Məhkəmə qərarları › İş №1(008)-262/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-262/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-262/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxx 1986-cı il tarixdə Tiflis şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi ev 23 mənzil 02-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi ev 04, mənzil 36-da qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi ev 103, mənzil 29-da yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talama məqsədi ilə 17 sentyabr 2023-cü il tarixdə, saat 22:10 radələrindən saat 22:35 radələrinə qədər olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 7 saylı binanın qarşısına gələrək Təqsirləndirilən şəxs2 binanın yaxınlığında dayanıb ətrafı nəzarətdə saxlayaraq onu sığortalayıb bununlada ona həmin binanın ikinci mərtəbində yerləşən 3 saylı mənzilə daxil olmaqa şərait yaratmış, binanın üzərində quraşdırılmış boru ilə ikinci mərtəbəyə mənzilin eyvanına dırmaşaraq eyvanın giriş qapsının açıq olmasından istifadə edib, yaşayış sahəsi hesab edilən həmin mənzilin içərisinə qanunsuz daxil olandan sonra mənzildə saxlanılan Zərərçəkmiş şəxs məxsus olan məzənnə ilə 1.107.18 manat təşkil edən 600 avronu, məzənnə ilə 346.18 manat təşkil edən 204 ABŞ dollarını, məzənnə ilə 90.5 manat təşkil edən 5.000 rus rublu, məzənnə ilə 15.32 manat təşkil edən 400 türk lirəsini, bir ədəd 197 manat dəyərində üzərində 3 ədəd hər biri 0.006 karat 4/3 keyfiyyət brilyant qaşlar olan 583 əyyarlı 2.24 qram çəkidə qızıl üzüyü, bir ədəd 6 manat dəyərində 925 əyyarlı 1.27 qram çəkidə əqrəb formalı gümüş kulonu, bir ədəd 11 manat dəyərində 925 əyyarlı 2.19 qram çəkidə gümüş boyunbağını, bir ədəd 15 manat dəyərində üzərində ümumi çəkiçi 16.06 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində firuzəyi rəngli daş olan kulonu, boyunbağı və sırğa cütünü, bir ədəd 10 manat dəyərində ümumi çəkisi 22.34 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində saat medalyon kulonu olan boyunbağını, bir ədəd 6 manat dəyərində ümumi çəkisi 6.50 qram olan mis əsaslı ərintidən hazırlanmış üzərində pişik formalı kulonu üzərində yaşıl şəffaf qaşlar olan boyunbağını, bir ədəd 4 manat dəyərində ümumi çəkisi 4.81 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində firuzəyi rəngli daş olan üzüyü, bir ədəd 5 manat dəyərində ümumi çəkisi 5.43 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində müxtəlif rəngli daşlar olan üzüyü, bir ədəd 291 manat dəyərində ümumi çəkisi 3.42 qram olan 585 əyyarlı üzərində ağ şəffaf qaşlar olan «14K» qızıl sırğa cütünü, bir ədəd 24 manat dəyərində ümumi çəkisi 4.75 qram olan 925 əyyarlı üzərində ağ şəffaf qaşlar olan gümüş sırğa cütüüzük dəstini, bir ədəd 25 manat dəyərində ümumi çəkisi 5.05 qram olan 925 əyyarlı üzərində bir ədəd yaşıl və ağ şəffaf qaşlar olan gümüş sırğa cütü-üzük dəstini, bir ədəd 23 manat dəyərində ümumi çəkisi 4.66 qram olan 925 əyyarlı üzərində bir ədəd açıq yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük-kulon dəstini, iki ədəd ümumi 24 manat dəyərində ümumi 4.83 qram çəkilə olan 925 əyyarlı üzərində ağ şəffaf qaşlar olan üzükləri, bir ədəd 58 manat dəyərində ümumi 11.63 qram olan üzərində ağ şəffaf qaşlar olan (1 ədəd qaş yeri boşdur) 925 əyyarlı qolbağı, bir ədəd 12 manat dəyərində ümumi çəkisi 12.30 qram olan əlvan metal ərintisindən hazırlanmış üzərində qara rəngli daş-qaşlar olan sırğa cütüüzüyünü, bir ədəd 7 manat dəyərində ümumi çəkisi 8.13 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində ağ şəffaf qaşlar olan sırğa cütünü, bir ədəd 15 manat dəyərində ümumi çəkisi 52.94 qram olan aluminium əsaslı ərintidən hazırlanmış oval formalı elementləri olan boyunbağı-qolbaq dəstini, bir ədəd 5 manat dəyərində ümumi çəkisi 4.08 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində kəpənək formalı elementləri olan boyunbağını, bir ədəd 378 manat dəyərində ümumi çəkisi 4.45 qram olan 585 əyyarlı üzərində «ay-ulduz» formalı «14K» qızıl kulonu olan boyunbağını, bir ədəd 85 manat dəyərində ümumi çəkisi 1.00 qram olan 585 əyyarlı qızıl sırğa cütünü, bir ədəd 172 manat dəyərində ümumi çəkisi 2.02 qram olan 583 əyyarlı qızıl qolbağı, bir ədəd 16 manat dəyərində ümumi çəkisi 3.09 qram olan 925 əyyarlı üzərində ağ şəffaf qaşlar olan gümüş qolbağı, bir ədəd 5 manat dəyərində ümumi çəkisi 3.34 qram olan mis əsaslı ərintidən hazırlanmış üzərində mirvariyə bənzər muncuq olan kulonu və bir ədəd ağ şəffaf qaş olan boyunbağını, iki ədəd ümumi 14 manat dəyərində ümumi çəkisi 13.60 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində ağ və ağ şəffaf daş-qaşlar olan sırğa cütünü, bir ədəd 4 manat dəyərində ümumi çəkisi 6.96 qram olan əlvan metalın ərintisindən hazırlanmış üzərində qara rəngli daş və ağ şəffaf qaşlar olan sırğa cütünü, iki ədəd ümumi 8 manat dəyərində ümumi 14.02 qram çəkidə mis əsaslı ərintidən hazırlanmış birinin üzərində göy rəngli hissələri olan üzüyü, bir ədəd 4 manat dəyərində ümumi 3.08 qram çəkidə dəmir əsaslı ərintidən hazırlanmış üzərində firuzəyi rəngli daşlar və ağ şəffaf qaşlar olan üzüyü, bir ədəd 10 manat dəyərində istifadə olmuş, üzərində «Öztürkler» yazıları olan qutunu, bir ədəd 1 manat dəyərində qara rəngli istifadədə olmuş üzərində markalanma yazıları olmayan kiçik ölçülü (üzərində istismar xarakterli qüsurlar (cızıqlar, boya qopuqları və s.) olmaqla qutunu, bir cüt 10 manat dəyərində ağ rəngli, istifadədə olmuş qulaqçıqları, bir cüt 20 manat dəyərində qara rəngli istifadədə olmuş, Çin istehsalı, üzərində «X2 E A3943» yazıları olan qulaqçıqları, bir ədəd 100 manat dəyərində təxminən qara rəngli üzərində «Lomo Minitar 1 32 mm LC-A» yazıları olan fotoaparatı, bir ədəd 100 manat dəyərində qara rəngli «Samsung» markalı mobil telefon aparatını, bir ədəd 400 manat dəyərində ümumi çəkisi 5 qram olan 583 əyyarlı qızıl boyunbağını, bir ədəd 300 manat dəyərində ümumi çəkisi 4 qram olan 583 əyyarlı «əqrəb şəkilli» qızıl kulonu, bir ədəd 300 manat dəyərində ümumi çəkisi 4 qram olan 583 əyyarlı qolbağını, bir ədəd 1.000 manat dəyərində ümumi çəkisi 9 qram olan 995 əyyarlı qızıl üzüyü, bir ədəd 1.050 manat dəyərində ümumi çəkisi 10 qram olan 995 əyyarlı qızıl külçəni, bir ədəd 500 manat dəyərində ümumi çəkisi 5 qram olan 583 əyyarlı üzərində gül şəklində olan naxışlarla sirkon daşla olan qızıl üzüyü, bir ədəd 500 manat dəyərində «Svarovski» qolbağını və ümumi bir karat çəkidə olan 1.000 manat dəyərində 20 ədəd xırda brilliant daşlarını gizli oraraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda 8.274.18 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət əlaqəsinə girib özgənin əmlakını gizli talamaq məqsədi ilə 17 sentyabr 2023-cü il tarixdə, saat 22:10 radələrindən saat 22:30 radələrinə qədər olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 7 saylı binanın qarşısına gələrək binanın yaxınlığında dayanıb ətrafı nəzarətdə saxlayaraq Təqsirləndirilən şəxs1 sığortalayıb bununlada sonuncuya həmin binanın ikinci mərtəbində yerləşən 3 saylı mənzilə daxil olmaqa şərait yaratmış, Təqsirləndirilən şəxs1 isə binanın üzərində quraşdırılmış boru ilə ikinci mərtəbəyə mənzilin eyvanına dırmaşaraq eyvanın giriş qapsının açıq olmasından istifadə edib yaşayış sahəsi hesab edilən həmin mənzilin içərisinə qanunsuz daxil olandan sonra mənzildə saxlanılan Zərərçəkmiş şəxs məxsus olan məzənnə ilə 1.107.18 manat təşkil edən 600 avronu, məzənnə ilə 346.18 manat təşkil edən 204 ABŞ dollarını, məzənnə ilə 90.5 manat təşkil edən 5.000 rus rublu, məzənnə ilə 15.32 manat təşkil edən 400 türk lirəsini, bir ədəd 197 manat dəyərində üzərində üç ədəd hər biri 0.006 karat 4/3 keyfiyət brilyant qaşlar olan 583 əyyarlı 2.24 qram çəkidə qızıl üzüyü, bir ədəd 6 manat dəyərində 925 əyyarlı 1.27 qram çəkidə əqrəb formalı gümüş kulonu, bir ədəd 11 manat dəyərində 925 əyyarlı 2.19 qram çəkidə gümüş boyunbağını, bir ədəd 15 manat dəyərində üzərində ümumi çəkiçi 16.06 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində firuzəyi rəngli daş olan kulonu, boyunbağı və sırğa cütünü, bir ədəd 10 manat dəyərində ümumi çəkisi 22.34 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində saat medalyon kulonu olan boyunbağını, bir ədəd 6 manat dəyərində ümumi çəkisi 6.50 qram olan mis əsaslı ərintidən hazırlanmış üzərində pişik formalı kulonu üzərində yaşıl şəffaf qaşlar olan boyunbağını, bir ədəd 4 manat dəyərində ümumi çəkisi 4.81 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində firuzə rəngli daş olan üzüyü, bir ədəd 5 manat dəyərində ümumi çəkisi 5.43 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində müxtəlif rəngli daşlar olan üzüyü, bir ədəd 291 manat dəyərində ümumi çəkisi 3.42 qram olan 585 əyyarlı üzərində ağ şəffaf qaşlar olan «14K» qızıl sırğa cütünü, bir ədəd 24 manat dəyərində ümumi çəkisi 4.75 qram olan 925 əyyarlı üzərində ağ şəffaf qaşlar olan gümüş sırğa cütü-üzük dəstini, bir ədəd 25 manat dəyərində ümumi çəkisi 5.05 qram olan 925 əyyarlı üzərində bir ədəd yaşıl və ağ şəffaf qaşlar olan gümüş sırğa cütü-üzük dəstini, bir ədəd 23 manat dəyərində ümumi çəkisi 4.66 qram olan 925 əyyarlı üzərində bir ədəd açıq yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük-kulon dəstini, iki ədəd ümumi 24 manat dəyərində ümumi 4.83 qram çəkilə olan 925 əyyarlı üzərində ağ şəffaf qaşlar olan üzükləri, bir ədəd 58 manat dəyərində ümumi 11.63 qram olan üzərində ağ şəffaf qaşlar olan ( 1 ədəd qaş yeri boşdur) 925 əyyarlı qolbağı,bir ədəd 12 manat dəyərində ümumi çəkisi 12.30 qram olan əlvan metal ərintisindən hazırlanmış üzərində qara rəngli daş-qaşlar olan sırğa cütü-üzüyünü, bir ədəd 7 manat dəyərində ümumi çəkisi 8.13 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində ağ şəffaf qaşlar olan sırğa cütünü, bir ədəd 15 manat dəyərində ümumi çəkisi 52.94 qram olan aluminium əsaslı ərintidən hazırlanmış oval formalı elementləri olan boyunbağı-qolbaq dəstini, bir ədəd 5 manat dəyərində ümumi çəkisi 4.08 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində kəpənək formalı elementləri olan boyunbağını, bir ədəd 378 manat dəyərində ümumi çəkisi 4.45 qram olan 585 əyyarlı üzərində «ay-ulduz» formalı «14K» qızıl kulonu olan boyunbağını, bir ədəd 85 manat dəyərində ümumi çəkisi 1.00 qram olan 585 əyyarlı qızıl sırğa cütünü, bir ədəd 172 manat dəyərində ümumi çəkisi 2.02 qram olan 583 əyyarlı qızıl qolbağı, bir ədəd 16 manat dəyərində ümumi çəkisi 3.09 qram olan 925 əyyarlı üzərində ağ şəffaf qaşlar olan gümüş qolbağı, bir ədəd 5 manat dəyərində ümumi çəkisi 3.34 qram olan mis əsaslı ərintidən hazırlanmış üzərində mirvariyə bənzər muncuq olan kulonu və bir ədəd ağ şəffaf qaş olan boyunbağını, iki ədəd ümumi 14 manat dəyərində ümumi çəkisi 13.60 qram olan dəmir əsaslı ərintidən hazırlanmış üzərində ağ və ağ şəffaf daş- qaşlar olan sırğa cütünü, bir ədəd 4 manat dəyərində ümumi çəkisi 6.96 qram olan əlvan metalın ərintisindən hazırlanmış üzərində qara rəngli daş və ağ şəffaf qaşlar olan sırğa cütünü, iki ədəd ümumi 8 manat dəyərində ümumi 14.02 qram çəkidə mis əsaslı ərintidən hazırlanmış birinin üzərində göy rəngli hissələri olan üzüyü, bir ədəd 4 manat dəyərində ümumi 3.08 qram çəkidə dəmir əsaslı ərintidən hazırlanmış üzərində firuzəyi rəngli daşlar və ağ şəffaf qaşlar olan üzüyü, bir ədəd 10 manat dəyərində istifadə olmuş, üzərində «Öztürkler» yazıları olan qutunu, bir ədəd 1 manat dəyərində qara rəngli istifadədə olmuş üzərində markalanma yazıları olmayan kiçik ölçülü (üzərində istismar xarakterli qüsurlar (cızıqlar, boya qopuqları və s.) olmaqla qutunu, bir cüt 10 manat dəyərində ağ rəngli, istifadədə olmuş qulaqçıqları, bir cüt 20 manat dəyərində qara rəngli istifadədə olmuş, Çin istehsalı, üzərində «X2 E A3943» yazıları olan qulaqçıqları, bir ədəd 100 manat dəyərində təxminən qara rəngli üzərində «Lomo Minitar 1 32 mm LC-A» yazıları olan fotoaparatı, bir ədəd 100 manat dəyərində qara rəngli «Samsung» markalı mobil telefon aparatını, bir ədəd 400 manat dəyərində ümumi çəkisi 5 qram olan 583 əyyarlı qızıl boyunbağını, bir ədəd 300 manat dəyərində ümumi çəkisi 4 qram olan 583 əyyarlı «əqrəb şəkilli» qızıl kulonu, bir ədəd 300 manat dəyərində ümumi çəkisi 4 qram olan 583 əyyarlı qolbağını, bir ədəd 1.000 manat dəyərində ümumi çəkisi 9 qram olan 995 əyyarlı qızıl üzüyü, bir ədəd 1.050 manat dəyərində ümumi çəkisi 10 qram olan 995 əyyarlı qızıl külçəni, bir ədəd 500 manat dəyərində ümumi çəkisi 5 qram olan 583 əyyarlı üzərində gül şəklində olan naxışlarla sirkoniy daşla olan qızıl üzüyü, bir ədəd 500 manat dəyərində «Svarovski» qolbağını və ümumi bir karat çəkidə olan 1.000 manat dəyərində 20 ədəd xırda brilliant daşlarını gizli oraraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda 8.274.18 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından cəzasını tam çəkib qurtardığına görə cəzacəkmə müəssəsindən buraxılmışdır. Nargilə onun bibisi qızıdır. Nargilə ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Nargilərin qızı Albina Türk Respublikasının vətəndaşı ilə ailə qurmaq planlaşdırırdı və buna görə 17 sentyabr 2023cü il tarixdə Bakı şəhərində Albinanın Nizami rayonun ərazisində yerləşən «Şərq» sarayında toy mərasimi keçirilməli idi. Həmin toya anasıda dəvətli olmuşdur, onu isə toya dəvət etməmişlər. 17 sentyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində anası azyaşlı qızı ilə birlikdə Albinanın (el arasında ona Məryam deyilir) toy mərasiminə getmişlər. O evdə qaldı və yeməyini yeyib spirtli içkini qəbul etməyə başladı. Maddi vəziyyəti pis olduğuna görə o oğurluq etməyə qərara gəldi. Albinanın toyu olduğunu bilirdi və bütün qohumları həmin toyda iştirak edirdi. Buna görəclə Nargilənin evinə girib oradan oğurluq etməyə qərara gəlmişdir. Qonşuluqda yaşayan tanışı Nurlana bu barədə xəbər verdi və həmin oğurluq cinayətində ona köməklik göstərmək üçün xahiş etmişdir. Nurlan razılaşmış və Nurlanla birlikdə o 17 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində bibisi qızı Nargilənin yaşadığı Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 7 saylı binanın qarşısına gəlmişlər. Nargilənin yaşadığı mənzil 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşirdi binanın həyətində eyvanı çıxırdı. O, həmin eyvanın plastik qapsının açıq vəziyyətdə olduğunu gördü. Bilirdi ki, Nargilənin evində heç kim yoxdur, çünki onlar hamsı Albinanın toy mərasimində idilər. Buna görə Nurlanla o həmin mənzilə daxil olmaq istədilər. Binanın üzərində quraşdırılan boru ilə o Nargilənin eyvanına dırmaşdı. Nurlan həmin boru ilə binanın ikinci mərtəbəsinə dırmaşmağa çalışsada dırmaşa bilmədi. O da həmin vaxtı Nurlana dedi ki, aşağıda gözləsin, mənzilə özü daxil olub qiymətli əşyaları oğurlayacaq. Nurlandan xahiş etdi ki, binanın qarşısına kim gəlsə ona fitlə xəbər etsin. Nurlan razılaşaraq pusquda dayanmışdır. Həmin vaxt saat 22:10 radələrində o mənzilə daxil oldu. Mənzilin yataq otağında olan eyvanın qapsı açıq vəziyyətdə idi. Mənzilə daxil olanda o yataq otağına keçib orada güzgünün qabağında şkatulkanın içərisində qızıl zinyət əşyalarının saxlandığını gördü. Həmin qızılları o şkatulka ilə birlikdə otağda tapdığı ağ rəngli sellofan paketinə qoydu. Bir ədəd qızıl üzüyü isə o əynində olan şalvarımın cibinə qoydu. Həmin otaqda o çantanın içərisində 250 avro, 04 ABŞ dolları, Rus rublu və Türk lirələrini götürdü. Rus rublun və türk lirəsinin məbləğini bilmədi. Çünki tələsirdi və pulu saymadı. 250 avronu və 04 ABŞ dollarını cibinə qoydu, rus rublları və türk lirələrı isə qızılları saxladığı ağ rəngli paketə qoydu. Bundan sonra o otaqları axtarmağa başladı, uşaq otağında o şkafın içərisində bir ədəd qara rəngli işlək vəziyyətdə olmayan «Samsung» markalı mobil telefon apartını iki ədəd qulaqçıları və bir ədəd fotoaparatı gördü. Həmin əşyalarıda o ağ rəngli paketə qoydu, bundan sonra vaxtı məhdud olduğuna görə o tez tələsik mənzildə olarkən qızıl zinət əşyaların bir hissəsini ayırıb ciblərimə qoydu ki, bu barədə Nurlanın xəbəri olmasın, oğurladığı 250 avronu, 4 ABŞ dollarını, rus rublu, türk lirələrini o Nurlanın xəbəri olmadan cibinə qoydu və saat 22:30 radələrində mənzili tərk etdi. O yataq otağından eyvana çıxıb həmin qaydada mənzili tərk etdi. Nurlan onu aşağıda, binanın qarşısında gözləyirdi və onlar birlikdə 55 saylı marşrut avtobusuna minib oradan uzaqlaşdılar. Avtobusla onlar Sabunçu keçidi tərəfə getdilər və orada manatlıq taksi ilə yaşadığları Məmmədli qəsəbəsinə qayıtdılar. O oğurladığı, və ağ paketə qoyduğu qızıl zinət əşyaları, mobil telefon aparatını, fotoaparatı, iki ədəd qulaqçıqları Nurlana verdi ki, həmin əşyaları satsın və pulları öz aralarında bölsünlər. Mənzildə oğurluq edən zamanı götürdüyü pullar və qızıl zinət əşyaları barədə Nurlana xəbər vermədir ki, onları özü satsın və pulları özünə götürsün. Nurlan ona verdiyi əşyaları satıb onunla bölməli idi, Nurlanda qızılları götürüb çıxıb getdi. Evə o 18 sentyabr 2023-cü il tarixdə, saat 01:30 radələrində qayıtmışdır. Anası Bəturə evdə olmuşdur, azyaşlı qızı isə yatırdı. O öz otağına keçdi və oğurladığı qızılları nəzərdən keçirib gördü ki, həmin əşyaların çoxsu gümüşə oxşayır, həmçinin aralarında bijuteriyada olmuşdur. O qızılların bir hissəsini ayırıb eyvanda saxladığı lazımsız köhnə əşyaların içərisinə gizlətdi. Zinət əşyaların bir hissəsini isə yatdığı otağda paltar dolabın içərisində göy rəngli karton qutusunun içərisinə qoydu. Səhərisi günü yəni 18 sentyabr 2023-cü il tarixdə Nurlan ona zəng vuraraq bildirdi ki, qızılları satmağa gedir. Nurlana dedi ki, bədənində ağrılar var və onunla gedə bilməyəcək, Nurlandan xahiş etdi ki, qızılları, fotoaparatı və telefonu satsın pulları isə öz aralarında bölərlər. Nurlan çıxıb getdi və sonra onunla əlaqə saxlaya bilmədi. Oğurladığı 04 ABŞ dolları və 250 avro məbləğində pulu, 5.000 rus rublu və 400 türk lirəsini o manata çevirib öz ehtiyyaclarına xərclədi. Həmin puldan onun cəmi 102 manatı qalmışdır. 20 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldı. Nurlanda oğurluq cinayətini törədən zamanı Nurlanla razılaşmışdı ki evdə olan qiymətli əşyaları o oğurlayandan sonra həmin əşyaları satacaq və pulları öz aralarında böləcəylər. Nargilənin ünvan 2 ünvanda yerləşən evinə o daxil olmuşdur, Nurlan isə evin həyətində pusquda dayanmışdır və kiminsə gələcəyi halda ona işarə etməlidi ki, o mənzili tərk edi. O da mənzildən qızılları və əşyaları oğurlayandan sonra, pulları və qızılların bir hissəsini özünə götürdü, Nurlanın bu barədə xəbəri olmamışdır, digər qızılları əşyalarla birlikdə Nurlana ağ paketdə verdi ki, onları satsın pulları isə onunla bölsün. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fuad onunla qonşuluqda yaşayır. 17 sentyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Fuad onu məhəllədə görüb oğurluq etməyə təklif etmişdir. Fuad bibisi qızının evindən oğurluq etmək istədiyini, ona bibisi qızı və bütün qohumlarının toyda olduqlarını, evə gec gələcəklərini bildirmişdir. O Fuadın bibisi qızını tanımırdı və Fuada güvənib Fuadla birlikdə oğurluq etməyə qərara gəlmişdir. Fuadla birlikdə o yaşadığları Məmmədəli qəsəbəsindən «bir manatlıq» taksiyə minib, həmin taksi ilə Sabunçu rayonu, şəhər şossesinə keçidin qarşısına, oradan 55 saylı marşrut avtobusa minib Bakıxanov qəsəbəsinə gəlmişlər. Saat 22:00 radələrində o Fuadla birlikdə Bakıxanov qəsəbəsinə gəlmişlər. Orada Fuadla birlikdə bibisi qızının yaşadığı evinin qarşısına, Ş.Kamilov küçəsinə getmişlər. Fuad onu məhəllərin arası ilə Ş.Kamilov küçəsi 7 saylı binasının qarşısına gətirmişdir. Həmin bina 5 mərtəbəli olmuşdur və Fuad bildirdi ki, bibisi qızınının mənzilli həmin evin ikinci mərtəbəsində yerləşir və mənzilin eyvanını ona göstərdi. Onlar həmin evin ikinci mərtəbəsinə binanın üzərində quraşdırılan boru ilə dırmaşmaq çalışsada bunu edə bilmədi və Fuad özü evin ikinci mərtəbəsində yerləşən eyvana dırmaşdı. Fuad mənzilə daxil olmamışdan qabağ onunla razılaşdı ki, o binanın qarşısında pusquda dayanacaq və təhlükə anında ona işarə edəcək ki, mənzildən çıxsın. Fuad mənzilə saat 22:10 radələrində daxil olmuşdur. Eyvanın qapsı açıq vəziyyətdə idi. O isə həmin vaxtı aşağıda blokun qarşısında onu gözləyirdi. Ətrafda ondan başqa heç kim olmayıb. Saat 22:30 radələrində Fuad mənzilin eyvandan çıxıb onu səslədi və ona ağ rəngli paketi atdı. O həmin paketi o götürəndə içəridə zərgər məlumatlarını, şkaturkaları, və digər əşyaları gördü. Fuad eyvandan aşağı tullanıb ondan həmin paketi aldı və ona söz verdi ki, oğurladığları malları öz aralarında böləcəklər. O razılaşdı və onlar yenədə Bakıxanov qəsəbəsində avtobus dayanacağına getdilər və 55 saylı marşrut avtobusuna oturub Sabunçu qəsəbəsinə qayıtdılar. Avtobusa minəndə ağ rəngli paket Fuadın əlində idi. Sabunçu qəsəbəsinə keçidin yanına çatanda onlar avtobusdan düşüb «manatlıq taksilərə» oturub Məmmədli qəsəbəsinə çatanda Fuad ona oğurladığı zinyət əşyaların yarısını verdi, bir ədəd gəhvəyi rəngli şkatulkanı, iki ədəd qulaqçıqları, bir ədəd qara rəngli fotoaparatı. Qalan əşyaları özünə götürdü. Bundan sonra o evinə getdi və oğurluq nəticəsində əldə etdiyi əşyvaları evində saxladı. Bundan sonra o xəbər aldı ki, Fuad polis əməkdaşları tərəfindən tutulmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. M əhkəm ə Azər baycan Respublikası nı n Cinayət Pr osessual M əcəlləsinin 124. 2- ci m addəsinin t ələbinə uyğun olar aq aşağı dakı lar ı sübut növü kim i qəbul et m işdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayır. Mənzili 5 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir, mənzilin eyvanı həyətə çıxır. Mənzil 3 otaqlıdır, yataq otağında eyvan var. Sona Bayramova kiçik bacısıdır, Təqsirləndirilən şəxs1 isə doğma dayısı oğludur. Fuad narkotik vasitələrin istifadəsi ilə məşqul olduğuna görə ailə üzvləri onunla əlaqə saxlamır. Qızı A.T.Veliyeva Türk Respublikasının vətəndaşı ilə ailə qurmaq planlaşdırırdı və buna görə 17 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində Albinanın Nizami rayonun ərazisində yerləşən «Şərq» sarayında toy mərasimi keçirilməlidi. 17 sentyabr 2023-cü il tarixdə, saat 17:45 radələrində o bacısı Sona və bütün qohumları Albinanın (el arasında ona Məryam deyilir) toy mərasiminə getmişlər. Toy məclisi saat 23:00 radələrində bitdi və onlar saat 23:30 radələrində evlərinə qayıtdılar. Həmin toya dayısı oğlu Fuad dəvət olunmamışdır. Fuad anası Bəturə və azyaşlı qızı ilə birlikdə Məmmədli qəsəbəsində yaşayırlar. Fuadın anası Bəturə və azyaşlı qızı Albinanın toyunda iştirak edirdilər. Albinanın toy ərəfəsində bacısı Sonada bir müddət qohumları ilə birlikdə onun evində qalırdılar. Həmin ərəfədə anasıda Tiflis şəhərindən gəlmişdir, Rusiya Federasiyasından və Türkiyyədəndə qohumlar gəlib evində bir müddət qalırdılar. Buna görə də evdə çoxlu çemodan, paltar səpələnmişdir. 17 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində onlar hamısı evə gəldi və yorğun olduqlarına görə yatdılar. Evdə qonaqları çox olduğu üçün hər yerdə çemodanlar və səpələnmiş paltarlar oluğuna görə onlar bilmədilər ki evdə oğurluq hadisəsi baş vermişdir. Həmdə evin giriş qapsını o evdən çıxanda açarla bağlamışdır və evə qayıdandada giriş qapısını açarla açmışdı. Buna görədə oğurluq hadisəsindən şübhələnmədi. Evdən çıxanda o yataq otağında olan eyvanın qapsını açıq vəziyyətdə qoymuşdu ki, evin havası dəyişsin. O çox vaxtı evdən çıxanda eyvanın qapsını açıq vəziyyətdə qoyur, çünki eyvan həyətə çıxır və həyətdə daimi olaraq binanın sakinləri gəzişir, təhlükəsiz şərait olduğuna görə buna görə heç vaxtı narahat olmamışdır. Səhərisi günü yəni 18 sentyabr 2023-cü il tarixdə bütün günü evdə oldular və saat 21:00 radələrində o özünə məxsus olan qızıl zinyət əşyalarını və pulların evdə olmadığını aşkar etdi. Bu barədə Sonadan soruşanda Sona ona qızılları və pulları barədə məlumatsız olduğunu bildirmişdi. O qızılları mənzilin yataq otağının güzgünün qarşısında olan gəhvəyi rəngli dəridən olan qabının içərisində saxlayırdı. Həmin qabda yoxa çıxmışdır. Bundan sonra o evində saxlanılan digər əşyaların yoxa çıxdığını aşkar etdiyinə görə başa düşdü ki, oğurluq hadisəsi baş verib, və buna görədə 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdi. Təqsirləndirilən şəxs1 dayısı oğlu olsada o Fuada icazə vermirdi ki, Fuad mənzilinə daxil olsun. Fuadla onun əlaqəsi yoxdur, Fuad narkotik vasitələrin istifadəsi ilə məşqul olduğuna görə qohumları Fuadla əlaqə saxlamır. Bir birlərinin evlərinə gediş gəlişləri yoxdur. Təqsirləndirilən şəxs2 tanımır, Fuada borcu olmayıb. Oğurlanmış qızıl zinət əşyaları və digər əşyalar ona məxsus olub. Təqsirləndirilən şəxs1 polis bölməsində saxlandığı vaxtı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd qızılı rəngli üzük, Təqsirləndirilən şəxs2 evindən götürülmüş əşyalar, Təqsirləndirilən şəxs1 yaşadığı evindən götürülmüş əşyalar, Şahid2 evinin eyvanında Təqsirləndirilən şəxs1 tərəfindən gizlədilmiş əşyaları tanınma istintaq hərəkəti zamanı tanıdı və bildirdi ki həmin əşyalar onun özünə məxsusdurlar, həmin əşyalar 17 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı mənzildən oğurlanımışlar. Mənzildən oğurlanmış bir ədəd təxminən qara rəngli üzərində «Lomo Minitar 1 32 mm LC-A» yazıları olan fotoaparatın qiyməti 100 manat təşkil edir. Aşkar olunmuş əşyalardan əlavə olaraq mənzilindən 17 sentyabr 2023cü il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 600 avro məbləğində nağd pul, 204 ABŞ dolları məbləğində nağd pul, 5.000 rus rublu məbləğində nağd pul, 400 türk lirəsi məbləğində nağd pul, bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon aparatı 100 manat dəyərində, bir ədəd 583 əyyarlı 5 qram çəkidə qızıl boyunbağı 400 manat dəyərində, bir ədəd 583 əyyarlı 4 qram çəkidə qızıl kulon «əqrəb şəkilli» 300 manat dəyərində, bir ədəd 583 əyyarlı 4 qram çəkidə qızıl qolbağı 300 manat dəyərində, bir ədəd 995 əyyarlı 9 qram çəkidə qızıl üzük 1.000 manat dəyərində, bir ədəd 995 əyyarlı 10 qram çəkidə qızıl külçə 1.050 manat dəyərində, bir ədəd 583 əyyarlı 5 qram çəkidə üzərində gül şəklində olan naxışlarla sirkoniy daşla olan qızıl üzük 500 manat dəyərində, bir ədəd «Svarovski» qolbağı 500 manat dəyərində və ümumi 1 karat çəkidə 1.000 manat dəyərində 20 ədəd xırda brillian daşları oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Fuad onun oğludur. Həbs olunmamışdan qabağ oğlu Fuadda onlarla birlikdə yaşayırdı. Fuad rəsmi olaraq heç bir yerdə işləməyib. Narkotik vasitələrin istifadəsi ilə məşqul olunduğuna görə bir neçə dəfə cəzaçəkmə müəssələrində cəza çəkirdi. 17 sentyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində o baldızı qızı Nargilənin Albinanın toyuna dəvətli olduğuna görə azyaşlı nəvəsi ilə birlikdə getmişdi. Fuad evdə qalmışdır. 18 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində o toydan azyaşlı nəvəsi ilə birlikdə evinə qayıdanda Fuad evdə olmamışdır. Fuad evə 18 sentyabr 2023-cü il tarixdə, saat 01:30 radələrində gəlmişdir. Fuad evə gələndə əlində heç nə olmayıb. O Fuaddan hara da olduğunu soruşanda Fuad ona bildirmişdir ki, aşağıya məhəlləyə düşüb havasını dəyişirdi. O da Fuadın hərəkətlərindən şübhələnmədi. Fuadda evin açarı olduğuna görə o istədiyi vaxtda evə gəlib gedir. Fuad evə gələndə o Fuadın ciblərini yoxlamırdı. Fuadın üzərində nə saxladığını bilmirdi. 20 sentyabr 2023-cü il tarixdə günorta vaxtı Fuad evdə çıxıb getdi. Sonradan ona məlum oldu ki, Fuad törətdiyi oğurluq cinayətinə görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Araşdırma zamanı ona məlum oldu ki, oğlu Fuad qonşuluqda yaşayan Nurlan adlı şəxslə birlikdə 17 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində qohumu Nargilənin ünvan 3 ünvanda yerləşən evinə eyvandan dırmaşıb daxil olaraq evdə saxlanılan Nargilənin pullarını, qızıl zinyət əşyalarını və digər əşyalarını oğurlamışdır. Həmin oğurladığı əşyaları Nurlanla birlikdə öz aralarında bölmüşdür. O evində hər ehtimala qarşı həmin əşyaları axtarmağa başladı və Fuadın yatdığı otağın paltar dolabının içərisində göy rəngli qutunu tapdı. Həmin qutunun içərisində müxtəlif növlü zinyət əşyaları saxlanılmışdır. O ehtimal edir ki həmin əşyalar bijuteriyadır və gümüşdür. Həmin əşyaların içərisində qızıl zinyət əşyaları olmamışdır. Həmin əşyaları o istintaqa təqdim etmişdir. Bir neçə gündən sonra o evində yenədə axtarış işlərini aparmağa başladı və evimin eyvanında lazımsız köhnə əşyalarını saxladığları yerdən 3 ədəd qızıl zinyət əşyalarını və digər bijuteriyaya oxşar olan əşyaları tapdı. O həmin əşyaları tapan kimi Nargilənin bacısı Nargiləyə zəng vurub həmin qızıl zinyət əşyalarını Nargiləyə məxsus olub olmamasını soruşanda, Nargilə təsdiqləyərək bildirdi ki, həmin əşyaları və bijuteriyalar özünə məxsusdur və əşyaları Fuad onun evindən oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun böyük bacısıdır. Nargilə uzun müddətdir ki, ünvan 4 ünvanda yaşayır. Nargilənin yaşadığı bina 5 mərtəbəlidir, mənzili evin ikinci mərtəbəsində yerləşir. Mənzil 3 otaqlıdır. Bir zal, mətbəx, yataq və uşaq otaqları. Nargilənin qızı A.T.Veliyeva Türk Respublikasının vətəndaşı ilə ailə qurmaq planlaşdırırdı və buna görə 17 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində Albinanın Nizami rayonun ərazisində yerləşən «Şərq» sarayında toy mərasimi keçirilməli idi. 17 sentyabr 2023-cü il tarixdə, saat 17:45 radələrində o bacısı Nargilə və bütün qohumları Albinanın (el arasında ona Məryam deyilir) toy mərasiminə getmişlər. Toy məclisi saat 23:00 radələrində bitdi və onlar saat 23:30 radələrində evlərinə qayıtdılar. Albinanın toy ərəfəsində o bir müddət qohumları ilə birlikdə Nargilənin evində qalırdılar, həmin ərəfədə anasıda Tiflis şəhərindən gəlmişdir. Rusiya Federasiyasından və Türkiyyədəndə qohumlar gəlib Nargilənin evində bir müddət qalırdılar. Buna görə də evdə çoxlu çemodan, paltar səpələnmişdir. 17 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində onlar Nargilənin evinə gələndə orada yatdılar. Həmin evə gələndə evin qonaq otağındakı balkonun plastik qapsı açıq vəziyyətdə olmuşdur. Buna fikir vermədilər və elə bildilər ki, evdən çıxan zamanı özləri açıq qoymuşdular. Toydan sonra hamı yorğun vəziyyətdə olduğları üçün evdən oğurluq hadisəsinin baş verdiyinə fikir vermədilər. Səhərisi günü yəni 18 sentyabr 2023-cü il tarixdə bütün günü evdə oldular və saat 21:00 radələrində bacısı Nargilə özünə məxsus olan qızıl zinyət əşyalarını və pulların evdə olmadığını müəyyən etdi. Bu barədə ondan soruşanda o Nargilənin qızılları və pulları barədə məlumatsız olduğunu bildirmişdi. Bacısı Nargilə qızılları evin yataq otağının güzgünün qarşısında olan qızıl qabının içərisində saxlayırdı. Oğurluq hadisəsini müəyyən etdiyinə görə bacısı 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdi. Təqsirləndirilən şəxs1 onun dayısının oğludur. Ondan o gözləmirdi ki, onlara qarşı bu cinayəti törədə bilər. Fuadın əvvəllər narkotik vasitələrin istifadəsi ilə məşqul olduğuna görə məhkum olmasını o bilirdi, buna görədə Fuadla onun və bacısının yaxın əlaqaqəsi olmayıb. Albinanın toyuna Fuad dəvət olunmayıb, lakin Fuadın anası Bəturə həmin toyda iştirak edirdi. İfadəsində qeyd etdiyi kimi evlərində xaricdən gələn qonaqlarımız olduğuna görə həmçinin Albinanı Türkiyəyə yola saldığlarına görə evdə çoxlu çemodanlar və paltarlar səpələnmişdir. Buna görədə onlar evə gələndə 17 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində həmin baş vermiş oğurluq hadisəsi barədə məlumatlı olmadılar və buna fikir verməmişdilər. Evdə saxlanılan qızılların və pulların oğurlanmasını onlar səhərisi günü müəyyən etmişdilər. Həmin vaxtıda 102 xidmətinə bacısı Nargilə məlumatı verdi. Nargilə Təqsirləndirilən şəxs1 evinə daxil olmağa icazə verməmişdir. Fuadla ümumiyyətlə uzun illərdir ki, əlaqələri olmamışdır. Oğurlanan qızıl zinyət əşyaları, pullar və digər əşyalar bacısı Nargiləyə məxsusdur. Nargilə hazırda Türkiyədədir, Bakı şəhərinə nə vaxt gələcək bilmir, Nargilə Albina ilə birlikdə 19 sentyabr 2023-cü il tarixdə Türkiyəyə gedib, orada Albinanın türk toyu olacaq. Oğurluq nəticəsində dəymiş maddi ziyan Nargiləyə dəymişdir. Nargilənin evindən 600 avro məbləğində nağd pul (məzənnə ilə 1086 manat təşkil edən), 204 ABŞ dolları məbləğində nağd pul (məzənnə ilə 347 manat təşkil edən), 5.000 rus rublu (məzənnə ilə 88 manat təşkil edən), 400 türk lirəsi (məzənnə ilə 25 manat təşkil edən), bir ədəd «Canon» markalı fotoaparat 200 manat dəyərində, bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon aparatı 100 manat dəyərində, hər birinin qiyməti 200 manat olan üç ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş qulaqcı ümumi 600 manat dəyərində, bir ədəd 583 əyyarlı 4 qram çəkidə üzərində 3 ədəd brilliant daşları olan qızıl üzük 800 manat dəyərində, bir ədəd 583 əyyarlı 5 qram çəkidə qızıl boyunbağı 400 manat dəyərində, bir ədəd 583 əyyarlı 4 qram çəkidə qızıl kulon «əqrəb şəkilli» 300 manat dəyərində, bir ədəd 583 əyyarlı 4 qram çəkidə qızıl qolbağı 300 manat dəyərində, bir ədəd 995 əyyarlı 9 qram çəkidə qızıl üzük 1.000 manat dəyərində, bir cüt 585 əyyarlı 7 qram çəkidə qızıl sırqalar 600 manat dəyərində, bir ədəd 995 əyyarlı 10 qram çəkidə qızıl külçə 1.050 manat dəyərində, bir ədəd 583 əyyarlı 5 qram çəkidə üzərində gül şəklində olan naxışlarla sirkoniy daşla olan qızıl üzük 500 manat dəyərində, bir ədəd «Svarovski» qolbağı 500 manat dəyərində, və 20 ədəd xırda brillian daşları ümumi 1 karat çəkidə 1.000 manat dəyərində, bir ədəd 585 əyyarlı 4 qram çəkidə qızıl boyunbağı 300 manat dəyərində, bir ədəd 585 əyyarlı 3 qram çəkidə «ay ulduz» şəkilli qızıl kulon 200 manat dəyərində oğurlanmışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6097- 9/8795 №li, 04 dekabr 2023-cü il tarixli metal və daşların tədqiqi, məhkəmə iqtisad espertizası «ərzaq və sənaye mallarının əmtəəşünalıq tədqiqi» ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məlumatlarının metalı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri müəyyən edildi. Bütün göstəricilər ayrı ayrılıqda cədvəl 1-də göstərilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim edilmiş qızıl-zinət əşyalarının hadisə baş verən tarixə, yəni 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.424.00 manat digər təqdim edilən 04 adda mallar 41.00 manat müəyyən edilir. Aparılmış ekspert tədqiqatı nəticəsində tədqiqata təqdim edilən 01 ədəd təxminən qara rəngli üzərində «Lomo Minitar 1 32 mm LC-A» yazıları olan fotoaparat tarixi bədii əhəmiyyət kəsb etdiyindən Mərkəzdə bu kateqoriyalı tədqiqat obyektləri üzrə tədqiqat və qiymətləndirmə aparılmır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri Cədvəl 2-də göstərilmişdir. Cədvəl 1 əsasən: 1 ədəd sarı rəngli metaldan, üzərində 3 ədəd ağ şəffaf qaşlar olan üzük, «583», qızıldır, əyyarı 583, çəkisi 2,24 qram, qaşların növü brilyant hər biri 0/006 karat, 4/3 keyfiyyət; 1 ədəd gümüşü rəngli metaldan (qaralmış), əqrəb formalı kulon, «925», gümüşdür, əyyarı 925, çəkisi 1.27 qramdır; 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 925, gümüşdür, əyyarı 925, çəkisi 2.19 qramdır; 1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan kulonu boyunbağı və sırğa cütü dəsti dəmir əsaslı ərintidir çəkisi 16.06 qramdır, 1 ədəd gümüşü rənglir metaldan (qaralmış) üzərində saat medalyon kulonu olan boyunbağı dəmir əsaslı ərintidir çəkisi 22.34 qramdır, 1 ədəd gümüşü rəngli metaldan, üzərində pişik formalı kulonu üzərində yaşıl şəffaf qaşlar olan boyunbağı mis əsaslı ərintidir çəkisi 6.50 qramdır, 1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan üzük dəmir əsaslı ərintidir, çəkisi 4.81 qramdır, 1 ədəd sarı rəngli metaldan üzərində müxtəlif rəngli daşlar olan üzük dəmir əsaslı ərintidir, çəkisi 5.43 qramdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü, «14K» qızıldır, əyyarı 585, çəkisi 3.42 qramdır, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü-üzük dəsti, 925, gümüşdür, əyyarı 925, çəkisi 4,75 qramdır, 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük dəsti, 925, gümüşdür, əyyarı 925, çəkisi 5.05 qramdır. ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd açıq yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük- kulon dəsti, 925, gümüşdür, yəyyarı 925, çəkisi 4.66 qramdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük, 925 gümüşdür, əyyarı 925, çəkisi 4.83 qramdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan qolbaq ( 1 ədəd qaş yeri boşdur), 925, gümüşdür əyyarı 925, çəkisi 11.63 qramdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli daş-qaşlar olan sırğa cütü-üzük dəsti əlvan metal ərintisidir, çəkisi 12.30 qramdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü dəmir əsaslı ərintidir, çəkisi 8.13 qramdır. 1 ədəd sarı rəngli metaldan, oval formalı elementləri olan boyunbağı-qolbaq dəsti aluminium əsaslı ərintidir, çəkisi 52.94 qramdır. 1 ədəd sarı rəngli metaldan (qaralmış) üzərində kəpənək formalı elementləri olan boyunbağı dəmir əsaslı ərintidir, çəikisi 4.08 qramdır. 1 ədəd sarı rəngli metaldan, üzərində ay-ulduz formalı kulonu olan boyunbağı, «14K» qızıldır, əyyarı 585, çəkisi 4,45 qramdır. 1 ədəd sarı rəngli metaldan, sırğa cütü qızıldır, 585 əyyarlı, çəkisi 1.00 qramdır. 1 ədəd sarı rəngli metaldan qolbaq, «583» qızıldır, əyyarı 583, çəkisi 2.02 qramdır, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan qolbaq, 925, gümüşdür, əyyarı 925, çəkisi 3.09 qramdır. 1 ədəd sarı rəngli metaldan, kulonu üzərində mirvariyə bənzər muncuq və 1 ədəd ağ şəffaf qaş olan boyunbağı, mis əsaslı ərintidir, çəkisi 3.34 qramdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ və ağ şəffaf daşqaşlar olan sırğa cütü dəmir əsaslı ərintidir, çəkisi 13.60 qramdır. 1ədəd sarı rəngli metaldan, üzərində qara rəngli daş və ağ şəffaf qaşlar olan sırğa cütü əlvan metal ərintisidir, çəkisi 6.96 qramdır. 1 ədəd sarı rəngli metaldan, 1-in üzərində göy rəngli hissələri olan üzük mis əsaslı ərintidir, çəkisi 14.02 qramdır. 1 ədəd sarı rəngli metaldan, üzərində firuzəyi rəngli daşlar və ağ şəffaf qaşlar olan üzük dəmir əsaslı ərintidir, çəkisi 3.08 qramdır. Cədvəl 2 əsasən: 1 ədəd sarı rəngli metaldan, üzərində 3 ədəd ağ şəffaf qaşlar olan üzük, «583», qızıldır, əyyarı 583, çəkisi 2.24 qram, qaşların növü brilyant hər biri 0.006 karat, 4/3 keyfiyyət; bir qramın qiyməti 85 manat ümumi dəyəri 197 manatdır. 1 ədəd gümüşü rəngli metaldan (qaralmış), əqrəb formalı kulon, «925», gümüşdür, əyyarı 925, çəkisi 1.27 qramdır; bir qramın qiyməti 5 manat ümumi dəyəri 6 manatdır. 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 925, gümüşdür, əyyarı 925, çəkisi 2.19 qramdır; bir qramın qiyməti 5 manat ümumi dəyəri 11 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan kulonu boyunbağı və sırğa cütü dəsti dəmir əsaslı ərintidir çəkisi 16.06 qramdır, bir qramın qiyməti 15 manat ümumi dəyəri 15 manatdır. 1 ədəd gümüşü rəngli metaldan (qaralmış) üzərində saat medalyon kulonu olan boyunbağı dəmir əsaslı ərintidir çəkisi 22.34 qramdır, bir qramın qiyməti 10 manat ümumi dəyəri 10 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində pişik formalı kulonu üzərində yaşıl şəffaf qaşlar olan boyunbağı mis əsaslı ərintidir çəkisi 6.50 qramdır, bir qramın qiyməti 6 manat ümumi dəyəri 6 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan üzük dəmir əsaslı ərintidir, çəkisi 4.81 qramdır, bir qramın qiyməti 4 manat ümumi dəyəri 4 manatdır. 1 ədəd sarı rəngli metaldan üzərində müxtəlif rəngli daşlar olan üzük dəmir əsaslı ərintidir, çəkisi 5.43 qramdır, bir qramın qiyməti 5 manat ümumi dəyəri 5 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü, «14K» qızıldır, əyyarı 585, çəkisi 3.42 qramdır, bir qramın qiyməti 85 manat ümumi dəyəri 291 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü-üzük dəsti, 925, gümüşdür, əyyarı 925, çəkisi 4.75 qramdır, bir qramın qiyməti 5 manat ümumi dəyəri 24 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük dəsti,925, gümüşdür, əyyarı 925, çəkisi 5.05 qramdır, bir qramın qiyməti 5 manat ümumi dəyəri 25 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd açıq yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük- kulon dəsti, 925, gümüşdür, yəyyarı 925, çəkisi 4.66 qramdır, bir qramın qiyməti 5 manat ümumi dəyəri 23 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük, 925, gümüşdür, əyyarı 925, çəkisi 4.83 qramdır, bir qramın qiyməti 5 manat ümumi dəyəri 24 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan qolbaq (1 ədəd qaş yeri boşdur), 925, gümüşdür əyyarı 925, çəkisi 11.63 qramdır, bir qramın qiyməti 5 manat ümumi dəyəri 58 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli daş-qaşlar olan sırğa cütü-üzük dəsti əlvan metal ərintisidir, çəkisi 12.30 qramdır, bir ədədin dəyəri 12 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü dəmir əsaslı ərintidir, çəkisi 8.13 qramdır, bir ədədin dəyəri 7 manatdır. 1 ədəd sarı rəngli metaldan, oval formalı elementləri olan boyunbağı-qolbaq dəsti aluminium əsaslı ərintidir, çəkisi 52.94 qramdır, bir ədədin dəyəri 15 manatdır. 1 ədəd sarı rəngli metaldan (qaralmış) üzərində kəpənək formalı elementləri olan boyunbağı dəmir əsaslı ərintidir, çəikisi 4.08 qramdır, 1 ədədin dəyəri 5 manatdır. 1 ədəd sarı rəngli metaldan, üzərində ay-ulduz formalı kulonu olan boyunbağı, «14K» qızıldır, əyyarı 585, çəkisi 4.45 qramdır, bir qramın qiyməti 85 manat ümumi dəyəri 378 manatdır. 1 ədəd sarı rəngli metaldan, sırğa cütü qızıldır, 585 əyyarlı, çəkisi 1.00 qramdır, bir qramın qiyməti 85 manat ümumi dəyəri 85 manatdır. 1 ədəd sarı rəngli metaldan qolbaq, «583» qızıldır, əyyarı 583, çəkisi 2.02 qramdır, bir qramın qiyməti 85 manat ümumi dəyəri 172 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan qolbaq, 925, gümüşdür, əyyarı 925, çəkisi 3.09 qramdır, bir qramın qiyməti 5 manat ümumi dəyəri 16 manatdır. 1 ədəd sarı rəngli metaldan, kulonu üzərində mirvariyə bənzər muncuq və 1 ədəd ağ şəffaf qaş olan boyunbağı, mis əsaslı ərintidir, çəkisi 3.34 qramdır, 1 ədədin dəyəri 5 manatdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ və ağ şəffaf daş-qaşlar olan sırğa cütü dəmir əsaslı ərintidir, çəkisi 13.60 qramdır. 2 ədədin dəyəri 14 manatdır. 1 ədəd sarı rəngli metaldan, üzərində qara rəngli daş və ağ şəffaf qaşlar olan sırğa cütü əlvan metal ərintisidir, çəkisi 6.96 qramdır. 1 ədədin dəyəri 4 manatdır. 1 ədəd sarı rəngli metaldan, 1-in üzərində göy rəngli hissələri olan üzük mis əsaslı ərintidir, çəkisi 14.02 qramdır. 2 ədədin dəyəri 8 manatdır. 1 ədəd sarı rəngli metaldan, üzərində firuzəyi rəngli daşlar və ağ şəffaf qaşlar olan üzük dəmir əsaslı ərintidir, çəkisi 3,08 qramdır, 1 ədədin dəyəri 4 manatdır, İstifadə olmuş, üzərində «Öztürkler» yazıları olan qutunun dəyəri 10 manatdır, Qara rəngli istifadədə olmuş üzərində markalanma yazıları olmayan kiçik ölçülü qutunun (üzərində istismar xarakterli qüsurlar (cızıqlar, boya qopuqları və s.) olmaqla) dəyəri 1 manatdır, Bir cüt ağ rəngli, istifadədə olmuş, qulaqçıqlar (üzərində markalanma yazıları yoxdur) 10 manat dəyərindədir. Bir cüt qara rəngli istifadədə olmuş, Çin istehsalı, üzərində «X2 E A3943» yazıları olan qulaqçıqların dəyəri 20 manatdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 26 sentyabr 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)797/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 17 may 2011-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 62, 126.1-ci maddəsi ilə təqsirli bilinərək «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 31 mart 2012-ci ildə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 30 mart 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. 14 avqust 2013-cü il tarixdə Qazax Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 22 iyul 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək «01» (bir) il, «02» (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 noyabr 2021 -ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya qərarının 36-cı bəndinə əsasən narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad olunması müəyyən edilmiş, 04 mart 2022-ci il tarixdə də Azərbaycan Respublikasının Milli Məclisin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)797/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökm ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hal-hazırki hökmlə təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs1 02 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət «02» (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «01» (bir) il, «02» (iki) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 26 sentyabr 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)929/2023 saylı, 21 dekabr 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməsində təqsirli bilinib «02»(iki) il, «09» (doqquz) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)398/2023 saylı, 04 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş «02» (iki) il, «10» (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, «01» (bir) il, «05» (beş) ay azadlıqdan məhrum etmə kimi nəzərə alınsın, hal-hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixə kimi «02» (iki) gün, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)398/2023 saylı, 04 avqust 2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış 27 noyabr 2022-ci il tarixdən 29 noyabr 2022-ci il tarixə kimi «02» (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «01» (bir) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş- oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında 12 sentyabr 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 4 №li, 25 iyun 2003-cü il tarixli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli bilinən şəxsə tətbiq olunur, həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş mərhumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Cinayət işinin materiallarında olan 20 sentyabr 2023-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 20). Cinayət işinin materiallarında olan 22 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 36). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)730/2023 №li, 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 20 sentyabr 2023-cü il tarixdən hesablanmaqla «03» (üç) ay müəyyən edilmişdir (cild 01, səh.,54). Cinayət işinin materiallarında olan 25 sentyabr 2023-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,79). Cinayət işinin materiallarında olan 26 yanvar 2023-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham yenidən ittiham elan edilmişdir (cild 02, səh., 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)736/2023 №li, 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 25 sentyabr 2023-cü il tarixdən hesablanmaqla «02» (iki) ay, «25» (iyimi beş) gün müəyyən edilmişdir (cild 02, səh., 115). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)797/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış «02» dekabr 2022-ci il tarixdən, «04» dekabr 2022-ci il tarixə, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)929/2023 saylı, 21 dekabr 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış «17» iyul 2023-cü il tarixdən «19» iyul 2023-cü il tarixə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)398/2023 saylı, 04 avqust 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış «27» noyabr 2022-ci il tarixdən «29» noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə məhkum olunmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə məhkum olunmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «20» sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «25» sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar-1 ədəd sarı rəngli metaldan, üzərində 3 ədəd ağ şəffaf qaşlar olan üzük, «583», qızıldır, əyyarı 583, çəkisi 2.24 qram, qaşların növü brilyant hər biri 0.006 karat , 4/3 keyfiyyət; 1 ədəd gümüşü rəngli metaldan (qaralmış), əqrəb formalı kulon, «925», gümüşdür, əyyarı 925, çəkisi 1.27 qram, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 925, gümüşdür, əyyarı 925, çəkisi 2.19 qramdır; 1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan kulonu boyunbağı və sırğa cütü dəsti dəmir əsaslı ərintidir çəkisi 16.06 qram, 1 ədəd gümüşü rənglir metaldan (qaralmış) üzərində saat medalyon kulonu olan boyunbağı dəmir əsaslı ərinti, çəkisi 22.34 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində pişik formalı kulonu üzərində yaşıl şəffaf qaşlar olan boyunbağı mis əsaslı ərintidir çəkisi 6.50 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan üzük dəmir əsaslı ərinti, çəkisi 4.81 qramdır, 1 ədəd sarı rəngli metaldan üzərində müxtəlif rəngli daşlar olan üzük dəmir əsaslı ərinti, çəkisi 5.43 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü, «14K» qızıldır, əyyarı 585, çəkisi 3.42 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlardan sırğa cütü-üzük dəsti, 925 gümüş, əyyarı 925 çəkisi 4.75 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük dəsti, 925 gümüş, əyyarı 925 çəkisi 5.05 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd açıq yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük-kulon dəsti, 925 gümüş, 925, çəkisi 4.66 qramdır. 2 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük, 925, gümüşdür, əyyarı 925, çəkisi 4.83 qramdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan qolbaq (1 ədəd qaş yeri boşdur), 925, gümüşdür əyyarı 925, çəkisi 11.63 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli daş-qaşlar olan sırğa cütüüzük dəsti əlvan metal ərintisi, çəkisi 12.30 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü dəmir əsaslı ərinti, çəkisi 8.13 qram, 1 ədəd sarı rəngli metaldan, oval formalı elementləri olan boyunbağı-qolbaq dəsti aluminium əsaslı ərinti, çəkisi 52.94 qram, 1 ədəd sarı rəngli metaldan (qaralmış) üzərində kəpənək formalı elementləri olan boyunbağı dəmir əsaslı ərinti, çəkisi 4.08 qram, 1 ədəd sarı rəngli metaldan, üzərində ay-ulduz formalı kulonu olan boyunbağı, «14K» qızıldır, əyyarı 585, çəkisi 4.45 qram, 1 ədəd sarı rəngli metaldan, sırğa cütü qızıldır, 585 əyyarlı, çəkisi 1.00 qram, 1 ədəd sarı rəngli metaldan qolbaq , «583» qızıldır, əyyarı 583, çəkisi 2.02 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan qolbaq, 925, gümüşdür, əyyarı 925, çəkisi 3.09 qram, 1 ədəd sarı rəngli metaldan, kulonu üzərində mirvariyə bənzər muncuq və 1 ədəd ağ şəffaf qaş olan boyunbağı, mis əsaslı ərinti, çəkisi 3.34 qram, 2 ədəd gümüşü rəngli metaldan, üzərində ağ və ağ şəffaf daş-qaşlar olan sırğa cütü dəmir əsaslı ərinti, çəkisi 13.60 qram, 1 ədəd sarı rəngli metaldan, üzərində qara rəngli daş və ağ şəffaf qaşlar olan sırğa cütü əlvan metal ərintisi, çəkisi 6.96 qram, 2 ədəd sarı rəngli metaldan, 1-ın üzərində göy rəngli hissələri olan üzük mis əsaslı ərinti, çəkisi 14.02 qram, 1 ədəd sarı rəngli metaldan, üzərində firuzəyi rəngli daşlar və ağ şəffaf qaşlar olan üzük dəmir əsaslı ərinti, çəkisi 3.08 qram, 1 ədəd üzərində «Öztürkler» yazıları olan qutu, 1 ədəd qara rəngli istifadədə olmuş üzərində markalanma yazıları olmayan kiçik ölçülü qutu, bir cüt ağ rəngli qulaqçıqlar, bir cüt qara rəngli üzərində «X2 E A3943» yazıları olan qulaqçıqlar və 01 ədəd təxminən qara rəngli üzərində «Lomo Minitar 1 32 mm LC-A» yazıları olan fotoaparatın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən müştərək qaydada 100 manat) tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «02» (iki) il, «06»(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (008)797/2023 №li, 28 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş «01» (bir) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «03»(üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)797/2023 saylı, 28 noyabr 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış «02» dekabr 2022-ci il tarixdən, 04 dekabr 2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «03» (üç) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «20» sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Akif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Akif oğluna Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «02» (iki) il, «06»(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (008)929/2023 №li, 21 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «03»(üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)929/2023 saylı, 21 dekabr 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)398/2023 saylı, 04 avqust 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış 27 noyabr 2022-ci il tarixdən 29 noyabr 2022-cü il tarixə kimi Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «03» (üç) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «25» sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-1 ədəd sarı rəngli metaldan, üzərində 3 ədəd ağ şəffaf qaşlar olan üzük, «583», qızıldır, əyyarı 583, çəkisi 2.24 qram, qaşların növü brilyant hər biri 0.006 karat , 4/3 keyfiyyət; 1 ədəd gümüşü rəngli metaldan (qaralmış), əqrəb formalı kulon, «925», gümüşdür, əyyarı 925, çəkisi 1.27 qram, 1 ədəd gümüşü rəngli metaldan boyunbağı, 925, gümüşdür, əyyarı 925, çəkisi 2.19 qramdır; 1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan kulonu boyunbağı və sırğa cütü dəsti dəmir əsaslı ərintidir çəkisi 16.06 qram, 1 ədəd gümüşü rənglir metaldan (qaralmış) üzərində saat medalyon kulonu olan boyunbağı dəmir əsaslı ərinti, çəkisi 22.34 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində pişik formalı kulonu üzərində yaşıl şəffaf qaşlar olan boyunbağı mis əsaslı ərintidir çəkisi 6.50 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan üzük dəmir əsaslı ərinti, çəkisi 4.81 qramdır, 1 ədəd sarı rəngli metaldan üzərində müxtəlif rəngli daşlar olan üzük dəmir əsaslı ərinti, çəkisi 5.43 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü, «14K» qızıldır, əyyarı 585, çəkisi 3.42 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlardan sırğa cütü-üzük dəsti, 925 gümüş, əyyarı 925 çəkisi 4.75 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük dəsti, 925 gümüş, əyyarı 925 çəkisi 5.05 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd açıq yaşıl və ağ şəffaf qaşlar olan sırğa cütü-üzük-kulon dəsti, 925 gümüş, 925, çəkisi 4.66 qramdır. 2 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük, 925, gümüşdür, əyyarı 925, çəkisi 4.83 qramdır. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan qolbaq (1 ədəd qaş yeri boşdur), 925, gümüşdür əyyarı 925, çəkisi 11.63 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli daş-qaşlar olan sırğa cütüüzük dəsti əlvan metal ərintisi, çəkisi 12.30 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan sırğa cütü dəmir əsaslı ərinti, çəkisi 8.13 qram, 1 ədəd sarı rəngli metaldan, oval formalı elementləri olan boyunbağı-qolbaq dəsti aluminium əsaslı ərinti, çəkisi 52.94 qram, 1 ədəd sarı rəngli metaldan (qaralmış) üzərində kəpənək formalı elementləri olan boyunbağı dəmir əsaslı ərinti, çəkisi 4.08 qram, 1 ədəd sarı rəngli metaldan, üzərində ay-ulduz formalı kulonu olan boyunbağı, «14K» qızıldır, əyyarı 585, çəkisi 4.45 qram, 1 ədəd sarı rəngli metaldan, sırğa cütü qızıldır, 585 əyyarlı, çəkisi 1.00 qram, 1 ədəd sarı rəngli metaldan qolbaq , «583» qızıldır, əyyarı 583, çəkisi 2.02 qram, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan qolbaq, 925, gümüşdür, əyyarı 925, çəkisi 3.09 qram, 1 ədəd sarı rəngli metaldan, kulonu üzərində mirvariyə bənzər muncuq və 1 ədəd ağ şəffaf qaş olan boyunbağı, mis əsaslı ərinti, çəkisi 3.34 qram, 2 ədəd gümüşü rəngli metaldan, üzərində ağ və ağ şəffaf daş-qaşlar olan sırğa cütü dəmir əsaslı ərinti, çəkisi 13.60 qram, 1 ədəd sarı rəngli metaldan, üzərində qara rəngli daş və ağ şəffaf qaşlar olan sırğa cütü əlvan metal ərintisi, çəkisi 6.96 qram, 2 ədəd sarı rəngli metaldan, 1-ın üzərində göy rəngli hissələri olan üzük mis əsaslı ərinti, çəkisi 14.02 qram, 1 ədəd sarı rəngli metaldan, üzərində firuzəyi rəngli daşlar və ağ şəffaf qaşlar olan üzük dəmir əsaslı ərinti, çəkisi 3.08 qram, 1 ədəd üzərində «Öztürkler» yazıları olan qutu, 1 ədəd qara rəngli istifadədə olmuş üzərində markalanma yazıları olmayan kiçik ölçülü qutu, bir cüt ağ rəngli qulaqçıqlar, bir cüt qara rəngli üzərində «X2 E A3943» yazıları olan qulaqçıqlar və 01 ədəd təxminən qara rəngli üzərində «Lomo Minitar 1 32 mm LC-A» yazıları olan fotoaparatın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən müştərək qaydada 100 manat) tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar