana getdikdə həyətə qoyduğu sözügedən əşyaların yerində olmadığını aşkar etmiş və oğurlandığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağ evi 691 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması və satması barədə daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi o və Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ibarət olmuşdur. Həmin tədbirlə əlaqədar olaraq R.O. Bağırovun olduğu yer müəyyən edilmişdir. 31 may 2022-ci il tarixdə, saat 09:00 radələrində Şahid4la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşəni «Araz» marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onunla bir qədər söhbət etdikdən sonra narkotik vasitə və psixotrop maddə əldə etmə, üzərində saxlayaraq daşımaqda şübhəli olduğunu və bıı barədə məlumatlı olduqlarını deyərək Sabunçu RPİ-in 15-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxsla birlikdə Sabunçu RPİ-in 15-ci Polis Bölməsinə gəlmişlər. Şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rənglj şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, xırda kristal formada olan psixotropj maddə hesab edilən metamfetaminə bənzər maddəni çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Həmin psixotrop maddəni həmin günü, saat 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadə etməsi üçün 20 manata aldığını və üzərində saxladığını demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə səhər saatlarında işlətdiyi obyektd gələrək bir ədəd mikrodalğalı soba, bir ədəd ət çəkən maşın, bir ədəd çaydan, müxtəlif xrustal qablar, bir ədəd gidrafon və bir ədəd televizor gətirib ona ümumilikdə 200 manata satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə səhər saatlarında işlətdiyi obyektə gələrək bir ədəd ot biçən aparat, bir ədəd qaynaq aparatı, bir ədəd rəndə, bir ədəd drel və bir top elektrik naqilini gətirib ona ümumilikdə 250 manata satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə səhər saatlarında işlətdiyi obyektə gələrək elektrik naqilləri, qazan dəsti və su sayğacı gətirib ona ümumilikdə 80 manata satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 08 may 2022-ci il tarixdə səhər saatlarında işlətdiyi obyektə gələrək 2 ədəd laqonda, 3 top elektrik uzadıcısı, 1 ədəd drel və 1 ədəd çəkici gətirib ona ümumilikdə 70 manata satmışdır. Bundan başqa R.O. Bağırov 17 may 2022-ci il tarixdə səhər saatlarında işlətdiyi obyektə gələrək dörd ədəd su motoru bir ədəd idman ştanqı, iki ədəd su qızdırıcı və bir ədəd bıçaq itiləyəni gətirib ona ümumilikdə 90 manata satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 İsmayıl oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 13 ünvanda yaşayır. Uzun zamandır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçıi qəsəbəsi ərazisində yerləşən «Rus bazarı» adlandırılan bazarda səyyari olaraq işlənmiş köhnə, istifadə müddəti keçmiş, xarab və sair əşyaların alışı və satışı fəaliyyəti ilə məşğul olaraq pul qazanır. Müxtəlif şəxslərdən bazara gətirdikləri qeyd etdiyi formada əşyaları çalışdığı qədər ucuz qiymətə alır, sonra da aldığı qiymətdən baha qiymətə satır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» adlandırılan bazarda işləyərkən, yük daşıyarkən, eləcə də, bir neçə dəfə bazarda müxtəlif növdə köhnq əşyalar satanda da görmüşdür. Təqsirləndirilən şəxs ona da bir neçə dəfə işlənmiş əşyalar satmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3043 saylı, 31 may 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər Üçün № 161 dairəvi möhür əksləri olan.... saxlanılan şəxs: Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.552 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi-1.552 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-1.502 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji X10 Şəxsi X3 Tibbi Yoxlamanın 3961 saylı, 20 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatä alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 02 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29 sentyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxslər, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz təkrar daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının tətbiq edilməsi haqqında Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0.15 qram olan metamfetmin şəxsi istehlak miqdarından artıq, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarında olan 31 may 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022ci il tarixdə, saat 09:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,189). Cinayət işinin materiallarında olan 01 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,227). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)452/22 saylı, 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 may 2022-ci il tarixdən hesablanmaqla, «03» (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh.,246). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti bitdiyindən o Bakı İstintaq Təcridxanasından azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 07, səh.,34). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin könüllü olaraq gəlməi haqqında 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir (cild 07, səh.,156). Cinayət işinin materiallarında olan 28 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ittiham elan edilmiş və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır (cild 07, səh., 161). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)01/24 saylı, 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 dekabr 2023-cü il tarixdən hesablanmaqla, «03» (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əvvəllər analoji cinayətə məhkum olunmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü, dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsin əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdən 14 dekabr 2022ci il tarixə kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Eləcədə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi X3 Tibbi Yoxlamanın 3961 saylı, 20 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olumuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatä alınması məsləhət görülür. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qəimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)01/2024 saylı, 02 yanvar 2024-cü il tarixli qərarı ilə «həbs»də olması nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 1.502 qram metamfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalı, bir ədəd Zərərçəkmiş şəxs17 məxsus bir ədəd «Sportmaster» markalı velosipedin ona qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 92 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «02» (iki) il, «08» (səkkiz) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs «31» may 2022-ci il tarixdən «14» dekabr 2022-ci il tarixə kimi həbsdə saxlandığı müddət «06» (altı) ay, «14» (on dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03» (üç) il, «05» (beş) ay, «16» (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «13» iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 1.502 qram metamfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın, bir ədəd Zərərçəkmiş şəxs17 məxsus bir ədəd «Sportmaster» markalı velosipedin ona qaytarılması nəzərə alınsın. 92 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qəimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)01/2024 saylı, 02 yanvar 2024-cü il tarixoi qərarı ilə «həbs»də olması nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-26/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-26/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver