Məhkəmə qərarları › İş №1(008)-263/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-263/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-263/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Qazaxstan Respublikasının Uralsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdə yeni növ koronavirus infeksiyasmın (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasma yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanm daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli, 73-1 nömrəli “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nm təsdiq edilməsi barədə Qərarına əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarın dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 450 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarının və Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”-nın 4.5.5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcrid olunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tututulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq 05.12.2020-ci il tarixdən, 19.12.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda mütamadi olaraq yaşadığı ünvanı tərk edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakı Komisarı küçəsində yerləşən Vahid Mərasim evinin yaxınlığına, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən Heydər Əliyev parkına, ünvan 3 ünvanına, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Sağlamlıq Mərkəzinə, Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən marketə, Bakı şəhəri, Pirallahı rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istirahət parkına və Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yaşayan qaynatasının yaşadığı nömrəsiz yeni tikili evə gedib xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 dekabr 2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman halı pisləşmiş və özünü narahat hiss etmişdir. Bundan sonra o, 103 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, bir müddət sonra yaşadığı evə Səhiyyə Nazirliyinin Təcili X1 həkim briqadası çağırmış, bir neçə dəqiqədən sonra yaşadığı evə, yəni, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanına təcili X1 həkim briqadası gələrək ondan yeni növ koronavirus (COVİD 19) ilə bağlı test nümunələri götürüb getmişlər. 05 dekabr 2020-ci il tarixdə “E-Təbib” vasitəsi ilə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə yeni növ koronavirus (COVİD 19) ilə bağlı verdiyi testin nəticəsinin pozitiv çıxması barədə SMS məlumatı daxil olmuşdur. Həmin gündən o, evdə müalicə olunmağa başlamışdır. Xəstəliyi ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Sağlamlıq Mərkəzindən dərman almaq məqsədilə 11 dekabr 2020-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evdən çıxmış və idarə etdiyi “Mercedes Benz” markalı avtomobilinə əyləşərək avtomobilini hərəkətə gətirib Bakı Sağlamlıq Mərkəzinə yollanmışdır. Bir neçə dəqiqədən sonra istifadə etdiyi mobil telefonuna zəng gəlmiş, zəng vuran şəxs özünü Sabunçu RPİ- nin 13-cü PB-nin əməkdaşı olduğunu deyərək, onun küçəyə çıxıbçıxmadığını soruşmuş, o, da polis əməkdaşına dərman almaq üçün yaşadığı evdən çıxdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda yaşayış yerini tərk etməməli olduğunu, təcrid olunma qaydalarını pozduğunu, yaşadığı evə qayıtmasını bildirmişdir. O, polis əməkdaşının tələbi ilə yaşadığı evə qayıtmışdır. Yaşadığı evin həyətində polis əməkdaşları ona yaxınlaşaraq video çəkliş aparmaqla, yeni növ koronavirus (COVİD 19) xəstəsi olduğu halda nəyə görə küçəyə çıxması barədə onu sorğu-sual etmiş, o, polis əməkdaşlarına dərman almaq üçün yaşadığı evdən çıxdığını bildirmişdir. Həyat yoldaşı koronavirus xəstəliyinə yoluxduğu üçün xəstəxanaya yerləşdirilmişdir. Valideynləri Azərbaycanda yaşamadığı üçün və burada başqa qohumları olmadığı üçün azyaşlı övladına özü baxmış, uşaq ağladığı vaxtlarda, onu sakitləşdirmək üçün məcbur qalaraq bir neçə dəfə azyaşlı uşağını Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Bakı Komisarı küçəsinə yerləşən Vahid Mərasim evinin yaxınlığına, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən Heydər Əliyev parkına aparmışdır. Bundan başqa, dəqiq tarixlərini xatırlamadığı vaxtlarda azyaşlı uşağına kitab almaq məqsədi ilə Xətai rayonu, M.Mehdizadə küçəsi 41 ünvanına, dərman almaq məqsədi ilə Nərimanov rayonu ərazisində yerləşən Bakı Sağlamlıq Mərkəzinə, ərzaq almaq üçün Xəzər rayonu ərazisində yerləşən marketə, uşağını gəzdirmək üçün Pirallahı rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istirahət parkına, bir neçə dəfə Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yaşayan qaynatasının yaşadığı nömrəsiz yeni tikili evə getmişdir. Tutduğu əməldən peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları»nın, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» Qərarının, 08 dekabr 2020-ci il tarixli «Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında» Qərarının tələblərinə uyğun olaraq (COVİD-19) infeksiyasına yoluxub evdə müalicə olunan şəxslərin evi tərk etmə hallarının yoxlanılması məqsədi ilə 11 dekabr 2020-ci il tarixdə tərəflərindən keçirilən tədbirlər zamanı ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdə bu virusun aşkar edilməsinə baxmayaraq 14 gün gözləmədən 11 dekabr 2020-ci il tarixdə yaşadığı evi tərk edərək getməsi müəyyən edildiyindən, karantin rejiminin qaydalarını pozan vətəndaşla profilaktiki izahedici söhbətin aparılması məqsədi ilə həmin gün bölmənin əməliyyat müvəkkili, polis kapitanı Rəşad Osmanlı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evi müəyyən edib həmin evin qarşısına gəlmişlər və Təqsirləndirilən şəxs evin həyətində olmasını görüb sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra söhbətin gedişatını videokameraya lentə almağa başlamışlar. Təqsirləndirilən şəxs demoqrafik məlumatları dəqiqləşdirdikdən sonra ona elan etmişdir ki, müalicə aldığı vaxtda yaşadığı evi tərk etməməlidir. Təqsirləndirilən şəxs yaşadığı evi tərk etmə səbəbini öyrəndikdə, o, həkim müayinəsinə getdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs izah etmişdir ki, bilə-bilə yolxulucu xəstəliklərin yayması Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur, bu səbəbdən də müalicə aldığı vaxtda evdə təcrid olunub kənar şəxslərlə ünsiyyətdə olmamalı, evin tərk etməsi ilə bağlı barəsində təhqiqat araşdırmasının aparılacağını nəzərinə çatdırmışdır. Cinayət işinin 5-ci vərəqəsində olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanını 36.2 km məsafədə tərk etmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 15 fevral 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 05.12.2020-ci il tarixdən, 19.12.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda mütamadi olaraq Bakı şəhərinin Sabunçu, Binəqədi, Nərimanov, Nizami, Suraxanı, Xətai, Nəsimi, Pirallahı, Xəzər rayonları və Abşeron rayonu ərazisində yerləşən müxtəlif ünvanlarda anten əhatə dairəsində hərəkət etməsi müəyyən edilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan 11 mart 2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi, üzərində ***-***-**-** saylı mobil nömrəsi olan “Samsung S8” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mesajlar bölümünə 05.12.2020-ci il tarixdə “E-Təbib” vasitəsilə SMS məlumatının daxil olması, həmin məlumatda Təqsirləndirilən şəxs 03.12.2020-ci il tarixdə “COVİD-19” ilə bağlı verdiyi testin nəticəsi POZİTİV olması, yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdar olunması aşkar olunmuşdur. Cinayət işinin 69-cu vərəqəsində olan 15 mart 2021-ci il tarixli qətimkan seçilməsi haqqında qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan AA1281280 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 85-90-cı vərəqəsində olan 16 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Bakı şəhər Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid bölmənin rəhbərliyinə müraciət etdiyi raportuna əlavə edilmiş CD disk və “xxxx” MMC-dən daxil olmuş CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22.01.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışında verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 139-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid bölmənin rəhbərliyinə müraciət etdiyi raportuna əlavə edilmiş CD disk və “xxxx” MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid bölmənin rəhbərliyinə müraciət etdiyi raportuna əlavə edilmiş CD disk və “xxxx” MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar